Məhkəmə qərarları › İş №2-1(105)-10/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-10/2021

17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-10/2021 17.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim: Məmmədov Zaur İkram oğlu hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi, İddiaçı Mehriban Aslan qızının vəkili X5 iştirakı ilə, İddiaçılar Mehriban Aslan qızının, X1 və Aslanova Bibixanım Aslan qızının Cavabdeh1 Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinə qarşı X3 0,15 ha torpaq sahəsinin ayrılmasına dair Cavabdeh1 Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 07 oktyabr 1999-cu il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair iş üzrə iddiaçılar Mehriban Aslan qızının, X1 və Aslanova Bibixanım Aslan qızının ərizələrinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar Mehriban Aslan qızının, X1 və Aslanova Bibixanım Aslan qızının Cavabdeh1 Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X3 0,15 ha torpaq sahəsinin ayrılmasına dair Cavabdeh1 Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 07 oktyabr 1999-cu il tarixli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2-1(085)- 40/2019 saylı qərarı ilə iddia təmin edilmiş, Cavabdeh1 Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin X3 0,15 ha torpaq sahəsinin ayrılmasına dair 07 oktyabr 1999-cu il tarixli sərəncamının ləğv edilməsi qərara alınmışdır. (hakim V.Əzizova) Qərardan narazı qalan üçüncü şəxslər X6 və X4 ondan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-10/2021 saylı, 01.03.2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2-1(085)-40/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. 04.05.2021-ci il tarixdə məhkəməyə iddiaçı Mehriban Aslan qızının nümayəndəsi və vəkili X2 iddiadan imtina barədə ərizə daxil olmuşdur. Ərizəyə baxılması ilə əlaqədar məhkəmə iclası 17 may 2021-ci il tarixə təyin olunmuşdur. Göstərilən tarixdə məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Mehriban Aslan qızının digər vəkili X8 iddiaçılar X1 və Aslanova Bibixanım Aslan qızının da iddiadan imtina barədə ərizələrini məhkəməyə kollegiyasına təqdim edərək iddiaçıların iddia tələbindən imtina etdiklərini və iş üzrə icraata xitam verilməsini xahiş etdiklərini, iddiadan imtinanın və iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələrinin iddiaçılara aydın olduğunu bildirdi. Ərizədən görünür ki, iddiaçılar mübahisəli əmlakla bağlı qarşı tərəflə razılığa gələrək, qarşı tərəfin vasitəçiliyi ilə əmlakın alqı-satqısını həyata keçirdiklərindən iddiadan imtina edirlər. Cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq, işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizələri nəzərdən keçirərək, belə qənaətə gəlir ki, ərizələr təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2- 1(085)-40/2019 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2- 1(105)-10/2021 saylı qərarları ləğv edilməli, iddiaçıların iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Həmin Məcəllənin 15.2-ci maddəsində qanunverici inzibati məhkəmə icraatında tərəflərə mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdırmaq imkanı yaratmışdır. Həmin Məcəllənin 55-ci maddəsində iddiaçının iddiadan imtina etmək hüququ və onun hüquqi nəticələri təsbit edilmişdir: 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2-1(105)-10/2021 saylı qərarı qanuni qüvvəyə minənədək iddiaçılar müvafiq ərizə ilə həmin məhkəməyə müraciət etmişlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar Mehriban Aslan qızının, X1 və Aslanova Bibixanım Aslan qızının iddiadan imtinası qəbul edilməli, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2-1(085)-40/2019 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2-1(105)-10/2021 saylı qərarları ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5, 80 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar Mehriban Aslan qızının, X1 və Aslanova Bibixanım Aslan qızının iddiadan imtinası qəbul edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2-1(085)- 40/2019 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2-1(105)- 10/2021 saylı qərarları ləğv edilsin. İddiaçılar Mehriban Aslan qızının, X1 və Aslanova Bibixanım Aslan qızının Cavabdeh1 Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinə qarşı X3 0,15 ha torpaq sahəsinin ayrılmasına dair Cavabdeh1 Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 07 oktyabr 1999-cu il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçılara izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar