Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-8/2024 24.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs X21) qarşı dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-510/2022 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 06 dekabr 2021-ci il tarixli, **********46 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 1i ünvanında X11 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv olunması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən məhkəmə qaydasında həll edilir. X33 Filialının 298 nömrəli, xx.xx.2018-ci il tarixli arayışından görünür ki, arxivdə saxlanılan Ağdam rayon Xındırıstan kənd ərazi nümayəndəliyinin 2001-2005-ci illərə dair 12 nömrəli Təsərrüfatbaşına uçot kitabının 776-cı hesab nömrəsinə əsasən X18 adına olan həyətyanı sahə və evin 775-ci şəxsi hesab nömrəsində olduğu göstərilmişdir. 775-ci şəxsi hesab nöməsində X12 qeydə alınmış və adına 0.30 sot həyətyanı torpaq sahəsi və 127 kv.m sahəsi olan ev qeyd olunmuşdur. xx.xx.2001-ci ildə vəfat etdiyi üçün təsərrüfatı bağlanmışdır. X6 və X19 ailə tərkibi X22 və X9 ibarətdir. X45 Filialının 67 nömrəli, xx.xx.2021-ci il tarixli arayışında Ağdam rayon Xındırıstan kənd ərazi nümayəndəliyinin 1983-1985-ci illərə dair 08 nömrəli Təsərrüfatbaşına uçot kitabının 424-cü hesab nömrəsinə əsasən X6 adına 1950-ci ildə çiy kərpicdən tikilmiş, sahəsi 36 kv.m olan ev və 30 sot həyətyanı torpaq sahəsi qeyd olunduğu göstərilmişdir. X33 Filialının 69 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Ağdam rayon Xındırıstan kənd ərazi nümayəndəliyinin 1996-2005-ci illərə dair 10 və 12 nömrəli Təsərrüfatbaşına uçot kitabının 682-ci və 775-ci hesab nömrəsinə əsasən X6 adına və 30 sot həyətyanı topraq sahəsi və sahəsi 127 kv.m olan ev qeyd olunmuşdur. 2001-2005-ci ilin 12 nömrəli təsərrüfatbaşına uçot kitabının 775 şəxsi hesab nömrəsinə əsasən X13 xx.xx.2001-ci ildə vəfat etmişdir. Vəfat etdiyi zaman təsərrüfatda tək olmuşdur. 1996-2005ci illərdə 682 və 775 nömrəli şəxsi təsərrüfatın X23 məxsus olduğu göstərilmişdir. Ağdam rayon Aqrar İslahatı Komissiyasının sədri tərəfindən təsdiq edilən Ağdam rayonunun Paşabəyli kənd üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə X7 qanuni istifadəsində olan həyətyanı sahənin 0.20 ha olduğu və X7 öldüyü, ailə üzvləri qrafasında özündən əlavə X25 da qeyd olunmuşdur. 2001-2005-ci illər üzrə Təsərrüfatbaşına kitabın 775 nömrəli şəxsi hesabından çıxarışda təsərrüfat üzvləri siyahısında X13 ailə başçısı kimi qeyd olunmuş, təsərrüfatında ondan başqa heç kim qeydiyyatda olmamışdır. Ağdam RİHB-nın Xındırıstan KİƏD üzrə nümayəndəliyinin 49 nömrəli, 13 iyul 2021ci il tarixli məktubunda qeyd olunmuşdur ki, 2006-2010-cu illər üçün 10 nömrəli təsərrüfatbaşına kitabda X18 ailə kəndli təsərrüfatında qeyd olunanlar arvadı X24 və qızı X14r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 4901 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Quliyeva (Zeynalova) Könül Fazil qızının adına Ağdam rayon AİK-in xx.xx.1999-cu il tarixl, 23 saylı qərarı ilə 0.20 ha həyətyanı torpaq sahəsinə verilmiş, JN-101 (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 7 saylı Bərdə Ərazi İdarəsinə təhvil verilmiş Ağdam rayon, Paşabəyli kəndi üzrə toprağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyatı kitabında X15 imzası aşkar edilməmişdir. Həmin dövrdə toprağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin vətəndaşlara verilməsi DT və XK Ağdam Şöbəsi tərəfindən həyata keçirildiyindən sözügedən şəhadətnamənin əslinin imza olmadan X20 verilməsi onlara məlum deyil. ünvan 1ində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması X25 tərəfindən ərizəyə əlavə olunmuş JN- 101A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadənamə əsasında aparılmışdır. 21 oktyabr 2021-ci il tarixli, **********87 nömrəli məktubunda göstərilmişdir ki, Ağdam RAİK-nın 18 dekabr 1999-cu il tarixli, 23 saylı qərarı ümumi yazılıb, orada X7 adı qeyd edilməyib. Ancaq təqdim edilən Ağdam rayonu, Paşabəyli kənd subyektlərin siyahısında mövcuddur. JN-101A (Kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamədə qeyd olunur ki, ünvan 1 sakini X20 Ağdam RAİK-nın 18 dekabr 1999-cu il tarixli, 23 saylı qərarı ilə 0,20 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli çıxarışın surətindən görünür ki, Ağdam rayonu, Paşabəyli kəndində yerləşən 134,4 kv metr sahədən ibarət fərdi yaşayış evi və 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları X11 adına qeydə alınmışdır. Ağdam rayon Dövlət Arxivinin 24 nömrəli, 17 iyul 2019-cu il tarixli məktubunda qeyd olunur ki, Ağdam rayon dövlət arxivində saxlanılan Ağdam rayon Xırdırıstan kənd ərazi nümayəndəliyinin Paşabəyli kəndi üzrə 1980-1996-cı illəri əhatə edən 9.8.16 nömrəli təsərrüfatbaşına uçot kitablarına əsasən X26 həmin illərdə X1 ailə tərkibində qeydiyyatda olmuşdur. Ağdam Polis şöbəsinin 02 mart 2023-cü il tarixli, 3-xx-xx/24398/2023 nömrəli məktubunda görünür ki, X5 rayonu Paşabəyli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 17 aprel 2023-cü il tarixli, 3-21-3-46/2-1820/2023 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyinə əsasən hər iki tərəfin iştirakı ilə mübahisəli həyətyanı torpaq sahələrinin koordinatları naturada təyin edilərək Q.B.Zakir adına təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsi və digər arxiv materialları ilə müqayisələndirildi. Mübahisəli əraziyə baxış keçirilən zaman məhkəmə qərardadında qeyd edilən “Torpağın mülkiyyətə verilməsinə” dair JN-101 KOD 60921058 şəhadətnamədə qeyd olunan 0.20 ha torpaq sahəsinin üzərində iddia edilən çiy kərpicdən tikilmiş sahəsi 36 kv.m olan mübahisəli ev naturada mövcud olmadığından mütəxəssis qarşısına qoyulmuş sualı cavablamaq mümkün olmamışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-101 A, KOD 60921058 şəhadətnamədə qeyd olunan 0.20 ha torpaq sahəsinin üzərində tikililər yerləşir. Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavinin 20 oktyabr 2022-ci il tarixli, 02/1078 nömrəli məktubunda qeyd olunmuşdur ki, Ağdam rayon İcra Hakimiyyəti başçısının Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məlumatına əsasən ünvan 1i ərazisində yerləşən X10 məxsus fərdi yaşayış evində 22 dekabr 2001-ci ildən onun oğlu X30, gəlini X24 və nəvəsi İddiaçı yaşamışdırlar. Həmin həyətyanı torpaq sahəsində çiy kərpicdən tikilmiş yaşayış evi 2011-2012-ci illər ərzində sökülmüşdür. Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 28 sentyabr 2023-cü il tarixli, 2534/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, X7 vəfatından sonra irs qalmış mirs əmlakın onun vərəsələri tərəfindən qəbul edilməsi barədə müraciət etmələri və ya onun barəsində vərəsəlik işinin açılmasına dair “Elektron notariat” informasiya sisteminin məlumat axtarış bazasına nəzər salınmış, 01 mart 2008-ci il tarixindən 28 sentyabr 2023cü il tarixədək olan dövrlər ərzində heç bir məlumat aşkar olunmamışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayonu, Paşabəyli kəndi ərazisində 0,20 ha torpaq sahəsinə yerləşən 134,4 kv.m. fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində X11 adına ********** nömrəsi ilə aparılmış qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdam rayonu, Paşabəyli kəndi ərazisində yerləşən iki həyətyanı torpaq sahəsi bir-biri ilə qonşu olmaqla biri mərhum atası X18, digəri isə mərhumə X1 qanuni istifadəsinə ayrılmışdır. X18 istifadəsinə ayrılmış torpaq sahəsi 0,30 ha, X8 qanuni istifadəsinə ayrılmış torpaq sahəsi 0,20 ha təşkil edir. Bunu təsdiq edən hüquq müəyyənedici sənədlər - təsərrüfatbaşına uçot kitabından Çıxarışlar vardır. Həyət sənədlə iki qonşu torpaq sahələri olsa da, faktiki olaraq mərhum atası və mərhum nənəsi tərəfindən bir təsərrüfat kimi idarə olunmuş və həyətdə bir fərdi yaşayış evi yerləşmişdir ki, həmin ev də nənəsinin istifadəsində olan sahədə tikilmişdir. Ağdam rayonunda aparılmış aqrar islahat zamanı qanuni istifadədə olan torpaq sahələri həmin şəxslərin mülkiyyətində saxlanılmışdır. 2018-ci ildə atası X30 faciəli şəkildə avtomobil qəzasında həlak olmuşdur. Mərhumun matəm mərasimində həmin vaxtadək münasibət saxlamadığı yaxın qohumu X21 həyətin nənəsinə məxsus hissəsinin, o cümlədən həyətdə yerləşən yaşadığı evin ona məxsus olduğu və bu səbəbdən, evi boşaltmalı olduğunu ona bildirmişdir. Buna etiraz edərək bildirmişdir ki, həyətin nənəsinə məxsus olması hamıya məlumdur və buna dair sənədlər də mövcuddur. Zeynalova (Quliyeva) Könül Fazil qızı 1993-cü ildə ailə quraraq Sabirabad rayonuna köçmüş və o zamandan fasiləsiz olaraq orada yaşayır. Bu səbəbdən dediklərinə xüsusi əhəmiyyət verməmişdir. Bundan təxminən 1 ildən artıq keçdikdən sonra X21 evin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək dövlət reyestrindən Çıxarışa əsasən, mübahisəli evin onun mülkiyyətində olduğunu bildirmiş, Məhkəmə həmin əsasla iddia tələbini təmin etmişdir. Yuxarı instansiya məhkəmələrinə etdiyi şikayətlərə baxılsa da, şikayəti K.Zeynalovanın qeydiyyatdan keçmiş mülkiyyət hüququ əsas götürülərək təmin olunmamışdır. Əldə etdiyi sənədlərə əsasən, 775 nömrəli sahə olaraq qeyd edilmiş mübahisəli həyət 0.20 ha hissədən ibarət olmaqla mərhum X1 adına Təsərrüfatbaşına uçot kitabında qeydiyyatda olmuş, nənəsinin vəfatından sonra təsərrüfat mərhum atasının adına keçirilmişdir. K.Zeynalovanın hüquqlarının qeydiyyata alınmasına əsas olaraq isə, Ağdam Rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1999-ci il tarixli Qərarına istinad edilmişdir. Həmin Qərar ümumilikdə Paşabəyli və Xındırıstan kəndlərini əhatə etmişdir. Qərarda 101 saylı sahənin X15 adına ayrıldığı bildirilməklə, 0,20 ha torpaq sahəsi onun adına sənədləşdirilmişdir. Lakin, adıçəkilən Qərarın həmin hissəsindən Çıxarışı uzun müddət heç bir təşkilatdan əldə edə bilməmiş, Daşınmaz Əmlakın Kadatrı və Ünvan Reyestri Xidmətinə növbəti müraciətinin cavab olaraq 21 oktyabr 2021-ci il tarixli məktuba “ünvan 1ində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid Cədvəl” əlavə edilmişdir. Həmin Cədvəldə 1 saylı sahənin X10 və X3 0,20 ha olmaqla ayrıldığı məlum olur. Cədvəlin tərtib edilmə tarixi dəqiq göstərilməmişdir. Cədvəl blankı 1999-cu il tarixlidir. Məntiqlə cədvəl 1999-cu ilə aid olmalıdır. Ən azı 1999-cu ildə verimiş Qərar əsasında tərtib edilməli olan Cədvəl həmin Qərarda göstərilənləri əks etdirməlidir. Lakin cədvəldə X1 öldüyü qeyd edilmişdir. Hansı ki, nənəsi 2001-ci ildə vəfat etmişdir. Həyətyanı torpaq sahəsinə dair Aqrar İslahat Komissiyasının Qərarı 12 dekabr 1999-cu il tarixlidirsə, həmin tarixdə nənəsi sağ olmuşdur. Bu düzəlişin edilməsi isə, Cədvəl tərtib edən şəxslərin səlahiyyətində olmayan məsələdir. Bu əsaslarla, cavabdeh orqana ərizə ilə müraciət edərək, mübahisəli daşınmaz əmlak obyekti ilə bağlı X11 adına dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini xahiş etmiş, cavab olaraq cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Cavabdeh orqan K.Zeynalovanın ərizəsi əsasında qeydiyyatın aparılması zamanı, ərizənin icrasını dayandıraraq aidiyyatı təşkilatlara sorğu ilə müraciət etmək səlahiyyətinə malik omuşdur. Lakin bu edilməmiş, mərhumə Mənzər Quliyevaya məxsus hüquqlar pozulmuşdur. Mübahisəli torpaq sahəsinə dair hüquqların mərhum X10 məxsus olmasına dair kifayət qədər sənədlər mövcuddur. Aqrar islahat komissiyasının ayırmasından da əvvəl mübahisəli torpaq sahəsi Təsərrüfatbaşı uçot kitabında olan qeydlərə əsasən torpaq mərhumun qanuni istifadəsində olmuşdur. Odur ki, Ağdam rayonu, Paşabəyli kəndində yerləşən, hal-hazırda saxta əsaslarla X11 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlakın qeydiyyatı ləğv edilməlidir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X25 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-510/2022 nömrəli qərarı ilə (hakim U.Osmanov) iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qərarında qeyd olunur ki, 2001-ci il tarixdə vəfat etmiş və həmin vaxt təsərrüfat başçısı olmuş X4 qalmış miras əmlak başqa şəxslərə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçməli və bunun əsasında verilmiş miras əmlaka hüquqları şəhadətnamə ilə rəsmiləşdirilməli olduğu halda cavabdeh qanunsuz olaraq sözügedən əmlaklara qanunvericiliyin tələblərini pozaraq Ağdam rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1999-ci il tarixli Qərarına əsaslanaraq mübahisələndirilən daşınmaz əmlak üzərində dövlət reyestrində əsassız qeydiyyat aparmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-510/2022 nömrəli qərarının ləğv edilməsini və iddia ərizənin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X33 filaialının 17 iyul 2019-cu il tarixli 24 nömrəli arayışı ilə təsdiq olunur ki, 1980-1996-cı illləri əhatə edən 9.8.16 nömrəli Təsərrüfaibaşına uçot kitablarına əsasən X25 həmin illərdə X1 ailə tərkibində qeydiyyatda olmuşdur. Ağdam rayon İcra Hakimiyyəti Başçısının Xındırıstan kənd ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli 862 nömrəli arayışına əsasən müəyyən edilir ki, 1316-2020-ci illər Təsərrüfatbaşı uçot kitabının Paşabəyli kəndinə aid kitabın 10-cu vərəqində X11 adına 0.20 ha həyətyanı torpaq sahəsi və 1977/2003-cü illərdə tikilmiş 2 otaqlı fərdi yaşayış evi qeyd olunmuşdur. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin həyətyanı sahələrinin, fərdi-kollektiv və kooperativ bağların dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə normanın tələbi üzrə düzgün nəticəyə gəlməmişdir. Mülkiyyətçilər siyahısından çıxarışla müəyyən olunur ki, 0 20 ha torpaq sahəsinin üzərində 134,4 kv.m-lik yaşayış evi tikilmiş və ev X7 təsərrüfatında olmuşdur. X2 ailə tərkibində olmuşdur. Məhkəmə qərarından da bəlli olur ki, 0,20 ha torpaq sahəsinin mülkiyyətçisi Könül Zeynalovadır. Deməli torpağın üzərində tikilmiş yaşayış evinin mülkiyyətçisi haqlı olaraq Könül Zeynalova tanınmış və cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən qanuna müvafiq çıxarış verilmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclasında izahat verən üçüncü şəxsin vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, birinci instansiya məhkəməsi X16 üçüncü şəxs qismində işə cəlb etsə də, məhkəmə iclasında tam ifadə verilməsi üçün şərait yaradılmamışdır. İddiaçı tərəf Könül Zeynalovanın adının 1996-cı ildən Təsərrüfatbaşı uçot kitabda qeyd edilmədiyini iddia edir. Lakin məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikası Dövlət X17 alınan rəsmi sənədə görə 2001-ci ilədək X11 adı Təsərrüfatbaşı uçot kitablarında qeyd edilmişdir. Hazırda mübahisəli ev 20 sot torpağın üzərində olan və nənənin, yəni Mənzər Quliyevanın adına olan evdir. Belə ki, qonşuluqda olan 30 sot torpaq isə Fizuli Quliyevin adına olan torpaqdır. Əvvəlki məhkəmə iclasında izahat verən üçüncü şəxsin nümayəndəsi X31 apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, o, ailə həyatı qurduqdan sonra Bakı şəhərində yaşayır. Bununla yanaşı iddiaçının Xındırıstanda 3 otaqlı evi də vardır. Hansı ki, həmin evi atası, yəni onun qardaşı 2014-cü il tarixdə iddiaçı evlənərkən ona hədiyyə etmişdir. İddiaçının atası onun qardaşıdır və özünə məxsus torpaq sahəsində yerləşən evdə yaşamışdır. Anaları öləndən çox sonra, təxminən 2014- 2015-ci ildə özünə məxsus evi sökərək anasına məxsus evdə yaşayıblar. Anası Mənzərə məxsus torpaq sahəsində və evdə anası və onun qızı, iddiaçı və atası, anası isə özlərinə məxsus evdə yaşayıblar. Həyətdə 2 ayrıca təsərrüfat vardı. Biri qardaşı Füzulinin adına digəri isə anası Mənzərin. Qardaşı və ailəsi özünə məxsus 30 sot torpaq sahəsində yerləşən evdə yaşayıbdır və həmin təsərrüfat ona aid olub. Anasına məxsus təsərrüfatda qızı yaşayıbdır. Anası öləndən sonra da qardaşı orada yaşamayıb. Əvvəlki məhkəmə iclasında izahat verən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, o və ailəsi Mənzərin, yəni nənəsinin evində yaşayıblar. O, həmin evdə böyüyüb və 18 yaşında gəlin köçmüşdür. Lakin ailəsi tezliklə dağıldığından yenidən ata-baba yurduna geri qayıtmışdır. Doğrudur ki, Könül də onlarla yaşayıb, hətta 9-cu sinifədək onlar eyni məktəbə getmişlər. Lakin nənəsinə atası baxıb. O, evi qoruyub-saxlayan, tikib-düzəldən də atası olub. Atası və anası Gəncədən yas mərasimindən geri qayıdarkən, maşın qəzasında vəfat etmişlər. Hətta əmisini belə həmin hadisədən sonra o çağırmışdır. Lakin əmisi onu evdən qovdu. Hazırda yaşamağa başqa yeri yoxdur və kirayədə qalır. Həyətdə iki ev olub. Biri atasına məxsus torpaq sahəsində, digəri nənəsi Mənzərə məxsus sahədə inşa edilib. Nənəsinə məxsus sahədə inşa edilən ev ata-baba evidir və bütün ailə həmin evdə yaşayıb. Sonradan hamısı ailə qurub və həmin evdən çıxıblar. Atası özünə məxsus evdə yaşasa da sonradan nənəsi Mənzərin evinə köçüb. Nənəsi öləndən sonra həmin evdə atası və onlar yaşamışlar. O, ikinci dəfə ailə qurduğundan atası ilə yaşamışdır. Atası mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişdir. Əvvəlki məhkəmə iclasında izahat verən iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, üçüncü şəxs Könül Zeynalova 1993-cü il tarixdə Sabirabada gəlin köçmüşdür. Yəni Mənzər ölən zaman tək olmuşdur və həmin ünvanda Mənzərin ölümündən sonra yalnız iddiaçı və ailəsi yaşamışdır. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə İPM-nin 62.3-cü maddəsinə əsasəsən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
58. 7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, Ağdam rayon Xındırıstan kənd ərazi nümayəndəliyinin 2001-2005-ci illərə dair 12 nömrəli Təsərrüfatbaşına uçot kitabının 776cı hesab nömrəsində İddiaçı və üçüncü şəxs Könül Zeynalovanın mərhum nənələri X6 adına 0.30 sot həyətyanı torpaq sahəsi və 127 kv.m sahəsi olan ev qeyd olunmuşdur. İddiaçı özü və mərhum valideynlərinin daim həmin evdə yaşamasına istinad edərək üçüncü şəxsin adına daşınmaz əmlkanın dövlət reyestrində ********** nömrəsi ilə aparılmış qeydiyyatı mübahisələndirmişdir. Belə ki, JN-101A (Kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamədə qeyd olunur ki, ünvan 1 sakini X20 Ağdam RAİK-nın 18 dekabr 1999-cu il tarixli, 23 saylı qərarı ilə 0,20 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli çıxarışın surətindən görünür ki, Ağdam rayonu, Paşabəyli kəndində yerləşən 134,4 kv metr sahədən ibarət fərdi yaşayış evi və 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları X11 adına qeydə alınmışdır. İddia tələbinin mahiyəti ondan ibarətdir ki, iddiaçı şəhadətnamə əsasında torpağa dair aparılmış qeydlə razılaşsa da, hesab edir ki, torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində qeydiyyat şəhadətnamə üzrə deyil, təsərüffatbaşına kitab əsasında həyata keçirilməlidir. Başqa sözlə, iddiaçı tərəfindən 2001-2005-ci illərə dair 12 nömrəli Təsərrüfatbaşına uçot kitabının 776-cı hesab nömrəsində mərhum X6 adına sahəsi 127 kv.m ev olunduğuna əsaslanaraq üçüncü şəxsin adına aparılmış qeyd mübahisələndirilmişdir. İşin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş matariallarında olan X33 Filialının 298 nömrəli, xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Arxivdə saxlanılan Ağdam rayon Xındırıstan kənd ərazi nümayəndəliyinin 2001-2005-ci illərə dair 12 nömrəli Təsərrüfatbaşına uçot kitabının 776-cı hesab nömrəsinə əsasən X18 adına olan həyətyanı sahə və evin 775-ci şəxsi hesab nömrəsində olduğu göstərilmişdir. 775-ci şəxsi hesab nöməsində X12 qeydə alınmış və adına 0.30 sot həyətyanı torpaq sahəsi və 127 kv.m sahəsi olan ev qeyd olunmuşdur. xx.xx.2001-ci ildə vəfat etdiyi üçün təsərrüfatı bağlanmışdır. X6 və X19 ailə tərkibi X22 və X9 ibarətdir. X45 Filialının 67 nömrəli, xx.xx.2021-ci il tarixli arayışında Ağdam rayon Xındırıstan kənd ərazi nümayəndəliyinin 1983-1985-ci illərə dair 08 nömrəli Təsərrüfatbaşına uçot kitabının 424-cü hesab nömrəsinə əsasən X6 adına 1950-ci ildə çiy kərpicdən tikilmiş, sahəsi 36 kv.m olan ev və 30 sot həyətyanı torpaq sahəsi qeyd olunduğu göstərilmişdir. X33 Filialının 69 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Ağdam rayon Xındırıstan kənd ərazi nümayəndəliyinin 1996-2005-ci illərə dair 10 və 12 nömrəli Təsərrüfatbaşına uçot kitabının 682-ci və 775-ci hesab nömrəsinə əsasən X6 adına və 30 sot həyətyanı topraq sahəsi və sahəsi 127 kv.m olan ev qeyd olunmuşdur. 2001-2005-ci ilin 12 nömrəli təsərrüfatbaşına uçot kitabının 775 şəxsi hesab nömrəsinə əsasən X13 xx.xx.2001-ci ildə vəfat etmişdir. Vəfat etdiyi zaman təsərrüfatda tək olmuşdur. Ağdam rayon Aqrar İslahatı Komissiyasının sədri tərəfindən təsdiq edilən Ağdam rayonunun Paşabəyli kənd üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə X7 qanuni istifadəsində olan həyətyanı sahənin 0.20 ha olduğu və X7 öldüyü, ailə üzvləri qrafasında özündən əlavə X25 da qeyd olunmuşdur. X33 Filialının 298 nömrəli, xx.xx.2018-ci il tarixli arayışından görünür ki, arxivdə saxlanılan Ağdam rayon Xındırıstan kənd ərazi nümayəndəliyinin 2001-2005-ci illərə dair 12 nömrəli Təsərrüfatbaşına uçot kitabının 776-cı hesab nömrəsinə əsasən X18 adına olan həyətyanı sahə və evin 775-ci şəxsi hesab nömrəsində olduğu göstərilmişdir. 775-ci şəxsi hesab nöməsində X12 qeydə alınmış və adına 0.30 sot həyətyanı torpaq sahəsi və 127 kv.m sahəsi olan ev qeyd olunmuşdur. xx.xx.2001-ci ildə vəfat etdiyi üçün təsərrüfatı bağlanmışdır. X6 və X19 ailə tərkibi X22 və X9 ibarətdir. Ağdam RİHB-nın Xındırıstan KİƏD üzrə nümayəndəliyinin 49 nömrəli, 13 iyul 2021ci il tarixli məktubunda qeyd olunmuşdur ki, 2006-2010-cu illər üçün 10 nömrəli təsərrüfatbaşına kitabda X18 ailə kəndli təsərrüfatında qeyd olunanlar arvadı X24 və qızı X14r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 4901 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Quliyeva (Zeynalova) Könül Fazil qızının adına Ağdam rayon AİK-in xx.xx.1999-cu il tarixl, 23 saylı qərarı ilə 0.20 ha həyətyanı torpaq sahəsinə verilmiş, JN-101 (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 7 saylı Bərdə Ərazi İdarəsinə təhvil verilmiş Ağdam rayon, Paşabəyli kəndi üzrə toprağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyatı kitabında X15 imzası aşkar edilməmişdir. Həmin dövrdə toprağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin vətəndaşlara verilməsi DT və XK Ağdam Şöbəsi tərəfindən həyata keçirildiyindən sözügedən şəhadətnamənin əslinin imza olmadan X20 verilməsi onlara məlum deyil. ünvan 1ində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması X25 tərəfindən ərizəyə əlavə olunmuş JN- 101A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadənamə əsasında aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 21 oktyabr 2021-ci il tarixli, **********87 nömrəli məktubunda qeyd olunmuşdur ki, Ağdam RAİK-nın 18 dekabr 1999-cu il tarixli, 23 saylı qərarı ümumi yazılıb, orada X7 adı qeyd edilməyib. Ancaq təqdim edilən Ağdam rayonu, Paşabəyli kənd subyektlərin siyahısında mövcuddur. Ağdam rayon Dövlət Arxivinin 24 nömrəli, 17 iyul 2019-cu il tarixli məktubunda qeyd olunur ki, Ağdam rayon dövlət arxivində saxlanılan Ağdam rayon Xırdırıstan kənd ərazi nümayəndəliyinin Paşabəyli kəndi üzrə 1980-1996-cı illəri əhatə edən 9.8.16 nömrəli təsərrüfatbaşına uçot kitablarına əsasən X26 həmin illərdə X1 ailə tərkibində qeydiyyatda olmuşdur. Ağdam Polis şöbəsinin 02 mart 2023-cü il tarixli, 3-xx-xx/24398/2023 nömrəli məktubunda görünür ki, X5 rayonu Paşabəyli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 17 aprel 2023-cü il tarixli, 3-21-3-46/2-1820/2023 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunur ki, hər iki tərəfin iştirakı ilə mübahisəli həyətyanı torpaq sahələrinin koordinatları naturada təyin edilərək Q.B. Zakir adına təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsi və digər arxiv materialları ilə müqayisələndirildi. Mübahisəli əraziyə baxış keçirilən zaman məhkəmə qərardadında qeyd edilən “Torpağın mülkiyyətə verilməsinə” dair JN-101 KOD 60921058 şəhadətnamədə qeyd olunan 0.20 ha :orpaq sahəsinin üzərində iddia edilən çiy kərpicdən tikilmiş sahəsi 36 kv.m olan mübahisəli əv naturada mövcud olmadığından mütəxəssis qarşısına qoyulmuş sualı cavablamaq mümkün olmamışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-101 A, KOD 60921058 şəhadətnamədə qeyd olunan 0.20 ha torpaq sahəsinin üzərində tikililər yerləşir. Təsərrüfatbaşına kitabdan göründüyü kimi qeydlərə əsasən 2 təsərrüfat olmuş, həmin təsərrüfat subyektləri- Mənzər Quliyevanın (hazırki mübahisə predmeti), ikincisi isə Fiuli Quliyevin, yəni iddiaçının atasının adına olmuşdur. Mübahisəli olan ünvan 1ində 0.30 sot həyətyanı torpaq sahəsi və 127 kv.m sahəli ev üzərində mərhum Mənzər Quliyevanın mülkiyyət hüququ mövcud olmuş, sonradan miras pay kütləsinin qəbulu həyata keçirilməmişdir. Habelə, mütəxəssis rəyindən 36 kv.m olan mübahisəli ev naturada mövcud olmadığı müəyyən edilmişdir. Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavinin 20 oktyabr 2022-ci il tarixli, 02/1078 nömrəli məktubunda qeyd olunmuşdur ki, Ağdam rayon İcra Hakimiyyəti başçısının Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məlumatına əsasən ünvan 1i ərazisində yerləşən X10 məxsus fərdi yaşayış evində 22 dekabr 2001-ci ildən onun oğlu X30, gəlini X24 və nəvəsi İddiaçı yaşamışdırlar. Həmin həyətyanı torpaq sahəsində çiy kərpicdən tikilmiş yaşayış evi 2011-2012-ci illər ərzində sökülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). İddiaçı tərəfindən təqdim olunan və məhkəmə araşdırılması zamanı əldə edilən sübutlardan mərhum Mənzər Quliyevadan qalmış miras pay kütləsi vərəsələri-iddiaçının atası və daha sonra iddiaçı tərəfindən qəbuluna dair sənəd təqdim edilməmişdir. Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 28 sentyabr 2023-cü il tarixli, 2534/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, X7 vəfatından sonra irs qalmış mirs əmlakın onun vərəsələri tərəfindən qəbul edilməsi barədə müraciət etmələri və ya onun barəsində vərəsəlik işinin açılmasına dair 2lektron notariat” informasiya sisteminin məlumat axtarış bazasına nəzər salınmış, 01 mart 2008-ci il tarixindən 28 sentyabr 2023cü il tarixədək olan dövrlər ərzində heç bir məlumat aşkar olunmamışdır. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə iddiaçının subyektiv hüququnun mövcudluğu təsdiq olunmur. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiiqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında qeyd edilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə, şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 88.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsinə inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı). Göründüyü kimi, şəxsin subyektiv hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olması üçün onun subyektiv hüquqa malik olması tələb olunur. Beləliklə, işin yuxarıda qeyd edilən halları iddia tələbini mümkünsüz edir. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbinin mümkünlük şərtləri ödənilməmişdir. Odur ki, iddia tələbi mümkün hesab edilməməlidir. Azərbaycan Respublikasi İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-510/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilməklə iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Şamil Rzaquliyev