Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-803/2023 15.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, «əlilliyin təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(NN4)-225/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: N. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi N6 nömrəli TSEK Müayinə aktından AR№6986N0 çıxarışdan görünür ki, İddiaçı xx.xx.2004cü il tarixdə ilkin ikinci qrup əlillik təyin edilmişdir.
2. ******* nömrəli Pensiya işinə əlavə olunmuş xx.xx.2004-cü il tarixli, N/62 nömrəli qərara əsasən İddiaçı ərizəsinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 29-İİ maddələrinə müvafiq olaraq əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi N6 nömrəli TSEK Müayinə aktından çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə, xx.xx.2006-cı il tarixdə, xx.xx.2007-ci il tarixdə təkrar ikinci qrup əlillik təyin edilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi N6 nömrəli TSEK Müayinə aktından SERTSE 0N№482995 çıxarışdan görünür ki, İddiaçı xx.xx.2008ci il tarixdən xx.xx.202N-ci il tarixədək üçüncü qrup əlillik təyin edilmişdir.
5. TSEK müayinələrinə dair alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı «Hipertropik kardiomiopatiya. Xroniki ürək çatmamazlığı İ dərəcə.» diaqnoza əsasən xx.xx.2008-ci il, xx.xx.20N4-cü il və xx.xx.20N5-ci il tarixdə N il müddətinə, eyni diaqnoza əsasən xx.xx.20N6-cı il tarixdə 5 il müddətinə 3-cü dərəcə əlillik təyin edilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin **********0 nömrəli, xx.xx.202N-ci il tarixli məktubunda qeyd olunur ki, İddiaçı əlillik vəziyyəti 29 iyul 202N-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir.
7. TSEK müayinələrinə dair alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.202N, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli müayinə nəticəsində “Obstruktiv hipertrofik kardiomiopatiya, hipertrofik kardiomiopatiya Ağırlaşma İ50.N Sol mədəcik çatmamazlığı, AF- 40%” diaqnozu qoyularaq “əlavə müalicəyə ehtiyacın olması”, “göndərişin natamam doldurulması” və “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbləri ilə əlillik dərəcəsinin təyinindən imtina edilmişdir.
8. Tibbi xidmətə göndəriş vərəqəsindən görünür ki, Tovuz Rayon Mərkəzi Xəstəxanası tərəfindən İddiaçı müayinəsi nəticəsində əsas diaqnoz İ42.N-obstruktiv hipertrofik kardiomiopatiya hipertrofik ksrdiomiopstiys qeyd edilmişdir.
9. TSEK TSQ 088, 032N003AARXW göndərişdən görünür ki, xəstəliyə görə son 6 ay müraciətlər xx.xx.202N, xx.xx.202N,xx.xx.2022, xx.xx.2022-ci illər olmaqla XBTN0 kod İ42.N qeyd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat: N0. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlillik dərəcəsinin bərpa edilməsi və əlilliyə görə ona verilməli olan və ödənilməsi dayandırılmış keçmiş müddət üçün vəsaitin hesablanıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. NN. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-N(NN2)-865N/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. N2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2003-cü ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılmış və xüsusi təyinatlı hərbi hissədə xidmətə başlamışdır. N2 sentyabr 2003-cü il tarixdə hərbi həkim komissiyası tərəfindən yoxlama aparılarkən onun "Hipertrofik kardiomiopatiya" birinci dərəcə xroniki ürək çatışmazlığı diaqnozu qoyulmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N8 mart 2000-ci il tarixli 48 saylı qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"yə əsasən, onun dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmağım müəyyən edilmiş, ona 2,3 dərəcəli əlillik müəyyən edilmişdir. Həmin tarixdən 202N-ci ilədək iddiaçıya 2-ci və daha sonra 3-cü dərəcəli əlil olaraq pensiya təyin edilmiş, mütəmadi olaraq müayinələrdən keçirilmiş və onun səhhəti ilə bağlı müəyyən edilmiş diaqnoza görə məndə aşkar edilmiş ürək xəstəliyi müalicə ilə aradan qalxması mümkün olmayan xəstəlik kimi təsdiq olunmuşdur. Bu uzun illər ərzində aparılan müayinələr səhhətinin xəstəliyin aşkar olunduğu ilk günə nisbətən daha da pisləşməsi müəyyən edilmişdir ki, sonuncu müayinənin nəticələri də bunu göstərir. Hazırda isə ona təyin edilmiş əlillik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ləğv edilmişdir. İddiaçı cavabdeh təşkilata bununla bağlı rəsmi müraciət etmiş, 02 dekabr 202N-ci il tarixli məktubla ona cavab verilmiş və onun xəstəliyi müalicə olunmasının mümkün olmaması növündə xəstəlik kimi müəyyən edilməsinə baxmayaraq, əlavə müalicəyə ehtiyacının olması bildirilmiş, ixtisaslaşmış müalicə təyin edilməsi göstərilmişdir. İddiaçı aidiyyəti üzrə müraciət etmiş və ona ixtisaslaşmış müalicə təyin edilmiş, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Akademik C.M.Abdullayev adına XN ixtisaslaşmış müalicə kursu keçmiş, müalicələrin və müayinələrin yekun nəticəsinə görə ona əlillik təyin edilərkən ilkin diaqnoz öz təsdiqini tapmış, lakin yekunda tibbi sosial ekspert komissiyasının 09 aprel 2022-ci il tarixli cavabı ilə qeyd edilmişdir ki, diaqnoz əlillik əlaməti təyin etməməsi xəstənin vəziyyəti və instrumental müayinələrin nəticələri barədə qeyd edilmiş məlumatlar əlillik dərəcəsinin təyininə əsas vermir. N3. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək “xx.xx.2022-ci il tarixdən 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 3N avqust 2023-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir. N4. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçıya inzibati orqandan tərəfindən verilmiş imtina xx.xx.2022-ci il tarixində olmuşdur, lakin iddiaçı məhkəməyə qanunvericilikdə nəzərdə tutulandan gec müraciət etmişdir. Odur ki, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. N5. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(NN4)-225/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilmişdir. N6. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya 2008-ci ildən 202N-ci il tarixədək qoyulmuş diaqnozlar hər müayinə nəticəsində söz ifadəsi olaraq, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 20N5-ci il tarixli 4N3 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müvafiq kodları və X2 qeyd olunan kodlar baxımından eyni olmasına baxmayaraq ona verilmiş imtina qanunsuz və əsassız olmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri N7. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etiraz dəlilləri N8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 20N5-ci il tarixli 4N3 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələbləri ilə müayinə olunmamışdır. Sonuncu dəfə 20N5-ci ilin iyun ayında hal-hazırda qüvvədən düşmüş Nazirlər Kabinetinin 29 avqust N997-ci il tarixli, 99 nömrəli qərarı ilə təsdiq edilmiş əsasnamə ilə müayinə edilərək təyinat aparılmışdır. Həmin təyinat isə 99 nömrəli qərarla təsdiq edilmiş əsasnamənin 2.3-cü bəndinə əsasən həyata keçirilmişdir. Sözügedən bənd isə qeyri-müəyyən xarakter daşıyan müddəadır. Belə ki, əsasnamənin 2.3-cü bəndi “digər xəstəliklər” olmaqla qeyd edilmişdir. Yəni həmin dövrdə yoxlamanı həyata keçirən və qərar qəbul edən ekspert üçün hüquqdan sui-istifadə üçün şərait yaranırdı. 4N3 saylı əsasnamə ilə bu bənd ləğv edilərək konkret xəstəliklər qeyd olundu və bundan sonra ekspert komissiyalarına yalnız və yalnız əsasnamədə qeyd olunan xəstəliklər üzrə qərar qəbul etmək öhdəliyi qoyuldu. İddiaçı barədə 202N-ci ildən 4N3 saylı əsasnamənin tələbləri tətbiq olunmuşdur. Eyni zamanda iddiaçıya verilmiş imtinaların elektron yoxlamanın nəticəsində verildiyi halda məhkəmə cari dövrdə diaqnozun həqiqiliyini aşkara çıxarmaq məqsədilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul edilməmiş və ekspertiza təyin edilməmişdir.
c) apellyasiya şikayətinə dair tərəflərin izahatları N9. İddiaçı məhkəmə kollegiyasının iclasında iddia ərizəsinə uyğun izahat verdi, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq: 2N. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 24.N. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 6N.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. 6N.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 67.N. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır
23. «Əlilliyin qiymətləndirilməsi Qaydası»: N.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. N.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.N. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK N0 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən N5 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
24. «Tibbi-Sosial Ekspert Komissiyaları haqqında» Əsasnamə: 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. 5.5. TSEK-in qərarlarından «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 20N5-ci il tarixli, 4N3 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: N.N.Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. N.2. Əlillik və ya N8 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. N.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. N.4. Əlillik və ya N8 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. N.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və N8 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.3. bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. 3.N.32. ürəyin inkurabel xəstəlikləri, durğunluq tipli İİ-İİİ dərəcəli ürək çatışmazlığı ilə (İ00-İ09.9,İ20-İ52.8);
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. N2.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatını, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsinə dair düzgün nəticəyə gəlmişdir, qərarın ləğv və ya dəyişdirilməsi üçün hüquqi və ya faktiki əsas müəyyən edilməmişdir.
28. İş materiallarından görünür ki, iddiaçının xəstəliyi ilə əlaqədar «Hipertropik kardiomiopatiya. Xroniki ürək çatmamazlığı İ dərəcə.» diaqnoza əsasən xx.xx.2008-ci il, xx.xx.20N4-cü il və xx.xx.20N5-ci il tarixdə N il müddətinə, eyni diaqnoza əsasən xx.xx.20N6-cı il tarixdə 5 il müddətinə 3-cü dərəcə əlillik təyin edilmiş, əlillik müddəti başa çatdığından müxtəlif tarixlərdə yenidən müayinə edilərək, “Obstruktiv hipertrofik kardiomiopatiya, hipertrofik kardiomiopatiya Ağırlaşma İ50.N Sol mədəcik çatmamazlığı, AF- 40%” diaqnozu qoyularaq “əlavə müalicəyə ehtiyacın olması”, “göndərişin natamam doldurulması” və “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbləri ilə əlillik dərəcəsinin təyinindən imtina edilmişdir.
29. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edərək, onun əlillik vəziyyətinin yenidən qiymətləndirilərək ona 3-cü dərəcə əlillik təyinatı aparılmasını xahiş etmiş, lakin cavabdeh bundan imtina etmişdir.
30. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin **********0 nömrəli, xx.xx.202N-ci il tarixli məktubunda qeyd olunur ki, İddiaçı əlillik vəziyyəti 29 iyul 202N-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. 3N. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əlilliyinin əsası kimi qeyd edilən xəstəlik “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də öz əksini tapmış və fasiləsiz olaraq şəxsin əlilliyi mövcud olmuşdur.
32. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi N6 nömrəli TSEK Müayinə aktından AR№6986N0 çıxarışdan görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə ilkin ikinci qrup əlillik təyin edilmişdir.
33. ******* nömrəli Pensiya işinə əlavə olunmuş xx.xx.2004-cü il tarixli, N/62 nömrəli qərara əsasən İddiaçı ərizəsinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 29-İİ maddələrinə müvafiq olaraq əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
34. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi N6 nömrəli TSEK Müayinə aktından çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə, xx.xx.2006-cı il tarixdə, xx.xx.2007-ci il tarixdə təkrar ikinci qrup, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi N6 nömrəli TSEK Müayinə aktından çıxarışlardan görünür ki, xx.xx.2008-ci il tarixdən xx.xx.202N-ci il tarixədək üçüncü qrup əlillik təyin edilmişdir.
35. TSEK müayinələrinə dair alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı «Hipertropik kardiomiopatiya. Xroniki ürək çatmamazlığı İ dərəcə.» diaqnoza əsasən xx.xx.2008-ci il, xx.xx.20N4-cü il və xx.xx.20N5-ci il tarixdə N il müddətinə, eyni diaqnoza əsasən xx.xx.20N6-cı il tarixdə 5 il müddətinə 3-cü dərəcə əlillik təyin edilmişdir.
36. TSEK müayinələrinə dair alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.202N, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli müayinə nəticəsində “Obstruktiv hipertrofik kardiomiopatiya, hipertrofik kardiomiopatiya Ağırlaşma İ50.N Sol mədəcik çatmamazlığı, AF- 40%” diaqnozu qoyularaq “əlavə müalicəyə ehtiyacın olması”, “göndərişin natamam doldurulması” və “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbləri ilə əlillik dərəcəsinin təyinindən imtina edilmişdir.
37. Tibbi xidmətə göndəriş vərəqəsindən görünür ki, Tovuz Rayon Mərkəzi Xəstəxanası tərəfindən İddiaçı müayinəsi nəticəsində əsas diaqnoz İ42.N-obstruktiv hipertrofik kardiomiopatiya hipertrofik ksrdiomiopstiys qeyd edilmişdir.
38. TSEK TSQ 088, 032N003AARXW göndərişdən görünür ki, xəstəliyə görə son 6 ay müraciətlər xx.xx.202N, xx.xx.202N,xx.xx.2022, xx.xx.2022-ci illər olmaqla XBTN0 kod İ42.N qeyd edilmişdir.
39. Göründüyü kimi şəxsin cari xəstəliyi ona üçüncü qrup əlilliyin təyin edilməsinə hüquqi və faktiki əsas yaratmışdır.
40. Belə ki, əyani müayinə zamanı da iddiaçıda qeyd edilən xəstəliyin olmaması müəyyən edilməmişdir. 4N. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri kimi işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən zəruri araşdırılmanın aparılmaması və ekspertizanın keçirilməməsi irəli sürülmüşdür.
42. İş materiallarından ekspertiza təyin olunduğunu, lakin ekspertin səlahiyyətləri xaricində olması səbəbindən rəyin verilməsinin mümkün olmaması müəyyən edilmişdir.
43. Bununla bağlı qeyd edilməlidir ki, ekspert hüquqi məsələ ilə bağlı hər hansı nəticəyə gəlməkdə səlahiyyətli deyildir, qeyd olunan bu səlahiyyət baxan məhkəməyə aiddir.
44. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xəstəliyi ona əliliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır, həmin xəstəlik müalicə aktlarında sağalmayan və daimi müalicəyə ehtiyacı olan xəstəlik kimi qeyd edilmişdir.
45. Həmçinin, qeyd edilən xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 20N5-ci il tarixli, 4N3 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-nin 3.N.32ci bəndində qeyd edilən xəstəliklərin siyahısında da müəyyən edilmişdir.
46. Belə olan halda məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.N-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(NN4)-225/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən N ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov