Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-812/2024 17.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi ilə, İddiaçılar X18, İddiaçı1, X31, X24, X2, X19, X6, İddiaçı5, X16, İddiaçı7, İddiaçı8, İddiaçı9 Ayaz oğlu, X25, X20, X3, İddiaçı10, X26, İddiaçı2, X27, X11, X21, X5, X1, X4, X7, X8, X22, X32, X23, İddiaçı3, İddiaçı4 və İddiaçı11 Cavabdehnə qarşı “Bərdə rayonu Nifçi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-2640/2024 saylı qərardadından iddiaçılar İddiaçı11 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar X18, İddiaçı1, X31, X24, X2, X19, X6, İddiaçı5, X16, İddiaçı7, İddiaçı8, İddiaçı9 Ayaz oğlu, X25, X20, X3, İddiaçı10, X26, İddiaçı2, X27, X11, X21, X5, X1, X4, X7, X8, X22, X32, X23, İddiaçı3, İddiaçı4 və İddiaçı11 cavabdeh Bərdə rayonu Nifçi Bələdiyyəsinə qarşı cavabdehin xx.xx.2006-cı il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Daha sonra iddiaçılar ərizə təqdim edərək, cavabdehin əsl Cavabdeh ilə əvəz olunmasını xahiş etmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Bərdə rayonu, Nifçi kənd sakinləridir. Hazırda mübahisələndirilən torpaq sahəsi uzun müddətdir ki, kənd camaatı tərəfindən istifadə olunur. Üçüncü şəxs kəndə gələrək bildirmişdir ki, o istifadə edilən torpaq sahəsinə dair məhkəmədən sənəd almışdır. Məhkəməyə müraciət etdikdən sonra məlum olmuşdur ki, 2-1(114)-1456/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə iddiaçı X9 iddiası təmin edilərək, Bərdə rayonu, Nifçi kəndində yerləşən 1.20 ha torpaq sahəsi üzərində iddiaçı X9 icarə hüququnun qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan da görünür ki, Bərdə rayonu Nifçi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 08 saylı qərarı ilə X12 bələdiyyənin ehtiyat fondunda olan 36 saylı konturdakı əkinə yararlı sahədən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ayrılan 1.20 hektar torpaq sahəsi ayrılmışdır. İddiaçıların vəkili məhkəməyə müraciət edərək həmin qərarın sürətini əldə etmişdir. İddiaçılar hesab edir ki, həmin qərar ləğv edilməlidir. Belə ki, uzun müddətdir ki, kənddə bələdiyyə fəaliyyət göstərmir. 2000-ci ildə bələdiyyənin sədri, üçüncü şəxs X9 yaxın qohumu Tofiq Tanrıverdiyev olmuşdur. Ümumiyətlə, iddiaçılar qərarın həmin vaxt qəbul edilməsinə şühbə ilə yanaşırlar. Belə ki, o vaxt torpaq sahəsi ilə bağlı qərar qəbul edilmişdirsə, üçüncü şəxs 20 ildən artıq müddət qərarı rəsmiləşdirməmiş, çıxarış almamış, torpaq sahəsindən istifadə etməmişdir. Bu onu göstərir ki, qərar sonradan tərtib edilmişdir. Bundan başqa qərar qəbul edilərkən qanunveriliyin tələbləri pozulmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2640/2024 saylı qərardadı ilə (hakim Z.Quliyev) iddiaçılar X18, İddiaçı1, X31, X24, X2, X19, X6, İddiaçı5, X16, İddiaçı7, İddiaçı8, İddiaçı9 Ayaz oğlu, X25, X20, X3, İddiaçı10, X26, İddiaçı2, X27, X11, X21, X5, X1, X4, X7, X8, X22, X32, X23, İddiaçı3, İddiaçı4 və İddiaçı11 Cavabdehnə qarşı Bərdə rayonu Nifçi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iş üzrə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçılar İddiaçı11 və İddiaçı4 apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2640/2024 saylı qərardadının ləğv edilməsini və inzibati işin mümkün hesab edilərək, mahiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı apellyatorlara münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi- hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda qeyd olunan normaların mahiyyətindən də göründüyü kimi, verilmiş iddia tələbi iddianın mümkünlük şərtlərinə cavab verməlidir. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının bu tələblə məhkəmə müdafiəsindən istifadə etməsinə subyektiv hüququnun olub-olmamasının aydınlaşdırılmasını zəruri hesab edir. Göründüyü kimi, iddiaçılar Cavabdehnə qarşı Bərdə rayonu Nifçi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mümkün hesab edilməməsi qənaətinə gəlməkdə haqlı olmuşdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, bələdiyyənin xx.xx.2006-cı il tarixli qərarı əsasında Bərdə rayonu, Nifçi kəndində yerləşən 1,20 ha torpaq sahəsi 50 il müddətinə üçüncü şəxsin icarəsinə verilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1456/2023 nömrəli qərarı ilə həmin torpaq sahəsi üzərində X9 icarə hüquqlarının qeydiyyata alınması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-496/2023 nömrəli qərarı ilə təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1456/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qərarından sonra Bərdə rayonu, Nifçi kəndi ərazisində yerləşən 1.2 ha torpaq sahəsi – **********21 reyestr nömrəli daşınmaz əmlak üzərində 50 il müddətinə - xx.xx.2006-12.2056-cı il müddətinədək X9 icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə qeydə alınmışdır. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılması, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o, cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Qanunun 26-ci maddəsinə əsasən, icarəçinin icarəyə götürdüyü torpaq üzərində hüququnun mühafizəsi mülkiyyətçinin hüququnun mühafizəsi ilə eyni əsasda təmin edilir. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, qanunvericilik icarə predmetinə münasibətdə qanunsuz müdaxilə və maneələrin aradan qaldırılmasına mülkiyyətçi ilə icarəçinin hüquqlarının eyniləşdirilməsi prizmasından yanaşır. Bu yanaşma bilvasitə icarə müqaviləsinin məzmunundan irəli gəlir və icarəçinin torpaq üzərində sahiblik və istifadə hüquqlarının mühafizəsinə yönəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlak hazırda üçüncü şəxsin icarəsində olmaqla, onun sahibliyində və istifadəsindədir. Mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyəti olduğu müəyyən olunur. İddiaçıların mübahisə açdığı torpaq sahəsi ilə hər hansı hüquqi bağlılıqları sübuta yetirilmir, onların həmin torpaq sahəsinə əşya hüququ təsdiqini tapmır. Torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət və ya istifadə hüququ dövlət qeydiyyatına alınmamış, sözügedən torpaq sahəsi əvvəlcə bələdiyyə mülkiyyətində olmuş, hazırda isə üçüncü şəxsin icarəsində olmaqla, onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda, iddiaçıların qeyd edilən torpaq sahəsinin üçüncü şəxsin xeyrinə yüklü edilməsi barədə bələdiyyə qərarını mübahisələndirmək üçün hər hansı tələb hüququ mövcud deyildir. Bu isə, iddiaçıların hazırkı tələb üzrə subyektiv hüququnun olmasını istisna edir. Şəxsin inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia etməsi üçün, ən azından həmin hərəkətin (hərəkətsizliyin) onun hüquqlarını pozma ehtimalı mövcud olmalıdır. Nəzərə almaq lazımdır ki, iddiaçıların iddia etdiyi torpaq sahəsindən hər hansı qanuni əsas olmadan faktiki istifadə etmələri bələdiyyənin mülkiyyətində olan həmin sahənin üçüncü şəxsə ayrılmasını istisna edə bilməz. Bu zaman həm də iddiaçıların iddia etdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması, mülkiyyətində olan torpaq sahəsinə aid qərar qəbul etməyin bələdiyyənin səlahiyyətinə aid məsələ olduğu və onun məsuliyyət sferası ilə ehtiva olunduğu da nəzərə alınmalıdır. Hazırki iş üzrə iddiaçılar mübahisəli torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olmasını irəli sürsələr də, bu halı təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, bunun əksi olaraq məhkəmə araşdırması zamanı (ekspert rəyi ilə) müəyyən edilmişdir ki, sözügedən 1,20 ha torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Qeyd olunan torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən Ehtiyat fondu (BEF) torpaqlarına aid tut bağı olmaqla faktiki əkin sahəsidir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı). Göründüyü kimi, şəxsin subyektiv hüquqa qarşı vəzifə daşıyan şəxsdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olması üçün onun subyektiv hüquqa malik olması tələb olunur. Beləliklə, işin yuxarıda qeyd edilən halları iddia tələbini mümkünsüz edir. İddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olmamışlar. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbinin mümkünlük şərtləri yaranmamışdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti dəlilləri onun təmin edilməsi üçün əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasi İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 81, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 2640/2024 saylı qərardadı iddiaçılar İddiaçı11 və İddiaçı4 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-812/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-812/2024
17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver