Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1003/2025 22.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X1, Hakimlər X2 və X3 ibarət tərkibdə, X7 katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdeh orqanın 12 avqust 2024-cü il tarixli, xxxxxxx0005 saylı qərarının ləğv edilməsi və iddiaçıya 12 avqust 2024-cü il tarixdən orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, 2-1(118)-2939/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ:
1. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 “Qusar Rayon Mərkəzi Xəstəxanası” X10 tərəfindən verilmiş 14 iyun 2024-cü il tarixli, 18-1-54/3- 1679/2024 nömrəli arayışda qeyd edilmişdir ki, verilir, xx xxxx 1993-cü il təvəllüdlü, Quba rayonu Alpan kənd sakini, İddiaçı ondan ötrü ki, o həqiqətən “Vətən müharibəsi”ndə xəsarət almışdır. 13 iyun 2024-cü il tarixində “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-də həkim-nevropatoloqun və həkim-psixiatrın müayinəsində olmuşdur. Diaqnoz: “G-93.4 Postravmatik ensefalopatiya. G-31.0 Baş beyin atrofiyası. F-62.0 Koqnitiv pozuntular-dır.
2. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən iddiaçıya verilmiş 02 sentyabr 2022-ci il tarixli ********** nömrəli arayışda qeyd edilmişdir ki, diaqnoz: Sol diz oynağının kavernoz limfangioması cərrahi rezeksiyasından sonrakı vəziyyət. Sol qamış sümüyünün Fibrokistik törəməsi (ölçüsü 6x3 mm). Sümük iliyi ödemi. Cərrahi əməliyatdan qalma çapıq toxuması. Sol diz oynağının kontrakturası. Daimi ağrı sindromu. Yeriş və hərəkət funksiyasının mühüm dərəcə pozulması. XBT–D18.1, Z98.8, D48.0, L91.0, M24.5, R52.2, R26.8. MRT: Hoffa yağ yastığında və ətraf toxumalarda ödəmə bağlı siqnal artışı müvcuddur. Tibia anterior hissədə tibial tubersito qonşuluğunda böyüyü 6x3 mm ölçüdə fibrokistik dəyişişikliklər və STİR-də sümük iliyi ödemi. Müayinə: Müayinə zamanı sol diz oynağının ön səthində əməliyyatdan sonrakı çapıq toxuması izlənilir. Sol diz oynağı şişkindir, hərəkətlər kəskin məhduddur, ağrılıdır. Qonometrlə ölçüldü, hərəkət həcmi 30* dəkdir, (bükmə 150*, açma 180*). Xəstə kanadien əsa köməyi ilə yeriyir. Məsləhət Xəstəyə fizioterapiya əks göstərişdir.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ Həkim Psixiatr Komissiyasının 20 may 2024-cü il tarixli, 4938 nömrəli rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il tarixli, 3- 28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, impulsiv hərəkətlər, funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə F 62.0-dır.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ Həkim Psixiatr Komissiyasının 24 iyul 2024-cü il tarixli, 1469 nömrəli rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il tarixli, 3- 28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla F 62.0-dır.
5. Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 035604 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir.
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi-Həkim Komissiyasının 17 iyul 2024-cü il tarixli, 9 mömrəli Qərarında qeyd edilmişdir ki, SHXÇDXnin Quba rayon şöbəsindən 25 iyul 2013-cü il tarixdə hərbi xidmətə çağırılmış, 09 sentyabr 2022-ci il tarixədək Daxili Qoşunlarda hərbi xidmətdə olmuş, xx xxxx 1993-cü il təvəllüdlü vətəndaş İddiaçı hərbi xidmət keçdiyi dövrdə 19 iyul 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixədək Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu PHŞ-də “Sol dizin kavemoz limfangioması, daimi ağrı, diz oynağında hərəkət məhdudluğu (D18.1, R52.2, R26.8)” diaqnozu ilə stasionar müalicədə olarkən “Sol dizdən hemangiomanın rezeksiyası, biopsiya cərrahi əməliyyatı (20 iyul 2022)” icra edildikdən, 31 avqust 2022-ci il tarixdən 01 sentyabr 2022-ci il tarixədək Milli Onkologiya Mərkəzində “İstənilən lokalizasiyalı limfangioma. Sol dizin kavernoz limfangioması, cərrahi əməliyyatdan sonrakı vəziyyət (D18.1)” diaqnozu ilə ambulator müayinədən sonra 03 sentyabr 2022-ci il tarixdə DQ-nin Hərbi-həkim komissiyasında şəhadətləndirildiyi xəstəlik-diaqnoz: “Sol dizin kavernoz limfangiomasına görə aparılmış limfangiomanın rezeksiyası cərrahi əməliyyatından (20 iyul 2022) sonrakı tam bərkimiş dəri çapığı. Sol qamış sümüyünün fıbrokistik törəməsi (ölçüsü 6x3mm). Sümük iliyi ödemi. Sol diz oynağının kontrakturası. Daimi ağrı sindromu. Yeriş və hərəkət funksiyasının mühüm dərəcə pozulması ilə (D18.1; Z98.8; L90.5; D48.0; D75.8; M24.5; R52.2; R26.8)”-“Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”; “Onurğanın bel tipli soltərəfli İİ (ikinci) mərhələ skoliozu (Q76.3; M41)”-“ümumi xəstəlikdir” və hərbi xidmətdən sonrakı dövrdə Respublika Psixiatriya Xəstəxanası PHŞ-də 20 iyul 2023-cü il tarixdən 03 avqust 2023-cü il tarixədək stasionar müalicədə olarkən 24 iyul 2023-cü il tarixdə Həkim Psixiatr Komissiyasının təyin etdiyi xəstəlik-diaqnoz: “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla (F62.0)”, 20 may 2024-cü il tarixdən 10 iyun 2024-cü il tarixədək stasionar müalicədə olarkən 20 may 2024-cü il tarixdə Həkim Psixiatr Komissiyasının təyin etdiyi xəstəlikdiaqnoz: “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, impulsiv hərəkətlər, funksional tutmalar, koqnitiv fiınksiyaların enməsi ilə (F62.0)”-“Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; 03 iyul 2024-cü il tarixdə City Hospitalda baş-beyin MRT və nevropatoloqun müayinəsinə əsasən təyin edilən xəstəlik-diaqnoz: “Mərkəzi sinir sisteminin müayinəsi prosesində diaqnostik təsvirlərin alınması zamanı aşkar olunan normadan kənara çıxma halları (qliotik ocaq) (R90)”-“Ümumi xəstəlikdir”, DQ-nin Hərbi-həkim komissiyası tərəfindən tərtib edilmiş 03 sentyabr 2022-ci il tarixli 1994 №-li xəstəlik haqqında şəhadətnamə qüvvədən düşmüş hesab edilsin. (DİN-nin DQ-nin komandanının 09 iyul 2024-cü il tarixli 3-13-14/1-3281/2024 №-li göndərişi, SHXÇDX-nin Quba rayon şöbəsindən 04 iyul 2024-cü il tarixli 3-43-40/2-1052/2024 №-li məktub, göndəriş və 178 №-li arayış, hərbi biletin və şəxsiyyət vəsiqəsinin surətləri, ETTOİ PHŞdən 29 iyul 2022-ci il tarixli 2071 №-li xəstəlik tarixindən çıxarış epikrizi, RPX PHŞ-dən 03 avqust 2023-cü il tarixli 8807/2023 №-li, 10 iyun 2024-cü il tarixli 7904/2024 №-li, RPX PHŞ-nin Həkim Psixiatr Komissiyasının 24 iyul 2023-cü il tarixli 1469 №-li (qeydiyyat №1064, 27 iyul 2023-cü il), 20 may 2024-cü il tarixli 4938 №-li (qeydiyyat № 5239, 20 may 2024-cü il) rəyləri, City Hospitalda 03 iyul 2024-cü il tarixli baş-beyin MRT və nevropatoloqun müayinələri ilə təsdiq edilir). ƏSAS:- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin ç), e), a), e) yarımbəndləri DİN-nin DQnin HHK-nın 9 nömrəli 17 iyul 2024-cü il tarixli protokolu.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 02 oktyabr 2024-cü il tarixli 3-17-4/3-3-6947/2024 saylı qərarından görünür ki, Respublika Psixiatriya Xəstəxanasının 20 iyul 2023-03 avqust 2023-cü il tarixli xəstəlik tarixindən çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” kimi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının 20 may 2024-10 iyun 2024-cü il tarixli xəstəlik tarixindən çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi’ kimi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının 20 may 2024-cü il tarixli Həkim Psixiatr Komissiyasının Rəyində diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, impulsiv hərəkətlər, funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmişdir (təyin edilən diaqnoz 3 il müddətinə qüvvədədir). Qeyd edirlər ki, vətəndaş 09 mart 2023-cü, 28 sentyabr 2023-cü, 15 fevral 2024-cü il tarixlərində DTSERA-da əyani müayinələrdə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına qoltuqaltı əsalar ilə daxil olmuş, basağrıları, aşağı ətraflarda ağrı, hərəki məhdudluq, sidik saxlaya bilməmək (pampersdən istifadə), əsəbilik, daimi olaraq ağrıkəsici qəbul etməsindən şikayətlənmişdir. Medikamentoz preparatlardan Diklofenak, Depakin qəbul etdiyini söyləmişdir. Baxış zamanı sol dizin ön səthində boylama istiqamətdə, təxminən 15 sm ölçüdə əməliyyat çapığı izlənilmiş, sol dizində və belində olan ağrılara görə dizdə və pəncədə hərəkət göstərməmiş, sol aşağı ətrafın 1 sm nisbi qısalığı qeyd edilmiş, hər iki aşağı ətrafa müqayisəli baxdıqda sol baldırın sapa nisbətən diametri 2 sm az ölçülmüş, hipotrofiya izlənilmişdir. Nevroloji müayinə zamanı diz refleksinin yoxlanılmasına imkan verməmiş, axil refleksləri canlı və bərabər alınmış, əzələ gücü tam olmuş, periferik sinir zədələnməsi əlamətləri müşahidə edilməmiş, qoruyucu bez istifadə etməsinə əsas olmamışdır.” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına hərbi geyimdə (medallarla), dirsəkaltı əsa ilə daxil olmuşdur. Əyləşməkdən imtina edərək əvvəlcə səbəbsiz gülmüş, sonra qışqıraraq “Bunlar məni yoxlayacaq? Məni niyə çağırmısız, atamı çağırın” söyləmişdir. Suallara cavab verməkdən, müayinə olunmaqdan imtina edərək kobud simulyativ davranış sərgiləmişdir. Psixi statusu: Müayinə otağına daxil olduğu andan istehzalı şəkildə nümayişkarcasına gülməyə başlamış, diaqnozu ilə uyuşmayan anlaqsız davranışlar sərgiləmiş, adını belə bilmədiyini iddia etmiş, qışqıraraq, sual verilməsinə maneə yaratmışdır. Nümayişkar davranışlarla otaqdan çıxarılmışdır. Mövcud hal diaqnozlarda təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz təsdiqini tapmır” barədə qərar qəbul edilmişdir.
8. X3 Mərkəzi tərəfindən tərtib edilmiş 02 avqust 2024-cü il tarixli J00204040BMD nömrəli Forma-88-dən görünür ki, XBT 10 kodu üzrə qeyd edilmiş Əsas diaqnoz: F62.0 - Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, fəlakətdən sonra yaranan davamlı şəxsiyyət dəyişkənliyi, intihar cəhdləri; Ağırlaşmalar: F43.1- Posttravmatik stress pozuntusu; Yanaşı xəstəliklər: M19.0 Digər oynaqların birincili artrozu, Oynaqların artrozu; L91.0 Hipertrofık çapık, Hipertrofık çapık; W32-Əl odlu silahından atəş, odlu silahdan atəş; G57 Aşağı ətrafın mononevropatiyaları, Aşağı sinirin neyropatiyası” diaqnoz ona stasionrda müayinə və müalicədə olarkən müəyyən edilmişdir.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 12 avqust 2024-cü il tarixli qərarından görünür ki, diaqnozun öz təsdiqini tapmaması əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ:
10. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “iddiaçını yenidən tibbi ekspertiza təyin edib müayinədən keçirərək əlilliyinin təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, “cavabdeh orqanın 12 avqust 2024-cü il tarixli, xxxxxxx0005 saylı qərarının ləğv edilməsi və iddiaçıya 12 avqust 2024-cü il tarixdən orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 1993-cu ildə Quba rayonun Alpan kəndində anadan olmuşdur. SHXÇDX-nin Quba rayon Şöbəsindən 25 iyul 2013-cü il tarixdə hərbi xidmətə çağrılmışdır. 25 iyul 2013-cü ildən 09 sentyabr 2022-ci il tarixinədək AR DİN - nin Daxili Qoşunlarında müddətdən artıq həqiqi xidmət keçmişdir. Hərbi Xidmətini keçdiyi vaxt 2-ci Qarabağ müharibəsində iddiaçı 25033 saylı Daxili Qoşunların hərbi hissəsində “Gürzə” xüsusi təyinatlı dəstənin istehkamı yarım qrupunun komandiri baş istehkamçı, “Baş Çavuş” vəzifəsində olmuşdur və torpaqlarımızın erməni işğalçılarından azad edilməsində iştirak edərək “Şuşa”nın erməni işğalçılarından azad edilməsində iştirak etmişdir. İddiaçı 07 iyul 2020-ci il tarixdə yaralanaraq ağır xəsarətlər almışdır. Yaraları sol diz oynağının çox saylı yaralanması, sol tibial və incik sinirlərinin neyraptiyası əzələlərin atrobiyası, atatik yeris, birincili ikitərəfli qonartoz, kəskin ağrı, fəlakətdən sonra yaranan davamlı şəxsiyyət dəyişknliyi, postravmatik stres pozuntusu və sairədir. Aldığı yaralardan hal-hazırda da əziyyət çəkərək müalicə olunur. İddiaçı İİ Qarabağ müharibəsi iştirakçısı kimi müharibədə aldığı yaralanma haqqında və digər hüquqmüəyyənedici sənədləri toplayaraq cavabdeh təşkilata təqdim etmişdir. Cavabdeh təşkilat uzun sürən müayinələr və digər prosedurlardan sonra iddiaçıya 02 avqust 2024-cu il tarixli göndərişə diaqnoz öz təsdiqini tapmaması səbəbindən əlillik təyinatından imtina edilməsi barədə qərar verilmişdir.
13. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Quba rayon sakini xx xxxx 1993-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERAda 09 mart 2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1- 8304/2023). Daha sonra əlillik vəziyyəti DTSERA-da 28 sentyabr 2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-23752/2023). Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da 30 oktyabr 2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-23752/2023). Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da 15 fevral 2024-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-4804/2024). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı AR Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən 17 iyul 2024-cü il tarixli 9 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol dizin kavernoz limfangiomasına görə aparılmış limfagiomanın rezeksiyası cərrahi əməliyyatından (20 iyul 2022) sonrakı tam bərkimiş dəri çapığı. Sol qamış sümüyünün fibrokistik törəməsi (ölçüsü 6x3 mm). Sümük iliyi ödemi. Sol diz oynağının kontrakturası. Daimi ağrı sindromu. Yeriş və hərəkət funksiyasının mühüm dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi, “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, impulsiv hərəkətlər, funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Onurğanın bel tipli soltərəfli İİ (İkinci) mərhələ skoliozu” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Respublika Psixiatriya Xəstəxanasının 20 iyul 2023-03 avqust 2023-cü il tarixli xəstəlik tarixindən çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” kimi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının 20 may 2024-10 iyun 2024-cü il tarixli xəstəlik tarixindən çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” kimi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının 20 may 2024-cü il tarixli Həkim Psixiatr Komissiyasının Rəyində diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, impulsiv hərəkətlər, funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmişdir (təyin edilən diaqnoz 3 il müddətinə qüvvədədir). Qeyd edirlər ki, vətəndaş 09 mart 2023-cü il tarixində, 28 sentyabr 2023-cü il tarixində, 15 fevral 2024-cü il tarixində DTSERA-da əyani müayinələrdə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına qoltuqaltı əsalar ilə daxil olmuş, başağrıları, aşağı ətraflarda ağrı, hərəki məhdudluq, sidik saxlaya bilməmək (pampersdən istifadə), əsəbilik, daimi olaraq ağrıkəsici qəbul etməsindən şikayətlənmişdir. Medikamentoz preparatlardan Diklofenak, Depakin qəbul etdiyini söyləmişdir. Baxış zamanı sol dizin ön səthində boylama istiqamətdə, təxminən 15 sm ölçüdə əməliyyat çapığı izlənilmiş, sol dizində və belində olan ağrılara görə dizdə və pəncədə hərəkət göstərməmiş, sol aşağı ətrafın 1 sm nisbi qısalığı qeyd edilmiş, hər iki aşağı ətrafa müqayisəli baxdıqda sol baldırın sağa nisbətən diametri 2 sm az ölçülmüş, hipotrofiya izlənilmişdir. Nevroloji müayinə zamanı diz refleksinin yoxlanılmasına imkan verməmiş, axil refleksləri canlı və bərabər alınmış, əzələ gücü tam olmuş, periferik sinir zədələnməsi əlamətləri müşahidə edilməmiş, qoruyucu bez istifadə etməsinə əsas olmamışdır.” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına hərbi geyimdə (medallarla), dirsəkaltı əsa ilə daxil olmuşdur. Əyləşməkdən imtina edərək əvvəlcə səbəbsiz gülmüş, sonra qışqıraraq “Bunlar məni yoxlayacaq? Məni niyə çağırmısız, atamı çağırın” söyləmişdir. Suallara cavab verməkdən, müayinə olunmaqdan imtina edərək kobud simulyativ davranış sərgiləmişdir. Psixi statusu: Müayinə otağına daxil olduğu andan istehzalı şəkildə nümayişkarcasına gülməyə başlamış, diaqnozu ilə uyuşmayan anlaqsız davranışlar sərgiləmiş, adını belə bilmədiyini iddia etmiş, qışqıraraq, sual verilməsinə maneə yaratmışdır. Nümayişkar davranışlarla otaqdan çıxarılmışdır. Mövcud hal diaqnozlarda təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz təsdiqini tapmır barədə qərar qəbul edilmişdir. Qeyd edilən halları nəzərə alaraq iddianın təmin edilməməsini xahiş edirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Sumqayıt İnzibati Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, 2-1(118)-2939/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 12 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı 12 avqust 2024-cü il tarixindən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim Leyla Mirzəyeva).
15. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri:
16. Cavabdeh apellyasiya şikayətini iddiaya etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq onların etirazını təhrif edərək, guya etirazı şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı? Bu isə işin nəticələrinin“Diaqnozun təsdiqini tapmaması” barədə qərar iddiaçının Forma-88 nömrəli arayışı əsasında AR ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, bildirirlər ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi, heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnozun təsdiqini tapmaması” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayətində yeni sübut və ya hüquqi əsaslar göstərilməmişdir. Şikayət sadəcə birinci instansiya məhkəməsinin obyektiv qiymətləndirməsini qəbul etməmək məqsədi daşıyır və əsassızdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt İnzibati Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi zamanı verilmiş ekspert rəyinə əsasən iddiaçıda orqanizm funksiyalarının 61-80% fozulması qənaətinə gəlmək mümkün deyildir. Lakin məhkəmə iddianı təmin edərək, iddiaçıya orqanizmin funksiyalarının 61-80% pozulmasına görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul etmişdir. Hesab edirlər ki, F62.0 diaqnozu əsasında orqanizm funksiyalarının 61-80% fozulmasına görə deyil, 31-60% pozulmasına görə əlillik təyin edilə bilərdi. Aşağı faiz dərəcəsi ilə əlillik təyin edilməsinə də razı deyildirlər.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsinin qərarı ekspert rəyinə uyğun olaraq qəbul edilmiş, qanuni və əsaslıdır. Döyüş zamanı sol diz nayihəsindən partlayış travması almışdır. Ayağında quruma prosesi davam edir, çəlik olmadan gəzə bilmir. Sağ ayağına ağırlıq düşdüyü üçün onda da problemlər yaranmağa başlamışdır. Ayağında protez yoxdur. Sinirlər zədələnmişdir. Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda əməliyyat olmuşdur. Qapalı yara almışdır. Yaralanmadan sonra 1 il 6 ay öz xahişi ilə xidmət etmişdir. Daha sonra hərbi xidmətə yararsız oduğu üçün tərxis edilmişdir. Başında da problemlər vardır. Gün ərzində 5 ədəd dərman preparatı qəbul edir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı
7. Psixi və davranış pozuntuları 7.7. Spesifik şəxsiyyət pozuntuları 7.7.1. fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi 13.4. Digər artrozlar
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnaməsi: 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4-cü bənd. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5-ci bənd. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.8-ci bənd. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4-cü bənd. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
27. Cavabdeh tərəfindən birinci instansiyası məhkəməsinin qərarının tam ləğvi xahiş olunsa da, iddia qismən təmin olunduğundan, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, məhkəmənin 15 yanvar 2025-ci il tarixli, 2-1(118)-2939/2025 saylı qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 T224/2025 saylı, 12 mart 2025-ci il tarixli rəyində aşağıdakılar qeyd edilmişdir: İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən onun iş materiallarında olan tibbi sənədlərinə əsasən X3 Mərkəzi tərəfindən tərtib edilmiş 04 iyul 2024-cü il tarixli J00204040BMD saylı Forma 088 göndərişində XBT 10 kodu üzrə qeyd edilmiş ” Əsas diaqnoz: F62.0 - Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, fəlakətdən sonra yaranan davamlı şəxsiyyət dəyişkənliyi, intihar cəhdləri; Ağırlaşmalar: F43.1 - Posttravmatik stress pozuntusu; Yanaşı xəstəliklər: M19.0 Digər oynaqların birincili artrozu, Oynaqların artrozu; L91.0 Hipertrofık çapık, Hipertrofık çapık; W32-Ə1 odlu silahından atəş, odlu silahdan atəş; G57 Aşağı ətrafın mononevropatiyaları, Aşağı sinirin neyropatiyası” diaqnoz ona stasionrda müayinə və müalicədə olarkən müəyyən edilmişdir. Ə.Əmiyev 20 may 2024-cü il tarixdə Respublika Psixiatriya Xəstəxanasında Həkim Psixiatr Komissiyasında müayinə olunarkən ona “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, İmpulsiv hərəkətlər, funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə" diaqnozu müəyyən edilmişdir, (diaqnoz 3 il müddətinə qüvvədədir). Qeyd edilən rəydə “F43.1- Posttravmatik stress pozuntusu” diaqnozuna rast gəlinmədi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, fəlakətdən sonra yaranan davaml şəxsiyyət dəyişkənliyi, intihar cəhdləri (F62.0); Posttravmatik stress pozuntusu (F43.1); Digər oynaqların birincili artrozu, Oynaqların artrozu ( M19.0) müşahidə olunan şəxsə əlillik təyin edilir.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
31. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 12 avqust 2024-cü il tarixli qərarından ilə diaqnozun öz təsdiqini tapmaması əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir.
32. İş materiallarından o da görünür ki, iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi-Həkim Komissiyası tərəfindən 17 iyul 2024-cü il tarixli 9 mömrəli Şəhadətnamə verilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, ambulator müayinədən sonra 03 sentyabr 2022-ci il tarixdə DQ-nin Hərbi-həkim komissiyasında şəhadətləndirildiyi xəstəlik-diaqnoz: “Sol dizin kavernoz limfangiomasına görə aparılmış limfangiomanın rezeksiyası cərrahi əməliyyatından (20 iyul 2022) sonrakı tam bərkimiş dəri çapığı. Sol qamış sümüyünün fıbrokistik törəməsi (ölçüsü 6x3mm). Sümük iliyi ödemi. Sol diz oynağının kontrakturası. Daimi ağrı sindromu. Yeriş və hərəkət funksiyasının mühüm dərəcə pozulması ilə (D18.1; Z98.8; L90.5; D48.0; D75.8; M24.5; R52.2; R26.8)”- “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”; “Onurğanın bel tipli soltərəfli İİ (ikinci) mərhələ skoliozu (Q76.3; M41)”-“ümumi xəstəlikdir” və hərbi xidmətdən sonrakı dövrdə Respublika Psixiatriya Xəstəxanası PHŞ-də 20 iyul 2023-cü il tarixdən 03 avqust 2023-cü il tarixədək stasionar müalicədə olarkən 24 iyul 2023-cü il tarixdə Həkim Psixiatr Komissiyasının təyin etdiyi xəstəlik-diaqnoz: “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla (F62.0)”, 20 may 2024-cü il tarixdən 10 iyun 2024-cü il tarixədək stasionar müalicədə olarkən 20 may 2024-cü il tarixdə Həkim Psixiatr Komissiyasının təyin etdiyi xəstəlik-diaqnoz: “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, impulsiv hərəkətlər, funksional tutmalar, koqnitiv fiınksiyaların enməsi ilə (F62.0)”-“Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; 03 iyul 2024-cü il tarixdə City Hospitalda baş-beyin MRT və nevropatoloqun müayinəsinə əsasən təyin edilən xəstəlik-diaqnoz: “Mərkəzi sinir sisteminin müayinəsi prosesində diaqnostik təsvirlərin alınması zamanı aşkar olunan normadan kənara çıxma halları (qliotik ocaq) (R90)”-“Ümumi xəstəlikdir”.
33. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 “Qusar rayon mərkəzi xəstəxanası” X10 tərəfindən verilmiş 14 iyun 2024-cü il tarixli 18-1-54/3-1679/2024 nömrəli arayışdan görünür ki, iddiaçı Vətən müharibəsində xəsarət almışdır. 13 iyun 2024-cü il tarixində “Qusar rayon Mərkəzi Xəstəxanası” X10ndə həkim-nevropatoloqun və həkim-psixiatrın müayinəsində olmuş, ona “G-93.4 Postravmatik ensefalopatiya. G-31.0 Baş beyin atrofiyası. F-62.0 Koqnitiv pozuntular” diaqnozları qayulmuşdur.
34. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ Həkim Psixiatr Komissiyasının 20 may 2024-cü il tarixli, 4938 nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Ona “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, impulsiv hərəkətlər, funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə F 62.0” diaqnozları qoyulmuşdur.
35. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X6 tərəfindən verilmiş T224/2025 saylı, 11 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən X3 Mərkəzi tərəfindən tərtib edilmiş 04 iyul 2024-cü il tarixli J00204040BMD saylı Forma 088 göndərişində XBT 10 kodu üzrə qeyd edilmiş ” Əsas diaqnoz: F62.0 - Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, fəlakətdən sonra yaranan davamlı şəxsiyyət dəyişkənliyi, intihar cəhdləri; Ağırlaşmalar: F43.1- Posttravmatik stress pozuntusu; Yanaşı xəstəliklər: M19.0 Digər oynaqların birincili artrozu, Oynaqların artrozu; L91.0 Hipertrofık çapık, Hipertrofık çapık; W32-Ə1 odlu silahından atəş, odlu silahdan atəş; G57 Aşağı ətrafın mononevropatiyaları, Aşağı sinirin neyropatiyası” diaqnoz ona stasionrda müayinə və müalicədə olarkən müəyyən edilmişdir. Ə.Əmiyev 20 may 2024-cü il tarixdə Respublika Psixiatriya Xəstəxanasında Həkim Psixiatr Komissiyasında müayinə olunarkən ona “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, İmpulsiv hərəkətlər, funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə" diaqnozu müəyyən edilmişdir, (diaqnoz 3 il müddətinə qüvvədədir). Qeyd edilən rəydə “F43.1- Posttravmatik stress pozuntusu” diaqnozuna rast gəlinmədi.
36. Beləliklə, ekspert rəyindən və təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, hazırda iddiaçıda göndərişdə qeyd edilmiş “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” F62.0 və “Digər oynaqların birincili artrozu, Oynaqların artrozu” M19.0 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarının 7.7.1-ci və 13.4-cü bəndlərinə əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsinə əsas verir.
37. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
38. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
39. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
40. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
41. Bu mənada, apellyasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
42. Beləliklə, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir.
43. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, 2-1(118)-2939/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.