Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1020/2024 18.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X23 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı rayon Polis şöbəsinə qarşı “üçüncü şəxslərin yaşayış evindən qeydiyyatından çıxarılmaları“ tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2- 1(118)-4070/2024 nömrəli qərarından üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən X14, X12, X19, X15, X6 və X1 şəhəri, 20 qanlı Yanvar küçəsi, ev 7 ünvanında (Yeni qaydalarla: ünvan 2yatdadır. X6 və X7 iddiaçının qardaşları, X12, X19, X15 və X14 onun qardaşının ailə üzvləridir. Şamaxı şəhəri, qanlı 20 Yanvar küçəsi ünvanda yerləşən ümumi sahəsi 35 kv.m. olan fərdi yaşayış evi İddiaçı və X8, X5, X16, X9 oğlunun paylı mülkiyyətlərində olmuş, İddiaçı cavabdehlər X8, X5, X16, X11 qarşı məhkəmə iddia qaldıraraq ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,0531 ha torpaq sahəsindən ibarət 2 otaqlı yaşayış evinin ilkin satış qiyməti 45.000 (qırx beş min) manat müəyyən edilməklə, hərraca çıxarılması və ev satıldıqdan sonra əldə olunan məbləğin tərəflər arasında paylara mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(074)-77/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Şamaxı şəhəri, qanlı 20 Yanvar küçəsi, ev ünvanında yerləşən ümumi sahəsi 0,0531 ha torpaq sahəsindən ibarət 2 otaqlı yaşayış evinin hərraca çıxarılması, ev satıldıqdan sonra əldə olunan məbləğin tərəflər arasında paylara mütənasib şəkildə bölünməsi və iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evinin naturada bölünməsi mümkün olmamış, eləcə də, cavabdehlər iddiaçının payının dəyəri üzrə kompensasiya vermək istəməmişlər, onların kompensasiya vermək imkanlarının olmadığı iş üzrə sübutlarla təsdiq edilməmişdir. Qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Sözügedən fərdi yaşayış evi Şamaxı Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(074)-77/2022 nömrəli qətnaməsi əsasında hərraca çıxarılmış, “X2” Əmlak Hərrac Mərkəzi MMC-nin Açıq hərracın Yekunları barədə 158/23 saylı, xx.xx.2023-cü il tarixli hərrac protokoluna əsasən İddiaçı hərracın qalibi olmuşdur. Bundan sonra ünvan 1 ünvanında (Yeni qaydalarla: ünvan 4 ümumi sahəsi 35 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına **********3-10301 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı rayon Polis şöbəsinə müraciət edərək, X8, X5, X16, X9, X3 və X4 ünvan 1 ünvanından (Yeni qaydalarla: ünvan 5ıxarılmalarını xahiş etmişdir. Cavabdeh 16 mart 2024-cü il tarixli, 3-13-108/2-2132/24 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edərək müraciətdə qeyd edilən şəxslərin ünvan 1 ünvanından (Yeni qaydalarla: ünvan 6zrə qeydiyyatdan çıxarılmaları barədə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X8, X5, X16, X9, X3 və X4 ona məxsus Şamaxı şəhəri, qanlı 20 Yanvar küçəsi ünvanda yerləşən 7 nömrəli (Yeni qaydalarla: Şamaxı rayonu, Şamaxı şəhəri, 20 Qanlı Yanvar küçəsi, giriş 17) fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı şəhəri, qanlı 20 Yanvar küçəsi ünvanda yerləşən 7 nömrəli (Yeni qaydalarla: Şamaxı rayonu, Şamaxı şəhəri, 20 Qanlı Yanvar küçəsi, giriş 17) ev iddiaçının xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evi məhkəmə qətnaməsinə əsasən hərraca çıxarılmış və iddiaçı tərəfindən açıq hərracdan əldə edilmişdir. Üçüncü şəxslər onun evdə formal olaraq qeydiyyatda qalmışdırlar, onların ev üzərində heç bir hüququ yoxdur. Ev mülkiyyətinə keçəndən bir müddət sonra məlum olmuş ki, üçüncü şəxslər həmin evdən qeydiyyatdan çıxmamış onun mənzilində qeydiyyatda qalmışdırlar. Üçüncü şəxslərin mənzilində qeydiyyatda qalması ona mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirməkdə çətinlik yaradır, rəsmiləşdirmə işlərinin aparılmasına maneələr törədir və əlavə xərc çəkməyinə səbəb olur. Üçüncü şəxsləri qeydiyyatdan çıxarmaq üçün cavabdehə müraciət etmiş, cavabdeh müraciətini təmin etməmiş və inzibati məhkəməyə müraciət etməyini məsləhət bilmişdir. Bu səbəbdən də hazırkı iddia məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2024-cü il tarixli qərardadı ilə X14, X12, X19, X15, X6 və X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-1(118)-4070/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, X8, X5, X16, X9, X3 və X4 iddiaçıya məxsus Şamaxı şəhəri, qanlı 20 Yanvar küçəsi ünvanda yerləşən 7 nömrəli (Yeni qaydalarla: Şamaxı rayonu, Şamaxı şəhəri, 20 Qanlı Yanvar küçəsi, giriş 17) evdən pasport qeydiyyatından çıxarılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisəli mənzil Şamaxı Rayon Məhkəməsinin 2(074)-77/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hərraca çıxarılmış və “X2” Əmlak Hərrac Mərkəzi MMC-nin açıq hərracın yekunları barədə 158/23 saylı, xx.xx.2023-cü il tarixli hərrac protokoluna əsasən iddiaçının adına rəsmiləşmiş və onun xüsusi mülkiyyət hüququ tanınmışdır. Göründüyü kimi üçüncü şəxslərin mübahisəli mənzildə pasport qeydiyyatları formal xarakter daşıyır. Üçüncü şəxslər ev üzərində hər hansı hüquqa malik olmadığı halda, qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla, iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Həmin qərardan narazı qalan üçüncü şəxs X12 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Şamaxı Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(074)-77/2022 nömrəli qətnaməsinə istinad etmişdir. Həmin məhkəmə qətnaməsi mövcud olsa da, həmin iş üzrə yekun qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilməmişdir. Belə ki, həmin mübahisə hələ də davam etməkdədir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdirlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. ... Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; ... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı: Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ... Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti baxımından hesab edir ki, ........... Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Hazırda apellyasiya baxışının hədlərini qərarın X10 münasibətdə iddia tələbinin təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki iş üzrə iddia təmin olunsa da, cavabdeh və digər üçüncü şəxslər - X19, X15 və X14 qərardan apellyasiya şikayəti verməmiş, iddianın təmin edilən hissəsini mübahisələndirməmişdirlər. Qərardan yalnız üçüncü şəxs X12 apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən hissələri üzrə yoxlamışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı X10 münasibətdə iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisə predmetini üçüncü şəxslərin iddiaçıya məxsus ünvan 1 ünvanında (Yeni qaydalarla: ünvan 8ş evindən qeydiyyatdan çıxarılmalarından imtinası təşkil edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarının yuxarıda sadalanan normalarının tələblərini nəzərə alaraq qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1. Şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;
2. Həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. Birinci şərtlə bağlı nəzərə almaq lazımdır ki, üçüncü şəxsin yaşayış sahəsinə əvvəllər iddiaçı ilə birgə (paylı) mülkiyyət (əmlak) hüququ mövcud olsa da, hazırda onun həmin evə dair mülkiyyət, o cümlədən, istifadə hüququ yoxdur. Belə ki, işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi mübahisəli yaşayış evi əvvəllər iddiaçı və onun qardaşının ailə üzvləri - X12, X19, X15 və X8 paylı mülkiyyətlərində olmuş, onlar arasında hazırkı inzibati mübahisədən əvvəl mülki məhkəmə icraatı qaydasında məhkəmə çəkişməsi olmuşdur. Belə ki, Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 31 yanvar 2022-ci il tarixli, 2(074)-77/2022 nömrəli qətnaməsi ilə ünvan 3 ünvanında yerləşən sözügedən yaşayış evinin hərraca çıxarılması, ev satıldıqdan sonra əldə olunan məbləğin tərəflər arasında paylara mütənasib şəkildə bölünməsi qət edilmişdir. Bundan sonra yaşayış evi açıq hərraca çıxarılmış, hazırkı iş üzrə iddiaçı keçirilmiş hərracın qalibi olmuş, daha sonra ev üzərində iddiaçının xüsusi mülkiyyət hüququ reyestrdə qeydə alınmışdır. Göründüyü kimi mübahisəli yaşayış evi əvvəllər hazırkı iş üzrə iddiaçı və üçüncü şəxs X5 paylı mülkiyyətində olmuş, həmin dövrdə sonuncunun yaşayış evindən mülkiyyət, eləcə də, istifadə hüququ olsa da, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında keçirilmiş hərracın nəticəsində iddiaçı yaşayış evini əldə edərək ev bütövlükdə onun mülkiyyətinə verilmiş, bununla da üçüncü şəxsin həmin evə mülkiyyət hüququ itirilmişdir. Hal-hazırda həmin yaşayış evi üzərində mülkiyyət (istifadə, sahiblik, sərəncam) hüquqları iddiaçıya məxsusdur. Üçüncü şəxsin hazırda həmin evdə yaşamadığı da işin tərəflər arasında mübahisələndirilməyən halıdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Eləcə də, üçüncü şəxsin iddiaçıya məxsus evə dair hər hansı hüquqlarının olmadığı və hazırda həmin ünvanda yaşamadığı halda onun həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından, iddiaçı hazırki tələbində haqlı olmuşdur. Üçüncü şəxs apellyasiya şikayətinin dəlillərində Şamaxı Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(074)-77/2022 nömrəli qətnaməsinin qanuni qüvvəyə minmədiyini qeyd etsə də, işdən görünür ki, həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq, kollegiya hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-1(118)-4070/2024 nömrəli qərarı üçüncü şəxs X10 münasibətdə iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.