Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-887/2023 27.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, “qərarın etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(114)-4414/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı və X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə Daşkəsən RAİK-nın qərarın etibarsız hesab edilməsi və ********** nömrəli qeydin ləğv edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X4 və mərhum əri X5 birgə yaşayış dövründə Daşkəsən rayonu, Xoşbulaq kənd ərazisində 0,20 ha torpaq sahəsində iki yaşayış otaqları, köməkçi sahə, tövlə və əl damı inşa etmişlər.İddiaçının mərhum əri X2 adına xx.xx.1987-ci il tarixli qeydiyyat vəsiqəsi tərtib edilmişdir və iddiaçının həyat yoldaşı 1996-cı ildə vəfat etdikdən sonra torpaq vergisini özü ödəmişdir. İddiaçıya 2022-ci ildə məlum olmuşdur ki, 1,0 ha torpaq sahəsində yerləşən iki yaşayış otaqları, köməkçi sahə, tövlə və əl damı iddiaçının oğlu S.Allahverdiyevin mülkiyyətindədir. Xoşbulaq kəndində yerləşən 1 ,0 ha həyətyanı torpaq sahəsinə dair onun adına Daşkəsən rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən xx.xx.2002- ci il tarixli JN-043A saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir. Daşkəsən rayon İcra Hakimiyyətinin başçısının Zağalı inzibati ərazi üzrə nümayəndəliyin xx.xx.2008-ci il tarixli 439 saylı arayışı əsasında S.Allahverdiyevə xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçının Daşkəsən rayon Dövlət Arxivindən aldığı xx.xx.2022-ci il tarixli arxiv arayışı ilə təsdiq olunur ki, iddiaçının əri X2 adına Daşkəsən rayon Xoşbulaq kənd ərazisində 0,20 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 0,60 kv.m qeydə alınıbdır.İddiaçının dövlət arxivindən aldığı xx.xx.2022-ci il tarixli arxiv arayışı təsdiq edir ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının sənədləri Daşkəsən rayon Dövlət Arxivinin fonduna təhvil verilməyib. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4414/2023 nömrəli qərardadı ilə (hakim E.Axundov) iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(114)-1264/2023 nömrəli qərardadı ilə İddiaçı və X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı qərarın etibarsız hesab edilməsi və qeydin ləğv edilməsi barədə iddia tələbi mümkün sayılmamış və həmin qərardad qanuni qüvvəsini almışdır. Eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair işlə bağlı qanuni qüvvəsini almış məhkəmə qərardadı mövcud olduğundan, hazırkı iddia tələbi mümkün sayıla bilməz. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iddiaçılar iştirak etməmiş, iddiaçının nümayəndəsi E.Osmanov ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək şikayətə etiraz etdiyini bildirdi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad qismən ləğv edilərək inzibati iş ləğv edilən hissədə mümkünlük şərtlərinin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İş materillarınıda olan Gəncə İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2- 1(114)-1264/2023 nömrəli qərardadından məlum ki, iddiaçılar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizə ilə müraciət edərək Daşkəsən RAİK-nın xx.xx.1998-ci il tarixli, 01 nömrəli qərarının qismən etibarsız hesab edilməsini və qeydin ləğv edilməsini tələb etmiş, məhkəmə qərarın- inzibati aktın mübahisələndirilmə imkanının artıq mümkün olmaması əsası ilə iddia tələbini mümkün saymamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qərarın qismən etibarsız hesab edilməsi hissəsinə hüquqi qiymət verilmiş, lakin çıxarışla bağlı hissəsi üzrə heç bir qiymətləndirilmə aparılmamışdır. Hazırki tələbində iddiaçı yenidən inzibati aktın etibarsızlığı ilə yanaşı çıxarışı da mübahisələndirmiş, həmin tələblə bağlı inzibati orqana ilkin müraciət də təqdim edilmişdir. Kollegiya hesab edir ki, qeyd olunan qərardada əsasən hazırki iddia tələbinin çıxarışın ləğv edilməsinə dair hissəsinin mümkün sayılmaması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı hesab oluna bilməz. Belə ki, məhkəmə aktı ilə qeyd olunan hissəyə hüquqi qiymətin verilməsi müəyyən olunmur. Digər tərəfdən qeyd olunan hissə üzrə iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13-cü maddəsinin tələbi baxımından məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Başqa sözlə, prosessual qanunvericiliyin tələbi baxımından, iddiaçı yanlış iddia növü ilə məhkəməyə müraciət etdikdə belə onun münasibi ilə əvəz olunmasını təklif etmək, bu barədə iddiaçıya yardım etmək məhkəmənin vəzifəsidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 №-li Qərarında göstərmişdir ki, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər (3.3, 3.4, 3.5 bəndləri). Beləliklə, məhkəmə tərkibi hesab edir ki, iddiaçılаrın iddia tələbi üzrə hüquqi marağı müəyyən olunmalı, yardım edilməklə ərizədə qeyd olunan çatışmamazlıqlar izah edilməli, tələbinin dəqiqləşdirilməsi təklif olunmalı, bundan sonra iddianın mümkülüyünə hüquqi qiymət verilməlidir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2014cü il tarixli Plenum qərarında vurğulanmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumu İPMin 13-cü maddəsinin hansı instansiya məhkəməsində tətbiqi ilə bağlı göstərişin olmamasını qanunverici tərəfindən apellyasiya məhkəmələrinə apellyasiya icraatı ilə yanaşı, bir sıra kateqoriyadan olan inzibati mübahisələrə birinci instansiya məhkəməsi kimi baxmaq səlahiyyətinin verilməsi ilə əlaqələndirir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər. Eyni zamanda qeyd edilməlidir ki, İPM-in 11-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli qərarının 3.5-ci bəndində qeyd edilmişdir ki, “apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4414/2023 nömrəli qərardadı iddia tələbinin çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsinin mümkün sayılmaması hissəsində ləğv edilsin. Yeni qərardad qəbul edilməklə iş materialları həmin hissədə mümkünlük şərtlərinin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəhman Muradov, Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2-1(104)-887/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-887/2023
27.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver