Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-786/2023 12.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməklə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-880/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 154 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
2. ИТ-İ ******* nömrəli, xx.xx.1981-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ayrı-ayrı vaxtlarda müxtəlif işlərdə əmək funksiyasını yerinə yetirmişdir.
3. X6 Filialının xx.xx.2022-ci il tarixli, 671(460)/4 nömrəli arxiv arayışından görünür ki, “Yolnəqliyyatservis” Departamenti 20 (5, 18) saylı Yol İstismar idarəsi arxiv fondunun sənədlərinə əsasən fəhlə və qulluqçuların əmək haqqı cədvəllərində İddiaçı oktyabr 2000ci il tarixdən avqust 2003-cü il tarixədək əmək haqqı aldığı müəyyən olunmuşdur. Həmçinin qeyd edilmişdir ki, Yol istismari idarəsi arxiv fondunun 2004-cü il üzrə əmək haqqı cədvəlləri Filala təhvil verilmədiyi üçün İddiaçı həmin ildə aldığı əmək haqqı arayışda göstərilməmişdir.
4. X6 Filialının xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, “Yolnəqliyyatservis” Departamentinin arxiv fondunun 2000-ci ilin yanvar yanvar-fevral ayları və 2004-cü il üzrə əmək haqqı cədvəlləri arxivə təhvil verilməmişdir. Həmçinin filalda mühafizə olunan həmin təşkilatın 2000-ci ilin mart-iyun aylarda və 2003-cü ilin sentyabrdekabr ayları üzrə əmək haqqı cədvəlləri yoxlanılmış İddiaçı adına əmək haqqı hesablanmamışdır.
5. Samux Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 390 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixli 53 saylı əmrlə Yenikənd tingçilik sovxozunda 1 nömrəli şöbəyə müvəqqəti olaraq fəhlə qəbul edilmiş, xx.xx.1974-cü il tarixli 23 saylı əmrlə xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixə öz ərizəsinə əsasən məzuniyyətə buraxılmış, xx.xx.1975-ci il tarixli 18 saylı əmrlə briqadaya təhkim edilmiş, xx.xx.1994-cü il tarixli 14 saylı əmrlə süd maşınında işləmək üçün sürücü qəbul edilmiş, xx.xx.1995-ci il tarixli 50 saylı əmrlə QAZ-53 markalı süd maşını yararsız olduğu üçün MTZ-82 markalı traktora sürücü keçirilmiş, xx.xx.1997-ci il tarixli 18 saylı əmrlə islahatla əlaqədar olaraq öz ərizəsinə əsasən işdən azad edilmişdir.
6. Samux Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 265 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Yenikənd tingçilik sovxozunda 1994-cü ilin mart-avqust ayları üzrə əmək haqqı almış, 1995-1997-ci illər üzrə isə əmək haqqı kitabında adına rast gəlinməmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1973-cü il tarixdən 1998-ci il tarixədək Yenikənd tinglik sovxozunda, 2000-ci ildən xx.xx.2004-cü il tarixədək “Yol İstismar” idarəsində və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının hüququnun yarandığı tarixdən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir
9. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş, 1973-cü ildən 1998-ci ilə kimi Yenikənd tinglik savxozunda müxtəlif vəzifələrdə işləmiş, 2000-ci ildən xx.xx.2004-cü il tarixə kimi Yol İstismar İdarəsində buldozerçi vəzifəsində, xx.xx.2021-xx.xx.2022-ci illərdə isə "xxxx" MMC Cəmiyyətinin Samux əkinçilik təsərrüfatında traktorçu vəzifəsində işləmişdir, qeyd olunan fakt ona məxsus əmək kitabçası və arxiv arayışları ilə öz təsdini tapır. Pensiya yaşına çatdığı üçün ona yaşa görə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur.
10. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, “xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixdək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının hüququnun yarandığı tarixdən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı və vəkili X5 iddia tələbini müdafiə edərək təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrlərin mötəbərliyinə əsaslı şübhələr olduğuna görə cavabdeh tərəfindən araşdırılması zərurəti yaranmışdır. X6 filialının xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən iddiaçının əmək kitabçasında qeyd edilmiş “Yol İstismar” idarəsində xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan əmək fəaliyyəti zamanı 2003-cü il tarixdə 3 ay əmək haqqı hesablanmış, 2004-cü il üzrə isə əmək haqqı cədvəlləri arxivə təhvil verilməmişdir. Samux rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arayışında iddiaçının “Yenikənd tinglik” sovxozunda xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan əmək fəaliyyəti zamanı 1994-cü ildə 6 ay əmək haqqı, hesablanması, 1995-ci il tarixdən 1997-ci il tarixədək əmək haqqı hesablanmaması bildirilmişdir. Həmçinin sözügedən arayışa əsasən iddiaçı xx.xx.1994-cü il tarixli əmrlə süd maşınında işləmək üçün sürücü vəzifəsinə qəbul edilmişdir. İddiaçının əmək kitabçasındakı qeyddə isə xx.xx.1993-cü il tarixdə işə qəbul edilməsi göstərilmişdir. Qeyd olunan uyğunsuzluqlar iddiaçının əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr yaratmışdır.
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-880/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixdək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.2003cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.
14. Məhkəmə iddianı təmin edərkən hesab etmişdir ki, iddiaçının xx.xx.1994-cü il tarixli, 14 saylı əmrlə Yenikənd tingçilik sovxozuna sürücü qəbul edilməsi, xx.xx.1995-ci il tarixli, 50 saylı əmrlə traktora sürücü keçirilməsi və xx.xx.1997-ci il tarixli, 18 saylı əmrlə islahatla əlaqədar olaraq öz ərizəsinə əsasən işdən azad edilməsi müvafiq arxiv arayışı və əmək kitabçası ilə, həmçinin xx.xx.2000-ci il tarixdə 129 nömrəli əmrlə işə qəbul edilməsi və xx.xx.2004-cü il tarixdə 120 nömrəli əmrlə işdən azad edilməsi əmək kitabçası ilə təsdiq olunur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2- 1(114)-880/2023 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının cəmi 22 il 6 ay sığorta stajı vardır ki, bu da qanunvericiliklə tələb edilən 25 il sığorta stajından azdır. İddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 21 il 10 ay sığorta stajına uyğun olaraq 17753,33 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 709.79 manat olmaqla, ümumilikdə 18463,13 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az oilmayan pensiya təminatına imkan vermir. iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrlərin mötəbərliyinə əsaslı şübhələr olduğuna görə cavabdeh tərəfindən araşdırılması zərurəti yaranmışdır. X6 filialının xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən iddiaçının əmək kitabçasında qeyd edilmiş “Yol İstismar” idarəsində xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan əmək fəaliyyəti zamanı 2003-cü il tarixdə 3 ay əmək haqqı hesablanmış, 2004-cü il üzrə isə əmək haqqı cədvəlləri arxivə təhvil verilməmişdir. Samux rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arayışında iddiaçının “Yenikənd tinglik” sovxozunda xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan əmək fəaliyyəti zamanı 1994-cü ildə 6 ay əmək haqqı hesablanması, 1995-ci il tarixdən 1997-ci il tarixədək əmək haqqı hesablanmaması bildirilmişdir. Həmçinin sözügedən arayışa əsasən iddiaçı xx.xx.1994-cü il tarixli əmrlə süd maşınında işləmək üçün sürücü vəzifəsinə qəbul edilmişdir. İddiaçının əmək kitabçasındakı qeyddə isə xx.xx.1993-cü il tarixdə işə qəbul edilməsi göstərilmişdir. Qeyd olunan uyğunsuzluqlar iddiaçının əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr yaratmışdır. Sığorta stajı hesablanarkən iddiaçının əmək haqqı almadığı dövrlər nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-880/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
19. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
20. Azərbaycan Respublikası Konstitusiyası Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 149. İ və İİİ hissə: Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Maddə 149. Vİİ hissə: Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
21. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamə Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.
22. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.
23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarəvə təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
24. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 67.1 və 2-ci hissələrinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Qərarın 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
27. İPM-in 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
28. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
29. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
30. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
31. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
32. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
33. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
34. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
35. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
36. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
37. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
38. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməlidir.
40. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə onun xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2004cü il tarixədək işlədiyi illəri onun sosial sığorta stajı kimi qəbul etməyərək, sığorta stajının 25 ildən az – 22 il 6 ay təşkil etdiyi qeyd edərək, müraciətini təmin etməkdən imtina etmiş və bu barədə xx.xx.2022-ci il tarixli imtina məktubu göndərmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmişdir.
41. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla xx.xx.2022-ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur. Deməli iddiaçının xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır.
42. Məhkəmə kollegiyası bildirir ki, inzibati orqan tərəfindən mübahisələndirilən iş illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və arxiv idarəsi tərəfindən verilmiş arxiv arayışları əsas götürülməklə aşağıda qeyd edilən dövrlər sosial sığorta stajı kimi qəbul edilməlidir.
43. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
44. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir.
45. Arxiv idarəsi mərkəzi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizəsi işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şübhə altına alınması məntiqə uyğun deyildir.
46. Göründüyü kimi, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən staj dövrü isə onun xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixdək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi müddətlərdir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan əmək kitabçası və arxiv arayışı ilə iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Yenikənd tingçilik sovxozunda işləməsi təsdiq olunur. Belə ki, Samux Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 390 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixli 53 saylı əmrlə Yenikənd tingçilik sovxozunda 1 nömrəli şöbəyə müvəqqəti olaraq fəhlə qəbul edilmiş, xx.xx.1974-cü il tarixli 23 saylı əmrlə xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixə öz ərizəsinə əsasən məzuniyyətə buraxılmış, xx.xx.1975-ci il tarixli 18 saylı əmrlə briqadaya təhkim edilmiş, xx.xx.1994-cü il tarixli 14 saylı əmrlə süd maşınında işləmək üçün sürücü qəbul edilmiş, xx.xx.1995-ci il tarixli 50 saylı əmrlə QAZ-53 markalı süd maşını yararsız olduğu üçün MTZ-82 markalı traktora sürücü keçirilmiş, xx.xx.1997-ci il tarixli 18 saylı əmrlə islahatla əlaqədar olaraq öz ərizəsinə əsasən işdən azad edilmişdir.
48. Kollegiya hesab edir ki, Yenikənd tingçilik sovxozunun əmək haqqı kitablarında iddiaçının adının qeyd edilməməsi onun ziyanına şərh edilə bilməz. Çünki iddiaçının xx.xx.1994-cü il tarixli, 14 saylı əmrlə Yenikənd tingçilik sovxozuna sürücü qəbul edilməsi, xx.xx.1995-ci il tarixli, 50 saylı əmrlə traktora sürücü keçirilməsi və xx.xx.1997-ci il tarixli 18 saylı əmrlə islahatla əlaqədar olaraq öz ərizəsinə əsasən işdən azad edilməsi müvafiq arxiv arayışı və əmək kitabçası ilə təsdiq olunur. Bu halların mövcudluğu da iddiaçının qeyd edilən dövrlərdə sovxozda işləməsini təsdiq edən sübutlar kimi qiymətləndirilir.
49. Məhkəmə kollegiyasının cavabdeh tərəfindən mübahisələndirilən iddiaçının xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi illərə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə tam təmin etməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş X6 Filialının xx.xx.2022-ci il tarixli, 671(460)/4 nömrəli arxiv arayışından görünür ki, “Yolnəqliyyatservis” Departamenti 20 (5, 18) saylı Yol İstismar idarəsi arxiv fondunun sənədlərinə əsasən fəhlə və qulluqçuların əmək haqqı cədvəllərində İddiaçı oktyabr 2000-ci il tarixdən avqust 2003-cü il tarixədək əmək haqqı aldığı müəyyən olunmuşdur. Həmçinin qeyd edilmişdir ki, Yol istismari idarəsi arxiv fondunun 2004-cü il üzrə əmək haqqı cədvəlləri Filala təhvil verilmədiyi üçün İddiaçı həmin ildə aldığı əmək haqqı arayışda göstərilməmişdir Həmçinin göstərilmişdir ki, filalda mühafizə olunan həmin təşkilatın 2000-ci ilin mart-iyun aylarda və 2003-cü ilin sentyabrdekabr ayları üzrə əmək haqqı cədvəlləri yoxlanılmış İddiaçı adına əmək haqqı hesablanmamışdır.
50. Göründüyü kimi, müəssisənin 2004-cü il üzrə əmək haqqı cədvəlləri ümumiyyətlə arxivə təhvil verilməmişdir. Ona görə də əmək haqqı cədvəllərinin arxivdə olmaması iddiaçının onun həmin müəssisədə işləməsini və əmək haqqı almasını təkzib edən hal kimi qiymətləndirilə bilməz. Həmçinin bu halın əksini təsdiq edən sübutlar da inzibati orqan təqdim etməmişdir. Odur ki, iddiaçının xx.xx.2004-cü il tarixədən xx.xx.2004-cü il tarixədək işlədiyi dövr siğorta stajı kimi qəbul edilməlidir. Lakin xx.xx.2003-cü il tarixdən xx.xx.2004cü il tarixədək işlədiyi dövrlə bağlı əmək haqqı alması arxiv sənədləri ilə müəyyən edilmir. Belə ki, müəssisənin arxivə təhvil verilmiş 2003-cü ilin sentyabr-dekabr ayları üzrə əmək haqqı cədvəllərinə əsasən iddiaçıya xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək əmək haqqı hesablanmadığı müəyyən olunmuşdır. Odur ki, məhkəmə kollegiyası iddia tələbini həmin hissədə əsaslı hesab etmir.
51. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməyən (22 il 6 ay) və mübahisələndirilən – xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixdək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.2004-cü il tarixədən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrlər nəzərə alınmaqla ümumi iş stajı 25 ildən artıqdır. Bununla da təsdiq olunur ki, iddiaçı yaşa görə əmək pensiyası hüququ əldə etmək üçün tələb olunan sığorta stajına malikdir. Bu halda qanunvericiliyin tələb etdiyi şərtlər ödənilir və iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsində deyilir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
53. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı qismən, yəni iddiaçının xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi hissəsində ləğv edilməli, digər hissələrdə isə qərar dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-880/2023 nömrəli qərarı qismən, yəni İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməsin. Qərar qalan hissədə, yəni İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixdək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2004cü il tarixədək işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.