Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-82/2023 17.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil2 Fərhad oğlunun iştirakları ilə, “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1106/2022 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:
1. "Azərbaycan Respublikası Mənzil Fondunun Özəlləşdirilməsi haqqında" xx.xx.1995-ci il tarixli müqaviləyə əsasən Hacıkənd qəsəbəsi, 26 ünvan 1 yaşayış sahəsi 21,3 kv.m olan 2 yaşayış otağından, 38,2 kv.m ümumi sahədən ibarət olan yaşayış evi vətəndaş X7 şəxsi mülkiyyətinə pulsuz olaraq verilmişdir.
2. 22 may 1996-cı il tarixli müqaviləyə əsasən X5 şəhəri, Hacıkənd qəsəbəsi 26 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 18,7 kv.m olan 2 yaşayış otağından, 13,7 kv.m örtülü eyvandan, 6,0 kv.m tamburdan ibarət yaşayış evini X2.
3. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 1999-cu il tarixli, 6735 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 Bakı komissarı küçəsində 400 kv.metr torpaq sahəsi X8 istifadəsinə verilmişdir.
4. AN-İ ******* nömrəli, 30 yanvar 2006-cı il tarixli Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 Bakı Komissarı küçəsi, ev 13 X8 nümayəndəsi X14 tərəfindən İddiaçı satılmışdır.
5. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 12847 nömrəli, 03 fevral 2006-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, 26 Komissar 13 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır.
6. Fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, İddiaçı adına fərdi yaşayış evinə texniki pasort 2006-cı ildə tərtib edilmişdir.
7. 12 oktyabr 2015-ci il tarixli, 5983 saylı icarəyə verilmiş əmlakın alğı-satqısına dair müqaviləyə əsasən ünvan 3 ünvanda yerləşən 256,4 kv metr əmlak kompleksi X3.
8. 22 yanvar 2016-cı il tarixli “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alğı-satqı müqaviləsi”ndən görünür ki, ünvan 3 ünvanında yerləşən əmlak kompleksinin altında yerləşən 1124 kv.metr torpaq sahəsi X11 xeyrinə özəlləşdirilmişdir.
9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən sənaye, nəqliyyat,rabitə,müdafiə və digər təyinatlı 0,1124 ha torpaq sahəsi X11 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.
10. AN-İ ******* nömrəli, 28 iyul 2017-ci il tarixli Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, **********44 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət çıxarışına əsasən X12 məxsus 0,1124 ha torpaq sahəsi "xxxx" MMC-yə satılmışdır.
11. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən sənaye, nəqliyyat,rabitə,müdafiə və digər təyinatlı 0,1124 ha torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.
12. Gəncə şəhər Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 572 nömrəli sərəncamından görünür ki, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi ilə Kəpəz küçəsinin kəsişməsinin şimal-qərb tərəfində yerləşən 2,78 ha torpaq sahəsində 6 və 8 mərtəbəli iki mehmanxana binasının yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 22 dekabr 2022-ci il tarixli, **********24 nömrəli məktubunda qeyd olunmuşdur ki, 12847 nömrəli qeydiyyat vəsiqəsində qeyd olunan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin, elecə də Gəncə şəhər Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 572 nömrəli sərəncamı ilə, Hacıkənd qəsəbəsindən ayrılmış 2,78 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və koordinatlar əks olunmuş plan və ölçü sənədləri əlavə olunmadığından mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır.
14. 12 yanvar 2023-cü il tarixli, 10/8576 nömrəli ekspert rəyində qeyd olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********53 saylı mütəxəssis rəyindən görünür ki, Gəncə X6 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı idarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən tikili və torpaq sahəsinin naturada yerləşmə koordinatları sənəddə göstərilmədiyindən araşdırma zamanı həmin torpaq sahəsinin yerləşmə mövqeyi iddiaçının naturada təqdim etdiyi sahəyə və texniki pasportda göstərilən ölçülərə istinadən müəyyən olundu. Yuxarıda qeyd olunanlara istinadən, İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evinin faktiki mövcud olmadığı, torpaq sahəsinin isə, faktiki olaraq cavabdeh tərəfin istifadəsində olduğu müəyyən olundu. Gəncə X6 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı idarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda, torpaq sahəsinin sənəd üzrə 400,0 kv.m, faktiki olaraq isə 1106,6 kv.metr olduğu göstərilmiş, texniki pasportda isə yalnız faktiki istifadə sahənin (1106,6 kv.metr) ölçüləri göstərilmişdir. Beləliklə, müəyyən olundu ki, texniki pasportdakı planda göstərilən 1106,6 kv.metr torpaq sahəsi faktiki olaraq cavabdehin istifadəsindədir. Gəncə X6 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı 03.02.22 35-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən 1106,6 kv.metr torpaq sahəsinin 318,0 kv.m hissəsi, cavabdeh tərəfindən inşa ediimiş HOTEL binasının 8,0 kv.m hissəsi isə cavabdeh tərəfindən inşa edilmiş daş hasarın altında yerləşir. İddiaçının, iddia etdiyi torpaq sahasinin 780,6 kv.m hissəsi üzərində isə heç bir tikili inşa edilmədiyi müəyyən olundu.
Birinci instansiya məhkəməsində icraat:
15. İddiaçı cavabdeh Gəncə şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli 572 nömrəli sərəncamın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus ünvan 4 ünvanda 0.11066 ha ölçüdə olan torpaq sahəsi var. Həmin torpaq sahəsi və onun üzərində vaxtı ilə yerləşən, 81.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququnu təsdiq edən xx.xx.2006-cı il tarixli, 12847 nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport mövcuddur. Qanunvericiliyə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaklara yeni hüquqmüəyyənedici sənəd daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməlidir. Bu əsasla DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi qeyd olunan əmlaklara reyestrdən çıxarış verilməsinin imtina səbəbi kimi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus ünvan 4 ünvanında 0,11066 ha ölçüdə olan torpaq sahəsinin üzərində qanunsuz inşa edilmiş tikililərin mövcudluğunu göstərmişdir. Aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə cavabdeh DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə reyestrdən çıxarışın verilməsi” və Kəpəz Rayon Məhkəməsinə cavabdeh "xxxx" MMC-yə qarşı “tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələblərinə dair iddia ərizələri ilə müraciət etmişdir. Hal-hazırda hər iki iş icraatdadır. Tikililərin inşa edilməsinə Gəncə şəhər Cavabdeh başçısının 572 saylı, 18 aprel 2018-ci il tarixdə verdiyi qanunsuz sərəncamın əsas olması müəyyən edilmişdir. Bu müddət ərzində həmin sərəncamın mövcudluğundan xəbərsiz olmuş, bu əsasla qanunvericiliyə müvafiq olaraq subordinasiya qaydasında, həmin sərancamın qanunsuz akt sayılaraq ləğv edilməsi xahişi ilə Cavabdeh Apellyasiya Şurasına inzibati şikayətlə müraciət etmişdir. Lakin Cavabdeh Apellyasiya Şurası müraciətə cavab olaraq H-4-010 nömrəli, 23 fevral 2022-ci il tarixli məktubu ilə bundan imtina etmişdir. Nəticə etibarı ilə Gəncə şəhər Cavabdeh başçısının 572 saylı, 18 aprel 2018-ci il tarixli sərancamı iddiaçının konstitusion hüquqlarını pozması səbəbindən qanunsuz akt sayılaraq ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
17. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1106/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1106/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən sərəncamla mənsubiyyəti bəlli olmayan torpaq sahəsində tikintiyə icazə verilmişdir. Həmin sərəncamda sahənin yerləşmə yeri və koordinatları dəqiq göstərilməsə də iddiaçıya məxsus yaşayış evinin yerləşdiyi sahədə tikinti işlərinin aparılmasına əsas olmuşdur. Bu hal 10/3400 nömrəli, xx.xx.2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizası rəyində də öz əksini tapmışdır. Mübahisələndirilən sərəncam qanunvericiliyin tələblərinə zidd olmaqla iddiaçının mülkiyyətində olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadəsinə məhdudiyyət yaratmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
20. Üçüncü şəxs qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1106/2022 nömrəli qərarının ləğv edilməsini və iddia ərizənin rədd olunmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni yalnız iddiaçının təqdim etdiyi sənədləri nəzərə alaraq əsaslandırmışdır. Bu sənədlər əsasən o haqdadır ki, sərəncamla üçüncü şəxsə ayrılmış torpaq sahəsində iddiaçının mülkiyyətində olmuş fərdi yaşayış evi var idi və hal-hazırda ümumi məhkəmənin icraatında olan iş üzrə keçirilmiş ekspertiza ilə təsdiq edilmişdir ki, həqiqətən, tikilən mehmanxananın ərazisi ilə iddiaçının evinin yerləşdiyi ərazinin sərhədləri üst-üstə düşür. Hesab edilir ki, məhkəmənin qərarı qanunsuzdur. Belə ki, əvvəla iddiaçı bu növ iddia tələbi ilə məhkəməyə müraciət edərkən prosessual müddəti ötürmüşdür. İddiaçının evi 2011-ci ildə sökülmüşdür, öz razılığı ilə və onun izahlarında iddia olunmur ki, evi zorla sökülüb. Evi sökülən vaxtdan xeyli müddət keçmiş və sonralar həmin ərazidə mehmanxananın tikintisi aparılmışdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən formal olaraq rəsmi müraciət etməklə mübahisələndirilən sərəncamı əldə etdiyi müddəti prosessual müddətin başlanğıcı nəzərə alması qanunsuzdur. Bundan başqa,məhkəmə nəzərə almamışdır ki, iddiaçının evi söküldüyü təqdirdə ona mülkiyyət hüququ itirilmiş hesab olunur və bu hal reyestr xidmətində qeydiyyata alınmalı idi, lakin bu edilməmişdir. İş materiallarında olan sənədlərdən aydın olur ki, iddiaçının evinin sökülməmişdən əvvəl yerləşdiyi torpaq sahəsi onun istifadəsində olmuşdur. Söküldüyü evin yerində isə iddiaçı tərəfindən heç bir yeni evin tikilməsi və ya köhnənin bərpası işləri aparılmamışdır. Yəni, hüquqi mənada, həmin torpaq sahəsinin istifasində iddiaçının marağının olması sübut olunmur. Bunun əksinə isə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd əldə etmişdir və bu ona görə mümkün olmuşdur ki, həmin torpaq sahəsi başqasının mülkiyyətində və ya istifadəsində olmamışdır. Boş torpaq sahəsi olmuşdur. Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş ******* nömrəli, Seriya RX çıxarışa əsasən, ********** qeydiyyat nömrə ilə xx.xx.2017-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 5 ünvanda olan 0.1124 ha torpaq sahəsi xüsusi mülkiyyətindədir. Bu baxımdan aydın olur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin edərkən, nəzərə almamışdır ki, sərəncam yalnız layihələndirmə üçün və torpaq sahəsinin ayrılması üçün hüquqi əsas olmuşdur. Sərəncama əsasən tikinti aparılacaq torpaq sahəsinə hüquqların qeydiyyatı aparıldıqdan sonra, tikinti işlərinin aparılmasının mümkün olduğu deyilir. Məhkəmə isə qeyd etmişdir ki, “mübahisələndirilən sərəncamla mənsubiyyəti bəlli olmayan torpaq sahəsində tikintiyə icazə verilmişdir. Həmin sərəncamla sahənin yerləşmə yeri və koordinatları dəqiq göstərilməsə də iddiaçıya məxsus yaşayış evinin yerləşdiyi, sahədə tikinti işlərinin aparılmasına əsas olmuşdur. Yəni faktiki və hüquqi baxımından üçüncü şəxs tikinti işlərini öz torpaq sahələrində aparmışlar.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
22. Apellyasiya şikayətinə iddiaçı tərəfinin etiraz ərizəsində qeyd olunmuşdur ki, prosessual müddətə dair ərizə iş materiallarında mövcud olmuş, eyni zamanda iddia müddəti bərpa edilmişdir. Həmçinin, mülkiyyət hüququnun qorunması və pozulmasına qarşı iddialara MM-nin 384.0.4-cü maddəsinə əsasən iddia müddəti tətbiq edilmir. Apellyasiya şikayətinin digər dəlili isə məhv olmuş əmlaka dair qeydiyyatın ləğvi üçün daşınmaz əmlakın dövlət reyestrinə müraciət edilməməsidir. Bu hazırki iddia tələbinin mahiyyətinə ziddir. Belə ki, iddiaçıya məxsus daşınmaz əmlak üçüncü şəxsin qanunsuz hərəkətləri nəticəsində məhv olmuşdur.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında izahat verən üçüncü şəxsin vəkili apellyasiya şikayətini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, qeyd edilən torpaq sahəsinə dair iddiaçının hər hansı mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud deyildir, üçüncü şəxs tikinti işlərini məhz öz mülkiyyətində olan torpaq sahəsində aparmışdır.
24. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, onun mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin koordinantları müəyyən edilməsə də faktiki olaraq evin yerləşdiyi ərazi ona məlumdur və onun evinin yerləşdiyi torpaq sahəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikinti aparılması ekspert rəyi ilə təsdiqlənmişdir.
25. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2-1(104)82/2023 saylı qərardadı ilə cavabdeh əsl cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti ilə əvəz edilmişdir.
26. Cavabdeh inzibati orqana məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında nümayəndəsi iştirak etməmişdir. Məhkəmə kollegiyası inzibati işə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
27. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
31. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
32. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.
33. Hazırki tələbində iddiaçı Gəncə şəhəri Cavabdeh başçısının 572 nömrəli, 18 aprel 2018-ci il tarixli sərəncamının ləğv edilməsini xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 6 ünvanında 0.11066 ha ölçüdə olan torpaq sahəsi və onun üzərində vaxtı ilə 81.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi olmuş, lakin mübahisələndirilən sərəncamla onun mülkiyyət hüququ pozulmuşdur.
34. Məhkəmə tərkibi hesab edir ki, mübahisəyə münasibətdə ilkin araşdırılmalı olan məsələ iddiaçının iddia qaldırmaq səlahiyyətinə (subyektiv hüquqa) malik olubolmamasıdır.
35. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
36. İşdə olan «Azərbaycan Respublikası Mənzil Fondunun Özəlləşdirilməsi haqqında» xx.xx.1995-ci il tarixli müqaviləyə əsasən Hacıkənd qəsəbsi 26 ünvan 1 yaşayış sahəsi 21,3 kv.m olan 2 yaşayış otağından, 38,2 kv.m ümumi sahədən ibarət olan yaşayış evi vətəndaş X7 şəxsi mülkiyyətinə pulsuz olaraq verilmişdir.
37. 22 may 1996-cı il tarixli müqaviləyə əsasən X5 şəhəri, Hacıkənd qəsəbəsi 26 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 18,7 kv.m olan 2 yaşayış otağından, 13,7 kv.m örtülü eyvandan, 6,0 kv.m tamburdan ibarət yaşayış evini X2.
38. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 1999-cu il tarixli, 6735 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 Bakı komissarı küçəsində 400 kv.metr torpaq sahəsi X8 istifadəsinə verilmişdir.
39. AN-İ ******* nömrəli, 30 yanvar 2006-cı il tarixli Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 Bakı Komissarı küçəsi, ev 13 X8 nümayəndəsi X14 tərəfindən İddiaçı satılmışdır.
40. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 12847 nömrəli, 03 fevral 2006-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, 26 Komissar 13 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır.
41. Qeyd olunan hüquqmüəyyənedici sənədlərdən məlum olduğu kimi iddiaçının mülkiyyətində yalnız Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi olmuşdur. Belə ki, həmin evə dair ilkin hüquqmüəyyənedici sənəd "Azərbaycan Respublikası Mənzil Fondunun Özəlləşdirilməsi haqqında xx.xx.1995-ci il tarixli müqaviləyə əsasən fərdi yaşayış evi X7 şəxsi mülkiyyətinə pulsuz olaraq verilmiş, sonuncu tərəfindən 22 may 1996-cı il tarixli müqaviləyə əsasən mülkiyyətində olan yaşayış evi X1. Bundan sonra, fərdi yaşayış evi AN-İ ******* nömrəli, 30 yanvar 2006-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 12847 nömrəli, 03 fevral 2006-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı adına qeydə alınmışdır.
42. Belə olan halda ilkin hüquqmüəyyənedici sənədlər və İddiaçı adına tərtib olunmuş qeydiyyat vəsiqəsində yalnız fərdi yaşayış evinə mülkiyyət hüququ əldə edilmiş, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsi müəyyən edilməmişdir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra yaranır. Hazırki halda iddiaçının torpaq sahəsi üzərində hər hansı hüququ qeydə alınmamışdır.
43. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdarılmasının (yüklülüyünün) başqasına keçməsininvə bu hüquqları xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlka üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2.1 və 2.2-ci maddələri).
44. Mübahisələndirilən sərəncama gəldikdə, işdən göründüyü kimi, xx.xx.2018-ci il tarixli, 572 nömrəli sərəncamla Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi ilə Kəpəz küçəsinin kəsişməsinin şimal-qərb tərəfində yerləşən 2,78 ha torpaq sahəsində 6 və 8 mərtəbəli iki mehmanxana binasının yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. İş materiallarında mübahisələndirilən sərəncamla əhatə olunan məhz həmin 2,78 ha torpaq sahəsinin iddiaçıya hər hansı hüquqla verildiyinə dair məlumat yoxdur. Belə olan halda, iddiaçı ona hər hansı hüquqla məxsus olmayan 2,78 ha boş torpaq sahəsinə dair verilmiş sərəncamla hüququnun pozulduğunu iddia edə bilməz.
45. Belə ki, işdə olan 12 oktyabr 2015-ci il tarixli, 5983 saylı icarəyə verilmiş əmlakın alğı-satqısına dair müqaviləyə əsasən ünvan 3 ünvanda yerləşən 256,4 kv metr əmlak kompleksi X4, 22 yanvar 2016-cı il tarixli “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alğı-satqı müqaviləsi”ndən görünür ki, ünvan 3 ünvanında yerləşən əmlak kompleksinin altında yerləşən 1124 kv.metr torpaq sahəsi X11 xeyrinə özəlləşdirilmişdir. Bundan sonra hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən sənaye, nəqliyyat,rabitə,müdafiə və digər təyinatlı 0,1124 ha torpaq sahəsi X11 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış və AN-İ ******* nömrəli, 28 iyul 2017-ci il tarixli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən **********44 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət çıxarışına əsasən X12 məxsus 0,1124 ha torpaq sahəsi "xxxx" MMC-yə satılmışdır.
46. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən sənaye, nəqliyyat,rabitə,müdafiə və digər təyinatlı 0,1124 ha torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.
47. Şəxsin inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia etməsi üçün, ən azından həmin hərəkətin (hərəkətsizliyin) onun hüquqlarını pozma ehtimalı mövcud olmalıdır.
48. Beləliklə, mübahisələndirilən sərəncama münasibətdə iddiaçının İPM-in 35.1- ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ olmadığından, iddia mümkünsüzdür.
49. Məhkəmə kollegiyası təqdim olunmuş ekspert rəyinə də münasibət bildirirək qeyd edir ki, rəydə Gəncə X6 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı idarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən tikili və torpaq sahəsinin naturada yerləşmə koordinatları sənəddə göstərilmədiyindən araşdırma zamanı həmin torpaq sahəsinin yerləşmə mövqeyi iddiaçının naturada təqdim etdiyi sahəyə və texniki pasportda göstərilən ölçülərə istinadən müəyyən olunması qeyd edilmişdir. Bu isə onu ehtiva edir ki, sərəncamla üçüncü şəxsə icazə verilmiş torpaq sahəsinin konkret olaraq iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi ilə üst-üst düşməsi müəyyən edilməmiş, yalnız iddiaçının naturada təqdim etdiyi sahə üzrə araşdırılma aparılmışdır.
50. Digər tərəfdən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 22 dekabr 2022-ci il tarixli, **********24 nömrəli məktubunda qeyd olunmuşdur ki, 12847 nömrəli qeydiyyat vəsiqəsində qeyd olunan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin, elecə də Gəncə şəhər Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 572 nömrəli sərəncamı ilə, Hacıkənd qəsəbəsindən ayrılmış 2,78 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və koordinatlar əks olunmuş plan və ölçü sənədləri əlavə olunmadığından mütəxəssis rəyinin verilməsi mümkün deyildir.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı iddianın mümkünlük şərtlərinin müəyyən edilməməsi səbəbindən ləğv edilməli, qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmamalıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1106/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı xx.xx.2018-ci il tarixli, 572 nömrəli sərəncamın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov