Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1013/2025 22.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X2 Hüquqi Şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-4913/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Aynur Axundova) xx.xx.2025-ci il tarixli 2-1(118)- 4913/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı imtina haqqında sonuncu qərarın qəbul edildiyi tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona Azərbaycan Respublikasının müdafiəsi nəticəsində aldığı hərbi travmaya görə əlilliyinorqanizmin funksiyasının pozulması faizinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1993-cü ildə anadan olmuş və xx.xx.2020-ci il tarixdə başlamış 44 günlük Vətən Müharibəsində zabit kimi iştirak etmiş, işğalda olan rayonların erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərə qatılmış və hərbi tapşırığını yerinə yetirən zaman kəllə-beyin travması, digər xəsarətlər almış və AR Müdafiə Nazirliyinin HHEK-sı tərəfindən şəhadətləndirilməsi aparılmaqla 25 iyul 2024-cü il tarixli 1236 saylı Xəstəlik haqqında Şəhadətnaməyə əsasən “sülh və müharibə dövründə hərbi xidmətə yararsız” hesab olunaraq ordudan təxris edilmişdir. P00249185CRZ saylı xx.xx.2025-ci il tarixli tibbi göndəriş elektron qaydada cavabdeh orqana təqdim olunmuş, cavabdeh tərədindən “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə əlillik dərəcəsinin təyin olunmasından imtina barədə qərar qəbul edilmişdir. Cavabdehin imtinası tam əsassızdır, belə ki, onunla eyni diaqnozda olan şəxslərə əlilliyin təyin edilməsi meyarlarına uyğun olaraq əlillik dərəcəsi təyin olunmuşdur və ona təyin olunmuş diaqnoz belədir: “Müharibə zamanı barotvurma nəticəsində üzvü şəxsiyyət pozuntusu, depressiv daxilolmalar intihar fikirləri, cəngolma tutmaları ilə, Fəlakət keçirdikdən sonra kəskin dərəcədə ifadə olunan şəxsiyyətin davamlı dəyişkənliyi və digər”. 2020-ci ildən sonra səhhətində olan problemlər daha da artmış və bu müddət ərzində səhhətində baş vermiş ağırlaşmalara dair tibbi müayinənin nəticələri həmin tibbi göndərişə əlavə edilmişdir. Onu da qeyd edir ki, barəsində həkim psixiatr Komissiyasının verdiyi rəylə də prof. F.İsmayılov və prof. В.Əsədov tərəfindən “2-ci Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində şəxsiyyət pozuntusu depressiv affektiv daxilolmalar, təkrarlanan intihar cəhdləri cəngolma tutmaları və eşitmə görmənin zəifləməsi” ilə F07.0 diaqnozu təsdiq edilmişdir ki, bu da əlillik təyinatına əsas verir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 1236 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020) nəticəsində, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu. Fəlakət (müharibə) keçirdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi. Partlayış travması (xx.xx.2020), başın küt travması (xx.xx.2021) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, ayrı-ayrı davamlı nevroloji nişanələr, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə. Sol dirsək oynağı nahiyəsinin arxa səthinin və sol ayağın iç topuq və ayaqaltı nahiyəsinin yumşaq toxumalarının dəlib-keçən odlu silah yaralarından sonrakı (xx.xx.2020; xx.xx.2020) bərkimiş dəri çapığı. Barotravma (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 2,5 (iki tam onda beş) metr, sol qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020) nəticəsində hər iki gözün travması, görmə siniri diskinin hissəvi azalması, görmə itiliyi hər iki gözdə 1,0 olmaqla” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Sağ saidin, qarnın ön divarının çoxsaylı kəsilmiş (xx.xx.2024) yaralarından sonrakı bərkiməmiş, sol saidin ön səthinin termiki yanığından sonrakı bərkimiş dəri çapıqları” diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024xx.xx.2024-cü il tarixli 12292547 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 3441 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, cəngolma tutmaları, eşitmə və görmənin zəifləməsi ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12705051 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024xx.xx.2024-cü il tarixli 13315498 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 28 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, cəngolma tutmaları ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 2 il müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024xx.xx.2024-cü il tarixli 13638462 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, əsəbilik, insanlardan uzaqlaşmadan, təkliyə qapanmadan şikayətlənmişdir. Dərmanlardan Escita, Ketilept, Fenibut, Depakin, Fenozepam qəbul etdiyini söyləmişdir. Zahirən səliqəli, düşüncəsi aydın olmuşdur. Əsəbləşəndə əlində və ayağında qıcolmalar olduğunu söyləmişdir. Sağ saiddə səth kəsiklər izlənmiş, xidməti müddətdə əsəbləşərək etdiyini bildirmişdir. Təqdim etdiyi 11.06-xx.xx.2024-cü il tarixli 1108 №-li Məhkəmə Tibbi Ekspertiza rəyində “İddiaçı özünə xəsarət yetirərkən hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsizlik dərəcəsini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Bu əməli törətməsi şəxsiyyət pozuntusu ilə əlaqədar olmuşdur. Hazırki psixi vəziyyətinə görə stasionar psixiatrik müalicəyə ehtiyac yoxdur” kimi nəticə müəyyənləşdirilmişdir. Anamnestik məlumatlar sual doğurmuşdur. Belə ki, tələbə olanda da Qrandaksin və Amitriptillin ilə müalicə aldığını və qohumlarının da (bibisi uşaqları) psixi problemləri olduğunu bildirmiş, lakin XTQ-da xidmətə qəbul edilərkən psixi sağlam olması mütləq faktor olaraq araşdırılmış və nəzərə alınmışdır. 2024-cü ilədək heç bir psixiatrik müəssisədə müalicə qəbul etməmişdir. Yaddaşı qorunmuş, mühakimə və analiz qabiliyyəti situasiyaya uyğun olmuş, tənqidi bütün istiqamətlərdə qorunmuşdur. Hal-hazırda psixi vəziyyəti ilə əlaqədar kənar şəxsin nəzarəti və ya qulluğuna ehtiyac yaradan ağırlaşmalar izlənilməmişdir. Ailəli, 1 və 5 yaşlarında iki övladı olduğunu söyləmişdir. Özünün həkim-terapevt olduğunu bildirmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Anamnezdə özünü kəsmələr” kimi müəyyənləşdirilmiş, ixtisaslaşmış tibb müəssisələrində sutkalıq stasionar şəraitində müalicə və dinamik müşahidə edilməsi tövsiyyə edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi öz qərarını əsaslandırarkən qeyd etmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli 1680 saylı rəyinə əsasən İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasıda “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotrauma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, cəngolma tutmaları, eşitmə və görmənin zəifləməsi ilə F07.0" diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən narahat və gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, disforik olması, enməyə meylli olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Qeyd edilənləri qəbul etməyərək bildirirlər ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, etirazlarını belə təhrif edərək, guya etirazlarının şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə ehtiyac qalmazdı. “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirirlər ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Odur ki, cavabdeh inzibati orqan Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab etdi, xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2025-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh PHŞ-in üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında onlayn qaydada iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli 1680 saylı rəyini vermiş Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsin ambulator şöbəsinin müdiri ikinci dərəcəli ekspert həkim-psiatrı X5 rəyi müdafiə etdi və izahatında bildirdi ki, ekspertiza zamanı iddiaçıda F07 diaqnozu olması təsdiq edilmişdir. Üzvi travma mənşəli şəxsiyyət pozuntusunun xroniki xəstəlik olduğunu, müalicə ilə sağalmadığını, sosial mühitdən asılı olaraq daim davam etdiyini, kompensasiya mərhələləri olduğunu, xəstənin vəziyyətindən asılı olaraq kəskinləşə, yaxud sakitləşə biləcəyini qeyd etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıda təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti vardır. Təfəkkürdə nəzərə çarpan dəyişikliklər müşahidə edilir. Müayinə zamanı diqqət tələb edən sualları cavabladırması müəyyən vaxt tələb edirdi, lənglik var idi. Həmçinin tez-tez kəskinləşən psixotik epizodlar müşahidə edilirdi. Müayinə zamanı hallüsinasiya, illüziya yox idi, amma bu o demək deyil ki, onlar digər vaxtlar müşahidə olunmayacaq. Şəxsiyyət pozuntusunun əlamətləri olaraq zahirən narahat, gərgin, aqressiv, emosiyaları və əhvalı dəyişkən idi. Gözlə görüləcək davranış pozuntuları var. Tibbi sənədlərdən məlum olduğu kimi intihar cəhdləri də olmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri, eksperti dinləyib, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini, apellyasiya şikayətinin dəlillərini və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, apellyasiya şikayəti rədd edilməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.1993-cü ildə anadan olmuş və xx.xx.2020-ci il tarixdə başlamış 44 günlük Vətən Müharibəsində zabit kimi iştirak etmiş, işğalda olan rayonların erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərə qatılmış və hərbi tapşırığını yerinə yetirən zaman kəlləbeyin travması və digər xəsarətlər almış və AR MN-nin HHEK-sı tərəfindən şəhadətləndirilməyi aparılmaqla xx.xx.2024-cü il tarixli 1236 saylı Xəstəlik haqqında Şəhadətnaməyə əsasən «sülh və müharibə dövründə hərbi xidmətə yararsız» hesab olunaraq təxris edilmişdir. İddiaçı “Vətən uğrunda, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikasının müharibə veteranıdır. P00249185CRZ saylı xx.xx.2025-ci il tarixli tibbi göndəriş elektron qaydada cavabdeh orqana təqdm olunmuş, cavabdeh tərədindən «diaqnoz əlillik əlaməti təyin etmir» əsası ilə əlillik dərəcəsinin təyin olunmasından imtina barədə Qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “X6 Mərkəzi” X9 stasionar xəstənin tibbi kartasından çıxarışından məlum olur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Qapalı kəllə-beyin travması, topuq nahiyəsini (sol) dəlib keçən güllə yarası. Barotravma. Sol dirsək nahiyəsini dəlib keçən güllə yarası” diaqnozu ilə müalicədə olmuşdur. Travma haqqında arayışlar, xəstəlik haqqında 1236 nömrəli şəhadətnamə iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışından məlum olur ki, İddiaçı xx.xx.2025-ci il tarixdə “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, cəngolma tutmaları ilə. Fəlakət (müharibə) keçirdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş. şəxsiyyətin davamlı dəyişildiyi, Saidin çoxsaylı açıq yaralan, Sağ saidin. qarnın ön divarının çoxsaylı kəsilmiş (xx.xx.2024) yaralarından sonrakı bərkiməmiş, sol saidin ön səthinin termiki yanığından sonrakı bərkimiş dəri çapıqları. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Sağ tərəfli 1-ci dərəcəli xroniki neyrosensor tip ağıreşitmə, sol tərəf 1-ci dərəcəli xroniki neyrosensor tip ağıreşitmə” diaqnozu qoyulduğu, lakin “əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina edildiyi aydın olur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli 3441 saylı arayışından məlum olur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə həkim psixiatr komissiyasından keçmiş, ona “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, cəngolma tutmaları, eşitmə və görmənin zəifləməsi ilə F07.0” diaqnozu təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 1352/2024 nömrəli xəstəlik tarixindən çıxarışdan aydın olur ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, cəngolma tutmaları ilə F07.0” diaqnozu ilə müalicədə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 xx.xx.2024-cü il tarixli 28 saylı arayışından məlum olur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə həkim psixiatr komissiyasından keçmiş, ona “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, cəngolma tutmaları’’ diaqnozu təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli 1680 saylı ekspertiza rəyində qeyd edilmişdir ki, İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasıda “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotrauma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, cəngolma tutmaları, eşitmə və görmənin zəifləməsi ilə F07.0" diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən narahat və gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhvalruhiyyəsinin dəyişkən olması, disforik olması, enməyə meylli olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İİ. Yekun hissəsi: İnzibati işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən mənkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: iddiaçı xx.xx.1993-cü il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla, onda aşağıdakı xəstəliklər aşkar olunurmu? - Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, cəngolma tutmaları ilə F07.0 Cavab: Yoxlanılan şəxs İddiaçı “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. İddiaçı hal-hazırda ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar aldığı xəsarətlə bağlı” orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsini istəyir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEKə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. Xəstəlik haqqında 1236 nömrəli şəhadətnamədən görünür ki, diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin, o cümlədən: F07.0 Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş kəllə-beyin travması, baş silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, F62.0 Fəlakət (müharibə) keçirdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş şəxsiyyətin dəyişikliyi) səbəbli əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 7.6.2.2-ci bəndinə əsasən məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz, orqanizmin funksiyalarının pozulması 2 il müddətinə müəyyən edilmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli 1680 saylı rəyinin verilməsində iştirak edən məhkəmə tibb eksperti X3 izahatında qeyd etdikləri, habelə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi də nəzərə alınmaqla, iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə iki il müddətinə əlillik təyin edilməlidir. Bu səbəbdən işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlsə də, əlillik dərəcəsini düzgün müəyyən etməmişdir, iddiaçının iddia tələbinin dəqiqləşməsi barədə ərizəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya xx.xx.2025-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-4913/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı imtina haqqında sonuncu qərarın qəbul edildiyi xx.xx.2025-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1013/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1013/2025
22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver