Məhkəmə qərarları › İş №2-1(105)-1/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1/2025

04.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(105)-1/2025 04.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi) Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçının nümayəndəsi (vəkili) vəkil2, Üçüncü şəxs üçüncü şəxs1, Üçüncü şəxs üçüncü şəxs2 nümayəndəsi (vəkili) vəkil1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh və üçüncü şəxs üçüncü şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI:

1. Qusar Rayon Aqrar Islahat Komissiyasının ## #### 1998-ci il tarixli, */* nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün Güləliyev Azad Qubaşah oğlu və onun ailə üzvləri – X5, X4, X3 və X6 2,57 ha (“227A” nömrəli planşet üzrə 11492,09 kv.m., “227V” nömrəli planşet üzrə 5014,00 kv.m., “227M” nömrəli planşet üzrə 6021,99 kv.m. torpaq sahəsi, “227” nömrəli planşet üzrə 3139,02 kv.m. torpaq sahəsi) torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair DTXK-nin Qusar rayon şöbəsi tərəfindən onların adına ##.##.2000-ci il tarixli, JN - 227 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir.

2. Qusar Rayon Dövlət Notariat Kontorunda bağlanmış ## ###### 2005-ci il tarixli, 4Ə- 1-** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən A.Q.Güləliyev JN - 227 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyətində olan 2,57 ha torpaq sahəsinin 0,31 ha hissəsini iddiaçıya satmış, A.Q.X8 adları göstərilən ailə üzvləri alqısatqı aparılmasına etiraz etməmişdirlər.

3. Daha sonra iddiaçı İddiaçı cavabdehlər üçüncü şəxs1, üçüncü şəxs2 və üçüncü şəxs DƏDRX-nin * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin adına dövlət reyestrindən verilmiş verilmiş seriya RX seriyalı, ******* nömrəli, ## ######## 2017-ci il tarixli və RX seriyalı, ******* nömrəli, ## ######## 2018-ci il tarixli çıxarışların qismən – ona satılmış 0,31 ha torpaq sahəsi hissəsində etibarsız sayılaraq reyestrdən çıxarılması, 0.31 ha torpaq sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Qusar Rayon Məhkəməsinin ## ######## 2020-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2021-ci tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə Qusar rayon Məhkəməsinin ## ######## 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməli olduğu izah edilərək iş üzrə icraata xitam verilmişdir.

6. Bundan sonra iddiaçı İddiaçı ##.##.2021-ci il tarixdə ərizə ilə cavabdeh cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət edərək, Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,31 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir.

7. Cavabdeh ##.##.2021-ci il tarixli, ************ nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edərək bildirmişdir ki, müraciət olunan torpaq sahəsi ərazi idarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən üçüncü şəxs1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür.

8. Bundan sonra iddiaçı İddiaçı DƏDRX-nin * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək Qusar rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, */* saylı qərarı ilə Qusar rayonu, Çiləgir kənd ərazisində verilmiş 0,31 ha torpaq sahəsinə (KOD 30121028, JN-*** saylı Dövlət Aktı ilə rəsmiləşdirilmiş) dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsi xahiş etmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat

9. Iddiaçı tələbi hazırkı qərarın 1-7-ci bəndində qeyd olunanlarla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, üçüncü şəxs1, daha sonra üçüncü şəxs2 məxsus olan 0,44 ha torpaq sahəsi ilə bağlı baza sənədləri ilkin olaraq ## ######## 2017-ci il tarixli çıxarışa təsadüf edir. Cavabdehin ## ###### 2018-ci il tarixli məktubuna əsasən 0,31 ha torpaq sahəsi digər şəxsin dövlət reyestrindən çıxarışla mülkiyyətində olan torpaq sahəsi (yəni 0,44 ha torpaq sahəsi) ilə kəsişir. Lakin, Qusar Rayon Məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının ## ###### 2020-cı il tarixli rəyi ilə müəyyən edilmişdir ki, maraqlı şəxslərə məxsus 0,44 ha torpaq sahəsi ilə iddiaçıya məxsus 0,31 ha torpaq sahəsinin kordinatlarının üst-üstə düşüb-duşmədiyini müəyyənləşdirmək mümkün deyildir. Buna səbəb maraqlı şəxslərə məxsus 0,44 ha torpaq sahəsinin koordinatları ilə natura arasında şimal-qərb istiqamətində 24 metr, cənub-qərb istiqamətində 16 metr olmaqla kəskin uyğunsuzluğun olmasıdır. Həmçinin, iddiaçıya məxsus 0,31 ha torpaq sahəsinin baza sənədləri ## #### 1998-ci il tarixə aid olsa da, maraqlı şəxslərə məxsus 0,44 ha torpaq sahəsi ilə bağlı baza sənədləri ## ######## 2017-ci ilə aiddir. Buradan aydın olur ki, ilkin olaraq iddiaçıya məxsus torpaq sahəsi ayrılmış və müvafiq sahə konturları müəyyən edilmişdir. Belə olan halda, sonradan maraqlı şəxslərə ayrılmış 0,44 ha torpaq sahəsinin sərhəd konturları ona ayrılmış torpaq sahəsinin sərhəd konturları gözləməklə müəyyən edilməli idi. Əgər bu müəyyənetmə zamanında olmamışdırsa və hər iki torpaq sahəsi arasında kəsişmə halı olmuşsa bu zaman ilkin olaraq sərhədləri müəyyən edilmiş 2.57 ha torpaq sahəsinin, (iddiaçının 0,31 ha torpaq sahəsi də daxil olmaqla) sərhəd konturları əsas götürülməlidir.

10. Cavabdeh iddiaya qarşı yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2022-ci il tarixli, 2-1(118)-204/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının Güləliyev Azad Qubaşah oğlundan (KOD 30121028, JN-*** saylı Dövlət Aktı) ## ###### 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi Qusar rayonu Çiləgir kəndində yerləşən 0,31 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Vəfa Əzizova).

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

13. Üçüncü şəxs üçüncü şəxs2 həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri:

14. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası ilə bağlı digər şəxsin adına olan çıxarışın ləğvi ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Lakin, məhkəmə tərəfindən torpaq sahəsində mövcud olan ziddiyyət aradan qaldırılmamışdır. Bununla bağlı gələcəkdə məhkəmə qərarının icrası qeyri-mümkün olacaqdır.

15. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı 0,31 ha torpaq sahəsini ## ###### 2005-ci il tarixdə bağlanmış müqavilə əsasında əldə etdiyi halda, üçüncü şəxs tərəfindən həmin torpaq sahəsi ## ###### 2003-cü il tarixli müqavilə əsasında əldə edilmişdir. Ona görə də iddiaçının üçüncü şəxslərə məxsus torpaq sahəsinin baza sənədlərinin ## ######## 2017-ci aid olması barədə dəlili əsassızdır. Belə ki, həmin tarix üçüncü şəxsin ## ###### 2003-cü il tarixdə aldığı torpaq sahəsinin 0,44 ha hissəsinə DƏDRX-nin * saylı Xaçmaz Ərazi Idarəsindən çıxarış aldığı tarixdir. Iddiaçının torpaq sahəsi üzərində hüquqları isə daşınmaz əmlakın dövlət reyestrində, ümumiyyətlə, qeydə alınmamışdır. Eləcə də, iddia ərizəsində də qeyd olunduğu kimi Qusar Rayon Məhkəməsində aparılan araşdırma zamanı ekspertiza təyin edilmiş və alınmış rəylə də təsdiq edilmişdir ki, üçüncü şəxsə məxsus 0,44 ha torpaq sahəsi ilə iddiaçıya məxsus 0,31 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşübdüşmədiyini müəyyənləşdirmək mümkün deyildir. Buna səbəb 0,44 ha torpaq sahəsinin koordinatları ilə natura arasında şimal-qərb istiqamətində 24 metr, cənubqərb istiqamətində 16 metr olmaqla kəskin uyğunsuzluğun olmasıdır. Belə vəziyyətdə də əvvəlcə həmin uyğunsuzluğun səbəbləri araşdırılmalı idi, əks halda da hazırkı iddia mümkün sayıla bilməz. Birinci instansiya məhkəməsi iddia ərizəsindəki həmin ziddiyyət və uyğunsuzluqları nəzərə almadan iddianı mümkün saymışdır. A.Güləliyev və ailə üzvlərinə 1998-ci ildə aqrar islahat zamanı ayrılmış 2,57 ha torpaq sahəsinin verilməsinə dair Dövlət Aktından da görünür ki, həmin vaxt onlara ayrılmış torpaq sahəsi bir-birindən aralı bir neçə yerdə yerləşməklə hazırkı iş üzrə mübahisə predmeti olan 0,31 ha torpaq sahəsi, üçüncü şəxs tərəfindən alınmış 0,94 ha torpaq olduğu yerdə yerləşir ki, iddiaçı da məhz həmin 0,31 ha torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olmuş 0,94 ha torpaq sahəsinin 0,44 ha hissəsinə verilmiş mülkiyyət çıxarışında göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyünü iddia edir. Onun tərəfindən qeyd olunan 0,94 ha torpaq sahəsi Qusar rayon Dövlət notariat Kontorunda bağlanmış ## ###### 2003-cü il tarixli müqavilə əsasında başqa şəxsdən satın alınmış, 0,44 sahəsinə də ayrı çıxarış verilərək sonradan üçüncü şəxs1 satılmışdır. Məhkəmə qərarında 0,94 ha torpaq sahəsi üçüncü şəxs tərəfindən A.Güləliyevdən satın alınması ilə bağlı mövqeyini nümayiş etdirmiş, lakin A.Güləliyevin iddiaçı və üçüncü şəxsə satılmış torpaq sahələri üzrə eyni satıcı olması faktını təsdiq edəcək hər hansı sübuta istinad edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Iddiaçı apellyasiya şikayətlərinə qarşı etiraz edərək etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır.

17. Üçüncü şəxs üçüncü şəxs1 iddia tələbinə yazılı münasibət bildirərək qeyd etmişdir ki, Quba rayon Notariat kontorunda bağlanmış ##.##.2018-ci il tarixli 4Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasında üçüncü şəxs2 Qusar rayonun Çiləgir kəndi ərazisində yerləşən 0,44 ha torpaq sahəsini satın almış və həmin torpaq sahəsinə dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış verilməklə, həmin torpaq sahəsi hazırda onun mülkiyyətindədir. üçüncü şəxs2 həmin torpaq sahəsini nə vaxt, hansı qaydada və kimdən satın alması barədə heç bir məlumatı yoxdur. O, yalnız notariat kontorunda aparılmış araşdırma ilə əlaqədar bilmişdir ki, həmin torpaq sahəsi yüklü deyildir və reyestr xidmətinin məlumatına əsasən üzərində heç bir məhdudiyyət olmamışdır. Ona görə də dövlət rüsumunu ödəyərək dövlət orqanlarının məlumatları və təsdiq olunmuş sənədlər əsasında torpaq sahəsini satın almışdır. Iddiaçı tərəfindən hazırkı mübahisə ilə əlaqədar Qusar Rayon Məhkəməsində iddia qaldırıldıqdan sonra ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin koordinatları ilə kəsişdiyi iddia olunan 0,31 ha torpaq sahəsi iddiaçı tərəfindən ## ###### 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Güləliyevlər ailəsindən alınmışdır. Bundan sonra isə bilmişdir ki, satın aldığı 0.44 ha torpaq sahəsi üçüncü şəxs2 tərəfindən ## ###### 2003-cü il tarixli müqavilə əsasında tamam başqa şəxsdən satın alınmışdır. Qeyd edir ki, o, həmin torpaq sahəsinin vicdanlı alıcısı olmaqla bu halların da ona heç bir aidiyyəti yoxdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs üçüncü şəxs2 nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi üçüncü şəxs2 tərəfindən üçüncü şəxs1 satılmışdır və həmin torpaq sahəsi hazırda onun mülkiyyətindədir. Torpağın alqı-satqısına dair müqavilə isə mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməmişdir, hazırda həmin alqı-satqı müqaviləsi və çıxarış qüvvədədir. Üçüncü şəxsin nümayəndəsi (vəkili) şikayətin təmin edilməsini xahiş etmişdir.

20. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs üçüncü şəxs1 da izahatında 0,31 ha torpaq sahəsinin hazırda onun xüsusi mülkiyyətində olduğunu bildirmiş və üçüncü şəxsin şikayətinin təmin edilməsini xahiş etmişdir.

21. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ:

22. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

23. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:

24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, üçüncü şəxs üçüncü şəxs2 apellyasiya şikayəti təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilməlidir.

25. Iddiaçının hazırkı tələbi Qusar rayonu, Çiləgir kəndi ərazisində yerləşən 0,31 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsindən ibarətdir.

26. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin yeganə dəlili isə həmin 0,31 ha torpaq sahəsinin koordinatlarının ərazi idarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən üçüncü şəxs1 mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsidir.

27. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq üçüncü şəxs1 adına reyestrdə aparılmış həmin qeydiyyatla bağlı məhkəməyə təqdim edilən sənədlərdən məlum olmuşdur ki: - Qusar rayonu Çiləgir kəndində yerləşən 0,94 ha (“293” nömrəli planşet üzrə 9411,00 kv.m.) torpaq sahəsinə dair üçüncü şəxs2 adına Qusar rayon torpaq şöbəsi tərəfindən ## ###### 2003-cü il tarixli, JN - 293 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmiş və aktın tərtib edilməsinə əsas olaraq Qusar Rayon Dövlət Notariat Kontorunun ## ###### 2003-cü il tarixli müqaviləsi göstərilmişdir. Daha sonra Dövlət Aktı əsasında 0,94 ha torpaq sahəsi üçüncü şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ##.##.2013-cü il tarixdə qeydiyyata alınaraq adına RX seriyalı, ******* nömrəli, ************ reyestr nömrəli çıxarış verilmişdir; - Həmin 0,94 ha torpaq sahəsinin 0,25 ha hissəsi üçüncü şəxs2 tərəfindən satılmış, ##.##.2017-ci il tarixdə isə torpaq sahəsinin qalan 0,44 ha və 0,25 ha hissələri üzərinə onun mülkiyyət hüququ ayrı-ayrılıqda dövlət reyestrində qeydiyyata alınaraq adına müvafiq olaraq, ************ və ************ reyestr nömrəli çıxarışlar verilmişdir. ##.##.2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs2 xüsusi mülkiyyətində olan 0,44 ha torpaq sahəsini üçüncü şəxs1 satmış və həmin torpaq sahəsi üzərində üçüncü şəxs1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2018-ci il tarixdə qeydiyyata alınaraq adına RX seriyalı, ******* nömrəli, ************ reyestr nömrəli çıxarış verilmişdir. Həmin torpaq sahəsi hazırda üçüncü şəxs1 xüsusi mülkiyyətindədir.

28. Həmçinin, apellyasiya məhkəməsində cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyindən və rəyə əlavə edilmiş orto-foto xəritədən çıxarışdan görünür ki, Güləliyev Azad Qubaşah oğlu və onun ailə üzvlərinin adına olan JN – *** nömrəli Dövlət Aktının 227 planşetində əks olunan 0,31 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən üçüncü şəxs1 Aqil Fazil oğlunun mülkiyyətində olan 0,44 ha torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları ilə 0,31 ha hissədə üst-üstə düşür.

29. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, 0,31 ha torpaq sahəsinə dair ilkin mülkiyyətçi üçüncü şəxs2 adına reyestrdə aparılmış qeydiyyat iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilərək, üçüncü şəxs2 adına tərtib edilmiş JN - 293 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının iddiaçıya məxsus 0,31 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, eyni zamanda, həmin 0,31 ha torpaq sahəsinə üçüncü şəxs2 adına verilmiş ************ reyestr nömrəli, ##.##.2017-ci il tarixli çıxarışın ləğv edilməsi, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində olan məlumatların silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

30. Göründüyü kimi iddia olunan 0,31 ha torpaq sahəsinin koordinatları əvvəlcə üçüncü şəxs2, daha sonra isə üçüncü şəxs1 xüsusi mülkiyyətində olan 0,44 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyündən ilkin mülkiyyətçi üçüncü şəxs2 adına Dövlət Aktı və reyestrdən aparılmış qeydiyyat 0,31 ha torpaq sahəsinə dair hissədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ləğv edilsə də, həmin torpaq sahəsi ##.##.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında üçüncü şəxs1 satılmış və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ qeydiyyata alınaraq ##.##.2018-ci il tarixli RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Həmin alqı-satqı müqaviləsi və üçüncü şəxs1 adına olan dövlət qeydiyyatı hüquqi qüvvəsini saxlayır və məhkəmə qaydasında mübahisələndirilərək ləğv edilməmişdir.

31. Bu isə o deməkdir ki, iddiaçının üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi 0,31 ha torpaq sahəsi hazırda dövlət reyestrində başqa şəxsin - üçüncü şəxs1 mülkiyyət hüquqları ilə yüklüdür.

32. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat həmin əmlak üzərində konkret şəxsin hüququnun dövlət tərəfindən rəsmən tanınmasını təsdiq edir. Bu səbəbdən eyni torpaq sahəsi və ya onun eyni hissəsi üzərində müxtəlif şəxslərin bir-birini istisna edən mülkiyyət hüquqlarının eyni vaxtda dövlət reyestrində qeydiyyatda olması mümkün deyildir.

33. Hazırkı işdə iddiaçının adına qeydiyyata alınması tələb olunan 0,31 ha torpaq sahəsi üçüncü şəxs1 adına dövlət reyestrində qeydə alınmış 0,44 ha torpaq sahəsinin tərkibinə daxildir. üçüncü şəxs1 həmin torpaq sahəsinə mülkiyyət hüququna dair qeydiyyat isə hazırda qüvvədədir. Buna görə həmin qeydiyyat aradan qaldırılmadan eyni torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması cavabdeh inzibati orqandan tələb edilə bilməz.

34. Bu hal, ilk növbədə, iddiaçının seçdiyi hüquqi müdafiə vasitəsinin onun çatmaq istədiyi nəticəyə uyğun olub-olmadığının qiymətləndirilməsini zəruri edir.

35. Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarında da göstərildiyi kimi, iddianın mümkünlüyü məsələsi həll edilərkən iddiaçının hüquqi marağının, yəni qaldırdığı iddia vasitəsilə istədiyi hüquqi nəticəyə nail olub-ola bilməyəcəyinin müəyyən edilməsi tələb olunur.

36. Hazırkı halda iddiaçı 0,31 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun öz adına dövlət qeydiyyatına alınmasını istəyir. Lakin həmin nəticənin əldə edilməsinə hazırda üçüncü şəxs1 adına qüvvədə olan mülkiyyət hüququ və dövlət qeydiyyatı mane olur.

37. Işin bu xüsusiyyəti nəzərə alınmaqla, yalnız cavabdeh reyestr orqanının üzərinə iddiaçının hüququnu qeydiyyata almaq öhdəliyinin qoyulması iddiaçının qarşısına qoyduğu məqsədə çatması üçün kifayət etmir. Çünki belə bir qərar qəbul edildiyi halda da üçüncü şəxs1 adına mövcud olan mülkiyyət hüququ və reyestr qeydiyyatı qüvvədə qalacaqdır.

38. Başqa sözlə, iddiaçının tələb etdiyi qeydiyyatın aparılması üçün əvvəlcə həmin torpaq sahəsi üzərində başqa şəxsin qüvvədə olan hüququ ilə bağlı hüquqi maneə aradan qaldırılmalıdır.

39. Bu baxımdan, iddiaçının hazırda seçdiyi hüquqi müdafiə vasitəsi onun çatmaq istədiyi nəticəni təmin edə biləcək vasitə hesab edilə bilməz.

40. Iş materiallarından görünür ki, üçüncü şəxs2 adına tərtib edilmiş Dövlət Aktı və onun adına aparılmış dövlət qeydiyyatı mübahisəli 0,31 ha torpaq sahəsinə aid hissədə sonradan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə ləğv edilmişdir.

41. Lakin bundan əvvəl, ## ######## 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 0,44 ha torpaq sahəsi üçüncü şəxs2 tərəfindən üçüncü şəxs1 satılmış və həmin müqavilə əsasında üçüncü şəxs1 mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır.

42. Hazırda nə həmin alqı-satqı müqaviləsi, nə də üçüncü şəxs1 adına aparılmış dövlət qeydiyyatı ləğv edilmişdir.

43. Belə olan halda, üçüncü şəxs1 qüvvədə olan mülkiyyət hüququ hazırkı inzibati iş çərçivəsində, yalnız reyestr orqanına qarşı iddiaçının hüququnun qeydiyyata alınması tələbinin təmin edilməsi yolu ilə aradan qaldırıla bilməz.

44. Buna görə kollegiya hesab edir ki, iddiaçı ilk növbədə ## ######## 2018-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn üçüncü şəxs1 mülkiyyət hüququnu mübahisəli 0,31 ha torpaq sahəsinə aid hissədə müvafiq məhkəmə icraatı qaydasında mübahisələndirməli və onun öz hüququnun qeydiyyatına mane olan hüquqi vəziyyətin aradan qaldırılmasına nail olmalıdır.

45. Eyni zamanda kollegiya qeyd edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinasının yeganə əsası məhz mübahisəli 0,31 ha torpaq sahəsinin başqa şəxsin adına dövlət reyestrində qeydiyyatda olmasıdır. Cavabdeh nə imtina məktubunda, nə iddiaya etirazında, nə də apellyasiya şikayətində iddiaçının hüququnun qeydiyyata alınmasına mane olan hər hansı başqa hal göstərmişdir.

46. Deməli, üçüncü şəxs1 həmin torpaq sahəsinə dair mülkiyyət hüququ və onun əsasında aparılmış dövlət qeydiyyatı mübahisəli hissədə aradan qaldırıldığı halda cavabdehin hazırkı imtinasının hüquqi əsası da aradan qalxmış olacaqdır. Bundan sonra, qeydiyyata mane olan başqa hüquqi hal müəyyən edilmədiyi təqdirdə, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hazırkı inzibati iddia vasitəsilə ayrıca məhkəmə müdafiəsinə ehtiyac qalmayacaq və qeydiyyat inzibati orqan tərəfindən həyata keçirilməlidir.

47. Məhz buna görə hazırkı mərhələdə reyestr orqanına qarşı qeydiyyatın aparılması tələbinin irəli sürülməsi iddiaçının hüquqi məqsədinə çatması üçün zəruri və uyğun müdafiə vasitəsi hesab edilə bilməz. Iddiaçının qarşısında duran əsas hüquqi maneə inzibati orqanın hərəkəti deyil, üçüncü şəxsin qüvvədə olan mülkiyyət hüququ və həmin hüquqa əsaslanan reyestr qeydiyyatıdır.

48. Kollegiya eyni zamanda qeyd edir ki, hazırkı nəticə iddiaçının ## ###### 2005-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn mülkiyyət iddiasının əsaslı və ya əsassız olması barədə hər hansı nəticə ifadə etmir.

49. Məhkəmə bu mərhələdə iddiaçının maddi hüququnun mövcudluğunu deyil, onun seçdiyi iddia vasitəsilə tələb etdiyi hüquqi nəticəyə nail olmasının mümkün olub-olmadığını qiymətləndirir.

50. Yuxarıda qeyd edildiyi kimi, üçüncü şəxs1 mübahisəli torpaq sahəsi üzərində qüvvədə olan hüququ və dövlət qeydiyyatı aradan qaldırılmadığı müddətdə hazırkı iddianın təmin edilməsi iddiaçının istədiyi nəticəni doğura bilməz.

51. Buna görə də iddiaçının hazırkı iddia üzrə hüquqi müdafiəyə ehtiyacı mövcud hesab edilə bilməz. Birinci instansiya məhkəməsi bu halı nəzərə almadan iddianın mahiyyəti üzrə qiymətləndirilməsinə keçmiş və tələbi təmin etmişdir.

52. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, üçüncü şəxs üçüncü şəxs2 apellyasiya şikayəti təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Üçüncü şəxs üçüncü şəxs2 şikayəti təmin, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar