Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-858/2023 20.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “Qərarın ləğvi və əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1667/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən əlillik dərəcəsinin təyin olunması ilə bağlı qəbul edillmiş inzibati aktın ləğv edilməsi, yenidən komissiya təşkil edilərək müayinəsinin başqa həkim-ekspertlərə tapşırılması, ona ikinci qrup əlilliyinin təmin olunması üçün müvafiq tədbirlər görülməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması və onun əlilliyə görə pensiya hüququnun xx.xx.2022-ci il tarixdən hesablanmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, iş üzrə cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadları ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi ilə əvəz edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 2016-cı ilin sentyabr ayından SHXÇDX-nin Bərdə rayon şöbəsində MAHHXHQ çavuş rütbəsində həqiqi hərbi xidmətdə olmuşdur. Torpaqlarımızın azadlığı uğrunda Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərin ilk günlərində ağır yaralanmışdır. İlkin tibbi yardım göstərildikdən sonra Bərdə RMX-na göndərilmiş və "hər iki yuxarı ətrafin arxa gips longeti ilə fiksasıyası" cərrahi əməliyyatı olmuşdur. Daha sonradan X1 köçürülmüş və orada "hər iki bazu nahiyəsində, sağ əl nahiyəsində, sol bud və sağ diz oynağı nahiyəsindəki yaraların birincili-cərrahi işlənməsi, hər iki bazu sümüyünün eksternal fiksatorla osteosintezi" cərrahi əməliyyatını olmuşdur. xx.xx.2020-ci il tarixində Bakı şəhərinə Modern Hospitala köçürülərək həmin tarixdən xx.xx.2020-ci il tarixinədək "partlayış travması, sol və sağ bazu nahiyəsində, sağ əlin ovuc səthinin və sol bud nahiyəsinin yuxarı 1/3-nin, sağ diz oynağı nahiyəsinə nüfuz edən çoxsaylı (üç ədəd) kor odlu silah (qəlpə) yaralanmasına və sağ bazu sümüyünü diafizinin orta 1/3-nin, sol bazu sümüyü distal metafizinin oynaqdaxili, sol bud sümüyünün böyük burmasınırı çoxqəlpəli, yerdəyişmiş açıq sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, hər iki bazu sümüyünün ekstternal fiksatorla ostesontezi cərrahi əməliyyatının və sağ əlin ovuc səthinin, sol bud nahiyələrinin yuxarı 1/3-nin və sağ diz oynağı nahiyəsinin kor odlu silah (qəlpə) yaraların birincili-cərrahi işlənməsindən sonrakı vəziyyət" diaqnozu ilə stasionar müalicədə olmuşdur. Xəstəxanadan evə buraxıldıqdan sonra hər iki bazu sümüyünün Q.A.İlizarov üsulu ilə osteosintezi aparatı ilə müalicəsini davam etdirmişdir. xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixindək Modern Hospitalda "partlayış travması, sağ bazunun qəlpə yaralanması, bazu sümüyünün diafizinin orta 1/3nin qəlpəli, yerdəyişmiş sınığından sonrakı defekti və psevdoartrozu" diaqnozu ilə stasionar müalicədə olmuşdur. N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 1303 nömrəli göndərişi ilə yararlılığın təyin edilməsi məqsədi ilə hərbi həkim komissiyasına göndərilmişdir. MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən 22 dekabr 2021-ci il tarixində 24758 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin xəstəlik haqqında şəhadətnaməyə əsasən HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarında "həm dinc dövrdə, həm də müharibə dövründan xidmətə yararsızdır" qeyd edilmişdir. O, hərbi səbəblə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsinə köməklik göstərilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi TibbiSosial Ekspert Komissiyasına xx.xx.2022-ci il tarixində müraciət etdikdən sonra o əyani komissiyada olmuşdur. 2022-ci ilin iyun ayının 13-də komissiyanın cavabı çıxmış və ona üçüncü dərəcəli əlilliyin müəyyən edildiyini bildirmişlər. Əlilliyinin qiymətləndirilməsinin gücləndirilməsi səbəbilə o yenidən cari ilin avqust ayında cavabdehə müraciət etmiş və müraciəti əsasında təkrar müayinədən keçmişdir. xx.xx.2022-ci il tarixində ona cavabdehdən imtina məktubu gələrək, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulduğu və sənədlərinin tibb müəssisəsinə geri qaytarıldığı qeyd olunmuşdur. Natamam doldurulmaya görə sənədlərinə maraqlanarkən ona məlum olmuşdur ki, hərbi səbəblə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsinə köməklik göstərilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciətə cavab olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspert komissiyası müraciətinə imtina vermiş və əlillik dərəcəsi üçüncü qrup olaraq dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır, onun əmək və pensiya hüquqlarını pozur. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, Bərdə rayon sakini xx.xx.1993-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. (xx.xx.2021-ci il tarixli 24758 nömrəli XHŞ) İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əyani müayinə zamanı orqanizmin funksiyalarının pozulmasında yeni ağırlaşmalar müşahidə edilməmiş, həmçinin təqdim etdiyi tibbi sənədlər araşdırılmış və əlilliyin gücləndirilməsinə əsas verməmiş, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik qərarı qüvvədə saxlanılmışdır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1667/2023 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xəstəliyi olan “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, hər iki bazunun, sağ əlin, hər iki bud və sağ diz oynaq nahiyəsinin kor qəlpə yaralanmalarına, sağ bazu sümüyünün yuxarı və orta 1/3-nin, sol bazu sümüyünün distal metafizinin oynaqdaxili, sol bud sümüyünün böyük burmalarının açıq, çoxqəlpəli sümük defektli yerdəyişmiş sınıqlarına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, hər iki bazu sümüyünün Q.A.llizarov üsulu ilə osteosintezi (xx.xx.2020), sağ bazu sümüyünün defektinə görə aparılmış autoosteoplastika (xx.xx.2021), M24.5oynaqların kontrakturası, sağ bazunun və çiyin qurşağının əzələlərinin atrofıyası, hər iki dirsək oynağının çapıq, əzələ və artrogen davamlı kəskin kontrakturası, hər iki bazu və dirsək oynağında çapıq-əzələ mənşəli kontraktura hesabına hərəkət məhdudluğu, bazu oynağında bükmə-80°, açma-120°, dirsək oynağında bükmə-100°, açma-120°” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.1-ci bəndinə əsasən üçüncü dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür. İddiaçı qeyd olunan qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti üzrə icraatыn davam etdirilməsində marağı olmadığını bildirmiş və apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə dair ərizə təqdim etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası İPM-in 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Məhkəmə kollegiyası iddiaçının şikayətin geri qaytarlmasının rədd edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsasları müəyyən etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 88-ci maddəsini rəhbər tutaraq, qəraraaldı: İddiaçının ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı qərarın ləğv edilməsi və ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1667/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnziabti kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov
Məhkəmə qərarları › İş №2-1(104)-858/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-858/2023
20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver