Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-772/2025 17.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əlilliyin təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarının ləğv edilməsi və ona xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-N(NN4)-240N/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) alınması şəraiti haqqında xx.xx.202N-cü il tarixli arayışa əsasən əsgər İddiaçı xx.xx.202N-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Qapalı kəllə beyin travması. Qəlpə yarası. Sol sağrı nahiyəsinin yumşaq toxumalarının ağrıları” diaqnozu ilə xəsarət almışdır. Xəsarət (yaralanma, travma, kontuziya) “döyüş tapşırığını” yerinə yetirərkən alınmışdır.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.202N-ci il tarixli, 23903 nömrəli Xəstəlik haqqında şəhadətnaməsi ilə İddiaçı aldığı “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyətin davamlı dəyişikliyi, retroqrad amneziya, depressiv sindrom. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Sefalgik sindrom. Sol bud nahiyəsinin qəlpə yaralanmasından (xx.xx.2020) sonraklı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə). Tinnitus.” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdfiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzinin” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 6686 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində müayinə olunmuş, Diaqnozu “Üzvi mənşəli (qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntu F07.0 İntihar cəhdlərilə” kimi müəyyən edilmişdir.
4. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu üzrə orqanizmin funksiyalarının 40% pozulmasına görə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbindən xx.xx.2022ci il tarixindən xx.xx.2024-cü il tarixədək əlillik təyin edilmişdir.
5. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən İddiaçı diaqnozu XBT-N0 üzrə kod F 07.0, əsas xəstəlik: Üzvi mənşəli şəxsiyyət pozğunluğudur. Xəstəliyin başlanma tarixi xx.xx.2020-ci il olmaqla, qısa anamnezinə əsasən iddiaçının diaqnozu “Üzvi mənşəli şəxsiyyət pozuntusu, intihar cəhdləri” təyin edilmişdir.
6. Ağdam X2 xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən İddiaçı diaqnozu XBT-N0 üzrə kod F 07.0, əsas xəstəlik: Üzvi mənşəli şəxsiyyət pozğunluğudur. Xəstəliyin başlanma tarixi xx.xx.2020-ci il olmaqla, qısa anamnezinə əsasən iddiaçının diaqnozu “Üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar cəhdləri ilə (prof. F.İsmayılov) mənşəli şəxsiyyət pozuntusu, intihar cəhdləri” təyin edilmişdir.
7. Ağdam X2 xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən İddiaçı diaqnozu XBT-N0 üzrə kod F 07.0, əsas xəstəlik: Üzvi mənşəli şəxsiyyət pozğunluğudur.Xəstəliyin başlanma tarixi xx.xx.2020-ci il olmaqla, qısa anamnezinə əsasən iddiaçının diaqnozu “Üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, tez-tez baş verən dekompensasiyalar, düşüncənin alqaranlıq vəziyyəti ilə (prof. B.Əsədov) mənşəli şəxsiyyət pozuntusu, intihar cəhdləri” təyin edilmişdir.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 520 nömrəli hərbi psixiatr komissiyasının rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin N7 fevral 2023-cü il tarixli, 3-28/3-N-NN8/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və ona “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, düşüncənin alaqaranlıq vəziyyəti F07.0” diaqnozu qoyulmuşdur.
9. Sonuncu dəfə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Ağdam RƏD tərəfindən xx.xx.2024-cü il tarixli P0022733NSEU nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnoz aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu. N0. İddiaçı əlillik vəziyyəti həmin göndərişdəki diaqnoz əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə xx.xx.2024cü il tarixli, xxxxxxx0003 nömrəli qərar qəbul edilmişdir. NN. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 2NN5 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. xx.xx.N996-cı il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla, onun əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişdə ona qoyulmuş “XBTN0 kodu “F07.0” diaqnozu öz təsdiqini tapır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
N2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2022-ci ildə təyin edilmiş İİİ dərəcə əlilliyin ləğv edildiyi xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. N3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli, ******* nömrəli hərbi biletin surətindən görünür ki, o, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi N saylı hərbi hissədə, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi N saylı hərbi hissədə və xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi N saylı hərbi hissənin tərkibində N günlük Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Şuşa və Füzuli rayon istiqamətində gedən döyüşlərdə əməliyyatlarda tuşlayıcı vəzifəsində iştirak etmiş və Şuşa rayonu uğrunda gedən döyüş əməliyyatları zamanı yaralanmışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirmə zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibb-Sosial Ekspert Komissiyasının rəyi əsasən ona əlillik təyin olunmasından imtina olunmuş, səbəb kimi Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibb-Sosial Ekspert Komissiyası ona üçüncü qrup əlilliyin ləğv edilməsini səbəblərini qanunla müəyyən edilimiş qaydada əsaslandırılmamışdır. 2 il dəfələrlə müayinədən keçərək əlilliyi təsdiq edilmiş, ancaq sonuncu müayinə zamanı xx.xx.2024-cü il tarixdə heç bir dəlil sübut göstərmədən ləğv edilmişdir. N4. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə təqdim edilmiş, etirazda göstərilmişdir ki, iddiaçının orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və OFP 40% 2 (iki) il müddətinə əlillik təyini barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.202N-ci il tarixli, 23903 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyətin davamlı dəyişikliyi, retroqrad amneziya, depressiv sindrom. Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Sefalgik sindrom. Sol bud nahiyəsinin qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə). Tinnitus" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli N0339832 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu"kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli N4807/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar cəhdləri ilə" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli N2592N90 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli N32352N7 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu" kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolmadan, başağrılarından, ürəkdöyünmələrdən şikayətlənmişdir. Qıcolmalarının əsəbləşərkən yalnız əl-ayaqda olduğunu bildirmişdir. Dərmanlardan Depakin 500mg, Lamatrin qəbul etdiyini söyləmişdir. Zahirən geyimi normal, saçı-saqqalı səliqəli izlənmişdir. Müayinədə səbəbsiz şəkildə sərhədsiz, aqressiv davranış sərgiləmişdir. Psixiatrik şikayət təqdim edə bilməmişdir. Psixiatrik xəstəxanalarda yatışı üçün əsaslı bir fikir bildirə bilməmiş, aqressiv, dolayı cümlələrlə fikri yayındırmağa çalışmışdır. Özünü maşından atdığını söyləmişdir. Müayinənin gedişatında sonradan yönləndirici, manipulyativ suallarla istiqamətləndirdikdə (hər fərqli diaqnozdan müxtəlif əlamətlərin olub-olmamasını) hamısını təsdiq etmişdir. Diaqnozda qeyd edilmiş ağırlaşmaları əhatə etməmişdir. X6 tərəfindən iribuynuzlu heyvanlarla təmin edildiyini söyləmişdir. ƏMAS-da xx.xx.2023-cü il tarixədək Ərazi gözətçisi kimi əmək müqaviləsi olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu, aqrovasiya" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N3 may 2022-ci il tarixli, N87 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N6 yanvar 2020-ci il tarixli, NN nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il N6 yanvar tarixli, N2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın N.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son N2 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın N.5.N-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edilir. N5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin İddiaçı barəsində xx.xx.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarının ləğv edilməsi və İddiaçı xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-N(NN4)-240N/2025 nömrəli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. N6. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. N7. Gəncə İnzibati Məhkəməsinin (hakim L.Əliyeva) xx.xx.2025-ci il tarixli, 2-N(NN4)- 240N/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin İddiaçı barəsində xx.xx.2024 -cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarının ləğv edilməsi və İddiaçı xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulması qərara alınmışdır. N8. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3 may 2022-ci il tarixli, N87 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2–ci bəndində dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzinin” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 6686 nömrəli arayışı, Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışı və Ağdam X2 xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışı ilə də iddiaçının intihar cəhdlərinin, Ağdam X2 xx.xx.2024-cü il tarixli Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışı ilə də iddiaçının intihar cəhdləri ilə yanaşı tez-tez baş verən dekompensasiyalarının olması müəyyən olunur. Göründüyü kimi, iddiaçıda Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3 may 2022-ci il tarixli, N87 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2–ci bəndində qeyd olunmuş halın mövcud oluduğu müəyyən olunur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
N9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-N(NN4)- 240N/2025 nömrəli qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının sağlamlıq vəziyyətinə Ağdam RƏD-in xx.xx.2025-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxiyyət pozuntusu. Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Nəzərinizə çatdırılır ki, Ağdam rayon sakini xx.xx.N996-cı il təvəllüdlü İddiaçı (FİN:N3RQUXY) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və OFP 40% 2 (iki) il müddətinə əlillik təyini barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikas Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.202Nci il tarixli, 23903 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-beyin travması. baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyətin davamlı dəyişikliyi, retroqrad amneziya. depressiv sindrom. Keçirilmiş qapalı kəllə-beyin travması. baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Sefalaik sindrom. Sol bud nahiyəsinin qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə). Tinnitus” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023xx.xx.2023-cü il tarixli, ******* nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli, N4807/2 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) səxsivvə pozuntusu, depressiv daxilolmalar. intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli N2592N nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli, ******* nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolmadan, başağrılarından, ürəkdöyünmələrdən şikayətlənmişdir. Qıcolmalarının əsəbləşərkən yalnız əl-ayaqda olduğunu bildirmişdir. Dərmanlardan Depakin 500mg, Lamatrin qəbul etdiyini söyləmişdir. Zahirən geyimi normal, saçı-saqqalı səliqəli izlənmişdir. Müayinədə səbəbsiz şəkildə sərhədsiz, aqressiv davranış sərgiləmişdir. Psixiatrik şikayət təqdim edə bilməmişdir. Psixiatrik xəstəxanalarda yatışı üçün əsaslı bir fikir bildirə bilməmiş, aqressiv, dolayı cümlələrlə fikri yayındırmağa çalışmışdır. Özünü maşından atdığını söyləmişdir. Müayinənin gedişatında sonradan yönləndirici, manipulyativ suallarla istiqamətləndirdikdə (hər fərqli diaqnozdan müxtəlif əlamətlərin olub-olmamasını) hamısını təsdiq etmişdir. Diaqnozda qeyd edilmiş ağırlaşmaları əhatə etməmişdir. X6 tərəfindən iribuynuzlu heyvanlarla təmin edildiyini söyləmişdir. ƏMAS-da xx.xx.2023-cü il tarixədək Ərazi gözətçisi kimi əmək müqaviləsi olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu, aqrovasiya” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N3 may 2022-ci il tarixli, N87 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Qeyd edirik ki, müvafiq ekspert rəyində bəhs edilən F07 XBT kodlu diaqnoz vətəndaşın imtina qərarı ilə nəticələnən sonuncı müraciəti üzrə olan göndərişdə əsas diaqnoz kimi qeyd olunmuşdur. İddiaçıya məxsus forma-88 göndərişində ağırlaşmalar və ya digər yanaşı xəstəliklər qeyd edilməmişdir. İntellektual-mnestik pozuntuların təzahür dərəcəsi isə yüngül olaraq qeyd edilmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji defisit aşkar edilməmişdir. Göndərişdə qeyd olunan diaqnoz barədə məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 2N. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə N.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: N.0.N. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; N.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs. Maddə 3.N. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən N0 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə N5 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il N6 yanvar tarixli, NN nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd N.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd N.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd N.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: N.5.2. xüsusi səbəblərdən: N.5.2.N. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; N.5.2.2. N990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; N.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; N.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Bənd N.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd N.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il N3 may tarixli N87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd N.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 3N-60 faizədək, 6N-80 faizədək və 8N-N00 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd N.N0. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 3N-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd N.NN. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici N0 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici N0 faiz artırılmaqla, ümumilikdə isə N00 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd N.N4. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.N. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK N0 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən N5 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il N3 may tarixli, N87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd N.N. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.N. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.N.N. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 8N-N00 faiz; 3.N.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 6N-80 faiz; 3.N.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 3N-60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-N0, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu. F07.0 7.6.2.N. Əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) zamanı - orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir. 7.6.2.2. Məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti zamanı - orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir.
27. Azərbaycan Respublikası Prezidentinin 20N5-ci il N6 mart tarixli, 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və XN: Bənd 3.N. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.N.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə N0.N. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə N0.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə N2.N. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə N4.N. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə N4.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.N. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə N4.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
30. İPM-in 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 3N. İPM-in 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
32. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
33. İPM-in 85.N. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
34. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
35. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
36. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
37. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
38. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
39. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməklə, ləğv edilən hissədə iddia qismən təmin edilməlidir. 4N. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti Azərbaycan Respublikasının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi müvafiq tibbi müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi yolu ilə aparılır.
42. İşin faktiki halları ilə müəyyən edilir ki, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.202N-ci il tarixli, 23903 nömrəli Xəstəlik haqqında şəhadətnaməsi ilə İddiaçı aldığı “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyətin davamlı dəyişikliyi, retroqrad amneziya, depressiv sindrom. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Sefalgik sindrom. Sol bud nahiyəsinin qəlpə yaralanmasından (xx.xx.2020) sonraklı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə). Tinnitus.” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdfiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
43. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən, İddiaçı həmin tarixdən xx.xx.2024-cü il tarixədək “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu üzrə orqanizmin funksiyalarının 40% pozulmasına görə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlillik təyin edilmişdir.
44. İddiaçı əlilliyinin qiymətləndirilməsi məqsədilə barəsində sonuncu dəfə xx.xx.2024-cü il tarixli göndəriş rəsmiləşdirilmiş, əlilliyi həmin göndəriş əsasında qiymətləndirilmiş və Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina edilmişdir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən sonuncu rəsmiləşdirilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnoz aşağıdakı qaydada olmuşdur: N) Əsas diaqnoz “F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu”.
46. Həmçinin iş materialları ilə müəyyən olunur ki, İddiaçı “XBT kodu F07.0 üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə xx.xx.2023-xx.xx.2023, xx.xx.2024-xx.xx.2024 və xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur.
47. Bundan başqa, iş materiallarına əlavə edilmiş “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli, 520 nömrəli hərbi psixiatr komissiyasının rəyindən görünür ki, İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və ona “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, düşüncənin alaqaranlıq vəziyyəti F07.0” diaqnozu qoyulmuşdur.
48. Həmçinin, birinci instansiya məhkəməsinin müvafiq qərardadına əsasən təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 2NN5 nömrəli ekspert rəyindən də görünür ki, İddiaçı hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) aşkar edilir və onun əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişdə ona qoyulmuş “XBTN0 kodu “F07.0” diaqnozu öz təsdiqini tapır.
49. Göründüyü kimi, iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnoz əlillik təyininə əsas verdiyi halda, cavabdeh orqan bundan imtina etmişdir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. 5N. Belə ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməməlidir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, şəxsin faktiki sağlamlıq vəziyyəti inzibati orqan tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin müəyyən olunması isə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, həmin orqan ona əlillik dərəcəsini təyin etməyə (sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməyə) borcludur. Yəni, əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, bu barədə qərar qəbul edilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diskresion deyil, mütləq (qapalı) səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
52. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, o, şəhadətləndirilən, əvvəlki əlillik təyinatı zamanı və hazırda qeyd olunan xəstəlikdən əziyyət çəkir, ona qoyulmuş diaqnozda hər hansı dəyişiklik baş verməmiş və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il N3 may tarixli, N87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəb əlaqəsi ilə əlillik təyin olunmasına əsas verir.
53. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının iddiaçının orqanizminin funksiyalarının pozulması faizinin müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, hazırda iddiaçıda olan xəstəlik birinci instansiya məhkəməsinin qərarında qeyd etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3 may 2022-ci il tarixli, N87 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində qeyd edilmiş meyarlarla deyil, 7.6.2.N-ci bəndində qeyd edilmiş meyarlarla uyğunluq təşkil edir.
54. Belə ki, “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci (Üzvi mənşəli şəxsiyyət pozuntusu. F07.0) bəndinə görə: 7.6.2.N. Əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) zamanı - orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir. 7.6.2.2. Məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti zamanı - orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir.
55. Göründüyü kimi, 7.6.2.2-ci bənddə qeyd olunan əlamətlər 7.6.2.N-ci bənddə nəzərdə tutulan əlamətlərə münasibətdə daha ağırdır. Yəni, orqanizmin funksiyalarının 35- 60 faiz pozulması halında şəxs müvafiq simptomlarla yanaşı bütövlükdə sərbəst yaşamaq bacarığına malik olur və yalnız bəzi hallarda kənar şəxsin köməyinə ehtiyac duyursa, orqanizmin funksiyalarının 65-80 faiz pozulması halında isə şəxsi gigiyenaya qarşı laqeydlik, eləcə də tez-tez kəskinləşən psixotik epizodların və digər simptomların fonunda daimi müşahidə zərurəti mövcuddur.
56. Birinci instansiya məhkəməsinin müvafiq qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən iddiaçı barəsində keçirilən ambulator məhkəmə psixiatrik ekspertizası zamanı onun psixi statusu barədə qeyd edilmişdir ki, zahirən gərgindir. Düşüncəsi kobud pozulmayıb. Bələdiyi zamana, məkana və öz şəxsiyyətinə görə saxlanılıb. Söz ünsiyyətinə sərbəst daxil olur. Verilən sualları mahiyyətinə uyğun cavablandırır. Nitqi və təfəkkürü ləngdir. Söhbət zamanı bir mövzudan digərinə keçməkdə çətinlik çəkir, torpidlik əlamətləri müəyyən edilir. Mühakimələri ümumən məntiqlidir. Müayinə zamanı hər hansı psixopatoloji simptomatika (sayıqlama fikirləri, qavrama pozuntuları və s.) aşkar olunmur. Təsəvvür ehtiyatı yaşayış tərzinə uyğundur. Əhvali-ruhiyyə fonu dəyişkəndir, enməyə meyllidir. Xarici qıcıqlara qarşı həssaslığının artması qeyd edilir. Kobud yaddaş və intellekt pozuntuları müəyyən edilməsə də, koqnitiv funksiyalarının zəifləməsi müşahidə edilir. Emosional sferası qeyri-stabildir.
57. Göründüyü kimi iddiaçının müvafiq tibb müəssisəsi tərəfindən obyektiv müayinəsi zamanı onda müəyyən edilmiş əlamətlər “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.N-ci bəndində nəzərdə tutulan əlamətlərlə uyğunluq təşkil edir.
58. Odur ki, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilərək, İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir.
59. Məhkəmə kollegiyası inzibati orqanın apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətində qeyd olunan hallar işin yuxarıda sadalanan və əsaslandırılan halları ilə təkzib olunur.
60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilərək, ləğv edilən hissədə iddia tələbi qismən təmin edilməlidir. 6N. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.N-ci maddələrini rəhbər tutaraq,
qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-N(NN4)-240N/2025 nömrəli qərarı qismən, yəni “İddiaçı xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar çıxarılaraq, iddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti digər hissələrdə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.