Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-862/2023 20.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ikinci dərəcə əliliyin təyin edilməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, «əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-106/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2011-ci il tarixli, 2349 nömrəli travma haqqında arayışından görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə xidmət etdiyi döyüş mövqeyində xidməti vəzifəsini yerinə yetirərkən öz silahından atəş açılması nəticəsində sol əlin dəlibkeçən güllə yarası xəsarəti almışdır.
2. Əlilliyin qiymətləndirilməsinə dair məlumatdan görünür ki, İddiaçı ilkin olaraq xx.xx.2006-cı il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmiş. Dioqnozun mətni sol əlin ovuc səthinin dəlib keçən güllə yaralanması nəticəsində İ daraq sümüyünün açıq sınığından sonrakı vəziyyət. N. medianusun travmatik nevriti. Sol barmaqlarının yarımbükücü vəziyyətdə kostrakturası, tutma funksiyasının pozulması.
3. Əlilliyin qiymətləndirilməsinə dair məlumatlardan görünür ki, xx.xx.2012-ci il tarixdə, xx.xx.2014-cü tarixdə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir.
4. Əlilliyin qiymətləndirilməsinə dair çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixdə keçirilən müayinə nəticəsində İddiaçı təkrar olaraq xx.xx.2021-ci il tarixədək ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. Həmin zaman diaqnoz: biləyin və əlin açıq yarası, sol əlin ovuc səthinin dəlib-keçən güllə yaralanması nəticəsində İİ daraq sümüyünün açıq sınığından sonrakı vəziyyət. İİ barmağın proksimal falanqası səviyyəsində toxumada yad cisim. Oynaqların kontrakturası, sol əlin İİ barmağının çapıq vətər mənşəli davamlı kontrakturası, əl əzələlərinin atrofiyası, funksiyanın pozulması ilə. Daimi ağrı sindromu ilə. Əlilliyin müəyyən olunması meyarı: 2.2.İkinci dərəcə əlillik =>Digər: İİ daraq sümüyünün açıq sınığından sonrakı vəziyyət. İİ barmağın proksimal falanqası səviyyəsində yumşaq toxumada yad cisim. Oynaqların kontrakturası qeyd edilmişdir.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-sosial ekspert komissiyasının TQS 088, 0236003AAGQ9 göndərişdən qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə İddiaçı qoyulmuş diaqnoz: a) Əsas diaqnoz W33 - Yivli tüfəngdən, qırma tüfəngdən va iri çaplı odlu silahdan atəş. Odlu silahla yaradan sonra sol saidi y1/3 və a 1/3-nin arxa səthində çapıq toxumalar. sol dirsək oynağının artrozu, açıcı-bükücü kəskin qüsurlu vəz-də kontrakturası (açma- 135o.bükmə125o)., saidin tam pronasiya vəz-də qalması, sol əlin ovuc və l - İl daraq sümükləri arasında və arxa səthində dartıcı çapıq toxumaları, İl daraq süm-nün bit-ş sınğı, ll barmağın praksimal fal-da qalpa,al barmaqlarının tam bükülmiüş,hərəkətsiz vəz-ti (xx.xx.2019(XTN=8251/1930) və xx.xx.2021(XTN=8251/8167)tar-də AETTQİ-da). b) Ağırlaşma T92,0 Yuxarı ətrafın açıq yaralanmasının nəticələri. Odlu silahla yaralanmadan sonra sol saidin yuxarı və aşağı 1/3-nin arxa səthində çapıq toxumalar, sol dirsək oynağının artrozu, açıcı-bükücü kəskin qüsurlu vəziyyətdə kontraktirası (açma 135o, bükmə-125o). saidin tam pronasiya vəziyyətində qalması, sol əlin ovuc və l-ll daraq sümükləri arasında və arxa səthində dartıcı çapıq toxumaları, ll daraq sümüyünün bitişmiş sınığı, ll barmağın proksimal falanqasında qəlpə, əl barmaqlarının tam bükülmuş, hərəkətsiz vəziyyəti yuxarı atrafın və əlin tutma f-nın poz-si. M24.5 Oynaqların kontrakturası Sol dirsək oynağının artrozu,açıcı-bükücü kəskin qüsurlu vəziyyətdə kontrakturası(açma 135o bikma-1250) saidin tam pronasiva vəziyyətinda qalması Sol alin ovuc və l-ll daraq sümükləri arasında və arxa sathində dartıcı çapıq toxumaları,ll daraq sümüyünün bitişmiş sımığall barmağın proksimal falanqasında qəlpə,əl barmaqlarının tam bükülmüş, hərəkətsiz vəziyyəti. Sol al azələlarinin atrofiyası. Z73.6 Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması Sol yuxarı atrafin və alin tutma funksiyasının kəskin pozulması. c) Yanaşı xəstəliklər: T93.0 Aşağı atrafın açıq yaralanmasının nəticələri. Sağ baldırın a l/3-nin iç və tiş səthində naməlum mənşəli bərkimiş çapıq toxumaları,sağ qamış sinirinin neyropatiyası.daimi ağrı sindromu. H52.2 Astiqmatizm Hipermetropikastiqmatizm, VisOD=0,3kletmir, VisOS=0,4kletmir OU- Demodekoz, blefarokonyuktivit, quru göz sindromu, İ dərəcə pteriqium. N11 Xronik tubulointerstisial nefrit Xroniki pielonefrit, tez-tez kəskinləşmələrlə qeyd edilmişdir.
6. Tibbi-Sosial Ekspert Komissiyasının sistemdən çıxarışdan görünür ki, xx.xx.2021ci il tarixdə keçirilmiş qiymətləndirmə zamanı diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
7. Göstərilən hal xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərarla rəsmiləşdirilmişdir. Həmin qərarda qeyd olunur ki, adı göstərilən 31 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 16) Qazax rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 459 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Sol əlin ovuc səthinin dəlib keçən güllə yaralanması (xx.xx.1994) nəticəsində ikinci daraq sümüyünün qeyri-düzgün bitişmiş sınığı, ikinci barmağın çapıq vətər mənşəli davamlı kontrakturası. funksiyanın cüzi dərəcədə pozulması ilə" diaqnozlu travmanın səbəbəlaqəsi "Hərbi travmadır, Hərbi xidmət vəzifələrini ( xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi və "Sağ baldırın aşağı 1/3-nin yumşaq toxumalarnın naməlum mənşəli bərkimiş çapıq toxumaları, funksiyanın pozulmaması ilə" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol əlin dəlib keçən güllə, sağ aşıq-baldır oynağı nahiyyəsində qəlpə yaralanmalarından sonrakı çapıq izləri müşahidə olunmuşdur. Funksional sınaqların aparılmasına maneəçilik törədərək sol əlin birinci barmağını bükülü vəziyyətdə saxlamağa çalışmış, barmaqların açlmasına kəskin müqavimət göstərmiş, simulyasiya izlənilmişdir. Aktiv sürücülük vəsiqəsi qeyd olunmuşdur. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular izlənilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair dair Əsasnamə"yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin 1033 nömrəli ekspert rəyində göstərilmişdir ki, iddiaçıda "Qazax rayon Mərkəzi Xəstəxanası" PHŞ-də xx.xx.2022-ci il tarixdə müayinə zamanı "Odlu silahyaralanmasından sonra sol saidin yuxarı və aşağı 1/3-nin arxa səthində çapıq toxumalar, sol dirsək oynağının artrozu, açıcı-bükücü kəskin qüsurlu vəziyyətdə kontrakturası, sol yuxarı ətrafın və əlin tutma funksiyasının kəskin pozulması. Sağ baldırın aşağı 1/3-nin iç və tış səthində çapıq toxuma. Sağ qamış sinirinin neyropatiyası, daimi ağrı sindromu" müəyyən edilmişdir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsi 15 fevral 2023-cü il tarixli, ********** nömrəli arayışında qeyd olunur ki, Akif Vəliyevə təyin edilən diaqnoz odlu silahla yaralanmadan sonra sol saidin yuxarı və aşağı 1/3-nin arxa səthinin çapıq toxumaları sol dirsək oynağının 3-cü dərəcəli artrozu, açıcı-bükücü kəskin vəziyyətdə kontrakturası açma 135 dərəcə, bükmə 125 dərəcə saidin tam pronasiya vəziyyətində qalması, sol əılin ovuc və 1- 2-ci daraq sümükləri arasında və arxa səthində dartıcı çapıq toxumaları, 2-ci daraq sümüyünün bitişməz sınığı, 2-ci barmağın proksimal falanqasında qəlpə, əl barmaqlarının tam bükülməməsi vəziyyətində hərəkətsizliyi, sol yuxarı ətrafın və əlin tutma funksiyasının əhəmiyyətli pozulması qeyd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı cavabdehin imtinasının əsassız hesab edilməsi və iddiaçıya əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112)-7278/2022 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1988-1994-cü illər ərzində baş vermiş Birinci Qarabağ müharibəsində iştirak etmiş, 20 iyul 1994-cü il tarixində xidmət etdiyi döyüş mövqeyində xidməti vəzifəsini yerinə yetirərkən odlu silahdan atəş açılması nəticəsində sol əli dəlib keçən güllə yarası nəticəsində xəsarət almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 27 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 06 iyul 2006-cı il tarixli 059963 nömrəli arayışına əsasən, İddiaçı müddətsiz olaraq üçüncü qrup əlillik təyin olunmuşdur. Qazax Rayon Mərkəzi Xəstəxanasının 21 aprel 2011-ci il tarixli 1579 nömrəli çıxarışına əsasən, İddiaçı sol əlin ovuc səthini deşib keçən güllə yarası nəticəsində ikinci daraq sümüyünün açıq sınığı diaqnozu ilə 21 iyul 1994-cü il tarixindən 27 avqust 1994-cü il tarixinə qədər stasionar müalicə almışdır, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə İddiaçı 12 sentyabr 2011-ci il tarixli 2349 nömrəli travma haqqında arayış təqdim etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 27 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 21 fevral 2012-ci il tarixli, 236517 nömrəli arayışına əsasən, İddiaçı hərbi xidməti vəzifəsini yerinə yetirərkən aldığı hərbi travma səbəbilə ikinci qrup əlil kimi müəyyən olunmuş, əlillik müddəti 01 10.2014-cü ilədək, növbəti müayinə tarixi isə 12 sentyabr 2014-cü il tarixi müəyyənləşdirilmişdir. İddiaçı 21 sentyabr 2015-ci il tarixində müayinə olunaraq ona hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci dərəcəli əlillik təyin olunmuş və növbəti müayinə tarixi xx.xx.2016-cı il tarixinə salınmışdır. İddiaçı 21 sentyabr 2016-cı il tarixində təkrar müayinə olunaraq ikinci dərəcəli əlillik müəyyən olunmuş, növbəti müayinə tarixi xx.xx.2021-ci il tarixinə salınmışdır. İddiaçının təkrar müayinə edilməsi haqqında 27 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-ci il tarixli sənədi ilə də təsdiq olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-tədqiqat travmatologiya və ortopediya institutunun 20 senytabr 2019-cu il tarixli 8251/1930 nömrəli və "Tibbi Ərazi Bölmələrinin idarəetmə Birliyi" publik hüquqi şəxs Elmi-tədqiqat travmatologiya və ortopediya institutunun 20 aprel 2021- ci il tarixli 8251/8167 nömrəli arayışları ilə bir daha təsdiq olunur ki, İddiaçı hərbi xidməti vəzifəsini yerinə yetirəkən odlu silahla yaralanmadan sonra səhhətində ciddiproblemlər yaranmış, belə ki, arayışda ikinci daraq sümüyünün bitişmiş sınığı, ikinci barmağında qəlpə, əl barmaqlarının tam bükülməz hərəkətsiz vəziyyəti, əlin tutma və hərəkət funksiyasının pozulması və sair kimi diaqnoz qoyularaq iddiaçının əlinin işlək vəziyyətdə olmadığı müəyyən olunmuşdur. Həmçinin qeyd etmək lazımdır ki, İddiaçı hərbi xidməti vəzifələrini yerinə yetirərkən aldığı xəsarət sol yuxarı ətrafın və əlin tutma funksiyasının kəskin pozulması nəticəsində əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətinin məhdudlaşmasına səbəb olmuşdur. İddiaçı xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək Qazax Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.1994-cü ildən xx.xx.1994-cü il tarixinədək Gəncə 230 saylı Hərbi Hospitalda, 26 11.2013-cü il tarixindən xx.xx.2013-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında, xx.xx.2016-cı ildən xx.xx.2016-ci ilə kimi X3 Mərkəzində, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020-ci illərdə X4 adına Milli Oftolmologiya Mərkəzində, xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərində ET Travmatologiya və Ortopediya İnstitutunda, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixindədək isə Qazax Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicə almışdır. "Qazax Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi tərəfindən İddiaçı əlillik müddətinin bitməsi və bu məsələyə yenidən baxılması əsası ilə Tibbi Sosial Ekspert Komissiyasına xx.xx.2021- ci il tarixli göndəriş ünvanlanmışdır. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən İddiaçı odlu silahla yaralanmadan sonra sol saidin yuxarı və aşağı 1/3-nin arxa səthində çapıq toxumalar, sol dirsək oynağının artrozu, açıq-bükücü kəskin qüsurlu vəziyyətdə kontrakturası, saidin tam pronasiya vəziyyətində qalması, sol əlin ovuc və l-il daraq sümükləri arasında və arxa səthində dartıcı çapıq toxumaları, il daraq sümüyünün bitişmiş sınığı diaqnozu qoyularaq əlillik təyin edilməsindən imtina olunmuşdur. İmtina məktubu 28 fevral 2022-ci ildə rəsmi qaydada iddiaçıya təqdim edilmişdir.
13. Məhkəmənin 06 iyun 2023-cü il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh ilə əvəz edilmişdir.
14. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair etiraz ərizəsində qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti Qazax RMX-nın 21 iyun 2006-cı il tarixligöndərişi əsasında baxılmış və səbəbi ümumi xəstəlik olmaqla 3-cü dərəcə müddətsiz əlillik verilmiş, Qazax RMX-nın xx.xx.20212-ci il tarixli göndərişim əsasında səbəbi: hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar bir il müddətə əlillik dərəcəsi verilmiş, xx.xx.2014-cü il tarixli göndəriş əsasında səbəb: hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar bir il müddətə, 11.092015-ci il tarixli göndərişlə eyni səbəbdən bir müddətə, xx.xx.2016-cı il tarixli göndəriş əsasında eyni səbəblə beş il müddətə əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixli göndəriş əsasında əlilliyin qiymətləndirilməsinə baxılmış və “X1: XX sinifxəstələnmənin və ölümün xarici səbəbləri=Y35-Y36-qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar=Y36-hərbi əməliyyatlar=Y36.4-hərbi əməliyyatlar nəticəsində odlu...; diaqnozun mətni:odlu silahla yaralanmadan sonra sol saidin yuxarı və aşağı 1/3-nin arxa səthində çapıq toxumaları, sol dirsək oynağının artrozu, açıcı-bükücü kəskin qüsurlu vəziyyətdə kontrakturası (açma-135o,bükmə-125) saidin tam pronasiya vəziyyətində qalması, sol daraq sümüyünün bitişmiş sınığı;mərkəzə göndərilmənin imtina edilmə səbəbi:diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir.
15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-106/2023 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin iki ekspert rəylərindəki diaqnozlar da əlilliyin təyin olunmasına əsas vermir. İddiaçının hazırda təqdim etdiyi sənədlərdəki- Forma 88 göndərişindəki xəstəliklər ona əlilliyin təyini üçün əsas deyildir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
19. İddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ikinci dərəcə əliliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, illərdir xəstəlikdən əziyyət çəkir və ağrılardan azad ola bilmir. Maddi imkanı çox aşağıdır və dərmanları almağa belə imkanı yoxdur, sol əli işləmədiyindən isə əmək fəaliyyəti ilə məşğul ola bilmir.
21. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2.İkinci dərəcə əlillik =>Digər: İİ daraq sümüyünün açıq sınığından sonrakı vəziyyət. İİ barmağın proksimal falanqası səviyyəsində yumşaq toxumada yad cisim.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir.
28. İşin hallarından məlum olur ki, İddiaçı xx.xx.1994-cü il tarixdə xidmət etdiyi döyüş mövqeyində xidməti vəzifəsini yerinə yetirərkən sol əlin dəlibkeçən güllə yarası xəsarəti almış, ona ilkin olaraq xx.xx.2006-cı il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir.
29. Bundan sonra, xx.xx.2012-ci il tarixdə, xx.xx.2014-cü tarixdə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi, daha sonra xx.xx.2016-cı il tarixdə keçirilən müayinə nəticəsində iddiaçıya təkrar olaraq xx.xx.2021-ci il tarixədək ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. Həmin zaman diaqnoz: biləyin və əlin açıq yarası, sol əlin ovuc səthinin dəlib-keçən güllə yaralanması nəticəsində İİ daraq sümüyünün açıq sınığından sonrakı vəziyyət. İİ barmağın proksimal falanqası səviyyəsində toxumada yad cisim. Oynaqların kontrakturası, sol əlin İİ barmağının çapıq vətər mənşəli davamlı kontrakturası, əl əzələlərinin atrofiyası, funksiyanın pozulması ilə. Daimi ağrı sindromu ilə. Əlilliyin müəyyən olunması meyarı: 2.2.İkinci dərəcə əlillik =>Digər: İİ daraq sümüyünün açıq sınığından sonrakı vəziyyət. İİ barmağın proksimal falanqası səviyyəsində yumşaq toxumada yad cisim. Oynaqların kontrakturası qeyd edilmişdir.
30. Göründüyü kimi iddiaçının 2006-cı ildən 2021-ci ilədək fasiləsiz olaraq eyni diaqnoz üzrə əlilliyi qiymətləndirilmiş, sonuncu qiymətləndirilmə də imtinanın dəlilləri əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi inzibati orqanın hüquqi mövqeyi ilə razılaşmış, gəldiyi nəticəni iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə əsaslandırmışdır.
31. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-sosial ekspert komissiyasının TQS 088, 0236003AAGQ9 göndərişdə qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnoz: a) Əsas diaqnoz W33 - Yivli tüfəngdən, qırma tüfəngdən va iri çaplı odlu silahdan atəş. Odlu silahla yaradan sonra sol saidi y1/3 və a 1/3-nin arxa səthində çapıq toxumalar. sol dirsək oynağının artrozu, açıcı-bükücü kəskin qüsurlu vəzdə kontrakturası (açma-135o.bükmə125o)., saidin tam pronasiya vəz-də qalması, sol əlin ovuc və l - İl daraq sümükləri arasında və arxa səthində dartıcı çapıq toxumaları, İl daraq süm-nün bit-ş sınğı, ll barmağın praksimal fal-da qalpa,al barmaqlarının tam bükülmiüş,hərəkətsiz vəz-ti (xx.xx.2019(XTN=8251/1930) və xx.xx.2021(XTN=8251/8167)tar-də AETTQİ-da). b) Ağırlaşma T92,0 Yuxarı ətrafın açıq yaralanmasının nəticələri. Odlu silahla yaralanmadan sonra sol saidin yuxarı və aşağı 1/3nin arxa səthində çapıq toxumalar, sol dirsək oynağının artrozu, açıcı-bükücü kəskin qüsurlu vəziyyətdə kontraktirası (açma 135o, bükmə-125o). saidin tam pronasiya vəziyyətində qalması, sol əlin ovuc və l-ll daraq sümükləri arasında və arxa səthində dartıcı çapıq toxumaları, ll daraq sümüyünün bitişmiş sınığı, ll barmağın proksimal falanqasında qəlpə, əl barmaqlarının tam bükülmuş, hərəkətsiz vəziyyəti yuxarı atrafın və əlin tutma f-nın poz-si. M24.5 Oynaqların kontrakturası Sol dirsək oynağının artrozu,açıcıbükücü kəskin qüsurlu vəziyyətdə kontrakturası(açma 135o bikma-1250) saidin tam pronasiva vəziyyətinda qalması Sol alin ovuc və l-ll daraq sümükləri arasında və arxa sathində dartıcı çapıq toxumaları,ll daraq sümüyünün bitişmiş sımığall barmağın proksimal falanqasında qəlpə,əl barmaqlarının tam bükülmüş, hərəkətsiz vəziyyəti. Sol al azələlarinin atrofiyası. Z73.6 Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması Sol yuxarı atrafin və alin tutma funksiyasının kəskin pozulması. c) Yanaşı xəstəliklər: T93.0 Aşağı atrafın açıq yaralanmasının nəticələri. Sağ baldırın a l/3nin iç və tiş səthində naməlum mənşəli bərkimiş çapıq toxumaları,sağ qamış sinirinin neyropatiyası.daimi ağrı sindromu. H52.2 Astiqmatizm Hipermetropikastiqmatizm, VisOD=0,3kletmir, VisOS=0,4kletmir OU- Demodekoz, blefarokonyuktivit, quru göz sindromu, İ dərəcə pteriqium. N11 Xronik tubulointerstisial nefrit Xroniki pielonefrit, tez-tez kəskinləşmələrlə qeyd edilmişdir.
32. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsi 15 fevral 2023-cü il tarixli, ********** nömrəli arayışında qeyd olunmuşdur ki, Akif Vəliyevə təyin edilən diaqnoz odlu silahla yaralanmadan sonra sol saidin yuxarı və aşağı 1/3-nin arxa səthinin çapıq toxumaları sol dirsək oynağının 3-cü dərəcəli artrozu, açıcı-bükücü kəskin vəziyyətdə kontrakturası açma 135 dərəcə, bükmə 125 dərəcə saidin tam pronasiya vəziyyətində qalması, sol əılin ovuc və 1-2-ci daraq sümükləri arasında və arxa səthində dartıcı çapıq toxumaları, 2-ci daraq sümüyünün bitişməz sınığı, 2-ci barmağın proksimal falanqasında qəlpə, əl barmaqlarının tam bükülməməsi vəziyyətində hərəkətsizliyi, sol yuxarı ətrafın və əlin tutma funksiyasının əhəmiyyətli pozulması qeyd edilmişdir.İddiaçının əlilliyin qiymətləndiirlməsinin əsası olan tibbi göndərişlərdə onun diaqnozu eyni olaraq qeyd edilmiş, həmçinin məhkəmə icraatı zamanı təqdim edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin 1033 nömrəli ekspert rəyində göstərilmişdir ki, iddiaçıda "Qazax rayon Mərkəzi Xəstəxanası" PHŞ-də xx.xx.2022-ci il tarixdə müayinə zamanı "Odlu silahyaralanmasından sonra sol saidin yuxarı və aşağı 1/3-nin arxa səthində çapıq toxumalar, sol dirsək oynağının artrozu, açıcı-bükücü kəskin qüsurlu vəziyyətdə kontrakturası, sol yuxarı ətrafın və əlin tutma funksiyasının kəskin pozulması. Sağ baldırın aşağı 1/3-nin iç və tış səthində çapıq toxuma. Sağ qamış sinirinin neyropatiyası, daimi ağrı sindromu" müəyyən edilmişdir.
33. Məhkəmə tərkibi qeyd edir ki, ekspert rəyinin təhlili zamanı cavabdeh orqanın əliliyin təkrar təyininə dair imtina qərarı ilə rəy eynilik təşkil etməsi müəyyən olunur. Bundan başqa ekspert hüquqi məsələ ilə bağlı hər hansı nəticəyə gəlməkdə səlahiyyətli deyildir, qeyd olunan bu səlahiyyət işə baxan məhkəməyə aiddir.
34. Şəxsə təyin edilmiş əliliyə səbəb olan xəstəlik müalicə olunaraq sağalan xəstəlik qrupuna aid deyildir və iddiaçı müxtəlif vaxtlarda Qazax RMX, TƏBİB publik hüquqi şəxs Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müalicə və müayinələrinin nəticələrində də müalicəyə daimi ehtiyacının olması qeyd edilmişdir.
35. Həmçinin, qeyd edilən xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-nin 2.2-ci bəndində qeyd edilən xəstəliklərin siyahısında da müəyyən edilmişdir.
36. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xəstəliyi ona əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır və həmin xəstəlik bütün müayinə və müalicə aktlarında sağalmayan və daimi müalicəyə ehtiyacı olan xəstəlik kimi qeyd edilmişdir.
37. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-sosial ekspert komissiyasının TQS 088, 0236003AAGQ9 göndərişi üzrə Tibbi-Sosial Ekspert Komissiyasının sistemdən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə keçirilmiş qiymətləndirmə zamanı diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmiş, iddiaçı tərəfindən qeyd olunan göndəriş üzrə nəticələr mübahisələndirilmişdir.
38. Odur ki, İddiaçı 07 oktyabr 2021-ci il tarixdən ikinci dərəcə əliliyin təyin edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-106/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı 07 oktyabr 2021-ci il tarixdən ikinci dərəcə əliliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov