Məhkəmə qərarları › İş №2-1(105)-1023/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1023/2025

12.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1023/2025 12.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(118)-5056/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Rahim Həsənov) xx.xx.2025-ci il tarixli e-2-1(118)- 5056/2025 nömrəli qərarı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********192530 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı X4 apellyasiya şikayəti verərək, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********192530 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya 2 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********184853 saylı qərarı ilə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə iyun 2021-may 2024 hesabat dövrləri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2024-cü il tarixdə başlanmış və xx.xx.2025-ci il tarixdə bitmişdir. Nəticəsi isə xx.xx.2025-ci il tarixli **********185377 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin aktda qeyd edilənlərə əsasən: Səyyar vergi yoxlaması 5 halda ümumilikdə 59 gün müddətinə müvəqqəti dayandırılmış, 1 halda isə ümumilikdə 60 gün müddətinə uzadılmışdır. “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2024-cü il tarixli **********184886 nömrəli Tələbnaməyə əsasən bank çıxarışları, NKA hesabatları kreditor və borcların ilin sonuna qalığı vergi ödəyicisi tərəfindən elektron formatda (Excel) təqdim edilmiş və buna dair xx.xx.2024-cü il tarixli protokol tərtib edilmişdir. Yoxlama vergi ödəyicisi tərəfindən təqdim edimiş sənəd və elektron formada məlumatlar, vergi ödəyicisinin vergi orqanında olan hüquqi sənədləri və baza məlumatları əsasında aparılmışdır.Təqdim edilməyən sənədlərlə bağlı isə xx.xx.2024-cü il tarixli imtina aktı tərtib edilmişdir. Yoxlama üzrə ekspertiza aparılmamış, mütəxəssis dəvət edilməmişdir. Yoxlama nəticəsində ƏDV üzrə kənarlaşma aşkar edilməmişdir.Yoxlama zamanı iddiaçının vergiyə cəlb olunan gəlirlərinin müəyyən edilməsi mümkün olmamışdır, belə ki, mühasibat uçotu registrlərinin, hesablama cədvəllərinin, uçot jurnalarının tərtib edilməməsi səbəbindən yoxlama ilə əhatə olunan dövr üzrə satışdan əldə olunan nağd pul vəsaitlərinin hərəkətinə dair sənəd və məlumatlar yoxlamaya təqdim edilməmişdir. Yoxlama zamanı vergi ödəyicisinin gəlirlərini müəyyən etmək mümkün olmadığından 2021-2023-cü illər üzrə gəlir vergisi Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik norması əsasında hesablanmış, nəticədə gəlir vergisinin 2021-ci il üzrə 378,057.65 manat, 2022-ci il üzrə 476,093.68 manat, 2023-cü il üzrə 452,958.37 manat, ümumilikdə 1,307,109.70 manat az hesablandığı müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsinə dair xx.xx.2025-ci il tarixli **********192530 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərara əsasən: 1. Gəlir vergisi üzrə 2021-ci ilə 378.057,65 manat əlavə vergi məbləği hesablanmış və 189.028,83 manat maliyyə sanksiyası tətbiq edilmiş; 2. Gəlir vergisi üzrə 2022-ci ilə 476,093.68 manat əlavə vergi məbləği hesablanmış və 238.046,84 manat maliyyə sanksiyası tətbiq edilmiş; 3. Gəlir vergisi üzrə 2023-ci ilə 452.958,37 manat əlavə vergi məbləği hesablanmış və 226.479,19 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixli **********192530 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən iddiaçıya 1.307.109,70 manat əlavə vergi məbləği hesablanmış, 653.554,86 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2025-ci il tarixli **********192530 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərarı qanunsuz hesab edirlər: Şərti rentabellik normasının tətbiqi üçün əsasın olmaması Səyyar vergi yoxlaması aktında qeyd edilənlərdən aydın olduğu kimi, cavabdeh vergi orqanı iddiaçının gəlirlərini müəyyən edə bilmədiyinə görə iddiaçıya münasibətdə Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasını tətbiq etmişdir. Belə ki, cavabdeh nağd pul vəsaitlərinin hərəkətinə dair cədvəlin olmadığını iddiaçının gəlirlərinin müəyyən edilməsinin mümkün olmamasına dəlil kimi qəbul etmişdir. Bununla bağlı qeyd edir ki, vergi qanunvericiliyinin tələblərinə əsasən pərakəndə ticarət fəaliyyəti çərçivəsində satışlar üzrə nağd ödənişlər nəzarət kassa aparatının çeki, topdansatış fəaliyyəti çərçivəsində satışlar isə elektron qaimə faktura ilə rəsmiləşdirilir. Belə ki, Vergi Məcəlləsinin: 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 13.2.63cü maddəsinə əsasən topdan satış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektronqaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 16.1.8-ci maddəsinə əsasən aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.11-6-cı maddəsinə əsasən aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaiməfaktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. 50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılmasıQaydası”nın: 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) elektron qaimə-faktura ilə yanaşı, POSterminaldan çıxarış verilir. 5.1-ci maddəsinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin bu Qaydada nəzərdə tutulan sənədləşdirilmiş məlumatlar əsasında alıcılara təqdim etdiyi mallar üzrə dövriyyə bu fəaliyyəti həyata keçirən şəxsin gəlirlərinə aid edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılmasıQaydası”nın: 4.1-ci maddəsinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) verilir. Malların dəyəri nağdsız qaydada (POS terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarətkassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaiməfaktura) ilə yanaşı, POS terminaldan çıxarış verilir. 5.1-ci maddəsinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən vergiödəyicisinin malları bu Qaydada nəzərdə tutulan sənədləşdirilmiş məlumatlar əsasında alıcılara təqdim etdiyi üzrə dövriyyə bu fəaliyyəti həyata keçirən şəxsin gəlirlərinə aid edilir. Sadalananlardan aydın olduğu kimi, iddiaçının vergitutma məqsədləri üçün gəlirləri pərakəndə ticarət zamanı nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə, topdan ticarət fəaliyyəti zamanı isə elektron qaimə-faktura tətbiq etməklə həyata keçirilən əməliyyatların dəyəri əsasında müəyyən edilir. İş materiallarından gördünüyü kimi, iddiaçı pərakəndə və topdan satış əməliyyatları bağlı qanunvericilikdə nəzərdə tutulan təsdiqedici sənədləri (NKA çekləri, elektron qaimə faktura) cavabdeh vergi orqanına təqdim etdiyi halda, cavabdeh əsassız olaraq gəlirə dair sənədin olmaması nəticəsinə gəlmişdir. Halbuki, nağd pul vəsaitlərinin hərəkətinə dair cədvəlin olmaması təqvim illəri üzrə gəlirin müəyyən edilməsinə mane ola bilməz. Belə ki, nağd pul vəsaitlərinin hərəkətinə dair cədvəl vergitutma məqsədləri üçün gəlirlərin məbləğini yox, daxil olan pul vəsaitlərinin hansı təyinatla və hansı istiqamətdə xərcləndiyini göstərir. Beləliklə, qeyd edilənlərdən aydın olur ki, iddiaçının gəlirlərinə dair qanunla nəzərdə tutulmuş təsdiqedici sənədləri olduğu halda, ərizəni imzalayan şəxs haqqında məlumat: cavabdeh vergi orqanı gəlirin müəyyən edilməməsi əsası ilə Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasını tətbiq etməkdə haqlı olmamışdır. Həmçinin qeyd etmək lazımdır ki, cavabdeh inzibati orqan yoxlama nəticəsində ƏDV üzrə hər hansı kənarlaşma aşkar etməmişdir. Halbuki, ƏDV üzrə dövriyyə də eynilə pərakəndə və topdansatış fəaliyyəti əsasında formalaşmışdır. Bir haldaki ƏDV üzrə hər hansı kənarlaşma aşkar edilməyib, o halda gəlir vergisi üzrə kənarlaşmanın müəyyən edilməsi məntiqsizdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdeh vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********184853 saylı qərarına əsasən X2 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr əhatə edilməklə vergi ödəyicisində növbəti səyyar vergi yoxlaması təyin edilmişdir.“Növbəti səyyar vergi yoxlamasının keçirilməsi barədə” Qərar, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış, “Vergi yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə” Tələbnamə vergi ödəyicisinə təqdim edilmiş və xx.xx.2024-cü il tarixli **********184886 saylı Tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində yoxlamaya təqdim edilməsi təklif edilmişdir. Vergi ödəyicisi 2021-2022-2023-cü illərin yekunları üzrə gəlir vergisi bəyannamələrini hesablama metodu ilə təqdim etmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü, 16.1.6-cı və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin uçotunu aparmaq, mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədləri, habelə alınan gəlirləri (cəkilən xərcləri) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədləri saxlamaq, vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri, maliyyə hesabatlarını vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. Lakin, vergi yoxlamasının keçirilməsi üçün zəruri olan bir sıra sənəd və məlumatların vergi ödəyicisindən götürülməsi, həmçinin səyyar vergi yoxlamasının keçirildiyi müddətdə onların digər mənbələrdən əldə edilməsi və bununla əlaqədar olaraq yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirlərinin müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, vergi ödəyicisi tərəfindən mühasibat uçotu registrlərinin, hesablama cədvəllərinin, uçot jurnallarının tərtib edilməməsi səbəbi ilə yoxlama ilə əhatə edilən dövr üzrə satışdan əldə olunan nağd pul vəsaitlərinin hərəkətinə dair sənəd və məlumatlar yoxlamaya təqdim edilməmişdir. Vergi ödəyicisi Sumqayıt şəhərində (Ən ucuz ticarət mərkəzi) ərzaq və qeyri-ərzaq mallarının pərakəndə və topdan satışı fəaliyyəti ilə məşğuldur. Obyektdə satışdan əldə edilmiş nağd pul vəsaitlərinin təhtəlhesab şəxslərdən qəbulunu, kassaya mədaxilini və təyinatı üzrə istifadəsini, nağd pul vəsaitlərinin hərəkətini özündə əks etdirən ilkin mühasibat sənədləri vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilməmişdir. Yoxlama ilə əhatə edilən dövrdə pərakəndə və topdansatış qaydasında həyata keçirilmiş satış əməliyyatları üzrə bəyan edilmiş dövriyyələrlə OnLine NKA-nın fiskal yaddaş hesabatları və qaimə-fakturalar üzrə təqdim etmə dövriyyələri arasında kəskin fərqlər aşkar edilmişdir. Mühasibat uçotu vergi ödəyicisi tərəfindən müəyyən edilmiş qaydada aparmadığına görə qeyd edilənlərlə əlaqədar olaraq gəlir vergisi üzrə vergitutma obyektlərinin müəyyənləşdirilməsi mümkün olmadığı üçün büdcəyə ödənilməli olan verginin məbləği Vergi məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003-cü il tarixli 42 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) şərti rentabellik norması əsasında müəyyənləşdirilmişdir. Ona görə də vergi ödəyicisinin sənədlərlə təsdiq olunan xərcləri araşdırılmış və çəkilmiş xərclərə görə şərti rentabellik norması əsasında gəlirlər müəyyənləşdirilərək vergi hesablamaları aparılmışdır. G = X : 100 x R G - Vergi ödəyicisinin vergiyə cəlb edilən gəliri; X - vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərclər; R - şərti rentabellik norması (20%). 2021-ci ildə vergi ödəyicisinin malların, işlərin (xidmətlərin) təqdim edilməsindən 1.176.331,94 manat gəlir və bu gəlirlə bağlı 10.055.765,51 manat xərci (403.403,70 manat əmək haqqı, 100.384,9 manat sosial sığorta haqları, 9.425.593,9 manat malın maya dəyəri, 18.000 manat icarə haqqı, 34.616,93 manat enerji, 5.145,75 manat su və kanalizasiya, 1.067,23 manat rabitə, 60.450 manat bank xidməti, 651,3 manat reklam, 6.451,8 manat sığorta) olduğu bəyan edilmişdir. Yoxlama zamanı vergi ödəyicisinin təqdim etdiyi bəyannamənin xərclər hissəsinin araşdırılması zamanı əmək haqqı xərcinin 403.403,70 manat, 100.384,9 manat sosial sığorta haqları, 9.413.003,65 manat malın maya dəyəri xərci bəyannamənin 1 nömrəli əlavəsinin dövrün əvvəlinə sonuna mal qalıqları əsas götürülməkə və 2021-ci il ərzində alınmış mallar baza məlumatları əsasında müəyyən edilmiş, 18.000 manat icarə haqqı, 34.616,93 manat enerji xərcləri, 5.294,22 manat su və kanalizasiya, 1.067,23 manat rabitə, 42.589,49 bank xərcləri, 631,5 manat reklam, 6.451,8 manat sığorta üzrə xərclər, 28.829,96 manat digər xərclər - cəmi 10.054.273,38 manat xərci olmuşdur. 2021-ci hesabat dövrü üzrə hesablama aparmaq üçün vergiyə cəlb edilən gəlir 2.010.854,69 (10.054.273,38 : 100 x 20 = 2.010.854,69) manat, gəlir vergisinin məbləği isə 402.170,94 (2010854,69 x 20% = 402.170,94) manat müəyyən edilmişdir. 2021-ci il üzrə vergi ödəyicisinin bəyan etdiyi 24.113,29 manat gəlir vergisi məbləği nəzərə alınmaqla dövlət büdcəsinə əlavə olaraq 378.057,65 (402.170,94 - 24.113,29 = 378.057,65) manat gəlir vergisinin hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 189.028,82 (378.057,65 x 50/100 = 189.028,82) manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. 2022-ci ildə vergi ödəyicisinin malların, işlərin (xidmətlərin) təqdim edilməsindən 12.658.577,70 manat gəlir və bu gəlirlə bağlı 12.523.664,55 manat xərci (491.510,75 manat əmək haqqı, 134.520 manat sosial sığorta haqları, 11.838.825 manat malın maya dəyəri, 12.000 manat icarə haqqı, 35.340 manat enerji, 11.468,8 manat bank xidməti) olduğu bəyan edilmişdir. Yoxlamanı zamanı vergi ödəyicisinin təqdim etdiyi bəyannamənin xərclər hissəsinin araşdırılması zamanı əmək haqqı xərcinin 491.510,75 manat, 134.520 manat sosial sığorta haqları, 11.776.674,02 manat malın maya dəyəri xərci bəyannamənin 1 nömrəli əlavəsinin dövrün əvvəlinə sonuna mal qalıqları əsas götürülməklə və 2022-ci il ərzində alınmış mallar baza məlumatları əsasında müəyyən edilmiş, 12.000 manat icarə haqqı, 65.410,84 manat enerji xərcləri, 3.877,53 manat qaz xərcləri, 62.519,11 manat bank xərcləri, 432 reklam, 29.963,62 manat digər xərclərə xərc cəmi 12.576.907,87 manat xərci olmuşdur. 2022-ci hesabat dövrü üzrə hesablama aparmaq üçün vergiyə cəlb edilən gəlir 12.576.907,87 (12.576.907,87 : 100 x 20 = 2.515.381,57) manat, gəlir vergisinin məbləği isə 503.076,31 (2.515.381,57 x 20% = 503.076,31) manat müəyyən edilmişdir. 2022-ci il üzrə vergi ödəyicisinin bəyan etdiyi 26.982,63 manat gəlir vergisi məbləği nəzərə alınmaqla, dövlət büdcəsinə əlavə olaraq 476.093,68 (503.076,31 – 26.982,63 = 476.093,68) manat gəlir vergisinin hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 238.046,84 (476.093,68 x 50/100 = 238.046,84) manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. 2023-ci ildə vergi ödəyicisinin malların, işlərin (xidmətlərin) təqdim edilməsindən 12.291.782,19 manat gəlir və bu gəlirlə bağlı 12.175.224,42 manat xərci (522.880 manat əmək haqqı, 112.319,7 manat sosial sığorta haqları, 11.334.024,11 manat malın maya dəyəri, 21.033,30 manat icarə haqqı, 50.331,52 manat enerji, 8.101,06 manat qaz, 3.755,08 manat su və kanalizasiya, 1.020,90 manat rabitə, 102.128,72 manat bank xidməti, 504 manat reklam, 5.074,08 manat bilavasitə işlərin görülməsi bağlı sair xərclər, 10.852,09 manat Borca görə ödənilmiş faizlər və onunla bağlı olan xərclər, 3.199,86 manat sığorta) olduğu bəyan edilmişdir. Yoxlamanı zamanı vergi ödəyicisinin təqdim etdiyi bəyannamənin xərclər hissəsinin araşdırılması zamanı Əmək haqqı xərcinin 522.880 manat, 112.319,7 manat Sosial sığorta haqları, 11.090.597,62 manat malın maya dəyəri xərci bəyannamənin 1 nömrəli əlavəsinin dövrün əvvəlinə sonuna mal qalıqları əsas götürülməkə və 2023-cü il ərzində alınmış mallar baza məlumatları əsasında müəyyən edilmiş, 21.033,30 manat icarə haqqı, 50.331,52 manat Enerji xərcləri, 8.101,06 manat qaz xərcləri, 3.755,12 manat su və kanalizasiya, 82.349,99 manat bank xərcləri, 3.199,86 manat sığorta üzrə xərclər, 12.179,82 manat digər xərclər, cəmi 11.906.747,99 manat xərci olmuşdur. 2023-cü hesabat dövrü üzrə hesablama aparmaq üçün vergiyə cəlb edilən gəlir 2381349,59 (11.906.747,99 : 100 x 20 = 2.381.349,59) manat, gəlir vergisinin məbləği isə 476.269,91 (2.381.349,59 x 20% = 476.269,91) manat müəyyən edilmişdir. 2022-ci il üzrə vergi ödəyicisinin bəyan etdiyi 23.311,55 manat gəlir vergisi məbləği nəzərə alınmaqla dövlət büdcəsinə əlavə olaraq 452.958,36 (476.269,91 - 23.311,55 = 452.958,36) manat gəlir vergisinin hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 226.479,18 (452.958,36 x 50/100 = 226.479,18) manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Sözügedən qərar qanunvericiliyə uyğun şəkildə qəbul edilmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin onunla əsaslandırmışdır ki, Səyyar vergi yoxlaması aktından göründüyü kimi, iddiaçıya 2021-2023-cü illərə gəlir vergisi üzrə əlavə vergi məbləğini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik norması əsasında hesablamışdır. Şərti rentabellik normasının tətbiqi üçün 2 əsas göstərilmişdir: 1. obyektdə satışdan əldə edilmiş nağd pul vəsaitlərinin təhtəlhesab şəxslərdən qəbulunu, kassaya mədaxilini və təyinatı üzrə istifadəsini, nağd pul vəsaitlərinin hərəkətini özündə əks etdirən ilkin mühasibat sənədlərinin vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilməməsi 2. yoxlama ilə əhatə olunan dövrlərdə satış əməliyyatları üzrə bəyan edilmiş dövriyyələrlə online NKA-nın fiskal yaddaş hesabatları və qaiməfakturalar üzrə təqdimetmə dövriyyələri arasında kəskin fərqlərin aşkar edilməsi Məhkəmənin də razılaşdığı cavabdeh inzibati orqanın yuxarıda göstərilən birinci əsasına münasibətdə aşağıdakıları qeyd edirik: Vergi qanunvericiliyinin tələblərinə əsasən pərakəndə ticarət fəaliyyəti çərçivəsində satışlar üzrə nağd ödənişlər nəzarət kassa aparatının çeki, topdansatış fəaliyyəti çərçivəsində satışlar isə elektron qaimə faktura ilə rəsmiləşdirilir. Belə ki, Vergi Məcələsinin: 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış – maların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcələdə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcələdə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 16.1.8-ci maddəsinə əsasən aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəlik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarınımüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.11-6-cımaddəsinə əsasən aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. 50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydasının”: 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) maların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcələsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Maların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) elektron qaiməfaktura ilə yanaşı, POS terminaldan çıxarış verilir. 5.1-ci maddəsinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin buQaydada nəzərdə tutulan sənədləşdirilmiş məlumatlar əsasında alıcılara təqdim etdiyi mallar üzrə dövriyyə bu fəaliyyəti həyata keçirən şəxsin gəlirlərinə aid edilir. Azərbaycan RespublikasıPrezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılmasıQaydasının”: 4.1-ci maddəsinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarətkassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS terminaldan çıxarış verilir. 5.1-ci maddəsinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisinin malları bu Qaydada nəzərdə tutulan sənədləşdirilmiş məlumatlar əsasında alıcılara təqdim etdiyi dövriyyə bu fəaliyyəti həyata keçirən şəxsin gəlirlərinə aid edilir. Sadalanan normaların birgə təhlilindən aydın olduğu kimi, iddiaçının vergitutma məqsədləri üçün gəlirləri pərakəndə ticarət zamanı nəzarət-kassa aparatı və POSterminal tətbiq edilməklə, topdan ticarət fəaliyyəti zamanı isə elektron qaimə-faktura tətbiq etməklə həyata keçirilən əməliyyatların dəyəri əsasında müəyyən edilir. Göründüyü kimi, iddiaçı vergitutma məqsədləri üçün satış əməliyyatlarını qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirərək satışa dair rəsmi sənədlərini (NKA çeklərini və elektron qaimə-fakturaları) yoxlamanı həyata keçirən vergi orqanına təqdim etmişdir. Belə olan halda cavabdehin gəlirə dair qanunvericilikdə təsbit edilmiş tələblərə cavab verən NKA çekləri və e-qaimələrin mövcudluğunu nəzərə almadan, nağd pul vəsaitlərinin hərəkətinə dair sənədlərin (nağd pul vəsaitlərinin təhtəlhesab şəxslərdən qəbulunu, kassaya mədaxilini və təyinatı üzrə istifadəsini, nağd pul vəsaitlərinin hərəkətini özündə əks etdirən ilkin mühasibat sənədlərinin) olmadığını əsas götürərək, iddiaçının gəlirlərinin müəyyən edilməməsi ilə bağlı gəldiyi nəticə tamamilə qanunsuz olmuşdur. Halbuki, yuxarıda da izah etdiyimiz kimi cavabdehin istinad etdiyi sənədlər vergitutma məqsədləri üçün gəlirlərin müəyyən edilməsi üçün nəzərdə tutulmuş sənədlər deyil. Məhkəmənin nəzərinə çatdırım ki, həmin sənədlərin mövcud olmaması sadəcə olaraq VM-nin 58.8-ci maddəsinə müvafiq olaraq pul vəsaitlərinin uçotdan yayındırılmasına (mühasibat uçotuna əsasən müəyyən edilən qalıq nağd pul vəsaitinin iddiaçının kassasında mövcud olmamasına) görə maliyyə sanksiyası tətbiq edilməsinə əsas ola bilərdi. Beləliklə, cavabdeh vergi orqanı iddiaçının vergitutma məqsədləri üçün gəlirə dair təsdiqedici sənədləri mövcud olduğu halda, yoxlama ilə əhatə olunan dövrlər üzrə gəlirlərin müəyyən edilməməsi nəticəsinə gələrək Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarını tətbiq etmişdir ki, bu da vergi qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Digər yandan, cavabdeh vergi orqanıNazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarını tətbiqi ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə də uyğun davranmamışdır. Belə ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən “vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. VM-nin 67-ci maddəsinin müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır.” (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-504/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 2-1(102)-1041/2025 nömrəli qərarları). Göründüyü kimi, bu cür hesablamalar zamanıVergi Məcəlləsinin 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli vergi məbləğinin hesablanması qaydasının tətbiqini istisna edən və şərti rentabellik institutunun birbaşa tətbiqini zəruri edən əsaslar vergi orqanları tərəfindən açıqlanmalıdır. Lakin hazırki işdə iddiaçının vergiyə cəlb edilən gəlirlərini müəyyən etmək məqsədilə əlaqəli məlumatlara çatımlılıq imkanı kifayət qədər yüksək olduğu halda, cavabdeh vergiləri hesablamaq üçün birbaşa şərti rentabellik institutunun tətbiqinə baş vurmuş, lakin diskresion səlahiyyətlərindən nəyə görə məhz bu qaydada istifadə etdiyini əsaslandırmamışdır. Cavabdehin ikinci dəlilinə (satış əməliyyatları üzrə bəyan edilmiş dövriyyələrin online NKA-nın fiskal yaddaş hesabatları və qaimə-fakturalar üzrə təqdimetmə dövriyyələrindən kəskin fərqlənməsinə) münasibətdə isə qeyd edirik ki, ərizə ilə müraciət edərək iddiaçının yoxlama ilə əhatə olunan dövrlər üzrə NKA üzrə nağd satışları və e-qaimələr üzrə topdansatışları barədə məlumatlarını əldə edərək, aidiyyəti üzrə birinci instansiya məhkəməsinə təqdim etmişik. Qeyd olunan məlumatlarda mövcud olan satış dövriyyələri ilə iddiaçının 2021-2023-cü illər üzrə təqdim etdiyi gəlir vergisi bəyannaməsində bəyan etdiyi vergiyə cəlb edilən gəlirləri müqayisə etdiyimiz zaman, həmin göstəricilər arasında hər hansı fərqin mövcud olmadığının, hətta bəzi illər üzrə əksinə iddiaçının daha artıq gəlir bəyan etdiyinin şahidi oluruq. Bundan başqa, səyyar vergi yoxlaması aktının 8-ci səhifəsində qeyd edilir ki, yoxlama nəticəsində ƏDV üzrə hər hansı kənarlaşma aşkar edilməmişdir. Qeyd edim ki, ƏDV hesabatlarında öz əksini tapmış ƏDV üzrə vergiyə cəlb edilən və ya ƏDV-dən azad olunan satış dövriyyələri də gəlir vergisi hesabatlarında olduğu kimi NKA və e-qaimə əsasında həyata keçirilmiş satışlar əsas götürülməklə bəyan edilmişdir. Göründüyü kimi, vergi orqanıƏDV hesabatlarında bəyan edilmiş pərakəndə və topdan satış dövriyyələri üzrə hər hansı kənarlaşma aşkar etmədiyi halda, gəlir vergisi bəyannamələrində öz əksini tapmış satış dövriyyələrini müəyyən edə bilmədiyini qeyd etmişdir ki, bu da cavabdehin iki vergi növü üzrə eyni göstəricilərə münasibətdə fərqli və ziddiyyətli nəticəyə gəldiyini göstərir. Beləliklə, cavabdeh vergi orqanı iddiaçıya 2021-2023-cü illərə gəlir vergisi üzrə əlavə vergi məbləği hesablayan zaman vergi qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Hazırki iş üzrə məhkəmə obyektiv qərarın qəbul edilməsi, eləcə də cavabdeh vergi orqanının həyata keçirilmiş hesablamanın əsaslı olub-olaması istiqamətində hər hansı araşdırma həyata keçirməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı apellyasiya şikayətinə əlavələr təqdim etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini və əlavələri müdafiə edərək izahatında bildirdi ki, iddiaçı əsasən pərakəndə satışla, bəzən topdan satışla məşğul olur. İddiaçı müəyyən zamanda pərakəndə satışda kassa çekini, topdan satışda isə qaimə fakturakı rəsmiləşdirib vergi orqanına təqdim etmişdir. Bu isə hesabatlarla üst-üstə düşür. Vergi orqanı qeyd edir ki, onlar iddiaçıdan hərəkət cədvəlini istəyiblər, guya iddiaçı cədvəli onlara verməmişdir. Bu səbəbdən dolayı cavabdeh orqan iddiaçıdan kassa çeklərini qəbul etməkdən və gəlirlərini tanımaqdan imtina etmişdir. Müvafiq qanunvericiliyə əsasən gəliri təsdiq edən sənəd kassa çeki hesab edilir. İmtinanın əsası kimi pulların xərcləməsi səbəbinin məlum olmamasını qeyd edirlər və gəlirərini tanımırlar. Lakin qeyd etmək zəruridir ki, müəyyən qaimələrdən pulun nəyə xərclənməsi açıqaşkar görünür. Heç bir qanunvericilikdə pul vəsaitlərinin hərəkət cədəvəli deyilən bir anlayış yoxdur. Eyni zamanda birinci instansiya məhkəməsində kassa çeklərinə dair məlumat da təqdim edilmişdir. Gəlir vergisi 1.307.000 manat hesablanmışdır. Qeyd olunanlara əsasən hesab edirlər ki, birinci instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Bu səbəbdən məhkəmə kollgiyasından birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh orqan səyyar vergi yoxlaması həyata keçirmiş və bununla da 3 dövrün, yəni 2021, 2022, 2023-cü illərin əlavə vergi məbləğləri hesablanmışdır. Vergi ödəyicisi tərəfindən mühasibat uçotu registrlərinin, hesablama cədvəllərinin, uçot jurnallarının tərtib edilməməsi səbəbi ilə yoxlama ilə əhatə edilən dövr üzrə satışdan əldə olunan nağd pul vəsaitlərinin hərəkətinə dair sənəd və məlumatlar yoxlamaya təqdim edilməmişdir. Hansı malların satıldığını müəyyən etmək olmur. Gəlirlə bağlı kassa çekləri olmuşdur, lakin onlarda hansı malların satıldığına dair məlumat göstərilməmişdir. Çeklərin üzərində yalnız rəqəmlər göstərilir. Mal qalığını müəyyənləşdirməmişlər. Qeyd olunanlara əsasən hesab edirlər ki, birinci instansiya məhkəməsinin qərarı əsaslıdır. Ona görə də məhkəmə kollegiyasından iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin və ona əlavələrin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12-ci və 58.7-ci maddələrinin tələbləri pozularaq, işin faktiki hallarının tam və hərtərəfli araşdırılması təmin edilmədiyindən, eyni zamanda, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı Əliyev İlqar ərzaq məhsulları olmaqla, müxtəlif çeşiddə məhsulların pərakəndə və topdan satışı fəaliyyəti ilə məşğul olan vergi ödəyicisidir. İddiaçı barəsində 2 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********184853 saylı qərarı ilə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrü əhatə etməklə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi üzrə xx.xx.2025-ci il tarixli **********185377 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmiş, onun əsasında da “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********192530 nömrəli Qərar qəbul edilmişdir. Hazırda iddiaçı cavabdeh inzibati orqanın həmin qərarını mübahisələndiriir. Yoxlama nəticəsində iddiaçıya gəlir vergisi üzrə 2021-ci ilə 378.057,65 manat, 2022-ci ilə 476.093,68 manat, 2023-ci ilə 452.958,37 manat, ümumilikdə 1.307.109,70 manat əlavə vergi məbləği hesablanmış və 653.554,86 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2020-2023-cü illər üzrə gəlir vergisi iddiaçının xərcləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabietinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş şərti rentabellik norması əsasında hesablanmışdır. Gəlir vergisi üzrə əlavə vergi məbləğinin şərti rentabellik norması tətbiq edilməklə hesablanmasına səbəb aşağıdakılar olmuşdur: - obyektdə satışdan əldə edilmiş nağd pul vəsaitlərinin şəxslərdən qəbulunu, kassaya mədaxilini və təyinatı üzrə istifadəsini, nağd pul vəsaitlərinin hərəkətini özündə əks etdirən ilkin mühasibat sənədlərinin vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilməməsi; - yoxlama ilə əhatə olunan dövrlərdə satış əməliyyatları üzrə bəyan edilmiş dövriyyələrlə onlayn NKA-nın fiskal yaddaş hesabatları və qaimə-fakturalar üzrə təqdimetmə dövriyyələri arasında kəskin fərqlərin aşkar edilməsi. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergi Məcəlləsinin 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; ... Vergi Məcəlləsinin 24.1-ci maddəsinə əsasən vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; ... 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Vergi Məcəlləsinin 53-cü maddəsinə əsasən: 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. 53.2. Heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Vergi Məcəlləsinin 55-ci maddəsinə əsasən: 55.1. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır: 55.1.5. hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması; 55.2. Bu Məcəllənin 55.1-ci maddəsində müəyyən edilən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə, bu Məcəllənin 55.1.6-cı maddəsində göstərilən hallarda faizlərin ödənilməsi istisna olmaqla, məsuliyyət daşımır. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları (xx.xx.2024cü il tarixədək qüvvədə olan redaksiyası): Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. ... 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. ... 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Gəlir vergisi üzrə əlavə vergi məbləğinin şərti rentabellik norması tətbiq edilməklə hesablanmasının birinci səbəbinə (obyektdə satışdan əldə edilmiş nağd pul vəsaitlərinin şəxslərdən qəbulunu, kassaya mədaxilini və təyinatı üzrə istifadəsini, nağd pul vəsaitlərinin hərəkətini özündə əks etdirən ilkin mühasibat sənədlərinin vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilməməsi) münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (2-1(102)-504/2025, 2-1(102)-2181/2023, 2-1(102)-769/2024, 2-1(102)-943/2024 nömrəli qərarlar üzrə) şərti rentabelliyin birbaşa tətbiqi əsasında aparılan hesablamalara münasibətdə formalaşmış təcrübəsinə əsasən: 1) Müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə vergi orqanının Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə görə, vergi orqanının ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, belə məlumatları da əldə etmək mümkün olmadıqda şərti rentabellik normasını tətbiq etməklə hesablamaq hüququ vardır. 2) Vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin, hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. 3) Həmin normanın (Vergi Məcəlləsinin 67-ci maddəsinin) müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. 4) Həmçinin, Vergi Məcəlləsinin 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli vergi məbləğinin hesablanması qaydasının tətbiqini istisna edən və şərti rentabellik institutunun birbaşa tətbiqini zəruri edən əsaslar cavabdeh tərəfindən açıqlanmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyindən aydın olduğu kimi, mənfəət vergisi Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq hesablandığı halda, aşağıdakı hallara hüquqi qiymət verilməlidir: 1) Vergi Məcəlləsinin 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinə əsas verən halın mövcudluğu, yəni müvafiq vergi yoxlaması zamanı zəruri sənədlərin vergi ödəyicisi tərəfindən yoxlamanı həyata keçirən vergi orqanınına təqdim edilib-edilmədiyi; 2) Zəruri sənədlər təqdim edilmədiyi təqdirdə, vergi orqanı tərəfindən hesablamanın Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş hansı metod (əlaqəli məlumatdan istifadə, analoji vergi ödəyicisi barədə məlumatdan istifadə, yoxsa şərti rentabellik normasının tətbiqi) əsasında həyata keçirildiyi; 3) Vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində təsbit edilmiş 3 metoddan hər hansı birinin tətbiqinə münasibətdə diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunub-olunmadığı və qəbul edilmiş inzibati aktın inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olub-olmadığı; 4) şərti rentabellik institutunun birbaşa tətbiqi edildiyi halda, onun tətbiqini zəruri edən əsasların cavabdeh tərəfindən açıqlanıb-açıqlanmadığı. Məhkəmə kollegiyası qeyd edir ki, 1-ci bənddə qeyd olunan şərt hazırkı işdə ödənilmir. Belə ki, mənfəət vergisinin hesablanması zamanı Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqinin mümkünlüyü ilə bağlı əsas şərt səyyar vergi yoxlamasının aparılması zamanı sənədlərin vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilməməsidir. Hazırkı işdə iddiaçı gəlirlərinə dair təsdiqedici sənədləri (pərakəndə satışa dair nəzarət kassa aparatının çeklərini, topdan satışa dair elektron qaimə-fakturaları) vergi orqanına təqdim etmiş, lakin vergi orqanı “nağd pul vəsaitlərinin hərəkətini özündə əks etdirən ilkin mühasibat sənədlərinin vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilməməsi” əsası ilə iddiaçının gəlirlərinin müəyyən edilməsinin mümkün olmadığı qənaətinə gəlmişdir. Halbuki, vergi orqanı tərəfindən tələb edilən sənədlər iddiaçının vergitutma məqsədləri üçün gəlirlərini deyil, sadəcə olaraq satış nəticəsində edilmiş gəlirlərin hansı istiqamətdə və məbləğdə xərcləndiyini təsdiq edən sənədlərdir. Başqa sözlə desək, həmin sənədlər gəlirlərə yox, xərclərə dair təsdiqedici sənədlərdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 67-ci maddəsində öz əksini tapmış “sənədlər” ifadəsi ilə nəyin nəzərdə tutulduğu Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidenti) tərəfindən müəyyən edilmiş vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarına əsasən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydasının” və xx.xx.2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydasının” 4.1 və 5.1-ci bəndlərinə əsasən iddiaçının vergitutma məqsədləri üçün gəlirləri pərakəndə ticarət zamanı nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə, topdan ticarət fəaliyyəti zamanı isə elektron qaimə-faktura tətbiq etməklə həyata keçirilən əməliyyatların dəyəri əsasında müəyyən edilir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanının gəlirlərə dair qanunvericilikdə təsbit edilmiş tələblərə cavab verən NKA çekləri və e-qaimələrin mövcudluğunu nəzərə almadan, nağd pul vəsaitlərinin hərəkətinə dair sənədlərin olmadığını əsas götürərək, iddiaçının gəlirlərinin müəyyən edilməməsi ilə bağlı nəticəyə gəlməsi qanunsuz və əsassız olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə təsdiq edilmiş iqtisadi fəaliyyət növləri üzrə gəlir və xərclərin uçotuna dair qaydalarda cavabdehin istinad etdiyi nağd pul vəsaitlərinin hərəkətinə dair sənədlər vergitutma məqsədləri üçün gəlir və ya xərclərə dair təsdiqedici sənəd qismində nəzərdə tutulmamışdır. Bundan başqa, cavabdehin tələb etdiyi nağd pul vəsaitlərinin hərəkətinə dair sənədlərin mövcud olmaması (kənarlaşma aşkar edildiyi təqdirdə) yalnızca Vergi Məcəlləsinin 58.8-ci maddəsinə müvafiq olaraq pul vəsaitlərinin uçotdan yayındırılmasına (mühasibat uçotuna əsasən müəyyən edilən qalıq nağd pul vəsaitinin iddiaçının kassasında mövcud olmamasına) görə maliyyə sanksiyası tətbiq edilməsinə əsas ola bilərdi. Bir sözlə, hazırkı işdə cavabdeh inzibati orqan Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü əsaslandıra bilməmişdir. Bundan əlavə, 2-ci, 3-cü və 4-cü bənddəki şərtlər də hazırkı işdə ödənilmir. Belə ki, cavabdeh vergi orqanı mənfəət vergisinin hesablanması məqsədilə şərti rentabellik institutunu birbaşa tətbiq etdiyi halda, diskresion səlahiyyətlərindən nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamamışdır. Həmçinin, iddiaçının gəlirlərini müəyyən etmək üçün əlaqəli məlumatlar (satışa dair NKA çekləri və elektron qaimə-fakturalar) mövcud olduğu halda, vergi orqanı mütənasiblik prinsipinin tələblərinə əməl etmədən, iddiaçı üçün əlverişli olan halı yox, ən ağır və zərərli olan üsulu - şərti rentabellik normasını tətbiq etmişdir ki, bu da inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmamışdır. Nəticədə iddiaçının sahibkar kimi qanunla qorunan hüquqları pozulmuşdur. Halbuki, “İnzibati icraat haqqında” AR Qanununun 17-cı maddəsində təsbit edilmiş inzibati icraatda mütənasiblik prinsipi (proportionality principle) o deməkdir ki, inzibati orqanların gördüyü tədbirlər məqsədə çatmaq üçün zəruri və adekvat olmalıdır - yəni tədbir məqsədlə uyğun və ölçülü olmalıdır. Başqa sözlə desək, bu prinsipə görə, inzibati orqan qanuni məqsəd güdməli (ictimai maraq, təhlükəsizlik, nizam-intizam və s.), bu məqsədə çatmaq üçün ən az zərərli vasitəni seçməli və görülən tədbir şəxsin hüquq və azadlıqlarına həddindən artıq müdaxilə etməməlidir. Hesablamanın ikinci səbəbinə münasibətə (yoxlama ilə əhatə olunan dövrlərdə satış əməliyyatları üzrə bəyan edilmiş dövriyyələrlə onlayn NKA-nın fiskal yaddaş hesabatları və qaiməfakturalar üzrə təqdimetmə dövriyyələri arasında kəskin fərqlərin aşkar edilməsinə) gəlincə, cavabdeh vergi orqanı hesab edir ki, yoxlama ilə əhatə olunan dövrlərdə satış əməliyyatları üzrə bəyan edilmiş dövriyyələrlə onlayn NKA-nın fiskal yaddaş hesabatları və qaimə-fakturalar üzrə təqdimetmə dövriyyələri arasında kəskin fərqlər var. Halbuki, iddiaçının ərizə əsasında cavabdeh vergi orqanından əldə etdiyi elektron qaimə faktura və onlayn kassa məlumatlarının illər üzrə müvafiq göstəriciləri ilə 2021-2023-cü illər üzrə təqdim edilmiş gəlir vergisi bəyannamələrində öz əksini tapmış gəlirlərə dair göstəricilərin müqayisəsi göstərir ki, yoxlanılan hesabat dövrləri üzrə iddiaçının gəlir vergisi məqsədləri üçün vergiyə cəlb edilən dövriyyəsi üzrə hər hansı kənarlaşması (gəlirlərin az bəyan edilməsi halı) mövcud olmamışdır. Digər tərəfdən, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması aktında iddiaçının ƏDV üzrə hər hansı kənarlaşmasının olmadığı nəticəsinə gəlmişdir. Halbuki, ƏDV və gəlir vergisi üzrə dövriyyə məhz eyni mənbədən - pərakəndə və topdan satış üzrə satış əməliyyatlarından formalaşır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı iddiaçının vergitutma məqsədləri üçün gəlirə dair təsdiqedici sənədləri mövcud olduğu halda, əsasız olaraq yoxlama ilə əhatə olunan dövrlər üzrə gəlirlərin müəyyən edilməməsi nəticəsinə gələrək Vergi Məcəlləsinin 67.14-cü maddəsinə müvafiq olaraq şərti rentabellik normasını tətbiq etmişdir ki, bu da vergi qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Digər tərəfdən, cavabdeh vergi orqanı Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasının birbaşa tətbiqi ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə uyğun davranmamışdır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdeh inzibati orqanın üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslıdır, həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi edilməsi və iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(118)-5056/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin iddiaçı X4 (VÖEN **********) barəsində qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********192530 nömrəli qərarı ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar