Məhkəmə qərarları › İş №2-1(104)-846/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-846/2023

29.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-846/2023 29.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Abdullayev Əlizamin Gürzalı oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçının nümayəndəsi X3, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, “borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-682/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsindən görünür ki, müəssisənin MDSS üzrə 1984,10 manat qalıq borcu mövcuddur.

2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri üzrə 2008ci ilin 4-cü rübünün haqq-hesab cədvəlinin surətindən görünür ki, həmin dövr üzrə İddiaçı sahibkarlıq müəssisəsi 1984,30 manat sığortaedənin ödənilməli borcu yaranmışdır.

3. Təqdim edilən sığortaedənin məcburi dövlət sosial sığorta haqları üzrə borcuna dair məlumatdan görünür ki, 2006-ci il üzrə 306,55 manat, 2007-ci il üzrə 737,8 manat, 2008-ci il üzrə 1452,8 manat maliyyə sanksiyası olaraq isə 531,3 mnat hesablanaraq 2009-cu ilə qalıq borc kimi öz əksini tapmışdır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3298 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş iş materiallarında öz əksini tapmış Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq-hesab cədvəlləri və vergi ödəyicisinin vergi orqanlarına təqdim etdiyi 2006-2008-ci illərə dair verilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi bəyannamələrində göstərilənlərə əsasən sualda soruşulanlar üzrə 2006-2008-ci illərə dair hesablanmış sosial sığorta haqqlarının məbləği aparılmış ödənişlər çıxıldıqdan sonra 1342,00 manat (1922,0 - 580,0) məbləğində müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Sosial sığorta və işsizlik sığortası haqları ilə bağlı hesablanmış 1984.0 manat borcun silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı bir neçə ildir ki, fəaliyyəti dayandırılmışdır. xx.xx.2018-ci il tarixdə sosial və işsizlikdən bəyannamələri təqdim etmə öhdəliyi Vergilər Nazirliyinə verildikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Gəncə şəhəri Nizami rayon şöbəsi tərəfindən müəssisənin guya 1984.0 manat borcunun olması barədə vergi orqanına məlumat göndərilmişdir. Bundan sonra həmin borc məbləği müəssisənin şəxsi hesab vərəqəsində əks olunmuşdur. 12 saylı Ərazi Vergilər İdarəsinə müraciət ünvanlayaraq İddiaçı şəxsi vərəqində göstərilən İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər üzrə cədvəlində 1984.10 manat borc məbləğinin necə formalaşdığı soruşulmuşdur. Eyni zamanda müraciətdə qeyd edilmişdir ki, məşğulluq altsistemində heç bir işçinin qeydiyyatı yoxdur. 12 saylı Ərazi Vergilər İdarəsindən müracətə verilən cavabda müəssisənin borcları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DSMF-nin aidiyyəti şöbəsinə müraciət etməyi tövsiyyə edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilsə də bu günə kimi rəsmi olaraq bir məlumat verilməmiş, şəxsi hesab vərəqəsində əks olunan borcun necə formalaşması izah olunmamışdır.

7. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

8. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçının borc məbləği 2006-2008-ci illər ərzində yaranmışdır. Bu da iddiaçının hazırda fəaliyyətinin aktiv olmaması barədə gətirdiyi dəlilinin əsassız olduğunu sübut edir. Belə ki, vergi ödəyicisinin həmin dövrlərdə fəaliyyətinin dayandırılması ilə bağlı müraciəti olmamış, xx.xx.2006-cı il tarixdən fəaliyyəti aktiv olmuşdur. Eyni zamanda vergi ödəyicisi tərəfindən 2006-2008-ci illər üzrə vergi orqanına təqdim olunmuş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrindən də göründüyü vergi ödəyicisinin həmin illərdə fəaliyyəti və işçiləri olmuşdur. Belə ki, həmin bəyannamələrdə 2006-cı ilin 1-ci rübü üzrə 5 nəfər, 2-ci rübü üzrə 5 nəfər, 3-cü rübü üzrə 5 nəfər, 4-cü rübü üzrə 5 nəfər, 2007-ci ilin 1-ci rübü üzrə 6 nəfər, 2-ci rübü üzrə 6 nəfər, 3-cü rübü üzrə 5 nəfər, 4-cü rübü 5 nəfər, 2008-ci ilin 1-ci rübü 5 nəfər, 2-ci rübü 5 nəfər, 3-cü rübü 5 nəfər, 4-cü rübü 5 nəfər işçi sayı bəyan etmiş və muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergiləri hesablamışdır.

9. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli etiraz ərizəsində qeyd edilmişdir ki, Fondun rayon (şəhər) şöbəsində uçotda olan bütün sığortaedənlərin və sığortaolunanların uçotu Filialda mərkəzləşdiyi üçün iddiaçı "xxxx" Sahibkarlıq Müəssisəsi hal-hazırda Filialda uçotdadır. İddia predmeti olan borc məbləği isə Fonda ödənilməli olan, həmin dövrdə müəssisədə çalışmış sığortaolunanların pensiya və digər sosial təminat hüquqlarının əsası kimi fərdi şəxsi hesablarına əlavə edilməli olan məcburi dövlət sosial sığorta haqqına aiddir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sıgorta" (Hesabat)" altsistemində "X4"da "xxxx" Sahibkarlıq Müəssisəsinin şəxsi hesab vərəqəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı üzrə 1984,10 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 0,00 manat olmaqla, ümumilikdə Fonda 1984,10 manat borcu qalmışdır. Qeyd olunan borc iddiaçı tərəfindən Fonda taqdim edilmis münssisa rahharinin va bas mühasibin imzaları, həmçinin möhürlə təsdiq edilmiş rüblük hesabatlarda da öz əksini tapmışdır. "Sosial Sığorta haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və "Sosial Sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən 1 yanvar 2019- cu il tarixindən etibarən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vəxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-682/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia qismən təmin edilmiş, İddiaçı Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsindən 642,0 manat borcun silinməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı şəxsi hesab vərəqində qeyd olunmuş borc məbləğinin (1984.0 manat) silinməsini tələb etsə də, müvafiq ekspert rəyi ilə onun borc məbləği 1342 manat müəyyən edilmişdir, bu səbəbdən də iddia 642,0 (1984.0 - 1342 = 642,0) manat borcun silinməsi hissəsində əsaslı hesab olunur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-682/2023 nömrəli tarixli qərarının ləğv olunmasını, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən 2006-2008-ci illər üzrə vergi orqanına təqdim olunmuş muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi bəyannamələrindən də göründüyü vergi ödəyicisinin həmin illərdə fəaliyyəti və işçiləri olmuşdur. Belə ki, həmin bəyannamələrdə 2006-cı ilin 1-ci rübü üzrə 5 nəfər, 2-ci rübü üzrə 5 nəfər, 3-cü rübü üzrə 5 nəfər, 4-cü rübü üzrə 5 nəfər, 2007-ci ilin 1-ci rübü üzrə 6 nəfər, 2-ci rübü üzrə 6 nəfər, 3-cü rübü üzrə 5 nəfər, 4-cü rübü 5 nəfər, 2008-ci ilin 1-ci rübü 5 nəfər, 2-ci rübü 5 nəfər, 3-cü rübü 5 nəfər, 4-cü rübü 5 nəfər işçi sayı bəyan etmiş və muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergiləri hesablamışdır. Cavabdeh 25 may 2023-cü il tarixli, 9/3298 nömrəli rəydə əks olunmuş ümumi hesablanmış məbləğin 1922 manat və ödənişin isə 580 manat olması ilə razılaşmır. Belə ki, ekspert 580 manat iddiaçının ödəniş etdiyini göstərsə də onun hansı bank sənədlərində əks olunmasını, borcun nə vaxt ödənilməsini qeyd etmir.

14. Üçüncü şəxs qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-682/2023 nömrəli tarixli qərarının ləğv olunmasını, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sıgorta" (Hesabat)" altsistemində "X4"da "xxxx" Sahibkarlıq Müəssisəsinin şəxsi hesab vərəqəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı üzrə 1984,10 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 0,00 manat olmaqla, ümumilikdə Fonda 1984,10 manat borcu qalmışdır. Qeyd olunan borc iddiaçı tərəfindən Fonda taqdim edilmis münssisa rahharinin va bas mühasibin imzaları, həmçinin möhürlə təsdiq edilmiş rüblük hesabatlarda da öz əksini tapmışdır. "Sosial Sığorta haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və "Sosial Sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən 1 yanvar 2019- cu il tarixindən etibarən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vəxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Birinci instansiya məhkəməsi qərarını əsaslandırdığı ekspert rəyinin təqdim edilən sübutlara əsasən düzgün tərtib edilib-edilməməsini yoxlamamışdır.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və üçüncü şəxsin nümayəndələri hər biri ayı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinini rədd olunmasına dair qərar çıxarılmasını xahiş etdilər.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

20. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu: 12.1. Mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir.

21. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 85.5-1-ci maddəsinə əsasən Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına, habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

23. "Sosial sığortda haqqında" Azərbaycan Respublikasının Qanunun: 9-1.1-ci maddəyə əsasən 1 yanvar 2019-cu il tarixdən etibarən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.

24. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli fərmanın: 4.4-cü bəndinə əsasən həmin Qanunun 18-ci maddəsinin ikinci hissəsində orqan dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur.

25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün taətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsində 1984,10 manat qalıq borcu qeyd olunmuş, iddiaçı borcun silinməsi ilə bağlı cavabdehə və üçüncü şəxsə müvafiq müraciət ünvanlasa da, borcun silinməsi təmin edilməmişdir. İddiaçının qeyd edilən borcun silinməsinə dair məhkəməyə müraciəti əsaslı hesab edilərək təmin olunmuşdur.

28. Apellyasiya şikayətlərinin dəlillərində ekspert rəyinin tamlığı, əsaslılığının şübhə doğurması və mötəbərliyi, ümumilikdə ekspert rəyinin nəticəsinin sübut kimi qəbul edilməsi mübahisələndirilmişdir.

30. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3298 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş iş materiallarında öz əksini tapmış Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqqhesab cədvəlləri və vergi ödəyicisinin vergi orqanlarına təqdim etdiyi 2006-2008-ci illərə dair verilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi bəyannamələrində göstərilənlərə əsasən sualda soruşulanlar üzrə 2006-2008-ci illərə dair hesablanmış sosial sığorta haqqlarının məbləği aparılmış ödənişlər çıxıldıqdan sonra 1342,00 manat (1922,0 - 580,0) məbləğində müəyyən edilmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin əsasının müəyyən edilməsi ilkin olaraq zəruri bilik və bacarıq tələb etdiyindən ekspertizanın təyin edilməsi labüd olmuş və ekspertə hər iki tərəfin təqdim etdiyi tədqiqat materialları təqdim edilmişdir.

32. Ekspert rəyində 2006-2008-ci illərə dair hesablanmış sosial sığorta haqqlarının məbləği aparılmış ödənişlər çıxıldıqdan sonra 1342,00 (1922,0 - 580,0 = 1342,00) manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı şəxsi hesab vərəqində qeyd olunmuş borc məbləğinin (1984.0 manat) silinməsini tələb etsə də, müvafiq ekspert rəyi ilə onun borc məbləği 1342 manat müəyyən edilmişdir, bu səbəbdən də iddia 642,0 (1984.0 - 1342 = 642,0) manat borcun silinməsi hissəsində əsaslı hesab olunmuşdur.

33. Cavabdeh və üçüncü şəxs inzibati orqanlar qeyd edilənləri təkzib edəcək hər hansı sübutu təqdim etməmiş, əksinə iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri üzrə haqq-hesab cədvəllərinə əsasən iddiaçı tərəfindən 2007-ci ilin 2-ci rübü üzrə 60 manat, 2007-ci ilin 3-cü rübü üzrə 120 manat, 2007-ci ilin 4-cü rübü üzrə 320 manat, 2008-ci ilin 3-cü rübü üzrə 100,0 manat, 2008-ci il 4-cü rübü üzrə 200 manat fondun hesabına ödənişlər olunmuşdur.

34. Bundan başqa təqdim edilən sığortaedənin məcburi dövlət sosial sığorta haqları üzrə borcuna dair məlumatdan görünür ki, 2006-ci il üzrə 306,55 manat, 2007-ci il üzrə 737,8 manat, 2008-ci il üzrə 1452,8 manat maliyyə sanksiyası olaraq isə 531,3 mnat hesablanaraq 2009-cu ilə qalıq borc kimi, həmçinin 2007-ci il üzrə 320 manat, 2008-ci il üzrə 200 manat ödənişlər edilməsi öz əksini tapmışdır.

35. Göründüyü kimi ekspert rəyində qeyd olunan ödənişlər üçüncü şəxsin təqdim etdiyi sənədlərdə də öz təsdiqini tapmışdır.

36. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

37. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, təqdim olunan sübutları (ödəmələrlə və ekspert rəyi ilə bağlı) təkzib edəcək sənədləri təqdim etməmişdir. Belə olan halda apellyasiya şikayətinin təmin olunması üçün heç bir hüquqi və faktiki əsas müəyyən edilməmişdir.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-682/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar