Məhkəmə qərarları › İş №2-1(104)-79/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-79/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-79/2025 04.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-N(NN4)- NN78/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı məxsus ******* nömrəli hərbi biletdəki qeydlərdən görünür ki, o, xx.xx.Nxx.xx.N-ci il tarixlərdə N nömrəli hərbi hissədə, xx.xx.N993-xx.xx.N993-cü il tarixlərdə isə N nömrəli hərbi hissədə hərbi xidmətdə olmuşdur.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 4/3-5654 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 4/2-265 nömrəli arayışına əsasən xx.xx.N993-xx.xx.N993-cü il tarixlərdə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 4/2-965 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli, N9 №-li əmrilə sıravi İddiaçı Əsgər oğlu şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir; 00N nömrəli hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli, 28 №-li əmrilə 3 (üç) aylıq toplanışa çağırılmış sıravi İddiaçı Əsgər oğlu şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək sürücü vəzifəsinə təyin edilmişdir; 00N nömrəli hərbi hissə komandirinin N fevral N993-cü il tarixli, 54 №-li əmrilə 3 (üç) aylıq toplanışa çağırılmış, avtomobil tağımının sürücüsü sıravi İddiaçı Əsgər oğlu ştat vəzifəsindən çıxarılaraq ştatdan kənar edilmişdir. Bundan başqa, N nömrəli hərbi hissə komandirinin iyun N-ci il tarixli və N nömrəli hərbi hissə komandirinin Müzafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan xx.xx.N993-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Əsgər oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arxiv çıxarışlarından görünür ki, 00N nömrəli hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli, 28 №-li əmrilə 3 (üç) aylıq toplanışa çağırılmış sıravi İddiaçı Əsgər oğlu şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək sürücü vəzifəsinə təyin edilmişdir; 00N nömrəli hərbi hissə komandirinin N fevral N993-cü il tarixli, 54 №-li əmrilə 3 (üç) aylıq toplanışa çağırılmış, avtomobil tağımının sürücüsü sıravi İddiaçı Əsgər oğlu ştat vəzifəsindən çıxarılaraq ştatdan kənar edilmişdir.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, N640 nömrəli məktubdan görünür ki, N nömrəli hərbi hissə komandirinin iyun-dekabr N993-cü il, yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N5N №-li hərbi hissə komandirinin xx.xx.N993-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 94 nömrəli əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, N832 nömrəli məktubdan görünür ki, N №-li hərbi hissə komandirinin N may N-ci il tarixli, N9 №-li əmrilə şəxsi heyətin siyahısında sıravi İddiaçı adı qeyd edilmişdir. 00N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli, 28 №-li əmrilə 3 (üç) aylıq toplanışa çağırılmış sıravi İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək Mühafizə və xidmət bölüyünün avtomobil tağımında “sürücü” vəzifəsinə təyin edilmişdir. 00N №-li hərbi hissə komandirinin N fevral N993-cü il tarixli, 54 №-li əmrilə 3 (üç) aylıq toplanışa çağırılmış, avtomobil tağımının sürücüsü, sıravi Zeynalov X4 və xidmət bölüyünün ştat vəzifəsindən çıxarılaraq, ştatdan kənar edilmişdir. N №-li hərbi hissə komandirinin iyun-dekabr N-ci il, yanvar-dekabr N993-cü il, yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N5N №-li hərbi hissə komandirinin xx.xx.N993-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar edilməmişdir. N5N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 94 №-li əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməmişdir.

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin çavuşu İddiaçı Əsgər oğlunun hərbi xidmətini keçməsi haqqında çıxarışdan görünür ki, N982- N984-cü illərdə Kirovabad hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, 2 iyun N984-cü ildə ehtiyata buraxılmışdır. N-ci il iyunun 30-dan (N saylı hərbi hissə) N993-cü il yanvarın 28-dək Azərbaycan Respublikası Milli Ordusunun Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə çağırılıb. N5N saylı hərbi hissədə xx.xx.N993-cü il tarixindən halhazıradək xidmətdədir.

8. Gəncə Hərbi Prokurorluğunun xx.xx.20N2-cü il tarixli, 3-3-N60/2-04034N/2024 nömrəli məktubundan görünür ki, xx.xx.N997-ci il tarixədək olan cinayət işlərinin qeydiyyatı kitabları və xx.xx.20N5-ci il tarixədək olan cinayətlər barədə məlumatların qeydiyyatı kitabları saxlama müddətinin başa çatması ilə əlaqədar xx.xx.2022-ci il tarixdə məhv edildiyindən, xx.xx.N-xx.xx.N-cı il tarixlərdə hərbi xidmət keçmiş sabiq əsgər N964cü il təvəllüdlü İddiaçı barəsində cinayət işi və araşdırma materialı olub-olmaması haqqında məlumat vermək mümkün olmamışdır.

9. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli, 3294 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandininin N may N-ci il tarixli, N9 №-li əmrilə (əsas səh-30, sıra-25, qeyd: əmrdə paragrafın əvvəlində “танкисти (Гянджа)”, adının qarşısında “убыли 29.06.92” yazılmışdır) sıravi İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatiara daxil edilmişdir. Gəncə şəhəri Nizami RHKdan təlim toplanışa göndərilmək üçün çağırılmış adlı siyahıda (əsas kitab xx.xx.Nxx.xx.N993, səh. N7, qeyd: məlumatda atasının adı tam yazılmamış, məlumat rus əlifbası ilə qeyd olunmuşdur) N964-cü il təvəllüdlü İddiaçı A. oğlunun adı qeyd olunmuşdur. 00N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, N55 №-li əmrində (əsas səh. N7, §5, sıra-N, qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır, əmrin nömrəsində düzəliş olunub) sürücü Z Zeynalovun toplanış müddəti bitdiyinə görə Gəncə şəhəri Nizami RHKya göndərilməsi barədə məlumat vardır. 00N nömrəli hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli, 28 №-li əmrilə (əsas: §-2,səh-229,sıra-N) 3 (üç) aylıq toplanışa çağırılmış, sıravi İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək sürücü vəzifəsinə təyin edilmişdir. 00N nömrəli hərbi hissə komandirinin N fevral N993-cü il tarixli, 54 №-li əmrilə (əsas: §-9,seh-3,sıra-7) 3 (üç) aylıq toplanışa çağırılmış, avtomobil tağımının sürücüsü, sıravi İddiaçı ştat vəzifəsindən çıxarılaraq ştatdan kənar edilmişdir. Bildirir ki, N nömrəli hərbi hissə komandirinin aprel, iyun N-ci il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Əsgər oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır.

10. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3583 nömrəli məktubundan görünür ki, 00N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N55 №-li əmrində (əsas: §-5, səh-28, əmrə adı tam yazılmamışdır, atasının adı qeyd olunmamışdır) toplanış keçmə müddəti qurtardığına görə, sürücü İddiaçı qeydiyyata düşmək üçün Gəncə şəhəri Nizami RHK-na göndərilməsi barədə məlumat vardır. Qeyd edir ki, N №-li hərbi hissə komandirinin iyun-dekabr N-ci il, yanvar-dekabr N993-cü il, yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N5N N№-li hərbi hissə komandirinin xx.xx.N993-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar edilməmişdir. N5N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 94 №-li əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

NN. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsini verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. N2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(NN2)-NN882/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair 2-N(NN2)-NN882/2023 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. N3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, N-ci il aprel ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə etmək üçün ordu sıralarında xidmət etməyə başlamış, N saylı hərbi hissədə düşmənə qarşı döyüşmüşdür. Rəhbərliyin əmrinə əsasən N5N saylı hərbi hissədə xidmətini davam etdirmiş, N5N saylı hərbi hissədən tərxis olunmuşdur. Xidməti qüsursuz olmuşdur. Ordudan qayıtdıqdan sonra hərbi bileti və digər sənədləri itirmişdir. Hərbi biletin surətini və N5N saylı hərbi hissədə verilən arayışı Gəncə şəhəri Kəpəz rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etmişdir. Hərbi biletdə 7-ci səhvədə döyüşdə olduğu möhürlə təsdiq olunmuş, hərbi biletinin 6-cı səhifəsində N saylı hərbi hissədə xidməti barəsində möhür var. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli cavabında aşağıdakılar qeyd edilmişdir: “Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq təkrar bildiririk ki, Sizə “Mubaribə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsı üzrə komissiya”nın xx.xx.202N-ci il və təkrar xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir”. “Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 4/2- 265 nömrəli arayışına əsasən xx.xx.N993-cü il tarixlərdə hərbi xidmətiniz və hərbi xidmətdən qanuni əsaslarda etiyata buraxılmağınız barədə məlumat olmadığına görə Sizə “Müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur”. Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 4/2-265 nömrəli arayışında aşağıdakılar qeyd edilmişdir: “Verilir, İddiaçı ondan ötrü ki, N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli, N9 №li əmrilə adının qarşısında sıravi İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. 00N nömrəli hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli, 28 №-li əmrilə 3 (üç) aylıq toplanışa çağırılmış sıravi İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək sürücü vəzifəsinə təyin edilmişdir. 00N nömrəli hərbi hissə komandirinin N fevral N993-cü il tarixli, 54 №-li əmrilə 3 (üç) aylıq toplanışa çağırılmış, avtomobil tağımının sürücüsü, sıravi İddiaçı ştat vəzifəsindən çıxarılaraq ştatdan kənar edilmişdir. Bildiririk ki, N nömrəli hərbi hissə komandirinin iyun N-ci il tarixli və N nömrəli hərbi hissə komandirinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan xx.xx.N993xx.xx.N993- cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Qeyd edirik ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivi tərəfindən İddiaçı xidməti barədə SHXÇDX-nin Gəncə şəhəri Nizami rayon şöbəsinin ünvanına göndərilmiş xx.xx.202N-ci il tarixli, 9/2-4620 №-li məktubda qeyd olunan məlumatlar hərbi hissə komandirinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan əmrlərinə əsasən yazılmış və olduğu kimi köçürülmüşdür. Arxiv arayışında 00N№-li Hərbi Hissə komandirinin xx.xx.N993-cü il tarixli, 28№-li və xx.xx.N993-cü il tarixli, 54 №li əmrləri ilə 3 aylıq toplanışa çağırılmağı qeyd edilməsinə baxmayaraq arxiv arayışında qeyd edilir ki, xx.xx.N993-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərdə xidməti barədə məlumat aşkar olunmamışdır. Bundan əlavə onun Ağdam döyüşlərində iştirak etməyi həmin vaxtı Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmiş, əsgər yoldaşları X3, XN və X2 yazıb, imzalayıb, notariat qaydasında təsdiq etdirdikləri ərizələri ilə də sübut edilir. N4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. N5. Gəncə İnzibati Məhkəməsinin (hakim E.Axundov) xx.xx.2024-cü tarixli, 2- N(NN4)-NN78/2024 saylı qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. N6. Məhkəmə hesab etmişdir ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir ki, hazırkı iş materiallarında iddiaçının xx.xx.N993-xx.xx.N993-cü il tarixlərdəki hərbi xidməti və hərbi hissədən qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla tərxis olunmasını təsdiq edən hər hansı mötəbər sübut olmadığından inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

N7. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024cü tarixli, 2-N(NN4)-NN78/2024 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. N8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar çıxararkən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. (araşdırılmamış). Məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qərarda göstərdiyi nəticələr işin hallarına uyğun olmamış, qərar iş üzrə müəyyən edilmiş həqiqi hallara və hallarına uyğun olmamış, qərar iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Qərarın qanunsuz və əsasız olmasına dair birinci dəlili ondan ibarətdir ki, məhkəmə prosesinin keçirilməsi ilə bağlı bildirişin ona vaxtında çatdırılmamasını hakim bildiyi halda onun iştirakı olmadan məhkəmə prosesinin keçriməsi. Məhkəmə prosesi zamanı hakim onun təqdim edəcəyi Müdafiə Nazirliyinin arxivindən arayışı qəbul etsəydi, cavabdeh işdəki sübutları sübut etmə nəzəriyyəsinə uyğun, həll edərdi. Hakim bunu bilərəkdən özü obyektiv araşdırmalı olduğu halda, bunu etməmişdir. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və ya düzgün tətbiq etməmişdir. Qərarda qeyd edilənlər hamısı bir tərəfli olaraq cavabdehin maraqlarının təmin edilməsinə dair yazılıbdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri N9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-N(NN4)-NN78/2024 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. 2N. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

22. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

23. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə N.N. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.N. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin N-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının N8 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.

24. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.N. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin 8ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, 2020-ci il sentyabrın 27dən noyabrın N0-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.

26. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin.

27. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” özləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).

28. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

30. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 3N. İPM-in 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

32. İPM-in 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

33. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

34. İPM-in 85.N. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

35. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

36. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

37. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

38. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

39. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

40. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin N.N-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır. 4N. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.N-xx.xx.N-ci il tarixlərdə N nömrəli hərbi hissədə, xx.xx.N993xx.xx.N993-cü il tarixlərdə isə N nömrəli hərbi hissədə hərbi xidmət etdiyini, aktiv döyüş əməliyyatlarında iştirak etdiyini və N nömrəli hərbi hissədən tərxis edildiyini bildirərək cavabdeh - Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh orqan isə cavabında onun müraciətinə komissiyanın xx.xx.202N-ci il və təkrar xx.xx.2023-cü il tarixli iclaslarında baxıldığını və müsbət qərar qəbul edilmədiyini bildirilmişdir. Odur ki, iddiaçı hazırda bu tələblə məhkəməyə müraciət etmişdir.

45. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, N832 nömrəli məktubdan görünür ki, N №-li hərbi hissə komandirinin N may N-ci il tarixli, N9 №-li əmrilə şəxsi heyətin siyahısında sıravi İddiaçı adı qeyd edilmişdir. 00N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli, 28 №-li əmrilə 3 (üç) aylıq toplanışa çağırılmış sıravi İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək Mühafizə və xidmət bölüyünün avtomobil tağımında “sürücü” vəzifəsinə təyin edilmişdir. 00N №-li hərbi hissə komandirinin N fevral N993-cü il tarixli, 54 №-li əmrilə 3 (üç) aylıq toplanışa çağırılmış, avtomobil tağımının sürücüsü, sıravi Zeynalov X4 və xidmət bölüyünün ştat vəzifəsindən çıxarılaraq, ştatdan kənar edilmişdir. N №-li hərbi hissə komandirinin iyun-dekabr N-ci il, yanvar-dekabr N993-cü il, yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N5N №-li hərbi hissə komandirinin xx.xx.N993-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar edilməmişdir. N5N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 94 №-li əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməmişdir.

46. Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3583 nömrəli məktubu ilə müəyyən olunur ki, 00N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, N55 №-li əmrində (əsas: §-5, sah-28, əmrə adı tam yazılmamışdır, atasının adı qeyd olunmamışdır) toplanış keçmə müddəti qurtardığına görə, sürücü İddiaçı qeydiyyata düşmək üçün Gəncə şəhəri Nizami RHK-na göndərilməsi barədə məlumat vardır. Qeyd edir ki, N №-li hərbi hissə komandirinin iyun-dekabr N-ci il, yanvar-dekabr N993-cü il, yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N5N №-li hərbi hissə komandirinin xx.xx.N993-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar edilməmişdir. N5N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 94 №-li əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.

47. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müharibə veteranı statusu almaq üçün onun hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil edilməsi, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdən çıxarışlar, həmçinin onun qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə qaydasında öz təsdiqini tapmalıdır.

48. Göründüyü kimi, arxiv məlumatlarında iddiaçının hərbi hissənin şəxsi heyətinin tərkibinə xidmətə qəbul edilməsi barədə müəyyən məlumatlar olsa da, lakin döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində sonrakı xidməti (xx.xx.N993-xx.xx.N993-cü il tarixlərdə N nömrəli hərbi hissədə) və qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə qaydasında öz təsdiqini tapmamışdır. Beləliklə iddiaçının döyüşən hərbi hissənin tərkibinə daxil edilməsi barədə qeydlər olsa da, lakin sonrakı xidməti və hərbi hissədən qanuni əsaslarla tərxis olunmasının əsasları iş materialları ilə öz təsdiqini tapmır.

49. Həmçinin məhkəmə kollegiya, iddiaçının istinad etdiyi ona məxsus ******* nömrəli hərbi biletdə olan qeydlərə münasibətdə bildirir ki, bu qeydlərin mötəbərliyi nizami hissə üzrə əmrdən çıxarışlar və arxiv arayışları ilə təsdiq olunmalıdır. İddiaçınln hərbi biletində olan qeydlər arxiv arayışları ilə onun hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil edilməsi hissəsində yalnız öz təsdiqini tapır. Hətta onun hərbi hissəyə daxil edilməsi barədə hərbi biletdə olan məlumatların mötəbərliyi qəbul edilsə belə, lakin onun hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması iş materialları ilə müəyyən edilmir. Digər tərəfdən, hərbi biletdə qeyd edilmiş onun N5N №-li hərbi hərbi hissədən qeydiyyatdan çıxarılması barədə olan hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 94 №-li əmrinin mövcudluğu isə arxiv materialları ilə təsdiq olunmur.

50. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Səfərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” xx.xx.N996-cı il tarixli, 433 nömrəli Fərmanı ilə hərbi qulluqçuların ehiyata buraxılması qərara alınmışdır. Həmin Fərmana uyğun olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli, 26 nömrəli əmri ilə hərbi qulluqçuların təxris edilməsi prosesinə başlanmışdır. Hərbi qulluqçular qeyd edilən Fərmandan əvvəl, yalnız xüsusi hallarda (şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararsız olması müəyyən edildikə və.s) təxis edilmişlər. İddiaçının Azərbaycan Respublikası Prezidentinin “Səfərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” xx.xx.N996-cı il tarixli, 433 nömrəli Fərmanından əvvəl tərxis olunmasının əsasları iş materialları ilə müəyyən olunmur. 5N. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

52. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.N-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-N(NN4)-NN78/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar