Məhkəmə qərarları › İş №2-1(104)-93/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-93/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-93/2025 15.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinə (üçüncü şəxs X12) qarşı qeydiyyatın ləğvi tələbinə dair iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil İnqilab oğlu və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, “qeydiyyatın ləğvi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1347/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:

1. Qabil və X14 "xxxx" X8 MMC-nin ümumi yığıncağının xx.xx.2017-ci il tarixli iclas protokoluna əsasən, Qabil və X14 "xxxx" X8 MMC-də təsisçi olaraq 100% pay hüququ ilə tək təsisçi İddiaçı payının X2, alıcı X7 MMC-yə 100% pay hüququ ilə yeni təsisçi olaraq qəbul edilməsi, İddiaçı MMC-nin təsisçiliyindən azad edilməsi qərara alınmışdır.

2. xx.xx.2017-ci il tarixli müəssədəki payın alqı-satqı müqaviləsnə əsasən, İddiaçı “Uday X8” MMC-dəki payını X3.

3. İddiaçı “Uday X8” MMC-dəki payının X11 adına qeydə alınması ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinə etdiyi müraciətinə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli, **********624100 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Cəmiyyətin dövlət reyestrində qeydiyyata alınmış faktların sonrakı dəyişikliklərinin qeydiyyata alınması üçün müəssisədəki payın alqı-satqı müqaviləsində göstərilən yeni təsisçi qanunvericiliklə tələb olunan sənədlər ilə vergi orqanına müraciət etməlidir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, alqı-satqı müqaviləsi əsasında “Uday X8” MMC-nin təsisçisi olaraq onun qeydiyyatının ləğv edilməsi və “Uday X8” MMCnin təsisçisinin X7 adına qeydiyyata almaq vəzifəsinin cavabdehə həvalə edilməsi xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o “Uday X8" MMC-nin tək təsisçisidir və MMC-nin təsisçisi olaraq öz payını 23 iyun 2017-ci il tarixdə X3. Bundan sonra cavabdehə müraciət edərək “Uday X8” MMC-də onun payını notarial qaydada almış üçüncü şəxs X7 adına qeydə alınması üçün müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli. **********624100 saylı məktubu ilə müraciətin müsbət həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, nizamnamə əsasında MMC-nin başqa şəxsin adına keçirilməsi ilə əlaqədar müvafiq qərar qəbul edilməli və qəbul edilmiş sənədlər ərizə ilə birlikdə təqdim edildiyi halda yeni təsisçi vergi orqanı tərəfindən qeydə alına bilər. O, “Uday X8” MMC-nin tək təsisçisi olaraq öz payını notarial qaydada üçüncü şəxs X1 imtina əsassızdır. Belə olan halda onun təsisçisi olduğu MMC ilə heç bir əlaqəsi qalmır. MMC-də pay sahibi faktiki və hüquqi cəhətdən alıcı X10r və onun adına qeydə alınması tam olaraq qanuni və əsaslıdır.

6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati iş üzrə X12 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

7. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək kommersiya hüquqi şəxslərin dövlət reyestrində “UDAY X8” MMC-nin təsisçisi olaraq onun adına olan qeydyyatın reyestrdən çıxarılaraq təsisçi olaraq X7 adının qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

8. Cavabdehin iddia tələbinə dair təqdim etdiyi etirazın məzmunu xx.xx.2023-cü il tarixli, **********624100 nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1347/2024 nömrəli qərardadı ilə (hakim L.Əliyeva) iddia mümkün sayılmamışdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixli müəssədəki payın alqısatqı müqaviləsi ilə müəyyən edilir ki, İddiaçı “Uday X8” MMC-dəki payını X3. Bununla da iddiaçı hüquqi şəxs üzərində sahib olduğu hüquqlarını itirmişdir. Belə olduğu halda iddiaçı “Uday X8” MMC-nin X7 adına qeydiyyata alınmasını tələb edə bilməz, o, hazırkı tələb ilə bağlı subyektiv hüquqa malik deyildir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

11. İddiaçının vəkili (nümayəndəsi) qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 1347/2024 nömrəli qərarının ləğv edilməsini və işə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı iddia tələbini dəqiqləşdirmiş, tələbinin biri kommersiya hüquqi şəxslərin dövlət reyestrində “UDAY X8” MMC-nin təsisçisi olaraq onun adına olan qeydiyyatın reyestrdən çıxarılması olmuşdur ki, belə olan halda onun təbii ki, ən azından bu tələb üzrə subyektiv hüququ var idi. Digər tərəfdən iddiaçı iddia ərizəsində onun adının həmin reyestrdə olmasının onun hüquqlarına təsir etməsi barədə ətraflı qeyd etmiş, lakin məhkəmə bunu nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı cavabdehin təqdim etdiyi etirazın məzmunu birinci instansiya məhkəməsinin qərardadının məzmunu ilə eynilik təşkil edir.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili hər biri ayrı-ayrılıqda iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdilər, şikayətin təmin olunmasını xahiş etdilər.

15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz etdi, əlavə olaraq bildirdi ki, MMC-nin yeni təsisçinin adına qeydə alınması üçün qanunun tələbinə əsasən yalnız yeni təsisçinin özü vergi orqanına müraciət etməli və tələb olunan sənədləri təqdim etməlidir. Yeni qaydalara əsasən, yeni təsisçi bu barədə öz razılığını elektron qaydada- asan imza ilə imzalamalıdır.

16. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da gəlməmiş, bu barədə məhkəyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 47.3. Nizamnamədə dəyişikliklər dövlət qeydiyyatına alındığı andan üçüncü şəxslər üçün hüquqi qüvvəyə minir. Lakin hüquqi şəxslər və onların təsisçiləri (iştirakçıları) həmin dəyişiklikləri nəzərə almaqla hərəkət etmiş üçüncü şəxslərlə münasibətlərdə həmin dəyişikliklərin qeydə alınmadığına istinad edə bilməzlər.

18. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 12.12. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

23. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

24. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.

25. İş materialları ilə müəyyən olunur ki, Qabil və X14 "xxxx" X8 MMC-nin ümumi yığıncağının xx.xx.2017-ci il tarixli iclas protokoluna əsasən, Qabil və X14 "xxxx" X8 MMCdə təsisçi olaraq 100% pay hüququ ilə tək təsisçi İddiaçı payının X2, alıcı X7 MMC-yə 100% pay hüququ ilə yeni təsisçi olaraq qəbul edilməsi, İddiaçı MMC-nin təsisçiliyindən azad edilməsi qərara alınmış, xx.xx.2017-ci il tarixli müəssədəki payın alqı-satqı müqaviləsinə əsasən isə İddiaçı “Uday X8” MMC-dəki payını X3.

26. xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə “Uday X8” MMC-dəki payları alan yeni təsisçi X12 Cəmiyyətin dövlət reyestrində qeydiyyata alınmış faktların sonrakı dəyişikliklərinin qeydiyyata alınması üçün vergi orqanına müraciət etməmişdir.

27. Hazırki tələbdə iddiaçı kommersiya hüquqi şəxslərin dövlət reyestrində “UDAY X8” MMC-nin təsisçisi olaraq onun adına olan qeydyyatın reyestrdən çıxarılması və təsisçi olaraq X7 adının qeyd edilməsini xahiş etmişdir. Tələbin əsasını isə MMC-nin təsisçisi olaraq öz payını 23 iyun 2017-ci il tarixdə X4 və bununla da təsisçisi olduğu MMC ilə heç bir əlaqəsinin qalmaması, hazırki vəziyyətdə MMC-də pay sahibinin faktiki və hüquqi cəhətdən yeni təsisçi X7 olması təşkil edir.

28. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı “Uday X8” MMC-dəki payını X4 ilə hüquqi şəxs üzərində sahib olduğu hüquqlarını itirmişdir. Belə olduğu halda o, hazırkı tələb ilə bağlı subyektiv hüquqa malik deyildir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Nizamnamədə dəyişikliklər dövlət qeydiyyatına alındığı andan üçüncü şəxslər üçün hüquqi qüvvəyə minir (“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 47.3-cü maddələri).

30. İş materiallarına əlavə edilmiş “Uday X8” MMC-nin qüvvədə olan nizamnaməsinin 2.2-ci bəndinə əsasən Cəmiyyətin təsisçisi İddiaçıdur.

31. Göründüyü kimi, xx.xx.2017-ci il tarixli müəssədəki payın alqı-satqı müqaviləsi ilə İddiaçı “Uday X8” MMC-dəki payı X5 da, Cəmiyyətin nizamnamə və digər təsis sənədlərində heç bir dəyişiklik aparılmamış və dövlət reyestrində qeydə alınmamışdır. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən göründüyü kimi, hüquqi şəxsin nizamnamə və digər təsis sənədlərində olan dəyişikliklər yalnız dövlət qeydiyyatına alındığı andan yeni təsisçisi üçün hüquqi nəticələr yaradır. Hazırki işdə Cəmiyyətdə baş verən dəyişikliklərin dövlət reyestrində belə bir qeydiyyatı mövcud olmadığından iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ istisna olunur.

32. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

33. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1347/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar