Məhkəmə qərarları › İş №2-1(105)-1022/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1022/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1022/2024 24.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “iş stajı üzrə məlumatların Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 X6 daxil edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2-1(118)- 3027/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 13 oktyabr 1987-ci il tarixdə 2 N-li anaclıq zonasına operator vəzifəsinə təyin edilməsi, 17 dekabr 1991-ci il tarixdə N-181k əmrlə, 2N-li anaclıq zonasının operatoru vəzifəsindən 3 N-li sənaye sahəsinə operator keçirilməsi və 1994-cü ilin may ayına qədər fasiləsiz "xxxx" ASC-də operator vəzifəsində işləməsi, bununla da, 13 oktyabr 1987-ci il tarixdən 1994-cü ilin may ayına qədər iddiaçının "xxxx" ASC-də işlədiyi dövrlərə aid iş stajı üzrə məlumatların Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 X6 (PAS) daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2-1(118)-3027/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Könül Həbibova). Qərardaddan narazı qalan iddiaçı xx.xx.2024-cü il tarixində həmin qərardaddan apellyasiya şikayəti vermiş, eyni zamanda ötürülmüş müddətin bərpası barədə ərizə təqdim edərək Sumqayıt İnzibati Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2-1(118)- 3027/2024 nömrəli qərardadından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qərardaddan şikayət vermək üçün nəzərdə tutulmuş müddəti əhatə edən tarixlərdə Azərbaycanda olmadığına görə aidiyyəti üzrə şikayət vermək imkanı olmamışdır. Habelə qardaşı Pərvizə verdiyi 158147 nömrəli etibarnamədə “etibar edilənə etibarnamə üzrə X5 tərəfindən verilən səlahiyyətlərdə İPMnin 31-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında iddiaçını təmsil etmək hüququ göstərmədiyindən” etibarnamə verdiyi şəxs qeyd edilən səbəblərdən adından apellyasiya şikayət vermək hüququnu həyata keçirə bilməmişdir (əsas: AR Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.20024 cü il tarixli məktubu). Belə ki, xx.xx.2023-cü il tarixindən (qərardad qəbul edilən tarix də daxil olmaqla ) xx.xx.2024-cü il tarixinə qədər Türkiyə Respublikasında olmuşdur və bu müddət ərzində Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-3027/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı qanunda nəzərdə tutulmuş qaydada ona təqdim edilməmişdir. Bu səbəbdən narazı qaldığı qərardaddan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulan prosessual müddəti ötürmüşdür. Hazırda xx.xx.2024-cü il tarixdən Azərbaycandadır və qərardadın surətini xx.xx.2024-cü il tarixdə əldə etmişdir. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, mübahisələndirilən qərardadın surəti iddiaçının qardaşı P.Kərimova xx.xx.2024-cü il tarixdə verilmişdir, iddiaçı həmin qərardaddan 06 sentyabr 2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Bu baxımdan, apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması qərara alınmış və 24 oktyabr 2024-cü il tarixə, saat 17:35-ə məhkəmə iclası təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməyərək iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilə bilməsi müəyyən olunur. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8- ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, mübahisələndirilən qərardadın surəti iddiaçının qardaşı P.Kərimova xx.xx.2024-cü il tarixdə verilmişdir. İddiaçı ərizəsində müddətin ötürülmə səbəbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında olmadığından şikayətin verilməsi müddətini ötürmüşdür. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”-nın 9.22-ci bəndinə əsasən fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir. Hazırki halda mübahisələndirilən məhkəmə qərardadı iddiaçının qardaşı tərəfindən 16 aprel 2024-cü il tarixdə qəbz imzalanmaqla təhvil alınmış, şikayət verilmə müddəti də həmin tarixdən başlanmışdır. Bu eyni zamanda mübahisə edilməyən haldır. Məhkəmə kollegiyası iddiaçının dəlillərinə münasibətdə isə qeyd edir ki, ərizədə göstərilən hal - ölkə xaricində olması, onun tərəfindən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayətinin verilməsinə mane olan hal hesab edilə bilməsi, həmin müddətin nə qədər olmasından və iddiaçının şikayət verməklə bağlı hansı tədbirlər görməsindən asılıdır. Hazırkı işdə isə iddiaçının qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş 22 fevral 2024-cü il tarixli məktubun surətindən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən vaxtilə iddiaçının qardaşına verdiyi etibarnamədə etibar edilənə etibarnamə üzrə İddiaçı tərəfindən verilən səlahiyyətlərdə İPM-nin 31-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında iddiaçını təmsil etmək hüququnun göstərilmədiyi izah olunmaqla, qeyd olunan halın aradan qaldırılması tövsiyə edilmişdir. Lakin iddiaçı tərəfindən bununla bağlı hazırki günədək heç bir addım atılmamışdır. Belə ki, iddiaçının ölkə xaricində olması onun tərəfindən müvafiq etibarnamə verilməsinə mane olacaq hal deyil. Odur ki, iddiaçının məhkəmə qərarından vaxtından uzun müddət keçəndən sonra şikayət verməsinin səbəbləri üzrlü hesab edilə bilməz. Eyni zamanda iddiaçının elektron informasiya sistemində olan məlumatlarından onun Azərbaycan Respublikası vətəndaşı olduğu və Azərbaycan Respublikasını tərk etmədiyi görünür. İddiaçı isə Türkiyə Respublikasına aid olduğu görsənən sənədlərin təsdiq edilməmiş surətini ərizəsinə əlavə etmiş, məhkəmə iclasında isə iştirak etməmişdir. Könül Nаmidаr qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiyа Məhkəməsi Plenumunun 8 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, “qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə, mаneə törətsin və yа məhdudiyyət yаrаtsın” İPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərardadından şikayət verilmənin son müddəti xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Lakin, iddiaçı tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 10 günlük müddət ötürüldükdən sonra, yəni xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. “X2 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbayan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq, onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Eyni zamanda məhkəmə kollegiyası inzibati məhkəmə icraatının yardım etmə vəzivəsini nəzərə alaraq iddiaçıya izah edir ki, formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hüquqi marağına uyğun olan və konkret hüququqi nəticə yaradan iddia ilə yenidən məhkəməyə müraciət etməsi istisna edilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müddətin bərpası barədə ərizə təmin edilməməli, apellyasiya mümkün sayılmayaraq apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80, 85, 86 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2-1(118)-3027/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar