Məhkəmə qərarları › İş №2-1(105)-1012/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1012/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1012/2024 18.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin N0 iyul 2024-cü il tarixli, 2-N(NN8)- 4064/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçı barəsində verilmiş hərbi bilet əvəzi arayışa əsasən o, xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək hərbi xidmət etmiş, xx.xx.2009-cu il tarixdən Xidmətin Şamaxı rayon (şəhər) şöbəsində hərbi qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il il tarixli, N949 nömrəli məktuba əsasən iddiaçı N nömrəli hərbi hissə komandirinin 0N avqust N992-ci il tarixli N4N/N nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə, bütün növ müavinətlərlə təmin edilərək N nömrəli hərbi hissənin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin 0N avqust N992-ci il tarixli, 59 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilərək hesab nömrəsi vəzifəsinə təyin olunmuşdur. Həmin hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli, 69 nömrəli, 29 sentyabr N992-ci il tarixli, 79 nömrəli, N5 noyabr N992-ci il tarixli N08 nömrəli, 03 dekabr N992-ci il tarixli NN3 nömrəli, 07 fevral N993-cü il tarixli N39 nömrəli, 05 mart N993-cü il tarixli N60 nömrəli əmrlərilə müvafiq olaraq xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək, xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək, xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək, xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək, xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək və xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək Füzuli rayonu döyüş əməliyyatları bölgəsində döyüş tapşırıqlarını yerinə yetirərək qayıtmış hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli, 6 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə, bütün növ təminatlarla təmin edilərək TB-ə təyin olunmuşdur. Həmin hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli, 22 nömrəli əmrində iddiaçının yaralandığı üçün hospitala göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. Hərbi hissəni özbaşına tərk etdiyinə görə o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli, 02 nömrəli Direktivinə əsasən N nömrəli hərbi hissə komandirinin N5 fevral N994-cü il tarixli, 46 nömrəli əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh N6 dekabr 2022-ci il tarixli, N2-N2368 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Arxivin xx.xx.2022-cu il tarixli, N949 nömrəli arayışına əsasən xx.xx.N994-cü il tarixdən sonrakı hərbi xidməti (hərbi hissəni özbaşına tərk etmə faktı olduğuna) və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N992-ci ildə Şamaxı rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və l Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin 0N avqust N992-ci il tarixli, N4N/N nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ müavinətlərlə təmin edilərək N nömrəli hərbi hissənin sərəncamına göndərilmiş, 0N avqust N992-ci il tarixindən 28 fevral N993-cü il tarixinədək Füzuli rayonu döyüş əməliyyatları bölgəsində döyüş tapşırıqlarını yerinə yetirmişdir. Sonradan N nömrəli hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 6 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ müavinətlərlə təmin edilərək TB-nə təyin olunmuşdur. xx.xx.N994-cü il tarixdə Füzuli rayonu uğrunda gedən döyüş əməliyyatları zamanı yaralandığı üçün hərbi hospitala göndərilmiş, xx.xx.N994-cü il tarixindən xx.xx.N994-cü il tarixinə kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hospitalında müayinə və müalicə olunmuşdur. Ona xx.xx.20N8-ci il tarixdə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlillik verilmişdir. İddiaçı ona müharibə veteranı adının verilməsinə dair ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsi tərəfindən iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli 02 nömrəli Direktivinə əsasən N nömrəli hərbi hissə komandirinin N5 fevral N994-cü il tarixli 46 nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış, habelə qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmamışdır. Bundan başqa inzibati iş materialında olan iddiaçının adına tərtib edilmiş məlumat vərəqəsindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar xx.xx.20N8-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçı xx.xx.20N8-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etməmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi yenidən müəyyən edilmədiyindən, yəni əlilliyi ləğv edildiyi üçün aldığı müavinət dayandırıldığından, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etmişdir. Onun müraciətinə komissiyanın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və xx.xx.N994-cü il tarixdən sonrakı dövrdə hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmasını təsdiq edən sənədlər olmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İddiaçının əlilliyi xx.xx.20N8-ci il tarixdə təyin edildiyindən və xx.xx.2023-cü il tarixdə ləğv edildiyindən, habelə həmin şəxs 2023-cü ildə “müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün müvafiq komissiyaya müraciət etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin N-ci bəndinin Qeyd hissəsi ona şamil olunmamalıdır. Həmin Əsasnamə 22 sentyabr N995-ci il tarixdə təsdiq olunduğundan hesab edir ki, qeyd edilən Əsasnamənin müddəaları həmin tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə tətbiq edilməlidir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin N0 iyul 2024-cü il tarixli, 2-N(NN8)- 4064/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı N994-cü ilin yanvar ayında yaralanmış və bir müddət stasionar müalicədə olması ilə bağlı hərbi xidmətə qayıda bilməmişdir. Belə ki, iddiaçının “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmiş Mərkəzi Hərbi Həkim Komissiyasının 7NN saylı, xx.xx.20NN-ci il tarixli qərarı inzibati akt kimi ləğv olunmamış, geri çağırılmamış və hazırda qüvvədədir. İddiaçıya xx.xx.20N8-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik müəyyən olunması işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, iddiaçının 2023-cü ildə əlillik müddəti bitdikdən sonra yenidən əlilliyi müəyyən edilməsə də, o, ən azından sonuncu müayinə tarixinədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs statusuna malik olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan və bununla bağlı qanunvericilik normalarında xüsusi qeyd nəzərdə tutulduğu halda cavabdehin ona münasibətdə veteran adının və vəsiqəsinin verilməsindən imtinası qanunvericiyin tələblərinə uyğun olmamışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövüyünün müdafiəsi ilə əlaqədar əlillik müddəti bitdiyi tarixdən sonra ona əlillik təyin edilməmişdir. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qayd işiaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə: N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. ... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.N-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.N. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası təşkil edir. İşə baxan məhkəmə iddiaçının hərbi xidmət etdiyi dövrdə yaralandığı və ona Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin N-ci bəndinin “Qeyd” hissəsinin tələbinə müvafiq olaraq ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinasını qanunsuz sayaraq iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İddiaçıya məxsus hərbi bilet əvəzi arayışın, eləcə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin yuxarıda sadalanan məlumatlarından görünür ki, iddiaçı 0N avqust N992-ci il tarixdən N yanvar N994-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində Füzuli rayonu ərazisində döyüş əməliyyatlarında iştirak etmiş, N yanvar N994-cü il tarixdə isə N nömrəli hərbi hissənin siyahısına daxil edilərək tank briqadasına təyin edilmiş, hərbi xidmət etdiyi dövrdə yaralanmış, hərbi hissə komandirinin N5 fevral N994-cü il tarixli, 46 nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 2N sentyabr 20NN-ci il tarixli, 7NN nömrəli qərarına əsasən iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N994-cü il tarixdə aldığı, xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək DİN XN müayinə və müalicə olunduğu yaralanma - diaqnoz “Sağ baldırın yuxarı N/3-nin kor qəlpə yarası və yad cismi” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi göstərilmişdir. Göründüyü kimi iddiaçının döyüş əməliyyatları aparan N və N nömrəli hərbi hissələrdə hərbi xidmət keçməsi, döyüşlərdə iştirak etməsi və yaralanması mübahisə doğurmur. Cavabdeh özü təsdiq edir ki, iddiaçı uzun müddət hospitalda müalicədə olmuşdur və hərbi hissənin siyahısından çıxarılma müdafiə nazirinin əmri əsasında hərbi hissə komandirinin əmri ilə həyata keçirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı döyüş əməliyyatlarında iştirak edərək xəsarət aldığına görə uzun müddət müalicədə olduğundan, bu səbəbdən müdafiə nazirinin əmri əsasında hərbi hissə komandirinin əmri ilə siyahıdan çıxarıldığından onun qanuni əsasla ehtiyata buraxılması baş vermişdir. Bu səbəbdən, iddiaçının qanuni əsasla ehtiyata buraxılmadığı barədə cavabdehin dəlili əsaslı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının elektron informasiya sisteminin məlumatlarından görünür ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.20N8-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 5 il müddətinə ikinci dərəcə təyin edilmişdir. Beləliklə, kollegiya işin sadalanan xüsusatlarını ümumiləşdirərək hesab edir ki, iddiaçının xidmət etdiyi N və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etdiyindən, döyüş zamanı yaralandığından uzun müddət hospitalda müalicə aldığına görə müdafiə nazirinin əmri əsasında hərbi hissənin siyahısından çıxarıldığından, habelə iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan yuxarıda istinad edilən N nömrəli hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin qeydinə əsasən ona mühribə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin N-ci hissəsinin “Qeyd” hissəsindən görünür ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Normanın məzmunundan göründüyü kimi qanunverici Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni özbaşına tərk etməyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş, barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə münasibətdə Əsasnamənin tələblərinə uyğun olaraq müharibə veteranı adının və vəsiqəsinin verilməsini qadağan etmiş, belə şəxslər dairəsindən isə məhz Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsləri istisna etmişdir. Yəni, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər hətta döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etdikləri halda belə, onlara münasibətdə bu qayda tətbiq edilir. AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 2N sentyabr 20NN-ci il tarixli, 7NN nömrəli qərarına əsasən, iddiaçının hərbi xidmət zamanı aldığı xəsarətlərin səbəb əlaqəsi – “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmiş, xx.xx.20N8-ci il tarixdə iddiaçının əlilliyi məhz həmin səbəb əlaqə ilə müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının 2023-cü il tarixində əlillik müddəti bitdikdən sonra yenidən əlilliyi müəyyən edilməsə də, onun ən azından xx.xx.20N8-ci il tarixdən sonuncu müayinə tarixinədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs statusunda olması işin mübahisəsiz halıdır. Həmçinin, AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 2N sentyabr 20NN-ci il tarixli, 7NN nömrəli qərarı inzibati akt kimi ləğv olunmamış, geri çağırılmamış və hazırda qüvvədədir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının analoji mübahisə üzrə 2-N(N02)-N989/2023 nömrəli qərarında da kassasiya instansiya məhkəməsinin eyni mövqeyi ifadə olunmuşdur. Yuxarıda qeyd olunan sübutlara məcmu halda qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan cavabdehin ona münasibətdə veteran adının və vəsiqəsinin verilməsindən imtinası qanunvericiyin tələblərinə uyğun olmamışdır. Beləliklə, qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin N0 iyul 2024-cü il tarixli, 2-N(NN8)-4064/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar