Məhkəmə qərarları › İş №2-1(104)-85/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-85/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-85/2025 23.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), X2 və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-714/2024 saylı qərarından şikayət verilməsi üçün cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, RX ******* saylı çıxarışa əsasən və reyestr nömrəsi **********73 olan xx.xx.2023-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən mülkiyyətində olan Tovuz rayonu, Əyyublu kəndinin ərazisində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə X7 Kəmərinin keçdiyi ərazinin üstüstə düşən 2851 kv.m hissəsinə görə cavabdehlə aralarında icarə müqaviləsinin bağlanmasına dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdehnə və BP Exploration (Şah Dəniz Limited as Operator of: X6 LTD-yə qarşı qaldırmış olduğu 104000 (bir yüz dörd min) manat maddi zərər və 5000 (beş min) manat mənəvi zərər olmaqla, bütövlükdə 109000 (bir yüz doqquz min) manat pulun (keçən dövrlər üçün) tutulub ona verilməsi və ona məxsus olan Tovuz rayonun Əyyublu kəndinin ərazisində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X7 Kəmərinin keçən və mühafizə zolağı hissəsinə dair istismar müddəti ərzində icarə müqaviləsinin cavabdehlərlə onun arasında bağlanması öhdəliyinin onların (cavabdehlərin) üzərinə qoyulması tələbinə dair iddiasının qismən təmin edilməsi barədə Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)- 542/2022 saylı qətnaməsində Tovuz rayonun Əyyublu kəndində yerləşən, RX0149593 saylı çıxarışa və plan ölçü sənədinə əsasən mülkiyyətində olan 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kordinatları ilə X8 Kəmərinin keçdiyi ərazinin 2851 kv.metrə qədər hissəsinin üst-üstə düşməsi məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 10/1924 saylı rəyi ilə müəyyən edilmişdir. Məhkəmənin həmin qətnaməsindən cavabdeh BP Exploration (Şah Dəniz Limited as Operator of: X6 LTD tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-1845/2022 saylı qətnaməsində də həmin halın öz təsdiqini tapmışdır. İstər ilkin iddiasının qaldırılmasına qədər, istərsə sonrakı dövrlərdə cavabdehə qarşı rəsmi ərizələrlə müraciət edərək RX0149593 saylı çıxarışa və plan ölçü sənədinə əsasən mülkiyyətində olan Tovuz rayonun Əyyublu kəndinin ərazisində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə X8 Kəmərinin keçdiyi ərazinin 2851 kv.metrə qədər hissəsinin üst-üstə düşməsinə görə aralarında icarə müqaviləsinin bağlanmasını və icarəyə götürüləcək torpaq sahəsinə görə birdəfəlik ödənilməli olan müvafiq kompensasiyanın ona verilməsini təklif etmişdir. Ancaq cavabdeh ərizələrini rəsmi olaraq qəbul etməsinə baxmayaraq müraciətinə heç bir yazılı cavab verməmiş, təklifinə qarşı hərəkətsizlik göstərmişdir. Ona görə cavabdehə qarşı RX0149593 saylı çıxarışa və plan ölçü sənədinə əsasən mülkiyyətində olan, Tovuz rayonun Əyyublu kəndinin ərazisində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kordinatları ilə X8 Kəmərinin keçdiyi ərazinin üst-üstə düşən 2851 kv.metrə qədər hissəsinə görə cavabdəhlə aralarında icarə müqaviləsinin bağlanmasına qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məlum iddianı qaldırmalı olmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-357/2023 nömrəli qərarı ilə (hakim Emin Axundov) iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)-553/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-357/2023 nömrəli qərarı ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-714/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Əyyublu kəndinin ərazisində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X7 Kəmərinin keçdiyi 2851 kv.m-ə qədər hissəsinə dair İddiaçı Mehdi oğlu ilə icarə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-714/2024 saylı qərarının ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş təkrar apellyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra müəyyən edilmişdir ki, cavabdeh tərəfindən verilən apellyasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir. Bu səbəbdən də cavabdehə xx.xx.2024-cü il tarixli məktub göndərilərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə məhkəməyə ərizə vermək hüququnun olması bildirilmişdir. Cavabdeh məhkəməyə xx.xx.2024-cü il tarixli, 5-79/2-1039/2024 saylı məktub ünvanlayaraq Tovuz RİH tərəfindən prosessual müddət ötürülmədiyinə görə müvafiq sübutların təqdim edilməsi üçün apellyasiya şikayətinin verilməsi ilə bağlı prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər nümayəndələrinin iştirakların təmin etməmiş və səbəblərin bildirməmişlər. Məhkəmə kollegiyası AR İPM-nin 62.3. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 87.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin İPM-nin 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Ona görə də apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin həmin normalar üzrə yoxlanılmasını ehtiva edir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, apellyasiya şikayəti İPM-nin 85.1ci maddəsində müəyyən olunmuş müddət ötürülməklə verilmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən, birinci instansiya məhkəməsinin qərarından şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İş materialında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, birinci instansiya məhkəməsinin 2-1(114)-714/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı elektron imza ilə təsdiq edilməklə xx.xx.2024-cü il tarixdə, saat 19:43-də Cavabdehnə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından başlanır. Bu halda qərardan şikayət verilməsi üçün müəyyən olunmuş müddətin axımı da təqdim edildiyi xx.xx.2024-cü il tarixdən başlanmışdır. Lakin cavabdeh qərardan şikayəti müddət ötürməklə xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Həmçinin bundan sonra Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-714/2024 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli, 2-1(114)-714/2024 saylı qərar icra edilməsi üçün xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə Cavabdehnə təqdim edilmişdir. Bu hal, yəni müddətin ötürülməsi apellyasiya şikayətinin mümkün sayılmaması və şikayətin qəbul edilməsindən imtina olunması üçün əsasdır. Çünki, Azərbaycan Respublikası İPM-nin 87.3-cü maddəsinin tələbinə görə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməsindən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir (İnzibati Prosessual Məcəllənin 87.3 və 87.4-cü maddələri). Məhkəmə kollegiyası müddətin bərpa olunması barədə ərizənin düzgün həlli üçün müddətlərlə bağlı bəzi məsələlərin daha aydın izah olunması üçün Azərbaycan Respublikası İPM-nin müddəaları ilə yanaşı ona zidd olmayan hissədə Mülki Prosessual Məcəlləsinin normalarına da istinad edilməsini mümkün və məqsədəuyğun sayır. Çünki, Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İPM-nin 22.2-ci maddəsində deyilir ki, müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası İPM-nin 81.1-ci maddəsinə görə İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-lə müəyyən olunmuş ümumi qaydaya görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (MPM-nin 128.1 və 130.1-ci maddələri). Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinin məzmunundan göründüyü kimi, bu norma ilə müəyyən olunmuş şikayət vermə müddətinin axımı məhkəmə qərarının tam formada təqdim olunduğu gündən başlanır. Qanunvericilik şikayət verilməsi mümkün olan məhkəmə aktlarının təqdim edilməsi qaydasını da dəqiq müəyyən etmişdir və müddətin axımının başlanmasını müəyyən etmək üçün bu müddəalar da nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası İPM-nin 20.1-ci maddəsinin tələbinə görə müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İPM-nin 75.3-cü maddəsinin tələbinə əsasən məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir (Azərbaycan Respublikası İPM-nin 20.3-cü maddəsi) . Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.6-cı maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Belə ki, birinci instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-714/2024 saylı qərarı xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış, cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə əsasən məhz həmin andan iddiaçının qərardan şikayət vermək üçün müəyyən olunmuş müddətin axımı başlanmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İPM-nin 23.1-ci maddəsində də müddətin axımına aid tələblər müəyyən edilərək göstərilir ki, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Birinci instansiya məhkəməsinin qərarından göründüyü kimi, həmin qərarda ondan şikayət verilməsi qaydası, müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı tam və aydın şəkildə göstərilmişdir. Bu halda, cavabdehin qərardan apellyasiya şikayəti verməsi müddətinin axımı xx.xx.2024-cü il tarixdə başlanmış və xx.xx.2024-cü il tarixdə qurtarmışdır. Lakin qanunvericilik şəxsin ona verilmiş hüquqdan qanunla müəyyən edilmiş müddətdə üzrlü səbəbdən istifadə edə bilmədiyi halda, ona bu hüquqdan yararlanmaq üçün əlavə imkan da yaradır. Bu imkan prosessual müddətin bərpası qaydasında təmin olunur. Cavabdeh nümayəndəsi Niftalı Qasımov buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim edərək Tovuz RİH tərəfindən prosessual müddət ötürülmədiyinə görə müvafiq sübutların təqdim edilməsi üçün apellyasiya şikayətinin verilməsi ilə bağlı prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdeh tərəfindən müddətin ötürülməsinin üzrlü hesab edilməsinə əsas verəcək mötəbər sübut təqdim edilməmiş və dəlilləri formal xarakter daşıyır və ötürülmüş prosessual müddətin bərpası üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Müddətin bərpa edilməsi üçün üzrlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, şikayət vermək üçün müəyyən olunmuş müddətdə, şəxsin şikayət verməsinə yönələn hərəkətləri etməsinə mane olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Lakin cavabdeh buraxılmış müddətin üzrlü hesab olunmasına əsas verən hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Yalnız formal mülahizələrə əsaslanmışdır. Həmçinin məhkəmə kollegiyasının sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh başçısının xx.xx.2015-ci il tarixli, 10 saylı sərəncamından görünür ki, Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 41 saylı “X7 Kəmərinin genişləndirilməsi məqsədi ilə “X9 Boru kəməri” – tikintisi zamanı tranzit ərazi vahidləri üzrə rayon İcra Hakimiyyəti başçısı adından dövlət və torpaq mülkiyyətçiləri və istifadəçiləri ilə müqavilələr və digər sənədləri hazırlamaq hüququnun verilməsi haqqında” sərəncamında dəyişiklik edilərək yeni qaydada təsdiq edilmişdir. Həmin sərəncama əsasən Əyyublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə “X9 Boru kəməri”-nin tikintisi ilə əlaqədar müqavilələrin yerlərdə imzalanma tədbirlərini layihə təqviminə uyğun həyata keçirilməsi qərara alınmışdır. Bundan başqa surəti iş materiallarına əlavə olunmuş 2015-ci il tarixli “Torpaq mülkiyyətçisi və Dövlət arasında bağlanmış” icarə müqaviləsinin surətindən görünür ki, torpaq mülkiyyətçiləri ilə Dövlətin adından Tovuz Rayonu İcra Hakimiyyətinin Əyyublu kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəli arasında icarə müqaviləsi bağlanmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qərardan apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və şikayəti qəbul etməkdən imtina olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81, 85, 87-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-714/2024 saylı qərardadından cavabdeh Tovuz Rayon Hakimiyyəti tərəfindən verilmiş şikayət mümkün sayılmasın və şikayəti qəbul etməkdən imtina olunsun. Qərardaddan 10 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar