Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-97/2025 04.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9n Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: Sosial müavinətin ödənilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9n Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9n Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2001-ci ildən xx.xx.2021-ci ilədək sosial müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-2901/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tibbi kartadan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən X4 qeydiyyatdadır.
2. X5 ambulator, stasionar xəstənin tibb kartasından çıxarışda diaqnoz “Toksiki ensefalopatiyanın nəticəsi, qavrama və dərketmənin geriliyi” kimi qeyd edilmişdir.
3. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2018-ci il tarixli, 1224 nömrəli tibbi rəyində diaqnoz “Yüngül kəmağıllıq F70.0” kimi müəyyən edilmişdir.
4. 4845/2019 nömrəli Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, İddiaçı “Yüngül dərəcəli əqli gerilik” diaqnozu ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının Bərdə rayon şöbəsində stasionar müalicədə olmuşdur.
5. X11 Dispanserinin Xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki, İddiaçı “Yüngül əqli gerilik, davranış pozuntuları ilə” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X11 Dispanserində stasionar müalicədə olmuşdur.
6. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Əsdəli Yusif Elman oğlunun sağlamlıq vəziyyəti xx.xx.2021-ci il tarixdə tibb müəssisəsinin 0232003AAURA nömrəli göndərişi əsasında qiymətləndirilərək “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz İİİ dərəcə əlillik təyin edilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9n Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında” xx.xx.2022-ci il tarixli, 20657 nömrəli qərarı ilə vətəndaşın tələb etdiyi dövrlər Əlllik AS-da olmadığına görə müraciətin təmin olunmasından imtina edilmişdir. Eyni zamanda qərarda vətəndaşa xx.xx.2021-ci il tarixdən müddətsiz İİİ dərəcəli əlilliyin təyin olunduğu və müvafiq olaraq İİİ dərəcəli əlilliyə görə elektron qaydada müavinət təyin edildiyi qeyd olunmuşdur.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9n Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubunda bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. Məlumat üçün bildirilir ki, X1 Sisteminin Əlillik altsistemi proqram təminatına əsasən onun xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz olaraq İİİ dərəcə əlilliyi müəyyən edilmişdir. Müvafiq olaraq ona xx.xx.2021-ci il tarixindən İİİ dərəcə əlilliyə görə 110 manat məbləğində sosial müavinət təyin edilmiş və xx.xx.2022-ci il tarixindən 120 manata çatdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Sözügedən Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Bildirilir ki, X1 Sisteminin Əlillik altsistemində xx.xx.2001-ci il tarixindən xx.xx.2021-ci il tarixindək onun sağlamlıq imkanlarının məhdudluğu və ya əlillik dərəcəsi barədə məlumat aşkar edilməmişdir. Bu səbəbdən qeyd olunan tarixlərdə tibbi-sosial ekspert komissiyası tərəfindən sağlamlıq imkanlarının məhdudluğu və ya əlillik dərəcəsi müəyyən edilmədiyi üçün ona ərizəsində qeyd etdiyi dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9n Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubu ilə bildirilmişdir ki, X1 Sisteminin Əlillik altsisteminə əsasən İddiaçı ilkin əlilliyi xx.xx.2021-ci il tarixdən müəyyən edildiyi üçün ərizəsində qeyd olunan dövrlər üzrə müavinətin təyin edilməsindən imtina edilmişdir.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” X9n xx.xx.2023-cü il tarixli, T159/2023 nömrəli ekspert rəyinə əsasən, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “V Sinif – psixi pozğunluqlar və davranış pozğunluqları => F70- F79-əqli gerilik => F70-yüngül dərəcəli əqli gerilik. Diaqnozun mətni: qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.5.24 gözəçarpan davranış pozuntuları olan debillik (İQ=50-70 arası) və ya yüngül dərəcəli kəmağıllıq (demensiya) (F70-F79)” diaqnozu şəxsin tibb müəssisəsində kliniki, laboratorinstrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Onda olan xəstəliyin anadangəlmə və ya qazanılma olmasının təyini isə məhkəmə-tibb ekspertinin səlahiyyətinə aid deyildir. Qərardadda göstərilən digər sual məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi X2 tərəfindən həyata keçirilir.
11. Bərdə rayon Mərkəzi Xəstəxanası X9n xx.xx.2023-cü il tarixli, PHŞ-6-28/2- 888/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçı xx.xx.2001-ci il təvəllüdlü İddiaçı “Yüngül dərəcəli əqli gerilik” diaqnozu ilə xx.xx.2016-cı il tarixdən xəstəxananın poliklinika şöbəsində dispanser qeydiyyatdadır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə TSEK tərəfindən İddiaçı müddətsiz olaraq İİİ dərəcəli əlillik təyin olunmuşdur.
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X9n xx.xx.2023-cü il tarixli, 3-17- 4/2-27574/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Həmin Qaydanın 1.7. bəndinə əsasən şəxs əliliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İddiaçı ilkin əlillik vəziyyəti Bərdə Rayon Mərkəzi Xəstəxanasının 0232003AAURA nömrəli göndərişi əsasında (Diaqnoz: Yüngül dərəcəli əqli gerilik, İQ=69) xx.xx.2021-ci ildə elektron qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən üçüncü dərəcə müddətsiz əlillik təyinatının aparılması barədə qərar qəbul edilmişdir. Əqli gerilik adətən anadangəlmə pozuntu olub, müxtəlif təzahür dərəcələri vardır. Qabarıq əlamətlərlə təzahür etdiyi halda, habelə yetkinlik yaşında əlamətlərin nəzərə çarpması məhz həmin dövrdə müayinə və müalicə üçün ixtisaslaşmış tibb müəssisəsinə müraciət olunmasına səbəb ola bilər. Tibbi göndərişdə xx.xx.2001-ci il təvəllüdlü İddiaçı ambulator və stasionar müraciətlərinin 2018ci ildən başlanıldığı göstərilmişdir, bu isə əvvəlki illərdə sözü gedən pozuntuların ya olmaması və ya cüzi nəzərə çarpması ilə əlaqədar ola bilər. Bərdə Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0232003AAURA nömrəli göndərişində İQ səviyyəsi 69 qeyd olunmuşdur, bu isə “Yüngül dərəcəli əqli gerilik (İQ 50- 70)” üçün sərhəddin yuxarı həddi kimi qəbul edilməkdədir. Həmçinin qeyd edək ki, İQ=69 olan şəxslərdə əqli gerilik özünü erkən uşaq yaşlarında yox, məhz təhsil alarkən və ya ictimai-sosial fəaliyyəti artdıqda yaşıdlarla müqayisədə özünü biruzə verə bilər.
13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9n xx.xx.2023-cü il tarixli, 3-17-1/2-281338/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na (bundan sonra-Qayda) uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin giymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İddiaçı ilkin əlillik vəziyyəti Bərdə Rayon Mərkəzi Xəstəxanasının 0232003AAURA nömrəli göndərişi əsasında (Diaqnoz: Yüngül dərəcəli əqli gerilik, lQ=69) 24 oktyabr 2021-ci ildə elektron qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən üçüncü dərəcə müddətsiz əlillik təyinatının aparılması barədə qərar qəbul edilmişdir. Qeyd etmək istərdik ki, əqli gerilik adətən anadangəlmə pozuntu olub, müxtəlif təzahür dərəcələri vardır. Qabarıq əlamətlərlə təzahür etdiyi halda, habelə yetkinlik yaşında əlamətlərin nəzərə çarpması məhz həmin dövrdə müayinə və müalicə üçün ixtisaslaşmış tibb müəssisəsinə müraciət olunmasına səbəb ola bilər. Tibbi göndərişdə xx xxxxxxxx 2001-ci il təvəllüdlü İddiaçı ambulator və stasionar müraciətlərinin 2018-ci ildən başlanıldığı göstərilmişdir, bu isə əvvəlki illərdə sözügedən pozuntuların ya olmaması və ya cüzi nəzərə çarpması ilə əlaqədar ola bilər. Bundan əlavə, Bərdə Rayon Mərkəzi Xəstəxanasının 14 oktyabr 2021-ci il tarixli 0232003AAURA nömrəli göndərişində İddiaçı İQ səviyyəsi 69 qeyd olunmuşdur, bu isə “Yüngül dərəcəli əqli gerilik (İQ 50-70)” üçün sərhəddin yuxarı həddi kimi qəbul edilməkdədir. Həmçinin qeyd edək ki, İQ=69 olan şəxslərdə əqli gerilik özünü erkən uşaq yaşlarında yox, məhz təhsil alarkən və ya ictimai-sosial fəaliyyəti artdıqda yaşıdlarla müqayisədə özünü büruzə verə bilər.
14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X9n xx.xx.2024-cü il tarixli, 3-17- 4/2-10114/2024 nömrəli məktubunda bildirilmişdir ki, Nazirliyin X1 sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən İddiaçı əlillik vəziyyəti ilkin olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli, 0232003AAURA nömrəli göndəriş əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.24-cü bəndinə müvafiq olaraq xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Vətəndaş xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri baş ağrısı, baş gicəllənməsi, yaddaş zəifliyi və əsəbilikdən olmuş, yaxınlarından alınan məlumatlarda isə ilkin psixofizioloji inkişafı ləngisə də, orta məktəbə vaxtında getməsi (9 sinif bitirib), yaşıdları ilə ünsiyyətə çətin qoşulması, yaddaşı zəif uşaq olduğu bildirilmişdir. Təqdim edilmiş sənədlər arasında, Ağdam Rayon Ruhi Əsəb Dispanserinin xx.xx.2021-xx.xx.2021-ci il tarixli epikrizinə əsasən diaqnoz “Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə”, Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2018-ci il tarixli, 1224 nömrəli tibbi rəyinə əsasən diaqnoz “Yüngül kəmağıllılıq” şəklində göstərilmişdir. Obyektiv müayinə zamanı həkim-psixiatrın nəticəsinə əsasən, ünsiyyətə daxil olmuş, emosiyaları primitiv izlənilmiş, gülümsəyərək danışmış, gündəlik işlərə, fəaliyyətə adaptasiya olunmuş, sərbəst, təfəkkürü tərkibinin primitivliyi aşkar, tibbi sənədlər və xəstəliyi barədə məlumatsız olmuş, “Yüngül dərəcəli əqli gerilik” diaqnozu təsdiqini tapmışdır. Anamnestik məlumatlar, obyektiv müayinə nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.24-cü bəndinə müvafiq olaraq xx.xx.2021-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 2.2-ci bəndinə əsasən tibb müəssisələrində fəaliyyət göstərən həkim-məsləhət komissiyaları şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır, diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxsi ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərir. Bu Qaydanın 2.5-ci bəndinə əsasən isə, 2.3cü bəndinə uyğun olaraq qəbul edilmiş Qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən göndəriş tərtib edilir. Bu qaydalar əsasında xəstəliyin səbəb-əlaqəsinin, xəstəliyin anadangəlmə olması və yaxud sonradan yaranmasının, sonradan yaranmışdırsa hansı tarixdən yaranması barədə məlumat və sənədlərinin toplanması bir başa tibb müəssisəsinin səlahiyyətlərinə daxildir. İddiaçı müraciəti əsasında Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli, 0232003AAURA nömrəli göndərişdə xəstəliyin başlama tarixi xx.xx.2003-cü il göstərilmiş, bu tarixin doğruluğu, xəstəliyinin uşaqlıqdan (anadangəlmə) əlilliyinə səbəb olması və ya xəstəliyinin sonradan inkişaf etməsini təsdiq edən sənəd (ixtisalaşdırılmış tibb müəssisəsinin sənədi, TSEK arayışı və ya müayinə aktından çıxarış) təqdim edilmədiyindən, xəstəliyin başlanma tarixinin doğruluğunu, xəstəliyin ağırlıq dərəcəsinin əlillik təyinatına əsas verməsini, nə təsdiq nə də inkar etmək mümkün olmamışdır. Həmçinin qeyd edilməlidir ki, İddiaçı gündəlik işlərə, fəaliyyətə adaptasiyalı və yaşadığı mühitdə sərbəst olması, kobud davranış pozuntularının izlənməməsi onun ilkin dövrdə tibbi dəstək almasını və əlilliyin ekspertizası üçün müraciətini vacib etməmişdir. xx.xx.2021-ci il tarixli, 0232003AAURA nömrəli göndərişdə vətəndaşın psixi vəziyyətinin məhz 2021-ci ildə pisləşdiyi və bundan sonra stasionar müalicə aldığı qeyd edilmişdir. Bununla əlaqədar, xəstəliyinin və davranış pozuntularının ağırlaşaraq 2021-ci ildə əlillik səviyyəsinə çatdığı düşünülmüşdür.
15. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, anamnestik məlumatlar, obyektiv müayinə nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədləri əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixinə kimi qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.24-cü bəndinə müvafiq müddətsiz ümumi xəstəlik səbəbindən üçüncü dərəcə “ilkin” əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır.
16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X9n xx.xx.2024-cü il tarixli, 3-17- 4/2-22814/2024 nömrəli məktubunda bildirilmişdir ki, Nazirliyin X1 sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən İddiaçı əlillik vəziyyəti ilkin olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli, 0232003AAURA nömrəli göndəriş əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.24-cü bəndinə müvafiq olaraq xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Vətəndaş məhkəmə qərardadına əsasən xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri baş ağrısı, baş gicəllənməsi, yaddaş zəifliyi və əsəbilikdən olmuş, yaxınlarından alınan məlumatlarda isə ilkin psixofizioloji inkişafı ləngisə də, orta məktəbə vaxtında getməsi (9 sinif bitirib), yaşıdları ilə ünsiyyətə çətin qoşulması, yaddaşı zəif uşaq olduğu bildirilmişdir. Təqdim edilmiş sənədlər arasında, Ağdam Rayon Ruhi Əsəb Dispanserinin xx.xx.2021- 08.2021-ci il tarixli epikrizinə əsasən diaqnoz “Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə”, Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2018-ci il tarixli, 1224 nömrəli tibbi rəyinə əsasən diaqnoz “Yüngül kəmağıllılıq” şəklində göstərilmişdir. Obyektiv müayinə zamanı həkim-psixiatrın nəticəsinə əsasən, ünsiyyətə daxil olmuş, emosiyaları primitiv izlənilmiş, gülümsəyərək danışmış, gündəlik işlərə, fəaliyyətə adaptasiya olunmuş, sərbəst, təfəkkür tərkibinin primitivliyi skar, tibbi sənədlər və xəstəliyi barədə məlumatsız olmuş, “Yüngül dərəcəli əqli gerilik” diaqnozu təsdiqini tapmışdır. Anamnestik məlumatlar, obyektiv müayinə nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.24-cü bəndinə müvafiq olaraq xx.xx.2021-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı qüvvədə saxlanılmışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 2.2-ci bəndinə əsasən tibb müəssisələrində fəaliyyət göstərən həkimməsləhət komissiyaları şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır, diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxsi ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərir. Bu qaydanın 2.5-ci bəndinə əsasən isə, 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş Qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən göndəriş tərtib edilir. Bu qaydalar əsasında xəstəliyin səbəbəlaqəsinin, xəstəliyin anadangəlmə olması və yaxud sonradan yaranmasının, sonradan yaranmışdırsa hansı tarixdən yaranması məlumat və sənədlərinin toplanması bir başa tibb müəssisəsinin səlahiyyətlərinə daxildir. İddiaçı müraciəti əsasında, Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli, 0232003AAURA nömrəli göndərişdə xəstəliyin başlama tarixi xx.xx.2003-cü il göstərilmiş, bu tarixin doğruluğu, xəstəliyinin uşaqlıqdan (anadangəlmə) əlilliyinə səbəb olması və ya xəstəliyinin sonradan inkişaf etməsini təsdiq edən sənədə (ixtisalaşdırılmış tibb müəssisəsinin sənədi, TSEK arayışı və ya müayinə aktından çıxarış) təqdim edilmədiyindən, xəstəliyin başlanma tarixinin doğruluğunu, xəstəliyin ağırlıq dərəcəsinin əlillik təyinatına əsas verməsini, nə təsdiq nə də inkar etmək mümkün olmamışdır. Həmçinin qeyd etməliyik ki, İddiaçı gündəlik işlərə, fəaliyyətə adaptasiyalı və yaşadığı mühitdə sərbəst olması, kobud davranış pozuntularının izlənməməsi onun ilkin dövrdə tibbi dəstək almasını və əlilliyin ekspertizası üçün müraciətini vacib etməmişdir. xx.xx.2021-ci il tarixli, 232003AAURA nömrəli göndərişdə vətəndaşın psixi vəziyyətinin məhz 2021-ci ildə pisləşdiyi və bundan sonra stasionar müalicə aldığı qeyd edilmişdir. Bununla əlaqədar, xəstəliyinin və davranış pozuntularının ağırlaşaraq 2021-ci ildə əlillik səviyyəsinə çatdığı düşünülmüşdür.
17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatriya Ekspertiza Mərkəzi” X9 xx.xx.2025-ci il tarixli, 11 saylı rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda “Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” müəyyən edilir. Əqli gerilik intellektin ümumi səviyyəsini müəyyən edən və inkişaf prosesində meydana çıxan vərdişlərin zəifləməsi ilə xarakterizə olunan anadangəlmə ləngimə halı və ya natamam əqli inkişafıdır. 2-ci sual, yəni xəstəlik uşaqlıqdan (anadangəlmə) yaranmışdırsa, həmin vaxtdan onun əlilliyə səbəb olmuşdurmu və ya xəstəliyi sonradan inkişaf edərək 2021-ci ildə İİİ qrup əlillik dərəcəsinin verildiyi vaxt əlillik səviyyəsinə çatmışdırmı? sualını cavablandırmaq məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətinə aid olmadığından cavablandırılmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9n Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2001-ci ildən xx.xx.2021-ci ilədək sosial müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2001-ci il tarixində Bərdə rayonu, Çələbilər kəndində anadan olmuşdur. xx.xx.2001-ci il tarixindən anadan gəlmə xəstədir, lakin ona ümumi xəstəliklə əlaqədar əlillik dərəcəsi xx.xx.2021-ci il tarixdə təyin edilmişdir. Hal-hazırda Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından ümumi əlil kimi müavinat alır, lakin qanunla ona ödənilməyən müavinətın, yəni müavinət almaq hüququ yarandığı gündən “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli Qərarının 1.3-cü madəsinə əsasən müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə qanuna müvafiq olaraq anadan olduğu gündən xx.xx.2001-ci ildən xx.xx.2021-ci ilədək fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməsi mümkündür. Bu barədə cavabdehə xx.xx.2022-ci ildə müraciət etmiş, lakin cavabdeh “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci və 10-cu maddələrinin tələblərini pozaraq müraciətinə cavab verməmişdir, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir.
20. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
21. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-2901/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
22. Məhkəmə hesab etmişdir ki, ödəməni həyata keçirən orqanın vəzifəsi məhz əlilliyin təyinat tarixindən ödəməni həyata keçirməkdən ibarət olduğuna görə cavabdeh orqan iddiaçıya xx.xx.2001-ci ildən xx.xx.2021-ci ilədək sosial müavinətin ödənilməsindən imtina etməklə, iddiaçının qanunla qorunan hər hansı hüquqlarınının pozulmasına yol verməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
23. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-2901/2024 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2001-ci il tarixində Bərdə rayonu, Çələbilər kəndində anadan olmuşdur. xx.xx.2001-ci il tarixindən anadan gəlmə xəstədir, lakin ona ümumi xəstəliklə əlaqədar əlillik dərəcəsi xx.xx.2021-ci il tarixdə təyin edilmişdir. Hal-hazırda Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından ümumi əlil kimi müavinət alır, lakin qanunla ona ödənilməyən müavinətın, yəni müavinət almaq hüququ yarandığı gündən “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarının 1.3-cü madəsinə əsasən müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə qanuna müvafiq olaraq anadan olduğu gündən xx.xx.2001-ci ildən xx.xx.2021-ci ilədək fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməsini mümkün hesab etdiyi üçün məhkəməyə müraciət etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və ona müavinət təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9n Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayətinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Mərkəzi Filiala müraciət edərək, xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməyən sosial müavinətin fərq məbləğin birdəfəlik hesablanıb ödənilməsini tələb etmişdir. Daxil olan müraciətə cavab olaraq ünvanlanan xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubda İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməyən sosial müavinətin fərq məbləğin birdəfəlik hesablanıb ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Hesab edirlər ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən, əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. İddiaçıya hüququ yarandığı tarixdən qanuna müvafiq olaraq 110 manat sosial müavinət təyin olunmuşdur. Odur ki, xx.xx.2001-ci il tarixdən iddiaçıya sosial müavinətin verilməsi mümkün deyildir. İmtina ilə razılaşmayan iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona anadangəlmə əlil olması səbəbindən sosial müavinətin xx.xx.2001-ci ildən təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Belə ki, işin faktiki hallarına əsasən, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı ilkin əlilliyi xx.xx.2021-ci il tarixdən müəyyən edilmişdir. X1 Sisteminin Əlillik altsistemi proqram təminatına əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz olaraq əlillik dərəcəsi müəyyən edilmişdir. İddiaçının əlilliyinin müəyyən edildiyi tarixdən yəni, xx.xx.2021-ci il tarixdən İİİ qrup əlilliyə görə 110 manat məbləğində sosial müavinət təyin edilmiş, xx.xx.2024-cü il tarixdən isə 150 manata çatdırılmışdır. Qanunvericiliyin yuxarıda sadalanmış normalarının təhlilindən görünür ki, əlillik yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir və əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. İddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-cu il tarixdə TSEK qərarı ilə müəyyən olunduğundan inzibati orqanın imtinası əsaslıdır. İddiaçı iddia ərizəsində xəstəliyinin xx.xx.2001-ci il tarixdən başlamasını qeyd etsə də, hesab edirlər ki, bu hal həqiqəti əks etdirmir. Belə ki, iş materiallarında olan əlillik alt sistemindən çıxarışda iddiaçıya ümumi xəstəlikdən müddətsiz İll dərəcə əlillik təyin edildiyi, əlilliyin xx.xx.2021-ci il tarixdən başlanılması qeyd edilmişdir. X1 Siteminin Əlillik altsistemində xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçının sağlamlıq imkanlarının məhdudluğu və ya əlillik dərəcəsi barədə məlumat aşkar edilməmişdir. Sözügedən TSEK arayışında iddiaçının əlillik səbəbinin ümumi xəstəlikdən olduğu qeyd edilmiş və iddiaçı öz ərizəsində anadangəlmə əlil olmasını təsdiq edən hər hansı sənədə istinad etməmişdir. İddiaçının öz iddia ərizəsində istinad etdiyi “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Sözügedən Qanunun 9.1.2-ci maddəsində göstərilir ki, əlilliyə görə müavinətlər əlillik müddətinə təyin edilir. Qanunun bu müddəasından aşkar başa düşülür ki, şəxs müavinət almaq üçün müraciət edərkən Qanunun qüvvəyə mindiyi gündən sonra onun bu hüququ yarandığı vaxtdan müraciət etdiyi tarixə qədər dövr üzrə müavinət ona ödənilir, lakin bu dövr ən çoxu 3 il ola bilər. Yəni vətəndaş hüququ yarandığı tarixdə yox, daha gec bir tarixdə müraciət etmişdirsə həmin müraciət tarixindən ən çoxu 3 il geriyə ödənilə bilər. Hazırki iş üzrə İddiaçı xx.xx.2021-ci il tarixdən yəni, əlilliyi müəyyən olunduğu andanhüququ yarandığı tarixdən sosial müavinət ödənilir. Yuxarıda qeyd olunanlara əsasən inzibati orqan tərəfindən heç bir hüquq pozuntusuna yol verilməmiş, qanunun tələblərinə əsasən müvafiq qərar (vətəndaşın hüququ yarandığı tarixdən sosial müavinətin ödənilməsi barədə) qəbul edilmişdir. Qanunvericiliyə əsasən İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməyən sosial müavinətin fərq məbləğinin birdəfəlik hesablanıb ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin qənaətinə görə ödəməni həyata keçirən orqanın vəzifəsi məhz əlilliyin təyinat tarixindən ödəməni həyata keçirməkdən ibarət olduğuna görə cavabdeh orqan iddiaçıya xx.xx.2001-ci ildən xx.xx.2021-ci ilədək sosial müavinətin ödənilməsindən imtina etməklə, iddiaçının qanunla qorunan hər hansı hüquqlarının pozulmasına yol verməmişdir. Odur ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9n Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
27. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Tətbiq edilən hüquq normaları
28. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
29. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Sosial müavinətlər bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 7.0.3. Əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda verilir. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.2. əlilliyə görə müavinət-əlillik müddətinə. Maddə 10.1. Müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. Maddə 10.3. Müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Maddə 10.4. Müavinət təyinatı barədə qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən müraciət edilən gündən 10 gün müddətində çıxarılır.
30. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X1 sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin X1 sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2015-ci il tarixli, 311 nömrəli qərarı ilə təsdiqlənmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydaları Bənd 1.1. Bu Bu Qaydalar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan şəxslərə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (dövlət qulluqçularına ömürlük müavinət istisna olmaqla) sosial müavinətlərin, ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarını tənzimləyir.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
34. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
35. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
36. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
37. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
38. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
39. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
40. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
41. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
42. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
43. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
44. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
45. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur..
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı sağlamlıq vəziyyəti xx.xx.2021-ci il tarixdə tibb müəssisəsinin 0232003AAURA nömrəli göndərişi əsasında qiymətləndirilərək “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz İİİ dərəcə əlillik təyin edilmişdir. Buna müvafiq olaraq İddiaçı xx.xx.2021-ci il tarixdən İİİ dərəcə əlilliyə görə 110 manat məbləğində sosial müavinət təyin edilmiş və məbləği sonradan artırılmışdır.
49. Hazırda iddiaçı əlilliyinin anadangəlmə olduğunu iddia edərək, xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş əlilliyə görə sosial müavinətin ödənilməsini xahiş edir. İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş sosial müavinətin hesablanaraq ona ödənilməsini cavabdeh orqandan xahiş etmiş və sonuncu tərəfindən iddiaçının əlillik vəziyyətinin səhiyyə müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə TSEK qərarı ilə müəyyən olunduğunu əsas gətirilməklə, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
50. Məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu yalnız bu barədə müvafiq qiymətləndirmə aparıldıqdan sonra müvafiq qərarın (inzibati aktın) çıxarılması ilə təyin edilə bilər. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu üç səbəbdən yaranan həyat fəaliyyətinin məhdudlaşdırılması zamanı təyin oluna bilər - 1) anadangəlmə, 2) xəstəlikdən və ya 3) xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar. Sözügedən qiymətləndirmə də məhz klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda dəyərləndirilməsinə əsaslanmaqla anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarıb-çıxarmadığını müəyyən etməyə yönəlir. Odur ki, şəxsdə hər hansı anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların mövcudluğu özü-özlüyündə hələ həmin şəxsin dərhal əlil sayılması nəticəsini doğurmur. Belə bir nəticənin yaranması üçün əlavə olaraq həmin əqli və fiziki qüsurlar həm də şəxsin həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarmalıdır. Həyat fəaliyyətinin məhdudlaşması halının yaranıb-yaranmadığına isə yalnız klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi aparıldıqdan sonra müvafiq səlahiyyətli orqan tərəfindən qərar verilə bilər.
51. Çünki belə qiymətdəndirmə zamanı şəxsin fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, sağlamlıq vəziyyəti və sosial uyğunlaşma dərəcəsi müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar əsasında obyektiv dəyərləndirilir, xüsusən də xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Buna görə də, bir sıra tibbi sənədlərdə şəxsin anadangəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi və ya tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin “anadangəlmə” yaxud “uşaqlıq əlili” sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxslərin əlilliyi müəyyən olunmuş şəxs hesab etməyə əsas vermir. Çünki bu halda, gəlinmiş belə nəticə yuxarıda qeyd olunmuş kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur.
52. Məhkəmə kollegiyası tərəfindən İddiaçı xəstəliyinin hansı yaş dövründən, uşaqlıdan (anadangəlmə) və ya yetkinlik yaşına çatdıqdan sonra yaradığını, xəstəliyin uşaqlıqdan (anadangəlmə) yarandığı halda, həmin vaxtdan onun əlilliyə səbəb olubolmamasını və ya xəstəliyin sonradan inkişaf edərək 2021-ci ildə İİİ qrup əlillik dərəcəsinin verildiyi vaxt əlillik səviyyəsinə çatıb-çatmadığını müəyyən etmək üçün məhkəmə psixatriya ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatriya Ekspertiza Mərkəzi” X9 xx.xx.2025-ci il tarixli, 11 saylı rəyi ilə İddiaçı hal-hazırda “Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” müəyyən edildiyi, əqli geriliyin intellektin ümumi səviyyəsini müəyyən edən və inkişaf prosesində meydana çıxan vərdişlərin zəifləməsi ilə xarakterizə olunan anadangəlmə ləngimə halı və ya natamam əqli inkişafı olması bildirilmiş, 2-ci sualın isə cavablandırılması isə məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətinə aid olmadığından mümkün olmamışdır. Göründüyü kimi, ekspertiza rəyi ilə şəxsdə mövcud olan diaqnozun anadangəlmə və ya sonradan yaranması halı dəqiq müəyyən edilməmişdir.
53. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı qoyulmuş “Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” diaqnozunun hətta anadangəlmə olması halı özü-özlüyündə hələ onun dərhal anadangəlmə əlil olması nəticəsini doğurmur. Şəxsdə anadangəlmə hər hansı bir xəstəliyin olması mümkündür, lakin bu halın mövcudluğu həmin xəstəliyin məhz anadangəlmə və ya 18 yaşınadək əlillik təyinatı səviyyəsində olması anlamına gəlməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə isə bu halı müəyyən etmək mümkün deyildir. Həmin diaqnozla müəyyən edilmiş xəstəlik qərarın 51-ci bəndində qeyd edilmiş hallara səbəb olmalıdır. Belə ki, Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli, 0232003AAURA nömrəli göndərişdə xəstəliyin başlama tarixi xx.xx.2003-cü il göstərilsə də, bu tarixin doğruluğu, xəstəliyinin uşaqlıqdan (anadangəlmə) əlilliyinə səbəb olması və ya xəstəliyinin sonradan inkişaf etməsini təsdiq edən sənəd (ixtisalaşdırılmış tibb müəssisəsinin sənədi, TSEK arayışı və ya müayinə aktından çıxarış) təqdim edilmədiyindən, xəstəliyin başlanma tarixinin doğruluğunu, xəstəliyin ağırlıq dərəcəsinin əlillik təyinatına əsas verməsini təsdiq etmək mümkün deyildir. Digər tərəfdən, tibbi sənədlərdən görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdən xəstəxananın poliklinika şöbəsində dispanser qeydiyyatına alınmış, sonrakı tarixlərdən statsionar və ambulator mülacilərə başlanılmışdır. Bu halların mövcudluğu ona dəlalət edir ki, iddiaçıda olan xəstəlik və davranış pozuntuları ağırlaşaraq yalnız 2021-ci ildə əlillik təyinatı səviyyəsinə çatmışdır.
54. İş materiallarına əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı sağlamlıq vəziyyəti xx.xx.2021-ci il tarixdə tibb müəssisəsinin 0232003AAURA nömrəli göndərişi əsasında qiymətləndirilərək “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz İİİ dərəcə əlillik təyin edilmişdir.
55. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
56. Göründüyü kimi, İddiaçı ümumi xəstəlik səbəbindən müddətsiz İİİ dərəcə əlillik xx.xx.2021-ci il tarixdə təyin edilmiş və əlilliyə görə sosial müavinəti ödəyən orqanın bu müavinəti ödəmək vəzifəsi də həmin qərarın (əlilliyin təyin olunması barədə qərar) qəbul edildiyi tarixdən etibarən başlamışdır.
57. “Sosial müavinətlər haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, əlilliyə görə müavinət müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən əlillik müddətinə təyin edilir.
58. Göründüyü kimi, əlilliyə görə müavinət onu almaq hüququ yaranan gündən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilir. Hazırki mübahizə üzrə isə hüququn yaranma anı əlillik təyinatı barədə qərarın qəbul edildiyi tarixdir, çünki yalnız belə qərarın qəbulundan sonra şəxs əlilliyi olan şəxs hesab edilmişdir.
59. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
60. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-2901/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.