Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1/2024 06.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil (yalnız məhkəmə aktı elan olunan zaman iştirak etmişdir) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin 14 sentyabr 2006-cı il tarixli 16 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-23/2018 saylı 30 mart 2018-ci il tarixli qərarından üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ Cavabdeh 03 aprel 2003-cü il tarixli 04 saylı qərarından görünür ki, Əlik bələdiyyəsinin ərazisindən ağ qayanın alt hissəsindən 80,0 ha örüş sahəsi heyvandarlığı inkişaf etdirmək üçün iddiaçıya 15 il müddətinə icarəyə verilmişdir. 29 aprel 2003-cü il tarixli 03 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 80 ha torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. JN-5403, kod 30305018 saylı X6 hüququna dair Şəhadətnamədən görünür ki, Quba rayonu, Əlik kəndi, “Ağ qaya” adlı yerin alt hissəsində yerləşən Cavabdeh 03 aprel 2003cü il tarixli 04 saylı qərarı ilə iddiaçıya 15 il müddətinə icarəyə verilmiş, 80 ha yay otlaq sahəsi üzərində onun icarə hüququ qeydiyyata alınmışdır. Cavabdeh 14 sentyabr 2006-cı il tarixli 16 saylı qərarından görünür ki, bələdiyyə torpağından 9 ha boş, istifadəsiz torpaq sahəsi üçüncü şəxs X4 15 il müddətinə icarəyə verilmişdir. 14 sentyabr 2006-cı il tarixli 16 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, cavabdeh tərəfindən üçüncü şəxsə 9 ha torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. A seriyalı 484185 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Cavabdeh 14 sentyabr 2006-cı il tarixli 16 saylı qərarı ilə üçüncü şəxsə 15 il müddətinə icarəyə verilmiş 9000 kv.metr torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2015-ci il tarixli 7373 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Quba rayonu, Əlik kəndində yerləşən JN 5403 Kod ******* saylı X6 Hüququna dair Şəhadətnamə ilə İddiaçı müvəqqəti istifadəsinə verilmiş 80 ha torpaq sahəsinin sərhədləri yerində müəyyən edilmiş və həmin torpaq sahəsinin ölçülərinin şəhadətnamədə göstərilən ölçülərə uyğun olduğu müəyyən olunmuşdur. X4 Quba rayonu Əlik bələdiyyəsinin xx.xx.2006-cı il 16 saylı qərarı ilə 15 il müddətinə icarəyə verilmiş 9,00 ha torpaq sahəsinə DT və XK tərəfindən verilmiş A№-484185 saylı torpaq sahəsinin planı və ölçüsündə göstərilən sahənin cizgilərinin döngə nöqtələrinin koordinatlarının, İddiaçı JN-5403 saylı X7 hüququna dair şəhadətnaməsində göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 dekabr 2017-ci il tarixli 25794 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınaraq "xxxx" MMC-nin mütəxəssisi, Yerquruluşu mühəndisi A.Şıxəliyev tərəfindən imzalanmış 2017-ci il tarixli 137 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, iddiaçının naturada istifadəsində olan torpaq sahəsi həmin torpaq sahəsinə aid JN-5403 saylı (kod ********) X6 Hüququna dair Şəhadətnaməyə uyğun deyil. İddiaçı icarəsində olan torpaq sahəsi ilə mübahisələndirilən Quba rayonu, Əlik bələdiyyəsinin 14 sentyabr 2006-cı il tarixli, 16 saylı qərarı ilə üçüncü şəxs X1 torpaq sahəsi üst- üstə düşmür. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı xx.xx.2016-cı ildə Sumqayıt İnzibati-lqtisadi Məhkəməsində iddia qaldıraraq, cavabdehin 14 sentyabr 2006-cı il tarixli 16 saylı qərarının etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdehin 14 sentyabr 2006-cı il tarixli 16 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-23/2018 saylı 30 mart 2018-ci il tarixli qərarı ilə iddia təmin olunmuş, Cavabdeh 14 sentyabr 2006-cı il tarixli 16 saylı qərarı ləğv edilmişdir. (hakim Z.Pirverdiyev) Qərardan üçüncü şəxs X8 apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-23/2018 saylı 30 mart 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətində bildirmişdir ki, ekspert rəyində göstərilir ki, tədqiqat zamanı yaranmış zərurətlə əlaqədar tədqiqat obyektlərinə baxış keçirilməsi ilı bağlı yerquruluşu mühəndisi cəlb olunmuşdur. Mütəxəssisin ekspertiza keçirilməsinə cəlb olunması barədə o, vəsatət qaldırmamışdır, əksinə, o, teleqramla şikayət etmişdir ki, ekspert olmadan torpaq sahələrinə baxış keçirilməsin. Ekspert rəyindən görünür ki, ekspertin iştirakı ilə torpaq sahələrinə baxış keçirilmiş, naturada mübahisələndirilən torpaq sahələrinin koordinatları GPS vasitəsi ilə qeydə alınaraq kameral şəraitdə Google yer proqramının görüntülərinə və yerquruluşu layihəsinə əsasən naturada dəqiqləşdirildi və məlum oldu ki, İddiaçı aid yerquruluşu planında və X6yə dair JN-5403 saylı Şəhadətnamənin cizgisində qeyd edilmiş toıpaq sahəsi faktiki olaraq naturaya uyğun gəlmir. Qeyd olunmalıdır ki, bu uyğunsuzluq sənədlərdə açıq-aşkar görünür, belə ki, İddiaçı bələdiyyə tərəfindən 80 hektar torpaq sahəsi ayrıldığı halda, yuxarıda qeyd olunan yerquruluşu planında bu ərazi, göstərildiyi kimi, 85 hektar torpaq sahəsini əhatə etmişdir və bu sahənin də cizgisi ona aid JN-5403 saylı Şəhadətnamədə eynilə əks olunmuşdur. Bu səbəbdən yerquruluşu planında və Şəhadətnamədə əks olunan torpaq sahəsi 5 hektar artıq olduğundan bələdiyyə tərəfindən ayrılmış 80 hektar örüş sahəsinin sərhədlərindən kənara çıxır və başqa torpaq sahələri ilə üst-üstə düşməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclaslarında üçüncü şəxs apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmiş və məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, qarşı tərəf ona torpaq sahəsində fəaliyyət göstərməyə maneələr törədir. Torpaq sahəsindən istifadə edir. Müqavilənin müddəti bitmiş, müddət uzadılmışdır. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmiş və məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, 2018-ci ildə torpaqdan istifadə hüququna dair müqavilənin müddəti bitdikdən sonra bələdiyyə tərəfindən iclas protokolu tərtib edilmiş, torpaqdan istifadə hüququ 15 il müddətinə eyni şərtlərlə uzadılmışdır. Ona təqdim edilmiş iclas protokolunda istifadə müddətinin uzadıldığı qeyd edilmişdir. Mütəxəssis rəyi ilə razıdır, torpaq sahələri həqiqətən üst-üstə düşür. Mütəxəssis tərəfindən mübahisəli əraziyə baxış keçirilən zaman iştirak etmişdir. Qarşı tərəf ona torpaq sahəsindən istifadə etməyə imkan vermir. Belə ki, heyvanlar çaydan su içə bilmirlər, yaylaqdan istifadə edə bilmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır. İlk növbədə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh 03 aprel 2003-cü il tarixli 04 saylı qərarına əsasən, Əlik bələdiyyəsinin ərazisindən ağ qayanın alt hissəsindən 80,0 ha örüş sahəsi heyvandarlığı inkişaf etdirmək üçün İddiaçı 15 il müddətinə icarəyə verilmişdir. Cavabdeh 14 sentyabr 2006-cı il tarixli 16 saylı digər qərarına əsasən, bələdiyyə torpağından 9 ha boş, istifadəsiz torpaq sahəsi X4 15 il müddətinə icarəyə verilmişdir. Hazırki iddia ilə iddiaçı Cavabdeh 14 sentyabr 2006-cı il tarixli 16 saylı qərarının ləğvini xahiş edir. xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur: “İddiaçı icarəsinə verilmiş torpaq sahəsinə dair JN-5403 saylı “X7 Hüququna dair” şəhadətnamədə göstərilmiş cizgilər üzrə mübahisəli hissədən istifadə etmir. Quba rayonu Əlik bələdiyyəsinin 14 sentyabr 2006-cı il tarixli, 16 saylı qərarı ilə üçüncü şəxs X3 naturada istifadəsində olan 9 ha torpaq sahəsi A seriyalı 484185 saylı torpaq sahəsinin planı və ölçüsünə uyğun deyil. İddiaçı X5 icarəsində olan 80 ha torpaq sahəsi ilə Quba rayonu, Əlik bələdiyyəsinin 14 sentyabr 2006-cı il tarixli, 16 saylı qərarı ilə üçüncü şəxs X3 icarəsində olan 9 ha torpaq sahəsinin 8.41 ha hissəsi üst-üstə düşür.(Sxem tərtib olunmuş, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir) Qeyd: Bildiririk ki, Quba rayon, Əlik bələdiyyəsinin 03 aprel 2003-cü il tarixli, 04 saylı qərarı ilə JN-5403 saylı “X7 Hüququna dair” şəhadətnaməyə əsasən ayrılmış torpaq sahəsi İddiaçı 15 il müddətinə icarəyə verilmişdir. Həmçinin Quba rayon, Əlik bələdiyyəsinin 14 sentyabr 2006-cı il tarixli; 16 saylı qərarı ilə A seriyalı 484185 saylı Plan-ölçü (kadastr planı) sənədinə əsasən ayrılmış torpaq sahəsi X4 15 il müddətinə icarəyə verilmişdir. Belə ki, tərəflərə verilmiş torpaq sahələrinin icarə müddəti bitmişdir. Onu da qeyd edək ki, JN-5403 saylı “X7 Hüququna dair” şəhadətnaməyə və A seriyalı 484185 saylı plan-ölçü sənədinə əsasən ayrılmış torpaq sahələrinə dair Torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUİS) heç bir məlumat yoxdur. Mütəxəssis rəyi verilərkən elektron baza məlumatlarında olan DWJ xəritələrinə istinad olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən Quba rayon Dövlət Arxivinə və Əlik bələdiyyəsinə sorğular edilərək Quba Rayonu Əlik Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 29 aprel 2003-cü il tarixli 03 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında, həmçinin Cavabdeh ilə X8 arasında bağlanmış 14 sentyabr 2006-cı il tarixli 16 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələrin müddətinin uzadılıb-uzadılmaması barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. Quba rayonu Əlik bələdiyyəsindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu ilə müəyyən olunur ki, İddiaçı ilə Quba rayonu Əlik kəndi “Ağ qaya” adlı yerin alt hissəsində yerləşən Quba rayonu Əlik bələdiyyəsinin 30 mart 2018-ci il tarixli 3 saylı iclas protokolu ilə 15 il (2033-cü ilədək) müddətinə eyni əsaslarla 80 ha yay otlaq sahəsi icarəyə verilmişdir. Quba rayonu Əlik bələdiyyəsindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu ilə müəyyən olunur ki, üçüncü şəxs X8 ilə Quba rayonu Əlik bələdiyyəsi arasında 9 ha torpaq sahəsinə görə icarə müqaviləsinin müddəti bitmişdir. Üçüncü şəxs X8 ilə Quba rayonu Əlik bələdiyyəsi arasında 9 ha torpaq sahəsinə görə icarə müqaviləsi mövcud deyildir. Beləliklə, təqdim olunmuş məktublarla müəyyən olunur ki, Quba rayonu Əlik bələdiyyəsinin 30 mart 2018-ci il tarixli 3 saylı iclas protokolu ilə 80 ha yay otlaq sahəsi 15 il (2033-cü ilədək) müddətinə eyni əsaslarla iddiaçıya icarəyə verilmiş, üçüncü şəxs X8 ilə Quba rayonu Əlik bələdiyyəsi arasında 9 ha torpaq sahəsinə görə bağlanmış Cavabdeh 14 sentyabr 2006-cı il tarixli 16 saylı icarə müqaviləsinin müddəti isə üzadılmamışdır. Beləliklə, məhkəmənin qərarı ilə iddia təmin olunsa da, iş məhkəmə icraatında olduğu müddətdə cavabdehlə üçüncü şəxs arasında bağlanmış icarə müqaviləsinin müddəti bitmiş və həmin müqavilənin müddəti üzadılmamışdır . “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.(7-ci bənd). Hazırkı işdən görünür ki, iddiaçının üçüncü şəxslə bağlı qəbul edilmiş bələdiyyə qərarının ləğvi ilə bağlı hüquqi müdafiəyə ehtiyac olmuş, həmin qərarın isə müddəti bitmiş, icarə müqaviləsinin müddəti uzadılmamışdır. Belə olan halda kollegiya hesab edir ki, hazırki iddia iddiaçının hüquqi marağına uyğun iddia deyildir. Ona görə də, iddia mümkün sayılmamalıdır. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-23/2018 saylı 30 mart 2018-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1/2024
06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver