Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-781/2023 01.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçının vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(114)-2264/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli **********2211 nömrəli qərardan görünür ki, Bakı şəhəri,Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal-qərbi ünvanında yerləşən İddiaçı məxsus mağazada xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.
2. xx.xx.2022-ci il tarixli DVX 008234 seriyalı aktdan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2211 nömrəli qərarına əsasən İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal-qərbi ünvanında yerləşən mağazada keçirilmiş operativ vergi nəzarəti zamanı gömrük bəyannaməsi əsasında invoys dəyəri ilə idxal olunmuş 571127,77 manat dəyərində olan mala 5% ticarət əlavəsi və 18% ƏDV tətbiq olunmaqla 707627,30 manata digər vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq satılması faktı aşkar edildiyi qeyd olunmuşdur.
3. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3090 nömrəli qərardan görünür ki, İddiaçı Vergi Məcəlləsinin 58.13- cü maddəsinə əsasən 70762.73 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
4. xx.xx.2023-cü il tarixli **********611600 nömrəli qərardan görünür ki, fərdi sahibkar İddiaçı operativ vergi nəzarətinin nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********3090 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********3090 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-6763/2023 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı **********2 saylı şəhadətnamə ilə xx.xx.2017-ci il tarixdə fərdi sahibkar kimi vergi orqanında uçota, xx.xx.2022-ci il tarixdi ərizəyə əsasən ƏDV qeydiyyatına alınmışdır. xx.xx.2022-ci il tarixində sahibkarlıq fəaliyyəti göstəridiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-nə gedən yolun şimal qərbi ünvanda yerləşən mağaza **********-11001 saylı kodla vergi orqanında uçota alınıb, həmin təsərrüfat subyektində xx.xx.2022-ci il tarixində pərakəndə satışın həyata keçirilməsi məqsədi ilə "Datapay Kassa" markalı, 000024P**********0011263 zavod nömrəli yeni nəsil nəzarət kassa aparatı nəzarət kassa aparatı quraşdırılaraq vergi orqanında qeydiyyatdan keçirilmişdir. Obyektin əsastəsnifatticarət, aralıq təsnifatı- pərakəndə ticarət, alt təsnifati- kişi və uşaq geyimlərinin satışı olmuşdur. Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin (bundan sonra - Baş idarə) "Operativ vergi nəzarətinin keçirilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********2211 nömrəli qərarı əsasında sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TMnə gedən yolun şimal qərbi ünvanda yerləşən mağazada xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı mal qalığının olmadığı aşkar edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 008228 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında" akt tərtib edilmişdir. İlk öncə bildirilir ki, operativ vergi nəzarətinin keçirilməsi barədə qərar, Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, operativ vergi nəzarəti aktı, yoxlama vaxtı tərtib olunmuş protokol və nümayəndənin yazıdığı izahat onlara təqdim olunmamışdır. Yalnız xx.xx.2022-ci il tarixli məktubla həmin sənədlərin surətlərini tələb etdikdən sonra xx.xx.2022-ci il tarixdi 008234 saylı OVN