Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-806/2024 17.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun 1987-ci il tarixdən əmək xəsarəti aldığına görə hər ay ödənilən ödənc pulunun dayandırıldığı 2022-ci ilin iyul ayından bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4374/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024- cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 1987-ci il tarixdən əmək xəsarəti aldığına görə hər ay ödənilən ödənc pulunun dayandırıldığı 2022-ci ilin iyul ayından bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1947-ci il tarixdə Xanlar rayonunun Sarısu kəndində anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. O, Gəncə şəhərində 1987-ci ildə SSMU-3 Tikinti Quraşdırma İdarəsində quraşdırıcılar briqadiri vəzifəsində işlədiyi vaxtı sexin dəmir-beton plitəsinin uçması nəticəsində 18 metr yüksəklikdən yıxılaraq, müxtəlif dərəcəli bədən xasarətləri almışdır. Həmin qəza nəticəsində əmək qabiliyyətinin 75 faizini itirmişdir. Hadisədən sonra ona TSEK-sı istehsalat xəsarəti aldığı ilə bağlı barəsində İl qrup əlillik dərəcəsi təyin edilmiş və orta əmək haqqı hesablanmış 336 manat pensiya hesablanmış, əmək qabiliyyətinin 75 faizini itirdiyinə görə isə 25 faiz əmək haqqından çıxılıb 256 manat ümumi pensiya təyin edilmişdir. İlk aylardan həmin pensiyanın 120 manatını DSMF öz üzərinə götürmüş, qalan məbləğin 136 manatını isə idarə ödəməyə başlamışdır. İş yerində istehsalat travması almağı ilə bağlı 2009-cu ilin dekabr ayının 30-na kimi iş yerindən hər ay 55 manat xəsarət pulu almışdır. 2022-ci ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən aldığı xəsarət pulu artırılaraq 225 manat təyin edilmişdir. 2022-ci ilin aprel ayında onun hesabına 450 manat pul köçürülmüşdür. Axırıncı 6 ayın xəsarət pulunu hesabına DSMF köçürtmüşdür. Daha sonra Sosial Təminat Şöbəsinə müraciət edib 450 manat pulun hansı pul olduğunu soruşduqda ona cavab vermişlər ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2022-ci ilin yanvarın 1-dən pullar əmək xəsarətinin faizi ilə hesablanıb verilmişdir, bu da 75 faiz əmək qabiliyyətini itirdiyinə görə hesablanıb 225 manat təyin edilmişdir. Ümumilikdə 2022-ci ilin yanvar ayının 1-dən, 2022ci ilin iyulun 1-nə kimi DSMF ona 1350 (min üç yüz əlli) manat xəsarət pulu ödəmişdir. Lakin əmək xəsarəti aldığına görə aldığı ödənc pulu 2022-ci ilin iyul ayından dayandırılmışdır. Şikayət etməyinə baxmayaraq Dövlət Sosial Müdafiə Fondu ona imtina cavabı göndərmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fillialının həmin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, o, 2009cu ildən 2022-ci ilin iyul ayının 1-nə kimi ona xəsarətlə bağlı ödənilən əvvəllər təyin edilmiş 50 manat ödənc pulu, karonavirus vaxtı 55 manat, son dövrlərdə isə verilən 225 manat ödənc pulunu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu ödəmişdirsə, sonradan həmin xəsarət pulunun "xxxx" 3 nömrəli müəssisəsi xx.xx.2013-cü il tarixdə özəlləşdiyinə və fəaliyyətini dayandırdığına görə onun ödənc pulunun cavabdeh orqan tərəfindən 2022-ci ilin iyul ayından dayandırılması, hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş hüquqlarının kobud şəkildə pozulmasıdır. DSMF həmin qərarı verməklə yanlışlığa yol vermişdir. Çünki son vaxtlar artaraq aldığı 225 manat ödənc pulu, onun 1987-ci ildə aldığı xəsarətə görədir. Hesab edir ki, qanunvericiliyin tələbinə görə cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialıdır, ödənişi də həmin orqan ona hər ay ödəməlidir. Ona görə də onun hüquqlarını bərpa etmək üçün məhkəmədə iddia qaldırmaqdan başqa yolu qalmamışdır. Yuxarıda qeyd etdiyi əsas və səbəblərə görə cavabdeh tərəfindən ona hər ay ödənilən 225 manat ödənc pulunun, dayandırıldığı 2022-ci ilin iyul ayından bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fillialının üzərinə qoyulması barədə ədalətli qərar çıxarılmalıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4374/2024 saylı qərardadı ilə (hakim G.Əliyeva) iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4374/2024 saylı qərardadının ləğv edilməsini, iş üzrə məhkəmə baxışının davam etdirilməsi üçün işin Gəncə İnzibati Məhkəməsinə qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi obyektiv araşdırma aparmadan, 2009-cu ildən həmin müavinətin DSMF tərəfindən ona ödənildiyini, bununla bağlı müxtəlif dövlət orqanlarına yazdığı şikayətlərini, şikayətlərində 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən "xxxx" Səhmdar Cəmiyyətinin 3 nömrəli müəssisəsinin (VÖEN **********) fəaliyyətinin xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə kimi dayandırıldığı barədə rəsmi olaraq aldığı arayışı cavabdeh orqana göndərdiyinə baxmayaraq ona ödənilən ödənişin dayandırılmadığını, 2022-ci ilin iyul ayına kimi DSMF ödənişi davam etdirdiyini qeyd etməyinə baxmayaraq, iş materiallarını nəzərə almadan qüvvədə qanunlara zidd qərardad qəbul etdiyindən hesab edir ki, Gəncə İnzibati Məhkəməsinin iddianın mümkünsüz sayılması haqqında qərardadı apellyasiya instansiyasında ləğv olunaraq, məhkəmə baxışının davam etdirilməsi üçün Gəncə İnzibati Məhkəməsinə qaytarılması barədə obyektiv qərardad qəbul edəcəkdir. 2009-cu ildən cavabdeh orqanın həmin müavinəti mütəmadi 13 il ödəniş etdiyi nəzərə alınmalı idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4374/2024 saylı qərardadının ləğv edilməsini, iş üzrə məhkəmə baxışının davam etdirilməsi üçün işin Gəncə İnzibati Məhkəməsinə qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 4374/2024 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-V219762/2024 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə - minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinət verilir. Məlumat üçün bildirilir ki, ona xx.xx.2009-cu il tarixindən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. Qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Bildirilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən "xxxx" ASC-nin tabeliyində olan 3 saylı müəssisənin xx.xx.2013-cü il tarixindən özəlləşdirilməsinə baxmayaraq ona təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixinədək davam etdirilmişdir. Nəticədə xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixinədək aylıq ödənc əvəzinə aylıq müavinət üzrə artıq ödəmə müəyyən edilmişdir. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, "xxxx" ASC-nin tabeliyində olan 3 saylı müəssisənin özəlləşdirilməsi başa çatdığından ona xx.xx.2013-cü il tarixindən sonrakı dövr üzrə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda qeyd olunan normaların mahiyyətindən də göründüyü kimi, verilmiş iddia tələbi iddianın mümkünlük şərtlərinə cavab verməlidir. Göründüyü kimi, İddiaçı onun 1987-ci il tarixdən əmək xəsarəti aldığına görə hər ay ödənilən ödənc pulunun dayandırıldığı 2022-ci ilin iyul ayından bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mümkünsüz hesab edilməsi qənaətinə gəlməkdə haqlı olmuşdır. Məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, hazırkı iş materialları və birinci instansiya məhkəməsi tərəfindən arxivdən götürülərək baxış keçirilmiş 2-1(114)-1520/2024 nömrəli iş materialları ilə müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2022-ci ilin iyul ayından əmək xəsarətinə görə dayandırılmış müavinətin bərpa edilməsi və verilməsinin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1520/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Gəncə İnzibati Məhkəməsinin məhkəmə kollegiyasına ünvanladığı xx.xx.2024-cü il tarixli məktubla müəyyən olunur ki, iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verməmiş və xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı eyni əsaslar üzrə eyni cavabdehə qarşı eyni predmet barəsində - onun 1987-ci il tarixdən əmək xəsarəti aldığına görə hər ay ödənilən ödənc pulunun dayandırıldığı 2022-ci ilin iyul ayından bərpa edilməsini xahiş edir ki, bu barədə qanuni qüvvəsini almış məhkəmə qərardadı mövcud olduğundan, hazırkı iddia tələbi mümkün sayıla bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının eyni tələblə məhkəmə müdafiəsindən istifadə etməsi üçün əsaslar da dəyişilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin normaya görə, eyni tərəflər arasında olan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir inzibati icraatda təkrar mübahisələndirilə bilmək imkanını itirmiş olur. Yalnız o halda bu cür iddia mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni iddia predmeti yaranmış olsun. Həmçinin iş materialları ilə də müəyyən olunur ki, iddiaçı mülki məhkəmə icraatı qaydasında eyni tələblə müraciət etmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-712/2023 saylı qətnaməsi ilə İddiaçı istehsalat qəzasında aldığı xəsarətə görə 2022-ci ilin iyul ayından dayandırılmış ödənişlərin bərpa edilməsi və həmin tarixdən etibarən hər ay ödənilməli olan ödənişlərin cavabdeh “Azərsənayetikinti“ 3 saylı tikinti müəssəsindən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Göründüyü kimi, iddiaçının ödənilməsini tələb etdiyi müavinətin məhz müvafiq müəssisədən tutulmasını müəyyən edən qanuni qüvvəsini almış yekun məhkəmə aktı mövcuddur. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasi İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 81, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4374/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-806/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-806/2024
17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver