Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-91/2025 12.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının yenidən hesablanması Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Məmmədova Günel Zakir qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-886/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı məxsus xx.xx.1976-cı il tarixli əmək kitabçası ilə müəyyən edilir ki, o, xx.xx.1975-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ayrı-ayrı idarələrdə müxtəlif vəzifələrdə işləmişdir.
2. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Cavadxan qəsəbə İƏD üzrə nümayəndələyi tərəfindən verilmiş cədvəl-arayışdan görünür ki, İddiaçı fevral 2022-ci il tarixdən fevral 2023-cü il tarixədək əmək haqqına 110 faiz əlavə ödənilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-7649/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarından görünür ki, İddiaçı dövlət qulluğuna xitam verilməsi ilə bağlı 453,54 manat olan pensiya məbləği yenidən hesablanaraq, dövlət məvacibinin cəmi 1052,20 manat (vəzifə maaşı 445 manat, ixtisas dərəcəsinə görə əlavə 58.41, qulluq stajına görə əlavə 119.60, mükafatlar 111.25, vəzifə maaşına əlavə 218.55 manat və məzuniyyətə görə əlavə 99.39 manat) götürülməklə yenidən hesablanmış pensiya məbləği 841,76 manat məbləğində müəyyən edilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-A-102904/2023 nömrəli məktubundan görünür ki, İddiaçı 03 fevral 2023-cü il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 33 il 5 ay 13 gün qulluq stajına uyğun olaraq xx.xx.2021xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının 1052,21 manatın (Mərkəzi Filiala təqdim etdiyi əmək haqqı barədə arayışda göstərilən ümumilikdə ödənilmiş 33263,04 manatdan büdcədənkənar pul vəsaitləri hesabına ödənilmiş 8010,00 manat çıxıldıqdan sonra qalan pul vəsaitinin (25253,04 manat) 24-ə olan nisbəti) 80 faizi-841,76 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-9794/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarından görünür ki, İddiaçı müraciətinə əsasən 841,76 manat olan pensiya məbləği yenidən hesablanaraq, dövlət məvacibinin cəmi 1084,71 manat (vəzifə maaşı 398.68 manat, ixtisas dərəcəsinə görə əlavə 58.41, qulluq stajına görə əlavə 119.60, mükafatlar 129.79, vəzifə maaşına əlavə 219.04 manat, hakimiyyət səlahiyyətlərinə görə əlavə 59.80 manat və məzuniyyətə görə əlavə 99.39 manat) götürülməklə yenidən hesablanmış pensiya məbləği 867,77 manat məbləğində müəyyən edilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-A-182422/2023 nömrəli məktubundan görünür ki, İddiaçı 3 fevral 2023-cü il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, təqdim etdiyi müvafiq arayışa əsasən əmək pensiyası yenidən hesablanaraq 841,76 manatdan 867,77 manata artırılmış, eyni zamanda ona ödənilməli olan 102,18 manat fərq məbləği hesablanmış və həmin 102,18 manat pul vəsaitin cari ilin iyun ayında əmək pensiyasının üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülmüşdür.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-154371/2023 nömrəli məktubundan görünür ki, İddiaçı dair əmək haqqı cədvəllərinə əsasən ödənilən vəzifə maaşına 1.1 dəfə əlavələr adıçəkilən şəxsə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunarkən nəzərə alınmışdır.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10420 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə və mövcud iş materiallarında olan sənədlərə əsasən əmək pensiyasının yenidən hesablanaraq 841,76 manatdan 867,77 manata artırılması müəyyən edilir. Eyni zamanda, iddiaçıya ödənilməli olan 102,18 manat fərq məbləği hesablanmış və həmin 102,18 manat pul vəsaiti 2023-cü ilin iyun ayında iddiaçının əmək pensiyasının üzərinə əlavə olaraq müvafiq kart hesabına köçürülməsi müəyyən edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Atai X1 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasını yenidən hesablanaraq pensiya hüququ yarandığı xx.xx.2023-cü il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
10. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci il tarixdə doğulmuş, 65 yaşı tamam olduğu tarixdən xidmət keçdiyi dövlət qulluğu vəzifəsindən azad olunmuş və xx.xx.2023-cü il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası almışdır. Dövlət qulluğunda iş stajı 33 il 5 ay 13 gündür. Hazırda pensiyanın məbləği 867,77 manat hesablanaraq ödənilir. Lakin o, pensiyasının hesablanmasından narazıdır və hesab edir ki, pensiyası düzgün hesablanmamışdır. Belə ki, qulluq keçdiyi vəzifəyə 2022-ci ilin fevral ayından vəzifə maaşına əlavə olaraq 1,1 dəfə əlavə əmək haqqı hesablanmağa başlanmışdır. Pensiya hesablanan zaman da yalnız bu əlavə həmin dövrdən hesablanmış əmək haqqı nəzərə alınmaqla orta aylıq əmək haqqı müəyyən olunmuş, yəni 12 ayın vəzifə maaşına hesablanan 12 dəfəlik əlavə 24 aya bölünməklə orta aylıq əmək haqqının müəyyən olunmasında istifadə olunmuşdur. Cavabdeh onun pensiyasını düzgün hesablamamışdır. O, bununla bağlı cavabdehə bir neçə dəfə müraciət etsə də, hər dəfəsində konkret qaldırdığı sualdan yayınmağa çalışaraq mücərrəd və müraciətini tamamlamayan şablon cavablar vermişdir. Ona görə də, o məhkəməyə müraciət etməli olmuşdur. O hesab edir ki, onun pensiyası xx.xx.2023-cü il tarixdən bu qaydada ödənilməlidir: vəzifə maaşı - 445 manat, qulluq stajına görə əlavə 445 x 30%=113,5 manat, İİ dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsinə görə - 65 manat, mükafatlar - 445 x 700%/24=129,79 manat, vəzifə səlahiyyətinə görə - 445 x 15%=66,75 manat, vəzifə maaşına əlavə - 445 x 1.1=489,50 manat. Ümumi - 1329,54 manat x 80% = 1063,63 manat.
11. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, dövlət qulluğunda son 12 ayda aldığı aylıq əmək haqqına əlavə olaraq ödənilən vəzifə maaşına 1.1 dəfə əlavəni tam 24 aya şamil etməklə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının xx.xx.2023-cü il tarixdən yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, həmin ərizə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 886/2024 nömrəli qərardadı ilə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
12. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və iddianın rədd edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçıya 3 fevral 2023-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 33 il 5 ay 13 gün qulluq stajına uyğun olaraq xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqının 1052,21 manatın 80 faizi, yəni 841,76 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi müvafiq arayışa əsasən əmək pensiyası yenidən hesablanaraq 841,76 manatdan 867,77 manata artırılmışdır. İddiaçıya ödənilməli olan 102,18 manat fərq məbləği hesablanmışdır. Həmin 102,18 manat pul vəsaiti 2023-cü ilin iyun ayında iddiaçının əmək pensiyasının üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülmüşdür. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq muqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyın normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil dərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadı, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sira səciyyəvi xüsusiyyətlər mövcuddur. Qeyd olunanlar nəzərə alınaraq bildirilir ki, iddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır.
13. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
15. Gəncə İnzibati Məhkəməsinin (hakim E.Axundov) xx.xx.2024-cü il tarixli, 2- 1(114)-886/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı yaşa görə yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
16. Məhkəmə hesab etmişdir ki, cavabdeh orqan orta aylıq əmək haqqını qanunvericiliyin tələblərinə uyğun - iddiaçı tərəfindən təqdim edilmiş əmək haqqı barədə arayışda göstərilən ümumilikdə ödənilmiş 33263,04 manatdan büdcədənkənar pul vəsaitləri hesabına ödənilmiş 8010,00 manat çıxdıqdan sonra qalan pul vəsaitinin, yəni 25253,04 manatın 24-ə olan nisbətinin 80 faizini, yəni 841,76 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin etmişdir. Cavabdeh orqan pensiyanın hesablanması zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.30-cu maddəsinin tələblərinə riayət edərək büdcədənkənar vəsaitlər hesabına verilən ödənişləri nəzərə almamışdır. Beləliklə məhkəmə hesab etmişdir ki, cavabdeh orqanın imtinası qanuni və əsaslı olduğundan, iddia tələbi təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-886/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi təqdim edərək, dövlət qulluğunda son 12 ayda aldığı aylıq əmək haqqına əlavə olaraq ödənilən vəzifə maaşına 1.1 dəfə əlavəni tam 24 aya şamil etməklə dövlət qulluqçqsu kimi yaşa görə əmək pensiyasının xx.xx.2023-cü il tarixdən yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması vəzifəsini xahiş etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı yaşa görə yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbinə dair iddia təmin edilməmişdir. Kürdəmir Rayon Məhkəməsinin sabiq hakimi (hakim vəzifəsində olmanın son yaş həddinə, 65 yaşa çatdığına görə xx.xx.2019-cu ildə səlahiyyətlərinə xitam verilmişdir, cəmi 25 gün həmin vəzifə maaşına əlavəni almışdır) cəmi 25 gün üçün aldığı əlavə nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması zamanı orta ayıq əmək haqqında tam nəzərə alınması haqqında qərar vermişdir. Məhkəmə qərar verərkən bunları nəzərə almamış, Konstitusiyanın bərabərlik və sosial təminat hüqqunu pozmuşdur. Hamı qanun qarşısında bərabərdir prinsipinə zidd qərar vermişdir. Necə olur ki, “Əmək pensiyaları haqqında” Qanunu 20-ci maddəsinə görə əlavə almaq hüququ olan hakimə 25 gün aldığı vəzifə maaşına əlavə onun pensiyası hesablanan zaman orta aylıq əmək haqqında tam nəzərə alınır, onun 12 ay aldığı vəzifə maaşına əlavə tam nəzərə alınmır. Hesab edir ki, sosial ədalət və bərabərlik prinsipləri tam pozulmuşdur. Göründüyü kimi hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiya fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran prinsipləri rəhbər tutur. Pensiyanın hesablanmasında vəzifə maaşına verilən əlavənin tamının (son 24 ayın hamısında) nəzərə alınmaqla orta aylıq əmək haqqının müəyyən olunmasını istəyir. Bu onun sosial vəziyyətini xeyli yaxşılaşdıra bilər.
b). Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmiş və etirazın məzmunu cavabdehin birinci instansiya məhkəməsində təqdim etdiyi iddiaya qarşı yazılı etirazın məzmunu ilə eynilik təşkil etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-886/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-886/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
22. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 12. İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Maddə 16. İ. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 38. İİİ bənd. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
23. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.
24. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt: Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdə ümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.
25. ”Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. Maddə 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Maddə 22.7. Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq qulluq stajına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə aylıq əlavə haqq ödənilir... Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur.
26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 20.1.7-ci maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Maddə 20.1.8-ci maddəsinə əsasən, dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Maddə 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 20.30. Bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.
27. Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 194 №-li Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydaları:
1. Bu Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir.
2. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır.
3. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır.
9. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) də nəzərə alınır.
10. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış üzrə nəzərə alınır.
11. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır.
12. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır.
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
30. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
31. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
32. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
33. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
34. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
35. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
36. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
37. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
38. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
39. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
40. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
41. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı 03 fevral 2023-cü il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 33 il 5 ay 13 gün qulluq stajına uyğun olaraq xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının 1052,21 manatın (Mərkəzi Filiala təqdim etdiyi əmək haqqı barədə arayışda göstərilən ümumilikdə ödənilmiş 33263,04 manatdan büdcədənkənar pul vəsaitləri hesabına ödənilmiş 8010,00 manat çıxıldıqdan sonra qalan pul vəsaitinin (25253,04 manat) 24-ə olan nisbəti) 80 faizi-841,76 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra İddiaçı müraciətinə əsasən cavabdeh orqanın xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7- 9794/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə 841,76 manat olan pensiya məbləği yenidən hesablanaraq, dövlət məvacibinin cəmi 1084,71 manat (vəzifə maaşı 398.68 manat, ixtisas dərəcəsinə görə əlavə 58.41, qulluq stajına görə əlavə 119.60, mükafatlar 129.79, vəzifə maaşına əlavə 219.04 manat, hakimiyyət səlahiyyətlərinə görə əlavə 59.80 manat və məzuniyyətə görə əlavə 99.39 manat) götürülməklə yenidən hesablanmış pensiya məbləği 867,77 manat məbləğində müəyyən edilmişdir.
45. İddiaçı bildirmişdir ki, o uzun müddət dövlət qulluğu vəzifəsində işləmiş və əmək fəaliyyətinin fevral 2022- fevral 2023-cü il tarixdəki dövrlərində ona digər əlavələrlə yanaşı əmək haqqına 110 faiz əlavə ödənilmişdir. İddiaçı hesab etmişdir ki, dövlət qulluğunda son 12 ayda aldığı aylıq əmək haqqına əlavə olaraq ödənilən vəzifə maaşına 1.1 dəfə əlavə tam 24 aya şamil edilməklə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası xx.xx.2023cü il tarixdən yenidən hesablanaraq ödənilməlidir.
46. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, cavabdeh orqan orta aylıq əmək haqqını qanunvericiliyin tələblərinə uyğun - iddiaçı tərəfindən təqdim edilmiş əmək haqqı barədə arayışda göstərilən ümumilikdə ödənilmiş 33263,04 manatdan büdcədənkənar pul vəsaitləri hesabına ödənilmiş 8010,00 manat çıxdıqdan sonra qalan pul vəsaitinin, yəni 25253,04 manatın 24-ə olan nisbətinin 80 faizini, yəni 841,76 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin etmişdir. Məhkəmə cavabdeh orqanın pensiyanın hesablanması zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.30-cu maddəsinin tələblərinə riayət edərək büdcədənkənar vəsaitlər hesabına verilən ödənişləri nəzərə almamasına istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
47. Məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 19-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasında dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsasları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun tələblərinə görə dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
48. Qanunvericiliyin tələblərinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət məvacibi isə özündə vəzifə maaşını, mükafatları və vəzifə maaşına əlavələri (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) birləşdirir. Həmçinin dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur (bu Qanunun 23.2- 1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla).
49. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına əsasən əmək pensiyası yaşına çatmış və müvafiq qanunvericiliyə uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmuş Azərbaycan Respublikasının vətəndaşları qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Əmək pensiyası yaşına çatmış dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 №-li Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydaları ilə tənzimlənir.
50. Həmin Qaydalara görə əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmçinin, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Bundan əlavə, qanunvericiliyin tələblərinə əsasən, büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən nəzərə alınmır.
51. Qanunvericiliyin qeyd olunan normalarının təhlili onu deməyə əsas verir ki, sabiq dövlət qulluqçusuna əmək pensiyası təyin edilməsi üçün onun dövlət məvacibi dövlət qulluğunun son 24 ayı ərzində aldığı dövlət məvacibinin (vəzifə maaşı, mükafatlar və vəzifə maaşına əlavələrlə (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) birlikdə) 24-ə nisbəti şəklində və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibinin (vəzifə maaşı, mükafatlar və vəzifə maaşına əlavələr (vəzifə maaşı, mükafatlar və vəzifə maaşına əlavələrlə (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) birlikdə) 60-a nisbəti şəklində müəyyən edilir. Buna baxmayaraq, iddiaçı hazırki iddia tələbində vəzifə maaşına 1.1 əlavəni aldığı son 12 ay müddətin 24 ay kimi nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasını tələb etmişdir.
52. İddiaçının tələbi ilə bağlı məhkəmə kollegiyası bildirir ki, dövlət qulluqçusunun pensiyasının məbləği birbaşa olaraq dövlət məvacibinin məbləğindən asılıdır və o məbləğlər əmək pensiyasının məbləğində nəzərə alınır ki, həmin məbləğlərdən məcburi dövlət sosial sığorta haqları ödənilmiş olsun.
53. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli, 3-17-1/2-154371/2023 nömrəli məktubundan görünür ki, iddiaçıya dair əmək haqqı cədvəllərinə əsasən ödənilən vəzifə maaşına 1.1 dəfə əlavələr adıçəkilən şəxsə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunarkən nəzərə alınmışdır.
54. İddiaçı dövlət məvacibinin tərkibinə daxil olan əlavəni almadığı müddət üçün pensiya məbləğinin artırılmasını tələb edir. Halbuki əmək pensiyası təyin olunan zaman dövlət məvacibi əlavələrin alınması müddətindən asılı olmayaraq (istər 1 ay, istər 12 ay və.s) ya dövlət qulluğunun son 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibinin həmin saylara nisbəti şəklində müəyyən edilir və onun 12 ay aldığı əmək haqqına əlavənin 24 ay kimi nəzərə alınaraq dövlət məvacibinin müəyyən edilməsinə dair dəlilləri qanunvericiliyin tələblərinə ziddir.
55. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçının əmək pensiyasının düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və təqdim edilmiş ekspert rəyi ilə də ona əmək pensiyasının düzgün hesablandığı müəyyən edilmişdir.
56. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dövlət məvacibinin tərkibinə daxil olan əlavəni almadığı müddət üçün əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı hesab edilə bilməz.
57. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, iddiaçı Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(1xx-xx/2022 nömrəli qərarına istinad edərək bərabərlik hüququnun pozulduğunu, həmin qərar üzrə iddiaçı şəxsin əmək haqqına 25 gün aldığı əlavənin onun orta aylıq əmək haqqında tam, yəni 24 ay kimi nəzərə alınmasına baxmayaraq bu halın ona şamil edilmədiyini iddia etmişdir. Halbuki, sözügedən qərar üzrə mübahisə şəxsə sabiq hakim kimi əmək pensiyasının təyin edilməməsi ilə bağlı olmuşdur və iddiaçının qeyd etdiyi məsələ həmin qərarda mübahisə predmeti olmamışdır.
58. Beləliklə məhkəmə kollegiyası tərəfindən iddia ərizəsinin, eləcə də apellyasiya şikayətinin dəlillərinin araşdırılması nəticəsində müəyyən olunur ki, cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuzluğunu sübut edəcək heç bir əsas yoxdur.
59. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatlara hüquqi qiymət vermişdir. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və müvafiq normativ aktlarla təsdiq olunmadığından birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
60. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-886/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərci iddiaçıya aid edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.