Məhkəmə qərarları › İş №2-1(105)-100/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-100/2022

16.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-100/2022 16.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı9, X3, İddiaçı3, İddiaçı1, İddiaçı7, İddiaçı8, İddiaçı10 və İddiaçı6, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçılar İddiaçı9, X3, İddiaçı3, İddiaçı1, İddiaçı7, İddiaçı8, İddiaçı6, İddiaçı5, İddiaçı2 və İddiaçı10 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2-1(118)-654/2021 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçılar İddiaçı9, X14, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı8, İddiaçı3, X11 və X8 21 may 2020-ci ildə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçılara məxsus mülklərin cavabdeh tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi, cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçılara vurulan ziyanın əvəzi və itkilərinin kompensasiyası kimi qanunsuz sökülmüş qeyri-yaşayış sahələrinin bazar qiyməti kimi 30.000 (otuz min) manat, qanunsuz olaraq alınmış torpaq sahəsinə görə 20.000 (iyirmi min) manat, sökülmüş qeyri-yaşayış sahəsinin ticarət obyekti kimi fəaliyyətinə qanunsuz olaraq son qoyulması nəticəsində əldən çıxmış faydaya görə 36.000 (otuz altı min) manat, cavabdehin qanunsuz hərəkətləri nəticəsində məruz qaldıqları mənəvi ziyana görə 50.000 (əlli min) manat vəsaitin cavabdehdən tutularaq onlara ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdilər.

2. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçılardan X14 mülkiyyətində olan mağazanı 15 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı10 satdığından, prosessual həmiştirakçıların siyahısından çıxarılaraq, İddiaçı10 prosessual həmiştirakçı kimi məhkəmə icraatına cəlb edilmişdir.

3. Eyni zamanda iddiaçı X8 mülkiyyətində olan mağazanı 02 aprel 2021-ci il tarixli bağışlama müqaviləsi əsasında digər iddiaçı X4 bağışladığından, A.Mövsümov prosessual həmiştirakçılar siyahısından çıxarılmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki birinci icraat

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən və sökülənə qədər mağaza kimi fəaliyyət göstərən qeyriyaşayış sahələrinin mülkiyyətçiləri olublar. Onların əmlak üzərində mülkiyyət hüququ dövlət orqanlarında qeydiyyata alınıb.

5. Əmlak məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış iddiaçılara təqdim edilən “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair Arayış”da obyektlərin 6 may 2020-ci il tarixinə olan bazar qiyməti 30.000 (otuz min) AZN həcmində dəyərləndirilib.

6. 2017-ci ilin may ayında iddiaçılar Sumqayıt Şəhər İcra Hakimiyyətinə dəvət edilərək onlara İH Başçısının müavini Sahib Quliyevin imzası ilə aşağıdakı məzmunda sənəd təqdim olunub: “Sumqayıt şəhərinin baş planına, memarlıq və şəhərsalma prinsiplərinə, inşaat normalarına riayət edilməsi, şəhərsalmanın nizamlı inkişafının təmin edilməsi məqsədi ilə şəhərdə aparılan bərpa, yenidənqurma və abadlıq işlərinin davamı olaraq şəhərin 9-cu mikrorayon ərazisində yerləşən “Şərq bazarı’’ Ticarət Mərkəzinin və həmin əraziyə bitişik 66 ticarət obyektinin yerində müasir memarlıq tələblərinə cavab verəcək yeni Ticarət Mərkəzinin tikintisi layihələndirilir. İnşa olunacaq yeni Ticarət Mərkəzində hazırda mülkiyyətinizdə olan 9 kv.m ticarət sahəsinin əvəzinə Sizin mülkiyyətinizə 18 kv.m. təmirsiz ticarət sahəsi veriləcəkdir. Qeyd olunanlara əsasən, qısa müddət ərzində mağazanı boşaldaraq tikinti işlərinin başlanmasına şərait yaratmağınız xahiş olunur".

7. Şikayətçilər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Nazirlər Kabinetinin müvafiq qərarı və həmin qərar əsasında mülklərin özgəninkiləşdirilməsinin şərtləri, o cümlədən kompensasiyanın məbləği razılaşdırılmadan belə bir tələbin qoyulmasının qanunsuz olduğunu vurğulayaraq onu icra etməyəcəklərini bildirmişlər. Şikayətçilərə obyektlərin söküntü üçün boşaldılması barədə bildirişin təqdim edilməsindən bir neçə gün sonra may ayının 21-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbər vəzifəli şəxslərinin, o cümlədən polislərin iştirakı iddiaçıların etirazlarına baxmayaraq onların mülkləri çoxsaylı traktor və digər maşınların köməyi ilə sökülüb. Bir çox mağazaların sahiblərinə içəridə olan əmlakı və sənədləri götürməyə imkan verilməyib.

8. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən mağazaları sökdükdən sonra keçən 3 il ərzində həmin ərazidə yeni salınacağı barədə vəd verdiyi Tikinti Mərkəzinin inşası istiqamətində heç bir real addım atılmamışdır. Şikayətçilər mağaza kimi işlətdikləri qeyd olunan tikililərdə əsasən inşaat materiallarının ticarəti ilə məşğul olublar. Mağazalarının qanunsuz sökülməsi, onları təkcə əmlaklarından deyil, həm də ailələrinin dolanış mənbəyindən məhrum etməklə, onları ağır duruma salmışdır.

9. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçılara məxsus mülklərin sökülməsinə dair Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən heç bir inzibati akt qəbul edilməmişdir. İddiaçıların Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran və təsdiq edən hər hansı sübutu yoxdur. Bundan əlavə bildirirlər ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 28 noyabr 2019-cu il tarixli, 343 saylı Sərəncamı ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən ticarət sırasında olan obyektlərin (66 nəfərdən ibarət) istifadəsində olan sahədə, ticarət obyektlərinin müasir memarlıq üslubunda yenidən qurulmasının layihələndirilməsinə icazə verilməsi qərara alınmışdır.

10. Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(118)- 1009/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim V.Əzizova).

11. Bu qərardadla razılaşmayan iddiaçılar apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2-1(105)- 433/2020 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(118)-1009/2020 nömrəli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən hakim: Z.Məmmədov).

13. Sumqayıt İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2-1(118)-654/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim İ.Quliyev).

14. Həmin qərarla razılaşmayan iddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçılar apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişlər ki, mülkləri söküldükdən sonra iddiaçılar dəfələrlə Sumqayıt şəhər İH-nə müraciət etmiş, orqanın vəzifəli şəxsləri ilə görüşmüşlər. Hər dəfə də onları əmin ediblər ki, sökülən mağazaların yerində ticarət mərkəzinin inşası ilə bağlı məsələnin üzərində iş gedir. Mülkləri sökülən şəxslərin həmin orqana və digər dövlət qurumlarına çoxsaylı şikayətlərindən sonra, İH-nin mülklərin söküntüsü barədə məktubundan və mülklərin sökülməsindən 1 il 6 ay keçdikdən sonra 28 noyabr 2019-cu il tarixində Sumqayıt şəhər İH-nin başçısı tərəfindən 28 noyabr 2019-cu il tarixdə yeni sərəncam imzalanmışdır.

16. Sumqayıt şəhər İH-nin 28 noyabr 2019-cu il tarixli sərəncamı şikayətçilərə təqdim edildikdən sonra onlar tikintiyə başlamağa icazə almaq üçün sərəncamın 8-ci bəndində göstərilən dövlət qurumlarına tələb olunan sənədləri təqdim etmələrinə, dəfələrlə həmin qurumlarda olmalarına baxmayaraq, tikintiyə başlamaq üçün vacib sənədlər onlara verilməkdən imtina edilib. Şikayətçilər cavabdeh inzibati orqanın onları aldatdığına, verdiyi vədi yerinə yetirmək fikrinin olmadığına əmin olduqdan sonra 19 may 2020-ci il tarixində iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişlər.

17. Birinci instansiya məhkəməsi 19 may 2017-ci il tarixli məktubu inzibati akt kimi qəbul etməsə də, orada yazılanları “İnzibati orqanın praktikasına uyğun olaraq iddiaçıların etimad hüququnun qorunduğu sənəd kimi” qəbul edir. Başqa sözlə, hakim bildirir ki, bu yazılanlar şikayətçilərə sökülən 9 kv.m ticarət sahəsinin əvəzinə onların mülkiyyətinə 18 kv.m təmirsiz ticarət sahəsi veriləcəyi barədə vədə inanmışlar, onların bu etimadı da qanunla qorunur. Hakim daha sonra yuxarıda yazdıqlarını inkar edərək bildirir ki, nu yazılanlar hələ o anlama gəlmir ki, söküntünü icra hakimiyyəti həyata keçirib, yeni tikintiləri icra hakimiyyəti aparmalıdır, sökülən əmlaklarının əvəzinə iddiaçılara artıq ölçüdə təmirsiz tikililəri icra hakimiyyəti verməlidir. Hesab edirlər ki, məhkəmə əsassız olaraq mülklərin söküntüsünün cavabdeh qurum tərəfindən deyil, onun tabeçiliyində olan qurumla vətəndaş arasında bağlanmış müqavilə əsasında həmin vətəndaş tərəfindən həyata keçirildiyini qeyd etmişdir.

18. Sumqayıt şəhər İcra Hakimiyyəti bir tərəfdən iddiaçılara məxsus olan obyektlərin söküntüsünə onların aidiyyatı olmadığını bildirir, digər tərəfdən onlara təklif edir ki, sökülən obyektlərinin altındakı torpaq sahəsinə mülkiyyət hüququnu təsdiqləyən sənədi aldıqdan sonra onlara sökülən sahədə yeni İayihələndiriİmiş mağazaların tikintisinə İH tərəfindən icazə verilə bilər. Cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi məktubda bildirib ki, iddiaçılara məxsus mülklər İcra Hakimiyyəti yox, Rəşid Babayev adlı şəxs tərəfindən sökülmüş və məhkəmə iclasında iştirak edən nümayəndəsi vasitəsilə iddiaçılara öz iddia tələblərini həmin şəxsə yönəltməyi təklif etmişdir.

19. Məhkəmə 22 may 2017-ci il tarixli, "xxxx" Şirkəti Ticarət Mərkəzi ("Şərq bazarı") ilə Sumqayıt şəhər Təmizlik Departamenti arasında bağlanmış "Söküntü və təmizlik işlərinin aparılması barədə" müqavilanin 1.1-ci bəndinə istinad edərək iddiaçıların əmlakının cavabdeh dövlət orqanı tərəfindən sökülmədiyini qeyd etmişdir. İddiaçılar qeyd edir ki, yazılanlar həqiqət olsa belə, bu, aşağıdakı səbəblərə görə Sumqayıt şəhər İcra Hakimiyyətini sökülən mülklərin məsuliyyətindən azad edə bilməz:

20. "xxxx" Şirkəti Ticarət Mərkəzi ("Şərq bazarı") ilə "Söküntü və təmizlik işlərinin aparılması barədə" müqaviləni imzalayan Sumqayıt şəhər Təmizlik Departamenti Sumqayıt şəhər İcra Hakimiyyətinin tabeliyində olan və onun struktur bölməsi olan dövlət orqanıdır.

21. Sumqayıt şəhər Təmizlik Departamenti nə öz adından, nə də tabeliyində olduğu qurumun adından dövlətin rəsmi olaraq tanıdığı mülklərin söküntüsü barədə hər hansı vətəndaş va ya kommersiya qurumu ilə mülki əqd bağlaya bilməz. Həmin sənəd bağlandığı andan etibarsızdır. Hesab edirlər ki, bu ”müqavilə" cavabdeh inzibati orqanı məsuliyyətdən kənarlaşdırmaq üçün sonradan hazırlanmış sənəddir. Həmin sənəddə adı çəkilən şəxs mediaya verdiyi müsahibədə söküntüyə heç bir aidiyyatı olmadığını bildirmişdir və hazırda həmin qurumla Sumqayıt şəhər İH arasında məhkəmə mübahisəsi var.

22. İddiaçılar mülklərinin cavabdeh orqan tərəfindən söküldüyünü təsdiqləyən sübutları- inzibati orqanın bu barədə yazılı aktlarını, mediada qeyd olunan yazıları və videomaterialları təqdim etməsinə baxmayaraq, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Mediada yerləşdirilmiş materialların mətnindən görünür ki, dövlət qurumunun rəsmiləri sökülən obyektlərin yerində həmin şəxslərə yeni tikiləcək Ticarət Mərkəzində daha artıq ölçüdə sahə veriləcəyini bildiriblər. Bu materialların mətni məhkəməyə təqdim edilsə də, məhkəmə bu barədə iddiaçılara izahat (sənəd) vermədən onları cavabdeh orqanın söküntüyə məsul olduğunu təsdiqləyən sübut kimi qəbul etməkdən imtina etmişdir.

23. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar tikililərə mülkiyyət sənədi əldə etsələr də, həmin tikililərin yerləşdiyi torpaq sahələrinə olan hüquqların dövlət qeydiyyatı aparılmamışdır. İddiaçılar məhkəmənin bu arqumentinə münasibətdə qeyd edirlər ki, həmin mülklərin hər birinə dövlət qeydiyyat şəhadətnamələri verilib və hazırda qüvvədədir və heç bir orqan yaxud məhkəmə qaydasında qanuniliyi şübhə altına alınmayıb. İddiaçıların hazırkı iddiası torpaqla bağlı deyil, mülklərin qanunsuz söküntüsü ilə bağlıdır. Qüvvədə olan qanunvericiliyə görə, dövlət tərəfindən mülkiyyət hüququnun subyekti kimi tanınmış əmlak sahibi onun altındakı torpağın da potensial mülkiyyətçisi hesab edilir.

24. Mülklərin icra hakimiyyəti tərəfindən söküldüyünü, şikayətçilərin bu qərarın verildiyi ilk günlərdən buna etiraz etmələrini təsdiqləyən çoxsaylı sübutlar olmasına baxmayaraq, məhkəmə “söküntünün cavabdeh inzibati orqan tərəfindən həyata keçirildiyi, söküntü işlərinin sahibkarların iradəsindən kənar həyata keçirildiyi cavabdeh inzibati orqanın rəsmiləri tərəfindən etiraf olunmamışdır” nəticəsinə gəlmişdir.

25. Məhkəmə əsassız olaraq Sumayıt şəhər İH-ni mülklərin söküntüsünə görə məsuliyyətdən kənarda tutmaqla yanaşı, İH başçısının 28 noyabr 2019-cu il tarixli sərəncamına da hüquqi qiymət verməkdən yayınıb. İnzibati orqan həmin sərəncamla mülklərin söküntüsünün cavabdeh dövlət qurumu tərəfindən həyata keçirildiyini bir daha nümayiş etdirir, İH başçısının müavini tərəfindən imzalanmış birinci inzibati aktdan doğan öhdəliklərini başqa formada sərəncamda əks etdirir. Məhkəmə cavabdeh orqanın bu inzibati aktla da üzərinə götürdüyü öhdəlikləri icra etməkdən imtinasına uyğun qiymət verməyib.

26. Hesab edir ki, şikayətçilərin mülkiyyət hüququna əsasız müdaxilə baş verib (1 saylı protokolun 1-ci maddəsinin pozuntusu). Şikayətçilərin mülkiyyət hüququna müdaxilə milli qanunvericilikdə müəyyən olunmuş “dövlət ehtiyacları” kateqoriyasına uyğun deyil.

27. Həm milli qanunvericilik, həm də beynəlxalq normalar mülkiyyət hüququna yalnız qanunla nəzərdə tutulmuş müstəsna hallarda müdaxiləyə yol verir. Bu hallara Mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək, cəza qismində əmlakın müsadirəsi, inzibati tənbeh qismində əvəzi ödənilməklə əmlakın alınması və dövlət ehtiyacları üçün əvəzi əvvəlcədən ödənilməklə əmlakın alınması halları aiddir. AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən, hətta qanunsuz inşa edilmiş tikilinin belə yalnız məhkəmə qaydasında sökülməsi şərtini nəzərdə tutur. Qanunvericilik hətta qanunsuz tikilinin sökülməsi üçün məhkəmə qərarının olmamasının vacibliyini nəzərdə tutursa, qanuniliyi dövlət tərəfindən tanınmış şikayətçilərə məxsus obyektlərə münasibətdə söküntünün bu forması ümumiyyətlə yolverilməzdir.

28. Mülki Məcəllənin 207.1-ci maddəsinə əsasən, torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilmədən həmin sahənin dövət ehtiyacları üçün alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər.

29. Bu ehtiyaclar üçün daşınmaz əmlakın əvəzini ədalətli şəkildə ödəməklə özgəninkiləşdirilə bilər. Qeyd edirlər ki, dövlət əhəmiyyətli yollar və kommunikasiya xətləri dedikdə, respublika əhəmiyyətli magistral yollar, magistral kəmərlər və s. nəzərdə tutulur. Hər hansı yerli əhəmiyyət daşıyan yollar və kommunikasiya vasitələrinin tikilməsi dövlət ehtiyaclarına daxil deyil. Qanunun tələbinə görə, dövlət alınmanın təsirinə məruz qalan şəxslərdə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz.

30. Şikayətçilərin mülklərinin söküntüsü nə qeyd olunan qanunvericilik aktları ilə səlahiyyət verilmiş orqanın qərarı ilə, nə də qanunda nəzərdə tutulmuş tələblərə uyğun həyata keçirilib. Sumqayıt şəhər İH-nin şikayətçilərə məxsus əmlak üzərində sərəncam vermək səlahiyyəti yoxdur.

31. Mülki Məcəllənin 153.3-cü maddəsinə əsasən, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.

32. Lakin, heç bir qanunvericilik aktında yerli icra hakimiyyəti orqanlarının digər şəxslərin xüsusi mülkiyyətində olan əmlaka dair sərəncam verməsi, eləcə də hər hansı formada müdaxilə etməsi, qanuni tikilinin sökülməsi və s. səlahiyyəti nəzərdə tutulmayıb.

33. Şikayətçilərin mülkiyyət hüququna müdaxilə onların inzibati icraat haqqında qanunla təminat verilən prosedur hüquqlarının kobud pozuntusu ilə həyata keçirilib.

34. “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.

35. İnzibati orqan Qanunun bu tələbini də kobud surətdə pozub və şikayətçilərin inzibati icraatda iştirakını təmin etməyib.

36. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

37. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında AR Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarının 15-ci bəndinə əsasən, Azərbaycan Respublikasının məhkəmələrinə mənəvi zərərlə əlaqədar işlərə baxdıqda “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya” nın normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərindən geniş istifadə etmələri tövsiyyə edilmişdir.

38. Bu işdə də cavabdeh- Sumqayıt şəhər İH-nin qanunsuz hərəkətləri nəticəsində şikayətçilərə maddi və mənəvi ziyan dəymişdir. 1 saylı Protokolun 1-ci maddəsi mülkiyyətin müsadirəsi, habelə mülkiyyət hüququna digər formada müdaxilə zamanı kompensasiya ödənilməsini nəzərdə tutur. Avropa Məhkəməsi öz qərarlarının birində qeyd edib ki, ” ...Razılığa gələn Dövlətlərin hüquq sistemlərində cəmiyyətin maraqları naminə kompensasiya ödənilmədən mülkiyyətin müsadirəsinə yalnız müstəsna hallarda yol verilə bilər və həmin halların bu işə aiddiyatı yoxdur. Tamamilə aydındır ki, etiraz edilən qanunvericiliyin müxtəlif maraqlar arasında ədalətli balansı təmin edib-etməməsi məsələsini və xüsusən ərizəçinin üzərinə həddən artıq yükün qoylub-qoyulmadığını qiymətləndirməkdə kompensasiyanın şərtləri mühüm amildir...” (54-cü bənd)

39. Kompensasiya məbləğinin münasib olması da mülkiyyət hüququna müdaxilənin digər formalarının (həcminə görə daha kiçik olan müdaxilələrin) mütənasibliyini qiymətləndirməkdə mühüm amildir. Bu tələbin Məhkəmə tərəfindən tətbiq edildiyi ilkin işlərdən birində -X9rşı işdə məhkəmə qeyd etdi ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir.

40. Yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edirlər ki, şikayətçilərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlara vurulan ziyana görə digər kompensasiya tələbləri ilə yanaşı, mənəvi ziyanın əvəzini tələb etmək həm ölkə qanunvericiliyi, həm də Avropa Konvensiyası ilə təminat verilən hüquqlarıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

42. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı8 iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

43. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı6 apellyasiya şikayətini müdafiə edərək, əlavə olaraq izahatında bildirdi ki, Sumqayıt şəhər İcra hakimiyyətinin 16 noyabr 1994-cü il tarixli, 933 nömrəli sərəncamına əsasən, “Şərq” icarə bazarının ticarət mərkəzində onun tərəfindən öz maliyyə vəsaiti hesabına 10 nömrəli mağaza inşa edilmişdir. Mağaza daşınmaz əmlakın dövlət reyetsrində xüsusi mülkiyyət hüququ əsasında adına qeydə alınmasa da, söküntü aparılanadək faktiki istifadə və sahibliyində olmuşdur. Bundan əlavə İddiaçı3 məxsus olan 11 saylı mağaza da etibarnamə əsasında onun idarəçiliyində olmuşdur. Bu səbəbdən cavabdeh tərəfindən ona hər iki mağaza ilə bağlı zəmanət məktubu verilmişdir.

44. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

45. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Maddə 71. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. İİİ. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. İV. Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz. V. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Vİ. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Vİİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Maddə 59. Azad sahibkarlıq hüququ İ. Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

46. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. Maddə 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır

47. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər.

48. Azərbaycan Respublikasını Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.

157. Mülkiyyətin müdafiəsi (-). 157.9 Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 210. Mülkiyyət hüququna qanun üzrə xitam verilməsinin nəticələri Mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Maddə 211. Mülkiyyət hüququna xitam verildikdə əmlakın qiymətləndirilməsi Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096. 1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

49. İnzibati icraat haqqında Qanun: Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

50. Qiymətləndirmə fəaliyyəti haqqında Qanun: Maddə 7. Qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə 8 . Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.

51. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”: 2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: (-); 2.0.8. daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə özəlləşdirilən müəssisələrin qiymətləndirilməsini təşkil etmək; 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: (-); 3.0.22. mülkiyyət növündən asılı olmayaraq, daşınmaz əmlakın qiymətləndirilməsini təşkil etmək və bu sahədə nəzarəti həyata keçirmək; (-).

52. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”: 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: (-); 2.0.4. daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə müəssisələrin qiymətləndirilməsini təşkil edir. 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: (-); 3.0.25. mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın qiymətləndirilməsini təşkil etmək, daşınmaz əmlakın qiymətləndirilməsini (dövlət müəssisə və obyektləri istisna olmaqla) və bu sahədə nəzarəti həyata keçirmək, daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində qiymətləndiricilərin fəaliyyətinə nəzarət etmək; (-).

53. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya Əlavə 1 saylı Protokol.

54. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il tarixli 7 saylı qərarı.

55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarı.

56. İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; (-). Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

57. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

58. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

59. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

60. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qərarını onunla əsaslandırmışdır ki, iddiaçılar tikililərə mülkiyyət sənədi əldə etsələr də, həmin tikililərin yerləşdiyi torpaq sahələrinə olan hüquqların dövlət qeydiyyatı aparılmamışdır. Məhkəmə araşdırması zamanı həmin qeyd edilən 66 nəfərin, RHŞT şirkətinin, daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatını aparan müvafiq qurumun, dövlət əmlakına nəzarət edən müvafiq qurumun, Sumqayıt İcra Hakimiyyətinin prosessual tərəf olduğu çoxsaylı məhkəmə mübahisələri olduğu müəyyən olunmuşdur. Hazırkı yaranmış vəziyyət qeyd edilən mübahisələrin davamı formasında meydana çıxmışdır. Məhkəmə iclasında da cavabdeh inzibati orqanın nümayəndəsi bildirmişdir ki, iddiaçıların da daxil olduğu 66 nəfər sahibkarın tikinti işlərinin lahiyələndirilməsi üçün sərəncam verilmişdir. Sahibkarların torpaqla bağlı sənədlərinin təqdim ediləcəyi halda, tikinti işlərinin aparılmasına icra hakimiyyəti tərəfindən hər hansı bir məhdudiyyət qoyulmayacaq.

61. İddiaçıların onların əmlaklarının cavabdeh inzibati orqan tərəfindən onların razılığı olmadan sökülməsinin internet resuslarında olan linklərdə qeyd olunması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, məhkəməyə təqdim edilən internet mənbələrində “Şərq Bazarı” adlanan ərazidə antisanitariya vəziyyətində olan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən lahiyənin həyata keçiriləcəyi qeyd olunmuş, lakin söküntünün cavabdeh inzibati orqan tərəfindən həyata keçirildiyi, söküntü işlərinin sahibkarların iradəsindən kənar həyata keçirildiyi cavabdeh inzibati orqanın rəsmiləri tərəfindən etiraf olunmamışdır. Bu baxımdan, məhkəmə iddianı rədd etmişdir.

62. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

63. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 16 noyabr 1994-cü il tarixli, 933 nömrəli “Şərq” icarə bazarının istifadəsində olan sahədə açıq bazarın və ticarət mərkəzinin tikilməsi haqqında sərəncamından görünür ki, “Şərq” bazarının istifadəsində olan sahədə iddiaçılara açıq bazarın və ticarət mərkəzinin tikilməsinə icazə verilmişdir.

64. Həmçinin, işdə olan “Şərq” icarə bazarı idarə heyətinin 17 iyul 1996-cı il tarixli, 13 nömrəli protokolundan çıxarışdan görünür ki, Sumqayıt şəhər İcra hakimiyyətinin 16 noyabr 1994-cü il tarixli, 933 nömrəli sərəncamına əsasən, “Şərq” icarə bazarının ticarət mərkəzində iddiaçılar tərəfindən öz maliyyə vəsaiti hesabına mağazalar inşa edilmiş, həmin mağazalar daşınmaz əmlakın dövlət reyetsrində xüsusi mülkiyyət hüququ əsasında iddiaçıların adına qeydə alınmışdır.

65. Belə ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23.05.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

66. 23.05.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi (53 nömrəli mağaza) tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

67. İş materiallarında olan 15 oktyabr 2020-ci il tarixli, AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 ona məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 9.5 kv.m olan qeyri-yaşayış sahəsini (53 nömrəli mağaza) İddiaçı10 satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22.10.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeyd olunan ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

68. 23.05.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 4 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi (52 saylı mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

69. 06.04.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

70. 06.04.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən 9.6 kv.m qeyri-yaşayış sahəsi sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

71. 23.05.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən AZ 5001., ünvan 7 ünvanında yerləşən 9.2 kv.m qeyri-yaşayış sahəsi sahəsi (16 nömrəli mağaza) tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

72. İş materiallarında olan (iş cild 3, vərəqə səh.201) 12 aprel 2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən X8 qeyd olunan 16 nömrəli mağazanı iddiaçı X4 bağışlamışdır.

73. 12.04.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən 8.8 kv.m qeyri-yaşayış sahəsi sahəsi (4 nömrəli mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

74. 5 nömrəli mağazaya dair isə İddiaçı5 adına AR Nazirlər Kabineti yanında Mənzil- Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1997-ci il tarixdə ( inventar nömrəsi-32, qeydiyyat nömrəsi-19) texniki pasport tərtib olunmuşdur.

75. 23.05.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 9 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi (3 nömrəli mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

76. 16.04.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 7 ünvanında yerləşən 9.2 kv.m qeyri-yaşayış sahəsi, 23.05.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 10 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi (9 nömrəli mağaza), həmçinin, 23.05.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 11 ünvanında yerləşən 9.1 kv.m qeyri-yaşayış sahəsi (8 nömrəli mağaza) iddiaçı X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

77. 23.05.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 12 ünvanında yerləşən 9.0 kv.m qeyri-yaşayış sahəsi (11 nömrəli mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

78. İş materiallarından görünür ki, “Şərq” icarə bazarı idarə heyətinin 17 iyun 1996-cı il tarixli, 13 nömrəli protokolundan çıxarışa əsasən İddiaçı6 Sumqayıt şəhər İcra hakimiyyətinin 16 noyabr 1994-cü il tarixli, 933 nömrəli sərəncamına əsasən “Şərq” icarə bazarının ticarət mərkəzində öz maliyyəsi hesabına sahəsi 9 m2 olan 10 nömrəli mağaza tikmişdir.

79. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılardan İddiaçı9, İddiaçı7 , İddiaçı1, İddiaçı2, İddiaçı8 , İddiaçı3 və İddiaçı10 hər birinin mülkiyyətində 1 mağaza, iddiaçı X3 mülkiyyətində 3 mağaza, iddiaçılardan İddiaçı5 isə mülkiyyətində 1, faktiki istifadə və sahibliyində isə 1 mağaza, o cümlədən iddiaçı İddiaçı6 faktiki istifadə və sahibliyində 1 mağaza olmuşdur

80. İddiaçılara məxsus yuxarıda sadalanan, ünvan 13 ünvanında yerləşən qeyriyaşayış sahələrinin sökülməsi və bununla bağlı iddiaçılara hər hansı kompensasiyanın ödənilməməsi işin mübahisəsiz halıdır.

81. Bununla bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

82. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

83. Mülki Məcəllənın 152.1-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

84. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, hazırkı mübahisə iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin (mağazaların) sökülməsi nəticəsində onlara vurulmuş ziyanın (maddi və mənəvi) ödənilməsi ilə bağlıdır.

85. İddiaçılar tərəfindən cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə vurulan ziyanın və itkilərin ödənilməsi ilə bağlı 01.10.2020-ci il tarixdə kollektiv müraciət olunmuş, həmin müraciətə cavabdeh tərəfindən baxılaraq 26.10.2020-ci il tarixli məktubla bildirilmişdir ki, ərazi yanğın təhlükəsizliyi baxımından çox təhlükəli, xırda çadırlar olan və taxta konstruksiyalardan quraşdırılmış, kiçik obyektlərdən ibarət olmuş, həmçinin, ərazidə 66 nəfərə məxsus ticarət obyektləri mövcud olmuşdur. İcra Hakimiyyəti tərəfindən "xxxx" şirkətinin rəhbərliyinə həmin ərazinin yenidən qurulması məqsədilə tövsiyə və tapşırıqlar verilmiş, daha sonra şirkətin rəhbəri Rəşid Babayev Şəhər Təmizlik Departamentinə müraciət edərək, ərazidə olan obyektlərin sökülməsi və söküntü materiallarının daşınması üçün müqavilə bağlamış və bunun üçün departamentə vəsait ödəmişdir. Cavabdeh orqan sözügedən ərazinin tərəflər arasında bağlanmış müqavilə əsasında sökülüb təmizləndiyini qeyd edərək müraciətin icrasından imtina etmişdir.

86. İş materiallarından görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçılardan 10 və 11 nömrəli mağazaların mülkiyyətçisi İddiaçı6, 4 və 5 nömrəli mağazaların mülkiyyətçisi İddiaçı5 və 8 və 9 nömrəli mağazaların mülkiyyətçisi X4 19.05.2017-ci il tarixli zəmanət məktubları təqdim edilərək bildirilmişdir ki, şəhərin 9-cu mikrorayon ərazisində yerləşən “Şərq bazarı” Ticarət Mərkəzinin və həmin əraziyə bitişik 66 ticarət obyektinin yerinə müasir memarlıq tələblərinə cavab verəcək yeni Ticarət Mərkəzinin tikintisi layihələndirilir. İnşa olunacaq yeni Ticarət Mərkəzində hazırda mülkiyyətlərində olan 9 kv.m ticarət sahəsinin əvəzinə mülkiyyətlərinə 36 kv.m təmirsiz ticarət sahəsi veriləcəkdir. Qeyd olunanlara əsasən, qısa müddət ərzində mağazanı boşaldaraq tikinti işlərinin başlanmasına şərait yaratmaları xahiş olunmuşdur.

87. Həmçinin, cavabdeh tərəfindən iddiaçılardan 3 nömrəli mağazanın mülkiyyətçisi İddiaçı1, 36 nömrəli mağazanın mülkiyyətçisi İddiaçı7 , 16 nömrəli mağazanın mülkiyyətçisi X4, 54 nömrəli mağazanın mülkiyyətçisi İddiaçı9 və 61 nömrəli mağazanın mülkiyyətçisi İddiaçı8 da eyni məzmunlu zəmanət məktubları təqdim edilərək, mülkiyyətlərində olan 9 kv.m ticarət sahəsinin əvəzinə mülkiyyətlərinə 18 kv.m təmirsiz ticarət sahəsi veriləcəyi bildirilmişdir.

88. Həmçinin, iş materiallarında olan (İV cild, iş vərəqə səh. 16-30) internet informasiya ehtiyatlarında yerləşdirilmiş məlumatlardan görünür ki, “Apa.az” internet portalında yerləşdirilən materiallarda qeyd edilir ki, 19 may 2017-ci ildə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən “Şərq bazarı”nda yerləşən bəzi mağazaların sökülməsinə başlanılıb. Bu barədə orada dükanları olan sahibkarlar bildiriblər. Söküntü işlərini Sumqayıt İcra Hakimiyyəti aparır. Sahibkarlar mağazaların çoxunun qanuni sənədlərinin, çıxarışlarının olduğunu bildirib və əlavə ediblər ki, 2011-ci ildən müxtəlif məhkəmə instansiyalarında onların hüquqlarının bərpası ilə bağlı qərarlar verilib. Buna baxmayaraq, mağazalar sökülüb, yerində dördmərtəbəli ticarət mərkəzinin tikilməsinə başlanıb.

89. Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul nümayəndəsi Eyvaz Qocayev APA-ya bildirib ki, “Şərq bazarı” ərazisində antisanitar vəziyyət hökm sürür: “25 ildir, orada abadlıq işləri görülməyib. Yolun ortasında meyvə, tərəvəz satırdılar. Çox bərbad vəziyyətdə idi. Abadlıq işləri aparmaq üçün sahibkarlarla danışıqlar aparıldı ki, ərazidə qeyri-qanuni, kustar formada nə varsa, təmizlənsin, yerində müasir bir ticarət mərkəzi tikilsin. Son vaxtlar Sumqayıtda böyük abadlıq, quruculuq işləri aparılır. Aparılan bu işlərin fonunda şəhərin mərkəzində, bərbad vəziyyətdə olan “Şərq bazarı” Sumqayıta bir yamaq idi. Sahibkarlarla danışıqlar aparılıb, kimin orada çıxarışı, qanuni sənədi var, yeni ticarət mərkəzi tikilib istifadəyə verilən zaman həmin sahibkarlar ticarət mərkəzində daha böyük yerlə təmin olunacaq. Bununla bağlı sahibkarlara yazılı zəmanət də veriləcək. Heç bir narahatlıq olmasın. Orada heç kimin mülkiyyəti əlindən alınmır, qanuni şəkildə onlara zəmanət veriləcək”.

90. E. Qocayev qeyd edib ki, əslində sahibkarlar özləri aparılan abadlıq işlərində maraqlı olmalıdırlar: “İstəyirik ki, ərazidə müasir ticarət mərkəzi olsun. Bu gün isə sadəcə, bazarın arxasında kustar formada çadırlar açıb, paltar satılan yerlər var, orada təmizlik işləri aparılır. Kimsə ora bir kibrit atsa, ora yanıb kül olacaqdı. Həmin sahibkarlar yeni tikiləcək ticarət mərkəzində yerlə təmin olunacaqlar”.

91. “Sumqayitxeber.com” internet portalında yerləşdirilən materialda isə qeyd edilir ki, Sumqayıt şəhərində həllini gözləyən problemlərdən biri – “Şərq Bazarı” problemi həll olunur. Sumqayitxeber.com xəbər verir ki, “Şərq Bazarı” ərazisi qısa müddətdə abadlaşdırılaraq ərazidə müasir ticarət mərkəzi tikiləcək. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov “Şərq Bazarı”nda olub, buradakı mövcud vəziyyətlə yerindəcə tanış olub, aidiyyatı qurumlara tapşırıqlarını verib. Qeyd olunub ki, buradakı mövcud vəziyyət şəhər sakinlərini ciddi narahat edir və şəhərdə son illərdə görülən abadlıq quruculuq işlərinə kölgə salır. Vurğulanıb ki, yeni ticarət mərkəzi tikilənə kimi burada fəaliyyət göstərən satıcılar müvafiq yerlərlə təmin olunacaq. “Şərq Bazarı” ərazisində çalışan və mülkiyyət sənədləri mövcud olan şəxslərin hər birinin 9 kvadrat metr yerləri mövcuddur ki, onların da hər biri yeni ticarət mərkəzi tikildikdən sonra təmənnasız olaraq 16 kvadrat metr yerlə təmin olunacaqlar.

92. 15.05.2017-ci il tarixdə xeberle.com internet saytında yerləşdirilən məlumatda isə qeyd edilir ki, Sumqayıtda Şərq bazarı kimi bilinən ticarət mərkəzi sökülür. Uzun illərdir baxımsız vəziyyətdə olan bazarın yerində müasir ticarət mərkəzi tikiləcək. Xeberle.com xezerxeber.az-a istinadən bildirir ki, artıq işlərə başlanılıb, satıcılar mallarını yığışdırır. Şəhərin 9-cu mikrorayonunda yerləşən, təxminən 1 hektar ərazini əhatə edən Şərq bazarı kimi tanınan ticarət mərkəzi sökülür. Sökülməyə səbəb kimi bazar daxilində və ətrafındakı şəraitsizlik göstərilir. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov aidiyyati qurum rəhbərləri ilə birlikdə ticarət mərkəzinə baxış keçirib. Əvəzində müasir görünüşlü böyük ticarət mərkəzinin tikilməsinə qərar verilib. Memarlıq və Şəhərsalma İdarəsindən bildirilib ki, bazarda çalışanlar müvəqqəti olaraq digər ticarət mərkəzlərinə köçürüləcək. Layihə əsasında tikiləcək bazar hazır olduqda isə həmin sahibkarlar təmənnasız olaraq öz yerlərinə qaytarılacaq.

93. Eyni zamanda iş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 28 noyabr 2019-cu il tarixli, 343 nömrəli “Ticarət obyektlərinin yenidən qurulmasının layihələndirilməsinə icazə verilməsi barədə” sərəncamından görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində ticarət sırası obyekt sahiblərinin (66 nəfərdən ibarət) müraciətlərini, mövcud ticarət sırasında olan obyektlərin uzun müddətli istismarı nəticəsində fiziki aşınmaya məruz qaldığını, yararsız vəziyyətə düşdüyünü, memarlıq və estetik baxımdan müasir tələblərə cavab vermədiyini və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin təklifini nəzərə alaraq: Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən memarlıq baxımından müasir tələblərə cavab verməyən ticarət sırasında olan obyektlərin istifadəsində olan sahədə, ticarət obyektlərinin müasir tələblərə cavab verə biləcək memarlıq üslubunda yenidən qurulmasının layihələndirilməsinə icazə verilməsi... qərara alınmış, ticarət obyektlərinin sahiblərinə ticarət obyektlərinin yenidən qurulması üçün nəzərdə tutulmuş torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasının aiddiyyatı qurumlarla həll edilməsi; ərazinin sanitar vəziyyətinə nəzarət edilməsi.....tapşırılmışdır.

94. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qeyd edilən sərəncamla iddiaçılara, o cümlədən söküntüyə məruz qalan digər obyekt sahiblərinə ticarət obyektlərinin müasir tələblərə cavab verə biləcək memarlıq üslubunda yenidən qurulmasının layihələndirilməsinə icazə verilsə də, ticarət obyektlərinin sahiblərinə ticarət obyektlərinin yenidən qurulması üçün nəzərdə tutulmuş torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasının aiddiyyatı qurumlarla həll edilməsi tapşırıldığından bu günə qədər sərəncam icrasız qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən, sökülmüş ticarət obyektlərinin yerləşdiyi torpaq sahəsinin X6 və X10 adına özəlləşdirilməsinə dair sənədlər ləğv edilsə də, həmin torpaq sahəsi hazırkı vaxtadək dövlət mülkiyyətindədir.

95. Beləliklə, kollegiya hesab edir ki, yuxarıda tədqiq edilən sənədlərlə(cavabdeh tərəfindən iddiaçılara təqdim olunan zəmanət məktubları, internet informasiya ehtiyatlarında yerləşdirilən materiallar, cavabdehin 28.11.2019-cu il tarixli sərəncamı) sübuta yetirilir ki, iddiaçılara məxsus olan və “Şərq bazarı” ünvanında yerləşən qeyriyaşayış sahələri Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüşdür.

96. Belə ki, cavabdeh, iddiaçılara verilmiş zəmanət məktubunda mağazaların söküldüyü ərazidə müasir memarlıq tələblərinə cavab verəcək yeni Ticarət Mərkəzinin tikintisinin layihələndirildiyini və inşa olunacaq yeni Ticarət Mərkəzində iddiaçılara mülkiyyətlərində olan 9 kv.m ticarət sahəsinin əvəzinə 18 kv.m təmirsiz ticarət sahəsi veriləcəyini bildirsə də, eləcə də, 28.11.2019-cu il tarixdə sərəncam qəbul edilsə də, işin hallarından görünür ki, 5 ildən artıq müddət ərzində yeni Ticarət Mərkəzi inşa edilməmiş, o cümlədən 2019-cu il tarixdə qəbul edilmiş sərəncam icrasız qalmışdır. Beləliklə də, bu günədək iddiaçılara sökülmüş əmlakının əvəzi olaraq ədalətli kompensasiya ödənilməmişdir.

97. Cavabdeh inzibati orqan, iddiaçıların kompensasiya tələbinə imtina məktubunda və iddia ərizəsinə etirazda söküntünün İcra Hakimiyyəti tərəfindən deyil, söküntü və təmizlik işlərinin aparılması barədə 22 may 2017-ci il tarixli müqaviləyə əsasən, Şəhər Təmizlik Departamenti və "xxxx" şirkətinin rəhbəri Rəşid Babayev tərəfindən aparıldığını qeyd etsə də, kollegiya qeyd edilən müqaviləni söküntünün R.Babayev tərəfindən həyata keçirilməsinə dair halı təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Çünki, işin yuxarıda sadalanan halları əksinə iddiaçılara məxsus qeyri-yaşayış sahələrinin cavabdeh tərəfindən söküldüyünü sübut edir.

98. Hazırkı qərarın 45 və 46-cı bəndlərində istinad olunan normalara görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

99. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, mülkiyyət hüququ onun xüsusi əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər. Yuxarıda istinad olunan normalar belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanını da nəzərdə tutur.

100. Bununla bağlı nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə vasitəsi ilə nail olmaq istədiyi legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.

101. Yuxarıda istinad olunan normalarda dövlət ehtiyacları mülkiyyətə müdaxilə üçün əsas qismində nəzərdə tutulmuşdur. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, müəyyən ərazidə şəhərsalma məqsədləri üçün abadlaşdırma işlərinin aparılması və digər şəhərsalma fəaliyyəti ilə bağlı əmlakın mülkiyyətçidən alınmasına ehtiyac yarandığı hallarda da, sözügedən alınma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Belə hallarda da torpaqların dövlət ehtiyacları üçün alınması zamanı mülkiyyətə müdaxilə ilə bağlı nəzərdə tutulmuş tələblərin tətbiq olunması zərurəti nəzərə alınmalıdır.

102. Lakin mülkiyyət hüququna müdaxilə üçün, o cümlədən ona xitam verilməsi yolu ilə mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması üçün yuxarıda qeyd olunan əsasın mövcud olması hələ müdaxilənin həyata keçirilməsi baxımından yetərli deyil, bu zaman həm də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydalara, tələblərə və şərtlərə də əməl olunması zəruridir.

103. Prinsip ondan ibarətdir ki, qanunvericiliyə uyğun olması üçün inzibati orqan tərəfindən mülkiyyətin alınması qanuni hərəkətlər yolu ilə, qanunvericiklə nəzərdə tutulmuş tələblərə və şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. Lakin, konkret mübahisəyə münasibətdə, iddiaçıların hüquqlarına onların qanuni istifadələrində olan qeyri-yaşayış sahələrinin sökülməsində ifadə olunan müdaxilə yuxarıda qeyd olunan tələblərin ciddi şəkildə pozulması ilə müşayiət olunmuşdur.

104. Hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən iddiaçılara məxsus qeyri-yaşayış sahələrinin alınması məqsədi və əsasları barədə qərarın qəbul edilməsi, onların dəyərinin müəyyən edilməsi, iddiaçılar ilə müqavilələrin bağlanması və ona əmlakların dəyərinin ədalətli şəkildə, həm də əvvəlcədən ödənilməsi ilə bağlı tələblərə riayət olunmamışdır. Nəticədə iddiaçılara məxsus qeyri-yaşayış sahələri qanuna zidd olaraq və onların iradələri əleyhinə cavabdeh tərəfindən sökülmüş və iddiaçıların hüququna qanunsuz müdaxilə edilmişdir.

105. Məhkəmə kollegiyası qeyd edir ki, şəhər icra hakimiyyətinin idarəçiliyində olan ərazilərdə şəhərsalma məqsədləri baxımından abadlaşdırma işlərinin aparılması və şəhərsalma fəaliyyəti ilə bağlı digər tədbirlərin, o cümlədən həmin fəaliyyət çərçivəsində müəyyən söküntü işlərinin həyata keçirilməsi və bunun rəsmiləşdirilməsi şəhər icra hakimiyyətlərinin məsuliyyət sferasına aiddir. Bu baxımdan cavabdehin nümayəndələrinin şəhərdə keçirilən hər hansı tədbirdə, o cümlədən konkret mübahisəyə münasibətdə əmlakın sökülməsi ilə bağlı işlərdə iştirak etməsi və söküntü prosesini etiraz etmədən müşayiət etməsi həmin söküntünün icra hakimiyyəti orqanının razılığı ilə və onun tərəfindən həyata keçirildiyi anlamında qəbul edilməlidir.

106. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, iddiaçılara zəmanət məktubları verilsə də, ümumilikdə iddiaçılara məxsus mağazaların sökülməsindən 5 il keçməsinə baxmayaraq, yeni ticarət binası tikilərək sahibkarlara yer verilməmiş, həmçinin iddiaçılara kompensasiya da ödənilməmişdir.

107. Mülkiyyətində olan əmlaklarından məhrum edilmiş şəxslərə həmin əmlaka görə kompensasiyanın ödənilməli olduğu hazırkı qərarın 48-ci bəndində qeyd olunan hüquq normalarının tələbləri, həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququndan da irəli gəlir.

108. Belə ki, «İnsan hüquqları və X7 haqqında» Konvensiyaya əlavə 1 saylı protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

109. Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir...Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir.

110. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçrə qarşı” qərarında qeyd etmişdir ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı.

111. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və ya X7 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə bağlı öz qərarlarında qeyd etmişdir ki, kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanistana qarşı iş, 71-ci bənd; Plataku Yunanistana qarşı iş, 55-ci bənd). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında balansa bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı anda onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, 53-cü bənd; Qaşi Xorvatiyaya qarşı iş, 41-ci bənd; Vistinş və Perepyolkin Latviyaya qarşı iş, 111-ci bənd; QuizoQallizai İtaliyaya qarşı, 103-cü bənd; MorenoDiasPenya və başqaları Portuqaliyaya qarşı, 76- cı bənd).

112. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyət hüququna istənilən müdaxilənin əsaslı olması üçün həmin müdaxilə cəmiyyətin ümumi maraqlarına xidmət etməli, yəni qanuni məqsəd daşımalıdır. Lakin mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığı bəyan etməsi kifayət deyildir. Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi? Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb. (Sporronq və Lonnrot İsveçrə qarşı məhkəmə işi üzrə qərar 9A52, 1982)

113. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”( Qərarın 54-cü bəndi). Yenə həmin qərarda göstərilir ki, xüsusi mülkiyyətin mülkiyyətçisi “xüsusi və həddən artıq ağır məhdudiyyət yükünə məruz qalarsa”, ədalətli tarazlıq pozulmuş olur.

114. Avropa Məhkəməsi Stolyarova Rusiya Federasiyasına qarşı işdə (15711/13) qeyd etmişdir ki, Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququna müdaxilə zamanı mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunması təmin edilməlidir. Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir.

115. Həmçinin, Avropa Məhkəməsi Kozaçıoğlu Türkiyəyə qarşı işdə (2334/03) qeyd etmişdir ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyrimütənasib müdaxilədir. Kompensasiyanın müəyyən edilməsi zamanı qiymətləndirmə sistemi ədalətli olmalıdır.

116. Avropa Məhkəməsinin presedent hüququna görə, kompensasiya məbləği mütləq əşyanın tam dəyərində olmamalıdır, bəzi amillər kompensasiyanın əşyanın dəyərindən daha az məbləğdə olmasını haqlı göstərə bilər. Lakin belə hallarda da kompensasiya məbləği əşyanın əsl dəyərinə münasibətdə ağlabatan olmalıdır.

117. İddia ərizəsindən görünür ki, kompensasiya ilə bağlı iddiaçıların tələbi 4 hissədən ibarətdir: 1) Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçılara vurulan ziyanın əvəzi və itkilərinin kompensasiyası kimi qanunsuz sökülmüş qeyri-yaşayış sahələrinin bazar qiyməti kimi 30.000 (otuz min) manat; 2) qanunsuz olaraq alınmış torpaq sahəsinə görə 20.000 (iyirmi min) manat; 3) sökülmüş qeyri-yaşayış sahəsinin ticarət obyekti kimi fəaliyyətinə qanunsuz olaraq son qoyulması nəticəsində əldən çıxmış faydaya görə 36.000 (otuz altı min) manat, 4) cavabdehin qanunsuz hərəkətləri nəticəsində məruz qaldıqları mənəvi ziyana görə 50.000 (əlli min) manat vəsaitin cavabdehdən tutulması.

118. Birinci tələbə münasibətdə kollegiya qeyd edir ki, qərarın 79-cu bəndində qeyd edildiyi kimi, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı5 faktiki istifadə və sahibliyində olan 5 nömrəli mağaza və İddiaçı6 faktiki istifadə və sahibliyində olan 10 nömrəli mağaza istisna olmaqla, digər qeyri yaşayış sahələri daşınmaz əmakın dövlət reyetsrində xüsusi mülkiyyət hüququ əsasında iddiaçıların adına qeydə alınmışdır.

119. İddiaçı5 və İddiaçı6 faktiki istifadə və sahibliyində olan, lakin daşınmaz əmlakın dövlət reyestrində iddiaçıların adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmayan əmlaklara münasibətdə kollegiya qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 2004-cü il 30 noyabr tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X7 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər.

120. Eləcə də, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Kopeçki Slovakiyaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, müəyyən hallarda əmlak əldə edilməsi ilə bağlı “qanuni gözlənti” də 1 saylı protokolun 1-ci maddəsinin müdafiəsi altına düşə bilər. Belə ki, mülkiyyətçinin maraqlarının tələb formasında olduğu hallarda, marağın milli qanunvericilikdə kifayət qədər əsası olduğu təqdirdə (misal üçün, onun mövcud olmasını təsdiq edən milli məhkəmələrin təcrübəsi mövcuddursa) bunun verildiyi şəxsə “qanuni gözləntisi” olan şəxs kimi baxılması mümkündür.

121. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı” iş üzrə qərarında qeyd etmışdir ki, order gözlənilən mülkiyyət hüququ olduğundan öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir.

122. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur.

123. Məhkəmə kollegiyası hesab edir ki, 5 və 10 nömrəli mağazalar üzərində iddiaçılar İddiaçı5 və İddiaçı6 hüquqları mülkiyyət hüququ kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, həmin qeyri-yaşayış sahələrinə istifadə və sahiblik hüquqları onlara mülkiyyətçi hüquqlarından istifadə etmək üçün əsas verir və digər mülkiyyətçilərlə bərabər qaydada sökülmüş əmlaka görə ədalətli kompensasiya tələb etmək hüquqları vardır.

124. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, sökülmüş qeyri-yaşayış sahələrinə görə 30000 manat məbləğində kompensasiyanın ödənilməsi hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

125. İş materiallarında olan, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” arayışlardan görünür ki, iddiaçılar ilə bağlanmış müqaviləyə əsasən, qeyri yaşayış sahələrinin qiymətləndirilmə işi aparılmış və arayışlara əsasən, İddiaçı3 məxsus sahəsi 9 kv m olan mağazanın 05 may 2017-ci il tarixinə; İddiaçı1 məxsus sahəsi 9.5 kv m olan mağazanın 06 may 2017-ci il tarixinə; İddiaçı2 məxsus sahəsi 9.5 kv m olan mağazanın 05 may 2017-ci il tarixinə; X4 məxsus sahəsi 9.1 kv m olan mağazanın 13 may 2017-ci il tarixinə; sahəsi 9.5 kv m olan mağazanın 05 may 2017-ci il tarixinə və sahəsi 9.5 kv m olan mağazanın 05 may 2017-ci il tarixinə və İddiaçı8 oğluna məxsus sahəsi 9.5 kv m olan mağazanın 06 may 2017-ci il tarixinə bazar dəyəri 30.000 (otuz min) manat məbləğində müəyyən edilmişdir.

126. Digər iddiaçılara məxsus mağazaların qiymətləndirilməsi aparılmasa da, kollegiya hesab edir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahələri eyni ünvanda yerləşdiklərindən və eyni ölçüdə olduqlarından, həmçinin qiymətləndirilmənin aparıldığı tarixdən bir neçə gün sonra iddiaçılara məxsus əmlakın söküntüsü həyata keçirildiyindən, təkrar qiymətləndirmənin aparılması məqsədəuyğun deyildir.

127. Hazırkı qərarın 50–ci bəndində qeyd olunan “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə əsasən, obyektin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar dəyəri haqqında hesabat məhkəmə tərəfindən mübahisəyə baxıldığı hallarda nəzərə alına bilər.

128. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş arayışlarla qeyri-yaşayış sahələrinin müəyyən edilmiş bazar dəyəri nəzərə alınaraq sökülmüş hər bir qeyri-yaşayış sahəsinə görə iddiaçılara 30.000 (otuz min) manat kompensasiyanən ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

129. Qanunsuz olaraq alınmış torpaq sahəsinə görə 20.000 (iyirmi min) manat məbləğində vəsaitin tutulmasına dair iddia tələbi ilə bağlı isə kollegiya qeyd edir ki, işdə olan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, “Şərq” icarə bazarı ticarət mərkəzinin mağaza sahibləri İddiaçı9 və digərləri cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə və üçüncü şəxslər X6 və X12 qarşı Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən iddiaçılara məxsus mağazaların yerləşdiyi torpaq sahəsinin üçüncü şəxslərə verilməsi barədə cavabdehin 25 iyun 2010-cu il tarixli 149 saylı sərəncamının, həmin sərəncam əsasında bağlanmış 25 iyun 2010-cu il tarixli 918 nömrəli icarə müqaviləsinin və cavabdehlə üçüncü şəxs arasında bağlanmış 30 iyun 2010-cu il tarixli 2658 nömrəli “özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqısatqı” müqaviləsinin qismən, yəni iddiaçılara məxsus mağazaların yerləşdiyi torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi və torpaq sahəsi ilə bağlı üçüncü şəxslərin adına verilmiş çıxarışın və 10 iyun 2010-cu il tarixli texniki pasportun ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər.

130. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 05 avqust 2011-ci il tarixli, 2(85)- 1191/2011 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

131. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 yanvar 2012-ci il tarixli, 2-1(105)-09/2012 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış, həmçinin, AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 iyun 2012-ci il tarixli, 2-2(102)-243/12 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

132. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

133. Həmin inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, 25 iyun 2010-cu il tarixdə cavabdeh ilə üçüncü şəxslər arasında Sumqayıt şəhəri 9-cu mikrorayon “Şərq” bazarı adlanan ərazidə yerləşən 1.08896 ha torpaq sahəsinə aid icarə müqaviləsi və 30 iyun 2010-cu il tarixli 2658 nömrəli “özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsi bağlanarkən cavabdeh tərəfindən həmin torpaq sahəsində iddiaçılara məxsus qeyriyaşayış sahələrinin də yerləşdiyi, iddiaçıların Sumqayıt şəhər İH başçısının 16 noyabr 1994-cü il tarixli 933 saylı Sərəncamı əsasında həmin ərazidə tikililər tikdiyi və iddiaçıların bir hissəsinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığı nəzərə alınmamışdır. Nəticədə üçüncü şəxslərə satılan 10889, 6 kv.m torpaq sahəsi iddiaçıların mülkiyyətində olan mağazaların yerləşdiyi torpaq sahəsini də əhatə etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıların torpaq sahəsini almaqda üstünlük hüquqları olmuşdur və torpaq sahəsi satılarkən ilk növbədə cavabdeh tərəfindən onlara təklif olunmalı olduğu halda sonuncu bunu etməmiş, bununla da qanunvericiliyin tələblərini iddiaçılara aid hissədə pozmuşdur.

134. AR Əmlak Məsələləri Dövlət Komitəsinin 25 fevral 2013-cü il tarixli, **********06 nömrəli məktubundan görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 05 avqust 2011-ci il tarixli, 2(85)-1191/2011 nömrəli qərarının icrası Komitənin 18.02.2013-cü il tarixli, 47 nömrəli sərəncamı ilə təmin edilmişdir.

135. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar mülkiyyətlərində olan qeyri-yaşayış sahələrinin altında olan torpaq sahələrini satın almaqda üstünlük hüquqlarına malik olsalar da, onlar tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı aiddiyyatı orqana müraciət edilməmiş, hazırkı vaxtadək həmin torpaq sahəsi dövlət mülkiyyəti olaraq qalmaqdadır.

136. Bununla bağlı kollegiya qeyd edir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası qanununun 1.1.1-ci maddəsinə əsasən, alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır.

137. Göründüyü kimi, dövlət torpaqlarının alınmaya məruz qalması dedikdə istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının alınması başa düşülür. Hazırkı iş üzrə isə sökülən mağazaların yerləşdiyi dövlət torpağının iddiaçıların istifadəsində və yaxud icarəsində olmasına dair iş materiallarına sübut əlavə edilməmişdir.

138. Belə olan təqdirdə kollegiya hesab edir ki, torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi hissəsində iddia tələbi və apellyasiya şikayətinin dəlilləri əsassızdır və rədd edilməlidir.

139. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində məruz qaldıqları mənəvi ziyana görə 50.000 (əlli min) manat məbləğində kompensasiyanın ödənilməsinə dair hissədə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

140. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il tarixli 7 saylı qərarının 1-ci bəndinə müvafiq olaraq “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Qərarın 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

141. Plenum Qərarının 8-ci bəndində qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

142. Vurulmuş ziyanın ödənilməsi zamanı ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu qeyri-yaşayış sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Mənəvi zərər müəyyən edilərkən, məhkəmələr tərəfindən qeyd edilənlərdən əlavə, həm də şəxsin mülkiyyətindən məhrum olma şəkli, inzibati orqanın belə davranış şəklinin şəxsə neqativ təsiri kimi vacib xüsusatlar da məhkəmə tərəfindən qiymətləndirilməlidir.

143. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda da formalaşmış hüquqi mövqeyə görə, mənəvi ziyanla bağlı nəticəyə gəlmək üçün maddi ziyanın müəyyən edilməsi üçün nəzərdə tutulmuş meyyarları tətbiq etmək zəruridir, o cümlədən zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması müəyyən edilməlidir (“Kadikes Latviyaya qarşı” 62393/00 saylı iş, 67-ci bənd).

144. Bu müddəaların işin hallarına tətbiqi isə o anlama gətirir ki, cavabdeh qurumun qanunsuz hərəkətləri müəyyən edilmiş, onların törədilməsi isə iddiaçıların şüurunda mənfi psixi reaksiyaya səbəb olmuşdur, çünki onlar, anlayırdı ki, qanunsuz olaraq mülkiyyətində olan əmlakdan məhrum olunmuşdurlar. Bu hala münasibətdə məhkəmə kollegiyası həmçinin “Xalikova Azərbaycana qarşı” (42883/11 saylı iş) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında bildirilmiş hüquqi mövqeyə əsaslanaraq qeyd edir ki, həmin qərarın 160-cı bəndində məhkəmə hesab etmişdir ki, mənəvi zərərə məruz qalmış ərizəçinin hüquqları yalnız pozuntunun aşkar olunması ilə bərpa edilə bilməz və hüquqlarının pozulmasına görə ona kompensasiya təyin olunmalıdır.

145. Bununla da, məhkəmə kollegiyasının gəldiyi nəticə onunla bağlıdır ki, mənəvi zərərin ödənilməməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi düzgün olmamışdır və tələbi əsaslı hesab edərək, məhkəmə kollegiyası onun qismən təmin olunması qənaətinə gəlir.

146. Belə ki, iddiaçılar mənəvi zərərə görə 50000 manat pulun ödənilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyası bu məbləğin yüksək olduğunu hesab edərək, mənəvi zərər kimi ödənilməli olan məbləği 1000 manat kimi müəyyən edilməsini ədalətli kompensasiya kimi qiymətləndirir.

147. Sökülmüş qeyri-yaşayış sahəsinin ticarət obyekti kimi fəaliyyətinə qanunsuz olaraq son qoyulması nəticəsində əldən çıxmış faydaya görə 36.000 (otuz altı min) manat vəsaitin cavabdehdən tutulması hissəsində isə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə).

148. Hazırkı halda, cavabdehin təqsirli, hüquqa zidd hərəkəti nəticəsində iddiaçılara əldən çıxmış fayda formasında zərər dəyməsi sübuta yetirilmir. İddiaçıların hüquqları pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, bu hissədə kollegiya iddia tələbini və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

149. Beləliklə, sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsi barədə qərar qəbul edilməlidir.

150. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2-1(118)-654/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçılara məxsus qeyri yaşayış sahələrinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsi qanunsuz hesab edilsin. İddiaçı9 məxsus qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat ; İddiaçı X4 məxsus 3 ədəd qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 90.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat ; İddiaçı3 məxsus qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat; İddiaçı1 məxsus qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat; İddiaçı7 oğluna məxsus qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat ; İddiaçı8 məxsus qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat ; İddiaçı10 məxsus qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat; İddiaçı6 oğluna məxsus qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat; İddiaçı2 məxsus qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat və İddiaçı5 məxsus 2 ədəd qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 60.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat pul kompensasiyasının ödənilməsi öhdəliyi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar