Məhkəmə qərarları › İş №2-1(104)-98/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-98/2024

31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-98/2024 31.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filalına qarşı “kompensasiya və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, İddiaçı X1 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, “kompensasiya və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1281/2023 nömrəli qərarından cavabdeh tərəfindən apellyasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2010-cu il tarixli, 2614 nömrəli müayinəsindən görünür ki, İddiaçı sağ budun yuxarı 1/3-nin travmatik amputasion güdülü, güdül nahiyyəsində protezə mane olan kelloid çapıqlar. Yerişin əhəmiyyətli dərəcədə pozulması diaqnozu qoyulmuşdur.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəsinin xx.xx.2010-cu il tarixli ******** nömrəli Forma 88 qiymətləndirilməsindən məlum olur ki, İddiaçı sağ budun yuxarı 1/3-nin travmatik amputasion güdülü,güdüldə protez gəzdirməyə mane olan blom kelloid çapıqlar.Yerişin əhəmiyyətli dərəcədə pozulması Əmək qabilliyətinin 80% itirlməsi ilə müddətsiz əlillik verilmişdir.

3. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1-3(84)-22-2013 nömrəli qərarının surətindən görünür ki, İddiaçı Şoban oğluna xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək ödənilməmiş 6390,69 (altı min üç yüz doxsan manat altış doqquz qəpik) manat aylıq kompensasiyanın hesablanıb ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.

4. Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 68/4455 nömrəli arayışında qeyd olunur ki, İddiaçı ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsindən İİ (ikinci) qrup Ermənistan Respublikası əmək xəsarəti və ya peşə xəstəliyinə görə hər ay daimi 291.36 (iki yüz doxsan bir manat 36 qəpik) manat sosial müavinət alır. Şəxsi hesabı №530004.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyndə Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin xx.xx.2019-cu ul tarixli, **********7 nömrəli məktubunda qeyd edilir ki, X4 xx.xx.2010-cu il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya siyasəti şöbəsinin rəyi ilə hər ay 69.80 manat məbləğində kompensasiya təyin etmişdir. İddiaçı xx.xx.2012-ci il tarixdə X9 Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-22/2013 nömrəli 06 mart 2013 cü il tarixli qərarı ilə xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək ödənilməmiş 6390,69 manat aylıq kompensasiyanın hesablanıb ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Məhkəmənin qərarı ilə xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək cəmi 6390.69 manat və xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü ilədək qalan qalıq 6937 manat olmaqla ödənilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1(84)-22/2013-cü il nömrəli qərarı ilə İddiaçı hər ay 291.36 manat kompensasiya ödənilir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinə göndərdiyi sorğudan görünür ki, X5 xx.xx.2010-cu il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya siyasəti şöbəsinin rəyi ilə hər ay 69.80 manat məbləğində kompensasiya təyin edilmişdir. Vətəndaş xx.xx.2012-ci il tarixdə X9 Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və X9 Məhkəməsinin 2-1(84)-22/2013 nömrəli 06 mart 2013-cü il tarixli qərarı ilə xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək ödənilməmiş 6390,69 manat aylıq kompensasiyanın hesablanıb ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinə tapşırılmışdır. Məhkəmənin qərraı ilə xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək cəmi 6390.69 manat və xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü ilədək qalan qalıq 6937 manat olmaqla ödənilmişdir. Beləliklə qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, X6 Dövlət Stastika Komitəsinin 2009-2012-ci illər üzrə müəyyən etdiyi orta aylıq əmək haqının 80% həcmində yəni aylıq kompensasiya 291.36 manat olmaqla ödənilsin. 2-1(84)-22/2013 nömrəli 06 mrt 2023 cü il tarixli X9 Məhkəməsinin qərarı ilə İddiaçı hər ay 291.36 manat kompensasiya ödənilir.

7. Dövlət Stastika Komitəsinin xx.xx.2022-ci il tarixli 02/2-436 nömrəli məktubuna əlavə edilmiş qoşmanın sürətindən görünür ki, İddiaçı əməkhaqqı cədvəli aşağıdakı kimidir (2012-ci ildə - 398.4 manat), (2013-cü il ildə 425,1 manat), 2014-cü ildə 444,5 manat), (2015-ci ildə 466,9 manat), (2016-cı ildə 499,8 manat), (2017-ci ildə 528,5 manat), (2018ci ildə 544,6 manat), (2019-cu ildə 635,1 manat), (2020-ciil tarixdə 707,7 manat), 2021-ci ildə 732,1 manat), 2022-ci ilin yanvar-oktyabr aylarında isə 827,9 manat məbləğində əmək haqqı almışdır.

8. Azərbaycan Respublikası Dövlət Stastika Komitəsinin xx.xx.2018-ci il tarixli, 06/1- 85 nömrəli əmək haqqı cədvəlindən görünür ki, İddiaçı əmək haqqı aşağıdakı kimi hesablanmışdır: (2012-ci ildə-398,4 manat), (2013-cü ildə -425,1 manat), (2014-cü ildə- 444,5manat) , (2015-ci ildə 466,9 manat), (2016-cı ildə 499,8 manat), (2017-ci ildə 528,5 manat), (2018-ci ilin yanvar-sentyabr aylarında 540,5 manat) hesablanmışdır.

9. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-cü il tarixli, 10840/**********5 nömrəli məktubundan görünür ki, İddiaçı Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyasının verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119,1 maddəsinə əsasən, zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın miqdarı onun xəsarətindən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından faizlər şəklində müəyyənləşdirilir.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qarabağ regional filialından daxil olmuş xx.xx.2022-ci il tarixli, **********8 nömrəli ərizəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinentinin xx.xx.2010-cu il tarixli, 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi Qaydalarına” əsasən xx.xx.2010-cu il tarixindən Ermənistan Respublikasının müəssisələrində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə, ləğv edilmiş kolxoz və sovxozlarda dəymiş zərərə görə ödənc almaq hüququ olan zərərçəkənlərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyası verilir. xx.xx.2010-cu il tarixindən Ermənistan Respublikasının müəssisələrində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə, ləğv edilmiş kolxoz və sovxozlarda dəymiş zərərə görə ödənc almaq hüququ olan zərərçəkənlərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyası təyinj edilmiş və hazırda 291,36 manat məbləğində olmaqla ödənişi davam etdirilir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-1-3(84)-22-2013 saylı Qərarına əsasən sizə təyin olunmuş aylıq kompensasiyanın məbləği Dövlət Stastika Komitəsinin 2009-2012-ci illər üzrə müəyyən etdiyi orta aylıq əmək haqqının 80 faizi həcmində müəyyən edilmişdir (364,2x80%=291,36 manat). Qeyd edilənlər nəzərə alinaraq ona təyin olunmuş kompensasiyanın məbləği əmək qabiliyyətinin itirilməsindən əvvəlki orta aylıq qazancından faizlər şəklində müəyyənləşdirilərək qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-1-83321/2023 nömrəli xidmət məktubundan görünür ki, İddiaçı Mərkəzi Filialın informasiya altsistemlərindən əldə olunan məlumatda bildirilir ki, Tərtər rayonu, Hacıqərvənd kənd sakini xx xxxxxx 1963-cü il təvəllüdlü İddiaçı Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərəzçəkmişlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiya üzrə (Tərtər rayonu üzrə iş 530004 nomrəli) xx.xx.2012-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 46383,53 (qırx altı min üç yüz səksən üç manat 53 qəpik) manat məbləğində vəsait ödənilmişdir. İddiaçı təyin edilmiş Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödəncin əvəzinə aylıq kompensasiya üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 73,00(yetmiş üç) manat olmaqla 1606,00 (min altı yüz altı) manat tutularaq bərpa edilmişdir. İnformasiya altsistemlərindən xx.xx.2010-cu il tarixindən 31.012.2011-ci il tarixədək olan dövr üzrə ödənilmiş məbləğ barədə məlumat əldə etmək mümkün olmadığından Nazirliyin tabeliyində Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırması üzrə Mərkəzi filialına xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-84286/2023 nömrəli sorğu göndərilmişdir.

12. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli, 9573/3-17-1/3-142167/2023 nömrəli qərarından görünür ki, İddiaçı Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyasının verilməsi qaydasının 3-cü maddəsinə görə vətəndaşa ödənilən aylıq kompensasiyasının məbləği 2010-cu il 1 yanvar vəziyyətinə təyin olunmuş aylıq ödənc məbləğində dövlət büdcəsinin vəsaiti hesabına verilir.

13. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X2 təyinatının xx.xx.2023-cü il tarixli, 359/**********1 nömrəli qərarından görünür ki, İddiaçı ləğv edilmiş kolxoz və sovxozlarda dəymiş zərərə görə ödənc almaq hüququ olan zərərçəkənlərə kompensasiyaların məbləğində artımlarla bağlı normativ akt qəbul olunmadığı üçün kompensasiya məbləğinin yenidən hesablanması qanunvericiliyə uyğun hesab olunmur.

Birinci instansiya məhkəməsində icraat.

14. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, istehsalat qəzası nəticəsində itirdiyi peşə əmək qabiliyyətini 80 faizi miqdarında təyin edilmiş aylıq ödəncin (xx.xx.2010-cu ildən aylıq kompensasiyanın) düzgün hesablanmaması nəticəsində xx.xx.2013-cü ildən xx.xx.2023-cü ilədək 120 aylıq dövr üçün ödənilməmiş qalan 16710 manat 72 qəpik (on altı min yeddi yüz on manat yetmiş iki qəpik) və həmin pul vəsaitinin gecikdirilməsinə görə 5000 manat mənəvi zərərin dövlət büdcəsi hesabına birdəfəyə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1985-ci ilin sonunda Bərdə rayonunun sabiq C.Cabbarlı adına kolxozda sahə mexaniki vəzifəsində işləyərkən istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş və Azərbaycan Respublikası ƏƏSMN-nin 18 saylı zona tibbi-sosial ekspert komissiyasının xx.xx.2010-cu il tarixli 904630 nömrəli müayinə aktına əsasən, peşə əmək qabiliyyətinin 80 faizinin itirilməsi müəyyən edilərək aldığı əmək zədəsinə görə ona müvafiq olaraq xx.xx.2010-cu ildən aylıq kompensasiya verilir. Belə ki, əvvəl ödənc şəklində verilirdi. Dövlət Stastika Komitəsi Respublikada iqtisadi fəaliyyət növləri üzrə çalışan muzdlu işçilərin orta aylıq nominal əmək haqqına əsasən müəyyən edilərək müvafiq qaydada artırılırdı. Həmin orta aylıq nominal əmək haqqı barədə rüblük məlumat DSK tərəfindən Azərbaycan Respublikası DSMF-na (xx.xx.2010-cu ildən isə ƏƏSMN-nə) verilirdi. Belə ki, bundan əvvəl də o ödəncin (kompensasiyasının) qanunsuz verilməməsi barədə Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmədə iddiası təmin edilmiş və 2009-2012-ci illər üzrə ödənilməmiş ödənc (kompensasiya) verilmişdir. 2012-ci ildən ona 2011-ci il üzrə təyin olunmuş orta aylıq nominal əmək haqqının 80% miqdarında aylıq kompensasiya 291 manat 36 qəpik verildiyindən, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019, 2020, 2021, 2022-ci illər ərzində qanunvericiliyin ziddinə olaraq artırılmamış və bu isə onun mənəvi sarsıntılar keçirməyinə səbəb olmuş, bununla da ona mənəvi zərər dəymişdir. Azərbaycan Respublikası DSK tərəfindən verilən rəsmi məlumata əsasən Respublikada çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2012-ci ildə 398 manat 40 qəpik olduğundan 2013cü ildə mənə 318 manat 72 qəpik, 2013-cü ildə 425 manat 10 qəpik olduğundan 2014-cü ildə 340 manat 8 qəpik, 2014-cü ildə 444 manat 50 qəpikolduğundan 2015-ci ildə 355 manat 60 qəpik, 2015-ci ildə 466 manat 90 qəpik olduğundan 2016-cı ildə 373 manat 52 qəpik, 2016-cı ildə 499 manat 80 qəpik olduğundan 2017-ci ildə 399 manat 84 qəpik, 2017-ci ildə 528 manat 50 qəpik olduğundan 2018-ci ildə 422 manat 80 qəpik, 2018-ci ildə 544 manat 60 qəpik olduğundan 2019-cu ildə 435 manat 68 qəpik, 2019-cu ildə 635 manat 10 qəpik olduğundan 2020-ci ildə 508 manat 8 qəpik, 2020-ci ildə 707 manat 70 qəpik olduğundan 2021-ci ildə 566 manat 16 qəpik, 2021-ci ildə 732 manat 10 qəpik olduğundan 2022-ci ildə 585 manat 68 qəpik aylıq kompensasiya verilməli idi. Lakin qeyd etdiyim ki, 2013-2022-ci illər ərzində 291 manat 36 qəpik aylıq kompensasiya verildiyindən, 2013-cü ilin hər ayı üçün 27 manat 36 qəpik (318.72-291.36=27.36), 2014cü ildə hər ay üçün 48 manat 72 qəpik ( 340.08-291.36=48.72), 2015-ci ildə hər ay üçün 64 manat 24 qəpik (355.6-291.36=64.24), 2016-cı ildə hər ay üçün 82 manat 16 qəpik (3xx.xx-2991.36=82.16), 2017-ci ildə hər ay üçün 108 manat 48 qəpik (399.84- 291.36=108.48), 2018-ci ildə hər ay üçün 131 manat 44 qəpik (422.8-291.36=131.44), 2019 –cu ildə hər ay üçün 144 manat 32 qəpik (435.68-291.36=144.32), 2020-ci ildə hər ay üçün 216 manat 72 qəpik (508.08-291.36=216.72), 2021-ci ildə hər ay üçün 274 manat 80 qəpik (566.16-291.36=274.80, 2022-ci ildə hər ay üçün 294 manat 32 qəpik (585.68- 291.36=294.32) az aylıq kompensasiya hesablanıb verilmişdir. Bu da 2013-cü il üzrə 328 manat 32 qəpik (27.36*12ay), 2014-cü il üzrə 584 manat 64 qəpik (48.72*12 ay), 2015-ci il üzrə 770 manat 88 qəpik (64,24*12 ay), 2016-cı il üzrə 985 manat 92 qəpik (82.16*12 ay), 2017-ci il üzrə 1301 manat 76 qəpik (108.48*12 ay), 2018-ci il üzrə 1577 manat 28 qəpik (131.44*12 ay), 2019-cu il üzrə 1731 manat 84 qəpik (144.32*12 ay), 2020-ci il üzrə 2600 manat 64 qəpik (216.72*12 ay), 2021-ci il üzrə 3297 manat 60 qəpik (274.8*12 ay) və 2022-ci il üzrə 3531 manat 84 qəpik (294.32*12 ay)cəmi 16710 manat 72 qəpik pul vəsaitinin illər üzrə (2013-2022)kompensasiyasının qanunsuz olaraq ona ödənilməməsi deməkdir. Qeyd olunan aylıq kompensasiyaların, eləcə də həmin vəsaitin müəyyən artım halında vaxtında ona verilməməsi ilə daxilən çəkdiyi mənəvi iztirablar və sarsıntılar hesabına ona 5000 manat mənəvi zərər vurulduğundan həmin zərər də 16710 manat 72 qəpiklə birlikdə 21710 manat 72 qəpik pul vəsaitinin dövlət büdcəsi hesabına birdəfəyə ona ödənilməlidir.

16. Cavabdehin inzibati orqan tərəfindən etiraz olaraq bildirilmişdir ki, iddiaçı 1985ci il tarixdə Bərdə rayon “Cəfər Cabbarlı” adına kolxozda sahə mexaniki vəzifəsində işləyərkən istehsalat qəzası nəticəsində əmək qabiliyyətinin 80 faizini itirmişdir. Həmin tarixdən kolxoz ləğv edilənə qədər ona aylıq ödənc təyin edilmiş, xx.xx.2010-cu il tarixdən isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən ödənc əvəzinə aylıq kompensasiya təyin edilərək ödənişi davam etdirilir. İddiaçıya xx.xx.2010-cu il tarixdən Ermənistan Respublikasının müəssisələrində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə, ləğv edilmiş kolxoz və sovxozlarda dəymiş zərərə görə ödənc almaq hüququ olan zərərçəkənlərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiya təyin edilmiş və hazırda ödənişi davam etdirilir. Həmçinin xx.xx.2010-cu il tarixdən kompensasiyaların məbləğində artımlarla bağlı normativ akt qəbul olunmadığı üçün iddiaçıya təyin olunmuş aylıq kompensasiyanın artırılması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan əlavə təqdim edilən sübutlardan cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Eyni zamanda iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti və ya hərəkətsizliyi ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Həmçinin, iddia ərizəsində vurulduğu irəli sürülən mənəvi zərərin iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri nəticəsində baç verməsi sübut olunmur. Odur ki, cavabdehin mülki hüquqi məsuliyyət daşıması, hər hansı zərərin əvəzinin onlar tərəfindən ödənilməsi qanuna uyğun deyildir. Qeyd olunanlara əsasən iddiaçının tələbi əsassız hesab edilməlidir.

17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1281/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilməmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələb etdiyi hesablama qaydası, yəni ödənclərin miqdarının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən olunması, Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 3.7-ci bəndində nəzərdə tutulurdu. Həmin bənddə deyilirdi ki, Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Qeyd olunduğu kimi artıq bu bənd Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 51 nömrəli qərarı ilə qüvvədən düşmüşdür. Bundan başqa, həmin bənd yalnız Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanması qaydalarını müəyyən edirdi və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə aid edilmirdi. Ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə kompensasiyanın məbləği xx.xx.2010-cu il tarixli 51 nömrəli qərarla təsdiqlənmiş Qaydaların 3-cü bəndi ilə müəyyən edilərək göstərilir ki, bu Qaydaların 2-ci bəndində nəzərdə tutulan şəxslərə 2010-cu il 01 yanvar vəziyyətinə təyin olunmuş aylın ödənc məbləğində dövlət büdcəsinin vəsaiti hesabına aylıq kompensasiya verilir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

19. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

20. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını və hüquqi tərəfini obyektiv, hərtərəfli və tam araşdırmamış, iş üzrə mübahisəli hüquq münasibətlərinə iş üzrə tətbiq edilməli olmayan Azərbaycan Respublikası NK-nin xx.xx.2003-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödəniclərin verilməsi qaydaları, şərtləri və məbləğinin 1.1,2.1,3.2,3.3,3.7,3.8, bəndlərini və Azərbaycan Respublikası NK-nin xx.xx.2010-cu il tarixli, 51 №-li qərarı ilə təsdiq edilmiş “Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi Qaydalarının 1,2,3 maddəsini tətbiq etmiş, iş üzrə tətbiq edilməli olan Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ,İİ,13-cü maddəsinin İ 24-cü maddəsinn İ,İİ,İİİ, 25-ci maddəsinin İ,İİ,İV,V,Vİ,26-cı maddəsinin İ,İİ, 29-cu maddəsinin İİ,İİİ,İV, 60-cı maddəsinin İ,İİ,İİİ,71-ci maddəsinin İ,İİ, 125-ci maddəsinin Vİİ, 127-ci maddəsinin İİ,İV,Vİİ, 129-cu maddəsinin İİİ hissələrini, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci hissəsini, Azərbaycan Respublikası Mülıki Məcəlləsinin 141.1, 149.2, 152.1, 152.5-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Nazirlər Kabinentinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi Qaydalarının 22-ci bəndinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin üçüncü hissəsinə uyğunluğu barədə 01 mart 2001-ci il tarixli Qərarının hüquqi mövqeyini, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə “Azərbaycan Respublikası NK-nin xx.xx.2010-cu il tarixli, 192 №-li Qərarında və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Nazirlər Kabinentinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi Qaydalarının 22-ci bəndinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin üçüncü hisəsinə uyğunluğu barədə 01 mart 2001-ci il tarixli və Azərbyacan Respublikası Konsitutsiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikası Konsitutsiyasına uygunlugunun yoxlanılmasına dair” 01 dekabr 2010-cu il tarixli Qərarında göstərilən müddəaları tətbiq etməmişdir.

b) apellyasiya icraatı iştirakçılarının izahatları.

21. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, ölkə üzrə hər il olan artımların onlara tətbiq olunmaması Azərbaycan Respublikası Konstitusiyasına uyğun deyildir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Konstitusiyası:

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”-nin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. İstehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir. 3.2-ci bəndinə əsasən zərərçəkənlərə və yaxud zərərə görə aylıq ödənc almaq hüququna malik olan şəxslərə ödənclər zərər çəkmiş işçilərə - istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən verilir. 3.3-ci bəndinin birinci, ikinci və üçüncü hissələrinə müvafiq olaraq Zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Zərərçəkənin orta aylıq əmək haqqı onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əmək haqqının ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda, orta aylıq əmək haqqı sağlamlığının pozulmasından əvvəlki faktiki işlənmiş aylar üçün əmək haqqının ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda, hesabdan çıxarılır. Zərərçəkənə peşə xəstəliyinə tutulduqda, zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin işlədiyi peşə (vəzifə) üzrə əmək fəaliyyətinin dayandırıldığı və ya peşə xəstəliyinin təsdiq edildiyindən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. 3.7-ci bəndinə əsasən Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. (xx.xx.2010-cu il tarixdən qüvvədən düşmüş) 3.8-ci bəndinə əsasən ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir. (xx.xx.2010-cu il tarixdən qüvvədən düşmüş)

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi” Qaydalarının: 1-ci bəndinə əsasən bu Qaydalar Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi qaydasını tənzimləyir. 2-ci bəndinə əsasən Bu Qaydalar 2010-cu il yanvarın 1-dən əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş Ermənistan Respublikasının müəssisələrində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda dəymiş zərərə görə ödənc almaq hüququ olan zərərçəkən işçilərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə şamil olunur.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

28. İşin hallarından görünür ki, iddiaçı 1985-ci ilin sonunda istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ömürlük ikinci dərəcəli əlil olmuş, xx.xx.2010-cu il tarixdən isə ona Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq 291,36 manat kompensasiya verilir. İddiaçı hazırda sözügedən kompensasiya məbləğinin müvafiq artımların nəzərə alınmadan hesablandığını, nəticədə ona 10 il üzrə ümumilikdə 16.710,72 manat az ödənişin edildiyini, bununla da 5.000 manat məbləğində mənəvi zərərə məruz qaldığını iddia etməkdədir.

29. Bununla bağlı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X2 təyinatının xx.xx.2023-cü il tarixli, 359/**********1 nömrəli məlumatından görünür ki, İddiaçı ləğv edilmiş kolxoz və sovxozlarda dəymiş zərərə görə ödənc almaq hüququ olan zərərçəkənlərə kompensasiyaların məbləğində artımlarla bağlı normativ akt qəbul olunmadığı üçün kompensasiya məbləğinin yenidən hesablanması qanunvericiliyə uyğun hesab olunmur.

30. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli, 9573/3-17-1/3-142167/2023 nömrəli qərarından görünür ki, İddiaçı “Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyasının verilməsi” qaydasının 3-cü maddəsinə görə vətəndaşa ödənilən aylıq kompensasiyasının məbləği 2010-cu il 1 yanvar vəziyyətinə təyin olunmuş aylıq ödənc məbləğində dövlət büdcəsinin vəsaiti hesabına verilir.

31. İş materiallarında olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1-3(84)-22-2013 nömrəli qərarının surətindən görünür ki, İddiaçı Şoban oğluna xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək ödənilməmiş 6390,69 (altı min üç yüz doxsan manat altış doqquz qəpik) manat aylıq kompensasiyanın hesablanıb ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.

32. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-cü il tarixli, 10840/**********5 nömrəli məktubundan görünür ki, İddiaçı Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyasının verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119,1 maddəsinə əsasən, zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın miqdarı onun xəsarətindən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından faizlər şəklində müəyyənləşdirilir.

33. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qarabağ regional filialından daxil olmuş xx.xx.2022-ci il tarixli, **********8 nömrəli ərizəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinentinin xx.xx.2010-cu il tarixli, 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi Qaydalarına” əsasən xx.xx.2010-cu il tarixindən Ermənistan Respublikasının müəssisələrində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə, ləğv edilmiş kolxoz və sovxozlarda dəymiş zərərə görə ödənc almaq hüququ olan zərərçəkənlərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyası verilir. xx.xx.2010-cu il tarixindən Ermənistan Respublikasının müəssisələrində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə, ləğv edilmiş kolxoz və sovxozlarda dəymiş zərərə görə ödənc almaq hüququ olan zərərçəkənlərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyası təyini edilmiş və hazırda 291,36 manat məbləğində olmaqla ödənişi davam etdirilir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-1-3(84)-22-2013 saylı Qərarına əsasən sizə təyin olunmuş aylıq kompensasiyanın məbləği Dövlət stastika Komitəsinin 2009-2012-ci illər üzrə müəyyən etdiyi orta aylıq əmək haqqının 80 faizi həcmində müəyyən edilmişdir (364,2x80%=291,36 manat). Qeyd edilənlər nəzərə alinaraq ona təyin olunmuş kompensasiyanın məbləği əmək qabiliyyətinin itirilməsindən əvvəlki orta aylıq qazancından faizlər şəklində müəyyənləşdirilərək qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır.

34. Göründüyü kimi iddiaçıya müvafiq ödəniş dövlət büdcəsinin vəsaiti hesabına, qüvvədə olan “Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyasının verilməsi” qaydasına uyğun ödənilir.

35. Hazırda iddiaçı ona ödənilən kompensasiyanın Dövlət Statistika Komitəsinin əmək haqqının illik artımı barədə məlumatlarına uyğun olaraq illik artım nəzərə alınmaqla hesablanmasını tələb edir.

36. İddiaçının tələb etdiyi hesablama qaydası, yəni ödənclərin miqdarının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən olunması, Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 3.7-ci bəndində nəzərdə tutulurdu. Həmin bənddə deyilirdi ki, Ermənistan Resupblikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir.

37. Qeyd olunduğu kimi artıq bu bənd Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 51 nömrəli qərarı ilə qüvvədən düşmüşdür.

38. Bundan başqa, həmin bənd yalnız Ermənistan Resupblikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanması qaydalarını müəyyən edirdi və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə aid edilmirdi. Ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə kompensasiyanın məbləği xx.xx.2010-cu il tarixli 51 nömrəli qərarla təsdiqlənmiş Qaydaların 3-cü bəndi ilə müəyyən edilərək göstərilir ki, bu Qaydaların 2-ci bəndində nəzərdə tutulan şəxslərə 2010-cu il 01 yanvar vəziyyətinə təyin olunmuş aylın ödənc məbləğində dövlət büdcəsinin vəsaiti hesabına aylıq kompensasiya verilir.

39. Göründüyü kimi hazırkı iddia tələbinin hüquqi əsasını təşkil edən qanunvericiliyə əsasən, aylıq kompensasiya verilən zaman hər il Dövlət Statiska Komitəsinin məlumatına uyğun olaraq hesablanması nəzərdə tutulmamışdır.

40. Həmçinin iddiaçı dəymiş mənəvi zərərin əvəzi kimi 5.000 (beş min) manat məbləğində pulun cavabdeh tərəfindən ona ödənilməli olduğunu iddia edir.

41. Qeyd edilməlidir ki, iddia tələbinin adıçəkilən hissəsi məhz tələbin birinci hissəsinin təmini ilə bağlı yaranan hüquqdur. Bu hal mövcud olmadığından qeyd olunan hissəsinin də təmin edilməsi mümkün deyildir.

42. Başqa sözlə iddiaçıya inzibati orqanının hərəkət və ya hərəkətsizliyi nəticəsindən hər hansı bir ziyanın vurulması müəyyən edilmədiyindən mənəvi zərərin ödənilməsi tələbinin hüquqi əsası da mövcud deyildir.

43. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1281/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar