Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-92/2023 24.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, “torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(114)-570/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Xanlar bələdiyyəsinin 04 oktyabr 2007-ci il tarixli, 101 nömrəli qərarı ilə Xanlarbələdiyyəsinin perspektiv inkişaf fondu torpaq sahəsindən 0,06 ha ayrılıb İddiaçı fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə satılması qərara alınmışdır.
2. Torpaqların alğı-satqısına dair aktın surətindən görünür ki, Xanlar bələdiyyəsi ərazisində 600 kv.metr torpaq sahəsinin İddiaçı ayrılması müqabilində, sonuncu 260 manat ödəniş etmişdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 15 dekabr 2021-ci il tarixli, **********95 nömrəli bildirişi ilə ərizənin icrasından imtina edilmiş və onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinin yerini və ölçülərini göstərən sənədin ərizəyə əlavə edilmədiyi və faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən bələddiyyənin ehtiyat fonduna aid kənd təsərrüfatına yararlı əkin ərazisinə düşdüyü müəyyən edilmiş, həmçinin, sənədlər arxiv məlumatlarında aşkar edilməmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 29 mart 2022-ci il tarixli, **********76 nömrəli məktubunda qeyd olunmuşdur ki, Gögöl şəhəri, Bülbül küçəsi 97 ünvanda yerləşən torpaq sahəsi elektron baza məlumatlarına əsasən bələdiyyənin ehtiyat fondu torpaqları-kənd təsərrüfat təyinatlı torpaqlara düşür. İddiaçı faktiki istifadəsində olan 0,06 ha torpaq sahəsinə qərb istiqamətdən qonşu torpaq sahəsinin təyinatı dövlət mülkiyyətində olan kənd təsərrüfatlı təyinatlı, digər istiqamətlərdən qonşu torpaq sahələrinin təyinatı bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardır. İddiaçı faktiki istifadəsində olan ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi başqa torpaq sahəsi ilə üst-üstə düşmür.
5. "xxxx" MMC 3 saylı Gəncə LayihəTədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı ekspertiza baxışı zamanı naturada təqdim etdiyi 0,06 ha torpaq sahəsi, Göygöl şəhəri (Aqrokombinat) ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu layihəsinə əsasən, bələdiyyə mülkiyyətində olan, ehtiyat fonduna aid kənd təsərrüfatı təyinatlı əkin sahəsində yerləşir. Göygöl şəhəri (Arokombinat) ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu layihəsinə əsasən, İddiaçı ekspertiza baxışı zamanı naturada təqdim etdiyi 0,06 ha torpaq sahəsinə bitişik sərhədyanı qonşu sahələr də, kənd təsərrüfatı təyinatlı əkin sahələridir. İddiaçı ekspertiza baxışı zamanı naturada təqdim etdiyi 0,06 ha torpaq sahəsi, Göygöl şəhəri (Aqrokombinat) ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu layihəsinə əsasən, bələdiyyə mülkiyyətindədir. Sözügedən torpaq sahəsi üzərində digər şəxsə məxsus hər hansı hüquq müəyyənedici sənəd qeydə alınmamışdır.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 28 iyun 2022-ci il tarixli, **********48 nömrəli məktubunda qeyd olunur ki, inzibati iş üzrə mütəxəssis rəyi hazırlanarkən hüquqi və texniki sənədlərə əsaslanılır. Bələdiyyənin ehtiyat fondunda olan əkçin sahələri hüquqi cəhətdən kənd təsərrüfat məqsədləri üçün nəzərdə tutulmuşdur. Sözügedən 0,06 ha mübahisəli torpaq sahəsinin hal-hazırda kənd təsərrüfatına yararlı və yaxud yararsız olduğunu müəyyən etmək mümkün deyildir.
7. Göygöl Dövlət arxivinin 22 noyabr 2022-ci il tarixli, 86 nömrəli məktubunda qeyd olunur ki, Xanlar bələdiyyəsinin 04 oktyabr 2007-ci il tarixli, 101 nömrəli qərarı arxivə təhvil verilməmişdir.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 30 dekabr 2022-ci il tarixli, **********18 nömrəli məktubunda qeyd olunur ki, Göygöl şəhər bələdiyyəsinin 04 oktyabr 2007-ci il tarixli, 101 saylı qərarı ilə Göygöl bələdiyyəsinin perspektiv inkişaf fond torpağından fərdi yaşayış evinin inşa olunması məqsədi ilə ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin İddiaçı satılmasına baxmayaraq 3 saylı Gəncə Ərazi İdarəsinin istifadəsində olan elektron xəritə məlumatlarına istinadən mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan ehtiyat fonduna aid kənd təsərrüfatı təyinatlı əkin sahəsində yerləşdiyi müəyyən olunmuşdur.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 03 aprel 2023-cü il tarixli, 3-21-3-33/2-2925/2023 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunmuşdur ki, xx.xx.2021-ci il traixli ********** nömrəli, xx.xx.2019-cu il tarixli ********** nömrəli, xx.xx.2016-cı il tarixli ********** nömrəli, xx.xx.2015-ci il tarixli ********** nömrəli çıxarışlarla qeydə alınmış torpaq sahələri həmin çıxarışlara əsasən ünvan 1 ünvanda yerləşir. xx.xx.2021-ci il traixli ********** nömrəli, xx.xx.2019-cu il tarixli ********** nömrəli, xx.xx.2016-cı il tarixli ********** nömrəli, xx.xx.2015-ci il tarixli ********** nömrəli çıxarışlarla qeydə alınmış torpaq sahələri və İddiaçı faktiki istifadəsində olan 0,06 hs torpaq sahəsi, elektron baza məlumatlarına əsasən Qara Qarayev küçəsində yerləşməklə üst-üstə düşmə halı mövcud deyil.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 08 may 2023-cü il tarixli, 3-21-3-33/2-4049/2025 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə dair X2 adına xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli **********04 reyestr nömrəli çıxarış verilmişdir. ünvan 3 ünvanda yerləşən 0,056 ha torpaq sahəsinə dair X3 adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli **********17 reyestr nömrəli çıxarış verilmişdir. ünvan 4 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə dair X4 adına xx.xx.2015ci il tarixli, ********** qeydiyyat nömrəli **********93 reyestr nömrəli çıxarış verilmişdir. Torpaq sahələrinin xüsusi mülkiyyət növündə dövlət qeydiyyatına alınmadan əvvəlki mülkiyyət növü bələdiyyə olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasında məqsədli istifadəsi əkin sahəsi kimi qeyd olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (ünvan 5 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 101 saylı qərarı ilə Göygöl Bələdiyyəsinin perspektiv inkişaf fond torpağından fərdi yaşayış evi tikmək üçün ona 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsi hazırda Göygöl şəhəri, Bülbül küçəsi, 97 ünvanında yerləşir. Torpaq sahəsi 14 ildir ki, fasiləsiz olaraq onların sahibliyində və istifadələrindədir. Bələdiyyənin qərarı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü çəkilmiş və bütün sənədləri tam olaraq qanunidir. O, aidiyyəti üzrə çıxarışın verilməsi üçün DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunmuşdur.
13. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəməyə xx.xx.2022-ci il tarixli, **********30 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinin yerini və ölçülərini göstərən sənədin ərizəyə əlavə edilmədiyi və faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən bələdiyyənin ehtiyat fonduna aid kənd təsərrüfatına yararlı əkin ərazisinə düşdüyü müəyyən edilmişdir. Həmçinin, ərizəyə əlavə edilmiş sənədlər Ərazi İdarəsinin arxiv məlumatlarında aşkar edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(114)-570/2022 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir.
15. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib müəyyən etmişdir ki, bələdiyyə ilə iddiaçı arasında torpağa dair alqı-satqı müqaviləsi bağlanarkən qüvvədə olmuş qanunvericilik normasına əsasən torpaqlar üzərində mülkiyyət hüququnun yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi təsbit olunsa da, sonradan yəni 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə həmin normaya dəyişiklik edilərək, fərdi yaşayış evinin tikintisi məqsədi ilə torpağın ayrılması üçün açıq torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi istisna edilmişdir.
16. Məhkəmə gəldiyi hüquqi nəticəni “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunlarının müvafiq maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş torpaq sahəsinin alğı-satqısı barədə Göygöl bələdiyyəsinin 04 oktyabr 2007-ci il tarixli, 101 saylı qərarının kitabda olmadığı, qərarın nüsxəsinin ərazi idarəsinə təhvil verilmədiyi, arxivə təhvil verilmiş xx.xx.2007-ci il tarixli, 101 nömrəli qərarın 11 nəfər vətəndaşa torpaq sahəsinin ayrılması qeyd edilmiş, siyahıda İddiaçı adının olmadığı, həmçinin, torpaq sahəsinin kompleks yerquruluşu xəritəsinə və DWJ məlumatlarına əsasən bələdiyyənin ehtiyat fonduna aid olan kənd təsərrüfatına yararlı əkin ərazisinə düşdüyü müəyyən edilmişdir. Həmçinin, torpaq sahəsinə dair planı və ölçüsü tərtib edilməmişdir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
19. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
20. Cavabdehin etibarnamə üzrə nümayəndəsi məhkəmə kollegiyası iclasında izahat verərək apellyasiya şikayətini müdafiə etdi, təmin olunmasını xahiş etdi.
21. Məhkəmə kollegiyası iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
23. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
25. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
26. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə:
10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.
16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər.
23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.
27. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İşin halları ilə müəyyən olunur ki, Xanlar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 101 saylı qərarı ilə Xanlar Bələdiyyəsinin perspektiv inkişaf fond torpağından fərdi yaşayış evi tikmək üçün İddiaçı 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmçinin, həmin torpaq sahəsinə dair keçmiş DT və XK-nin Göygöl rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin yerquruluşu planı, alğı-satqı aktı əldə edilmişdir.
30. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, inzibati orqan aparılan araşdırma zamanı torpaq sahəsinin yerini və ölçülərini göstərən sənədin ərizəyə əlavə edilmədiyi və faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən bələddiyyənin ehtiyat fonduna aid kənd təsərrüfatına yararlı əkin ərazisinə düşdüyü müəyyən edildiyindən, həmçinin, müvafiq arxiv sənədlərində məlumatların olmamağından bundan imtina etmişdir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir.
32. Belə ki, yuxarıda qeyd olunan maddi normalardan göründüyü kimi bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.
33. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər.
34. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1. maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır.
35. Birinci instansiya məhkəməsində təqdim edilən mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı ekspertiza baxışı zamanı naturada təqdim etdiyi 0,06 ha torpaq sahəsi, Göygöl şəhəri (Aqrokombinat) ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu layihəsinə əsasən, bələdiyyə mülkiyyətində olan, ehtiyat fonduna aid kənd təsərrüfatı təyinatlı əkin sahəsində yerləşir. Göygöl şəhəri (Arokombinat) ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu layihəsinə əsasən, İddiaçı ekspertiza baxışı zamanı naturada təqdim etdiyi 0,06 ha torpaq sahəsinə bitişik sərhədyanı qonşu sahələr də, kənd təsərrüfatı təyinatlı əkin sahələridir. İddiaçı ekspertiza baxışı zamanı naturada təqdim etdiyi 0,06 ha torpaq sahəsi, Göygöl şəhəri (Aqrokombinat) ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu layihəsinə əsasən, bələdiyyə mülkiyyətindədir. Sözügedən torpaq sahəsi üzərində digər şəxsə məxsus hər hansı hüquq müəyyənedici sənəd qeydə alınmamışdır.
36. Bununla yanaşı, apellyasiya icraatı zamanı təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 03 aprel 2023-cü il tarixli, 3-21-3-33/2-2925/2023 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunmuşdur ki, xx.xx.2021-ci il traixli ********** nömrəli, xx.xx.2019-cu il tarixli ********** nömrəli, xx.xx.2016-cı il tarixli ********** nömrəli, xx.xx.2015-ci il tarixli ********** nömrəli çıxarışlarla qeydə alınmış torpaq sahələri həmin çıxarışlara əsasən ünvan 1 ünvanda yerləşir. xx.xx.2021-ci il traixli ********** nömrəli, xx.xx.2019-cu il tarixli ********** nömrəli, xx.xx.2016-cı il tarixli ********** nömrəli, xx.xx.2015-ci il tarixli ********** nömrəli çıxarışlarla qeydə alınmış torpaq sahələri və İddiaçı faktiki istifadəsində olan 0,06 ha torpaq sahəsi, elektron baza məlumatlarına əsasən Qara Qarayev küçəsində yerləşməklə üst-üstə düşmə halı mövcud deyil.
37. Göründüyü kimi mübahisəli torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmuş, ilkin hüquqmüəyyənedici sənədlərdə qeyd edilən koordinatlar ilə eynilik təşkil etmişdir.
38. Digər tərəfdən torpaq sahəsinin yerləşdiyi ünvanda olan digər (sağ-sol) sərhədd qonşularına aid torpaq sahələrinin ilkin hüquqmüəyyənedici sənədlərindən həmin torpaq sahələrinin bələdiyyə mülkiyyətində olan torpaq sahələri olması və alğı-satqı yolu ilə şəxslərin mülkiyyətinə keçməsi müəyyən edilmişdir.
39. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 08 may 2023-cü il tarixli, 3-21-3-33/2-4049/2025 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə dair X2 adına xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli **********04 reyestr nömrəli çıxarış verilmişdir. ünvan 3 ünvanda yerləşən 0,056 ha torpaq sahəsinə dair X3 adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli **********17 reyestr nömrəli çıxarış verilmişdir. ünvan 4 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə dair X4 adına xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli **********93 reyestr nömrəli çıxarış verilmişdir. Torpaq sahələrinin xüsusi mülkiyyət növündə dövlət qeydiyyatına alınmadan əvvəlki mülkiyyət növü bələdiyyə olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasında məqsədli istifadəsi əkin sahəsi kimi qeyd olunmuşdur.
40. Odur ki, qeyd edilən xüsusat nəzərə alınmalı, eynilik təşkil edən ilkin sənədlərin hər hansı subyektə münasibətdə mülkiyyət hüququ yaratmasına maneə olan hal istisna edilməlidir.
41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, bələdiyyə qərarının və digər ilkin sənədlərin arxivə verilməməsi şəxsin vəziyyətini ağırlaşdıran hal hesab edilməməlidir.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
43. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin 3.0.18. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur.
44. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Göygöl (Xanlar) Bələdiyyəsindən xx.xx.2007-ci il tarixli, 101 nömrəli qərar əsasında alınmış 0.06 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apelyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-703/2022 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov