Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-83/2025 05.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 782/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 01 iyul 2022-ci il tarixə qədər ümumi əmək stajı 40 il 7 aydan artıqdır, güzəştli şərtlərlə zərərli stajı isə 17 il 1 ay 12 gün təşkil edir. Belə ki, o, Gəncə şəhər ixtisaslaşdırılmış Təmir-Tikinti İdarəsində, həmçinin 01 Aprel 1982-ci ildən 18 Aprel 1988-ci ilə kimi X2 ("xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsində) Texnologiya avadanlığın təmiri və quraşdırılması üzrə təmirçi-çilingər vəzifəsində işləmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət X7 10 Fevral 2017ci il 71/5 saylı arxiv arayışında da onun X3 zərərli sahələrində təmirçi-çilingər işləməyi əmrlərdə qeyd olunub. Bundan başqa, 03 Yanvar 1997-ci ildən 02 Avqust 1999-cu ilə kimi Azərbaycan Dəmir yolları Nazirliyinin Gəncə Voron Deposu müəssisəsinin qazanxanasında çilingər vəzifəsində işləmişdir. Ona görə də hesab edir ki, onun güzəştli zərərli iş stajı 17 il 1 ay 12 gün təşkil edir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığından ona pensiya təyin edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında imtinanın əsaslarını göstərməklə qeyd etmişdir ki, iddiaçının mərkəzi filiala təqdim etdiyi "xxxx" ASC-nin 9 sentyabr 2022-ci il tarixli 36 nömrəli arayışında xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində öz hesabına məzuniyyətdə olduğu qeyd edilmişdir. Qanunvericilikdə əmək haqqı üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan dövrü iş stajına daxil etmək mümkün deyil. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hər iki normanın məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Göründüyü kimi, xx.xx.2006-cı il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Yəni qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş Qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. İddiaçının xx.xx.2009-xx.xx.2012-ci il tarixlərdə əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, həmçinin işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta ödəmələri barədə məlumat pensiya alt sistemində (PAS) əks olunmadığından, eləcə də “X1 Sistemi”nin Sığorta Alt Sisteminin X9 Statistika keçidinin Sığortaolunanların fərdi şəxsi hesabına baxış bölməsindən əldə edilmiş məlumatlara əsasən vətəndaş sığortaolunan kimi aşkarlanmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun deyil. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-782/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, İddiaçı hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində hüququn 29 iyun 2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən yarandığını qeyd etmiş və həmin maddəyə (9.1) əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərarına əsasən iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Halbuki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hər hansı ərizə təqdim etməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin qərarında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hər hansı qeyd yoxdur. İddiaçının mərkəzi filiala təqdim etdiyi "xxxx" ASC-nin 9 sentyabr 2022-ci il tarixli 36 nomrəli arayışında xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində öz hesabına məzuniyyətdə olduğu qeyd edilmişdir. Qanunvericilikdə əmək haqqı üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan dövrü iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 5 ay 26 gün (xx.xx.2000- xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, şəxsin zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması onun gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (şəxsin tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Göründüyü kimi, iddiaçı xx.xx.1982-xx.xx.1988-ci il tarixlərdə işləməsi ilə bağlı arayış təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin qərarında iddiaçının hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi konkret olaraq hansı tarixdən güzəştli şərtərlə yaşa görə əmək pensiyasının təyin edilməsini qeyd etməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə İddiaçı iddiası təmin olunmamalıdır. İddiaçı apellyasiya şikayətinə etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, əmək kitabçası üzrə 01 aprel 1982-ci il tarixə kimi Gəncə şəhər ixtisaslaşdırılmış Təmir-Tikinti İdarəsində Təmirçi-Çilingər vəzifəsində işləmişdir. 01 aprel 1982-ci ildən 18 aprel 1988-ci ilə kimi keçmiş Kirovabad Alüminium zavodunda indiki Azərbaycan "xxxx" ASC-nin “Gəncə 66 Gil-Torpaq” İstehsalat sahəsində Texnoloji avadanlığın təmiri və quraşdırılması üzrə Təmirçi-Çilingər vəzifəsində işləmişdir. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarın 2 saylı, bölmə İX, yarımbölmə 9 A “Gil-Torpaq” İstehsalatı 2091100A18559 kodu, Təmirçi-Çilingər vəzifəsinə tam uyğundur. Azərbaycan Respublikası Dövlət X7 10 fevral 2017-ci il 71/5 saylı arxiv arayışında da onun Kirovabad Alüminium zavodunun zərərli sahələrində Təmirçi-Çilingər işləməyi əmrlərində qeyd olunub. Bundan başqa 03 yanvar 1997-ci ildən 02 avqust 1999-cü ilə kimi Azərbaycan Dəmiryolları Nazirliyinin Gəncə vaqon deposu müəssisəsinin qazanxanasında çilingər vəzifəsində işləmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarın 2ci siyahının Xİİİ bəndindəki kodu 2140000A-18455 qazanxanalarda Təmirçi-Çilingər vəzifəsinə tam uyğundur. Ona görə hesab edir ki, onun zərərli stajı 17 il 1 ay 12 gün təşkil edir. Lakin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı bunların heç birinə baxmayıb və nəzərə almayıb. Gəncə İnzibati Məhkəmə haqlı olaraq araşdırma nəticəsində onun 01 yanvar 2006-cı il tarixə kimi iş stajını 25 ildən çox, eyni zamanda tələb olunan güzəştli stajını 12 il 6 aydan artıq olduğunu müəyyən edib. Beləliklə onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 23 dekabr 2017-ci ildə yaranıb. O, 16 sentyabr 2022-ci il tarixdə cavabdehə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” qanunun 32.1-1 maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki, ən çoxu 3 il ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Deməli 16 sentyabr 2019-cu il tarixdən pensiya təyin edilməlidir. Cavabdeh tərəf isə məhkəmə qərarında müəmmalı şəkildə qərarın hansı tarixdən verilməsini guya bilmirlər. Bütün bunlardan görünür ki, verilən apellyasiya şikayətinin tam əssasız olduğu cavabdehə çox yaxşı aydındır. Şikayət verməkdə məqsəd işin gedişini qanunsuz uzatmaq icra sənədinin icrasına mane olmaq və əlavə vaxt udmaqdır. Yuxarıda göstərilənləri nəzərə çatdırmaqla, Gəncə İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2-1(114)-782/2023 saylı qərarının qanuni, əsaslı və obyektiv olmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik hüququi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının həmin qərardan verdiyi apellyasiya şikayəti əssasız olduğu üçün apellyasiya şikayətinin təmin olunmaması və iş üzrə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdeh orqan olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-47/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.Z.Mamedov (sədrlik edən və məruzəçi), A.V.Bayramov və A.V.İsgəndərova) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-782/2023 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə İddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1636/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-47/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərarının ləğv olunması, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin qalan hissədə təmin olunmaması qərara alınmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdeh orqan olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir. İddiaçı dəyişdirilmiş tələbini onunla əsaslandırılmışdır ki, 11 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsində iddia ərizəsinii dəqiqləşdirərək ona xx.xx.2022-ci il tarixdən güzəştlişərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Aprel 2024-cü il tarixdən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildi. 19 sentyabr 2024-cü il tarixdə onu DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala çağırmış və akt tərtib edib bildirmişlər ki, Ali Məhkəməyə Kassasiya şikayəti verilib və güzəştli iş stajın olmadığına görə pensiyanın ödənilməsi dayandırılıb. Səbəb kimi də güzəştli zərərli iş stajının az olduğu göstərilir. O, xx.xx.2012-ci il tarixdən hal-hazıra kimi "xxxx" MMC-nin X6 X4 Emal və Boyama sexində işləyir. O, 13 iyun 2012-ci il tarixdən 01 iyul 2013-cü il tarixə kimi “təmirçi-çilingər” peşəsində, 01 iyul 2013-cü il tarixdən 07 fevral 2018-ci il tarixə kimi “Soyuq yayma dəzgahının yaymaçı köməkçisi” peşəsində işləmiş, 07 fevral 2018-ci il tarixdən hal-hazıra kimi “Metal qırıntısı və tullantılarının presləyicisi” peşəsində işləyirəm. Onun 29 iyun 2022ci il tarixə qədər "xxxx" ASC tərəfindən verilmiş güzəştli zərərli iş stajı haqqında arayışda 8 il 5 ay 26 gün zərərli iş stajı olduğu təsdiq olunur. "xxxx" MMC-dən verilmiş 23 oktyabr 2024-cü il tarixli 13-5-2/2-0567/2024 nömrəli güzəştli arayışda 13 iyun 2012-ci il tarixdən 29 iyun 2022-ci il tarixə kimi onun güzəştli zərərli iş stajının 10 il 15 gün olduğu təsdiq olunur. Beləliklə onun 29 iyun 2022-ci il tarixə güzəştli şərtlərlə zərərli iş stajı 18 il 6 ay 11 gün, ümumi əmək stajı isə 40 il 7 aydan artıqdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1. maddəsinə 28 iyun 2022-ci il tarixdə edilmiş dəyişikliyə əsasən onuin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 29 iyun 2022-ci il tarixdən yaranıb. Apellyasiya baxışında cavabdeh apellyasiya şikayətinə əlavə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ş.Əİiyev Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2022-ci il tarixdə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, mərkəzi filialı tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. Bundan sonra iddiaçı Ş.Əİiyevin məhkəməyə təqdim etdiyi iddia ərizəsində hüququn 29 iyun 2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən yarandığını qeyd etmiş və həmin maddəyə (9.1) əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilməlidir edirik ki, birinci instansiya məhkəməsinin qərarına əsasən iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hər hansı ərizə təqdim etməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin qərarında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hər hansı qeyd yoxdur. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qanunvericiliyə əsasən 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. İddiaçının mərkəzi filiala təqdim etdiyi "xxxx" ASC-nin 9 sentyabr 2022-ci il tarixli 36 nömrəli arayışında xx.xx.2009xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində öz hesabına məzuniyyətdə olduğu qeyd edilmişdir. Qanunvericilikdə əmək haqqı üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan dövrü iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 5 ay 26 gün (xx.xx.2000- xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövr)) təşkil edir. İddiaçı xx.xx.1982-xx.xx.1988-ci il tarixlərdə işləməsi ilə bağlı arayış təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1982-xx.xx.1988-ci il tarixlərdə işlədiyi çilingər vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin” 2 №-li siyahısında olan 2091100a-18559 koda uyğun olduğu qənaətinə gəlmişdir. Lakin birinci instansiya məhkəməsinin istinad etdiyi 2 №-li Siyahıda olan 2091100a-18559 kod həmin Siyahının Vİİİ.Metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin 9.Gil-torpaq istehsalatı yarımbəndində nəzərdə tutulmuşdur. Məhkəmənin istinad etdiyi arayışın "xxxx" ASC tərəfindən təqdim edilməsinə baxmayaraq, Dövlət X7 xx.xx.2017-ci il tarixli, 71/5 nömrəli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Gəncə şəhər İxtisaslasdırılmış Təmir-tikinti idarəsində 2-ci dərəcəli çilingər vəzifəsində işləmişdir. Göründüyü kimi iddiaçı müvafiq dövrlərdə Gəncə şəhər İxtisaslaşdırılmış Təmir-tikinti idarəsində işlədiyi halda, məhkəmə tərəfindən əsassız olaraq onun işlədiyi sahəyə tamamilə zidd olan Gil-torpaq istehsalatı sahəsində nəzərdə tutulan vəzifəyə uyğunlaşdırılmışdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən iddiaçının işlədiyi Gəncə şəhər İxtisaslaşdırılmış Təmir-tikinti idarəsinin fəaliyyət sahəsinin Metallurqiya istehsalatı (əlvan metallar)-Giltorpaq istehsalatı sahəsinə uyğun olub-olmaması araşdırılmamış, hər iki sahənin funksional eyniliyinin müəyyən edilməsi ilə bağlı iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə fəaliyyət istiqamətləri, vəzifə təlimatları əldə edilməmiş, bununla bağlı hər hansı sorğular verilərək iş üzrə müvafiq araşdırılma aparılmamışdır. Bunun əvəzinə yalnız müvafiq müəssisənin arayışına istinad edərək, iddiaçının işlədiyi vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olan vəzifə kimi qəbul edilərək əsassız olaraq iddia tələbi təmin edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Yayma istehsalatı bölməsinin (7.39.4) fəhlələr bəndində (a) qırıntıların və metal tullantılarının presləyiciləri vəzifəsi nəzərdə tutulmuşdur. Eyni zamanda bildirilir ki, Ş.Əİiyevin Mərkəzi Filiala təqdim etdiyi ******* nömrəli əmək kitabçasında adıçəkilən şəxsin xx.xx.2012-ci iltarixdən xx.xx.2018-ci iltarixədək "xxxx" MMC-də işlədiyi qeyd olunub. Lakin adıçəkilən şəxsə dair xx.xx.2024-cü il tarixli 13-5-2/2-0567/2024 nömrəli arayış "xxxx" MMC tərəfindən tərtib olunmuşdur. Araşdırma zamanı "xxxx" MMC-nin "xxxx" MMC-nin hüquqi varisi olmadığı müəyyən edilib. Əlavə olaraq, sözügedən əmək kitabçasında adıçəkilən şəxsin xx.xx.2018-ci il tarixdən "xxxx" MMC-nin X6 İstehsalat şöbəsinin, xx.xx.2022-ci il tarixindən isə Gəncə istehsalat Kompleksinin X4 Emal və Boyama zavodunun eninə və uzununa kəsmə dəzgahında presləyici operator vəzifəsində işlədiyi qeyd olunsa da, "xxxx" MMC-nin arayışında xx.xx.2018-ci il tarixdən metal qırıntısı və tullantılarının presləyicisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, ona aid sənədlərdə uyğunsuzluq var. Həmçinin işlədiyi presləyici operator vəzifəsi yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş qırıntıların və metal tullantılarının presləyiciləri vəzifəsinə aid deyil. Birinci instansiya məhkəməsinin qərarında iddiaçının hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi konkret olaraq hansı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini qeyd etməmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edirlər ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" barədə İddiaçı iddiası təmin olunmamalıdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin və həmin şikayətə əlavənin məzmununa uyğun izahat verərərk birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, hazırkı vaxtadək ona güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşədə işlədiyini, ona güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşə üzrə iş stajının 18 ildən çox, ümumi iş stajının isə 40 ildən artıq olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası məruzəçi hakimi və məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsini və iddiaçını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək və kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğuna görə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümükün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. Məhkəmə araşdırmasının predmetini aşağıdakılar təşkil etmişdir: -surəti işə əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur. -surəti işə əlavə edilmiş 365897 nömrəli, xx.xx.1979-cu diplomdan görünür ki, İddiaçı 1976-cı ildə 27 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 1979- cu ildə tam kursu bitirərək gil-torpaq istehsalı üzrə aparatçı peşəsi üzrə ümumi orta təhsil almışdır. -surəti işə əlavə edilmiş НЗ ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -surəti işə əlavə edilmiş ИТ ******* nömrəli, xx.xx.1982-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən hal-hazıradək müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olur. -Dövlət X7 xx.xx.2017-ci il tarixli, 71/5 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1 aprel 1982-ci il tarixli № 127 K, §2 saylı əmrlə xx.xx.1982-ci il tarixdən “Azərəlvanmetaltəmirtikinti” tresti Gəncə şəhər İxtisaslaşdırılmış Təmir-tikinti idarəsinin texniki avadanlıq təmiri və montajı üzrə № 5 sahəyə 2-ci dərəcəli çilingər təyin edilmiş və xx.xx.1988-ci il tarixli əmrlə xx.xx.1988-ci il tarixdən işdən azad edilmişdir. -"xxxx" QSC-nin Yük Daşımaları Departamentinin Yük Vaqonlarının Təmiri Xidmətinin Qərb Vaqon Təmiri Deposunun xx.xx.2022-ci il tarixli, 18 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1997-ci il tarixdə 07 k nömrəli əmrlə Gəncə vaqon deposunda (indiki Qərb vaqon təmiri) deposunda çilingər peşəsinə işə qəbul edilmiş və xx.xx.1999-cu il tarixində ərizəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi 251 k nömrəli əmrlə işdən azad edilmişdir. -"xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 13-2022-0100 nömrəli arayışında bildirilir ki, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2007-ci il tarixədək və xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" ASC-nin Gəncə “Gil-torpaq” İstehsalat sahəsində təmirçiçilingər vəzifəsində güzəştli şərtlərlə işləmişdir. -"xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 13-5-3/2-0043 nömrəli arayışında bildirilir ki, "xxxx" ASC-nin Gəncə “Gil-torpaq” İstehsalat sahəsində təmirçi-çilingər peşəsində çalışan işçilərə xx.xx.2007-ci il tarixədək 21 iyun 1993-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı qərarının 2 nömrəli əlavəsində olan 2091100a-18559 koda əsasən, xx.xx.2007-ci il tarixdən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 7-ci bölməsinin 29-cu yarımbölməsinə əsasən iş stajı zərərli və ağır hesab edilərək güzəştli şərtlərlə pensiya hüququ verilir. -ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Kollegiya ilk öncə qeyd edir ki, iddiaçı cavabdehin imtinası ilə hüququnun pozulduğunu o halda iddia edə bilər ki, məhz iddia etdiyi müddətin sığorta stajına daxil edilməsi ona əmək pensiyasının təyin edilməsi və ya artıq buna qədər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə nəticələnə bilsin. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi xx.xx.2017-ci il tarixli arxiv arayışında iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Alüminium zavodunun texniki avadanlıq təmiri və montajı üzrə təmirçi çilingər işlədiyi, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 13-5-3/2-0027 saylı məktubunda isə, "xxxx" ASC-nin Gəncə Gil- Torpaq” İstehsalat sahəsində deyil, Azərbaycan Əlvanmetal Təmir Tikinti Trestinin Kirovabad İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində işlədiyi qeyd olunduğu halada Dövlət X7 xx.xx.2017-ci il tarixli, 71/5 nömrəli arxiv arayışı və "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 13-5-3/2-0027 saylı məktubundakı məlumatların fərqli olmasına baxmayaraq həmin uyğunsuzluğu araşdırmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-nin X6 X4 Emal və Boyama sexində Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən aşağıda qeyd olunan peşədə işləmişdir: 1) “Təmirçi çilingər” peşəsində; xx.xx.2012-ci ildən (peşəyə təyinat xx.xx.2012-ci il tarixli , əmr № 121a-k;-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində işləmişdir. 2) “Soyuq yayma dəzgahının yaymaçı köməkçisi” peşəsində; xx.xx.2013-cü ildən: (peşəyə təyinat xx.xx.2013-cü il tarixli. əmr N61 d-k;) - xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində işləmişdir. 3) “Metal qırıntısı və tullantılarının presləyicisi” peşəsində; xx.xx.2018-ci ildən: (peşəyə təyinat xx.xx.2018-ci il tarixli, əmr № 32-k;) - hazırda- xx.xx.2024-cü il tarixində işləməyə davam edir. İşlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 12 (on iki) il, 04 (dörd) ay təşkil edir. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: “Təmirçi çilingər”in iş xüsusiyyətləri: Metal tökmə və isti metal yayma sexinin mexaniki avadanlıqlan, soba və mikserlərin, isti metal yayma dəzgahının, metal tökmə konveyerlərinin, sexdəki mexaniki aqreqatların, aparat və mexanizmlərin təmiri, quraşdırılması, sökülməsi, tənzimlənməsi, sınaqdan keçirilməsi'və təmirdən sonra istismara verilməsi işlərini aparır. 7-10 mk dəqqilik sinfıni üzrə hissələrin və birləşmələrin çilingər emalı. Təmir və quraşdırma üçün mürəkkəb alətlərin hazırlanması. ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 11. Metal emalı bölməsi, 11.1. Tökmə istehsalının (yarımbəndində) təmirçi çilingərlər peşə koduna müəyyən edilmiş peşənin iş xüsusiyyətləri ilə eynidir. “Soyuq yayma dəzgahının yaymaçı köməkçisi”nin is xüsusiyyətləri; Metal təbəqənin (rulonun) dəzgaha nəql etdiriməsi, dəzgahda yerdəyişməsi və dəzgahın işinə nəzarət edilməsi. Rulon metal təbəqə yayma dəzgahında təbəqələrin, qalınlığı 0,35 mm-dən çox olan metal rulonlarda təbəqələrin və zolaqların və ya rulonlarda təbəqələrin və zolaqların soyuq yayılması prosesinin apanlması. 10 m/san-ə qədər yayma sürəti ilə metal rulonların və zolaqların dəzgahlarda davamlı yayılması. Metal vərəqlərin və rulonların yayılması prosesində iştirak. Rulonun yan kənar səthinin vəziyyətinin yoxlanılması, rulonların soyudulmasına nəzarət. Soyuq yaymanın texnoloji prosesinin əsaslarını və xidmət göstərilən dəzgahların konstruksiyasını bilir, dəzgahlarda yayılmış metalların çeşidi və növlərinə nəzarət edir. ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 3.7. Yayma istehsalatı, a) fəhlələr (yanmbəndində) soyuq yayma dəzgahlarının yaymaçı köməkçiləri peşə kodunda müəyyən edilmiş peşənin iş xüsusiyyətləri ilə eynidir. “Metal qırıntısı və tullantılarının presləyicisi”nin iş xüsusiyyətləri; Alüminium rulon təbəqələrinin metal kəsici qurğularda və hidravlik qayçılarda kənarları kəsilən metal qırıntılarını və tullantılarını briketləmə və bağlama preslərində emalının texnoloji prosesinin aparılmasını təmin edir. Briketləmə və bağlama preslərinin, metalkəsmə qurğularının, presləmə maşınlarının, qırıntıəzmə aqreqatlarının və digər avadanlıqların konstruksiyasını və texniki istismar qaydalarında işlənməsinə, onların texniki xidmətinə və saz vəziyyətdə saxlanmasına nəzarət edir. Xidmət olunan avadanlığın istismarında nasazlıqların aşkar edilməsi və aradan qaldınlmasında, onun təmirində iştirak edir. Preslənmiş paketlərin normativ ölçülərinə, kran vasitəsilə qırıntıların və metal tullantılarının yüklənməsi, mexanizmlərin işə salınması və dayandınlması, idarəetmə panelində cihazların işinə nəzarət, bərkidici aqreqatların vəziyyətinə nəzarət edir. ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli. 12 nömrəli Qəran ilə təsdiq edilmiş Siyahının 7.39.4. Yayma istehsalatı, a) fəhlələr (yarımbəndində) qırıntıların və metal tullantılarının presləyiciləri peşə kodunda müəyyən edilmiş peşənin iş xüsusiyyətləri ilə eynidir. Məhkəmə kollegiyasının sərəncamı əsasında "xxxx" MMC-dən daxil olmuş 08 yanvar 2025-ci il tarixli 13-5-2/2-4/2025 saylı məktubdan görünür ki, İddiaçı İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasındakı qeydlər əsasında yazılmış 23 oktyabr 2024-cü il tarixli 13/-5- 2/1-0365/2024 nömrəli arayışın izahı aşağıdakı kimidir. Qeyd edilməlidir ki, "xxxx" MMC özəl müəssisəsində İddiaçı əmək fəaliyyəti haqqında sənəddə (əmək kitabçasında) işlədiyi peşəsi (vəzifəsi) barədə qeydlərin Əmək Məcəlləsinin 57-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinə uyğun olaraq təfsilatı ilə göstərilməməsi, faktiki işlədiyi peşəsinin adının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun yazılmaması, yaxud təhrif olunmuş yazılması işçidən asılı deyildir, onun gündəlik icra etdiyi işin məzmununu, xüsusiyyətini dəyişdirmir və iş yerində peşə üzrə güzəştli şərtlərlə pensiya almaq hüququnu məhdudlaşdırmır. Belə ki, "xxxx" MMC xx.xx.2007-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Gəncə bölgə şöbəsi tərəfindən 0307-G14-3429 nömrə ilə qeydiyyata alınmış, müstəqil təsərrüfat subyekti olaraq öz fəaliyyətini həyata keçirmişdir. "xxxx" MMC-nin inşası, avadanlıqların quraşdırılması zamanı texniki departamentə, istehsal sahələrinin istifadəyə verilməsi zamanı isə istehsalat departamentinə işçilər işə qəbul olunmuş, əmək kitabçasında qeydlərin isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək kitabçalarının tərtibi qaydaları haqqında Əsasnamə”nin 3.2-ci bəndinin tələblərinə uyğun yazılmaması və məlumatların təhrif olunması, gələcəkdə işçiyə pensiya təyin olunması haqqında qeydlərin əmək kitabçasında təsnifata uyğun aparılması işçidən asılı olan hal deyildir. Belə ki, 3.2-ci bəndə əsasən, işçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. Əsasnamənin 3.7-ci hissəsinin tələbinə (əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyri-dəqiq yazılış aparmış hüquqi şəxs ləğv edilmişdirsə, düzəlişlər hüquqi varis tərəfindən, hüquqi varis olmadığı hallarda isə, onun tabe olduğu yuxarı orqan tərəfindən aparılırı) əməl edilməmiş, əmək kitabçalarının qeyridəqiq yazılması, yəni ƏM-nin 57-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinə uyğun olaraq təfsilatı ilə göstərilməməsi mülkiyyətçi dəyişdikdən sonra da davam etmişdir. "xxxx" MMC xx.xx.2010-cu il tarixindən sənaye-sınaq istehsalına başlamış, xx.xx.2011-ci il tarixindən alüminium külçə və alüminium rulon təbəqələrinin istehsalı üzrə fəaliyyətə başlamış və 2017-ci ildə bank qarşısında götürdüyü kredit öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən iflas prosesinə başlanılmışdır. Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101s saylı Sərəncamı ilə "xxxx" MMC-nin əmlakı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına verilmişdir. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanı ilə "xxxx" ASC yaradılmışdır. "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1704 nömrəli fərmanın 2-ci hissəsinə əsasən, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının "xxxx" ASCdə problemli aktivlərin (borcların) əvəzində onun mülkiyyətində (balansında) olan əmlakının (o cümlədən "xxxx" MMC-nin) "xxxx" ASC-nin mülkiyyətinə (balansına) verilməsi müəyyən olunmuşdur. Bununla əlaqədar "xxxx" ASC-nin mülkiyyətinə (balansına) verilmiş alüminium sənayesinə aid dövlət əmlakının səmərəli idarə edilməsi və istehsal fəaliyyətinin təşkil edilməsi məqsədilə "xxxx" ASC-nin törəmə cəmiyyəti olan "xxxx" MMC yaradılmış və alüminium sənayesinə aid əmlaklar törəmə cəmiyyətinin balansına verilmişdir. "xxxx" MMC yeni yaranan hüquqi şəxs olaraq özünün yeni vergi sistemini qurmuş, əvvəlki müəsisənin ilkin alüminium istehsalını - istehsal yönümlü fəaliyyət istiqamətini davam etdirməklə, "xxxx" MMC-nin bütün işçilərinin gündəlik icra etdiyi işin xarakterini dəyişmədən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63-cü maddəsinin 1-ci hissəsinin müddəasına əsasən (...qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır) xx.xx.2018-ci il tarixindən həmin işçilərlə fəaliyyət göstərməyə başlamış və hazırda da fəaliyyətdədir. Göründüyü kimi mülkiyyətçinin dəyişməsi ilə İddiaçı gündəlik icra etdiyi işin məzmunu və xüsusiyyəti dəyişməmiş, müəsisənin mülkiyyətçisi dəyişsə də, o, əvvəlki peşəsində əmək fəaliyyətini bu gün də davam etdirir. İddiaçı işəgötürənə xx.xx.2024-cü il tarixli ərizəsi ilə müraciətinə əsasən onun əmək kitabçasındakı qeydlərin qeyri-dəqiq olması (peşəsinin adının ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına uyğun yazılmadığı) nəzərə alınmadan “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayış”ı onun faktiki işlədiyi peşəsinin adının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya uyğun olaraq təyin edilmiş, arayışda onun işlədiyi peşələrin iş xüsusiyyətləri ardıcılıqla göstərilmiş və müəssisənin istehsal yönümü nəzərə alınaraq yazılmışdır. Yuxarıda qeyd olunanlara əsasən bildirirlər ki, müəssisənin mülkiyyətçisinin dəyişdiyi halında belə İddiaçı gündəlik icra etdiyi işin məzmunu və xarakterinə görə onun peşəsi güzəştli şərtlərlə pensiya hüququna malik olan peşələrin kateqoriyasına aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 ilsığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (əvvəllər qüvvədə olan redaksiya) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (hal-hazırda qüvvədə olan redaksiya) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1- 1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, arxiv arayışında iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək alüminium zavodunun texniki avadanlıq təmiri və montajı üzrə təmirçi çilingər işlədiyi və ya "xxxx" ASC-nin Gəncə Gil-Torpaq” İstehsalat sahəsində deyil, Azərbaycan Əlvanmetal Təmir Tikinti Trestinin Kirovabad İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində işlədiyi dövr nəzərə alınmasa belə iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən iş yerində işlədiyi müddət (xx.xx.2000-xx.xx.2007, xx.xx.2007-xx.xx.2009, xx.xx.2012-xx.xx.2013, xx.xx.2013-xx.xx.2018, xx.xx.2018xx.xx.2024) isə ümumilikdə 18 ildən artıq, hər bir halda ona güzəştli şərtlərlə pensiya almaq hüququ verən 12 il 06 aydan artıq təşkil edir. Bu isə onun iddia tələbinin təmin edilməsinə əsas verir. Apellyasiya şikayətinin dəlillərində qeyd edir edilir ki, əmək kitabçasında adıçəkilən şəxsin xx.xx.2018-ci il tarixdən "xxxx" MMC-nin X6 İstehsalat şöbəsinin, xx.xx.2022-ci il tarixindən isə Gəncə istehsalat Kompleksinin X4 Emal və Boyama zavodunun eninə və uzununa kəsmə dəzgahında presləyici operator vəzifəsində işlədiyi qeyd olunsa da, "xxxx" MMC-nin arayışında xx.xx.2018-ci il tarixdən metal qırıntısı və tullantılarının presləyicisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, ona aid sənədlərdə uyğunsuzluq var. Həmçinin işlədiyi presləyici operator vəzifəsi yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş qırıntıların və metal tullantılarının presləyiciləri vəzifəsinə aid deyil. Qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçası doldurularkən yol verilmiş texniki səhv heç də onun işinin xarakterini dəyişmir. Nəzərə alınmalıdır ki, “metal qırıntısı və tullantılarının presləyicisi” iddiaçının işlədiyi peşənin adıdır və təbii ki, iddiaçı həmin peşədə işləməklə presləmə işini fiziki gücü hesabına yox, presləyici qurğunun (avadanlığın) operatoru olaraq yerinə yetirir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, iddiaçının güzəştli iş stajı ilə bağlı müəyyən olunur ki, cavabdeh orqan iddiaçının xx.xx.2000-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2009-cu il tarixləri üzrə 8 il 5 ay 26 gün stajını güzəştli staj kimi nəzərə almışdır. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan Dövlət X7 xx.xx.2017-ci il tarixli, 71/5 nömrəli arxiv arayışı ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Gəncə şəhər İxtisaslaşdırılmış Təmir-tikinti idarəsində 2-ci dərəcəli çilingər işləmişdir və "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 13-5-3/2-0043/2023 nömrəli məktubuna əsasən həmin peşə üzrə iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısında olan 2091100a-18559 koda əsasən zərərli və ağır hesab edilərək güzəştli şərtlərlə pensiya hüququ verir. Beləliklə, müəyyən olunur ki, müvafiq siyahıda iddiaçının işlədiyi çilingər vəzifəsi nəzərdə tutulmuşdur. Odur ki, qeyd olunan müddətlər üzrə iddiaçının 6 il 17 gün güzəştli sığorta stajı öz təsdiqini tapmışdır. İddiaçının iddia ərizəsini dəqiqləşdirilməsinə dair ərizəsindən görünür ki, iddiaçı ərizəsində iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək olan dövrün ona güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş illəri kimi nəzərə alınmasını göstərməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsini qərarı ləğv edilməli və iddia tələbinin yenidən təmin edilməsinə dair qərar çıxarılmalıdır. İşin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin şikayətlə mübahisələndirilən qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılaraq cavabdehin üzərinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən təyin edilməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-782/2023 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərar ondan kassasiya şikayəti verilməzsə, tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-83/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-83/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver