Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-97/2024 14.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vulqar oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 və cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdən Gəncə Gömrük İdarəsində müvəqqəti saxlanca yerləşdirilmiş kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala-təsviyyənin (aksessuarları ilə birlikdə) ********** kodu altında əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı təyinatlı texnika kimi gömrük rəsmiləşdirilməsinin başa çatdırılaraq İddiaçı MMC-nin sərəncamına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə Gəncə İnzibati Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2-1(114)- 3192/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinə əsasən İddiaçı MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan kənd təsərrüfatında istifadə olunan traktora qoşulan torpaq malası, Çift Eğim X25-sökülmüş halda (Marka “LTM-500”-5MT-2 ədəd, Marka “LTM-600”-6MT-3 ədəd, Marka “LTM-400”-4MT-1 ədəd) ********** kodu altında bəyan edilmişdir. xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinə əsasən İddiaçı MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan kənd təsərrüfatında istifadə olunan traktora qoşulan torpaq malası (Marka “Farmer”, Model “LTM-600 Çift Eğim, X24 (sökülmüş halda)-2 ədəd, Model “LTM-500” Çift Eğim X24 (sökülmüş halda)-1 ədəd) , Çift Eğim X25sökülmüş halda (Marka “LTM-500”-5MT-2 ədəd, Marka “LTM-600”-6MT-3 ədəd, Marka “LTM-400”-4MT-1 ədəd) ********** kodu altında bəyan edilmişdir. xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən İddiaçı MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan kənd təsərrüfatında istifadə olunan traktora qoşulan torpaq malası (Marka “Farmer”, Model “LTM-3.52M” X24 - Çift Eğim (sökülmüş halda)-1 ədəd, Model “LTM-4M” Çift Eğim X24 (sökülmüş halda)-1 ədəd) ********** kodu altında bəyan edilmişdir. xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən İddiaçı MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan kənd təsərrüfatında istifadə olunan traktora qoşulan torpaq malası (Marka “Farmer”, Model “LTM-7M” X24 - Çift Eğim (sökülmüş halda)-1 ədəd) ********** kodu altında bəyan edilmişdir. İddiaçı MMC-nin Alıcı "xxxx" ASC-yə verdiyi xx.xx.2021-ci il tarixli elektron qaimədə Lazer mala təsviyə adlı məhsulun dəyəri olan 29.250 manatın ƏDV-dən azad olduğu və Alıcı tərəfindən 29.250 manat ödənilməli olduğu göstərilmişdir. İddiaçı MMC-nin X1 verdiyi xx.xx.2021-ci il tarixli elektron qaimədə Lazer mala təsviyə 3.5 m adlı məhsulun dəyəri olan 29.250 manatın ƏDV-dən azad olduğu və Alıcı tərəfindən 29.250 manat ödənilməli olduğu göstərilmişdir. İddiaçı MMC-nin X2 verdiyi xx.xx.2021-ci il tarixli elektron qaimədə Lazer mala 6 m adlı məhsulun dəyəri olan 33.550 manatın ƏDV-dən azad olduğu və Alıcı tərəfindən 67.000 manat (2 ədəd) ödənilməli olduğu göstərilmişdir. İddiaçı MMC-nin X3 verdiyi xx.xx.2022- ci il tarixli elektron qaimədə **********-Lazer mala (4 metrlik) adlı məhsulun dəyəri olan 26.000 manatın ƏDV-dən azad olduğu və Alıcı tərəfindən 26.000 manat ödənilməli olduğu göstərilmişdir. İddiaçı MMC-nin Alıcı "xxxx" MMC-yə verdiyi xx.xx.2022-ci il tarixli elektron qaimədə **********-Lazer mala (7 metrlik) adlı məhsulun dəyəri olan 40.600 manatın ƏDV-dən azad olduğu və Alıcı tərəfindən 40.600 manat ödənilməli olduğu göstərilmişdir. Umut Agro” MMC-nin Alıcı "xxxx" MMC-yə verdiyi xx.xx.2023-cü il tarixli elektron qaimədə **********-3.5 metr Lazer mala adlı məhsulun dəyəri olan 27.000 manatın ƏDVdən azad olduğu və Alıcı tərəfindən 27.000 manat ödənilməli olduğu göstərilmişdir. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində İddiaçı MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə aksessuarları ilə birlikdə (LTM 6 X34 - 1 ədəd) ********* kodu altında bəyan edilmişdir. FAVO AGRO MAK.İÇ VE DİŞ TİC.PAZ.TED. VE DNŞ.HİZ.LTD.ŞTİ tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktubda xx.xx.2023-cü il tarixdə şirkət tərəfindən Türkiyədən yüklənərək göndərilən “LTM 6 MT X25 Çift Eğim (aksam və aksessuarları ilə birlikdə)” avadanlığın GTİP kodunun səhvən 8429.20.00.00.12 olaraq yazıldığı və doğru kodun 8432.80.00.00.19 olduğu bildirilmişdir. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində X35 İÇ VE DİŞ TİC.PAZ.TED VE DAN.HİZ. LTD. ŞTİ tərəfindən Türkiyə Respublikasından ixrac olunan və İddiaçı MMC tərəfindən idxal olunan kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə aksessuarları ilə birlikdə (LTM 6 X34 - 1 ədəd) ********* kodu altında bəyan edilmişdir. X16 İdarəsinin xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, İddiaçı MMC-nin yükün XİFMN-ə görə təsnifat kodunun müəyyən edilməsi barədə müraciətinə əsasən ekspertiza keçirilmiş və İddiaçı MMC-nin ünvanına GİB**********001 saylı invoys üzrə idxal olunan yükün yığılmamış halda “Favo Fermer LTM 6MT” markalı, “Mf01300000” modelli lazerli torpaq üçün planlaşdırıcı üzrə (tesviye) olub XİFMN-ə görə ********** alt yarımmövqeyində sinifləşdirildiyi barədə nəticəyə gəlinmişdir. Cavabdeh İddiaçı MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli 1600-012/0xxxx/003109 nömrəli məktubda bildirilmişdir ki, Türkiyə Respublikasından İddiaçı MMC-nin ünvanına gətirilmiş LTM 6 Metr LAZER yükü **********9471 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində **********0 XİFMN kodu ilə bəyan edilmişdir. Bununla yanaşı sözügedən yük ixrac edən ölkədə tərtib edilmiş bəyannamədə də ********** XİFMN kodu qeyd olunmuşdur. **********9471 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömük bəyannaməsinin gömrük rəsmiləşdirilməsi zamanı İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi yuxarıda qeyd olunan yükün XİFMN kodunun düzgün qeyd olunmadığını və kodun yenidən müəyyən olunması üçün X16 İdarəsində araşdırılması ilə bağlı müraciət etmiş və həmin İdarədə aparılmış araşdırma nəticəsində yuxarıda qeyd olunan yükün kodunun **********0 olduğu müəyyən edilmişdir. Yükün rəsmiləşdirilməsi zamanı ekspert rəyi əsas götürülmüşdür. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinə əsasən "xxxx" MMC tərəfindən X5 idxal olunan kənd təsərrüfatı təyinatlı əkin torpaqlarının əkin öncəsi əkinə hazırlanması üçün aqreqatlar – Model: 1) Tekyatağanlı 5 MT.X32 – 1 ədəd; 2) Tekyatağanlı 4 MT.X32 – 2 ədəd; 3) Tekyatağanlı 3 MT.Laser ********** kodu altında bəyan edilmişdir. "xxxx" MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli daşınar əmlakın qiymətləndirilmə aktından görünür ki, İddiaçı MMC-yə məxsus 1 ədəd Farmer markalı Mf01300000 model Lazer mala 6 m qoşqusunun qiymətləndirilməsi həyata keçirilmiş və bu zaman rəydə qiymətləndirilən əmlakın xüsusiyyətləri qrafasında həmin texnikanın növünün “traktora qoşulan”, təyinatının “torpaq sıyırıcı” olması qeyd edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, hazırda İdarədə saxlanılmaqda olan “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”na daxil edilmiş, kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer malatəsviyə “Favo fermer” tipli texniki vasitələrin aksesuarları ilə birlikdə özəlləşdirilərək İddiaçı MMC-nin istifadəsinə verilməsinin cavabdeh orqanın üzərinə vəzifə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların gətirilməsi və dövlət kənd təsərrüfatı işlərinin həyata keçirilməsi üçün Türkiyə Cümhuriyyətindən alınan texnikalar xx.xx.2023-cü il tarixdən etibarən Cavabdehndə saxlanılmaqdadır. Həmin texnikalar Sərhəd Gömrük İdarəsinə daxil olduğu gündən gömrükdə rəsmiləşdirilməsi baş tutmamışdır. Səbəb kimi isə rəsmi sənədin Türkiyə Cümhuriyyəti tərəfindən texniki səhv olaraq qeyd edilmişdir. Lakin alıcı tərəf olaraq onlar tərəfindən hüquqi tədbirlər görülmüş və tələb olunan rəsmi sənədin düzgün formada Türkiyə Cümhuriyyətindən alınıb verilməsinə baxmayaraq, bu məsələ öz həllini tapmamışdır. Bundan sonra zəruri sənədlərlə birlikdə rəsmi qaydada Qərb Ərazi Gömrük Baş İdarəsinə müraciət etsələr də, rədd cavabı verilmiş və texnikaların rəsmiləşdirilməsi baş tutmamışdır. Halbuki, xx.xx.2023-cü il tarixdə “Favo Fermer” şirkəti tərəfindən Azərbaycan Respublikasına göndərilən “LTM 6 mt X24 Çift Eğim (aksam və aksessuarları ilə birlikte) həmin şirkət tərəfindən texnikaların GTİP kodu səhvən 8429.20.00.00.12 olaraq yazılmışdır. Bu yanlışlığın aradan qaldırılması üçün yenidən müraciət etmişlər və düzgün kodu həmin şirkətdən almışlar. Düzgün kodun 8432.80.00.00.19 olaraq həmin şirkətdən arayış formada alınmasına baxmayaraq cavabdeh texnikaların rəsmiləşdirilməsini həyata keçirmir. Gəncə İnzibati Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2-1(114)-3192/2023 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, xx.xx.2023-cü il tarixdən Gəncə Gömrük İdarəsində müvəqqəti saxlanca yerləşdirilmiş kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer malatəsviyyənin (aksessuarları ilə birlikdə) ********** kodu altında əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı təyinatlı texnika kimi gömrük rəsmiləşdirilməsinin başa çatdırılaraq İddiaçı MMC-nin sərəncamına verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, bəyan edilən malların X14 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədiyi halda, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Lakin hazırkı işdə iddiaçı MMC tərəfindən bəyan edilən texnikanın XİFMN kodu əvvəlcə 8429.20.00.00.12 kodu altında düzgün göstərilməsə də, sonradan İxrataçı şirkətdən yanlışlıqla bağlı məktub alaraq düzgün kodun əslində 8432.80.00.00.19 olduğu bildirilmiş, cavabdeh gömrük orqanı isə onu qəbul etməyərək, 8429.20.00.00.12 kodu ilə gömrük rəsmiləşdirilməsini həyata keçirmək istəmişdir/ Halbuki, Gömrük Məcəlləsinin tələblərinə əsasən, malların təsnifatını apararkən, gömrük orqanları X14 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Cavabdeh orqanı bu zaman X16 İdarəsinin xx.xx.2023- cü il tarixli ekspert rəyini əsas götürsə də, məhkəmə həmin rəyə tənqidi yanaşır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş daşınar əmlakın qiymətləndirmə rəyi və fotoşəkillərlə müəyyən edilir ki, iddiaçının idxal etdiyi texniki özügedən texnika deyil və traktora qoşqu kimi qoşulmaqla istifadə edilir. 8429 11 009 0 kodu altında isə “özügedən digər maşınlar” nəzərdə tutulur. Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən verilmiş (T.C. Tarım ve X27 X17 Tatım ve X23 Müdürlüğü-deney raporu) xx.xx.20023-cü il tarixli sənəddə də göstərilir ki: “X26 X33. Ve Tic. A.Ş. tarafından imal edilən (farmersoil Marka, LTM-500 Model, 5 m iş genişliği, çekilir tip) lazer kontröllü tesviye makinesi, çeki oku yardımıyla traktörle çekilen, hidrolik kontrol edilen lazerli algılayıcılar yardımıyla kazı ve dolgu yapabilen bir tesviye makinasıdır”. Bundan başqa, şəxsin konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı və ya elektron müraciəti əsasında məcburi olan qərarlar qəbul edildiyi və onların icrasının gömrük orqanları üçün məcburi olduğu qanunvericilikdə təsbit olunmuşdur. Lakin hazırkı iş üzrə gömrük orqanın malların təsnifatı haqqında məcburi xarakter daşıyan qərarının mövcud olması müəyyən edilmir. Eyni zamanda, gömrük dəyərinin müəyyən edilməsinə nəzarət orqanı olaraq gömrük orqanlarının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ olsa da, o, bu hüququ qanunvericilikdə müəyyən olunmuş hüdud daxilində və qanunda nəzərdə tutulmuş formada həyata keçirməli, eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsindən çəkinməli, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina etməməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiaçının iddia tələbinin bütövlükdə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixində Türkiyə Respublikasının "X35 İç ve Dış Tic. Paz. Ted. ve Dan. Hiz. LTD. ŞTİ" (ixracatçı) tərəfindən "xxxx" MMC-nin ünvanına göndərilmiş "LTM 6MT X25 Çift Eğim (Aksam ve Aksesuarlarıyla Birlikte)" adlı yükünə dair gömrük bəyannaməsi tərtib edilərkən X14 mal nomenklaturasının (XİFMN) ********** nömrəli kodu ilə bəyan olunmuşdur. Həmin XİFMN üzrə kod Azərbaycan Respublikası Nazirlər Kabinetinin 430 nömrəli xx.xx.2023-cü il tarixli "Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı"nın təsdiq edilməsi haqqında Qərarında göstərilmiş siyahıda olmadığından malların əlavə dəyər vergisindən azad olunması nəzərdə tutulmur. Bu səbəblə "xxxx" MMC ixracatçı tərəfindən aldığı məktubu əvvəlki Cavabdehnə təqdim edərək yükün XİFMN kodunun texniki səhv nəticəsində ********** nömrəli kodun qeyd olunduğunu bildirmiş və yükün əsi XİFMN kodunun ********** nömrəli kod olaraq dəyişdirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri gömrük orqanının məsul əməkdaşları tərəfindən düzgün həyata keçirilmiş, iddiaçı tərəfindən gömrük orqanına təqdim edilmiş "LTM 6MT X25 Çift Eğim (Aksam ve Aksesuarlarıyla Birlikte)" yükünün təyinatının və X14 mal nomenklaturasında kodunun müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X13 İdarəsinə sorğu verilmiş, sonuncu tərəfindən qeyd edilən malların ekspertizası aparılmış və nəticədə müvafiq olaraq aşağıdakılar müəyyən edilmişdir: "xxxx" MMC-nin ünvanına GİB**********001 nömrəli, xx.xx.2023-cü il tarixli invoysun 1-ci mövqeyi üzrə idxal olunan yük "Favo Farmer LTM 6MT" markalı lazerli torpaq üçün planlaşdırıcı (tesviye) olub XİFMN-ə görə ********** alt yarımmövqeyində sinifləşdirilir. (ekspertizanın rəyi əlavə olunur) Əlavə olaraq işin düzgün araşdırılması istiqamətində köməklik göstərilməsi məqsədilə bildiririk ki, "xxxx" MMC-nin müraciətinə əsasən yuxarıda qeyd olunan mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Daha sonra sözügedən yükə dair X13 İdarəsi tərəfində aparılmış araşdırmanın nəticəsində müəyyən edilmiş XİFMN ********** nömrəli kodun təkrar araşdırılması üçün "xxxx" MMC X13 İdarəsinə müraciət etmiş və yükə fiziki baxış keçirilərək XİFMN kodunun müəyyən edilməsi məqsədi ilə ekspertin təyin olunmasını xahiş etmişdir. X13 İdarəsinin eksperti Cəmiyyətin fəaliyyət sahəsində yerləşən anbarda sözügedən yükə baxış keçirmişdir. Təkrar araşdırmanın nəticəsində yükün XİFMN üzrə kodunun daha əvvəl tərtib edilmiş ekspert rəyində də qeyd olunduğu kimi yükün XİFMN üzrə kodunun ********** nömrəli kod olduğunu bir daha təsdiq etmişdir. Aşağıda qeyd edilənlər rəhbər tutularaq hesab edilir ki, Gəncə İnzibati Məhkəməsinin 2- 1(114)-3192/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı qərəzli və əsassızdır. Belə ki, məhkəmə tərəfləri dinləyərkən qərəzli mövqedən yanaşmış, idxalatçı "xxxx" nun ünvanına yük göndərən ixracatçı "X35 İç ve Dış Tic. Paz. Ted. ve Dan. Hiz. LTD. ŞTİ" şirkətin malın XİFMN kodunu səhvən başqa kod olaraq geyd etdiklərini və bununla bağlı gömrük orqanına "xxxx" MMC ixracatçı şirkətin məktubunu təqdim etmiş lakin gömrük orqanı bunu qəbul etməyərək malın kodunun müəyyən edilməsi üçün X16 İdarəsinə müraciət etmiş və onların rəyini əsas götürmüşdür. Qeyd edilir ki, ixracatçı "X35 İç ve Diş Tic. Paz. Ted. ve Dan. Hiz. LTD. ŞTİ" şirkəti ilə idxalatçı "xxxx" MMC biri-birinə maraqlı şəxs olduqlarından gömrük orqanı öz hüquqlarından istifadə edərək malın kodunun müəyyən edilməsi üçün X16 İdarəsinə müraciət etmiş və verilən rəydə malın XİFMN-ə görə kodunun ********** alt yarımmövqeyində sinifləşdirildiyi müəyyən edilmişdir. Həmçinin məhkəmənin özü Gömrük məcəlləsinin 321.4-cü maddəsinə istinad etmişdir ki, Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi faəliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşaiyət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Qeyd olunan fakt üzrə malın kodunda şübhə olduğundan X16 İdarəsinə müraciət edilmiş və verilən kodun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 430 nömrəli xx.xx.2023-cü il tarixli "Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyyat hissələrinin Siyahısı"nın təsdiq edilmiş Qərarında göstərilmiş siyahıda adları yoxdur. Həmçinin məhkəmə Dövlət Gömrük Komitəsinin X16 İdarəsinin rəyini əsas götürməyərək ixracatçı "X35 İç ve Diş Tic. Paz. Ted. ve Dan. Hiz. LTD. ŞTİ" şirkətin məktubunu əsas götürməklə əvvəlcədən öz mövqeyini ortaya qoymuşdur. Bundan başqa xx.xx.2023-cü il tarixdə məhkəmə prosesində ekspertiza rəyinin yalnış olması mübahisələndirildiyi üçün iş üzrə Gəncə Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi X11 şifahi vəsatətini nəzərə almamış və malın kodunun müəyyən edilməsi üçün təkrar ekspertizasının keçirilməsini Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etməmiş və dərhal Qərar qəbul etmişdir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X19 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin əlavə olaraq bildirdi ki, 2021-ci ildə də eyni avadanlıqlar iddiaçı tərəfindən idxal edilmiş və avadanlıqlar ƏDV-yə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, ilk dəfə eyni avadanlıqdan idxal edən zaman onlar ƏDV-yə cəlb edilmişdir. Daha sonra onlar həmin sənədləri X31 Mərkəzinə göndərdikdə onlara bildirilmişdir ki, həmin avadanlıqlar dövlət subsidiyasına düşən avadanlıqlardır və ƏDV-yə cəlb olunmurlar. Yenidən onlar gömrük orqanına müraciət etdikdən sonra gətirilən eyni tipli avadanlıqlara görə ƏDV ödəməmişlər. Eyni avadanlıqlardan indiyədək azı 20 ədəd gətirmişlər. Onlar təchizatcıdılar, avadanlıqları idxal edib fermerlərə, sahibkarlara satıllar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Gömrük Məcəlləsi 50.1. Şəxs konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını, gömrük dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul edirlər. 50.2. Məcburi qərar, müvafiq bildirişin və qərarın surətinin barəsində qərar çıxarılmış şəxsə təqdim olunduğu tarixdən qüvvəyə minir. Həmin tarixdən bu qərarın icrası gömrük orqanları üçün məcburidir. 50.3. Bu Məcəllənin 50.1-ci maddəsində nəzərdə tutulan qərarlar yalnız həmin qərarlar qüvvəyə mindikdən sonra gömrük rəsmiləşdirilməsi tamamlanan mallara münasibətdə gömrük orqanları üçün məcburidir. 157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. 319.1. X14 mal nomenklaturası - malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır. 319.2. X14 mal nomenklaturasının şərh etmə qaydaları və istənilən təsnifatlandırma səviyyəsindəki mövqelərə dair şərhlər (qeydlər) X14 mal nomenklaturasının ayrılmaz hissəsidir. 319.3. X14 mal nomenklaturasından tarif və qeyri-tarif tədbirlərinin tətbiqi və xarici ticarətin gömrük statistikasının aparılması üçün istifadə edilir. 319.4. Azərbaycan Respublikasında istifadə edilən X14 mal nomenklaturası X9 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X18 Edilmiş Sisteminə və X10 X14 vahid mal nomenklaturasına uyğun olmalıdır. 319.5. X14 mal nomenklaturasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların X14 mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. 321.2. Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər. 321.3. Bəyan edilən malların X14 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. 321.4. Malların təsnifatını apararkən, gömrük orqanları X14 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. 321.5. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İş materiallarından müəyyən edilir ki, İddiaçı MMC Türkiyə Respublikasından ölkəyə kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə aksessuarları ilə birlikdə (LTM 6 X34 - 1 ədəd) idxal edilmişdir. Həmin lazer malanın kodu yalnışlıqla ixratçı şirkət tərəfindən 8429.20.00.00.12 kimi qeyd edilmişdir. Buna əsasən də cavabdeh inzibati orqan həmin lazer malanı yuxarıda göstərilən 8429.20.00.00.12 kod altında təsnif edərək, gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən iddiaçı buna etiraz etmiş və ixratçı şirkət tərəfindən verilmiş məktub təqdim etmişdir cavabdeh orqana. Məktubda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə şirkət tərəfindən Türkiyədən yüklənərək göndərilən “LTM 6 MT X25 Çift Eğim (aksam və aksessuarları ilə birlikdə)” avadanlığın GTİP kodunun səhvən 8429.20.00.00.12 olaraq yazılmış və doğru kod 8432.80.00.00.19dur. Cavabdeh inzibati orqan isə həmin məktubu qəbul etməmişdir. Bəyannamədə texnikanı 8429.20.00.00.12 kodu ilə təsnifləşdirdiyi üçün iddiaçı MMC ekspertiza aparılması üçün müraciət etmiş və X16 İdarəsi tərəfindən yükün XİFMN kodunun müəyyən edilməsi üçün ekspertiza keçirilərək, xx.xx.2023-cü il tarixli ekspert rəyi verilmişdir. Həmin rəydə İddiaçı MMC-nin ünvanına GİB**********001 saylı invoys üzrə idxal olunan yükün yığılmamış halda “Favo Fermer LTM 6MT” markalı, “Mf01300000” modelli lazerli torpaq üçün planlaşdırıcı üzrə (tesviye) olub XİFMN-ə görə ********** alt yarımmövqeyində sinifləşdirildiyi göstərilmişdir. Bununla razılaşmayan iddiaçı hazırda müvafiq iddia tələbilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi cavabdehin imtinasının əsası lazer malanın gömrük bəyannaməsində ********** XİFMN kodu ilə bəyan edilməsi olmuş və bu səbəbdən də iddiaçının tələbinin icrasından imtina edilmişdir. Həmçinin yükün rəsmiləşdirilməsi zamanı X16 İdarəsi tərəfindən təqdim edilmiş ekspert rəyi əsas götürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinasını əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, apellyator şikayətin dəlillərində xx.xx.2023-cü il tarixdə məhkəmə prosesində ekspertiza rəyinin yalnış olmasını mübahisələndirildiyi üçün iş üzrə Gəncə Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi X11 şifahi vəsatətinin birinci instansiya məhkəməsi tərəfindən nəzərə almaması və malın kodunun müəyyən edilməsi üçün təkrar ekspertizasının keçirilməsini Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməməsi və dərhal Qərar qəbul edilməsi qeyd edilmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsi iş üzrə müvafiq ekspertizanın keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən yuxarıda qeyd olunan hallar nəzərə alınaraq xx.xx.2023-cü il tarixli qərardadla İddiaçı tərəfindən Türkiyə Respublikasından idxal edilmiş kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer malanın X14 Mal Nomenklaturası üzrə kodunun Azərbaycan Respublikasının X14 Mal Nomenklaturası üzrə alt yarımmövqeyinin (kodu) müəyyənləşdirilməsi üçün müvafiq ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 9/7742 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində, traktora qoşulan torpaq malasının (lazer təsviyyə makinası) yalnız kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulduğu müəyyən edilir. Belə ki, həmin lazer mala kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X14 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nə əsasən ekspertiza təyini haqqında qərardadda və iş materialında qeyd edilən "kənd təsərrüfatında istifadə olunan traktora qoşulan torpaq malası (lazer təsviyyə makinası)" 8432 80 000 0 alt yarımmövqeyındə sinifləşdirilir. Həmçinin iş materiallarında olan olan gömrük bəyannamələrindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixlərdə Türkiyə Respublikasından hazırkı iddia tələbinin predmeti olan lazer mala ilə eyni növdən olan texnikalar idxal edilmiş və ********** kodu ilə bəyan edilərək gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi də məhkəmə iclasında həmin hallları təkzib etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və təqdim edilmiş ekspert rəyini mötəbər rəy kimi qiymətləndirərək hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız olduğundan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3192/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinə aid edilməklə, 50 manat pul cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsindən tululub SAP (XİİS), X6, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-97/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-97/2024
14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver