Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-80/2023 25.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə X13 Filialının nümayəndəsi X1 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1051/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə X13 Filialının nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı onun iş stajının nəzərə alınaraq ona təyin edilmiş sosial pensiyasının əmək pensiyası ilə əvəz edilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixədək X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1051/2022 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixədək X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə X13 Filialının nümayəndəsi qərarın dəlilləri ilə razılaşmamış və apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı il tarixdə Daşkəsən rayonu, Zivlən kəndində anadan olmuşdur və sonradan Xanlar (indiki Göygöl rayonu Hacıməlik qəsəbəsində) rayonuna köçərək yaşamışlar. xx.xx.1972-ci il tarixdə Xanlar Aqrosənaye ASC-yə fəhlə işinə qəbul edilmiş və hərbi xidmətə gedənə kimi orada işləmişdir. Sonra 14 may 1975-ci il tarixdə hərbi xidmətə çağırılmış və 03 may 1977-ci il tarixədək SSRİ Hərbi Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra, yenidən əvvəlki iş yerinə, Xanlar Aqrosənaye ASC-yə qayıtmış və 15 iyun 1979cu il tarixədək orada işləmiş və həmin tarixdə öz ərizəsi ilə oradan işdən azad olunmuşdur. Oradan işdən azad olunduqdan sonra, xx.xx.1977-ci il tarixdə Xanlar rayonunda yerləşən Nizami Sovxozuna işə qəbul edilmiş, 1979-cu ilə kimi orada işləmişdir. xx.xx.1979-cu il tarixdə yenidən Xanlar Aqrosənaye ASC-yə daha sonra yenidən Nizami Sovxozuna qayıdaraq xx.xx.1979-cu il tarixə kimi işləmişdir. xx.xx.1981-ci il tarixdə X7 işə qəbul edilmiş və xx.xx.2000-ci il tarixə kimi orada işləmiş, həmin tarixdə işdən azad olunmuşdur. xx.xx.2021-ci il tarixdə pensiya yaşı tamam olduğu üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının Göygöl şöbəsinə müraciət etmişdir. Oradan onun iş stajı nəzərə alınmayaraq ona sosial pensiya təyin edilmişdir. Ona nə üçün əmək pensiyası təyin edilməməsinin səbəbini soruşduqda onlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də ona təyin olunmuş sosial pensiyanın əmək pensiyası ilə əvəz edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Oradan əmək kitabçasındakı iş stajı yenidən nəzərə alınmayaraq ərizəsinə 19 yanvar 2022-ci il tarixli, **********07 saylı məktubla imtina vermişlər. Həmin məktubu o, rəsmi olaraq poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə almışdır. Həmin imtina Quşçuluq Fabrikində işləməyi nəzərə alınmayaraq, həmin illər üzrə arxiv arayışının olmaması bildirilmişdir. Hesab edir ki, ona əmək pensiyası təyin olunmalıdır, çünki onun əmək pensiyasına çıxması üçün kifayət qədər iş stajı var. Onun X3 işləməsi ilə bağlı arxiv arayışının olmamasının günahkarı o deyil. O, əmək pensiyasının təyin olunmasını məhkəmədən kənar həll edə bilmədiyi üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Odur ki, ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçıya aid AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, “X12” ASC-nin xx.xx.2021-ci il tarixli, 000246 nömrəli arxiv arayışının surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********7 nömrəli imtina məktubu, xx.xx.2021-ci il tarixli, 735 nömrəli və xx.xx.2022-ci il tarixli, 108 nömrəli arayışlar, iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasının təsdiqlənmiş surəti, iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli, NZ ******* nömrəli hərbi biletinin təsdiqlənmiş surəti, dəftərxana kitablarının surətləri, Gəncə şəhər Statistika İdarəsinin xx.xx.2022-ci il tarixli, 321 nömrəli məktubu; X4 1981,1982,1983,1996,1997ci illərə dair əmr kitablarından çıxarışlar təşkil etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulduğundanxx.xx.2021-ci il tarixdə (65 yaşında) pensiya yaşına çatmışdır. İddiaçı müvafiq qanunvericiliklə tələb olunan 25 il sığorta stajı qarşılığında mübahisələndirilməyən 6 il sığorta stajı mövcüddur. İddiaçı sığorta stajına daxil etmək istədiyi illər xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “X3” işlədiyi illərdir. Qeyd edilən illər iddiaçının ümumi sığorta stajının 19 il 11 ay 9 gününü təşkil edir. Fond tərəfindən X8 Filialına ünvanlanmış ünvanlanmış xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, iddiaçının X5 işləmə və əmək haqqı alması ilə bağlı arxivə mühafizə olunması üçün heç bir sənəd təhvil verilməmişdir. İddiaçı məhz xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “X3” işlədiyini iddia edirsə, qeyd edilən müəssisənin həmin ildən faktiki fəaliyyət göstərdiyi, iddiaçının həmin tarixədək orada işlədiyi mötəbər sübutlarla təsdiq olunmalıdır. Belə ki, təkcə iddiaçının deyil, həm də ümumiyyətlə müəssisənin fəaliyyətinə dair məlumatların iddiaçının onun əmək fəaliyyətinə dair təqdim etdiyi sənədlərdəki məlumatların mötəbərliyinin yoxlanılması zəruri edir. Yəni iddiaçının işlədiyini iddia etdiyi illər şübhədən azad sübütlarla təsdiq olunmalıdır. Başqa sözlə sığortaolunanın əmək pensiyası ona təyin olunduqdan əvvəl aldığı əməkhaqql və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. İddiaçı mübahisələndirilən müəssisədə əməkhaqqı alıb-almadığı araşdırmalar zamanı müəyyən edilməmişdir. İddiaçının X3 işləməsi və əməkhaqqı alması ilə bağlı arxivə mühafizə olunması üçün heç bir sənəd təhvil verilməmişdir. İşdə iştirak edən şəxslərin verdiyi izahatlar Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə X13 Filialının nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və qərarın ləğv edilməklə iddianın rədd olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər Verilmiş iddia mümkün iddiadır. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 30.1-ci maddəsinə əsasən, cavabdeh orqan iddiaçının daimi yaşadığı yer üzrə pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən icra hakimiyyəti orqanıdır. Bu orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 14.1.4-cü maddəsinə əsasən inzibati orqan kimi müəyyən olunmuşdur. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apellyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla xx.xx.2021-ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur. Deməli iddiaçının xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Pensiya təyin edən orqana müraciət etdiyi vaxt ona pensiya təyin olunması üçün zəruri olan birinci şərt mövcuddur. İddiaçının sosial sığorta stajı da ona pensiya təyin olunmasına imkan verir. Belə ki, işdə olan əmək kitabçasının təsdiqlənmiş surətindən məlum olur ki, İddiaçı xx.xx.1981-ci il tarixli, 1386 nömrəli əmrlə X3 fəhlə kimi işə qəbul edilmiş və xx.xx.2000-ci il tarixli, 98 nömrəli əmrlə fabrika fəaliyyətini dayandırdığı üçün tutduğu vəzifədən azad edilmişdir. Qeyd edilməlidir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixədək X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və bu mövqe onunla əsaslandırılmışdır ki, iddiaçının yuxarıda qeyd olunan illərdə işləməsi faktının və əmək haqqı alıb-almamasının araşdırılması mümkün olmadığına görə həmin illərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bununla bağlı məhkəmə bildirir ki, yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur ki, İddiaçı xx.xx.1981-ci il tarixli, 1386 nömrəli əmrlə X3 fəhlə kimi işə qəbul edilmiş və xx.xx.2000-ci il tarixli, 98 nömrəli əmrlə fabrika fəaliyyətini dayandırdığı üçün tutduğu vəzifədən azad edilmişdir. Bu səbəbdən də 1981-2000-ci illərdə müəyyən aylar üzrə əmək haqqı alması barədə arxivdə məlumatın olmaması iddiaçının əmək haqqı almamasını deməyə əsas vermir, eyni zamanda bu hal ona məxsus əmək kitabçasının doğruluğunu şübhə altına almağa əsas vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 1-ci bəndinə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cu bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası bu barədə gəldiyi nəticəni daha da işıqlandırmaq üçün göstərir ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1 və 2-ci hissələrinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinə göstərilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Qüvvədə olan “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışı ilə təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta satjına daxil edilməsini istədiyi iş illəri 1981-2000-ci illəri əhatə etdiyi üçün “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu və həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı, əmək kitabçasında göstərilən illər sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilən 1981-ci ilə aid işə qəbul kitabından çıxarışdan görünür ki, X6 xx.xx.1981-ci il tarixdən ilkin sınaq müddəti ilə işə götürülmüşdür. Həmçinin 1981-ci ilə aid məzuniyyət kitabından çıxarışdan görünür ki, X6 1981-ci ilin dekabrından 15 iş günü məzuniyyətə buraxılmışdır. Həmçinin 1996-1997-ci illər üzrə məzuniyyət kitabından çıxarışdan görünür ki, iddiaçının öz hesabına haqqı ödənilməyən məzuniyyət vaxtı 01 aprel 1997-ci ilədək uzadılmışdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, əmək kitabçasında və arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla xx.xx.2021ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur. Deməli iddiaçının xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Həmçinin İddiaçı xx.xx.1981-ci il tarixli, 1386 nömrəli əmrlə X3 fəhlə kimi işə qəbul edilmiş və xx.xx.2000-ci il tarixli, 98 nömrəli əmrlə fabrika fəaliyyətini dayandırdığı üçün tutduğu vəzifədən azad edilmişdir. Bu səbəbdən də 1981-2000-ci illərdə müəyyən aylar üzrə əmək haqqı alması barədə arxivdə məlumatın olmaması iddiaçının əmək haqqı almamasını deməyə əsas vermir, eyni zamanda bu hal ona məxsus əmək kitabçasının doğruluğunu şübhə altına almağa əsas vermir. Bundan başqa məhkəmə iclasında təqdim edilmiş məzuniyyət kitablarından və işə qəbul kitablarından çıxarışlardan da görünür ki, iddiaçı həqiqətəndə qeyd olunan illərdə X3 fəhlə kimi işləmişdir. Qeyd olunmalıdır ki, məhkəmə kollegiyasının araşdırması zamanı qərarın ləğv edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarının öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1051/2022 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülməzsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-80/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-80/2023
25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver