Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-814/2024 19.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 Nəriman qızı və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinn Daşkəsən rayon bölməsinə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi tələbinə dair Gəncə İnzibati Məhkəməsinin 13 noyabr 2023-ci il tarixli, 2-1(114)-4148/2023 nömrəli qərarına izah verilməsinə dair iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4148/2023 nömrəli qərardadından İddiaçı2 Nəriman qızının nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı2 Nəriman qızı və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X2 “şəhid”, ailəsinə “şəhid ailəsi statusunun və həmin statusu təsdiq edən müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4148/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, xx.xx.1994-cü il təvəllüdlü mərhum X3 ailəsinə verilən müavinətin dayandırılmasına səbəb olan xx.xx.2021-ci il tarixli, 1066 nömrəli məktubun Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 18 saylı Regional Ərazi filialının Daşkəsən rayon qəbul şöbəsinə göndərilməsi ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin hərəkətlərinin qanunsuz hesab edilməsi qərara alınmışdır. Qeyd olunan qərar icra olunması üçün xx.xx.2024-cü il tarixli məktubla cavabdeh orqana göndərilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla xx.xx.1994-cü il təvəllüdlü mərhum X4 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1066 nömrəli arayışın etibarsız sayılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən regional filialına xx.xx.2024-cü il tarixli məktubla göndərildiyi bildirilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı2 Nəriman qızı nümayəndəsi olan vəkili Vəkil “Gəncə İnzibati Məhkəməsinin 13 noyabr 2023-ci il tarixli, 2-1(114)-4148/2023 saylı qərar üzrə X1 ailə üzvlərinə veriləcək müavinətin hansı qaydada bərpa edilməsi qaydasının izah edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4148/2023 nömrəli qərardadı ilə (hakim L.Əliyeva) iddiaçılar İddiaçı2 Nəriman qızı və İddiaçı1 nümayəndəsi olan vəkili Vəkil Gəncə İnzibati Məhkəməsinin 13 noyabr 2023-ci il tarixli, 2-1(114)- 4148/2023 nömrəli qərarına izah verilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı2 Nəriman qızının nümayəndəsi (vəkili) X5 apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4148/2023 saylı qərarına izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı2 Nəriman qızının nümayəndəsi (vəkili) X5 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, hazırkı iş üzrə şikayət verildikdən sonra cavabdeh iddiaçıların tələblərini tam təmin etmişdir. Müvafiq arayış ilə təmin etmişdir. Ona görə də hazırkı vəziyyətdə qərarın izah edilməsinə zərurət qalmamışdır. Odur ki, apellyasiya şikayətinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəblərin bildirməmişlər. Məhkəmə kollegiyası AR İPM-nin 62.3. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu halda verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 88.1-ci maddəsinə əsasən, şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 88-ci maddəsini rəhbər tutaraq, qəraraaldı: İddiaçı2 Nəriman qızının nümayəndəsi (vəkili) X5 tərəfindən verilmiş apellyasiya şikayəti geri götürülmüş hesab edilsin və Gəncə İnzibat Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4148/2023 saylı qərardadından verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-814/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-814/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver