Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-1027/2025 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı, Iddiaçının vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ona “Müharibə veteranı” statusunun verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu kimi xidmət etmişdir.
2. Cavabdeh N nömrəli hərbi hissə komandirinin: - ## ####### 2020-ci il tarixli, *** nömrəli əmrinə əsasən uçuşların radiotexniki təminatı dəstəsinin radioişıq siqnal avadanlıqları bölməsinin baş sürücü projektorçusu, əsgər İddiaçı ## ####### 2020-ci il tarixdən etibarən 10 (on) gün müddətinə Şəmkir rayonunda yerləşən N nömrəli hərbi hissəyə ezam olunmuş və həmin tarixdən ezamiyyətə getmiş hesab edilmişdir; - ## ####### 2020-ci il tarixli, *** nömrəli əmrinə əsasən ## ####### 2020-ci il tarixdən ezamiyyətə gəlmiş hesab edilmiş, ## ####### 2020-ci il tarixdən ümumqoşun norması ilə qazan təminatına qoyulmuşdur; - ## ####### 2020-ci il tarixli, *** nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədəki ezamiyyət müddəti ## ####### 2020-ci il tarixinədək uzadılmışdır; - ## ####### 2020-ci il tarixli, *** nömrəli əmrinə əsasən ## ####### 2020-ci il tarixdən etibarən N nömrəli hərbi hissədən (Şəmkir rayonu) ezamiyyətdən qayıtmış (gəlmiş) hesab edilərək qazan təminatına götürülmüşdür; - ## ####### 2020-ci il tarixli, *** nömrəli əmrinə əsasən növbəti dəfə 10 (on) gün müddətinə Bakı şəhərində yerləşən *** nömrəli (Bakı şəhəri) hərbi hissəyə ezam edilmiş və ## ####### 2020-ci il tarixdən ezamiyyətə getmiş hesab olunmuşdur;
3. Hərbi Hava Qüvvələrinin Qərargah rəisinin ## ###### 2020-ci il tarixli, **** nömrəli teleqramı əsasında qəbul edilmiş N nömrəli hərbi hissə komandirinin ## ###### 2020-ci il tarixli, *** nömrəli əmrinə əsasən iddiaçının yeni texnikaların tətbiqi qaydalarının mənimsənilməsi və həmin texnikaların sınaqlarının keçirilməsində iştirak etmək məqsədilə Ismayıllı rayonu ərazisində müəyyən edilmiş mövqedə ezamiyyəti ## ###### 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək, ## ###### 2020-ci il tarixli, *** nömrəli əmrinə əsasən isə ## ###### 2020-ci il tarixədək uzadılmışdır.
4. N nömrəli hərbi hissə komandirinin ## ###### 2020-ci il tarixli, *** nömrəli əmrinə əsasən iddiaçının ## ###### 2020-ci il tarixdən etibarən N nömrəli hərbi hissədən ezamiyyətdən qayıtdığı rəsmiləşdirilmişdir.
5. Iddiaçı ərizə ilə cavabdeh Cavabdeh müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.
6. Cavabdeh ##.##.2023-cü il tarixli, */*-**** nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. Imtina onunla əsaslandırılmışdır ki, hərbi hissə tərəfindən təqdim edilmiş arayış-məlumata əsasən iddiaçının “Vətən müharibəsi” dövründə ezamiyyətdə olduğu ərazilər döyüş əməliyyatları aparılan ərazi hesab edilmədiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 10-cu və 11-ci abzaslarında qeyd olunan ərazilərdə maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsində iştirakı müvafiq əmrlərlə təsdiqlənmədiyindən, habelə, təltif olunmadığına və yaralanmadığına görə müraciətin təmin edilməsi məqsədəuyğun hesab edilməmişdir.
7. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildən Sumqayıt şəhəri, Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş sürücü və projektorçu vəzifəsində xidmət keçmişdir. II Qarabağ müharibəsi başladıqdan sonra ##.##.2020-ci il tarixdə Şəmkir rayonunda yerləşən Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinə ezam olunmuş, orada döyüşlərdə iştirak edən və təminat daşıyan hava nəqliyyatının enmə-qalxma zolağının işıqlandırılmasında məsul şəxs olmuşdur. ## ####### 2020-ci il tarixdə xidmətdə olduğu N saylı hərbi hissəyə geri çağırılmışdır. Təcrübəli sürücülərə ehtiyac olduğu üçün hərbi hissədən üç nəfər sürücü vəzifəsində xidmət edən, yəni iddiaçı, X2 və X3 Nazirliyinin Rinin rəhbərliyi altında məxfi tapşırıqların icrası məqsədi ilə Müdafiə Nazirliyinin özünə ezam olunmuşdur. Müharibə bitənə qədər həmin tapşırıqların icra edilməsini birlikdə həyata keçirmişdir. Müharibə bitdikdən 10 gün sonra isə yenidən xidmət etdikləri N saylı hərbi hissəyə geri çağırılmışlar. Müharibə vaxtı döyüş tapşırıqlarının icra olunmasında göstərdiyi xidmətlərə görə hətta fəxri fərman ilə təltif olunaraq iddiaçıya AR Müdafiə Nazirliyinin ##.##.2022-ci il tarixli əmri ilə təsdiq olunmuş “hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı təqdim edilmişdir. Daha sonra iddiaçı ilə birlikdə eyni tapşırıqların icra olunması üçün Müdafiə Nazirliyinə ezam olunan birlikdə xidmət etdiyi, yuxarıda adlarını qeyd etdiyi hər iki şəxsə “müharibə veteranı” statusu verildi. Lakin iddiaçı uzun müddət gözləsə də, dəfələrlə yazılı və şifahi olaraq müraciət etsə də, heç bir siyahıda iddiaçının adı qeyd olunmadığından sonuncu olaraq ##.##.2023-cü il tarixdə iddiaçıya cavabdeh təşkilatdan imtina məktubu göndərilmişdir. Cavabdeh təşkilat iddiaçının müharibə ərazilərində iştirakının əmrlərlə təsdiq olunmadığını, habelə təltif edilmədiyi və yaralanmadığı səbəbi ilə iddiaçıya “müharibə veteranı” statusunun verilməsindən imtina etmişdir. Hesab edir ki, bu imtina qanunsuz və əsassızdır.
9. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Leyla Mirzəyeva).
11. Məhkəmə qərarını belə əsaslandırmışdır ki, qanunvericiliyə əsasən müharibə veteranı statusu 27 sentyabr–## ###### 2020-ci il tarixlərində döyüş əməliyyatlarında iştirak etmiş, döyüş aparan hərbi hissələrdə xidmət keçmiş, həmin əməliyyatların təminatı üzrə ezam olunmuş və ya döyüşlə əlaqədar xəsarət almış şəxslərə verilir. Iş materiallarındakı##.##.2020-ci il tarixli “Fəxri Fərman” dan görünür ki, iddiaçı Azərbaycan Ordusunun Ikinci Qarabağ müharibəsində qələbəsi, eləcə də, döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə təltif edilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi ##.##.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçı 2020-ci ilin oktyabr–dekabr aylarında N saylı hərbi hissədə aerodromun qalxma-enmə zolağının işıqlandırılmasını təmin etmiş, N saylı hərbi hissədə isə radioelektron mübarizə vasitələrinin daşınmasını həyata keçirmişdir. Məktuba əlavə edilmiş əmrlərdən də onun əvvəlcə 418, sonra isə N saylı hərbi hissələrə ezam olunduğu müəyyən edilir. Iddiaçı ilə eyni hərbi hissəyə ezam olunmuş X2 müharibə veteranı statusu verildiyi halda, iddiaçıya həmin statusun verilməsindən imtina edilməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh apellyasiya şikayətini imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının döyüş əməliyyatları aparılan ərazilərdə hər hansı təminat növü üzrə tapşırıqları və ya digər ərazilərdə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi təsdiq olunmur.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, Ikinci Qarabağ müharibəsi zamanı Şəmkir rayonunda yerləşən Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsində döyüş növbətçiliyində olmuş, Su-25 tipli döyüş təyyarələrinin qalxma-enmə zolaqlarının işıqlandırılmasını təmin etmişdir. Həmin dövrdə uzaqmənzilli raketlərin vaxtında aşkarlanması barədə məlumatların ötürülməsi, texnikaların idarə olunması, eləcə də texnika və aqreqatların işıqlandırma ilə təmin edilməsi kimi vəzifələri yerinə yetirmişdir. N saylı hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrdən biri olmuşdur. Təxminən 20 gün sonra Cavabdeh əmri ilə təcrübəli sürücülərə ehtiyac yarandığından və iddiaçının da sürücülük təcrübəsi olduğuna görə ona öz hərbi hissəsinə – Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən N saylı hərbi hissəyə qayıtması barədə göstəriş verilmişdir. Bir neçə gün sonra Müdafiə Nazirliyinin növbəti əmri ilə iddiaçı, X2 və X4 hava hücumundan müdafiə radioelektron mübarizə təyinatlı vasitələrin sürücüsü kimi cəlb edilmiş, N saylı hərbi hissənin texnikalarının idarə olunmasını həyata keçirmişlər. Adları çəkilən 2 nəfərə müharibə veteranı adı və vəsiqəsi verilsə də, iddiaçının bununla bağlı müraciətinə imtina cavabı verilmişdir. Müharibənin ilk 20 günü ərzində qalxma-enmə zolaqlarının işıqlandırılması ilə məşğul olmuş, sonrakı dövrdə isə sürücü kimi xidmət tapşırıqlarını yerinə yetirmişdir. Müharibə başa çatdıqdan sonra, ## ###### 2020-ci il tarixində ezamiyyətdən qayıtmışdır. Iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
16. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Inzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
17. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ...
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... 10-cu abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... 11-ci abzas. 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
19. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14. Sübut etmə vəzifəsi ... 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI
20. Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
21. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
22. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
24. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası təşkil edir.
25. Işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi iddiaçı N saylı hərbi hissədə uçuşların radiotexniki təminatı dəstəsinin radioişıq-siqnal avadanlıqları bölməsinin baş sürücüprojektorçusu vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu kimi xidmət etmiş, həmin hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, *** nömrəli əmri ilə N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilmiş, ## ####### 2020-ci il tarixədək həmin hərbi hissədə xidmətdə olmuş, daha sonra isə ##.##.2020-ci il tarixli, *** nömrəli əmrlə N nömrəli hərbi hissəyə ezam olunmuş, Hərbi Hava Qüvvələrinin Qərargah rəisinin ## ###### 2020-ci il tarixli, **** nömrəli teleqramı əsasında yeni texnikaların tətbiqi qaydalarının mənimsənilməsi və texnikaların sınaqlarının keçirilməsində iştirak etmək məqsədilə N nömrəli hərbi hissənin tərkibində Ismayıllı rayonu ərazisində müəyyən edilmiş mövqeyə göndərilmiş, ##.##.2020-ci il tarixədək həmin hərbi hissədə ezamiyyətdə olmuşdur.
26. Xidməti dövründə iddiaçı AR müdafiə nazirinin ##.##.2022-ci il tarixli, ****t nömrəli əmri ilə “hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə mükafatlandırılmış, həmçinin Azərbaycan Ordusunun Ikinci Qarabağ müharibəsində qələbə qazanması münasibətilə, eləcə də döyüş hazırlığı və ictimai-siyasi hazırlıqda qazandığı nailiyyətlərə görə N nömrəli hərbi hissə komandiri tərəfindən ## ###### 2020-ci il tarixdə fəxri fərmanla təltif edilmişdir. Kollegiya qeyd edir ki, bu təltiflər özlüyündə müharibə veteranı statusunun verilməsi üçün müstəqil əsas kimi deyil, iddiaçının Vətən müharibəsi dövründə yerinə yetirdiyi xidmət tapşırıqlarının xarakterinin qiymətləndirilməsində yardımçı sübut kimi nəzərə alınır.
27. Cavabdeh imtinanı və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının Vətən müharibəsi dövründə ezamiyyətdə olduğu ərazilər döyüş əməliyyatları aparılan ərazilərə aid edilməmiş, həmin ərazilərdə döyüş əməliyyatlarının təminatı üzrə tapşırıqları yerinə yetirməsi müvafiq əmrlərlə təsdiq olunmamış, habelə onun yaralanması və ya döyüş xidmətinə görə təltif edilməsi faktı müəyyən edilməmişdir.
28. Birinci instansiya məhkəməsi iddiaçının 418 və N saylı hərbi hissələrdə aerodromun qalxma-enmə zolağının işıq-siqnal təminatında və radioelektron mübarizə vasitələrinin daşınmasında iştirakını müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün hüquqi əhəmiyyətli xidmət kimi qiymətləndirmiş, həmçinin, iddiaçının xidmət dövründə təltif edilməsini və onunla eyni ezamiyyət əmrləri üzrə göndərilmiş hərbi qulluqçulara müharibə veteranı statusunun verilməsini nəzərə alaraq iddianı təmin etmişdir.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, ilk növbədə, qeyd edir ki, mübahisənin düzgün həlli üçün iddiaçının xidmət etdiyi hərbi hissələrin və bölmələrin təyinatı, habelə onun yerinə yetirdiyi vəzifələrin “döyüş əməliyyatlarında bilavasitə iştirak”, “döyüş təminatı” və ya “bütün təminat növləri üzrə tapşırıqlar” anlayışlarından hansına aid olması müəyyən edilməlidir. Müharibə veteranı adının verilməsi məsələsində həlledici meyar yalnız şəxsin döyüş əməliyyatlarının bilavasitə aparıldığı ərazidə olması deyil, onun qanunvericilikdə xüsusi olaraq göstərilmiş hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat və mübarizə və digər bölmələrin tərkibində döyüş əməliyyatlarında və ya həmin əməliyyatların döyüş təminatında iştirak edibetməməsidir. 30.Bununla bağlı birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, *** nömrəli məktubdan görünür ki, iddiaçı N nömrəli hərbi hissədə gecə vaxtı Dəllər aerodromunun qalxma-enmə zolağının işıqlandırılmasını təmin etmiş, N nömrəli hərbi hissədə isə radioelektron mübarizə vasitələrinin daşınmasını həyata keçirmişdir. Həmçinin, iş materiallarından müəyyən edilir ki, Hərbi Hava Qüvvələrinin Qərargah rəisinin ## ###### 2020-ci il tarixli, **** nömrəli teleqramı əsasında iddiaçının N nömrəli hərbi hissədəki ezamiyyət müddəti yeni texnikaların tətbiqi qaydalarının mənimsənilməsi və həmin texnikaların sınaqlarının keçirilməsində iştirak məqsədilə uzadılmışdır.
31. Kollegiya bu halları nəzərə alaraq bildirir ki, aerodromun qalxma-enmə zolağının işıqsiqnal təminatı, habelə radioelektron mübarizə vasitələrinin daşınması, yerləşdirilməsi və döyüş tətbiqinə hazır vəziyyətə gətirilməsi adi təsərrüfat və ya məişət xarakterli xidmət kimi qiymətləndirilə bilməz. Bu fəaliyyətlər öz xarakterinə görə hərbi aviasiya, hava hücumundan müdafiə və radioelektron mübarizə bölmələrinin döyüş fəaliyyətinin təmin edilməsinə yönəlmiş xüsusi hərbi tapşırıqlardır.
32. Belə ki, aerodromun qalxma-enmə zolağının işıq-siqnal təminatı döyüş təyyarələrinin gecə və məhdud görünmə şəraitində təhlükəsiz qalxıb-enməsi, uçuş tapşırıqlarının fasiləsiz icrası və aviasiya bölmələrinin döyüş növbətçiliyinin təmin olunması üçün zəruri elementdir. Bu fəaliyyət öz məzmununa görə hərbi aviasiyanın döyüş fəaliyyətinin təminatı ilə birbaşa bağlıdır.
33. Eyni zamanda, radioelektron mübarizə vasitələrinin təyin edilmiş mövqelərə daşınması, mövqe dəyişməsi zamanı yerləşdirilməsi və döyüş tətbiqinə hazır vəziyyətdə saxlanılması müasir hərbi əməliyyatlarda hava hücumundan müdafiə və radioelektron mübarizə sistemlərinin fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Bu fəaliyyətin məqsədi müvafiq vasitələrin döyüş tətbiqinə hazırlığını və fasiləsiz fəaliyyətini təmin etmək olduğundan, o, məzmun etibarilə döyüş təminatı xarakteri daşıyır.
34. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçının yerinə yetirdiyi vəzifələr hərbi aviasiya, hava hücumundan müdafiə və radioelektron mübarizə bölmələrinin fəaliyyətinin təmin edilməsinə yönəlmiş olmaqla formal ezamiyyət və ya ümumi təsərrüfat xidməti deyil, məzmun etibarilə döyüş təminatı üzrə tapşırıqlar hesab edilməlidir.
35. Bu baxımdan, hazırkı iş üzrə tətbiq edilməli olan hüquqi əsas “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci hissəsinin 11-ci abzasıdır.
36. Yuxarıda istinad olunan həmin normanın məzmunundan müəyyən edilir ki, 2020-ci il ########ın ##-dən noyabrın 10-dək hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat və mübarizə bölmələrinin tərkibində aşağıdakı hallardan biri mövcud olduqda müvafiq şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilir: 1) döyüş əməliyyatlarında bilavasitə iştirak edilməsi; 2) həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarının yerinə yetirilməsi; 3) Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqlarının yerinə yetirilməsi.
37. Normanın məzmunundan aydın görünür ki, qanunverici bu halları alternativ əsaslar kimi müəyyən etmişdir. Başqa sözlə, şəxsin müharibə veteranı hesab olunması üçün sadalanan şərtlərin hamısının eyni vaxtda mövcudluğu tələb olunmur; şəxsin göstərilən bölmələrin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etməsi və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarını yerinə yetirməsi kifayətdir.
38. Cavabdeh imtina məktubunda və apellyasiya şikayətində iddiaçının ezam olunduğu ərazilərin Əsasnamənin 10-cu abzasında sadalanan döyüş əməliyyatları ərazilərinə aid edilmədiyini bildirsə də, bu hal Əsasnamənin 11-ci abzasının tətbiqini istisna etmir. Çünki, həmin abzas hərbi aviasiya, hava hücumundan müdafiə və radioelektron kəşfiyyat və mübarizə bölmələrinin tərkibində döyüş təminatı üzrə tapşırıqlar yerinə yetirmiş şəxslərə münasibətdə ayrıca hüquqi əsas müəyyən edir və belə şəxslərin mütləq 10-cu abzasda sadalanan ərazilərdə olması tələbini qoymur.
39. Digər tərəfdən, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının ##.##.2020-ci il tarixdən ## ####### 2020-ci il tarixədək ezamiyyətdə olduğu N nömrəli hərbi hissə Vətən müharibəsi dövründə döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olmuşdur. Bu hal iddiaçının həmin hərbi hissədə yerinə yetirdiyi qalxma-enmə zolağının işıq-siqnal təminatı üzrə xidmətin döyüş fəaliyyətinin təminatı ilə əlaqəsini daha da gücləndirir.
40. Belə ki, bununla bağlı məhkəmə kollegiyasının sorğularına cavab olaraq cavabdehin ##.##.2025-ci il tarixli məktubundan, eləcə də N nömrəli hərbi hissənin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissə Azərbaycan Ordusunun Vətən müharibəsi zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası müdafiə nazirinin # #### 2021-ci il tarixli müvafiq əmrinin 1-ci maddəsinin 12-ci bəndində 2020-ci il ########ın ##-dən noyabrın 10-dək döyüş əməliyyatlarında iştirak edən hərbi hissə kimi göstərilmişdir.
41. Həmçinin, sorğuya cavaba əlavə edilmiş N nömrəli hərbi hissənin daimi və müvəqqəti şəxsi heyətinin uçotu kitabından müəyyən edilir ki, kitabın 671-ci və 738-ci bəndlərində N nömrəli hərbi hissənin hərbi qulluqçusu olan iddiaçının adı göstərilmişdir.
42. Işin qeyd olunan hallarından göründüyü kimi, iddiaçının hərbi aviasiya, hava hücumundan müdafiə və radioelektron mübarizə bölmələrinin fəaliyyətinin təmin edilməsinə yönəlmiş tapşırıqların icrasına cəlb olunması hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrləri, Hərbi Hava Qüvvələrinin Qərargah rəisinin teleqramı, cavabdehin ##.##.2024-cü il tarixli məktubu və şəxsi heyətin uçotu kitabı ilə təsdiq olunur. Medal və fəxri fərman isə bu sənədləri əvəz edən müstəqil əsas kimi deyil, iddiaçının həmin dövrdəki xidmət fəaliyyətinin qiymətləndirilməsini təsdiqləyən əlavə sübut kimi nəzərə alınır.
43. Beləliklə, iş üzrə toplanmış sübutların məcmusu iddiaçının Vətən müharibəsi dövründə hərbi aviasiya, hava hücumundan müdafiə və radioelektron mübarizə bölmələrinin fəaliyyətinin təmin edilməsinə yönəlmiş döyüş təminatı xarakterli tapşırıqları yerinə yetirdiyini təsdiq edir. Bu hal Əsasnamənin 1-ci hissəsinin 11-ci abzasında nəzərdə tutulmuş hüquqi şərtlərə uyğun gəldiyindən, iddiaçının müharibə veteranı adı və vəsiqəsi almaq hüququnun mövcud olduğunu göstərir.
44. Bundan başqa, iş materiallarında iddiaçı ilə eyni hüquqi əhəmiyyətli faktiki vəziyyətdə olmuş digər hərbi qulluqçulara münasibətdə fərqli inzibati yanaşmanın tətbiq edildiyi müəyyən edilir.
45. Belə ki, N nömrəli hərbi hissə komandirinin ## ####### 2020-ci il tarixli, *** nömrəli əmri ilə iddiaçı ilə yanaşı digər iki hərbi qulluqçu - X2 və X4 da N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilmiş, onların ezamiyyəti Hərbi Hava Qüvvələrinin Qərargah rəisinin teleqramı və müvafiq hərbi hissə əmrləri əsasında rəsmiləşdirilmişdir.
46. Həmin şəxslərdən X2 birinci instansiya məhkəməsində şahid qismində dindirilərkən bildirmişdir ki, N nömrəli hərbi hissədən üç hərbi qulluqçu o, iddiaçı və X4 birlikdə ezam edilmiş, Ismayıllı rayonuna göndərildikdən sonra isə müxtəlif mövqelərdə xidmət tapşırıqlarının icrasına cəlb olunmuşlar.
47. Cavabdeh Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə Komissiyası tərəfindən X2 ## ######## 2022-ci il tarixli, ****** nömrəli, X4 isə ## ######## 2022-ci il tarixli, ****** nömrəli müharibə veteranı vəsiqəsi verilmiş, iddiaçının bununla bağlı müraciətinə isə imtina cavabı verilmişdir.
48. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan üç hərbi qulluqçu eyni hərbi hissədən, eyni dövrdə, eyni əmrlə və eyni məqsədlə ezam edilmişdir. Onların ezamiyyətdən sonra müxtəlif mövqelərdə yerləşdirilməsi özlüyündə iddiaçıya münasibətdə fərqli qərar qəbul edilməsi üçün hüquqi əhəmiyyətli fərqləndirici əsas kimi cavabdeh tərəfindən göstərilməmiş və sübuta yetirilməmişdir.
49. Belə ki, kollegiyanın sorğusuna cavab olaraq cavabdehin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, iddiaçı, X2 və X4 N nömrəli hərbi hissəyə N nömrəli hərbi hissə komandirinin əmrlərinə, Hərbi Hava Qüvvələrinin Qərargah rəisinin ## ###### 2020-ci il tarixli, **** nömrəli teleqramına əsasən yeni texnikaların tətbiqi qaydalarının mənimsənilməsi və texnikaların sınaqlarının keçirilməsində iştirak etmək məqsədilə Ismayıllı rayonu ərazisində müəyyən edilmiş mövqelərə ezamiyyətə göndərilmişlər.
50. Beləliklə, iddiaçı ilə eyni hüquqi əhəmiyyətli faktiki vəziyyətdə olmuş X2 və X4 müharibə veteranı adı və vəsiqəsi verildiyi halda, cavabdeh tərəfindən iddiaçıya münasibətdə fərqli yanaşma tətbiq edilmişdir. Cavabdeh bu fərqli yanaşmanı əsaslandıra biləcək hər hansı mühüm faktiki və ya hüquqi fərqi məhkəməyə təqdim etməmişdir.
51. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
52. “Inzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.
53. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Hazırkı işdə iddiaçının hüquqi vəziyyəti ilə müqayisə edilən şəxslərin hüquqi vəziyyəti arasında cavabdeh tərəfindən əsaslandırılmış mühüm fərq göstərilmədiyindən, iddiaçıya münasibətdə fərqli qərarın qəbul edilməsi bərabərlik prinsipinin tələbləri ilə də uzlaşmır.
54. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtinası qanunsuz və əsassız olmuş, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu baxımdan, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.