aktının surəti onlara təqdim olunmuş, digər sənədlər təqdim olunmamışdır. Bu da onu deməyə əsas verir ki, yoxdamanı həyata keçirən qurum formal rəsmiləşdirmə əməliyyatlarını belə düzgün aparmadığından sənədləri bizə təqdim etmir. Bununla vergi orqanı prosesual hüquq normalarının pozuntusuna yol vermişdir. Vergi yoxlamaları ilə operativ vergi nəzarətinin dövr baxımından fərqliliyini bir daha təsdiq etmək üçün iş materiallarına təkrar əlavə olunan səyyar vergi yoxlamasının keçirilməsi barədə reyestrdən çıxarış nümunəsində "Yoxlanılan dövr" xanasında konkret təqvim günləri ilə müddətin göstərilməsinə nəzər yetirmək də kifayətdir. Göründüyü kimi, operativ nəzarət tədbiri üzrə Vahid reyestrdən çıxarışlarda qeydə alınan dövrün cari fəaliyyət əks olunmasına baxmayaraq, həmin tələbə riayət olunmamış və və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"nin 5.2-ci bəndinin tələbi (yoxlamanın çıxarışda göstərilən məlumatlara uyğun aparılması) pozulmuşdur. Göründüyü kimi, qanunverici vergi nəzarətinin əvvəlki dövrə şamil edilməsini yalnız səyyar və kameral vergi yoxlamalarında müəyyən etmişdir. Operativ vergi nəzarəti tədbiri səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntunu müəyyən etməyə hüquq verən nəzarət tədbiridir. Qeyd olunanlarla yanaşı, Vergi Məcəlləsinin 50.2-ci maddəsi ilə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar müəyyən olunmuşdur. Ədliyyə Nazirliyinin Vahid məlumat reyestrindən çıxarışlarda isə tədbirin keçirilməsi üçün əsas Məcəllənin 50.2.2-ci maddəsi, yəni "vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar" göstərilir. Halbuki, iş materialında operativ vergi nəzarət tədbirindən əvvəl vergi orqanlarının hansı mənbəyi bəlli məlumat əsasında belə tədbirinin keçirilməsinin müəyyən olunmasına dair hər hansı təsdiqedici sənəd yoxdur. Belə ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinə riayət edilib-edilməməsi baxımından həyata keçirilən operativ nəzarət tədbiri vergi ödəməkdən yayınmanı aşkara çıxarmır ki, baza məlumatları ilə müqayisə aparılsın. Bu tədbirin mahiyyəti digər vergi ödəyicisinə eqaiməsiz satış faktını müəyyən etməklə həmin şəxsin qeyri-rəsmi mal alışını müəyyən etmək imkanıdır. Belə faktların baş verməsinə dair mənbəyi bəlli məlumatlar baza məlumatları və ya bəyannamələr deyil, məsələn, alıcı şəxsin e-qaimə verilməməsinə dair şikayəti, satıcının ümumiyyətlə nəzarətkassa aparatı quraşdırmaması və s. ola bilər. Onu da qeyd edək ki, vergi orqanı qeyd etdiyi məlumatları və bəyannamələri operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədəqərar qəbul etdikdən sonra sistemdən əldə edir. Qərardan əvvəl belə araşdırma aparılmışdırsa həmin tarixi əks etdirən təsdiqedici sənəd məhkəməyə təqdim edilməlidir. Hesab edirik ki, sadalanan əhəmiyyətli pozuntular operativ vergi nəzarəti ilə vergi ödəyicisinin yalnız tədbir zamanı cari fəaliyyəti üzrə baş verən pozuntuları rəsmiləşdirməli olduğu halda vergi orqanıin əvvəlki dövrün əməliyyatlarına müdaxilə etməsi, həmçinin ümumiyyətlə bu tədbirin həyata keçirilməsi üçün hər hansı mənbəyi bəlli məlumatın mövcud olmaması mübahisənin mahiyyəti araşdırılmadan inzibati aktın ləğvi üçün əsasdır. Qeyd olunmalıdır ki, sadə riyazi hesablamaları natamam şəkildə aparılmışdır. Halbuki riyazi hesablamanın sonu iddiaçının kassa ilə satış etdiyi 739241,0 manat məbləği qeyd etməklə tamamlanır, maliyyə sanksiyasının tətbiq edildiyi 707627,3 manat məbləğinin necə formalaşdığına heç bir münasibət bildirmir. İstənilən halda vergi orqanı tərəfindən uzun müddətlik bir dövr üzrə satış əməliyyatlarının vahid faiz dərəcəsi (5 faiz) ticarət əlavəsi ilə götürülməsi absdurddur. Belə biznes fəaliyyəti mümkün deyildir. İddiaçının nümayəndəsinin təqdim etdiyi izahata nəzər yetirdikdə oradakı nyazi göstəricilərin vergi orqanı tərəfindən diktə olunaraq yazdırıldığı tam aydın sezilir. Digər tərəfdən, vergi orqanı 707627,3 manat məbləğində malların nəzarət kassa aparatı (NKA) vasitəsilə pərakəndə qaydada satilmasını təkzib edən heç bir sübut və elektron qaimə faktura verilməməsi barədə heç bir şikayət mövcud olmadığı halda, alınan bütün malların topdansatış qaydasında satıldığı ehtimalı ilə məsələyə münasibət bildirmişdir. Yoxlayıcılarunutmuşdur ki, Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsi hər kəsin azad sahibkarlıqla məşğul olmasına təminat verir. Kommersiya qurumlarının nizamnaməsində qanunla qadağan olunmayan istənilən fəaliyyətlə məşğul olmaq əks olunmuşdur. Lakin vergi orqanının öz proqram təminatında göstərilmiş fəaliyyət kodunu nəzərə almadan öz mülahizələri əsasında məsələyə "hüquqi" qiymət verməsi tamamilə asassızdir. Əgər proqram təminatında şəxsin fəaliyyət kodu pəraəndə ticarətdirsə malların təqdim edilməsinin qaimə əsasında həyata keçirilməsi zərurəti hardan əmələ gəlməsi məlum deyil. Halbuki şəxsə bu hüququ Konstitusiya və qanunlar verir. Çünki bunun heç bir iqtisadi mahiyyəti, əsaslandırması yoxdur. Bundan başqa, iddiaçının pərakəndə qaydada fəaliyyətinə hüquq verən nəzarət-kassa aparatlarının quraşdırılması vergi orqanı tərəfindən təsdiqlənir. Başqa sözlə desək, pərakəndə qaydada satışın rəsmiləşdirilməsini qeydə alan vergi orqanının sonradan həmin satış əməliyyatlarını qəbul etməməsi anlaşılan deyil. Vergi ödəyicisinin fəaliyyət kodu pərakəndə ticarət olduğu halda və pərakəndə satış obyekti uçotu varsa, demək NKA vasitəsilə rəsmiləşdinilən əməliyyatların qanuniliyi şübhə doğurmamalıdır. Çünki nə vergi qanunvericiliyində, nə də ona uyğun olaraq qəbul olunan qaydalar, təlimatlar və s. normativlərdə satış məbləğinin hansı həddinin pərakəndə və ya topdansatış olması qanunvericilikdə müəyyən edilməmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixədək nəzarətkassa aparatı vasitəsilə rəsmiləşdirilən əməliyyatın yalan əqd olmasını sübut etmək üçün vergi orqanı yerində həmin əməliyyatı aşkar edərək alıcının şəxsiyyətini müəyyənləşdirməli və alıcının vergi ödəyicisi (və ya fakdiki sahibkarlıq fəaliyyəti) olduğunu sübut etməlidir. Yalnız xx.xx.2022-ci il tarixdən "Nağdsız hesablaşmalar haqqında" Qanuna əlavə edilən 3.4.11-ci maddə ilə pərakəndə satış qaydasında təqdim edilən mallara (avtomobillər istisna olmaqla) bir əməliyyat çərçivəsində 4000,0 manat nağd ödəmə həddi müəyyən edilmişdir. Göründüyü kimi, mübahisənin mahiyyəti də operativ vergi nəzarətinin yalnız tədbir zamanı aşkar olunan pozuntunu rəsmiləşdirmək imkanını əks etdirir. Həmçinin nəzərinizə çatdırıram ki, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsi 2021-ci ilin oktyabr ayında Vergi Məcəlləsində (58.13-cü maddə) məsuliyyət yaratmırdı. Man isə məhz anbarımdan idxal etdiyim faktura üzrə real dəyəri 571127.77 manat, malları 739241.0 manata (ƏDV daxil) pərakəndə qaydada NKA cakilə satmmam. Lakin vergi orqanı NKA çeki vasitəsilə satdığım malları nəzərə almayaraq mənə bu mallara görə də maliyyə sanksiyası tətbiq etmişdir. Bu səbəbdən dəNKA çeki vasitəsilə satılmış mallara görə maliyyə sanksiyasının tətbiq edilməsi qanunsuz və əsassızdir. Bundan əlavə, vergi orqanı apardığı hesablamada güya iddiaçının təqdim etdiyi izahata əsaslanmışdır. Bildirilir ki, vergi ödəyicisi tərəfindən heç bir izahat yazılmamışdır. Təqdim olunmuş sənədlərdə etibarnamə üzrə nümayəndənin etibarnaməsi və şəxsiyyət vəsiqəsinin surəti təqdim olunmuşdur ki, onun tərəfindən də nə izahat yazılması iddiaçıya bəlli deyildir. İstənilən halda izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, məcburi yazdırılmış və heç bir sübutla təsdiqini tapmayan ifadə maliyyə sanksiyasının tətbiqinə əsas ola bilməz. Mübahisənin mahiyyəti ilə bağlı digər bir əhəmiyyətli hal ondan ibarətdir ki, vergi orqanı malların vergi ödəyicilərinə satıldığını ehtimal etsə də, operativ vergi nəzarəti tədbirini pozuntu baş verdiyi anda həyata keçirmədiyi üçün malların kimə, hansı həcmdə və hansı qiymətə satıldığını sübut edə bilmir. Məhz bu amil də operativ vergi nəzarəti ilə pozuntu vaxtı müəyyən olunan halların rəsmiləşdirilməli olduğunu təsdiq edir. Bundan başqa, qanunvericilikdə satıcı vergi ödəyicisinin alıcıdan aldığı malı hansı təyinatla istifadə etməsini müəyyən etməsi ilə bağlı hər hansı tələb yoxdur. Əksinə, Vergi Məcəlləsinin 13.2.62-cü maddəsinin xx.xx.2022-ci ilədək qüvvvədə olan redaksiyasına görə, yalnız sahibkarlıq fəaliyyətini həyata keçirən alıcı hüquqi və fiziki şəxslərin tələbi ilə elektronqaimə fakturanı təqdim etmək satıcı vergi ödəyicisinin vəzifəsi idi. Mövcud mübahisələrin heç birində qeyd olunan normaya uyğun olaraq hər hansı alıcı vergi ödəyicisinin vergi orqanlarına müraciəti, şikayəti müəyyən olunmur. Yuxarıda qeyd olunanları ümumiləşdirərək, aşağıdakıları bildirilir. 1. İddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunan hər hansı mənbəyi bəlli məlumat mövcud deyil. 2. Qanunverici operativ vergi nəzarəti tədbiri ilə vergi ödəyicisinin yalnız cari (faktiki) fəaliyyətinə nəzarət etmək səlahiyyətini müəyyən etdiyi halda, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün əməliyyatlarına müdaxilə olunmuşdur. 3. Vergi ödəyicisindən izahat məcburi şəkildə alınmışdır və digər əlaqəli sübutlarla təsdiq olunmadığı üçün ayrılıqda əhəmiyyətsizdir. 4. AR Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 4.2-ci bəndi ilə pərakəndə və topdansatış ticarət fəaliyyətinin ayrı-ayrılıqda uçot aparılmaqla həyata keçirilməsi nəzərdə tutulmuşdur. 5. Qanunverici satıcı vergi ödəyicisinə alıcıdan malı hansı təyinatla istifadə edəcəyini müəyyən etmək səlahiyyəti verməyib. Əksinə, alıcı xx.xx.2022-ci ilə qədər satıcıdan e-qaimə verilməsini tələb edə bilərdi. 6. Malların alıcısının şəxsiyyəti (vergi ödəyicisi olması), aldığı malların həcmi və dəyəri müəyyən olunmadığı üçün ehtimal əsasında şəxsin təqsirli bilinməsi yolverilməzdir (Vergi Məcəlləsinin 53.3-cü maddəsi). Qeyd olunanlarla bağlı olaraq Dövlət Vergi Xidmətinə ilkin olaraq inzibati şikayət edilmişdir. Lakin vergi orqanının 12 yanvar 2023-cü il taridi **********611600 nömrəli qərarına əsasən inzibati şikayət təmin edilməmişdir. buna görə də məhkəməyə müraciət üçün nəzərdə tutulmuş 1 aylıq müddət ötürülməmişdir.
8. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair etiraz qeydində bildirilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal-qərbində yerləşən obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2022-ci il tarixdə saat 16:30-da Baş İdarə tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal-qərbində yerləşən obyektdə Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq elektron qaimə-faktura verilmədən 707627,30 manat məbləğində malların topdan qaydada satılması faktı aşkar olunmuş və xx.xx.2022-ci il tarixli 008234 nömrəli akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli 008234 nömrəli akt İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 təqdim edilsə də, nümayəndə aktı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir. Nəticədə lqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı məxsus olan obyektdə keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2022-ci il tarixli 008234 nömrəli akta, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və İddiaçı barəsində 70762,73 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli arayışda qeyd etmişdir ki, "fiziki şəxs İddiaçı fəaliyyətindən tam məlumatlıdır. Fiziki şəxsə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal-qərbi ünvanında yerləşən anbarda xx.xx.2022-ci il tarixə İddiaçı məxsus heç bir mal qalığı yoxdur. Digər ünvanda təsərrüfat obyekti və saxlanc yeri yoxdur. Mallar müxtəlif vergi ödəyicilərinə satılmış, nəzarət kassa aparatı ilə rəsmiləşdirilmişdir. Satılan malların üzərinə ortalama 5% ticarət əlavəsi tətbiq edilir. İş vaxtı həftənin 5 günü saat 09:00-dan 18:00-a, şənbə günləri isə 10:00-dan 14:00- dəkdir. İzahatı heç bir təsir olmadan öz sözləri ilə yazmış, doğruluğunu imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 da fiziki şəxsə məxsus təsərrüfat obyektinin anbar olmasını və malların müxtəlif vergi ödəyicilərinə satılması faktını etiraf etmişdir. Yuxarıda qeyd edilmiş məbləğin necə formalaşması İddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 008234 nömrəli aktda da aşağıdakı qaydada göstərilmişdir: gömrük bəyannaməsi əsasında invoys dəyəri ilə idxal olunmuş 571127,77 manat dəyərində olan mala 5% ticarət əlavəsi və 18% ƏDV tətbiq olunmaqla 707627,30 manat əldə edilmişdir (hesablanma qaydası: 571127,77 + 571127,77 * 5% =599684,16; 599684,16 + 599684,16 * 18% = 707627,30). İddiaçı tərəf qeyd etmişdir ki, "vergi orqanı tərəfindən uzun müddətli bir dövr üzrə satış əməliyyatlarının vahid faiz dərəcəsi (5%) ticarət əlavəsi ilə götürülməsi absurddur. Belə biznes fəaliyyəti mümkün deyildir. İddiaçının nümayəndəsinin təqdim etdiyi izahata nəzər yetirdikdə oradakı riyazi göstəricilərin vergi orqanı tərəfindən diktə olunaraq yazdırıldığı tam aydın sezilir". Bildirilir ki, ticarət əlavəsinin 5% olması İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 tərəfindən Baş İdarəyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi İddiaçı tərəfindən verilmiş iddia ərizəsi əsassızdır və iddiaçı tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq heç bir elektron qaimə-faktura təqdim edilmədən 707627,30 manat məbləğində mal topdan şəkildə satılmışdır.
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(114)-2264/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, əvvəlki dövrlərdə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(114)-2264/2023 nömrəli tarixli qərarının ləğv olunmasını, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə etiraz ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq bildirilmişdir ki, dövlət vergi orqanlarının apardıqları təhlillər nəticəsində yeni nəsil nəzarət kassa aparatı quraşdırılmış pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən nəzarət kassa-aparatına bir çek üzrə yüksək məbləğlərin, yəni fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən yuxarı həddə pul vəsaitlərinin mədaxil olunması halları aşkar olunmuşdur. Sözügedən hallar vergi orqanının risk qiymətləndirilməsinə əsasən faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli, 94 nörnrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət,ictimai iaşə, məişət və digər növ xidmət Qaydalar”na əsasən topdansatış - şəxsi, ailə, məişət və digər bu kimi istehlak təyinatı istisna olmaqla, sahibkarlıq fəaliyyəti məqsədi ilə malların satışını həyata keçirən ticarət fəaliyyəti, pərakəndə satış - bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyətidir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli, 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”- nın 1.3.1 bəndinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Qaydaların 4.1 -ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmişelektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Fakti ki olaraq topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmilləşdirilməsi nəticəsində həmin mal partiyaları “qara bazara” paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır. İrihəcmli mal partiyalarının fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlara sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir və birbaşa “kölgə iqtisadiyyatı”nı yaradan əsas amillərdəndir. Qeyd olunanları nəzərə alaraq vergi orqanları tərəfindən qeyd olunan hallar aşkar olunduğu halda malları “pərakəndə satış” adı altında rəsmiləşdirən vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiq edilməsi qanuni və əsaslı hesab edilir. Vergi ödəyicisinin anbardan fərqli şəxslərə pul vəsaitlərinin nəzarət-kassa aparatına eyni vaxtlarda, qısa vaxt aralığında pərakəndə qaydada mal satması qeyri-mümkündür. Reallıqda ay ərzində yalnız bir neçə halda, məsələn 3-4 halda mümkündür ki, hansı bir şəxs anbara müraciət edərək pərakəndə qaydada öz şəxsi istehlakı üçün mal alsın. Sübuta ehtiyacı olmayan haldır ki, anbardan malları yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. İş materiallarına əlavə olanan geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara nəzər yetirmiş olduqda görülür ki, nəzarət kassa aparatına ümumi dəyəri 7814 manat olan 9 sayda, ümumi dəyəri 6274 manat olan 7 sayda, ümumi dəyəri 5191 manat olan 3 sayda, ümumi dəyəri 7076 manat olan 7 sayda və s. sayda çeklər eyni şəxslərə (cədvəldə FİN nömrələri qeyd olunub) verilmişdir. Həmin şəxslərdən FİN nömrəsinə əsasən X1 (FİN OYMYGJT, VÖEN **********) və X6 (FİN 4G1RXAR, VÖEN **********) vergi ödəyiciləridi. Sübuta ehtiyacı olmayan haldır ki, malları bu cür (iri həcmdə, iri partiyalarla) sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. Sahibkarlıq fəaliyyətinin müəyyən edilməsi şəxsin mənfəət götürmək məqsədi ilə, habelə onun sahibkarlıq olması geniş tətbiq edilən davranış qaydası ilə müəyyən edilir. Adətən sahibkarlıq fəaliyyətinin xüsusiyyəti kimi malların pərakəndə deyil, əmtəə partiyası ilə alqısatqısının həyata keçirilməsidir. Bu baxımdan sahibkarın fəaliyyət göstərməsi üçün əmtəə partiyası ilə mal alması onun fəaliyyətinin işgüzar adətidir. Göründüyü kimi pərakəndə qaydada alınan mallar deyil, iri əmtəə partiyaları ilə malların alınması sahibkarlığın işgüzar adəti hesab edilir və belə mal alan həmin əmlakdan istifadə edib mənfəət əldə etmək məqsədindədir. Belə ki, sözügedən hallar (vergi ödəyicisinin fəaliyyətinin iqtisadi göstəriciləri, çeklərin günün eyni vaxtlarında, qısa vaxt aralığında nəzarət-kassa aparatına mədaxil olunması, işçisinin olmaması və s. hallar) faktiki olaraq topdan qaydada satılan və elektron qaimə- faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir.Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilir ki, iş materiallarında iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olmasını təsdiq və sübut edən kifayət qədər sübut, dəlil və arqument olmuşdur.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 13.2.62. Pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesabfakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir; 13.2.63. Topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab- faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir; 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 24.1. Vergi orqanları: 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə ... borcludur; 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur; 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. Malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir; 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir; 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir; Maddə 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə-malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 67.1 İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2 Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3 Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
18. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası: 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2.Bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaiməfaktura) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir; 4.2. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır; 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilir.
19. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün taətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İş materialları ilə müəyyən olunur ki, Dövlət Vergi Xidmətinin İdxal-İxac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2211 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə İddiaçı fəaliyyəti barədə operativ vergi nəzarəti təyin edilmiş və aparılmış nəzarət tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixli DVX 008234 seriyalı akt tərtib edilmiş, həmin akt əsasında xx.xx.2022-ci il tarixli **********3090 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir.
22. Belə ki, xx.xx.2022-ci il tarixli **********2211 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri,Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal-qərbi ünvanında yerləşən İddiaçı məxsus mağazada xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.
23. xx.xx.2022-ci il tarixli DVX 008234 seriyalı aktdan görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********2211 nömrəli qərarına əsasən İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal-qərbi ünvanında yerləşən mağazada keçirilmiş operativ vergi nəzarəti zamanı gömrük bəyannaməsi əsasında invoys dəyəri ilə idxal olunmuş 571127,77 manat dəyərində olan mala 5% ticarət əlavəsi və 18% ƏDV tətbiq olunmaqla 707627,30 manata digər vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq satılması faktı aşkar edildiyi qeyd olunmuşdur.
24. xx.xx.2022-ci il tarixli **********3090 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərardan görünür ki, İddiaçı Vergi Məcəlləsinin 58.13- cü maddəsinə əsasən 70762.73 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
25. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********3090 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır.
26. Vergi Məcəlləsi vergi ödəyiciləri tərəfindən büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər, o cümlədən kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlaması həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Vergi qanunvericiliyi qeyd olunan yoxlamalardan hər birinin keçirilmə şərtlərini və qaydalarını tənzimləyir. Nəzərə almaq lazımdır ki, vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə həmin yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara istinad etməlidir.
27. Hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********2211 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Bu hal cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir.
28. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
29. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericilikdə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır.
30. Bundan əlavə, Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir.
31. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Hazırkı mübahisəyə münasibətdə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, əvvəlki dövrlərdə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır.
32. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir.
33. Apellyasiya şikayətinin dəlili kimi vergi ödəyicisinin topdan satışı pərdələmək üçün pərakəndə satış həyata keçirməsinə və qısa zaman kəsiyində eyni şəxslərə təkrar mal satışını həyata keçirməsinə qiymət verərkən məhkəmə kollegiyası qeyd edir ki, alqısatqının sayı və satıcı kimi subyektlərin sayında qanunverici hər hansı məhdudiyyət müəyyən etməmişdir.
34. Habelə, pərakəndə ticarət subyektləri satışı qəbz və ya nəzarət-kassa aparatı ilə aparır, eyni zamanda "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" qaydasında əlavə olaraq POSterminalların da istifadəsi nəzərdə tutulur. Müştəri tərəfindən xüsusi tələb olduqda isə pərakəndə ticarət subyekti elektron qaimə-faktura və vergi hesab-fakturası təqdim edə bilir. Alıcının məhsulun son istehlakçısı hesab olunduğu nəzərə alınmaqla pərakəndə ticarət subyekti malı həm əhaliyə, həm də vergidə uçotda olan fiziki və hüquqi şəxslərə sata bilir. Topdansatış ticarət fəaliyyəti ilə məşğul olanlar isə malları ancaq alıcının sahibkarlıq fəaliyyəti üçün satırlar və bu zaman elektron qaimə-faktura və ya vergi hesabfakturası təqdim edirlər.
35. Qeyd edilməlidir ki, mövcud vergi qanunvericiliyi ilə topdansatış və pərakəndə satış ticarət fəaliyyətinin vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydasında fərqlər müəyyən edilsə də, həmin ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi, başqa sözlə hədd meyarı müəyyən edilməmişdir.
36. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının gömrük bəyannaməsi əsasında invoys dəyəri ilə idxal olunmuş 571127,77 manat dəyərində olan malı 707627,30 manata müvafiq şəkildə satması, eləcə də mal qalığının olmaması heç də onun topdansatış fəaliyyəti ilə məşğul olduğunu deməyə əsas vermir.
37. Həmçinin vergi orqanı mübahisələndirilən qərarı qəbul edərkən yalnız iddiaçının nümayəndəsinin izahatına istinad etmiş, qeyd olunan izahatı başqa obyektiv sübutlarla təsdiq etməmişdir.
38. Bundan başqa, cavabdeh qeyd olunan dəyərdə malların vergi ödəyicisinə satıldığını iddia etsə də, malların alıcısının şəxsiyyəti (vergi ödəyicisi olması), aldığı malların həcmi, dəyəri barədə hər hansı sübutu nə birinci, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir.
39. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(114)-2264/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov