Məhkəmə qərarları › İş №2-1(104)-82/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-82/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-82/2024 20.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti, X22, X12, X56, X50, X8, X51, X13, X64, X15, X36, X27, X52, Hacıyeva Hicran Qəzənfər qızı, X57, X16, X53, X10, X28, X29, X30, X37, X31, X11 və X17) qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun qeydə alınması Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti, X22, X12, X56, X50, X8, X51, X13, X64, X15, X36, X27, X52, Hacıyeva Hicran Qəzənfər qızı, X57, X16, X53, X10, X28, X29, X30, X37, X31, X11 və X32) “çoxmənzilli yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-20/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi və üçüncü şəxslər X8, X22 və X50 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrdən görünür ki, X18 qanun üzrə vərəsələri İddiaçı və X5r.

2. Gəncə şəhər Nizami Bələdiyyəsinni xx.xx.2005-ci il tarixli, 81 nömrəli sərəncamı ilə Gəncə şəhəri Nizami rayon icra başçısının xx.xx.2005-ci il tarixli, 53 nömrəli sərəncamı ilə X1 məqsədi ilə istifadəsinə verilən və Yeni Gəncə qəsəbəsi, Əbdülkərimbəy Mehmandarov küçəsində ticarət mərkəzinin istifadəsində olan 1000 kv.m olan torpaq sahəsinin bələdiyyə tərəfindən ona icarəyə verilməsi barədəki xx.xx.2005-ci il tarixli ərizəsinin nəzərə alınması və 5 il müddətinə onun tərəfindən illər üzrə icarə haqqının vaxtaşırı bələdiyyə büdcəsinə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.

3. Gəncə şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 79 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 53 nömrəli sərəncamı ilə Yeni Gəncə qəsəbəsi, Əbdülkərimbəy Mehmandarov küçəsindəki mövcud avtomobillərin təmiri profilaktoriyasının cənub tərəfində X23 ticarət mərkəzinin tikintisi üçün ayrılmış 20,0x50,0 metr ölçüdə torpaq sahəsinin çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsi qərara alınmışdır.

4. Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2007ci il tarixli, 29/79 nömrəli torpaq sahəsinin ayrılmasına dair inşaat pasportundan görünür ki, “Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində yaşayış binası”nın tikinti layihəsini qüvvədə olan tikinti norma və qaydaları, o cümlədən CHиП İİ-7- 81-in tələblərinə uyğun hesab edilib razılaşdırılır.

5. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2007-ci il tarixli, DE1 nömrə 238 saylı məktubundan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi göstərilənləri nəzərə alaraq təqdim edilmiş sənədlərə etirazının olmadığını bildirir.

6. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi “Azəriqaz” Qapalı Səhimdar Cəmiyyəti X78 İdarəsinin xx.xx.2007-ci il tarixli, 175 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunacaq 10 mərtəbəli, 90 mənzilli yaşayış binasına qaz verilməsi üçün qaz təchizatı mənbəyi olaraq Y.Gəncə qəsəbəsinə gedən mövcud 219 mm diametrdə orta təzyiqli qaz xətti qəbul edilir.

7. "xxxx" ASC-nin Ə.Mehmandarov küçəsində X23 ayrılmış torpaq sahəsində tikiləcək 2 girişli 10 mərtəbəli yaşayış binasının elektrik təhcizatı haqqında texniki şərtdən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mehmandarov küçəsində X23 ayrılmış torpaq sahəsində tikiləcək 2 girişli 10 mərtəbəli yaşayış binasının 110/10 KV-luq “Maşınqayırma” YS-dən çıxan 10 KV-luq İİİ Yeni Gəncə HX-96 saylı dayağından qol ayrım götürməklə təmin olunmasına etiraz edilmir.

8. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” X49 Telekommunikasiya İdarəsinin xx.xx.2007-ci il, 8/13 nörməli məktubuna əsasən Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsi çoxmərtəbəli yaşayış binasının telefonlaşdırılması üçün texniki şərt sxemi göndərilmişdir.

9. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X68 Xidmətinin xx.xx.2007-ci il tarixli, YTNƏŞ-129 nömrəli X3 nəticələri barədə rəydən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsi ünvanda fiziki şəxs X23 məxsus 2 bloklu, 10 mərtəbəli yaşayış binasının tikintisi üçün tərtib olunmuş layihə sənədləri normativ sənədlərin tələblərinə uyğun olduğuna görə, respublika X68 orqanları tərəfindən razılaşdırılır.

10. xx.xx.2019-cu il tarixli, 7685/9581/8764 nömrəli rəydən görünür ki, “Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində yaşayış binası”nın tikinti layihəsinin qüvvədə olan tikinti norma və qaydaları, o cümlədən CHиП İİ-7-81*-in tələblərinə uyğun hesab edib razılaşdırılır.

11. “Çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazırlığı barədə” xx.xx.2020-ci il tarixli, 0403 nömrəli rəyindən görünür ki, sözügedən tikinti obyektinin tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyəti obyektin tərkib hissələrinin təyinatı layihəyə uyğundur.

12. xx.xx.2020-ci il tarixli, 04 nömrəli “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına” icazədən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsi, 2 girişli, zirzəmili, 10 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına xx.xx.2020-ci il tarixdən Gəncə Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən icazə verilmişdir.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********08 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, məsələ ilə bağlı hazırda məhkəmə mübahisəsinin mövcud olduğunu nəzərə alaraq, iş üzrə yekun məhkəmə qərarı qəbul olunduqdan sonra cavabdeh tərəfindən səlahiyyətləri daxilində olan tədbirlərin görülməsi təmin ediləcəkdir.

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-1613/2020 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı X38 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3212/2019 saylı mülki iş üzrə 27 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsinin qətnaməsində mübahisə predmeti olan mənzillər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün ər-arvadın ümumi birgə mülkiyyəti sayıla bilmədiyi və onların arasında bölünə bilmədiyi qeyd edilmiş, beləliklə göstərilən mənzillər üzərində iddiaçının mülkiyyət hüququnun əmələ gəlmədiyi göstərilmişdir.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin **********65 saylı, xx.xx.2021-ci il tarixli məktubunda bildirmişdir ki, aparılmış araşdırma zamanı çoxmərtəbəli yaşayış binasının layihəsində mənzillərin sayının 90 (doxsan) ədəd, binaya verilmiş 30 mart 2020-ci il tarixli, 04 nömrəli istismara icazə sənədində isə mənzillərin sayının 98 (doxsan səkkiz) ədəd olduğu müəyyən edilmişdir. Eyni zamanda həmin çoxmərtəbəli yaşayış binası ilə bağlı mübahisənin olması səbəbindən binada ölçmə işlərinin aparılmasına icazə verilməmişdir. Həmin binadan mənzil alan (daxili alğı-satqı müqaviləsinə əsasən) şəxslər mənzillərin onlara məxsus olduğunu, mənzillərlə bağlı məhkəmə mübahisəsinin olduğunu bildirmişlər. Qeyd olunanları nəzərə alaraq ərizənizin icrası mümkün olmamışdır.

16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi **********68 saylı, xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı əmlaka dair məhkəmə mübahisəsi olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir.

17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi **********48 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış binası üzərində hüquqlar daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır.

18. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(044)-86/2021 saylı hökmündən görünür ki, X12 AR CM-nin 320.1 bə 320.2-ci maddələri ilə təqsirli bilinmiş, təqsirləndirilən şəxs X12 AR CM-nin 320.1 və 320.2-ci maddələri ilə cinayət işinin məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, “başqa yerə getməmək haqqında iltizam” qətiman tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır.

19. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-232/2022 saylı hökmündən görünür ki, X12 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, lakin Azərbaycan Respublikası CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, X12 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədən düşmüş sayılmış, X39 Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, lakin Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən cəza təyin olunmamış, X39 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən X24 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-7/2022 saylı, 20 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmış və onun üzərində qəti olaraq 03 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, X19 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6141 nömrəli rəyində qeyd edilmişdir ki, Gəncə şəhəri, X80 küçəsi 2 (keçmiş Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsi) yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisinin layihəyə uyğun inşa olunduğu müəyyən edilmişdir.

21. Azərbaycan Respublikası Ədliyyə Naziriliyinin xx.xx.2023-cü il tarixli, 3-16-5/2-13- 109/5/2023 nömrəli məktubdan görünür ki, "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış, X4 heyətinin sədri seçilmiş, onun səlahiyyət müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, X6 qurumun idarə heyətinin sədri seçilməsi faktı Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmamışdır.

22. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-159/2023 saylı qətnaməsi ilə iddiaçı X25 iddiasının qismən təmin edilməsi, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X81) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, 1 otaqlı 65 nömrəli mənzilə dair cavabdeh X6 adına tərtib edilmiş 06 iyul 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdeh X8 iddiaçı X25 mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X81) küçəsində yerləşən 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsindəki 1 otaqlı 65 nömrəli mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq, iddiaçı X33 təhvil verilməsi, iddiaçı X25 iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9268 nömrəli rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası FHN-nin xx.xx.2020-ci il tarixli, 0403 nömrəli rəyin məlumatlarını, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarixli, 04 nömrəli məktubu ilə sözügedən yaşayış binasının istismarına icazə verildiyini nəzərə alaraq, Gəncə şəhəri, X80 küçəsi 2 (keçmiş Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsi) yerləşən çoxmərtəbəli yaşayış binasının şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşa olunduğu müəyyən edilmişdir.

24. Gəncə şəhər Nizami Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 860 nömrəli məktubdan görünür ki, xx.xx.2005-ci il tarixdə Əbdülkərimbəy Mehmandarov küçəsində yerləşən torpaq sahəsinə bələdiyyə tərəfindən 105 saylı icarə müqaviləsi bağlanmışdır. Lakin qeyd olunan müqavilə Gəncə şəhər Nizami Bələdiyyəsinin arxivində mövcud deyildir. 2012-ci ildən yuxarıda qeyd olunan torpaq sahəsi dövlət mülkiyyətində aiddir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

25. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum atası X18 Gəncə şəhəri, X81 küçəsi 2 ünvanında şəxsi vəsaiti hesabına tikdiyi çoxmərtəbəli yaşayış binası üzərində yaranmış mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı qanundan irəli gələn öhdəliyinin icrasına məcbur edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

26. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, X81 küçəsi 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası mərhum atası X40 tərəfindən, fərdi sahibkar qismində, onun öz şəxsi vəsaiti hesabına tikilmiş, onun ölümündən sonra binanın yarımçıq qalmış işləri anası X20 şəxsi vəsaiti hesabına tamamlanmışdır. Azərbaycan Respublikası Prezidentinin “Çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsinə dair” Fərmanına uyğun olaraq atasının inşa etdiyi qeyd edilən binanın istismarına xx.xx.2020-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən icazə verilmişdir. Binanın istismarına icazə verildikdən sonra Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericiliyə uyğun olaraq həmin binanın üzərində mərhum atasının əmələ gəlmiş mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün vərəsə hüquqlarından istifadə edərək etibarnamə ilə səlahiyyətləndirdiyi anası X20 vasitəsilə zəruri sənədlər təqdim edilməklə cavabdehə müraciət etmişdir. Onun bu müraciəti binada bir çox qanunsuzluqlara yol vermiş şəxsləri, o cümlədən saxta yolla yaratdığı "xxxx" MMMC-nin sədri X9 narahat etdiyi üçün onlar hər cür qanunsuz vasitələrdən istifadə edərək mərhum atasının həmin binaya mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına mane olmağa başlamış, hətta cavabdehin əməkdaşları tərəfindən həyata keçirilən binanın müayinəsinə qanunsuz müdaxilələr edərək onların işini pozmuşlar. Təsadüfi deyil ki, Eldar Məhərrəmov saxta yolla yaratdığı "xxxx" MMMC-nin adından Gəncə İnzibati Məhkəməsinə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək, məhkəmə tərəfindən cavabdehin üzərinə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, X81 küçəsi 2 nömrəli ünvanda yerləşən 10 mərtəbəli, 90 mənzilli yaşayış binasının mərhum Rövşən Rüstəmovun adına qeydə alınmasından çəkinmək vəzifəsinin qoyulmasını xahiş etmişdir. O, ərizəni təmin edən МХМТ(114)-7/2020 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə qərardadının çıxarılmasına nail olsa da, sonradan məhkəmənin МХМТ(114)-13/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" MMMC-nin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi məhkəmə tərəfindən mümkün sayılmamışdır. Bununla yanaşı, mərhum atasının mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almalı olan cavabdeh öz vəzifəsini icra etməyərək əvvəlcə qeydiyyat hərəkətlərini qanunsuz olaraq ləngidərək onu süründürməçiliyə məruz qoymuş, onun bu cür qanunsuz hərəkətsizliyindən şikayətlər etdikdən sonra isə o, müxtəlif məzmunlu, əsassız cavabları ilə qeydiyyat hərəkətlərini həyata keçirməkdən imtina etmişdir. Cavab məktublarından göründüyü kimi, cavabdeh və onun tabe olduğu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti onun nümayəndələrinin müraciətinə hər dəfə başqa məzmunda əsassız və bir-birinə zidd cavablar verməklə sözün əsl mənasında müxtəlif bəhanələrlə mərhum atasının mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaqdan imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 29 iyul 2020-ci il tarixli və 16 avqust 2021-ci il tarixli məktubunda əsassız da olsa qeydiyyat hərəkətlərini dayandırmaq iqtidarında olmayan məhkəmə mübahisəsinə istinad edərək həmin məhkəmə mübahisəsi üzrə yekun məhkəmə qərarı qəbul olunduqdan sonra tabeçiliyində olan 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tədbirlərin görülməsinə söz versə də, 3 saylı Gəncə Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli məktubunda layihə və istismara icazə sənədlərində mənzillərin sayının uyğunsuzluğuna və binada ölçmə işlərinin aparılmasına bəzi sakinlər tərəfindən icazə verilməməsinə əsaslanaraq qeydiyyat hərəkətlərinin aparılmasından imtina etmiş və bununla bağlı məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 01 dekabr 2020-ci il tarixli məktubunda isə əsassız olaraq qeydiyyat hərəkətlərinə aidiyyəti olmayan və qanuni qüvvəsini almayan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin və Gəncə Apellyasiya Məhkəməsinin qətnamələrinə istinad edərək mənasız formada qətnamədə ər-arvadın birgə mülkiyyət məsələsinə toxunan məhkəmənin qənaətini təsvir etmişdir. Cavabdehin və onun tabe olduğu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mərhum atasının mülkiyyət hüququnun dövlət qeydiyyatından imtinası aşağıdakılara əsasən qanunsuz və əsassızdır. Yaşayış binasının layihəsində mənzillərin sayının 90, icazə sənədində isə 98 göstərilməsi mülkiyyət hüququnun qeydiyyata alınmasına maneə olan çatışmazlıq kimi qiymətləndirilə bilməz. Belə ki, yaşayış binasının istismarına icazə verən müvafiq icra hakimiyyəti orqanı binanın mansard-hissəsində daha 8 mənzilin tikilib istismar edilməsinə razılıq vermişdir. Hər bir halda cavabdeh daşınmaz əmlaka baxış keçirib faktiki mülkiyyətə hüquqları dövlət qeydiyyatına almalıdır. Onunla anasının qarşılıqlı iddia ərizələri əsasında başlanan məhkəmə prosesi atasının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına mane ola bilməzdi. Əvvəla həmin məhkəmə prosesində atasının yaşayış binasına olan mülkiyyət hüquqları mübahisələndirilməmiş və bu hüquqların dövlət qeydiyyatına alınmasının dayandırılması barədə məhkəmə aktı mövcud olmamışdır. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yersiz olaraq istinad etdiyi Gəncə şəhəri Nizami Rayon Məhkəməsi və Gəncə Apellyasiya Məhkəməsinin qətnamələri Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə ləğv edilmişdir. Qeyd etdiyi kimi bəzi şəxslər saxta sənədlər əsasında sözügedən binadakı mənzillərə yiyələnmiş və bu səbəblərdən atasının həmin binaya mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması onları narahat etmişdir. Cavabdeh tərəfindən binada ölçmə işlərinin aparılmasına həmin şəxslərin mane olması və onların ölçmə işlərinin aparılmasına icazə verməməsi bəhanədən başqa bir şey deyildir. Cavabdeh hər bir halda dövlət orqanı olaraq səlahiyyətlərini həyata keçirilməli, qanunsuz müdaxilələr zamanı isə həmin müdaxilələrin qarşısını almaq və səlahiyyətlərinin həyata keçirilməsinə lazımi şəraitin yaradılması üçün hüquq mühafizə orqanlarına müraciət etməli idi. Sonuncu dəfə cavabdeh imtinasının əsası kimi məhkəmə mübahisəsinin mövcudluğuna və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə istinad etsə də, konkret olaraq hansı məhkəmə mübahisəsinə əsasən ərizənin icrasından imtina etdiyini göstərməmişdir. Beləliklə də Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün zəruri sənədlər cavabdehə təqdim olunsa da, o, müxtəlif bəhanələrlə mərhum atası X18 Gəncə şəhəri, X81 küçəsi 2 ünvanında şəxsi vəsaiti hesabına tikdiyi çoxmərtəbəli yaşayış binası üzərində əmələ gəlmiş mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan əsassız və qanunsuz olaraq imtina edərək, qanunla nəzərdə tutulmuş öhdəliyini icra etməmişdir. Ona görə də cavabdeh mərhum atası X18 Gəncə şəhəri, X81 küçəsi 2 ünvanında şəxsi vəsaiti hesabına tikdiyi çoxmərtəbəli yaşayış binası üzərində yaranmış mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı qanundan irəli gələn öhdəliyinin icrasına məhkəmə qaydasında məcbur edilməlidir.

27. İddiaçının vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Gəncə şəhəri, X81 küçəsi 2 ünvanında tikilmiş çoxmərtəbəli yaşayış binası üzərində mərhum X18 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

28. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili Vəkil1 iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X14 iddianı qəbul etməyərək bildirmişdir ki, aparılmış araşdırma zamanı çoxmərtəbəli yaşayış binasının layihəsində mənzillərin sayının 90 (doxsan) ədəd, binaya dair verilmiş 30 mart 2020-ci il tarixli, 04 nömrəli istismara icazə sənədində isə mənzillərin sayının 98 (doxsan səkkiz) ədəd qeyd olunduğu müəyyən edilmişdir. Eyni zamanda həmin çoxmərtəbəli yaşayış binası ilə bağlı mübahisənin olması səbəbindən binada ölçmə işlərinin aparılmasına da icazə verilməmişdir. Həmin binadan mənzil alan (daxili alğı-satqı müqaviləsinə əsasən) şəxslər mübahisəli binanın inşaasına 2006-cı ildə başlanıldığını, mülkiyyətçilərin (mübahisə yaradan şəxslərin) hesabına 2019-cu il tarixində başa çatdırıldığını, həmin şəxslər tərəfindən 15 oktyabr 2019-cu il tarixində müvafiq dövlət orqanında qeydiyyata alınmış "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılaraq binanın qaz, su, kanalizasiya, lift sənədlərinin cəmiyyətin adına rəsmiləşdirdiklərini bildirmişlər. Bu səbəbdən də iddiaçının ərizəsinin icrasından imtina edilmişdir.

30. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxsin etibarnamə üzrə nümayəndəsi X8 və vəkili Vəkil2 iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

31. Gəncə İnzibati Məhkəməsinin (hakim E.Axundov) xx.xx.2023-cü tarixli, 2-1(114)- 20/2023 saylı qərarı ilə iddianın təmin edilməsi, Gəncə şəhəri, X80 küçəsi 2 (keçmiş Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsi) ünvanında yerləşən çoxmənzilli yaşayış binası üzərində mərhum X18 mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

32. Məhkəmə hesab etmişdir ki, cavabdeh qurumun imtinanın əsasını tikintinin layihəyə uyğun aparılmaması təşkil etsə də, sonuncunun bu arqumenti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6141 nömrəli rəyi, xx.xx.2019-cu il tarixli, 7685/9581/8764 nömrəli rəy və “çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazırlığı barədə” xx.xx.2020-ci il tarixli, 0403 nömrəli rəyi ilə öz təsdiqini tapmır. Odur ki, məhkəmə qeyd edilmiş rəyləri əsas götürərək mübahisəli yaşayış binasının tikintisinin layihəyə uyğun aparılması nəticəsinə gəlmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

33. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-20/2023 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.

34. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aparılmış araşdırma zamanı çoxmərtəbəli yaşayış binasının layihəsində mənzillərin sayının 90 (doxsan) ədəd, binaya dair verilmiş 30 mart 2020-ci il tarixli, 04 nömrəli istismara icazə sənədində isə mənzillərin sayının 98 (doxsan səkkiz) ədəd qeyd olunduğu müəyyən edilmişdir. Eyni zamanda həmin çoxmərtəbəli yaşayış binası ilə bağlı mübahisənin olması səbəbindən binada ölçmə işlərinin aparılmasına da icazə verilməmişdir. Həmin binadan mənzil alan (daxili alğı-satqı müqaviləsinə əsasən) şəxslər mübahisəli binanın inşasına 2006-cı ildə başlanıldığını, mülkiyyətçilərin (mübahisə yaradan şəxslərin) hesabına 2019-cu il tarixində başa çatdırıldığını, həmin şəxslər tərəfindən 15 oktyabr 2019-cu il tarixində müvafiq dövlət orqanında qeydiyyata alınmış "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılaraq binanın qaz, su, kanalizasiya, lift sənədlərinin cəmiyyətin adına rəsmiləşdirdiklərini bildirmişlər. Bu səbəbdən də ərizənin icraası mümkün olmamışdır. Bildirirlər ki, vətəndaşlar tərəfindən idarəyə daxil olan ərizələrin ilk olaraq ekspertizası həyata keçirilir, hüquqmüəyyənedici sənədlərin əsli, müvafiq qaydada təsdiq edilmiş surəti və daşınmaz əmlak üzərində sərəncam verən hüquqi və ya fiziki şəxsin imzası və qanunvericilikdə nəzərdə tutulan digər sənədlər arasında uyğunsuzluq aşkar edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, hüquqların dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Məhkəmə işi tam və obyektiv araşdırmadan, işin faktiki və obyektiv hallarına qiymət verməyərək iddiaçının iddiasını təmin etmişdir.

35. Üçüncü şəxslər X8, X22 və X50 apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-20/2023 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişlər.

36. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mərhum Rövşən Rüstəmovun arvadı Venera Rüstəmova 2013-cü ildən başlayaraq onunla razılaşmayan mənzil sahiblərinin əksəriyyətinin mənzil müqavilələrini məhkəmədə mübahisələndirmiş, yekunda iddiaları təmin edilməmişdir. Gəncə inzibati Məhkəməsinin hazırkı qərarı ilə iddiaçıların istəyi reallaşmışdır. Məhkəmə bina sakinlərinin öz mənzillərinə ilkin müqavilələri əsasında payçı qismində əldə etdikləri gözlənilən mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmənin qərarından görünür ki, onların vəsatəti ilə üçüncü şəxs kimi işə cəlb edilmişlər. X45 adına qeydə alınmasında cavabdeh orqan da maraqlıdır. Bunu cavabdeh orqanın imtinasından da müəyyən etmək mümkündür. Belə ki, cavabdeh orqan imtinasında mərhum Rüstəmovun vərəsələri ilə binanın yaşayışçıları arasında uzunmüddətli mübahisələrin olmasını deyil, yalnız texniki göstəricilərin uyğun gəlmədiyini qeyd etmişdir. Mübahisə ilə bağlı bütün qərarlar cavabdeh orqana təqdim edilmişdir. Birinci instansiya məhkəməsi üçüncü şəxslərin hüquqlarının pozuımasını nəzərə almamış və bununla bağlı heç bir araşdırma aparmamışdır. 2006-cı ildə binanın tikintisinə fiziki şəxs Rövşən Rüstəmovun adına icazə verilməsi barədə İcra Hakimiyyəti orqanının sərəncamının olması və 2020-ci ildə istismara qəbul edilməsi aktının olması, həmin binanın mülkiyyət hüququnun onun adına qeydə alınması üçün əsas ola bilməz. Rövşən Rüstəmov binanın tikintisində yalnız icraçı səlahiyyətində iştirak etmiş, bütün müqavilələrdə icraçı kimi öhdəlik götürmüşdür. Müqavilələrin digər tərəfləri gələcək mülkiyyətçilər olan payçılardır. Payçılar payılarını ödəməklə icraçı Rövşən Rüstəmova tapşırıq müqaviləsinin şərtlərinə əsasən sifariş vermişlər. Rövşən Rüstəmov müqavilələrə əsasən icraçı qismində payçıların pulları hesabına binanın tikintisini həyata keçirmiş, lakin başa çatdıra bilməmiş, 2011-ci ildə ölmüşdür. Binaya dair mülkiyyət hüququnun icraçı olmuş şəxsin adına qeydə alınması ciddi qanun pozuntusudur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X14 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

39. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

40. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 25. Bənd 5. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Maddə 13. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: Maddə 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: Maddə 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; Maddə 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. Maddə 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatıüçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

44. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

45. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

46. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

47. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

48. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

49. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

50. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

51. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

52. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

53. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

54. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

55. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə qismən riayət edilmiş, mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları qismən düzgün tətbiq olunmuşdur.

57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin və üçüncü şəxslərin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

58. İşin məhkəmələr tərəfindən araşdırılan hallarından bəlli olur ki, İddiaçı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsi, 2 girişli, zirzəmili, 10 (+mansarda) mərtəbəli yaşayış binası üzərində mərhum R.N.Rüstəmovun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh qurum tərəfindən sözügedən yaşayış binasının tikintisinin layihəyə uyğun aparılmadığına əsaslanaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

59. Cavabdeh orqan imtinasının onunla əsaslandırmışdır ki, aparılmış araşdırma zamanı çoxmərtəbəli yaşayış binasının layihəsində mənzillərin sayının 90 (doxsan) ədəd, binaya verilmiş 30 mart 2020-ci il tarixli, 04 nömrəli istismara icazə sənədində isə mənzillərin sayının 98 (doxsan səkkiz) ədəd olduğu müəyyən edilmişdir. Eyni zamanda həmin çoxmərtəbəli yaşayış binası ilə bağlı mübahisənin olması səbəbindən binada ölçmə işlərinin aparılmasına icazə verilməmişdir. Həmin binadan mənzil alan (daxili alqı-satqı müqaviləsinə əsasən) şəxslər mənzillərin onlara məxsus olduğunu, mənzillərlə bağlı məhkəmə mübahisəsinin olduğunu bildirmişlər.

60. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 81 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri Nizami rayon icra başçısının xx.xx.2005-ci il tarixli, 53 nömrəli sərəncamı ilə X1 məqsədi ilə istifadəsinə verilən və Yeni Gəncə qəsəbəsi, Əbdülkərimbəy Mehmandarov küçəsində ticarət mərkəzinin istifadəsində olan 1000 kv.m olan torpaq sahəsinin bələdiyyə tərəfindən ona icarəyə verilməsi barədəki xx.xx.2005-ci il tarixli ərizəsinin nəzərə alınması və 5 il müddətinə onun tərəfindən illər üzrə icarə haqqının vaxtaşırı bələdiyyə büdcəsinə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Gəncə şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 79 nömrəli sərəncamı ilə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 53 nömrəli sərəncamı ilə Yeni Gəncə qəsəbəsi, Əbdülkərimbəy Mehmandarov küçəsindəki mövcud avtomobillərin təmiri profilaktoriyasının cənub tərəfində X23 ticarət mərkəzinin tikintisi üçün ayrılmış 20,0x50,0 metr ölçüdə torpaq sahəsinin çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsi qərara alınmışdır.

61. xx.xx.2020-ci il tarixli, 04 nömrəli “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına” icazədən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsi, 2 girişli, zirzəmili, 10 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına xx.xx.2020-ci il tarixdən Gəncə Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən icazə verilmişdir.

62. Məhkəmə kollegiyası tərəfindən Gəncə şəhəri, X81 küçəsi 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşa edilməsini yoxlamaq üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9268 nömrəli rəyi ilə Azərbaycan Respublikası FHN-nin xx.xx.2020ci il tarixli, 0403 nömrəli rəyin məlumatlarını, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarixli, 04 nömrəli məktubu ilə sözügedən yaşayış binasının istismarına icazə verildiyini nəzərə alaraq, Gəncə şəhəri, X80 küçəsi 2 (keçmiş Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsi) yerləşən çoxmərtəbəli yaşayış binasının şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşa olunduğu müəyyən edilmişdir.

63. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6141 nömrəli rəyi ilə Gəncə şəhəri, X80 küçəsi 2 (keçmiş Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsi) yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisi layihəyə uyğun inşa olunduğu, xx.xx.2019-cu il tarixli, 7685/9581/8764 nömrəli rəyi ilə “Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində yaşayış binası”nın tikinti layihəsinin qüvvədə olan tikinti norma və qaydaları, o cümlədən CHиП İİ-7-81*-in tələblərinə uyğun hesab edilməsi müəyyən edilmişdir.

64. Göründüyü kimi, verilmiş ekspert rəyləri ilə cavabdeh orqanın imtinasının dəlilləri üçün əsas olan halların olmadığı müəyyən edilir.

65. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli daşınmaz əmlakın mərhum X23 məxsus olması qənaətinə gəlməkdə haqlı olsa da, qərarın nəticə hissəsində ölmüş şəxsin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azəraycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Normanın məzmunundan da göründüyü kimi “ölmüş şəxsin adına daşınmaz əmlak üzərinə mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən çıxarışın verilməsi” anlayışı yuxarıda qeyd edilən qanun da yoxdur. Buna görə də, bu səbəbdən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

66. Məhkəmə kollegiyası üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, üçüncü şəxslər apellyasiya şikayətinin dəlillərində mərhum X18 icraçı oğluduğunu, çoxmərtəbəli binanın onların vəsaiti hesabına tikildiyini, onların payçı olduqlarını bildirsələr də, bu hal iş materialları ilə öz təsdiqini tapmır.

67. Əksinə iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-232/2022 saylı hökmü ilə müəyyən edilir ki, X12 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, lakin Azərbaycan Respublikası CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, X12 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədən düşmüş sayılmış, X39 Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, lakin Azərbaycan Respublikası CPMnin 44.2.1-ci maddəsinə əsasən cəza təyin olunmamış. X39 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən X24 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-7/2022 saylı, 20 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmış və onun üzərində qəti olaraq 03 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, X19 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır.

68. Göründüyü kimi, qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilir ki, X12 hüquq verən rəsmi sənəd olan arvadı Məhərrəmova (Ələkbərova) Ziyafət Ələsgər qızı ilə X40 arasında bağlanması barədə Z.Ə.Məhərrəmovanın (Ələkbərovanın) Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evində yerləşən ümumi sahəsi 76 kv.metr olan 1 otaqdan ibarət 65 saylı mənzilə pay hüququ əldə etməsinə dair 06 iyul 2009-cu il tarixli müqaviləni sonradan istifadə etmək məqsədi ilə həmin tarixdə Gəncə şəhərində qanunsuz hazırlayıb saxtalaşdırmışdır. X2 tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgəyə məxsus xeyli miqdarda əmlakı ələ keçirmək məqsədi ilə özünə məxsus kimi təqdim etdiyi, əmlak hüququ olmadığı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində inşa edilmiş 10 mərtəbəli yaşayış binasından mənzilləri ayrıayrı şəxslərə satmağı vəd etmişdir. Odur ki, məhkəmə kollegiyası üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

69. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

70. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Üçüncü şəxslər X8, X22 və X50 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-20/2023 saylı qərarı dəyişdirilsin. Gəncə şəhəri, X80 küçəsi 2 (keçmiş Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsi) ünvanında yerləşən çoxmənzilli yaşayış binasının mərhum X23 məxsus olması barədə arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar