Məhkəmə qərarları › İş №2-1(104)-88/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-88/2025

12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-88/2025 12.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-670/2024 nömrəli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:

1. Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən "xxxx" ASC barəsində: - xx.xx.2017-ci il tarixli **********030800 nömrəli qərarla 2091,43 manat (hesabat dövrü 2017-ci il ); - xx.xx.2018-ci il tarixli **********759300 nömrəli qərarla 2091,43 manat (hesabat dövrü 2018-ci il ); - xx.xx.2023-cü il tarixli, **********284000 nömrəli qərarla 2091,43 manat (hesabat dövrü 2020-ci il); - xx.xx.2021-ci il tarixli, **********430400 nömrəli qərarla 2091,43 manat (hesabat dövrü 2021-ci il); - xx.xx.2023-cü il tarixli **********286400 nömrəli qərarla 2091,43 manat (hesabat dövrü 2022-ci il); - xx.xx.2023-cü il tarixli qərarla **********291600 nömrəli qərarla 8365,73 manat (hesabat dövrü 2023-cü il) torpaq vergisi borcu hesablanmışdır.

2. Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyiciləri ilə yazışmalar barədə” hesabatından görünür ki, xx.xx.2023-cü il tarixli, **********284000 nömrəli qərar - xx.xx.2023-cü il tarixdə, xx.xx.2021-ci il tarixli, **********430400 nömrəli qərar – xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixli **********286400 nömrəli qərar xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixli qərarla **********291600 nömrəli qərar xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi tərəfindən oxunmuşdur.

3. Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2017ci il tarixli **********030800 nömrəli və xx.xx.2018-ci il tarixli **********759300 nömrəli qərarlar barədə Goranboy Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Tələbin icraya yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixli qərar qəbul edildikdən sonra ASC-in həmin qərarlarla tanış olub-olmamasının müəyyən edilməsi ilə bağlı Goranboy Rayon İcra və Probasiya Şöbəsinə sorğu verilmiş, həmin sorğuya xx.xx.2024-cü il tarixli R.Q.37068/2020 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, xx.xx.2020-ci il tarixli icra sənədinin könüllü icra edilməsi haqqında qərarla icraata başlanılmış, həmin tarixdə borclu tərəfə “Bildiriş” göndərilmiş və məhkəmə qərarı üzrə məsuliyyət izah edilmişdir.

4. Goranboy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli, 37068/2020 nömrəli məktubuna əlavə edilmiş 37068/2020-9-3-001 nömrəli icra işi materiallarına əsasən, xx.xx.2020-ci il tarixli, 37068/2020 nömrəli icra sənədinin könüllü icra edilməsi haqqında qərarla icraata başlanılmış, həmin tarixdə borclu tərəfə “Bildiriş” göndərilmiş və məhkəmə qərarı üzrə məsuliyyət izah edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı "xxxx" ASC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin şəxsi hesab vərəqindən görünür ki, cəmiyyətin xx.xx.2023-cü il tarixə vergi borcu belədir: vergi borcu - 6357,97 manat; faiz borcu - 2935,66 manat. Göründüyü kimi cəmiyyətin xx.xx.2023-cü il tarixə ödənilməmiş vergi borcu 9293,63 manat təşkil edir. Qeyd olunan 18906,59 manat vergi borcu kameral vergi yoxlaması nəticəsində 2017-ci il üzrə hesablanmış 2091,44 manat, 2018-ci il üzrə hesablanmış 2091,44 manat, 2019-cu il üzrə hesablanmış 2091,44 manat, 2021-ci il üzrə hesablanmış 2091,44 manat, 2022-ci il üzrə hesablanmış 2091,44 manat, 2023-cü il üzrə hesablanmış 8364,74 manat torpaq vergisi məbləğinin ödənilməmiş hissəsidir. Şəxsi hesab vərəqəsində mövcud olan 18906,59 manat vergi borcu əsassızdır. Belə ki, onlar "xxxx" ASC-nin balansında, mülkiyyətində və istifadəsində heç bir torpaq sahəsi yoxdur. Onlar ASC-nin mülkiyyətində və istifadəsində hər-hansı torpaq sahəsinin olub-olmamasını müəyyən etmək üçün DƏDKR-nin 7 saylı Bərdə Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli məktubla müraciət etmiş və xx.xx.2023-cü il tarixli cavab almışlar. Qeyd olunan məktubda ASC-nin balansında, mülkiyyətində və istifadəsində heç bir torpaq sahəsinin olmadığı qeyd edilmişdir. Buna görə də, onlar hesablanmış vergi borcunun silinməsi məqsədilə cavabdeh orqana müraciət etmişlər, lakin cavabdeh orqan onların müraciətinə müsbət cavab verməmişdir.

7. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması" barədə xx.xx.2017-ci il tarixli **********030800 saylı, xx.xx.2018-ci il tarixli **********759300 saylı, xx.xx.2013-cü il tarixli **********284000 saylı, xx.xx.2021-ci il tarixli **********430400 saylı, xx.xx.2023-cü il tarixli **********2864 saylı və xx.xx.2023-cü il tarixli **********291600 saylı qərarlarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə iddia qaldırılması üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı hüquqi şəxsin əvvəlki qanuni təmsilçisi və əsas səhmdarı X4 xx.xx.2016-cı il tarixdə vəfat etmiş və həmin dövrdən ASC-nin səhmlərinin X1 tərəfindən əldə edilənə kimi vergi ödəyicisinin heç bir fəaliyyəti olmamışdır. Yalnız ASC-nin yeni səhmdarının təşəbbüsü ilə xx.xx.2024-cü il tarixdə Ümumi Yığıncaq çağırılaraq yeni idarəetmə orqanları formalaşdırılmış və indiki qanuni təmsilçi X2 baş direktor təyin edilmişdir. Məhz iddiaçının yeni icra qurumu fəaliyyətə başladığı gündən ASC-nin üçüncü şəxslər qarşısında debitor və kreditor öhdəliklərinin müəyyən edilməsi üçün ardıcıl işlər görülmüş, o cümlədən hazırki iddianın əsasını təşkil edən uyğunsuzluq aşkar edilərək aidiyyəti üzrə cavabdehə və digər inzibati orqanlara müraciət edilmişdir.

10. Cavabdehin iddia tələbinə dair təqdim etdiyi etiraz onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən ləğv edilməsi tələb olunan xx.xx.2021-ci il tarixli **********430400 nömrəli qərar xx.xx.2021-ci ildə ödəyicinin elektron kabinetinə göndərilmiş, xx.xx.2023-cü il tarixdə oxunmaqla qəbul edilmiş, xx.xx.2023-cü il tarixli **********284000 nömrəli, xx.xx.2023-cü il tarixli **********286400 nömrəli, xx.xx.2023-cü il tarixli **********291600 nömrəli qərarlar isə xx.xx.2023-cü il tarixdə ödəyicinin elektron kabinetinə göndərilmiş, onun tərəfindən xx.xx.2023-cü il tarixdə oxunmaqla qəbul edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərkən 18906.56 manat borcun silinməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması haqqında iddia tələbi qaldırmışdır. İddia ərizəsi ilə məhkəməyə müraciət edərkən yalnız xx.xx.2021-ci il tarixli **********430400 nömrəli qərar mövcud olmuş, digər qərarlar isə xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Halbuki o, həmin qərarlarla xx.xx.2023-cü ildə tanış olmuşdur. Həmin qərarlarla tanış olmasından 5 aya yaxın bir vaxt keçdikdən sonra o, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı iddia tələbini ötürməklə məhkəmədə iddia qaldırmışdır. Daha əvvəl qəbul edilmiş digər iki qərarın isə elektron oxunması barədə məlumat aşkar olunmamasına baxmayaraq, daha sonra elektron kabinetə göndərilən qərarlarla tanış olunması onu deməyə əsas verir ki, ödəyici həmin qərarlarla da tanış olmuşdur. İddiaçı tərəfindən mübahisələndirilən digər iki qərar xx.xx.2017-ci il tarixli **********030800 nömrəli, xx.xx.2018-ci il tarixli **********759300 nömrəli qərarlar barəsidə həmçinin "Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********759100 nömrəli qərar qəbul olunmuş və o, icra hərəkətlərinin həyata keçirilməsi üçün xx.xx.2020-ci il tarixdə Goranboy rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Goranboy rayon İcra və probasiya şöbəsinə xx.xx.2017-ci il tarixli **********030800 nömrəli, xx.xx.2018-ci iİ tarixli **********759300 nömrəli qərarlarla iddiaçının tanış olub-olmama barədə xx.xx.2024- cü il tarixdə sorğu göndərilmişdir. Goranboy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli R.Q.37068/2020 nömrəli məktubuna əsasən icra sənədi xx.xx.2020-ci il tarixli icra sənədinin könüllü icra edilməsi haqqında qərarla icraata başlanılmış, həmin tarixdə borclu tərəfə “Bildiriş” göndərilmiş və məhkəmə qərarı üzrə məsuliyyət izah edilmişdir. İcra şöbəsinin qeyd olunan məktubundan da göründüyü kimi, xx.xx.2020-ci il tarixdən vergi ödəyicisi xx.xx.2017-ci il tarixli **********030800 nömrəli, xx.xx.2018-ci il tarixli **********759300 nömrəli qərarlarla tanış olmuşdur.

11. Gəncə İnzibati Məhkəməsinin (hakim E.Axundov) xx.xx.2024-cü il tarixli, 2- 1(114)-670/2024 nömrəli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, iddia tələbi mümkün sayılmamışdır.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarlar xx.xx.2017, xx.xx.2018, xx.xx.2023, xx.xx.2021-ci il tarixlərdə cavabdeh orqan tərəfindən iddiaçının elektron kabinetinə göndərilmişdir. Həmin qərarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən, 3 iş günü müddətində iddiaçıya lazımi qaydada çatdırılmış sayılır və iddiaçı həmin qərarların mübahisələndirilməsi üçün prosessual müddəti ötürmüşdür. Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, iddiaçı hazırda mübahisələndirilən qərarlar barədə məlumatlı olmuş, yəni mübahisələndirilmiş qərarlar onun elektron kabinetinə yüklənmiş, iddiaçı tərəf isə həmin qərarlarla tanış olmuşdur. Həmçinin, sözügedən hesabatdan görünür ki, xx.xx.2017-ci il tarixli **********030800 nömrəli və xx.xx.2018-ci il tarixli **********759300 nömrəli qərarların oxunma tarixi qrafalarında həmin qərarların iddiaçı tərəf tərəfindən oxunması tarixinə dair heç bir qeyd yoxdur. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli **********030800 nömrəli və xx.xx.2018-ci il tarixli **********759300 nömrəli qərarlar barədə Goranboy Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Tələbin icraya yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixli qərar qəbul edildikdən sonra iddiaçı tərəfin həmin qərarlarla tanış olub-olmamasının müəyyən edilməsi ilə bağlı Goranboy Rayon İcra və Probasiya Şöbəsinə sorğu verilmiş, həmin sorğuya xx.xx.2024-cü il tarixli R.Q.37068/2020 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, xx.xx.2020-ci il tarixli icra sənədinin könüllü icra edilməsi haqqında qərarla icraata başlanılmış, həmin tarixdə borclu tərəfə “Bildiriş” göndərilmiş və məhkəmə qərarı üzrə məsuliyyət izah edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

13. İddiaçının nümayəndəsi qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-670/2024 nömrəli qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, portaldakı online kargüzarlıq vasitəsilə göndərilən mübahisələndirilən qərarların elektron imza ilə təsdiqləndiyi ehtimal olunsa da, göndərilən elekton sənədlərin identikləşdirilməsi, həqiqiliyinin müəyyənləşdirilməsi üçün zəruri olan rekvizitlərə sahib olmaması işin mübahisəsiz halıdır. İş materiallarından açıq şəkildə göründüyü kimi, indiki halda mübahisələndirilən qərarlarının həqiqiliyinin təsdiqi qanunvericilikdə müəyyən edilmiş qaydada mümkün olmadığından, qanunun imperativ normasına əsasən, Göndərən tərəfindən göndərilməmiş hesab edilməlidir. Cavabdeh inzibati orqan mübahisə predmeti olan qərarın elektron sənəd kimi elektron qaydada iddiaçıya təqdim edildiyini əsas gətirməklə iddiaçı tərəfindən həmin qərarın mübahisələndirməsi üçün iddia müddətinin ötürüldüyünü bildirir. Halbuki, cavabdeh inzibati orqanının həmin qərarların “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 21 və 27-ci maddələrinin tələbinə uyğun qaydada tərtib edilməsi iş materialları ilə təsdiq olunmur. Mübahisələndirilən qərarlar elektron üsulla iddiaçıya çatdırılmış olsa da, qərar gücləndirilmiş elektron imza vasitələrindən istifadə edilməklə imzalanmadığından, həmçinin kriptoqrafik kod olmadığından, elektron üsulla iddiaçıya çatdırılmış qərarın həqiqiliyinin müəyyən edilməsi mümkün deyil. Nəticə etibarilə, qərar həmin qərarı imzalamaq səlahiyyəti olan vəzifəli şəxsə məxsus gücləndirilmiş elektron imza vasitəsilə imzalanmamaqla, başqa sözlə, elektron sənəd kimi tərtib edilməmişdir. Habelə, cavabdeh inzibati orqanının mübahisələndirilən qərarlarının kağız daşıyıcıda tərtib edilmiş formasının iddiaçıya çatdırılması ilə bağlı isə məhkəməyə ümumiyyətlə sübutlar təqdim edilməmişdir. Beləliklə bu başlıqda qeyd edilənlərə məcmu qiymətləndirdikdə, iş materiallarındakı sənədlərlə cavabdeh inzibati orqanının mübahisələndirilən qərarlarının iddiaçıya ümumiyyətlə təqdim edilməsi sübuta yetirilmir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz ərizəsi daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. İddiaçının vəkilinə (nümayəndəsinə) hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, sonuncu məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə iddiaçının vəkilinin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

20. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

22. Göründüyü kimi birinci instansiya məhkəməsinin mövqeyinə əsasən iddia tələbi mübahisələndirilən aktlardan şikayət verilməsi ilə bağlı müddətin ötürülməsi əsası ilə qeyrimümkün sayılmış, apellyasiya şikayətində iddia tələbinin mümkün sayılmaqla mahiyyəti üzrə baxılması xahiş olunmuşdur.

23. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

24. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (qərarın 1.1, 1.3, 1.4, 2.1 və 2.3-cü bəndləri).

26. Hazırki halda iddiaçı cavabdeh orqan tərəfindən qəbul edilmiş və onun barəsində əlverişsiz xarakter daşıyan 6 inzibati aktı- qərarı mübahisələndirmək üçün buraxılmış prosessual müddətin bərpa olunmasına nail olmaq istəyir. İddiaçı həmin qərarlardan tamamilə məlumatsız olduğunu bildirsə də, birinci instansiya məhkəməsi ərizəni təmin etməmiş, onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarlar xx.xx.2017, xx.xx.2018, xx.xx.2023, xx.xx.2021-ci il tarixlərdə cavabdeh orqan tərəfindən iddiaçının elektron kabinetinə göndərilmişdir. Həmin qərarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən, 3 iş günü müddətində iddiaçıya lazımi qaydada çatdırılmış sayılır və iddiaçı həmin qərarların mübahisələndirilməsi üçün prosessual müddəti ötürmüşdür. Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, iddiaçı hazırda mübahisələndirilən qərarlar barədə məlumatlı olmuş, yəni mübahisələndirilmiş qərarlar onun elektron kabinetinə yüklənmiş, iddiaçı tərəf isə həmin qərarlarla tanış olmuşdur.

27. Həmçinin, sözügedən hesabatdan görünür ki, xx.xx.2017-ci il tarixli **********030800 nömrəli və xx.xx.2018-ci il tarixli **********759300 nömrəli qərarların oxunma tarixi qrafalarında həmin qərarların iddiaçı tərəf tərəfindən oxunması tarixinə dair heç bir qeyd yoxdur. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli **********030800 nömrəli və xx.xx.2018-ci il tarixli **********759300 nömrəli qərarlar barədə Goranboy Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Tələbin icraya yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixli Qərar qəbul edildikdən sonra iddiaçı tərəfin həmin qərarlarla tanış olub-olmamasının müəyyən edilməsi ilə bağlı Goranboy Rayon İcra və Probasiya Şöbəsinə sorğu verilmiş, həmin sorğuya xx.xx.2024-cü il tarixli R.Q.37068/2020 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, xx.xx.2020-ci il tarixli icra sənədinin könüllü icra edilməsi haqqında qərarla icraata başlanılmış, həmin tarixdə borclu tərəfə “Bildiriş” göndərilmiş və məhkəmə qərarı üzrə məsuliyyət izah edilmişdir.

28. Məhkəmə kollegiyası xx.xx.2017-ci il tarixli **********030800 nömrəli və xx.xx.2018-ci il tarixli **********759300 nömrəli qərarlara münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.

29. Belə ki, cavabdeh orqan tərəfindən xx.xx.2017-ci il tarixli **********030800 nömrəli və xx.xx.2018-ci il tarixli **********759300 nömrəli qərarlar barədə Tələbin icraya yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixli qərar qəbul edildikdən sonra iddiaçı cəmiyyətin həmin qərarlarla tanış olub-olmamasının müəyyən edilməsi ilə bağlı Goranboy Rayon İcra və Probasiya Şöbəsinə sorğu verilmiş, həmin sorğuya xx.xx.2024-cü il tarixli R.Q.37068/2020 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, xx.xx.2020-ci il tarixli icra sənədinin könüllü icra edilməsi haqqında qərarla icraata başlanılmış, həmin tarixdə borclu tərəfə “Bildiriş” göndərilmiş və məhkəmə qərarı üzrə məsuliyyət izah edilmişdir. Bu hal, məhkəmə sorğusu nəticəsində əldə edilmiş və iş materiallarına əlavə edilmiş 37068/2020- 9-3-001 nömrəli icra işi materialları ilə də öz təsdiqini tapır.

30. Bundan başqa Goranboy Rayon İcra və Probasiya Şöbəsi tərəfindən təqdim edilmiş icra işinin təsdiq olunmuş surətinə əlavə edilən "xxxx" ASC-nin baş direktoru vəzifəsində işləyən X2 izahatında qeyd etmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********759100 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, cavabdeh İddiaçı ASCdən ümumilikdə 18.101,98 manat məbləğində vergi borcu tutulub dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa 12 saylı Ərazi Vergilər Baş İdarsəinin **********123800 saylı, xx.xx.2021-ci il tarixli icra səndinə əsasən, "xxxx" MMC-dən cəmi olaraq 72.647,87 manat pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********759100 saylı, xx.xx.2020-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı bildirilir ki, İddiaçı ASC-nin vergi borcu hal-hazırda 14.956,85 manat təşkil edir. Həmin qalıq borc olan 14.956,85 manat məbləğində vergi borcunun araşdırılması ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət olunmuş, hazırda müraciət əsasında araşdırma aparılır. Odur ki, həmin X7 aparılan araşmanın nəticəsi məlum olana kimi qeyd olunan icra sənədinin icrası ilə bağlı əlavə olaraq vaxt verilməsi xahiş olunur. Bundan başqa digər vergi borcu olan, yəni 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********123800 saylı, xx.xx.2021-ci il tarixli icra səndinə əsasən, ödənilməli olan 72.647,87 manat məbləğində vergi borcunun araşdırılması ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət olunacaq və nəticəsi barədə məlumat vericələcək. Odur ki, həmin X7 nəticə məlum olana kimi qeyd olunan icra sənədinin icrası ilə bağlı əlavə olaraq vaxt verilməsi xahiş olunur.

31. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.

32. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, xx.xx.2017-ci il tarixli **********030800 nömrəli və xx.xx.2018-ci il tarixli **********759300 nömrəli qərarlar barədə iddiaçı məlumatlı olduğundan həmin qərarlar üzrə prosessual müddətin bərpasından imtinaya dair birinci instansiya məhkəməsi tərəfindən düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qeyd edilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35,68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-670/2024 nömrəli qərardadı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2017-ci il tarixli **********030800 nömrəli və xx.xx.2018-ci il tarixli **********759300 nömrəli qərarlarının iddiaçı tərəfindən mübahisələndirməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi və iddia tələbinin həmin hissədə mümkün sayılmamasına dair hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardadan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar