Məhkəmə qərarları › İş №2-1(105)-1011/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1011/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1011/2024 22.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə (Açar sözlər: vergi orqanı qərarının ləğvi) Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Quliyev İsmayıl Rza oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı 07 dekabr 2022-ci il tarixli **********664300 saylı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-1368/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 07 dekabr 2022-ci il tarixli, **********664300 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarından görünür ki, İddiaçı 3,255,57 manat əlavə vergi borcu hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 20 aprel 2023-cü il tarixli, 30 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********664300 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi və iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10626/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilərək,Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********664300 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi, iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10626/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə 2-1(112)-10626/2023 saylı iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun inzibati şikayəti təmin edilməmiş, cavabdehin yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 7 dekabr 2022-ci il tarixli **********664300 №-li və inzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 24 fevral 2023-cü il tarixli **********109500 №-li qərarları (“İlkin qərarlar”) dəyişdirilmədən saxlanılmışdır. Ümumən Qərarda onun şikayətindəki arqumentlərinə adekvat münasibət bildirilməmişdir. İlkin qərarlardakı mövqe təkrarlanmışdır. Bu baxımdan onun şikayətindəki arqumentlər bu iddia ərizəsi üçün də aktualdır. Cavabdehin mövqeyi hər şeydən əvvəl xx.xx.2021-xx.xx.2021-ci il dövrdə aparılmış xronometrajmetodu ilə müşahidənin nəticəsinə əsaslanır. Həmin metodun mövsümün ən qızğın vaxtında, həftə sonu – Qurban bayramı günlərində (pandemiyadan sonra fəaliyyətini bərpa edən kimi, buna baxmayaraq iyul ayının ilk 16 günü üzrə də vergi hesablanıb!), yəni dövriyyənin yüksək olduğu dövrdə tətbiq edildiyini diqqətə çatdırmışdır. Buna görə də nəticə şişirdilmişdir. Ən əsası isə cavabdehin də istinad etdiyi Vergi Məcəlləsinin 37.5-ci maddəsinə görə vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Yəni bu, imperativ norma deyil! Başqa sözlə, söhbət diskresion səlahiyyətdən gedir. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Onun şikayətində vurğulandığı kimi, xronometraj metodu ilə müşahidənin nəticəsi işin digər hallarına hətta sağlam məntiq baxımdan da uyğun deyil. Vergi Məcəlləsinin 50-1.2-ci maddəsinə əsasən yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Başqa sözlə, mövsüm dövründə bu cür müşahidənin keçirilməsini tələb edə bilməzdi. Məhz buna görə də sırf həmin müşahidənin nəticəsinə istinad edilməsiən azı hüquqdan (səlahiyyətdən) sui-istifadədir. 2021-ci ilin avqust ayından etibarən istirahət mərkəzini "xxxx" MMC-yə icarəyə vermişdir. Həmin MMC də fəaliyyəti üzrə bütün vergilərini ödəmişdir. Yəni avqust ayında iddiaçı müvafiq fəaliyyəti göstərməyib. Yalnız icarəyə verən olub. Axı istirahət mərkəzinin məhdud otaq sayları üzrə həm o, həm də sözügedən MMC mehmanxana fəaliyyətini həyata keçirə bilməzdi. Bu, sadə arifmetika və sağlam məntiqdən irəli gəlir. Əks halda, vergi orqanı gərək bütün icarəyə verənləri də icarəçilərinin fəaliyyəti üzrə də vergiyə cəlb etsin. Yeri gəlmişkən, Qərarda müvafiq icarə müqaviləsindən bəhs edilərkən qeyd edilir: “mövcud faktiki dövriyyəsinin azaldılması, faktiki gəlirlərinin bölüşdürülməsi yolu ilə mövcud vergi öhdəliklərindən yayınma riskini yaradır”. Bu cür yanaşma yolverilməzdir. İnzibati orqan hansısa hipotetik fərziyyə əsasında riski vurğulayaraq, sahibkarıməsuliyyətə cəlb edə bilməz. Dediyini konkret dəlilllər və rəqəmlərlə sübut etməlidir. Nabranda sentyabr ayıartıq turizm mövsümü deyil. Bunu hamı bilir. Cavabdeh də bilməlidir və bilir. Buna baxmayaraq, hətta sentyabr ayı üzrə də vergi hesablanmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2013-cü il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, ərizəsinə əsasən əsas fəaliyyət növünün "mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi" olduğu, ünvan 1yeri kəndi ünvanda yerləşən ümumi sahəsi 101,5 kv m olan "Restoran” adlı təsərrüfat obyektinin xx.xx.2014-cü il tarixdə vergi uçotuna alındığı və xx.xx.2015-ci il tarixdə uçotunun ləğv edildiyi, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şossesi, ünvanda yerləşən ümumi sahəsi 350,0 kv.m. olan "İstehsalat obyektı” adlı təsərrüfat obyektinin (obyektin kodu: **********-77002) xx.xx.2017-ci il tarixdə vergi uçotuna alındığı və xx.xx.2017-ci il tarixdə uçotunun ləğv edildiyi, ünvan 1yeri kəndi ünvanda yerləşən ümumi sahəsi 7023,3 kv m olan "Ober Lux istirahət mərkəzi” adlı təsərrüfat obyektinin (obyektin kodu: **********-77001) xx.xx.2014- cü il tarixdə vergi uçotuna alındığı, həmin ünvanda Merkuri-112F markalı AL00507561 zavod nömrəli nəzarət-kassa aparatının xx.xx.2016-cı il tarixdə qeydiyyata alındığı və xx.xx.2018-ci il tarixdə qeydiyyatdan çıxarıldığı, Merkuri-112F markalı AL00508231 zavod nömrəli nəzarət- kassa aparatının xx.xx.2016-cı il tarixdə qeydiyyata alındığı və xx.xx.2018-ci il tarixdə qeydiyyatdan çıxarıldığı, Merkuri-112F markalı AL00507095 zavod nömrəli nəzarət-kassaaparatının xx.xx.2018-ci il tarixdə qeydiyyata alındığı və xx.xx.2019-cu il tarixdə qeydiyyatdan çıxarıldığı, Merkuri-112FK markalı 00101010 zavod nömrəli nəzarət-kassa aparatının xx.xx.2020-ci il tarixdə qeydiyyata alındığı və WizarPOS Q2 markalı WP22121Q63201351 zavod nömrəli nəzarət-kassa aparatının xx.xx.2022-ci il tarixdə qeydiyyata alındığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2021-ci ilin 3cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin 802-ci sətrindəki B1 sütünlarının cəmi 21440,0 manat məbləğin, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 93619,17 manat) müşahidələrin nəticələrindən 72179,17 manat az olması, həmin bəyannamənin 803-cü sətirindəki B1 sütünlarının cəmi 0,0 manat məbləğin, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 90599,20 manat) müşahidələrin nəticələrindən 90599,20 manat az olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********071000 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi bildirilmiş, vergi ödəyicisi tərəfindən müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin 3-cü rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 3255,57 manat əlavə vergi məbləği hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********664300 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Uçot-baza məlumatlarının araşdırılması zamanı fərdi sahibkarın istifadəsində olan ünvan 1yeri ünvanında yerləşən, **********-77001 kodlu təsərrüfat subyektində Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********8652 nömrəli "Xronometraj metodu ilə müşahidə aparılması haqqında” qərarına əsasən xx.xx.2021-ci il tarixdən 15 (on beş) iş günündən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidə aparılmış və təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 15 iş günü ərzində aparılmış xronometraj metodu ilə müşahidənin nəticəsinə əsasən ümumi satış dövriyyəsi 45299,60 manat, orta günlük satış dövriyyəsinin isə 3019,97 manat olduğu müəyyən edilmiş və müvafiq olaraq xx.xx.2021 -ci il tarixli DVX seriyalı 003540 nömrəli yekun akt tərtib olunmuş, fərdi sahibkar tərəfindən qeyd olunan akt imzalanmış, Vergi Məcəlləsinin 37.5-ci maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla). xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə biləcəyi həmin aktın 2-ci səhifəsində qeyd edilmiş fərdi sahibkara izah edilmişdir. Araşdırma zamanı 15 iş günü ərzində müəyyən edilmiş 45299,60 manat ümumi satış dövriyyəsinin qeyd olunan obyektdə quraşdırılan Merkuri112FK markalı 00101010 zavod nömrəli nəzarət-kassa aparatına mədaxil edilmiş pul vəsaitindən (nağd və nağdsız əməliyyatlar üzrə) ibarət olduğu müəyyən edilmişdir. Araşdırma zamanı fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci ilin 3-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsi məlumatlarına əsasən həmin ilin iyul ayı ərzində 45299,60 manat, avqust ayı ərzində 21440,0 manat, sentyabr ayı ərzində "0” manat məbləğində malların (işlərin, xidmətlərin) təqdim edildiyi, təqdim edilmiş malla ra (işlərə, xidmətlərə) görə əldə edilmiş hasilatın 66739,6 manat olduğu bəyan edilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2021-ci ilin 3-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsi üzrə təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri həmin ilin iyul ayı üzrə 45299,60 manat, avqust ayı üzrə 93619,17 manat, sentyabr ayı üzrə 90599,20 manat, təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə əldə edilmiş hasilat 229517,97 manat qeyd edilmişdir. Fərdi sahibkar tərəfindən əvvəlki dövrlərdə vergi orqanı tərəfindən aparılmış xronometraj metodu ilə müşahidə ilə bağlı "Xronometraj metodu ilə yeni müşahidə aparılması haqqında” ərizə ilə xx.xx.2018-ci il tarixdə müraciət edildiyi müəyyən edilmişdir. Araşdırma zamanı araşdırılan dövr üzrə fərdi sahibkarın fəaliyyətinin dayandırılması ərizə ilə vergi orqanına müraciət etmədiyi, vergi ödəyicisinin 1 aktiv təsərrüfat subyektinin olduğu, ixrac əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir. Fərdi sahibkarın istifadəsində olan ünvan 1yeri ünvanında yerləşən, **********-77001 kodlu təsərrüfat subyektində Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********8652 nömrəli "Xronometraj metodu ilə müşahidə aparılması haqqında” qərarına əsasən xx.xx.2021-ci il tarixdən 15 (on beş) iş günündən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidə aparılmış və təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 15 iş günü ərzində aparılmış xronometraj metodu ilə müşahidənin nəticəsinə əsasən ümumi satış dövriyyəsi 45299,60 manat (orta günlük satış dövriyyəsi 3019,97 manat) müəyyən edilmiş, fərdi sahibkar tərəfindən isə xx.xx.2022-ci il tarixdə 2021-ci ilin 3-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində həmin rübün iyul ayı ərzində təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri 45299,60 manat bəyan edilmişdir. Belə ki, həmin ayın ilk 16 (on altı) təqvim günü ərzində (yəni xronometraj metodu ilə müşahidənin başlandığı tarixədək olan günlərdə) də mövsümi turizm fəaliyyətinin həyata keçirilməsi üçün əlverişli dövr olmasına, əlaqəli məlumatlara əsasən fərdi sahibkarın istifadəsində olan qeyd olunan təsərrüfat subyektində aktiv fəaliyyətin müşahidə edilməsinə baxmayaraq, təqdim edilmiş bəyannamə məlumatında dövriyyə olaraq olmamasının bəyan edilməsi halı məqsədli surətdə vergidənyayınma sxemi olmaqla vergi üstünlüyünün əldə edilməsini şərtləndirir.Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın istifadəsində olan ünvan 1yeri ünvanında yerləşən **********-77001 kodlu təsərrüfat subyektinin sahəsinin 7023,3 kv m olduğu, həmin sahədən 300,0 kv m hissəsini (Yaşıl Bağ restoranını) xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən X3 (VÖEN: **********) və 600,0 kv m hissəsini xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) müvəqqəti istifadəyə verildiyi müəyyən edilmişdir. Eyni zamanda inzibati araşdırma ilə fərdi sahibkarın istifadəsində olan ünvan 1yeri ünvanında yerləşən təsərrüfat subyektini daha sonra X2 rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) icarəyə verildiyi müəyyən edilmişdir ki, bu hal da fərdi sahibkarın malların (iş və xidmətlərin) təqdim edilməsindən mövcud faktiki dövriyyəsinin azaldılması, faktiki gəlirlərinin bölüşdürülməsi yolu ilə mövcud vergi öhdəliklərindən yayınması riskini yaradır. Bundan başqa, fərdi sahibkar tərəfindən qeyd olunan obyektin mütəmadi olaraq qarşılıqlı surətdə asılı şəxslərə (oğluna və oğlunun rəhbəri olduğu müəssisəyə) icarəyə verildiyi müəyyən edilmişdir. Fərdi sahibkarın müraciətlərində istirahət mərkəzini xx.xx.2021-ci il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verdiyinin bildirilməsinə baxmayaraq, qeyd olunan şəxslər arasında icarə müqaviləsinin xx.xx.2021-ci il tarixdə imzalandığı müəyyən edilmişdir. Fərdi sahibkar müraciətlərində 2021-ci ilin sentyabr ayı ərzində istirahət mərkəzində fəaliyyətin olmadığının bildirilməsinə baxmayaraq, uçot-baza məlumatlarına əsasən qeyd olunan obyekti fərdi sahibkardan müvəqqəti istifadəyə götürmüş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X5 tərəfindən həmin ay ərzində müxtəlif çeşiddə ərzaq mallarının alınması ilə bağlı elektron qaimə-fakturalarının əldə edildiyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istirahətin təşkili ilə bağlı elektron qaimə-fakturalarının təqdim edildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-1368/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş 30 oktyabr 2023-cü il tarixli, **********1816400 saylı qərarın ləğv edilməsi qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarla hesablanmış əlavə verginin qanuni olub-olmamasını müəyyən etmək üçün ilk növbədə onun hesablanmasına əsas olmuş xronometraj metodu ilə müşahidənin nəticələrinin qanuni olub-olmaması araşdırılmalıdır. Bununla bağlı işin hallarından müəyyən olunur ki, 15 gün müddətində iddiaçıda aparılmış xronometraj metodu ilə müşahidə zamanı yekunda iddiaçının orta günlük satış dövriyyəsinin 3019.97 manat olması müəyyən edilmişdir. İddiaçının orta günlük satış dövriyyəsinin 3019.97 manat kimi nəzərə alınmaqla ona əlavə vergilərin hesablanması qanunsuz olmuşdur. Belə ki, vergi orqanı tərəfindən xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək hansı günlərdə satış dövriyyəsinin olubolmaması konkret müəyyən edilməmişdir. İddiaçının digər günlərdə satış dövriyyəsinin nə qədər olacağı və ya ay ərzində ümumiyyətlə olub-olmayacağı vergi orqanına məlum olmamışdır. 2021-ci il üçün Qurban bayramı iyul ayının 20-21 tarixlərinə təsadüf etmişdir ki, bu hal turistlərin artması üçün zəmin yaratmışdır. Bundan başqa cavabdeh vergi orqanı obyektin xx.xx.2021-ci il tarixdən vergi ödəyicisi tərəfindən icarəyə verilməsini nəzərə almadan əsassız olaraq əlavə vergi borcunu hesablamışdır. İddiaçı tərəfindən həmin dövr ərzində olan satışın nəzarət-kassa aparatına vurulmaması ilə bağlı hər hansı qanun pozuntusu müəyyən edilməmişdir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya əlavə vergilərin hesablanması zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan yalnız ehtimala əsaslanan, xronometraj metodu ilə müşahidənin nəticələrindən istifadə etməsi qanunsuzdur. Xronometraj metodu ilə müşahidə vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə yönəldiyindən elə bir ağlabatan dövr ərzində keçirilməlidir ki, satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etmək mümkün olsun. Nəzərə almaq lazımdır ki, xronometraj metodu ilə müşahidə sözügedən real mənzərəni müəyyən etməyə imkan verməyəcəksə, o halda, belə müşahidənin aparılmasından gözlənilən nəticələr əldə edilməmiş olur. Hər bir halda, qanunda nəzərdə tutulan bu imkan inzibati orqan tərəfindən o qaydada istifadə olunmanı tələb edir ki, onun nəticəsində vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin tamamən eyni olmasa da, real vəziyyətinə ən yaxın olan vəziyyəti aşkara çıxarmaq mümkün olsun. Beləliklə, xronometraj metodu ilə müşahidə tədbirinin keçirildiyi müddətə bu tədbirin məqsədi nəzərə alınmaqla qiymət verilməlidir. Müvafiq olaraq inzibati orqan da həmin tədbirin müddətini müəyyən edərkən vergi ödəyicisinin məşğul olduğu fəaliyyət növünü və onun digər fərdi xüsusiyyətlərini nəzərə almalıdır. Qanunun mənası vergi orqanından məhz bu qaydada davranmanı tələb edir. Qeyd edilənlərin hazırkı işin hallarına tətbiqi ilə bağlı müəyyən olunur ki, iddiaçı barəsində əlavə vergi xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanmaqla tətbiq edilmişdir. Belə bir müşahidə nəticəsində əldə edilən məlumatlar isə yuxarıda qeyd edilən məqsədə uyğun gələn, yəni satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etməyə imkan verən məlumatlar kimi qəbul edilə bilməz. Odur ki, sözügedən qaydada aparılmış xronometraj metodu ilə müşahidənin nəticələrindən çıxış edilməklə qəbul olunmuş mübahisələndirilən qərar qanunsuz və əsassız olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 2.7-ci bəndində göstərilmişdir ki, Operativ vergi nəzarətinin nəticələri barədə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər nəzarətin başa çatdığı tarixdən sonrakı 3 iş günü ərzində nəzarəti həyata keçirmiş vergi orqanının vəzifəli şəxsləri tərəfindən AVİS proqram təminatı bazasının Operativ nəzarət alt sisteminə işlənilir və əlavələri ilə birlikdə dərhal vergi orqanının aidiyyəti rəhbər vəzifəli şəxsinə təhvil verilir. Tərtib olunmuş aktın və digər sənədlərin bir nüsxəsi təqdim edilmə tarixi göstərilməklə və imza etdirilməklə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə verilir. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi bu sənədlərin surətlərini qəbul etməkdən imtina etdikdə isə müvafiq sənədlər aktın, protokolun və digər sənədlərin tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq elektron qaydada və sifarişli poçtla ona göndərilir. Bu halda tərtib olunmuş aktın, protokolun və digər sənədlərin bir nüsxəsi vergi ödəyicisinə müşaiyətedici məktubla göndərilir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətini iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının nümayəndəsi apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətini təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollehiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollehiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cu maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.2. Bu Məcəllənin 15.1.13-cu maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cu maddəsində nəzərdə tutulan müddət daxil edilmir. 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. 50-1.4. Müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. 50-1.5. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. 50-1.6. Xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiya) 67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı cavabdeh inzibati orqan tərəfindən aparılmış kameral vergi yoxlamasının nəticəsində onun barəsində qəbul edilmiş 07 dekabr 2022-ci il tarixli, **********664300 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarı mübahisələndirir. Cavabdeh inzibati orqan iddiaçı barəsində qeyd olunan qərarın qəbul edilməsini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində qeyd edilmiş məbləğ aparılmış xronometraj müşahidələrini nəticələrindən az olduğundan, 3255,57 manat əlavə vergi məbləği hesablanmışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı vergi ödəyicisi qismində fərdi sahibkar kimi çıxış edir, əsas fəaliyyət növü “mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi” olmuşdur. Cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində 2022-ci il tarixdə kameral vergi yoxlaması həyata keçirilmiş, yoxlama zamanı 2021-ci ilin 3-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin məlumatları ilə xronometraj metdou ilə xx.xx.2021-xx.xx.2021ci ilə aid dövr üzrə aparılmış müşahidələrin nəticləri əsasında əldə edilmiş məlumatlar müqayisə edilərək, iddiaçı vergi ödəyicisi barəsində 2021-ci ilin 3-cü rübü üçün 3255,57 manat əlavə vergi məbləğ hesablanmışdır. Belə ki, cavabdeh inzibati orqan yoxlama zamanı müvafiq bəyannamədə vergi ödəyicisi tərəfindən bəyan edilən müvafiq sətir üzrə məbləğin 21440 manat olduğunu, xronometraj müşahidələrinin nəticələrində dövriyyənin 93619,17 manat olduğunu, nəticə etibarilə 72179,17 manat az olmasını, həmin bəyannamənin digər sətri üzrə bəyan edilən məbləğin 0 manat olduğunu, son xronometraj müşahidələrinin nəticəsi ürə dövriyyənin 90599,20 manat olduğunu müəyyən edərək, onun əsasında kənarlaşma yarandığını qeyd etmişdir. Hazırki halda iddiaçının hüquqi marağı cavabdehin ona kameral qaydada əlavə verginin hesablanması barədə qərarının ləğv edilməsinə yönəlmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində 15 gün müddətində aparılmış xronometraj metodu metodu ilə müşahidə zamanı orta günlük satış dövriyyəsinin 3019,97 manat olduğu müəyyən edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, cavabdeh vergi orqanı tərəfindən məhz həmin günlük satış dövriyyə məbləğinin əsas götürülməklə, iddiaçı barəsində əlavə vergi hesablanması ilə bağlı hərəkətlərinin qanunsuz olduğunu qeyd etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh vergi tərəfindən xronometraj metdou ilə müşahidənin aparıldığı xx.xx.2021-xx.xx.2021-ci il tarixədək hansı günlərdə satış dövriyyəsinin olub-olmaması müəyyən edilməmiş, hansı günlərdə satış dövriyyəsinin nəqədər olması və ya olmamsı barədə halı vergi orqanına məlum olmamış, obyektin başqa şəxsə icarəyə verilməsi, faktiki olaraq başqa hüquqi şəxs tərəfindən istifadə edilməsi halı vergi orqanı tərəfindən nəzərə alınmamışdır. Qeyd edilən hallar isə özlüyündə cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində məhz xronometraj müşahidələrinin nəticəsinə əsaslanmaqla əlavə vergi məbləği hesablanması ilə bağlı hərəkətlərinin qanunauyğun olmamasını deməyə əsas verir. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, xronometraj metodu ilə müşahidələrin aparılmasının vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsinə yönələn elə ağlabatan müddətdə həyata keçirilməsi ilə bağlı gəldiyi qənaəti də düzgün olmuşdur. Belə ki, əgər aparılmış müşahidə real mənzərini müəyyən etməyə imkan verməzsə, onda əldə edilmiş nəticə də reallığı ehtiva etməmiş olacaqdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhz cavabdeh vergi orqanı tərəfindən xronometraj metodunun tətbiqi ilə bağlı hərəkətlərinin həmin müşahidənin aparılması qaydalarını müəyyən edən vergi qanunvericiliyinin normasının mahiyyətinə və məqsədinə uyğunluğu baxımından da işin hallarını düzgün dəyərləndirmişdir. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdeh vergi orqanının hərəkətlərinin müvafiq yoxlama və müşahidənin aparılması ilə bağlı məhz qanunun mənasına uyğun olmamasına dair gəldiyi qənaəti də düzgün olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki halda cavabdeh vergi orqanının qeyd edilən qərarı qəbul edərkən, Vergi Məcəlləsinin 49-cu maddəsinin tələblərinin də pozulması ilə bağlı qənaəti də işin hallarına uyğun olmuşdur. Belə ki, yoxlama ilə bağlı tərtib edilmiş akt 31 iyul 2021-ci il tarixdə tərtib edilsə də, əlavə vergi məbləğinin hesablanması barədə qərar 07 dekabr 2022-ci il tarixdə qəbul edilmişdir. Qeyd edilən hal isə özlüyündə vergi qanunvericiliyinin tələblərinin pozulmasına gətirib çıxardır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanının iddiaçı barəsində məhz xronometraj müşahidələrinin nəticəsində əldə edilmiş məlumatlara istinad edilməklə, əlavə vergi məbləğinin hesablanması barədə hərəkətləri yuxarıda istinad edilən vergi qanunvericilik normasının tələblərinə uyğun olmadığından, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Bundan əlavə, məhkmə kollegiyası onu qeyd edir ki, hazırki iş üzrə iddiaçının iddia tələbi məhz 7 dekabr 2022-ci il tarixli **********664300 nömrəli müvafiq qərarın ləğv edilməsi ilə bağlı olmuş, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilsə də, qərarın nəticə hissəsində texniki yanlışlığa yol verilərək, 30 oktyabr 2023-cü il tarixli **********1816400 nömrəli qərarın ləğv edilməsi qeyd edilmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi və hüquqi marağı məhz 7 dekabr 2022-ci il tarixli qərarın ləğv edilməsi ilə bağlı olduğundan, birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edildiyindən, qərarın nəticə hissəsində yol verilmiş həmin texniki yanlışlıq düzəldilməklə, qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yol verilmiş texniki yanlışlıq düzəldilməklə, dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-1368/2024 nömrəli qərarıqərarın nəticə hissəsində “30 oktyabr 2023-cü il tarixli **********1816400 nömrəli qərar” sözlərinin “7 dekabr 2022-ci il tarixli **********664300 nömrəli qərar” sözləri ilə əvəz edilməklə, dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar