Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-812/2023 22.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi» tələbinə dair inzibati iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, «əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2887/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N sentyabr 1996-cı il tarixli arayışında qeyd olunur ki, İddiaçı xx.xx.1994-cü il tarixdə Ağdərə uğrunda gedən döyüşlərdə yaralanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli 260 nömrəli qərarından görünür ki, İddiaçı hərbi ximdət vəzifələrini yerinə yetirərərkən aldığı və şəxsin müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri “hərbi travmadır, hərbi ximdət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”. Əlilliyin qiymətləndirilməsinə dair altsistemdən çıxarışdan görünür ki, İddiaçı 23 may 2001-ci il tarixdə əlilliyi qiymətləndirilərək hərbi xidmət dövrü ilə əlaqədar ilkin 1 il müddətinə üçüncü dərəcə əlillik təyin olunmuş: diaqnoz mətni: keçirilmiş hər iki budun sağ pəncənin çox saylı qəlpə yaralanmaları, sol bud sümüyün distal epifizindən metal qəlpə ilə sol bud sümüyünün orta 1/3-ü kənara deşilmiş sınığından davamlı qalıq əlamətləri. Yeriş funksiyasının pozulması ilə qeyd edilmişdir. Əlilliyin qiymətləndirilməsinə dair altsistemdən çıxarışdan görünür ki, İddiaçı 03 iyun 2014-cü-ci il tarixdə əlilliyi qiymətləndirilərək hərbi xidmət dövrü ilə əlaqədar təkrar ikinci qrup əlilliktəyin edilmiş: diaqnoz mətni: keçirilmiş hər iki budun sağ pəncənin çox saylı qəlpə yaralanmaları, sol bud sümüyün distal epifizindən metal qəlpə ilə sol bud sümüyünün orta 1/3-ü kənara deşilmiş sınığından davamlı qalıq əlamətləri. Yeriş funksiyasının pozulması ilə qeyd edilmişdir. Əlilliyin qiymətləndirilməsinə dair altsistemdən çıxarışdan görünür ki, İddiaçı 08 iyun 2015-ci il tarixdə əlilliyi qiymətləndirilərək hərbi xidmət dövrü ilə əlaqədar diaqnoz mətni:keçirilmiş həriki budun sağ pəncənin çox saylı qəlpə yaralanmaları, sol bud sümüyün distal epifizindən metal qəlpə ilə sol bud sümüyünün orta 1/3-ü kənara deşilmiş sınığından davamlı qalıq əlamətləri. Yeriş funksiyasının pozulması ilə qeyd edilmişdir. Əlilliyin qiymətləndirilməsinə dair altsistemdən çıxarışdan görünür ki, 08 iyun 2016cı il traixdə İddiaçı əlilliyi qiymətləndiirlmiş, diaqnoz olaraq Keçirilmiş hər iki budun sağ pəncənin çox saylı qəlpə yaralanmaları, sol bud sümüyünün distal epifizindən metal qəlpə ilə sol bud sümüyünün orta 1/3-i kənarı deşilmiş sınığından davamlı qalıq əlamətləri. Yeriş funksiyasının pozulması ilə qeyd edilmiş və əlilliyin səbəbi olaraq “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” qeyd edilməklə ikinci dərəcəli əlillik dərəcəsi verilmişdir. Əlilliyin qiymətləndirilməsinə dair altsistemdən çıxarışdan görünür ki, İddiaçı əlillik dərəcəsi 01 iyul 2021-ci il tarixdə yenidən qiymətləndirilmiş, diaqnoz olaraq “budun açıq yarası, Odlu silahla yaralanmasından sonra sağ budun aşağı 1\3-nin iç-tış,sağ diz oynağının iç-tıç.sol budun orta 1\3-nin iç-tış, aşağı 1\3-on arxa sol diz oynağının arxa səthlərində dartıcı çapıq toxumaları,sağ diz oynağının total endoprotez əməliy-an sonra, oynağın qeyri-stabilliyi, açıcı-bükücü kəskin kontrakturası” diaqnozuna əsasən “ümumi xəstəlik” səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” phş Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun 23 aprel 2021-ci il tarixli, **********/7846 nömrəli arayışında qeyd olunur ki, İddiaçı diaqnoz olaraq odlu silahla yaralanmadan sonra sağ budun aşağı 1/3-nin, sağ diz oynağının, sol budun orta 1/3-ü, aşağı 1/3-nin arxa sol diz oynağının arxa səthlərində dartıcı çapıq toxunmaları, sağ diz oynağının total endoptez əməliyyatından sonra oynağın qeyri-sabitliyi, bikinin kəskin kontrakturası, əzələ atrotiyası qeyd edilmişdir. Əlilliyin qiymətləndirilməsinə dair altsistemdən çıxarışdan görünür ki, İddiaçı barəsində xx.xx.2021-ci il tarixli ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Əlilliyin qiymətləndirilməsinə dair altsistemdən çıxarışdan görünür ki, İddiaçı əlilliyi 29 aprel 2022-ci il tarixdə qiymətləndirilmiş və döndərişin natamam doldurulması və əsas xəstəliyin səbəb əlaqəsinin düzgün göstərilməməsi səbəbi ilə imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2Sosial Ekspert Komissiyasının avqust 2022-ci il tarixli, **********4 nömrəli qərarından görünür ki, 35 vətəndaşın əlilliyin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsi həyata keçirilmiş və İddiaçı barəsində xx.xx.2021-ci il tarixli ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əlilliyinin hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar alması ilə bağlı olmasının müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının avqust 2022-ci il tarixli, **********4 nömrəli qərarının qismən ona aid hissədə ləğv edilməsi və əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi” tələbinə dəyişdirilmiş, həmçinin həmin tarixli qərardadla iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1981-2001-ci illərdə hərbi xidmətdə olmuş, Qarabağ uğrunda gedən döyüşlərdə Ağdərə ətrafında yaralanıb əlillik almış, əlilliyinin səbəbi isə hərbi xidmət vəzifələrini yerinə yetirilməsi ilə bağlı olduğu üçün ona bu məzmunda əlillik verilmişdir. 2021-ci ildə isə əlilliyini dəyişib, ümumi əlillik verilmişdir. Ona görə də məhkəməyə, müraciət edib əlilliyinin səbəbini hərbi xidmət vəzifələrini yerinə yetirərkən almağı müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmək məcburiyyətindədir. Cavabdeh inzibati orqanın iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, Dövlət Tibbi- Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası xx.xx.2022-ci il tarixdə 35 vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Gəncə şəhər sakini xx.xx.1962-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.5.11 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Növbəti dəfə səbəb-əlaqənin dəyişməsi məqsədilə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2012-cı il tarixli 260 nömrəli Qərarı verilmişdir. Həmin qərarda "Hər iki budun, sağ pəncənin çoxsaylı qəlpə yaralanmaları, sol bud sümüyünün distal epifizində metal qəlpə ilə sol bud sümüyünün orta 1/3-nin kənarı deşilmiş sınığı" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki budun yuxarı 1/3-də, döş qəfəsinin ön səthində çapıq qeyd olunmuş, hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri aşkar edilməmişdir. Eyni zamanda sağ diz oynağının endoprotezləşməsi əməliyyatı olunduğunu bildirmiş, xx.xx.2022-ci il tarixli təsdiqləyici rentgenoloji müayinə nəticəsi təqdim etmişdir. Hərbi qərarda göstərilmiş travma nahiyyələri endoprotezləmə nahiyyəsinə müvafiq gəlmədiyindən, hazırda əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə" yə uyğun olaraq xx.xx.2021-ci tarixli Ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2887/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya dair əvvəlki əlillik təyinatı ilə bağlı sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ” səbəbi ilə əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixli təyinatla bağlı sənəddən görünür ki, iddiaçıda hərbi əməliyyatlarla bağlı alınmış travmalar qalsa da, sağ diz oynağının total endoprotez əməliyyatına görə ümumi xəstəlik səbəbi ilə əlillik təyin edilmişdir. Sonuncu təyinata əsas kimi qeyd edilən travmanın ilkin səbəbi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar alınmış travmalar olmasına baxmayaraq cavabdeh tərəfindən əsassız olaraq əlilliyin səbəb-əlaqəsi dəyişdirilmişdir. Bununla da, cavabdehin iddiaçıya əlillik təyinatı zamanı əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına və iddianın təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə X4 adına xəstəxananın Poliklinika Şöbəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və "Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 – Bud-çanaq oynağı və bud nahiyəsinin tramvaları => S71- Bud-çanaq oynağı və bud nahiyəsinin açı…; Diaqnozun mətni: Budun açıq yarası, Odlu silahla yaralanmasından sonra sağ budun aşağı 1/3-nin iç-tış, sağ diz oynağının iç-tış, sol budun orta 1/3-in iç tış, aşağı 1/3-in arxa sol diz oynağının arxa səthlərində dartıcı çapıq toxumaları, sağ diz oynağının total endoprotez əməliyyatdan sonra, oynağın qeyri-sabitliyi, açıcı-bükücü kəskin kontrakturası.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.11. diz və bud-çanaq orqanlarının endoprotezi (M40-M41.3).” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Nəzərinizə çatdırırıq ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 260 nömrəli qərarı verilmişdir. Həmin qərarda “Hər iki budun, sağ pəncənin çoxsaylı qəlpə yaralanmaları, sol budun sümüyünün distal epifizində metal qəlpə il sol bud sümüyünün orta 1/3-nin kənarı deşilmiş sınığı” diqanozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi ximdət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş İddiaçı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki budun yuxarı 1/3-də, döş qəfəsinin ön səthində çapıq qeyd olunmuş, hərbi tramvanın əlillik təyinatına əsas verən qalıq əlamətləri aşkar edilməmişdir. Eyni zamanda sağ diz oynağının endoprotezləşməsi əməliyyatı olunduğunu bildirmiş, xx.xx.2022-ci il tarixli təsdiqləyici rentgenoloji müayinə nəticəsi təqdim etmişdir. Hərbi qərarda göstərilmiş travma nahiyyələri endoprotezləmə nahiyyəsinə uyğun gəlmədiyindən, hazırda əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq xx.xx.2021-ci il tarixli Ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Həmçinin qeyd olunur ki, iddiaçı 2021-ci ilə qədər yuxarıda adı çəkilən Əsasnamənin tələbləri ilə müayinə olunmamışdır. Sonuncu dəfə 2015-ci ilin iyun ayında hal-hazırda qüvvədən düşmüş Nazirlər Kabinetinin 29 avqust 1997-ci il tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamə ilə müəyinə edilərək təyinat aparılmışdır. Eyni zamanda iddiaçıya verilmiş imtinatalrın elektron yoxlamanın nəticəsində verildiyi halda məhkəmə cari dövrdə xüsusi səbəbdən əlillik təyinatına əsas verən diaqnozun həqiqiliyini aşkara çıxarmaq məqsədilə müayinə edilməsi üçün məhkəmə tibbi ekspertizası təyin etməmiş, kifayət qədər araşdırma aparmadan xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri pozulmamışdır. b) apellyasiya şikayətinə qarşı tərəfin etiraz dəlilləri: Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) apellyasiya şikayətinə dair tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunu: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. maddəsinə əsasən Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2/1(104)812/2023 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2887/2023 nömrəli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X2Sosial Ekspertiza Komissiyasının avqust 2022-ci il tarixli, **********4 nömrəli qərarı qismən, İddiaçı aid hissədə ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi mümkün sayılmamışdır. Odur ki, hazırki məhkəmə araşdırılmasının predmeti iddiaçıya təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsinə dair birinci instansiya məhkəməsinin qərarının qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı baxılan hissədə dəyişdirilmədən saxlanmalıdır. İşin hallarından görünür ki, İddiaçı “Keçirilmiş hər iki budun sağ pəncənin çox saylı qəlpə yaralanmaları, sol bud sümüyünün distal epifizindən metal qəlpə ilə sol bud sümüyünün orta 3-də 1-i kənarı deşilmiş sınığından davamlı qalıq əlamətləri. Yeriş funksiyasının pozulması ilə.” diaqnozuna əsasən “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” səbəbi ilə xx.xx.2001-ci il tarixdə 1 il müddətinə üçüncü dərəcə əlillik, eyni diaqnoza əsasən “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” səbəbi ilə xx.xx.2014-cü il tarixdə 2 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə və xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik, “budun açıq yarası, odlu silahla yaralanmasından sonra sağ budun aşağı 1/3-nin iç-tış,sağ diz oynağının iç-tıç.sol budun orta 1/3-nin iç-tış, aşağı 1/3-on arxa sol diz oynağının arxa səthlərində dartıcı çapıq toxumaları,sağ diz oynağının total endoprotez əməliyyatdan sonra, oynağın qeyri-stabilliyi, açıcı-bükücü kəskin kontrakturası” diaqnozuna əsasən “ümumi xəstəlik” səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Bundan sonra əlilliyin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən iddiaçı ilə birgə 35 vətəndaşın əyani müayinəsi həyata keçirilmiş və Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının **********4 nömrəli qərarı ilə İddiaçı barəsində xx.xx.2021-ci il tarixli ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Əlilliyin qiymətləndirilməsinə dair altsistemdən çıxarışdan görünür ki, İddiaçı 23 may 2001-ci il tarixdə əlilliyi qiymətləndirilərək hərbi xidmət dövrü ilə əlaqədar ilkin 1 il müddətinə üçüncü dərəcə əlillik təyin olunmuş: diaqnoz mətni: keçirilmiş hər iki budun sağ pəncənin çox saylı qəlpə yaralanmaları, sol bud sümüyün distal epifizindən metal qəlpə ilə sol bud sümüyünün orta 1/3-ü kənara deşilmiş sınığından davamlı qalıq əlamətləri. Yeriş funksiyasının pozulması ilə qeyd edilmişdir. Əlilliyin qiymətləndirilməsinə dair altsistemdən çıxarışdan görünür ki, İddiaçı 03 iyun 2014-cü-ci il tarixdə əlilliyi qiymətləndirilərək hərbi xidmət dövrü ilə əlaqədar təkrar ikinci qrup əlilliktəyin edilmiş: diaqnoz mətni: keçirilmiş hər iki budun sağ pəncənin çox saylı qəlpə yaralanmaları, sol bud sümüyün distal epifizindən metal qəlpə ilə sol bud sümüyünün orta 1/3-ü kənara deşilmiş sınığından davamlı qalıq əlamətləri. Yeriş funksiyasının pozulması ilə qeyd edilmişdir. Əlilliyin qiymətləndirilməsinə dair altsistemdən çıxarışdan görünür ki, İddiaçı 08 iyun 2015-ci il tarixdə əlilliyi qiymətləndirilərək hərbi xidmət dövrü ilə əlaqədar diaqnoz mətni:keçirilmiş həriki budun sağ pəncənin çox saylı qəlpə yaralanmaları, sol bud sümüyün distal epifizindən metal qəlpə ilə sol bud sümüyünün orta 1/3-ü kənara deşilmiş sınığından davamlı qalıq əlamətləri. Yeriş funksiyasının pozulması ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N sentyabr 1996-cı il tarixli arayışında qeyd olunur ki, İddiaçı xx.xx.1994-cü il tarixdə Ağdərə uğrunda gedən döyüşlərdə yaralanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli 260 nömrəli qərarından görünür ki, İddiaçı hərbi ximdət vəzifələrini yerinə yetirərərkən aldığı və şəxsin müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri “hərbi travmadır, hərbi ximdət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”. Əlilliyin qiymətləndirilməsinə dair altsistemdən çıxarışdan görünür ki, 08 iyun 2016cı il traixdə İddiaçı əlilliyi qiymətləndiirlmiş, diaqnoz olaraq Keçirilmiş hər iki budun sağ pəncənin çox saylı qəlpə yaralanmaları, sol bud sümüyünün distal epifizindən metal qəlpə ilə sol bud sümüyünün orta 1/3-i kənarı deşilmiş sınığından davamlı qalıq əlamətləri. Yeriş funksiyasının pozulması ilə qeyd edilmiş və əlilliyin səbəbi olaraq “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” qeyd edilməklə ikinci dərəcəli əlillik dərəcəsi verilmişdir. Bundan sonra iddiaçının əlillik dərəcəsi yenidən qiymətləndirilərkən eyni diaqnoz əsasında ona ümumi xəstəlik əsasında üçüncü dərəcəli əlillik təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” phş Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun 23 aprel 2021-ci il tarixli, **********/7846 nömrəli arayışında qeyd olunur ki, İddiaçı diaqnoz olaraq odlu silahla yaralanmadan sonra sağ budun aşağı 1/3-nin, sağ diz oynağının, sol budun orta 1/3-ü, aşağı 1/3-nin arxa sol diz oynağının arxa səthlərində dartıcı çapıq toxunmaları, sağ diz oynağının total endoptez əməliyyatından sonra oynağın qeyri-sabitliyi, bikinin kəskin kontrakturası, əzələ atrotiyası qeyd edilmişdir. Əlilliyin qiymətləndirilməsinə dair altsistemdən çıxarışa əsasən İddiaçı əlillik dərəcəsi 01 iyul 2021-ci il tarixdə yenidən qiymətləndirilmiş, diaqnoz olaraq “budun açıq yarası, odlu silahla yaralanmasından sonra sağ budun aşağı 1\3-nin iç-tış,sağ diz oynağının iç-tıç.sol budun orta 1\3-nin iç-tış, aşağı 1\3-on arxa sol diz oynağının arxa səthlərində dartıcı çapıq toxumaları,sağ diz oynağının total endoprotez əməliy-an sonra, oynağın qeyri-stabilliyi, açıcı-bükücü kəskin kontrakturası” diaqnozuna əsasən “ümumi xəstəlik” səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmişdir. Bundan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli 260 nömrəli qərarına əsasən İddiaçı hərbi ximdət vəzifələrini yerinə yetirərərkən aldığı və şəxsin müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri “hərbi travmadır, hərbi ximdət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi qiymətləndirilmişdir və həmin qərar hazırda qüvvədədir. Belə olan halda iddiaçının əlilliyinin səbəb əlaqəsinin ümumi xəstəlikdən yaranması istisna olunur və cavabdeh inzibati orqan qeyd olunan qərarın ləğvi və ya xəstəliyin səbəb əlaqəsinin dəyişməsini sübut edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən yuxarıda qeyd edilən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı baxılan hissədə əsaslıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2887/2023 nömrəli qərarı İddiaçı təyin edilmiş əlilliyin səbəb əlaqəsinin «hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar» olaraq dəyişdirilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov
Məhkəmə qərarları › İş №2-1(104)-812/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-812/2023
22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver