Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-802/2024 12.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Sosial Ödənişlərin Təyinatı X4rşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2023/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Sosial Ödənişlərin Təyinatı X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Ağdam rayon X6 rayon 04 dekabr 2023-cü il tarixli, 79 saylı arxiv arayışında göstərilən Ağdam rayonu, İnstromentalnı zavodunun 1981- 1993-cü illərin işləmiş olduğu 13 il əmək stajı və Ağdam rayon Surxay Məmmədov adına sovxozun 1992-2006-ci illərdə müddətinin sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi iddiaçının yaşayış yerinin Bakı şəhəri olduğunu, Bakı şəhəri isə Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2024-cü il tarixli, 2-1(112)-2023/2024 saylı qərardadla işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2023/2024 saylı qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X8 Sosial Ödənişlərin təyinatı X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsində icraata götürülərək baxılmışdır. Bir neçə proses məhkəmə iclasında iştirak etdikdən sonra hakim hazırkı qərardadı qəbul etmişdir. O, bu qərardaddan bir vətəndaş olaraq narazıdır. Ona görə narazıdır ki, o, Ağdam rayonundan məcburi köçkündür. Bir müddət Bərdədə yaşamış, sonradan Bakı şəhərinə köçmüş, Bakı şəhərinin havasını götürmədiyindən, təkrar Bərdə şəhərinə qayıtmışdır. Birinci instansiya məhkəməsi qərardad qəbul etmişdir ki, o, müvəqqəti Bakı şəhərində qeydiyyatda olduğu üçün, onun işinə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. O, qətiyyən bununla razılaşmır, vətəndaş olaraq onun hüquqları pozulur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı göstərdi ki, o, artıq dördüncü ildir ki, Bərdə rayonu, Güloğlular kəndində yaşayır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X5 işin Gəncə İnzibati Məhkəməsində baxılmasına etirazının olmadığını bildirdi. İş materiallarında olan sosial arayışdan görünür ki, İddiaçı Ağdam rayonu, Kəngərli kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İƏV üzrə nümayəndəliyi tərəfindən verilmiş 2345 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu, Güloğlular kəndində yaşayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, şikayət təmin edilməli, iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçının iddiası öhdəliyin icrası haqqında iddia növünə aiddir. Qanunvericiliyin tələbinə əsasən, öhdəliyin icrası haqqında iddialara inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müvafiq öhdəliyin qoyulması tələb edilən inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iş üzrə cavabdeh, yəni aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsi tələb edilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialıdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı isə səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır. Belə olan halda, iddiaya hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hüquqlarına müdaxilə edilən şəxsin, yəni iddiaçının yaşayış yeri Ağdam rayonu, ünvan 1 ünvan isə ünvan 2r. Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.2.-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Qeyd edilən maddə ilə müəyyən edilmiş aidiyyət qaydaları həmçinin məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil edilir. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli vəsiqə; 3) Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində- müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2023/2024 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Sosial Ödənişlərin Təyinatı X4rşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-802/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-802/2024
12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver