Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-90/2025 21.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X5 iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına(bundan sonra- cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(114)-232/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq şifahi məhkəmə baxışı iclasında baxılmışdır. İşin halları İddiaçı xx.xx.1961-ci il tarixdə Goranboy rayonu, Borsunlu kəndində doğulmuşdur. İddiaçıya məxsus DT-İ seriyalı, 756196 nömrəli diploma əsasən müəyyən edilir edilir ki, o, 1978-ci ildə Kirovabad politexnik texnikumuna daxil olmuş, 1982-ci ildə həmin texnikumun sənaye müəssisələrin və qurğularının elektrik avadanlığı ixtisası üzrə tam kursu bitirmiş, Dövlət ixtisas komissiyasının 27 fevral 1982-ci il tarixli qərarı ilə ona texnikelektrik ixtisası verilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş 20 avqust 2018-ci il tarixli, 371/5 nömrəli arayışda, iddiaçının xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək sanitar, xx.xx.1987-ci il tarixdən 16 iyul 1987-ci il tarixədək aşpaz, 16 iyul 1987-ci ildə isə mətbəx işçisi vəzifəsində işləməsi qeyd olunmuşdur. 29 oktyabr 2018-ci il, ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1988-ci tarixdən xx.xx.1992-ci il tarixədək “X11” İB-də süpürgəçi, daha sonra "xxxx" ASC-də (keçmiş Kirovobad Alüminium zavodu) xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cı il tarixədək Məişət Xidmət Sahəsində iş paltarlarının yuyulması ilə məşğul olan maşinist, xx.xx.1999cu il tarixdən, xx.xx.2006-cı il tarixədək X6 4-cü dərəcə ilə elektrik çilingəri, xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək X6 elektrik sazlayıcısı işləmişdir. 26 iyul 2013-cü il tarixli, 54 nömrəli "xxxx" ASC tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, iddiaçının "xxxx" ASC Gəncə X2 xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixədək maşinist işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında 2110A030-14042 kodu ilə nəzərdə tutulmuş zəhərli maddələrlə zəhərlənmiş xüsusi geyimin yuyulması ilə məşğul olan xüsusi geyimin yuyulması və təmiri üzrə maşinist peşəsinə (X bölmə, yarımbölmə 10a. Kimya istehsalatı) və xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi elektrik çilingəri vəzifəsi həmin Siyahıda 2140000a-18455 kodu ilə nəzərdə tutulmuş qazanxana, turbin avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işinin təmin edən ölçü vasitələri və elektrik montyorları, bütün adlarda elektrik çilingərləri (Xİİİ bölmə, yarımbölmə 13a.Elektrik stansiyaları, enerji qatarları və buxar güc təsərrüfatı) vəzifəsinə uyğundur. İddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh 08 oktyabr 2021-ci il tarixli, **********9 nömrəli imtina məktubu ilə bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metallurgiya istehsalatı bölməsinin müvafiq bəndində elektrik çilingəri vəzifəsi nəzərdə tutulmadığından həmin dövrlərin güzəştli staja daxil edilməsi mümkün deyildir. Güzəştli staj 12 il 06 aydan az olduğundan (06 il 11 ay 03 gün(xx.xx.1992 - xx.xx.1999)) İddiaçı güzəştli şərtlərlə pensiya hüququ yoxdur. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Nizami rayon şöbəsinin 50/107 nömrəli, xx.xx.2014-cü il tarixli qərarı ilə iddiaçıya xx.xx.2012-ci il tarixindən 2-ci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixədək davam etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdeh inzibati orqana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş illərinin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ümumi və güzəştli iş stajını təsdiq edən sənədlər təqdim edildiyi halda cavabdeh əsassız olaraq pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair yazılı etiraz onun imtina məktubunun dəlillərinə uyğun əsaslandırılmışdır. Gəncə İnzibati Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2- 1(114)-232/2022 nömrəli iş üzrə qəbul etdiyi 05 may 2022-ci il tarixli qərarı ilə (hakim E.Axundov) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş güzəştli arayışda vətəndaşın müvafiq vəzifəsi (elektrik çilingəri) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 nömrəli Qərarının elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı bölməsinin müvafiq bəndində olan elektrik çilingəri vəzifəsi (2140000a-18455) ilə uyğunlaşdırılmışdır. Halbuki "xxxx" ASC-nin fəaliyyət sahəsi metallurgiya sahəsi üzrədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (7) giltorpaq istehsalatı bəndində (7.29) təmirçi çilingər vəzifəsi nəzərdə tutulmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi elektrik çilingəri vəzifəsi yuxarıda qeyd olunan təmirçi çilingər vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-nin Gəncə X2 X6 elektrik çilingəri vəzifəsində işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməsi və bu əsasla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh orqan maddi hüquq normalarını qəsdən təhrif edir. Qadınlar üçün güzəştli şərtlərlə iş stajı 12 il 6 ay deyil, 10 ildir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Qanununun 13-cü maddəsinin "b" bəndində uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdeh orqanın iddiaçıya təqdim etdiyi imtina məktubunda xx.xx.1999-xx.xx.2006-cı illərdə "X7 Sahəsi"nin X6 elektrik çilingəri vəzifəsində işləyibişləməməyi deyil, bu müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 10 illik müddətə daxil edilib-edilməməsidir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (7) giltorpaq istehsalatı bəndində (7.29) bəndində elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorlarının güzəştli şərtlərlə pensiya almaq hüquq vardır. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, xx.xx.1999xx.xx.2006-cı illərdə elektrik çilingəri (montyoru) işləmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Dəlilləri, iddia tələbinə etirazın dəlilləri ilə eyni olan cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayətinə yazılı etirazda əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçının xx.xx.1999 cu ildən xx.xx.2006-cı ilədək əmək fəaliyyəti güzəştli staja aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı üçün həmin illər güzəştli staj kimi nəzərə alınmamışdır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 28.640 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 18.998,78 manat təşkil edir. Qeyd olunan səbəblərdən iddiaçıya Qanunun istər xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş, istərsə də hazırki redaksiyasına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-35/2023 nömrəli iş üzrə qəbul etdiyi 26 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər – R.Mamedov (sədrlik edən və məruzəçi), A.Bayramov və A.İsgəndorava) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-232/2022 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.1999-cu il tarixdən, xx.xx.2006cı il tarixədək Gəncə X2 işlədiyi illəri nəzərə alıb, ona güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "xxxx" ASC-nin 26 iyul 2013-cü il tarixli arayışına əsasən, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-nin X2 X6 elektrik çilingəri vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının növbətçi və avandanlığın təmiri üzrə elektrik çilingəri vəzifəsi (2140100a-19931) ilə uyğunlaşdırılmışdır. Həmçinin "xxxx" ASC-dən daxil olmuş məktuba görə İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-nin struktur vahidi olan Gəncə “Gil-Torpaq” X3 Elektrik Mərkəzində elektrik montyoru peşəsində işləmişdir. Bu sahə metallurgiya istehsalat sahəsinə aid buxar güc, qazanxana, turbin avandanlıqları və s. olan təsərrüfat sahəsidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarında (2 saylı siyahısı, 8-ci bölmə, 13a yarımbölmə, 214000a-18455) İddiaçı işlədiyi peşənin adı güzəştli şərtlərlə pensiya təyini üzrə nəzərdə tutulmuş siyahıda əksini tapmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının işlədiyi sahə üzrə müvafiq koda və "xxxx" ASC-nin məktubunda qeyd olunan koda aydınlıq gətirilməmişdir. Bununla bağlı apellyasiya məhkəməsi "xxxx" ASC-yə sorğu ünvanlamış, lakin həmin müəssisə də məhkəmənin sorğularına aydınlıq gətirməmişdir ki, bu hal isə iddiaçının ziyanına şərh edilə bilməz. Buna görə də iddiaçının işlədiyi elektrik çilingəri vəzifəsi növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingər vəzifəsinə (2140100a-19931) uyğundur və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1399/2023 nömrəli iş üzrə qəbul etdiyi 13 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər – N.Rəsulbəyova (sədrlik edən və məruzəçi), İ.Hüseynov və K.Bədəlov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv olunmuş və iş təkrar apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının tələbi pensiya təyini ilə bağlı olduğundan, onun hansı yaşdan pensiya hüququnun yarandığı məsələsinə aydınlıq gətirilməli və bu istiqamətdə iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım edilməlidir. Eyni zamanda, işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən qərarın nəticə hissəsində iddiaçının pensiya hüququnun yarandığı tarix göstərilməməklə yanaşı, pensiya ödənişinin də hansı tarixdən aparılmalı olduğu qeyd edilməmişdir (bu halda “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi nəzərə alınmalıdır). Bundan əlavə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə onun 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajı olmalıdır. İddiaçının ümumi stajının mövcudluğu tərəflər arasında işin mübahisələndirilməyən hallarına aiddir. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə pensiya təyinindən imtina zamanı yalnız güzəştli iş stajının tələb olunan müddətdən az olmasına istinad etmişdir ki, bu zaman onun xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi elektrik çilingəri vəzifəsinin Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmadığına istinad etmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının işlədiyi illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı qüvvədə olmuşdur. Bundan əlavə, iddiaçının cavabdeh orqana pensiya təyini ilə bağlı müraciət etdiyi zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Beləliklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Hazırkı iş üzrə iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim edilmiş arayış mövcuddur (iş v. 11-12) və həmin arayışa əsasən mübahisəli dövrdə iddiaçının işlədiyi elektrik çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında 2140000a-18455 kodu ilə nəzərdə tutulmu qazanxana, turbin avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işinin təmin edən ölçü vasitələri və elektrik montyorları, bütün adlarda elektrik çilingərləri (Xİİİ bölmə-Elektrik stansiyaları, enerji qatarları və buxar güc təsərrüfatı) vəzifəsinə uyğundur. Göründüyü kimi, arayışda iddiaçının işlədiyi elektrik çilingəri vəzifəsinin 2140000a-18455 koduna uyğunlaşdırıldığı qeyd edilmişdir. Buna baxmayaraq, apellyasiya instansiya məhkəməsinin qərarında iddiaçının işlədiyi vəzifənin arayışda 2140100a-19931 koduna uyğun olduğu qeyd edilmişdir (iş v. 162). Halbuki, arayışın məzmununda belə bir uyğunlaşdırma qeyd edilməmişdir. Bununla yanaşı, işə baxan məhkəmənin özü də iddiaçının işlədiyi vəzifəni həmin koda uyğunlaşdırmışdır. İlk növbədə qeyd olunmalıdır ki, 2140100a-19931 kodu ümumiyyətlə 2 nömrəli Siyahıda nəzərdə tutulmayıb. Ehtimal ki, məhkəmə texniki səhvə yol verərək 2040100a-19931 kodu əvəzinə “2140100a-19931” qeyd etmişdir. Bununla yanaşı, 2040100a-19931 kodu ilə də “növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərləri (çilingərlər)” nəzərdə tutulmuşdur ki, həmin kod Metallurgiya bölməsinin (qara metallar) Domna istehsalı yarımbölməsinə aiddir. Hazırkı halda iş materiallarında iddiaçının işlədiyi elektrik çilingəri peşəsinin nə qazanxana, turbin avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işinin təmin edən ölçü vasitələri və elektrik montyorları, bütün adlarda elektrik çilingərləri (Xİİİ bölmə-Elektrik stansiyaları, enerji qatarları və buxar güc təsərrüfatı;kod:2140000a-18455) vəzifəsinə uyğunluğunu, nə də, növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərləri (çilingərlər) vəzifəsinə (İİİ bölmə-Metallurgiya(qara metallar);Domna istehsalı yarımbölməsi; kod: 2040100a-19931) uyğunluğunu təsdiq edən sənədlər yoxdur. Onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğunu (eyniliyini) işin konkret hallarına (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) istinad edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Lakin, işə baxan apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd olunan qaydada hərəkət etməmiş, güzəştli arayışın məzmunu, o cümlədən özünün uyğunlaşdırdığı vəzifə ilə bağlı müvafiq araşdırma aparmamış, sorğuya verilmiş cavabın aydın olmaması halını iddiaçının xeyrinə şərh edərək iddia tələbini təmin etmiş, bununla da, İPM-in 12.1-maddəsinin tələbləri pozmaqla işə baxmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-91/2024 nömrəli iş üzrə qəbul etdiyi 15 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər – A.Hüseynzadə (sədrlik edən və məruzəçi), R.Muradov və Ş.Rzaquliyev) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-232/2022 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə X14 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiqlənmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısında 2140000a-18455 kodunda qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşələri Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı sahəsinə aid edilməklə, həmin sahənin əlvan metallurgiya sahəsi hesab olunan Gil-torpaq X3 Elektrik Mərkəzində ayrıca mövcud olması 1 nömrəli Siyahının 2140000a-18455 kodunda qeyd olunan peşənin iddiaçıya da aid edilməklə, güzəştli şərtlərlə pensiya hüququ verən peşə hesab edilməsinə əsas verməkdədir. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-2176/2024 nömrəli iş üzrə qəbul etdiyi 05 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər – Z.Quliyev (sədrlik edən və məruzəçi), S.Kərimov və R.Nəbizadə) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 15 mart 2024-cü il tarixli qərarı ləğv olunmuş və iş təkrar apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının tələbi pensiya təyini ilə bağlı olduğundan, onun hansı yaşdan pensiya hüququnun yarandığı məsələsinə aydınlıq gətirilməli və bu istiqamətdə iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım edilməlidir. Eyni zamanda, işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən qərarın nəticə hissəsində iddiaçının pensiya hüququnun yarandığı tarix göstərilməməklə yanaşı, pensiya ödənişinin də hansı tarixdən aparılmalı olduğu qeyd edilməmişdir (bu halda “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi nəzərə alınmalıdır). “Bundan əlavə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə onun 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajı olmalıdır.” İddiaçının ümumi stajının mövcudluğu tərəflər arasında işin mübahisələndirilməyən hallarına aiddir. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə pensiya təyinindən imtina zamanı yalnız güzəştli iş stajının tələb olunan müddətdən az olmasına istinad etmişdir ki, bu zaman onun xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi elektrik çilingəri vəzifəsinin Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmadığına istinad etmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının işlədiyi illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı qüvvədə olmuşdur. Bundan əlavə, iddiaçının cavabdeh orqana pensiya təyini ilə bağlı müraciət etdiyi zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.” Beləliklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.” Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Hazırki iş üzrə iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim edilmiş arayış mövcuddur (iş v. 11-12) və həmin arayışa əsasən mübahisəli dövrdə iddiaçının işlədiyi elektrik çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında 2140000a-18455 kodu ilə nəzərdə tutulmuş qazanxana, turbin avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işinin təmin edən ölçü vasitələri və elektrik montyorları, bütün adlarda elektrik çilingərləri (Xİİİ bölmə-Elektrik stansiyaları, enerji qatarları və buxar güc təsərrüfatı) vəzifəsinə uyğundur. Göründüyü kimi, arayışda iddiaçının işlədiyi elektrik çilingəri vəzifəsinin 2140000a-18455 koduna uyğunlaşdırıldığı qeyd edilmişdir. Buna baxmayaraq, apellyasiya instansiya məhkəməsinin qərarında iddiaçının işlədiyi vəzifənin arayışda 2140100a-19931 koduna uyğun olduğu qeyd edilmişdir (iş v. 162). Halbuki, arayışın məzmununda belə bir uyğunlaşdırma qeyd edilməmişdir. Bununla yanaşı, işə baxan məhkəmənin özü də iddiaçının işlədiyi vəzifəni həmin koda uyğunlaşdırmışdır.” İlk növbədə qeyd olunmalıdır ki, 2140100a-19931 kodu ümumiyyətlə 2 nömrəli Siyahıda nəzərdə tutulmayıb. Ehtimal ki, məhkəmə texniki səhvə yol verərək 2040100a19931 kodu əvəzinə “2140100a-19931” qeyd etmişdir. Bununla yanaşı, 2040100a-19931 kodu ilə də “növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərləri (çilingərlər)” nəzərdə tutulmuşdur ki, həmin kod Metallurgiya bölməsinin (qara metallar) Domna istehsalı yarımbölməsinə aiddir. Hazırkı halda iş materiallarında iddiaçının işlədiyi elektrik çilingəri peşəsinin nə qazanxana, turbin avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işinin təmin edən ölçü vasitələri və elektrik montyorları, bütün adlarda elektrik çilingərləri (Xİİİ bölmə-Elektrik stansiyaları, enerji qatarları və buxar güc təsərrüfatı; kod:2140000a-18455) vəzifəsinə uyğunluğunu, nə də, növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərləri (çilingərlər) vəzifəsinə (İİİ bölmə -Metallurgiya(qara metallar); Domna istehsalı yarımbölməsi; kod: 2040100a-19931) uyğunluğunu təsdiq edən sənədlər yoxdur. Onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.” Bundan əlavə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğunu (eyniliyini) işin konkret hallarına (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) istinad edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.” Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin sözügedən göstərişlərinə riayət olunmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-91/2024 saylı qərarının “Hüquqi məsələlər və əsaslandırma” hissəsində apellyasiya məhkəməsi göstərmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiqlənmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısında 2140000a-18455 kodunda qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşələri Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı sahəsinə aid edilməklə, həmin sahənin əlvan metallurgiya sahəsi hesab olunan Gil-torpaq X3 Elektrik Mərkəzində ayrıca mövcud olması 1 nömrəli Siyahının 2140000a- 18455 kodunda qeyd olunan peşənin iddiaçıya da aid edilməklə, güzəştli şərtlərlə pensiya hüququ verən peşə hesab edilməsinə əsas verməkdədir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı güzəştli şərtlərə pensiya hüququ verən yaş həddinə çatmaqla, ümumilikdə 25 ildən artıq əmək stajına, o cümlədən "xxxx" ASC-də (keçmiş Kirovobad Alüminium zavodunda) xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Məişət Xidmət Sahəsində iş paltarlarının yuyulması ilə məşğul olan maşinist, xx.xx.1999-cu il tarixdən, xx.xx.2006-cı il tarixədək X6 elektrik çilingəri, yəni 13 ildən artıq güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işləməklə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır.” Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarlarında yazılmış məcburi göstərişlərdən biriiddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməsi ilə əlaqədar olmuşdur. Lakin apellyasiya məhkəməsi belə bir güzəştli arayış (iş səh. 254-255) tələb etsə də, həmin güzəştli arayışda iddiaçının konkret nə etdiyi görünmür, eyni zamanda görülən işin müvafiq kodlara uyğun olubolmaması da bəlli deyildir, belə ki, güzəştli arayışda yalnız vəzifə və Kod göstərilmişdir. Yəni, iddiaçının etdiyi işlər hansı iş funksiyalarına aid edilməsi müəyyən edilməmiş və araşdırılmamışdır. Ümumiyyətlə bunlar metallurgiya sahəsinə aid edilib-edilməməsi də araşdırılmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, Ali Məhkəmənin göstərişlərindən digəri də, yəni iddiaçının pensiya hüququnun hansı yaşdan yarandığı məsələsinə aydınlıq gətirilməsi də icra edilməmiş, belə ki, apellyasiya məhkəməsi xx.xx.2024-cü il tarixli qərarından iddiaçıya hansı yaşdan güzəştli pensiya təyin edilməsi ümumiyyətlə bilinmir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının real gördüyü işlər onun əmək kitabçasında göstərilənlərə nəticə etibarı ilə də sözügedən Kodlara uyğun olub-olmaması tam və hərtərəfli olaraq araşdırılmamışdır. Digər tərəfdən işin 11-12-ci səhifələrində olan "xxxx" ASC-nin 26 iyul 2013-cü il tarixli, 54 saylı arayışında qeyd edilmiş elektrik çilingəri vəzifəsinin hansı sahəyə mənsub olması məsələsi də araşdırılmamışdır. Həmçinin həmin arayışda “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı” adında sahəsinin "xxxx" ASC-də olub-olmaması da tam və hərtərəfli araşdırılmamışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 96.11 Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və Ali Məhkəmənin hazırki iş üzrə hüquqi mövqeyini nəzərə almaqla qeyd edir ki, hazırki inzibati mübahisəyə mahiyyəti üzrə tam həcmdə baxılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh inzibati orqanın nümayəndələri Nümayəndə2 və X10 cavabdeh inzibati orqanının imtinasının dəlillərinə uyğun izahat vermişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyaya əsasən: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyaya əsasən: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixdən etibarən qüvvədə olan redaksiyaya əsasən: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 32.1-1 (hazırda qüvvədə olan redaksiyada). Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” Xİİİ bölmə, 13 a yarımbölmə. Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı 2140000a-18455 Qazanxana, turbin avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektik mantyorları, bütün adlarda olan elektrik çilingərləri. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Hazırki apellyasiya baxışının icraatı zamanı iddiaçı “iddia tələbinin dəyişdirilməsi” barədə ərizə ilə Məhkəməyə müraciət edərək, 22 sentyabr 2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası aldığı üçün xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin, xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Qeyd olunan ərizə Məhkəmənin 07 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə iclasının protokol qərardadına əsasən icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 20 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 10 ilini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplaması. Cavabdeh, iddiaçıya pensiya təyin etməkdən imtina etmə səbəbi kimi, iddiaçının xx.xx.1999 - xx.xx.2006-cı il tarixlərində Gəncə Giltorpaq X3 Elektrik Mərkəzində işlədiyi elektrik çilingəri vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metallurgiya istehsalatı bölməsinin müvafiq bəndində nəzərdə tutulmadığından həmin dövrlərin güzəştli staja daxil edilməsinin mümkün olmaması və güzəştli stajın 12 il 06 aydan az (06 il 11 ay 03 gün- xx.xx.1992 - xx.xx.1999) olmasını göstərmişdir. Məhkəmə bildirir ki, cavabdehin mövqeyi iş materiallarına uyğun deyildir. İşin müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Belə ki, iddiaçıya məxsus DT-İ seriyalı, 756196 nömrəli diploma əsasən müəyyən edilir edilir ki, o, 1978-ci ildə Kirovabad politexnik texnikumuna daxil olmuş, 1982-ci ildə həmin texnikumun sənaye müəssisələrin və qurğularının elektrik avadanlığı ixtisası üzrə tam kursu bitirmiş, Dövlət ixtisas komissiyasının 27 fevral 1982-ci il tarixli qərarı ilə ona texnik-elektrik ixtisası verilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş 20 avqust 2018-ci il tarixli, 371/5 nömrəli arayışda, iddiaçının xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək sanitar, xx.xx.1987-ci il tarixdən 16 iyul 1987-ci il tarixədək aşpaz, 16 iyul 1987-ci ildə isə mətbəx işçisi vəzifəsində işləməsi qeyd olunmuşdur. 29 oktyabr 2018ci il, ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1988-ci tarixdən xx.xx.1992-ci il tarixədək “X11” İB-də süpürgəçi, daha sonra "xxxx" ASC-də (keçmiş Kirovobad Alüminium zavodu) xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cı il tarixədək Məişət Xidmət Sahəsində iş paltarlarının yuyulması ilə məşğul olan maşinist, xx.xx.1999-cu il tarixdən, xx.xx.2006-cı il tarixədək X6 4-cü dərəcə ilə elektrik çilingər, xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək X6 elektrik sazlayıcı işləmişdir. Qeyd olunanlara əsasən müəyyən olunur ki, iddiaçının ümumi iş stajı 20 ildən artıqdır və həmin stajın ən azı 10 ilini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə, yəni elektrik çilingəri kimi işləyərək toplamışdır. İddiaçının güzəştli iş stajı ilə bağlı Məhkəmə bildirir ki, cavabdeh, imtinasında iddiaçının ümumi iş stajını mübahisələndirməmiş, imtinasını yalnız güzəştli iş stajı ilə bağlı yuxarıda qeyd edilən iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrün ona xüsusi iş stajı kimi qəbul etməməklə mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının pensiya hüququ 52 yaşında, yəni xx.xx.2013-cü ildə yaranmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyaya əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə pensiya təyinindən imtina zamanı yalnız güzəştli iş stajının tələb olunan müddətdən az olmasına istinad etmişdir ki, bu zaman onun xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi elektrik çilingəri vəzifəsinin Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmadığına istinad etmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının işlədiyi illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı qüvvədə olmuşdur. Hazırkı iş üzrə iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim edilmiş arayış mövcuddur (iş vər. 11-12) və həmin arayışa əsasən mübahisəli dövrdə iddiaçının işlədiyi elektrik çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında 2140000a-18455 kodu ilə nəzərdə tutulmuş qazanxana, turbin avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işinin təmin edən ölçü vasitələri və elektrik montyorları, bütün adlarda elektrik çilingərləri (Xİİİ bölmə-Elektrik stansiyaları, enerji qatarları və buxar güc təsərrüfatı) vəzifəsinə uyğundur. Göründüyü kimi, arayışda iddiaçının işlədiyi elektrik çilingəri vəzifəsinin 2140000a-18455 koduna uyğunlaşdırıldığı qeyd edilmişdir. Hazırki iş üzrə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarında yazılmış məcburi göstərişlərdən biri, iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməsi ilə əlaqədar olmuşdur. Əvvəlki apellyasiya icraatında belə bir güzəştli arayış (iş vər. 254-255) tələb edilsə də, həmin güzəştli arayışda iddiaçının konkret nə etdiyi görünmür, eyni zamanda görülən işin müvafiq kodlara uyğun olub-olmaması da bəlli deyildir, belə ki, güzəştli arayışda yalnız vəzifə və Kod göstərilmişdir. Yəni, iddiaçının etdiyi işlər hansı iş funksiyalarına aid edilməsi müəyyən edilməmiş və araşdırılmamışdır. Ümumiyyətlə bunlar metallurgiya sahəsinə aid edilibedilməməsi də araşdırılmamışdır. Qeyd olunan halların araşdırılması məqsədi ilə Məhkəmə tərəfindən iddiaçının iş yeri - "xxxx" ASC-yə sorğu göndərilmiş və iddiaçının metallurgiya sahəsində(keçmiş Kirovabad Alüminium zavodu) işlədiyi halda, onun işlədiyi peşənin nə üçün elektrik sahəsinə aid olduğunun qeyd edilməsinə aydınlıq gətirilməsi, eyni zamanda iddiaçının işlədiyi elektrik çilingərinin hansı vəzifə funksiyalarını yerinə yetirməsi və həmin vəzifə funksiyalarının yuxarıda qeyd olunan Siyahının Metallurgiya istehsalatı (əlvan metallar) adlanan Vİİİ bölməsindəki təmirçi çilingərlə eyni vəzifə funksiyalarını yerinə yetirib-yetirməməsi ilə bağlı ətraflı əsaslandırılmış məlumat verilməsi xahiş olunmuşdur. Məhkəmənin sorğusuna "xxxx" ASC-nin verdiyi xx.xx.2025-ci il tarixli, 13-5-3/2-2025 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 122 “c” saylı Sərəncamı ilə "xxxx" ASC-nin X12 Mərkəzi Gəncə “Gil- Torpaq” İstehsalat Birliyinə idarəetməyə verilmişdir. Yeni mülkiyyətçi, müəssisənin işəgötürəni- idarəetməyə verilmiş müəsisənin istehsal yönümlü fəaliyyət istiqamətini davam etdirməklə, işçilərin peşəsi, ixtisası və vəzifəsi üzrə gündəlik icra etdiyi işin xarakterini və əmək şəraitinin şərtlərini dəyişmədən - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 54 və 55-ci maddələrinin müddəalarının şamil edilməsini təmin edərək, 56-cı maddənin şərtlərini tətbiq etmədən, Əmək Məcəlləsinin 63-cü maddənin “Mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi”nin 1-ci hissəsinin “Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır.” müddəasına əsaslanaraq bütün işçilərlə yeni əmək müqaviləsi bağlanmış və işçilərin peşəsi, ixtisası və vəzifəsi üzrə gündəlik icra etdiyi işin xarakterini və əmək şəraitinin şərtlərini dəyişməmişdir. Beləliklə, yeni işəgötürən işçilərin peşəsi, ixtisası və vəzifəsi üzrə gündəlik icra etdiyi işin xarakterini və əmək şəraitinin şərtlərini dəyişmədən onların əvvəlki işəgötürənlə əmək şəraitinin şərtlərinə uyğun olan güzəştli şərtlərlə pensiya hüququnu qüvvədə saxlamışdır. Həmçinin həmin dövrdə Gəncə X1 struktrunda olan sex, sahə, bölmə və qovşaqların işçilərinə şamil edilən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 №-li əlavənin “1. Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə və 2 №-li əlavənin “2. Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “Vİİİ. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” İstehsalatının (İstehsalatın kodu-********), a) fəhlələr bölməsinin (Bölmənin kodu-2140000a), “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” peşəsinin (peşənin kodu-18455; Siyahı, istehsalat, bölmə, yarımbölmə və peşənin tam kodu 2140000a -18455) iş xüsusiyyətlərini və həmin peşənin nəzərdə tutulmuş güzəştli şərtlərlə pensiya hüququnu da qüvvədə saxlamışdır. Bununla da “elektrik çilingərləri”nin iş xüsusiyyətlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 №-li əlavənin 2 №-li Siyahısı”nın “Vİİİ. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” istehsalatına şamil olduğu da qüvvədə qalmışdır. Yəni, Gəncə İEM Gəncə GTİB-nə idarəetməyə verilmiş, istehsalat fəaliyyət istiqamətini dəyişmədən davam etdirmiş, işçilər isə əvvəlki funksiyalarını icra etmişlər. Dəyişən iş xüsusiyyətləri deyil, idarəetmə olmuşdur. Bütün hüquqlar və funksiyalar Elektrik stansiyalarına aid olduğundan dəyişmədən qüvvədə qalmışdır. Elektrik çilingərlərinin iş xüsusiyyətləri Elektrik stansiyalarına aid olduğundan xx.xx.2013-cü il tarixli Arayışla İddiaçı güzəştli şərtlərlə pensiya hüququnun 2 №-li Siyahısı” nın “Vİİİ. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” istehsalatına şamil edilməsi qanunvericiliyə uyğundur. Beləliklə müəyyən olunur ki, iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi elektrik çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında 2140000a-18455 kodu ilə nəzərdə tutulmuş qazanxana, turbin avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işinin təmin edən ölçü vasitələri və elektrik montyorları, bütün adlarda elektrik çilingərləri (Xİİİ bölmə, yarımbölmə 13a.Elektrik stansiyaları, enerji qatarları və buxar güc təsərrüfatı) vəzifəsinə uyğundur. İddiaçının tələb olunan pensiya kapitalının olmaması ilə bağlı cavabdeh inzibati orqanının dəlilinə münasibətdə Məhkəmə bildirir ki, iddiaçıya onun pensiya hüququnun yarandığı zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələbləri şamil olunduğundan və xx.xx.2017-ci il tarixədək qüvvədə olan həmin Qanunun 9.1-ci maddəsində pensiya kapitalı tələbi mövcud olmadığından iddiaçıdan pensiya kapitalının formalaşdırılması ilə bağlı cavabdehin dəlilləri əsassız olmuşdur. Belə ki, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdə qüvvədə olan “Əmək penisiyaları haqqında” Qanunun 9.1-ci madəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək Pensiyaları haqqında” Qanunun istər xx.xx.2013-cü il tarixdə, istərsə də hazırda qüvvədə olan 9.8-ci maddəsinə əsasən isə Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Göründüyü kimi, iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2013-cü il tarixdə qüvvədə olan qanunvericiliyin tələblərində pensiya kapitalı anlayışı mövcud olmamış və pensiya kapitalı ilə bağlı müddəalar qanunvericiliyə xx.xx.2017-ci il tarixdən salınmışdır. Beləliklə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə iddiaçıya təyin edilmiş əmək pensiyasının hesablanması qaydasına münasibətdə bildirir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2012-ci il tarixdən 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlilliyin müddəti bitdiyindən pensiya ödənişi xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada sistem tərəfindən dayandırılmışdır. Eyni zamanda iddiaçı xx.xx.2021-ci il tarixdə güzəştli şərtlərlə ona əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də həmin dövrdə ona əlilliyə görə təyin edilmiş pensiya məbləğini almışdır. Bu baxımdan Məhkəmə hesab edir ki, iddiaçıya müraciət etdiyi tarixdən deyil, əlilliyə görə pensiya ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən təyin edilməlidir. İddiaçının özünün də tələbi məhz həmin tarixdən ona pensiya təyin edilməsindən ibarətdir ki, Məhkəmənin qənaətinə görə iddiaçı bunda da haqlı sayılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 05 may 2022-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla, iddia təmin olunmalı, İddiaçı xx.xx.2021-ci tarixdən tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiyanın xx.xx.2021-ci il tarixdən hesablanaraq odənilməsi öhdəliyi cavabdeh inzibati orqana həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-232/2022 nömrəli iş üzrə qəbul etdiyi 05 may 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiyanın xx.xx.2021-ci il tarixdən hesablanaraq odənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-90/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-90/2025
21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver