Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-95/2024 29.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «Torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 87/2023 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Göygöl Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 08 nömrəli qərarının surətindən görünür ki, Göygöl Bələdiyyəsinin şəhərdaxili ərazisindən İddiaçı 0.06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Göygöl rayon şöbəsinin xx.xx.2012-ci il tarixli, 61 nömrəli rəyindən görünür ki, satılması nəzərdə tutulan 0.06 ha torpaq sahəsi Göygöl Bələdiyyəsinin mülkiyyətinə aiddir və həmin torpaq sahəsinin satış və ya icarə məqsədilə çıxarılması qanunamüvafiqdir. DT və XK-nin Göygöl rayon şöbəsinin mütəxəssislərinin tərtib etdiyi və Göygöl bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş aktan ki, Göygöl Bələdiyyəsinin şəhərdaxili torpağından 0.06 ha torpağın fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə İddiaçı satılması məqsədəmüvafiq hesab edilmişdir. xx.xx.2012-ci tarixli «torpaqların alqı-satqısına dair» aktın təsdiq edilmiş surətindən görünür ki, Göygöl Bələdiyyəsi ərazisində olan 0.06 ha torpaq sahəsinin satılmasına görə İddiaçı tərəfindən 1017 manat pul ödənilmişdir. xx.xx.2012-ci il tarixli, 16 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Göygöl Bələdiyyəsinin hesabına 1017,0 manat pul köçürülmüşdür. - surəti işə əlavə edilmiş yerquruluşu planından çıxarışda Göygöl Bələdiyyəsinin qərarı ilə İddiaçı satılmış 0.06 ha torpaq sahəsinin yeri qeyd edilmişdir. A 445024 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədindən görünür ki, Göygöl Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 08 saylı qərarı ilə Göygöl şəhərində yerləşən 600 kv.m torpaq sahəsi İddiaçı verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********23 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl şəhər Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 08 saylı qərаrı ilə Göygöl Bələdiyyəsinin şəhərdaxili torpaq sahəsindən fərdi yaşayış evi tikmək üçün ona 0.06 ha torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsi hazırda ünvan 2 ünvanında yerləşir. Torpaq sahəsi 10 ildir fasiləsiz olaraq onların sahibliyində və istifadələrindədir. Вələdiууənin qərаrı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü çəkilmiş və bütün sənədləri tam olaraq qanunidir. İddiaçı çıxarışın verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Göygöl Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2 ünvanda yerləşən iddiaçının faktiki istifadəsində olan 0.05 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-87/2023 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, Göygöl Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı satılmış ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (hazırki halda müvafiq dövlət reyestrində qeydiyyatdan keçirmədən) satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. Məhkəmə mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə göstərlən maddi hüquq normasının tələnlərini pozmuşdur. Belə ki, Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmış və məlum olmuşdur ki, torpaq sahəsi üzərində bələdiyyənin hüquqları qeydiyyata alınmadan xx.xx.2012-ci il tarixdə tərtib edilmiş "Torpaqların alqısatqısına dair" aktı əsasında İddiaçı 0,06 ha torpaq sahəsinin satıldığı göstərilmişdir. Bununla yanaşı aparılmış araşdırma zamanı mübahisəli torpaq sahəsinin bələdiyyənin ehtiyat fonduna aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu müəyyən edilmişdir. Qeyd olunan Qanunun 6.3-cü maddəsində Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilməsi müəyyən edilmişdir. Torpaq sahəsinə dair verilmiş kadastr planında qeyd olunan koordinatlara əsasən, cənub-şərqdən 12.0 kv.m hissə qonşu sahəyə verilmiş **********86 reyestr nömrəli çıxarışla üst-üstə düşür. Ərizəçiyə məxsus fərdi yaşayış evinin cənub-qərbdən 30.0 kv.m hissəsi və torpaq sahəsinin təxminən 24.0 kv.m hissəsi kadastrın koordinatlarından kənara JN-3461A və JN- 3462A saylı şəhadətnamələr üst-üstə düşür. Qanunvericiliyin tələbi baxımından iddiaçının torpaq sahəsi üzərində hüquqularının dövlət qeydiyyataına alınması üçün əsas hesab oluna bilməz. Məhkəmə göstərilən maddi hüquq normasının pozuntusuna yol verərək nəzərə almamışdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışla üst-üstə düşür. Belə olan halda isə məhkəmə torpağa mülkiyyət hüququnu əks etdirən Bələdiyyənin sənədlərinin iddiaçının mülkiyyət hüququnun qeydiyyatında üstünlük qazandırır. Məhkəmənin gəldiyi nəticə maddi hüquq normasına kobud şəkildə pozuntusu deməkdir. Yəni üçüncü şəxsin mülkiyyət hüququ dövlət reyestrində artıq qeydə alındığı halda iddiaçının adına verilmiş şəhadətnamə hansı əsasla üstünlük hüququ yaradır, nəzərə alsaq ki, iddiaçının şəhadətnaməsi 3 saylı Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən üst-üstə düşmə halı müşahidə olunur. Deməli dövlət reyestrinin məzmununun məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğu halda, məhkəmə həmin prezumpsiyanı pozmuşdur. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. İddiaçı məhkəmə kollegiyasına iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək iddia tələbinin həcmini azaldaraq 488.0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə xx.xx.2024-cü il tarixli qərardadla məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və iddia tələbinin həcminin azaldılmasına dair ərizənin nəzərə alınaraq tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlərdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 9.1.Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə Həmin Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, Göygöl bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 08 nömrəli qərarı ilə Göygöl bələdiyyəsinin şəhər daxili ərazisindəki torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı 0.06 ha torpaq sahəsi satılmış və həmin torpaq üçün nəzərdə tutulmuş haqq İddiaçı tərəfindən bələdiyənin büdcəsinə ödənilmişdir. Bununla yanaşı 0.06 ha torpaq sahəsinə dair keçmiş DT və XK-nin Göygöl rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin planı və ölçüsü, alqı-satqı aktı əldə edilmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur. Cavabdeh orqan imtinanın əsası kimi göstərmişdir ki, sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun aparılmadığı, belə ki, qeyd olunan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmadan satıldığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassız olmuşdur. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki A 445024 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Göygöl bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 08 nömrəli qərarı ilə X2 fərdi yaşayış evi tikmək üçün satılmış Göygöl şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Qeyd olunan torpaq sahəsi, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı məqsədlər üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. Torpaq sahəsinə dair, hüquqları dövlət qeydiyyatına alınmış mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud deyildir. İddiaçının ekspertiza baxışı zamanı təqdim etdiyi torpaq sahəsi 0.05 ha təşkil edir. Həmin 0.05 ha (500.0 kv.m) torpaq sahəsinin 420.0 kv.m hissəsi, A 445024 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Göygöl bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 08 nömrəli qərarı ilə X2 fərdi yaşayış evi tikmək üçün satılmış torpaq sahəsi ilə üst-üstə düşür. A 445024 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Göygöl bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 08 nömrəli qərarı ilə X2 fərdi yaşayış evi tikmək üçün satılmış, Göygöl şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin, elektron baza məlumatlarına istinadən, digər hər hansı üçüncü şəxsə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmə halı aşkarlanmadı. Həmçinin iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 12223/2023 saylı məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı faktiki istifadəsində olan 785.0 kv.m torpaq sahəsinin 14.0 kv.m hissəsi, AN 445024 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Göygöl bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün satılmış həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 785.0 kv.m təşkil edir. İddiaçı faktiki istifadəsində olan 785.0 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. İddiaçı faktiki istifadəsində olan 785.0 kv.m torpaq sahəsi, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, həyətyanı məqsədlər üçün nəzərdə tutulan torpaq sahəsidir və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi mövcuddur. İddiaçı faktiki istifadəsində olan 785.0 kv.m torpaq sahəsi üzərində digər şəxsin adına qeydə alınmış hüquq müəyyənedici sənəd aşkarlanmamışdır. Həmin torpaq sahəsi üzərindən yüksək təyziqli qaz kəməri, hava məkanından isə, yüksək gərginlikli elektrik xəttinin keçmədiyi müşahidə olunmuşdur. Həmin torpaq sahəsinin, qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı öbyektlərin mühafizə zonalarına düşməsi barədə, idarənin elektron baza materiallarında məlumat aşkarlanmamışdır. Yuxarıda qeyd edilən rəylər arasındakı uyğunsuzluğa dair mülahizənin məhkəməyə təqdim edilməsi üçün məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinə müvafiq məktub göndərilmiş və Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli mübahisəli torpaq sahəsinə dair məlumatın verilməsi barədə məktubdan görünür ki, A 445024 nömrəli plan və ölçü sənədinə əsasən 600.0 kv.m torpaq sahəsinin 11.8 kv.m hissəsi, **********80 reyestr nömrəli Çıxarışa əsasən X1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Elektron kadastr baza materiallarına istinadən, A 445024 nömrəli plan və ölçü sənədində göstərilən 588.2 kv.m hissəsi üzərində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən digər şəxslərin adına hüquqmüəyyənedici (Çıxarış) sənəd qeydə alınmadığı müəyyən olunmuşdur Gəncə İnzibati Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli 2-1(114)- 1820/2022 nömrəli məktubu əsasında sözügedən əraziyə keçirilən baxışda, iddiaçı tərəfindən naturada təqdim olunan faktiki sahə 0.05 ha təşkil etmiş və bu səbəbdən də, rəydə faktiki istifadə olunan sahə 0.05 ha olaraq göstərilmişdir. Lakin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-12223/2023 saylı məktuba əlavə edilmiş mütəxəssis rəyi hazırlanarkən, Gəncə Apellyasiya Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2-1(104)-699/2023 nömrəli məktubu əsasında sözügedən əraziyə keçirilən baxışda, iddiaçı tərəfindən naturada təqdim olunan faktiki sahə 785.0 kv.m təşkil etmiş və bu səbəbdən də, rəydə faktiki istifadə olunan sahə 785.0 kv.m olaraq göstərilmişdir. İddiaçı apellyasiya icraatı zamanı iddia tələbininin həcminin azaldılması barədə ərizə təqdim edərək iddia tələbinin həcmini azaldaraq 488.0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş və ərizə məhkəmənin icraatında qəbul edilmişdir. Həmçinin qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Yuxarıda həmin qanunun müvafiq maddələri sadalanmışdır. Kollegiya hesab edir ki, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (hazırki halda alğı-satqı aktı olmadan) satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinin ikinci cümləsinə əsasən bələdiyyələr qərar qəbul etdiyi andan 15 gündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası ədliyyə nazirinin 16 mart 2007-ci il tarixli 9-T №-li əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi haqqında Əsasnamə»nin 7.5-ci bəndinə əsasən Mərkəz öz vəzifələrini həyata keçirmək üçün bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət etmək və bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Göründüyü kimi cavabdeh orqan bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət etmək və bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq hüququna malik deyil. Belə olan halda qanunvericiliyində tələbinə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinin imtinası əsassız olmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməklə yeni qərar çıxarılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya qismən şikayəti təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-87/2023 saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Göygöl Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı satılmış ünvan 2 ünvanında yerləşən 488.0 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-95/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-95/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver