Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-773/2025 17.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X3rşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin bərpa edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 hüquqi şəxsin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2024-ci il tarixli qərarının ləğv edilməsi və ona təyin edilmiş 2-ci dərəcəli müddətsiz əlilliyin xx.xx.2024-cü il tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-5053/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 8 nömrəli zona Goranboy Tibbi Sosial Ekspert Komissiyasının müvafiq arayışlarından görünür ki, İddiaçı 2000, 2001, 2002, 2003, 2004, 2005, 2006 və 2007-ci illərdə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
2. Tibbi-Sosial Ekspertiza Müayinəsindən çıxarışdan görünür ki, İddiaçı “Postravmatik serebral araxnoidit tez-tez vegetativ damar krizləri ilə. Asteno depressiv sindrom. Qəlpə yaralanmasından sonrakı dəri çapıqları. XOU zəif dərəcəli miopiya” diaqnozu ilə xx.xx.2008-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlillik təyin edilmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-17-4/2-İ- 15876/2024 nömrəli bildirişdə qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qeyd edilənləri nəzərə alaraq siz xx.xx.2024-cü il tarixində saat 14:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunursunuz. Əyani müayinəyə gələrkən özünüzlə mövcud xəstəliyinizə dair tibbi sənədləri, həmçinin varsa, əlillik səbəbini təsdiq edən müvafiq sənədləri (məs: qərar, şəhadətnamə, istehsalat zədəsi ilə əlaqədar əlilliyi olan şəxslərdə - “İZ” formalı akt, həqiqi hərbi xidmətdə olan şəxslərin hərbi bileti, məhkəmə aktı və s.) gətirməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, əyani müayinəyə gəlmədiyiniz halda, iştirakınız olmadan barənizdə müvafiq inzibati akt qəbul ediləcəkdir.”
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-17-4/2-X- 20641/2024 nömrəli məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirillməsi Qaydası"nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bununla əlaqədar olaraq siz xx.xx.2024-cü il tarixində Agentliyə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunmusunuz. Həmin bildirişdə əyani müayinəyə gəlmədiyiniz halda, iştirakınız olmadan barənizdə müvafiq inzibati akt qəbul ediləcəyi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, sizə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən xx.xx.2008ci il tarixində təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinizin ləğvi barədə qərar qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-73-cü maddələrinə əsasən barənizdə qəbul edilən qərardan 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə şikayət vermək hüququna maliksiniz. Qeyd: Qərarın mətni ilə e-sosial.az portalından öz şəxsi kabinetiniz vasitəsi ilə tanış ola bilərsiniz.”
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2024cü il tarixli qərarından görünür ki, İddiaçı “Tam reabilitasiya olması” səbəbindən əlillik verilməsindən imtina edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X3rşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş əlilliyin ləğvinə dair cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona təyin edilmiş müddətsiz ikinci dərəcəli əlilliyin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Tələb onunla əsaslandırılmışdır ki, o, Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. xx.xx.1992-ci il tarixdə Ağdərə rayonunun Tonaşen kəndi uğrunda gedən döyüşlərdə başından yaralanaraq xəsarət almşdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəsarət almışdır. O, dəfələrlə stasionar və ambulator müalicə olunmuşdur. 2000-ci ildən ilkin olaraq ona müddətli ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2008-ci ildə ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin zaman TSEK-in diaqnozu “Posttravmatik serebral araxnoidit tez-tez vegetativ damar krizləri ilə. Asteno depressiv sindrom. Qəlpə yaralanmasından sonrakı dəri çapıqları. XOU zəif dərəcəli miopiya” kimi, əlilliyin müəyyən olunması meyarı “ikinci dərəcəli əlillik - sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqları” kimi göstərilmişdir. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli bildirişi ilə xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət edilmiş, qeyd edilən tarixdə əyani müayinədə iştirak etdikdən sonra heç bir problemin olmadığı bildirilmiş, yenidən əvvəlki qaydada əlilliyi davam etdirilmişdir. xx.xx.2024-cü il tarixdə yenidən cavabdeh orqan tərəfindən ona xx.xx.2024-cü il tarixdə canlı müayinədə iştirak etməyisilə bağlı bildiriş göndərilmişdir. Həmin tarixdə canlı müayinəyə getməmişdir. Qeyd edilən yoxlanışların hər biri onunla müharibədə işitrak edən başqa bir qazinin şəxsi münasibətlər zəminində ondan etdiyi şikayətlər əsasında aparılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ona ünvanladığı xx.xx.2024-cü il tarixli məktubu ilə müddətsiz ikinci dərəcəli əlilliyinin ləğvi barədə qərar qəbul edildiyi bildirilmişdir. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ona ünvanladığı xx.xx.2024-cü il tarixli məktubu ilə canlı müayinədə iştirak etməməsi səbəbindən “diaqnozun təsdiqini tapmamasına dair” qərar qəbul edildiyi bildirilmişdir. 2024-cü ilin dekabr ayının 20-də telefon vasitəsilə xx.xx.2024-cü il tarixinə canlı müayinəyə dəvət edilmişdir. xx.xx.2025-ci il tarixdə SİMA portalı vasitəsilə ona məlumat gəlmiş və xx.xx.2008-ci ildə verilən ömürlük əlilliyin bərpa edilməsi bildirilmişdir. xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə əvvəl əlilliyi verilməsindən imtina, təxminən 1 saat sonra isə yenidən xx.xx.2008-ci ildə verilən ömürlük əlilliyin bərpa edilməsi barədə təkrar məlumat gəlmişdir. O, 2025-ci ilin fevral ayından iyun ayına (iyun ayı da daxil olmaqla) ikinci dərəcəli əlilliyə görə pensiya almışdır. 2025-ci ilin iyul ayında pensiya almadığından bunun səbəbini araşdırdıqda xx.xx.2024-cü il tarixdə “Posttravmatik serebral araxnoidit tez-tez vegetativ damar krizləri ilə. Asteno depressiv sindrom. Qəlpə yaralanmasındansonrakı dəri çapıqları. OU zəif dərəcəli miopiya” diaqnozu ilə “tam reabilitasiya olunmağı” barədə qərar qəbul edildiyini öyrənmişdir.
8. Cavabdeh inzibati orqan iddia tələbinə dair verdiyi etirazda göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən İddiaçı (FİN: xxxxxxx) ünvanına xx.xx.2024-cü il tarixində əyani müayinəyə çağırılması haqqında sifarişli-xəbərnaməli məktub göndərilmiş, vətəndaş müayinədə iştirak etmişdir. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyası vətəndaşın əyani müayinəsini həyata keçirmiş, hazırkı vəziyyətini əks etdirən tibbi sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatlarını araşdırmış barəsində qərar qəbul edərək müvafiq protokolla rəsmiləşdirmişdir. Aparılmış inzibati icraatın nəticələri və Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3- 176/2025 nömrəli qərarını və xx.xx.2025-ci il tarixli, 3-17-4/3-1-601/2025 nömrəli xidməti məruzəsini nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 62 və 67-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 3.2.4 və 4.5.18-ci yarımbəndlərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndini rəhbər tutaraq X12 QƏRARA ALİR: 1. İddiaçı barəsində xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-5460/2024 nömrəli İdarə Heyəti qərarı ilə qəbul edilmiş, xx.xx.2024-cü il tarixindən “Diaqnoz təsdiqini tapmır” qərarı ləğv edilsin, xx.xx.2024-cü il tarixindən “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilsin. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilir.
9. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-ci il tarixli qərarının ləğv edilməsi və 2-ci dərəcəli müddətsiz əlilliyin xx.xx.2024-cü il tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X5 iddiaya etiraz edərək, onun təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin (hakim L.Əliyeva) xx.xx.2025-ci il tarixli, 2-1(114)- 5053/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı 2-ci dərəcəli müddətsiz əlilliyin xx.xx.2024-cü il tarixdən bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır.
13. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun həyata keçirilir və həmin Qaydaların 3.7-ci bəndində təsbit edilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Cavabdeh orqan iddiaçının əlillik təyinatı barədə qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin düzgünlüyünə şübhə yaranmasına əsasının nədən ibarət olmasını əsaslandırmamışdır. Bundan başqa, iddiaçının barəsində qəbul edilmiş cavabdehin 23 dekabr 2024-cü il tarixli qərarının əsaslılığı yoxlanılan zaman müəyyən edilmişdir ki, həmin qərar cavabdeh orqan tərəfindən inzibati icraat haqqında qanunun tələblərinə riayət edilmədən qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-5053/2025 nömrəli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının sağlamlıq vəziyyətinə Goranboy Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Posttravmatik serebral araxnoidit, tez-tez vegetativ-damar krizləri ilə. Astenodepressiv sindrom. Qəlpə yaralanmasından sonrakı dəri çapıqları. OU- zəif dərəcəli miopiya. Tam reabilitasiya olması - Səbəb: "Tam reabilitasiya olunması" barədə qərar qəbul edilmişdir. Nəzərinizə çatdırılır ki, Goranboy rayon sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2008-ci il tarixində Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə olunmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. (TSEK arayışının nömrəsi: 542485). Daha sonra əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında vətəndaş 3-17-4/2-X- 20641/2024 nömrəli məktuba əsasən DTSERA-ya əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmiş və ona xx.xx.2024-cü il tarixindən Diaqnoz öz təsdiqini tapmır barədə qərar verilmişdir (ESDAS: 3- 17-4/3-3-5460/2024). Vətəndaş 3-17-4/3-1- 11942/2024 nömrəli bildirişlə yenidən əyani müayinəyə dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2000-ci il tarixli 3 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Tez-tez vegetativ paroksizmlərlə müşayiət olunan posttravmatik serebral araxnoidit. Uzun müddət davam edən asteno¬depressiv vəziyyət. Kardial tipli nevrosirkulvator distoniva. Xroniki bronxit. Xroniki prostatit. Yüngül dərəcəli miopiya. Xroniki konyunktivit, xroniki tonzillit, dekompensasiya olunmuş forma” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. X13 xx.xx.2024-xx.xx.2024-cü il tarixli, 6252 nömrəli Çıxarışında diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Kranialgiya. Hipertoniya xəstəliyi, İİ dərəcə. Bel-oma fəqərələrinin yayılmış osteoxandrozu. Nevrasteniya” kimi qeyd edilmişdir. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli, 5847 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (İ Qarabağ müharibəsi zamanı alınmış KBT-sı nəticəsində) şəxsiyyət pozuntusu, yaddaşın zəifliyi” kimi qeyd edilmişdir. Medistyle Hospitalın xx.xx.2024-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Hər iki beyin yarımkürəsində hər iki pariatrial nahiyyədə 2-3 mm ölçüdə bir neçə ədəd T2, FLAİR hiperintens ocaq (Daha çoxunun spesifik ocaq leyhinə dəyərləndirir)” kimi qeyd edilmişdir. Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli Çıxarışında “Baş-beyin parenximasına aid patoloji həcmli proses izlənmir. Gicgah paylarında beyin şırımlarının minimal dərinləşməsi. Sağtərəfli minimalxr. Maxillyar sinusit əlaməti” kimi qeyd edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı kəskin başağrısı, yuxusuzluq, yaddaşsızlıq, onurğasında olan əyrilikdən şikayətlənmiş, qəlpə yaraları aldığını bildirmişdir. Medikamentoz preparatlardan Phenazepam, Finlepsin, Amitriptyline və s. psixotrop dərmanlar istifadə etdiyini qeyd etmişdir. Bəzən özünü yaxşı hiss etdiyini, bəzən isə həddən artıq əsəbi olduğunu, ölüm hadisəsi gördükdə qorxuları yarandığını ifadə etmişdir. ƏMAS-da kargüzar və sədr, həmkarlar ittifaqı kimi aktiv əmək müqaviləsinin olduğu qeyd edilmişdir. Baxış zamanı sağ qaşında, sağ dizində çapıq izlənilmiş, hərəkətləri normal olmuşdur. Psixi status: Bələdliyi bütün isitiqamətlərdə saxlanılmışdır. Zahirən geyimi səliqəli, özbaxımı qaydasında olmuş, ünsiyyətə daxil olmuş, suallara dolğun, advekat cavablar vermişdir. Emosional-labil, intellektual-mnestik funksiyaları yaşına uyğun müşahidə edilmişdir. MRT-də yaşla bağlı dəyişikliklər izlənilmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək psixi defisit və digər orqanlar tərəfindən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2024-cü il tarixindən Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Məhkəmənin əsaslandırmasını qəbul etməyərək bildirilir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, müvafiq tibbi-ekspertizanın rəyinə əsaslanmışdır. Həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsaslardan biridir. Qanunvericilik Agentliyə öz verdiyi qərarın düzgünlüyünə şübhə yarandığı halda əsaslılığının yenidən yoxlanması üçün hüquq vermişdir. Bu hüquqdan istifadə edilməsi nəticəsində şəxsin dəyişkən sağlamlıq vəziyyəti ilə əlaqədar yeni halın aşkarlandığı halda barəsində yeni qərar qəbul etməkdə də tam haqlıdır. Məhkəmənin nəzərinə çatdırılır ki, Agentlik müayinə-müalicə müəssisəsi deyil, həmin müəssisələr tərəfindən aparılmış laborator və instrumental müayinələrin nəticələrini və müalicə müddətlərinin qiymətləndirməsini həyata keçirən orqandır. Əyani müayinə zamanı vətəndaşın xəstəlik müddətində aldığı müalicələri əks etdirən sənədlər qiymətləndirilərək barəsində yekun qərar qəbul edilir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı tərəfindən təqdim edilmiş apellyasiya şikayətinə etirazda qeyd edilmişdir ki, hazırda cavabdeh orqan məhkəmənin qərarından apellyasiya şikayəti versə də, lakin birinci instansiya məhkəməsində də ona müddətsiz əlillik verildiyi və dəfələrlə təsdiq edildiyi halda yenidən onun canlı müayinəyə çağırılmağının səbəbini izah edə bilməmiş, onun tam reabilitasiya olunmağı barədə həmin orqanda yaranan şübhəni və həmin şübhənin əsaslılığını izah edə bilməmişdir. Apellyasiya şikayətinə nəzər salanda da tam reabilitasiya olunmağı barədə cavabdeh orqanda şübhənin yaranması səbəbi barədə məlumat əldə etmək mümkün deyil. Halbuki, yuxarıda da qeyd etdiyi kimi ona müddətsiz əlillik verildiyi halda dəfələrlə canlı müayinəyə dəvət edilmiş və bu zaman onun dəvət edildiyi müddətlərə nəzər salanda bu müddətlərin arasında fasilənin hətta müəyyən müddətə əlillik verilən şəxslərin canlı müayinəsindən də daha tez olduğunu müşahidə etmək olar. Cavabdeh apellyasiya şikayətində ƏMAS-da kargüzar və sədr, həmkarlar ittifaqı kimi aktiv əmək müqaviləsinin qeyd olunduğu qeyd edilmişdir. Ən əvvəla bildirir ki, həmkarlar ittifaqı əmək müqaviləsi deyil, işləyən şəxslərlərin birləşdikləri bir qurumdur. Həmkarlar ittifaqının üzvü olmaq üçün onun ali təhsilinin olması önəmlidir ki, onun ali təhsili olmadığından heç zaman hər hansısa bir həmkarlar ittifaqının üzvü olmamışdır. O, “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və X14 birliyi” Goranboy rayonu filialının sədridir. Bunun üçün əmək müqaviləsinin olması önəmli deyil. Əmək qabiliyyətinin olması da önəmli deyil. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, qanunvericilik Agentliyə öz verdiyi qərarın düzgünlüyünə şübhə yarandığı halda əsaslılığın yenidən yoxlanılması üçün hüquq vermişdir. Lakin Agentlik nəzərə almamışdır ki, onu xx.xx.2023-cü il tarixdə əyani müayinə etmiş, heç bir şübhə aşkar etməmişdir, sonra yenidən xx.xx.2024-cü il tarixdə canlı müayinəyə dəvət edilmiş, həmin zaman canlı müayinəyə getməmiş, xx.xx.2024-cü il tarixinə yenidən telefon vasitəsilə canlı müayinəyə dəvət edilmişdir. xx.xx.2025-ci il tarixdə ömürlük əlilliyin bərpa edilməsi bildirilmiş, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə əvvəl əlilliyinin verilməsindən imtina, təxminən 1 saat sonra isə yenidən bərpa barədə məlumatın gəlməsi bu şübhənin nə qədər get-gəlli olduğunu göstərir. Apellyasiya şikayətində həmçinin, göstərilmişdir ki, “onun psixi statusu bələdliyi bütün istiqamətlərdə saxlanılmışdır. Zahirən geyimi səliqəli, özbaxımı qaydasında olmuş...” Lakin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, ona əlilliyin verilməsi cavabdeh orqanın səlahiyyətinə aid olan məsələdir, Agentlik insanların anlaqlı olub- olmaması məsələsini müzakirə edən orqan deyil. Bütün bunlar təsdiq edir ki, Agentlik ona qarşı qərəzli mövqedədir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi, əlavə olaraq sədrlik edənin sualına cavabında bildirdi ki, şəxsin əlilliyi ilə bağlı Agentliyin qərarın düzgünlüyünə şübhə yaranmasına səbəb vətəndaş X8 iddiaçının əlilliyinin saxta olması ilə bağlı müraciəti olmuşdur.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, əlavə olaraq sədrlik edənin sualına cavabında bildirdi ki, o, 25 ildir ki Azərbaycan Qarabağ Muharibəsi Əlilləri, Veteranları və X14 Birliyinin Goranboy rayon şöbəsinin sədridir, onun barəsində şikayət edən Elnur Xəlilov isə Goranboy Rayon İcra Hakimiyyətində Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri olmuşdur. Həmin şəxs Goranboy rayonundan olan 3 qazini onlara ev və maşın veriləcəyi vədi ilə aldadaraq pullarını almışdır, sonradan həmin qazilər onun yanına gələrək Elnur Xəlilovun onları aldatması barədə şikayət etmiş, o da öz növbəsində bu məsələ ilə bağlı sonuncu ilə danışaraq qazilərin pulunu qaytarmasını bildirmişdir. Daha sonra Elnur Xəlilovun qeyd olunan əməllərinin üstü açıldığından o, Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə işdən azad edilmişdir. Daha sonra isə həmin şəxs həm onun, həm də digər 3 qazinin barəsində sözügedən müraciətləri etmişdir.
Tətbiq edilən hüquq normaları
19. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsidir. 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
24. İPM-in 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. İPM-in 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
26. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
27. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
28. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
29. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
30. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
31. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
32. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
33. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
34. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı 2000-2007-ci illər ərzində hər dəfə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, daha sonra ona “Postravmatik serebral araxnoidit tez-tez vegetativ damar krizləri ilə. Asteno depressiv sindrom. Qəlpə yaralanmasından sonrakı dəri çapıqları. XOU zəif dərəcəli miopiya” diaqnozu ilə xx.xx.2008-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlillik təyin edilmişdir.
38. Bundan sonra, cavabdeh orqanın Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılması səbəbindən sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmış və iddiaçıya xx.xx.2024-cü il tarixində əyani müayinəyə çağırılması haqqında sifarişli-xəbərnaməli məktub göndərilmiş, vətəndaş müayinədə iştirak etmişdir. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyası vətəndaşın əyani müayinəsini həyata keçirmiş, hazırkı vəziyyətini əks etdirən tibbi sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatlarını araşdırmış barəsində qərar qəbul edərək müvafiq protokolla rəsmiləşdirmişdir. Aparılmış inzibati icraatın nəticəsində onun barəsində xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-5460/2024 nömrəli İdarə Heyətinin qərarı ilə qəbul edilmiş, xx.xx.2024-cü il tarixindən “Diaqnoz təsdiqini tapmır” qərarı ləğv edilərək, xx.xx.2024-cü il tarixindən “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir.
39. Beləliklə, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı onun xx.xx.2008ci il tarixində təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinin ləğv edilməsi barədə cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin əlilliyinin ləğv olunduğu tarixdən bərpa edilməsidir.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
41. Belə ki, cavabdeh orqan iddiaçıya təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin sonradan, yəni hazırda mübahisələndirilən qərarla ləğv edilməsi səbəbi kimi əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılmasını qeyd etmişdir. Həmçinin məhkəmə kollegiyasının iclası zamanı cavabdehin nümayəndəsi bildirmişdir ki, şəxsin əlilliyi ilə bağlı Agentliyin qərarın düzgünlüyünə şübhə yaranmasına səbəb vətəndaş X8 iddiaçının əlilliyinin saxta olması ilə bağlı müraciəti olmuşdur.
42. Qeyd edilməlidir ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
43. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın 3.7-ci bəndinə görə, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
44. Kollegiya xüsusi olaraq vurğulayır ki, istinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalı, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Şəxsin əyani müayinəyə cəlb edilməsi üçün isə ən əvvəl inzibati orqan əvvəlki qərarının düzgünlüyünü şübhə altına olan əsasların mövcudluğunu sübut etməlidir. Hazırki halda vətəndaş müraciəti əsasında iddiaçının əlillik təyinatının əsaslılığının araşdırılması Tibbi- Sosial Ekspert Komissiyasının iddiaçı barəsində qəbul edilmiş qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut kimi qiymətləndirilə bilməz.
45. Belə ki, cavabdehin mübahisələndirilən qərarında “əvvəlki əlillik təyin olunmasına dair qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilən hallar dəqiq qeyd olunmalı idi. Yəni, iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar ortaya çıxmalı və bunu təsdiq edən sənədlər inzibati icraat materiallarına əlavə edilməlidir. Başqa sözlə, cavabdeh ümumi qaydada və hər hansı bir aparılmış müayinələrin nəticəsini və ya əsaslı şübhələri təsdiq edəcək dəlilləri toplamadan iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki əlverişli inzibati aktınınqərarının düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən etmədən vaxtından əvvəl müayinə təyin etməklə əvvəlcə onun barəsində “Diaqnoz təsdiqini tapmır” qərarı qəbul etmiş, sonradan isə əyani müayinənin nəticəsinə görə həmin qərarı ləğv edərək, xx.xx.2024-cü il tarixindən “Tam reabilitasiya olunması” barədə qərar qəbul etmişdir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır.
47. “İnzibati icraat haqqında” Qanunda inzibati orqanlar üçün müəyyən edilmiş qeyd olunan məhdudiyyətlər ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır.
48. Beləliklə, mübahisəyə dair işin məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuş hallarına görə cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
49. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh orqan apellyasiya şikayətində işin mövcud hallarını sadalamış və yekunda iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmənin qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozduğunu bildirsə də, yuxarıda qeyd olunan hallar əslində cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğunu təsdiq etməklə apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu deməyə əsas verir.
50. Bundan başqa, hazırkı iş üzrə məhkəmə qərarının ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
51. Məhkəmə kollegiyası bütün sadalanan halları nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə hüquqi mövqeyi əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-5053/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.