Məhkəmə qərarları › İş №2-1(104)-92/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-92/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-92/2025 22.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququ yarandığı tarixdən təyin edilməsi və cavabdehə müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2896/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququ yarandığı tarixdən təyin edilməsi ilə bağlı müraciətinə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, iddiaçı G.X2 təqdim etdiyi "xxxx" ASC-nin “Gil-torpaq” İstehsalat Sahəsinin ona dair 16 may 2022-ci il tarixli arayışında xx.xx.1985– xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə müxtəlif vəzifələrdə işlədiyi qeyd olunub. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün cavabdeh tərəfindən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq, İddiaçı 1992-ci il üzrə 1 ay, 1993-cü il üzrə 1 ay, 1994-cü il üzrə 2 ay, 1996-cı il üzrə 2 ay, 1997-ci il üzrə 5 ay, 1998-ci il üzrə 6 ay, 1999-cu il üzrə 4 ay, 2004-cü il üzrə 2 ay və 2005-ci il üzrə 1 ay əmək haqqı ödənilmədiyi (ümumilikdə 24 ay) bildirilib. Bu fakt “Gəncə Gil-Torpaq" İstehsalat Sahəsinin 21 fevral 2024-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edlən İddiaçı əməkhaqqı ödənilməyən, işləmədiyi ayları iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilən səbəbdən də İddiaçı ümumi iş stajı 20 ildən az (19 il 4 ay 5 gün (xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövr, 1992-ci il üzrə 11 ay, 1993-cü il üzrə 11 ay, 1994-cü il üzrə 10 ay, xx.xx.1995- xx.xx.1995-ci il tarixləri arasındakı dövr, 1996-cı il üzrə 10 ay, 1997-ci il üzrə 7 ay, 1998-ci il üzrə 6 ay, 1999-cu il üzrə 8 ay, xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı dövr, 2004-cü il üzrə 10 ay, 2005-ci il üzrə 11 ay və xx.xx.2006-cı il tarixindən sonra 11 ay)) təşkil edir.

2. AA******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə doğulmuşdur.

3. İT-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1984-xx.xx.1985-ci il tarixlərdə təhsil almış, xx.xx.1985-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Alüminiumu” ASC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur.

4. "xxxx" ASC-nin 16 may 2022-ci il tarixli, arayış 14-ə əsasən, İddiaçı "xxxx" ASCnin Gəncə “Gil-torpaq” İstehsalat Sahəsində (keçmiş Kirovabad Alüminium zavodu) xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək - siyahı № 2, bölmə İX, yarımbölmə 9a, Giltorpaq İstehsalatı, 2091100a-19213, transportyorçular; xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilədək siyahı № 2, bölmə İX, yarımbölmə 9a, Gil-torpaq İstehsalatı, 2091100a-10187, avtoklavlarda və aqiqatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə pulpa hazırlanması, kaustifikatorlarda məşğul olan aparatçı – hidrometallurqlar; xx.xx.1990-cı ildən xx.xx.1998-ci ilədək - siyahı № 2, bölmə İX, yarımbölmə 9a, Gil-torpaq İstehsalatı, 2091100a-15860, toz-qaz tutan qurğuları xidmət üzrə operatorlar; xx.xx.1998-ci ildən xx.xx.2007-ci ilədək - siyahı № 2, bölmə İX, yarımbölmə 9a, Gil-torpaq İstehsalatı, 2091100a-10187, avtoklavlarda və aqiqatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə pulpa hazırlanması, kaustifikatorlarda məşğul olan aparatçı – hidrometallurqlar vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nörməli qərarında pensiya siyahısı üzrə güzəştli şərtlərlə düşən peşələrin, vəzifələrin adları, bölmə və kodları göstərilmişdir və İddiaçı peşələri 2 saylı pensiya siyahısında mövcuddur. - xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilədək – bölmə 7, yarımbölmə 29a, Gil-torpaq istehsalatı, avtoklavlarda və aqiqatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə pulpa hazırlanması, kaustifikatorlarda məşğul olan aparatçı – hidrometallurqlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarına əsasən İddiaçı peşəsi pensiya siyahısında mövcuddur.

5. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə-Daşkəsən regional filialı tərəfindən təsdiq edilmiş 21 fevral 2024-cü il tarixli akta əsasən, “Gəncə Gil-torpaq” İS-nin və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə-Daşkəsən regional filialının əməkdaşlarının iştirakı “Gəncə Gil-torpaq” İS-də sığorta stajına daxil edilən əmək stajını yerində qarşılıqlı yoxlaması zamanı müəssisədə saxlanılan şəxsi uçot vərəqəsinə baxış keçirilən zaman aşkar olunmuşdur ki, İddiaçı həqiqətən xx.xx.1985-ci il tarixli, 262 №-li əmrlə işə qəbul edilmiş, xx.xx.2007-ci il tarixli 373 №-li əmrlə xx.xx.2007-ci il tarixdən 74-cü maddənin "xxxx" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Müəssisədə saxlanılan əmək haqqı cədvəllərinə əsasən vətəndaşa 1991-ci ildə - 12 ay, 1992-ci ildə - 11 ay, 1993-cü ildə - 11 ay, 1994-cü ildə 10 ay, 1995-ci ildə - 12 ay, 1996-cı ildə 10 ay, 1997-ci ildə - 7 ay, 1998-ci ildə - 6 ay, 1999-cu ildə - 8 ay, 2000-ci ildə - 12 ay, 2001-ci ildə - 12 ay, 2002-ci ildə - 12 ay, 2003-cü ildə - 12 ay, 2004-cü ildə - 10 ay və 2005-ci ildə - 11 ay əmək haqqı hesablanıb və ödənilmişdir.

6. "xxxx" ASC-nin 09 aprel 2024-cü il tarixli, 13-5-3/2-0050/2024 nömrəli arayış 14 və 2 nömrəli əlavəyə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, İddiaçı güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) Gil-torpaq istehsalatı – transportyorçular, aparatçı hidrometallurqlar peşələrində işləmişdir. İşlədiyi peşə üzrə sosial sığorta (əmək) stajı xx.xx.1985-ci ildən xx.xx.1994-cü ilədək, xx.xx.1995-dən xx.xx.1996-cı ilədək, xx.xx.1999-cu ildən xx.xx.1999cu ilədək, xx.xx.1999-cu ildən xx.xx.2007-ci ilədək. Əmr №262 xx.xx.1985-ci il, əmr № 65 xx.xx.1987-ci il, əmr № 272 xx.xx.1988-ci il, əmr №128 xx.xx.1990-cı il, əmr № 93 xx.xx.1998-ci il, əmr № 222 xx.xx.1999-cu il, əmr № 373 xx.xx.2007-ci il illəri təşkil edir. İşlədiyi peşənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri Avtoklavlarda və aqiqatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə, pulpa hazırlanması kaustifikatorlarda məşğul olanlar aparatçı hidrometallurq peşəsindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının bölmə 9, yarımbölmə 9a bəndinə transportyorçular peşəsi (2091100a-19213) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının bölmə 9, yarımbölmə 9a bəndinə aparatçı hidrometallurqlar peşəsi (2091100a-10187) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının bölmə 7, yarımbölmə 29 a bəndinə aparatçı hidrometallurqlar peşəsi peşə koduna uyğundur.

7. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 24 iyun 2024-cü il tarixli, 3-17-1/2-14447/2024 nömrəli məktubundan görünür ki, İddiaçı 55 yaşının tamamlandığı 08 fevral 2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı cəmi 19,597.82 manat təşkil edir.

8. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 20 dekabr 2024-cü il tarixli, 3-17-1/2-14447/2024 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 19 il 4 ay 5 gün (xx.xx.2006-cı il tarixinədək 18 il 5 ay 5 gün (xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövr, 1992-ci il üzrə 11 ay, 1993-cü il üzrə 11 ay, 1994-cü il üzrə 10 ay, xx.xx.1995-xx.xx.1995-ci il tarixləri arasındakı dövr, 1996-cı il üzrə 10 ay, 1997-ci il üzrə 7 ay, 1998-ci il üzrə 6 ay, 1999-cu il üzrə 8 ay, xx.xx.2000xx.xx.2003-cü il tarixləri arasındakı dövr, 2004-cü il üzrə 10 ay, 2005-ci il üzrə 11 ay), həmin tarixdən sonra 11 ay), güzəştli iş stajı isə 19 il 3 ay (xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövr, 1992-ci il üzrə 11 ay, 1993-cü il üzrə 11 ay, 1994-cü il üzrə 10 ay, xx.xx.1995-xx.xx.1995-ci il tarixləri arasındakı dövr, 1996-cı il üzrə 10 ay, 1997-ci il üzrə 7 ay, 1998-ci il üzrə 6 ay, 1999-cu il üzrə 8 ay, xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı dövr, 2004-cü il üzrə 10 ay, 2005-ci il üzrə 11 ay, xx.xx.2006-xx.xx.2006-cı il, xx.xx.2006- xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2006-cı il, xx.xx.2007-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər) təşkil edir

9. "xxxx" ASC-nin 21 yanvar 2025-ci il tarixli, 13-5-3/3-24/2025 nömrəli məktubundan görünür ki, İddiaçı dair 1992-2005-ci illərə aid "xxxx" ASC-nin arxiv sənədlərində yalnız əmək haqqı cədvəlləri tapılmışdır. Qeyd olunan sənədlərdən başqa İddiaçı aid sorğuların müddətləri əhatə edən sənədlər Cəmiyyətin arxivində mövcud deyildir. Təqdim olunmuş eyni tarixli və nömrəli arayışdan məlum İddiaçı müəssisədə 1992-ci ilin fevral-dekabr, 1993-cü ilin yanvar-noyabr, 1994-cü ilin yanvar və aprel-dekabr, 1995-ci ilin yanvar və mart-dekabr, 1996-cı ilin yanvar və mart-dekabr, 1997-ci ilin yanvariyul, 1998-ci ilin iyul-dekabr, 1999-cu ilin iyun və avqust-dekabr, 2000-2004-cü illər üzrə və 2005-ci ilin yanvar-avqust və oktyabr-dekabr aylarında əmək haqqı və digər gəlirlər hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun "xxxx" ASC-nin Gəncə Gil-torpaq İstehsalat sahəsində xx.xx.1985-ci ildən xx.xx.1994-cü ilədək, xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək, xx.xx.1999-cu ildən xx.xx.1999-cu ilədək, xx.xx.1999-cu ildən xx.xx.2007-ci ilədək transportyorçular, aparıcı hidrometallurqlar vəzifəsində işlədiyi dövrlərin sığorta stajına daxil edilməklə ona pensiya hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, "xxxx" ASC-nin X3 sahəsində xx.xx.1985-ci ildən xx.xx.1994-cü ilədək, xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək, xx.xx.1999-cu ildən xx.xx.1999-cu ilədək, xx.xx.1999-cu ildən xx.xx.2007-ci ilədək transportyorçular, aparıcı hidrometallurqlar vəzifəsində işləmiş və müəyyən məbləğdə əmək haqqı almışdır. Bu fakt iddia ərizəsinə əlavə edilən əmək kitabçası və arayışlarla öz təsdini tapır. İddiaçının işlədiyi dövrlərdə tutduğu peşə (vəzifə) güzəştli şərtlərlə peşə hesab olunduğu üçün və onunla bərabər işləyən şəxslərə güzəştli şərtlə əmək pensiyası təyin edildiyi üçün o, işlədiyi illərin nəzərə alınmaqla ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə əlaqədar ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh qurum ona xx.xx.2024-cü il tarixli məktub ilə imtina cavabı vermişdir. Halbuki onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahıya uyğundur və bu fakt iddia ərizəsinə əlavə etdiyi "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışla öz təsdiqini tapır. Hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır.

12. İddiaçı məhkəməyə tələbinin dəqiqləşdirilməsinə dair xx.xx.2024-cü il tarixli ərizə təqdim edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, 52 yaşdan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin və cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

13. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə 12 iyun 2024-cü il tarixli 3-17-1/2- 137763/2024 nömrəli etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı G.X2 təqdim etdiyi "xxxx" ASC-nin “Gil-torpaq” İstehsalat Sahəsinin ona dair 16 may 2022-ci il tarixli arayışında xx.xx.1985– xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə müxtəlif vəzifələrdə işlədiyi qeyd olunub. İddiaçı sözügedən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün cavabdeh tərəfindən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq, iddiaçıya 1992-ci il üzrə 1 ay, 1993-cü il üzrə 1 ay, 1994-cü il üzrə 2 ay, 1996-cı il üzrə 2 ay, 1997-ci il üzrə 5 ay, 1998-ci il üzrə 6 ay, 1999cu il üzrə 4 ay, 2004-cü il üzrə 2 ay və 2005-ci il üzrə 1 ay əmək haqqı ödənilmədiyi (ümumilikdə 24 ay) bildirilib. Bu fakt “Gəncə Gil-Torpaq" İstehsalat Sahəsinin 21 fevral 2024-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edlən İddiaçı əməkhaqqı ödənilməyən, işləmədiyi ayları iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilən səbəbdən də İddiaçı ümumi iş stajı 20 ildən az (19 il 4 ay 5 gün (xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövr, 1992-ci il üzrə 11 ay, 1993-cü il üzrə 11 ay, 1994-cü il üzrə 10 ay, xx.xx.1995- xx.xx.1995-ci il tarixləri arasındakı dövr, 1996-cı il üzrə 10 ay, 1997-ci il üzrə 7 ay, 1998-ci il üzrə 6 ay, 1999-cu il üzrə 8 ay, xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı dövr, 2004-cü il üzrə 10 ay, 2005-ci il üzrə 11 ay və xx.xx.2006-cı il tarixindən sonra 11 ay)) təşkil edir. Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçının 55 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixə ona münasibətdə 45,600.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19,597.82 manat təşkil etmişdir.

14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2896/2024 nömrəli qərarı ilə (hakim R.Tağıyeva) iddia tələbi təmin edilmişdir.

15. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1966-cı il təvəllüdlü olmaqla xx.xx.2018-ci il tarixdə 52 yaşı tamam olmuşdur. Həmçinin o, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək təhsil almış, xx.xx.1985-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" ASC-də işləmiş və onun 22 il 9 ay 10 gün əmək stajı mövcuddur. Eyni zamanda iddiaçı xx.xx.2006-cı il tarixinədək 20 ildən artıq ümumi iş stajına malik olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə əsasən, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. Apellyasiya şikayətinə dair tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

20. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdi, təmin olunmamasını xahiş etdi.

21. İddiaçı hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. 9.1. (2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyada) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1. (2017-ci il iyulun 1-dən 2022-ci il iyunun 29-dək qüvvədə olan redaksiyada) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. (2022-ci il iyunun 29-dək qüvvədə olan redaksiyada) Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir . 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

23. Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikasının Qanunu (01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuşdur):

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır.

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı: 20900000 - Vİİİ. Metallurgiya istehsalatı (əlvan metallar) 2090100a - a) fəhlələr 2090100a - 19213 - transportyorçular 2091100a-10187-avtoklavlarda və aqitatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə, pulpa hazırlanması, kaustifikatorlarda məşğul olan aparatçı hidrometallurqlar 2091100a - 15860 - toz-qaz tutan qurğulara xidmət üzrə operatorlar

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı: 7.35. Toztutma və qaztəmizləmə a) fəhlələr: isti işlərdə və zərərli əmək şəraitli işlərdə məşğul olan əlvan metallurgiya məhsulunun nəzarətçiləri.

26. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır.

28. İşin halları ilə müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciətin müsbət icrasından imtina edilmiş, imtina onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi iş stajı tələb olunan 20 ildən az- 19 il 4 ay 5 gün təşkil edir və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçının 55 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixə ona münasibətdə 45,600.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19,597.82 manat təşkil etmişdir.

29. İddiaçı tələbində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, 52 yaşdan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin və cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

30. Cavabdehin imtinası və hazırki halda apellyasiya şikayətinin dəlilləri iddiaçının ümumi iş stajı və pensiya kapitalı ilə əlaqədardır. Göründüyü kimi cavabdeh iddiaçının pensiya yaşına çatması və ümumi iş stajının 10 ilini Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsində qeyd edilən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməsini mübahisələndirmir.

31. Birinci instansiya məhkəməsi iddiaçının ümumi iş stajının qanunla tələb olunan həddə olmasını sonuncuya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının cavabdeh tərəfindən mübahisələndirilməməsini qeyd etməklə, sözügedən əmək kitabçasında aparılmış qeydlərlə əsaslandırmışdır. Belə ki, əmək kitabçasında qeyd olunanlara əsasən, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək təhsil almış, xx.xx.1985-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" ASC-də işləmişdir. Belə olan halda, iddiaçının ümumi əmək stajı 22 il 9 ay 10 gün təşkil edir.

32. 2017-ci il iyulun 1-dək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

33. Həmin Qanunun 9.8-ci maddəsinin 2022-ci il iyunun 29-dək qüvvədə olan redaksiyasına görə, bu Qanun qüvvəyə mindiyi günədək, yəni 2006-cı il yanvarın 1-dək, bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

34. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.

35. Həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Belə ki, qeyd olunan Qanunun 13-cü maddəsində nəzərdə tutulan əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınların əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olması üçün yaş 2000-ci ilin avqust ayının 1-dən 52 yaş müəyyən olunmuşdur.

36. İstər hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasının, istərsə də 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin tələblərindən göründüyü kimi, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadınların əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 52 yaşına çatmalı, 20 il ümumi iş stajına, 10 il güzəştli iş stajına malik olmalıdır.

37. İddiaçı xx.xx.1966-cı il təvəllüdlü olmaqla xx.xx.2018-ci il tarixdə 52 yaşı tamam olmuşdur.

38. Apellyasiya şikayətində iddiaçının yalnız ümumi iş stajı mübahisələndirilmişdir.

39. Məhkəmə kollegiyasına təqdim olunan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 20 dekabr 2024-cü il tarixli, 3-17-1/2-14447/2024 nömrəli məktubunda qeyd edilir ki, G.X2 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, ümumi iş stajı 19 il 4 ay 5 gün (xx.xx.2006-cı il tarixinədək 18 il 5 ay 5 gün (xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövr, 1992-ci il üzrə 11 ay, 1993-cü il üzrə 11 ay, 1994-cü il üzrə 10 ay, xx.xx.1995-xx.xx.1995-ci il tarixləri arasındakı dövr, 1996-cı il üzrə 10 ay, 1997-ci il üzrə 7 ay, 1998-ci il üzrə 6 ay, 1999-cu il üzrə 8 ay, xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı dövr, 2004-cü il üzrə 10 ay, 2005-ci il üzrə 11 ay), həmin tarixdən sonra 11 ay), güzəştli iş stajı isə 19 il 3 ay (xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövr, 1992-ci il üzrə 11 ay, 1993-cü il üzrə 11 ay, 1994-cü il üzrə 10 ay, xx.xx.1995-xx.xx.1995-ci il tarixləri arasındakı dövr, 1996-cı il üzrə 10 ay, 1997-ci il üzrə 7 ay, 1998-ci il üzrə 6 ay, 1999-cu il üzrə 8 ay, xx.xx.2000xx.xx.2003-cü il tarixləri arasındakı dövr, 2004-cü il üzrə 10 ay, 2005-ci il üzrə 11 ay, xx.xx.2006-xx.xx.2006-cı il, xx.xx.2006- xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2006-cı il, xx.xx.2007-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər) təşkil edir

40. Göründüyü kimi cavabdeh tərəf hesab edir ki, iddiaçının "xxxx" ASC-də işlədiyi 1992-2005-ci illər ərzində əmək haqqı və digər gəlirlər almadığı 24 ay onun ümumi iş stajına əlavə edilməməlidir.

41. Məhkəmə kollegiyası tərəfindən iddiaçının 1992-2005-ci illərdə aylar üzrə əmək haqqı almamasının səbəbinin araşdırılması məqsədilə "xxxx" ASC-yə sorğu təqdim edilmiş, sonuncu tərəfindən 21 yanvar 2025-ci il tarixli, 13-5-3/2-9/2025 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı aid sorğulanan müddətləri əhatə edən sənədlər Cəmiyyətin arxivində mövcud deyildir.

42. Belə olan halda kollegiya hesab edir ki, qeyd olunan məlumatların Cəmiyyətin arxivində mövcud olmaması iddiaçının təqsiri hesab edilə bilməz və bu onun ziyanına şərh edilməməli, eyni zamanda cavabdeh tərəfindən iddiaçı üçün əlverişsiz nəticələr yaradacaq hal kimi qiymətləndirilməməlidir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

43. İşin müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.

44. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

45. Bundan başqa "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışına əsasən, İddiaçı "xxxx" ASC-nin Gəncə “Gil-torpaq” İstehsalat Sahəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993‐cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №‐li Siyahısında qeyd olunan 2091100a19213 (xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək), 2091100a-10187 (xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilədək), 2091100a-15860 (xx.xx.1990-cı ildən xx.xx.1998-ci ilədək), 2091100a-10187 (xx.xx.1998ci ildən xx.xx.2007-ci ilədək) kodları üzrə işlərdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında qeyd olunan avtoklavlarda və aqiqatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə pulpa hazırlanması, kaustifikatorlarda məşğul olan aparatçı – hidrometallurqlar (xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilədək) işində çalışmış və iddiaçının 21 il 10 ay 22 gün güzəştli iş stajı mövcuddur. Eyni zamanda iddiaçı xx.xx.2006-cı il tarixinədək 10 ildən artıq güzəştli iş stajına malik olmuşdur.

46. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun xx.xx.2006-cı il tarixədək 20 il ümumi və 10 il güzəştli iş stajı mövcuddur və bu halı təkzib edəcək sübut məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir.

47. Apellyasiya şikayətinin növbəti dəlili olan pensiya kapitalı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2018-ci il tarixdə güzəştli şərtlərlə pensiya təyin edilməsini müəyyən edən həm “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasında, həm də 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsində pensiyanın təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələb nəzərdə tutulmamışdır.

48. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir.

Nəticəvi hissə:

49. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2896/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar