Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1025/2024 06.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 2-1(85)-1423/2018 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı Əlibaba oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun xx.xx.1976-xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.2003-cü illər üzrə işlədiyi müddətlərin sosial sığorta stajına, o cümlədən, xx.xx.1978-xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1992-ci illər üzrə işlədiyi müddətlərin güzəştli iş stajına daxil edilərək, ona xx.xx.2008-ci il tarixdən 2004-2005-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən hal-hazırkı tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2-1(85)-1423/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2018-ci il tarixli, 2-1(105)-332/2018 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2-1(85)-1423/2018 nömrəli qərarı, həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli, 2-1(102)-1549/2018 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin 2-1(105)- 332/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qanuni qüvvəyə mindikdən sonra icra olunmuşdur. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iş üzrə icraatın təzələnməsini və ərizəçi Fondun Abşeron rayon şöbəsinin əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarlarında pensiyanın hansı təşkilatın əmək haqqına əsasən hesablanması barədə heç bir məlumat qeyd edilməmişdir. Məhkəmələrdə qərarlar çıxarılarkən İddiaçı adına əmək haqqı arayışını tərtib və təsdiq etmiş "xxxx" AC-nin məcburi dövlət sosial sığortası sahəsində Fondun müvafiq qurumları ilə hesablaşma aparıb-aparmaması üzrə zəruri tədqiqat işləri görülməmişdir. Eyni zamanda, bilavasitə cavabdeh şöbə tərəfindən də “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinin pozulmasına yol verilməklə üzərinə düşən vəzifələr icra olunmamışdır. Vaxtında təqdim edilməmiş ya üzərindən müəyyən dövr keçdikdən sonra dəqiqləşdirilmiş hesabatın tərtib edilərək müvafiq icra hakimiyyəti orqanının təqdim edilməsi isə müvafiq qanunvericiliklə nəzərdə tutulmadığından məhkəmə qərarları əsasında İddiaçı pensiyasının hesablanmasında ümumiyyətlə nəzərə alınması mümkünsüzdür. İddiaçı və digər bir neçə şəxsə yazılmış və pensiya təyinatı zamanı nəzərə alınmış 2003-2005-ci illərin əmək haqları saxtalaşdırılmışdır. Əmək kitabçasında qeyd olunmuş iş stajlarının və əmək haqqının düzgünlüyünün hazırda fəaliyyət göstərən müəssisə və təşkilatlarda şöbə tərəfindən yerində ilkin sənədlərlə qarşılıqlı üzləşdirilərək yoxlanılmaması bu işdə maraqlı şəxslərə görə həyata keçirilməmiş, pensiya məbləğinin hesablanması zamanı "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmiş və nəzərə alınmış 2003- 2005-ci illərin əməkhaqlarına görə MDSS haqlarının hesablanılması və ödənilməsi barədə həmin şöbənin Gəlirlər sektorundan zəruri arayışların alınması təmin edilməmiş, əmək kitabçasında işlədikləri qeyd olunmuş və pensiya hesablanılması zamanı nəzərə alınmış 1992-2006-cı illər üzrə müvafiq və təşkilatların sığortaedən kimi üzrə Fondun qurumlarında qeydiyyatda olmaları və həmin qurumlarla sığorta sığorta sahəsində hesablaşma aparıb-aparmamaları barədə Fondun aidiyyəti qurumlarından zəruri arayışlar alınmamışdır ki, bununla da Qanunun 1.0.2-ci, 21.1-ci və 25-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə qərarlarında qeyd olunanlardan məlum olmuşdur ki, hər 3 instansiyada qeyd olunan qanunazidd hallar araşdırılmamış, ümumiyyətlə, qəbul edilmiş məhkəmə aktlarında vətəndaşın işlədiyi müəssisə və təşkilatların adları sadalanmamış, 1-ci və 2-ci instansiyaların qərarlarında isə vətəndaşın sonuncu iş yeri və stajı xx.xx.2003-xx.xx.2006cı il dövrü ("xxxx" icarə birliyində sürücü işləməsi) göstərilmədiyi halda 2004-2005-ci illərin orta aylıq əmək haqqının nəzərə alınması öhdəliyi qoyulmuşdur. Hər 3 instansiya məhkəməsində vətəndaşın istinad edilən iş yerlərindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin. o cümlədən, güzəştli arayışın alınması təmin və tələb edilməmiş, xüsusilə zərərli və xüsusilə ağır işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, qərarlarda xüsusi vurğulanan zərərli şəraitdə işləməsi barədə əsaslı sənədlər olmadan vətəndaşın iddiasında qeyd olunanlara istinad etməklə iddia tələbi təmin edilmişdir. Məhkəmə qərarlarında iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, xx.xx.1993-cü il qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 nömrəli siyahısına əsasən əmək şəraiti zərərli olan peşə hesab olunmuş, saxtalaşdırıldığı ehtimal olunan əmək kitabçasının surətində qeyd olunan iş stajları əsas göstərilməklə şöbənin pensiya təyinatından imtinası əsassız hesab edilmiş, hüquqi mübahisələndirmə aparılmadan və əsaslı hüquqverici sənədlərlə sübuta yetirilmədən ümumi mülahizələr əsasında qərar qəbul edilmişdir. Beləliklə, xx.xx.2008-ci il tarixindən 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda, saxtalaşdırıldığı ehtimal olunan sənədlər əsas götürülməklə və məhkəmə qərarları nəzərə alınmaqla orta aylıq əmək haqqı əsasında Fondun keçmiş Abşeron rayon şöbəsinin qərarı ilə İddiaçı yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2020-ci il tarixinədək ödənilməsinə nail olunması nəticəsində plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 108458,03 manat təşkil etmişdir. Araşdırma nəticəsində aşkar edilmiş həmin hallar üzrə inzibati xəta ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2022-ci il tarixli 02/2-53mat- 22/1702 nömrəli məktubda araşdırma nəticəsində toplanmış material ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edilməsindən ötrü Baş İdarənin İstintaq İdarəsinə təqdim edildiyi bildirilmişdir. Həmçinin, hazırki iş üzrə ərizəçi olan Fondun Abşeron rayon şöbəsinin əsl ərizəçi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi zərurəti yaranmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 2-1(85)-1423/2018 nömrəli qərardadı ilə cavabdehin iş üzrə icraatın təzələnməsi barədə ərizəsi mümkün sayılmamışdır (hakim Vəfa Əzizova). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və İPM-in 103.2-ci maddəsində nəzərdə tutulmuş müddətin bərpasına yol verilmədiyindən, hazırkı iş üzrə ərizə mümkün sayıla bilməz. Qərardadla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək ərizənin təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini ərizə ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, izahatında əlavə olaraq bildirmişdir ki, ərizələrində qeyd olunan hallarla bağlı başlanmış cinayət işi üzrə ittiham hökmü qəbul edilməmişdir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizəni yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 3 illik müddətin ötürülməsi əsası ilə mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Ərizənin mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış ərizələr məhkəmələr tərəfindən yuxarıda istinad olunan normada nəzərdə tutulmuş əsaslar baxımından yoxlanılır. Mümkünlük şərtini ödəməyən ərizəyə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə yanaşma prosessual qənaət prinsipindən irəli gəlir. Ərizənin mümkünlüyünə münasibətdə nəzərə almaq lazımdır ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. - 103.2-ci maddəsinə görə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. - 103.3-cü maddədə göstərilir ki, bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Sadalanan normaların tələblərindən göründüyü kimi yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Belə ki, nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. Bu nəzərdə tutulmuş müddət yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlük şərti kimi qiymətləndirilməlidir. Yəni, ərizənin qanunla müəyyən olunmuş müddətdə verilməsi onun mümkünlük şərtinə aiddir. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- 312/2022 və 2-1(102)-643/2024 nömrəli qərarlarında da məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. Bu hala istinadən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə mümkün sayılmamalıdır. Hazırkı işin hallarından görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2-1(85)-1423/2018 nömrəli qərarı qanuni qüvvəyə minmiş və cavabdeh həmin qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixdə yeni açılmış hallarla bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Eləcə də, cavabdehin ərizəsinin dəlillərindən görünür ki, iddiaçıya əmək pensiyasının təyin olunması və yenidən hesablanması zamanı aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilsə də, buna dair ittiham hökmü qəbul edilməmişdir. Göründüyü kimi cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün müəyyən olunan müddəti buraxmış, eləcə də iş üzrə müddət məhdudiyyətini istisna edən hal - ittiham hökmü olmamışdır. Həmçinin, qanunverici həmin 3 illik müddətin bərpa edilməsini nəzərdə tutmur. Həmçinin, kollegiya Fondun Abşeron rayon şöbəsinin əsl ərizəçi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsinə dair ərizənin və şikayətin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1077 nömrəli Fərmanının 1-ci bəndinə əsasən “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi” təsdiq edilmiş və Fərmanın 5.1-ci bəndində qeyd edilmişdir ki, bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, X2, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. Nəzərə almaq lazımdır ki, hazırkı iş üzrə ərizəçi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cavabdeh DSMF-nin Abşeron rayon şöbəsinin hüquqi varisidir, həmçinin, formalaşmış inzibati təcrübəyə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqları ilə bağlı səlahiyyətlərini həyata keçirən qurumdur. Bu səbəbdən, onun əvəz edilməsi üçün hər hansı bir prosessual tənzimləməyə zərurət yoxdur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin ərizənin mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və düzgündür. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 2-1(85)-1423/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3ə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1025/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1025/2024
06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver