Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-1029/2025 14.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, Iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndələri X2 və X7 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş Idarəsinin “X14nin həyata keçirilməsi haqqında” ##.##.2023-cü il tarixli, ************** nömrəli qərarına əsasən vergi ödəyicisi kimi * saylı Ərazi Vergilər Idarəsində qeydiyyatda olan İddiaçı (VÖEN **********) məxsus olan və ünvan 1 ünvanda yerləşən “Light Beauty” adlı təsərrüfat subyektində Vergi Məcəlləsinin 50.1.3, 50.1.6 və 50.1.7-ci maddələrində göstərilən məsələlər üzrə ##.##.2023cü il tarixdən ##.##.2023-cü il tarixədək X14 tədbiri həyata keçirilməsi qərara alınmış, ##.##.2023-cü il tarixdə yoxlama həyata keçirilmişdir.
2. Yoxlama nəticəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”: - ##.##.2023-cü il tarixli, ************** nömrəli qərarla iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 16.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır; - ##.##.2023-cü il tarixli, ************** nömrəli qərarla iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır.
3. Iddiaçı tərəfindən hər iki qərardan inzibati şikayət verilmiş, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “inzibati şikayətin təmin edilməməsi haqqında” dekabr 2023-cü il tarixli qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023-cü il tarixli, ************** nömrəli qərar və ##.##.2023-cü il tarixli, ************** nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır.
4. Bundan sonra iddiaçı İddiaçı cavabdeh DVX-nin * saylı Ərazi Vergilər Idarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023-cü il tarixli, ************** nömrəli və ##.##.2023-cü il tarixli, ************** nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, yoxlama zamanı qeyd olunan 8 nəfərin heç biri ilə əmək müqaviləsi bağlanmamışdır. Cavabdehin yoxlamada iştirak edən əməkdaşları tərəfindən gözəllik salonunda olan bütün şəxslərin yalnız şəxsiyyəti müəyyən edilmiş və sonradan onların hamısının işçi olduğu qeyd edilərək mübahisələndirilən qərar qəbul edilmişdir. Qərarda iddiaçı tərəfindən Vergi Məcəlləsinin 58.10–cu maddəsinin tələblərinin pozulması qeyd olunsa da, həmin maddədən görünür ki, salonda müştərilərə xidmət göstərən fiziki şəxslərin fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi fəaliyyətə başlayana qədər sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsinə dair qəbz əldə etməsə, həmin halda işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə məsuliyyət nəzərdə tutulmuşdur. Salon kimi fəaliyyət göstərən obyektdə fəaliyyət göstərən şəxslər “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əsasında fəaliyyət göstərmişdirlər. Bu barədə vergi orqanına məlumat və sübutlar təqdim olunsa da, nəzərə alınmamışdır. Belə ki, yoxlama zamanı salonda müştəri kimi gələn şəxslərin də işçi kimi göstərilməsi, həmçinin, salonda fərdi qaydada vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş işçilərlə belə əmək müqaviləsinin bağlanmadığı iddia olunmuşdur.
6. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, nəzarət tədbiri zamanı vergi ödəyicisi barəsində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktına görə ##.##.2023-cü il tarixli, DVX seriyalı ****** nömrəli, 8 (səkkiz) fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halına görə ##.##.2023-cü il tarixli, DVX seriyalı ****** nömrəli aktlar tərtib edilmişdir. Tərtib edilmiş aktların doğruluğu vergi ödəyicisi tərəfindən imzalanmaqdan imtina edildiyi üçün təsərrüfat subyektində keçirilmiş nəzarət tədbirinin nəticələri üzrə qəbul ediləcək qərarlar üzrə materiallara baxılmada iştirakla əlaqədar ##.##.2023-cü il tarixli 2303120017300700 və ##.##.2023-cü il tarixli **************** nömrəli bildirişlər göndərilmiş və vergi ödəyicisi ##.##.2023-cü il tarixdə saat 11:00-da * saylı Ərazi Vergilər Idarəsinə dəvət edilmişdir Iddiaçı cavabdehə etiraz təqdim etmiş və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 ##.##.2023-cü il tarixdə nəzarət tədbirinin nəticələri üzrə qəbul ediləcək qərarlar üzrə materiallara baxılmada iştirak etmişdir. Vergi ödəyicisi və onun səlahiyyətli nümayəndəsi X14nin nəticələri üzrə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, bunu fərdi sahibkarın məqsədinin icarəyə götürdüyü təsərrüfat subyektini fərdi qaydada bərbər fəaliyyəti göstərən fiziki şəxslərə subicarəyə verməkdən ibarət olması ilə əsaslandırmış və müraciətinə aktda adları əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslər kimi qeyd olunan 8 (səkkiz) fiziki şəxsin izahatını əlavə etmişdir. Vergi ödəyicisinin nümayəndəsi Q.Quliyev qəbul zamanı şifahi izahatında iddiaçının icarəyə götürdüyü təsərrüfat subyektini bərbər fəaliyyəti ilə məşğul olan müxtəlif fiziki şəxslərə subicarəyə verməklə sahibkarlıq fəaliyyəti göstərmək istədiyini, ##.##.2023-cü il tarixdə vergi orqanı tərəfindən olunmuş xəbərdarlıqdan sonra obyektdə fəaliyyət göstərən X13 ##.##.2023-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyatdan keçərək ********** nömrəli, X15 ##.##.2023-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyatdan keçərək ********** nömrəli VÖEN aldığını, digər şəxslərin də VÖEN alaraq fəaliyyət göstərəcəyini, adı işçi kimi qeyd olunan X8 X14 tədbiri zamanı ümumiyyətlə obyektdə olmadığını, X14 tədbiri zamanı adları işçi kimi göstərilən şəxslərin izahatlarının alınmadığını, etiraza əlavə edilmiş izahatlara əsasən həmin şəxslərin işçi olmadığının müəyyən edildiyini bildirmiş və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması üçün aparılan araşdırma ilə müəyyən edilmişdir ki, iddiaçıya ##.##.2023-cü il tarixdə “Vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə” xəbərdarlıq təqdim edilmiş (AVIS 2339030044308300), bundan sonra təsərrüfat subyektində fəaliyyət göstərən X13 “Fərdi qaydada bərbər fəaliyyəti”, X15 isə “Qadın gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsi” fəaliyyət növü üzrə X14nin həyata keçirildiyi ##.##.2023-cü il tarixədək vergi ödəyicisi kimi qeydiyyatdan keçərək VÖEN almış, X13 “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınması üçün ##.##.2023-cü il tarixdə dövlət büdcəsinə ödəniş etmişdir. Qeyd olunan hallar nəzərə alınaraq, cavabdeh tərəfindən ##.##.2023-cü il tarixli **************** nömrəli xidməti məktubla Bakı şəhəri X11 üzrə Baş Idarəsinə müraciət edilərək ##.##.2023-cü il tarixli, DVX seriyalı ****** nömrəli aktda adları göstərilən fiziki şəxslərin, o cümlədən nəzarət tədbiri keçirilməzdən əvvəl fərdi qaydada bərbər fəaliyyət növü üzrə qeydiyyatdan keçərək VÖEN almış X13 və X15 İddiaçı ilə faktiki əmək münasibətlərində olduğu qənaətinə gəlməyə əsas verən hallar barədə məlumat verilməsi bildirilmişdir. Bakı şəhəri X11 üzrə Baş Idarəsinin ##.##.2023-cü il tarixli **************** nömrəli cavab məktubunda fərdi sahibkarın ##.##.2023-cü il tarixdə (yoxlama zamanı obyektdə olmamışdır) “X14nin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” ##.##.2023-cü il tarixli ************** nömrəli Tələbnamə ilə tanış olduğu, lakin onun tərəfindən araşdırmaya hər hansı əmək müqaviləsi bildirişi və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” təqdim edilmədiyi, fərdi sahibkarın təqdim etdiyi izahatında yoxlama zamanı aşkar edilmiş 8 (səkkiz) nəfər fiziki şəxsin muzdlu işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyini etiraf etdiyi bildirilmişdir. Digər tərəfdən, iddiaçı öz şikayət ərizəsində və nümayəndəsinin izahatında iddia etməsinə baxmayaraq, vergi orqanının əməkdaşları tərəfindən qərəzli yanaşma və digər hərəkətlər barədə əsaslı sübut gətirməmişdir. Bundan başqa izahatında da bir daha faktiki olaraq təsdiq edilmişdir ki, onun tərəfindən heç bir yazılı icarə müqaviləsi olmamış, yalnız şifahi qaydada 50-50 nisbətində birgə fəaliyyət haqqında şifahi razılıq olmuşdur. Lakin, göstərilən hal təsdiq edir ki, iddiaçının məqsədi mövcud qanunvericiliyin tələblərini pozaraq, faktiki əmək münasibətlərini icarə münasibətləri ilə pərdələmək olmuşdur. Qeyd olunan bu hal belə hüquqi cəhətdən rəsmiləşdirilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş ##.##.2023-cü il tarixli, ************** nömrəli “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərar ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim Leyla Mirzəyeva).
8. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iş materiallarına elektron daşıyıcıda əlavə edilmiş video çəkilişdən yoxlama zamanı iddiaçıya məxsus “Light Beauty” adlı təsərrüfat subyektində 1 nəfər xanımın işlədiyi görünür. Bununla yanaşı, məhkəmə iclasında şahid qismində dinlənilən (8 nəfər fiziki şəxsdən biri olan) X9 öz izahatında qeyd edilən təsərrüfat subyektinə müştəri kimi getdiyini, lakin, vergi orqanının əməkdaşları tərəfindən işçi kimi qeyd edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş digər 8 nəfər fiziki şəxsdən biri Mehmet Tekin də öz izahatında iddiaçını tanımadığını, 2004-cü ildən Azərbaycanda yaşadığını, əvvəl əmək müqaviləsi üzrə işlədiyini, daha sonra isə masanı icarəyə verməyə başladığını, iddiaçıya salon yeni açılan zaman işləmək üçün müraciət etdiyini, bir nəfər taparaq əl işilərini onun üzərində göstərdiyini, səhəri gün isə Vüqar adında bir şəxsin ona zəng edərək, salonda nə vaxtdan işlədiyini ondan soruşduğunu və həmin şəxsdən kim olduğunu soruşduqda şəxsin vergi əməkdaşı olduğunu bildirdiyini qeyd etmişdir. X14nin keçirilməsi zamanı 8 nəfər fiziki şəxsin siyahısı tərtib edilmiş, onların, həmçinin, təsərrüfat subyektinin direktoru izahatları alınmış, alınmış izahatlardan aydın olur ki, vergi orqanın işçi kimi qeydiyyata aldığı 8 nəfər fiziki şəxsdən 5 nəfəri qeyd edilən obyektdə işçi olaraq fəaliyyət göstərməmişdir. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, vergi orqanı iddiaçıya məxsus təsərrüfat obyektində operativ vergi yoxlaması həyata keçirən zaman işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslər kimi qeydə aldığı 8 nəfər fiziki şəxsin işçi olmasına baxmayaraq, cavabdeh tərəfindən açıq-aşkar bəlli olan faktlar və məlumatlar faktiki olaraq inkar edilməklə, iddiaçıya əsassız və qanunsuz maliyyə sanksiyası tətbiq etmişdir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddianın qismən təmin edilmiş hissəsində ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayətini etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən heç bir əsaslandırma aparmamış, X14 keçirilən zaman 8 nəfər işçinin əmək müqaviləsinin olmamasına baxmayaraq və bu halın X14 tədbiri zamanı aşkar edilməsinə baxmayaraq, bu halı nəzərə almamışdır. Lakin, nəzərə alınmalıdır ki, X14nin keçirilməsinin məqsədi vergi nəzarəti tədbiri keçirilən zaman əmək müqaviləsi qanuni qüvvəyə minmədən işlərin görülməsinə cəlb olunan şəxslərin aşkar edilməsidir. Bu isə vergi ödəyiciləri üçün vergidən yayınma sxeminə gətirib çıxara bilər.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişlər.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında şahid qismində iştirak edən Şahid ifadəsində bildirmişdir ki, başqa salonda işlədiyi dövrdə ona yeni açılmış salonda dırnaq masasını icarəyə götürərək işləyə biləcəyi barədə məlumat verilmiş və bu məqsədlə salon sahibi ilə görüşmək üçün salona getmişdir. O, salon sahibini gözləyərkən təxminən 5-6 dəqiqə sonra vergi orqanının əməkdaşlarını salona daxil olmuşdurlar. O həmin salonda, ümumiyyətlə, işləməmiş, qeydiyyatçı kimi fəaliyyət göstərməmiş, yalnız dırnaq masasını icarəyə götürmək niyyətində olmuşdur. Həmçinin, həmin hadisə zamanı o, adını hazırda xatırlamadığı başqa salonda işləyirdi, daha sonra isə Idman Akademiyasında xadiməçi kimi işləməyə başlamış, 5-6 ay əvvəl isə işindən ayrılmışdır.
14. Məhkəmə kollegiyasının iclasında şahid qismində iştirak edən X10 ifadəsində bildirmişdir ki, hadisə günü rəfiqəsi Vəfa xanımın ev açarını götürmək məqsədilə onun olduğu salona getmiş və salonda olarkən vergi orqanının əməkdaşları salona daxil olmuşdurlar. Şahid əvvəlcə Vəfa xanımın salonda müştəri olduğunu və açarı götürmək üçün salona gəldiyini qeyd etsə də, sonradan Vəfa xanımın həmin salonda işlədiyini, lazer aparatları ilə fəaliyyət göstərdiyini, onun da salona aradabir getdiyini və rəfiqəsinin ona lazer aparatı ilə işləməyi öyrədə biləcəyini, lakin onun bununla maraqlanmadığını bildirmişdir. Vergi orqanının əməkdaşları onu Vəfa xanımın yanında gördüklərindən onlara verdiyi izahatında lazer aparatında işləməyi öyrənmək üçün salona gəldiyini bildirmiş, açarı götürmək məqsədilə gəldiyini qeyd etməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ:
15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: ... 16.1.7-1. bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək; 16.1.7-2. vergi orqanında uçotda olan sifarişçi tərəfindən bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq fərdi qaydada fəaliyyət göstərən şəxslərin həmin dövr üzrə vergi öhdəliyinin yerinə yetirilməsini təsdiq edən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” təqdim etməklə işlərə cəlb edilməsini təmin etmək; ... Maddə 41. Baxış protokolu 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. 41.2. Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər. Maddə 50. X14 50.1. X14 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; ... ... 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; ... 50.3. X14 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X14 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X14nin müddəti və X14ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. X14 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X14ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. X14ni həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. X14nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X14 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39–49-cu maddələrinin müddəaları tətbiq edilir. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları ... 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. ... Maddə 220. Sadələşdirilmiş verginin dərəcəsi 220.10. Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər üçün sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən edilir: Sadələşdirilmiş vergi üzrə aylıq Fəaliyyət növünün adı sabit məbləğ (manatla) Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul 15 olan şəxslər
Maddə 218. Sadələşdirilmiş verginin ödəyiciləri 218.4. Bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir: ... 218.4.4. fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər; ... Maddə 221. Sadələşdirilmiş verginin hesablanması qaydası, ödəmə müddəti və bəyannamənin verilməsi 221.8. Bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərinə görə sadələşdirilmiş vergi aşağıdakı qaydada hesablanır: 221.8.1. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər sadələşdirilmiş vergini bu Məcəllənin 220.10-cu maddəsində göstərilən sabit vergi məbləğinin bu Məcəllənin 220.11-ci maddəsində göstərilən əmsallara vurulması yolu ilə hesablayır və dövlət büdcəsinə ödəyir. 221.8.2. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər qeydiyyatda olduğu yerdən asılı olmayaraq, həmin fəaliyyətin faktiki həyata keçirildiyi ərazi üçün bu Məcəllənin 220.10-cu və 220.11-ci maddələrinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər. Fiziki şəxs eyni dövr ərzində bu Məcəllənin 220.11-ci maddəsində nəzərdə tutulan müxtəlif əmsallar tətbiq olunan ərazilərdə fəaliyyət göstərərsə, bu zaman ən yüksək əmsal tətbiq edilən ərazi üzrə müəyyən olunmuş sabit vergi məbləği ödənilir. 221.8.3. Bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, 218.4.4-cü maddədə göstərilən fiziki şəxslər bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər. 221.8.4. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər tərəfindən sadələşdirilmiş verginin düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə ödənilməsinə müvafiq icra hakimiyyəti orqanı nəzarət edir. 221.8.5. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər bu Məcəllənin 220.10-cu maddədə nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, müvafiq icra hakimiyyəti orqanından könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdır. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada vergi orqanı ilə vergi ödəyicisi arasında razılaşma müqaviləsi bağlanıldıqda bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər hesablanmış vergini, məcburi dövlət sosial sıg orta və icbari tibbi sıg orta haqqlarını tam məbləğdə ödədikdən sonra “Sadələs dirilmis vergi üzrə sabit məbləg in, məcburi dövlət sosial sıg orta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi orqanına müraciət etmədən 1 iş günündən gec olmayaraq elektron qaydada verilir. 221.8.6. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər hesablanmış vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqını tam məbləğdə ödədikdən sonra onlara “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” verilir. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və aşağıdakı məlumatları özündə əks etdirir: 221.8.6.1. vergi ödəyicisi olan fiziki şəxsin adı, atasının adı, soyadı; 221.8.6.2. vergi ödəyicisinin VÖEN-i; 221.8.6.3. qəbzin qüvvədə olma müddəti; 221.8.6.4. fəaliyyətin həyata keçirildiyi ərazi; 221.8.6.5. ödənilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının məbləği; 221.8.6.6. fəaliyyətin adı. 221.8.7. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi ödəyicisində saxlanılır. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fəaliyyətlə məşğul olan fiziki şəxslər tərəfindən ödənilmiş vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı onların “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in qüvvədə olduğu müddətdə fəaliyyət göstəribgöstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarım il və il) vergiləri ilə əvəzləşdirilmir.
16. Azərbaycan Respublikasının vergilər nazirinin ##.##.2020-ci il **************** nömrəli əmri ilə təsdiq edilmiş Dövlət vergi orqanları tərəfindən X14 tədbirlərinin həyata keçirilməsi Qaydaları:
10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X14nin həyata keçirilməsi 10.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda X14 tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair X14 tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. 10.2. X14 tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. 10.3. X14 tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. 10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. X14 tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” lərin mövcudluğu araşdırılır. 10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. 10.6. X14 tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. Işəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. X14 tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir.
17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar ...
8. Iş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer.
9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. Maddə Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi ...
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi
1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. ...
18. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. Inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI
19. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
20. Hazırda apellyasiya baxışının hədlərini iddianın qismən təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırkı iş üzrə iddia qismən təmin olunsa da, iddiaçı qərardan apellyasiya şikayəti verməmiş, iddianın təmin edilməyən hissələrini mübahisələndirməmişdir. Qərardan yalnız cavabdeh apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən hissələri üzrə yoxlamışdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
21. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsinin qərarı qismən - X15, X12, X9, Şahid, X10 və X16 münasibətdə iddiaçıya tətbiq edilmiş 12.000 manat maliyyə sanksiyasına aid hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək iddia rədd olunmalı, qərar qalan hissədə - X13 və X1 münasibətdə 4.000 manat maliyyə sanksiyasına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Hazırkı apellyasiya baxışının hədlərini iddianın birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş hissəsi təşkil edir. Iddiaçı məhkəmə qərarından apellyasiya şikayəti vermədiyindən, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə qəbul edilmiş ##.##.2023-cü il tarixli, ************** nömrəli qərarın qanuniliyi hazırkı apellyasiya baxışının predmeti deyil. Bu mərhələdə yalnız cavabdehin ##.##.2023-cü il tarixli, ************** nömrəli qərarının, yəni Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 8 nəfər fiziki şəxs üzrə 16.000 manat maliyyə sanksiyası tətbiq edilməsinin qanuniliyi yoxlanılır.
23. Mübahisənin düzgün həlli üçün, ilk növbədə, Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi şərtləri, həmin maddənin Vergi Məcəlləsinin 50.1.7, 50.1.10, 16.1.7-1, 16.1.7-2, 218.4.4, 220.10 və 221.8-ci maddələri ilə qarşılıqlı əlaqəsi müəyyən edilməlidir. Çünki hazırkı işdə mübahisə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən qeyd olunan 8 nəfər şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən həmin şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilib-edilməməsi ilə bağlıdır.
24. Vergi Məcəlləsinin 50.1.7-ci maddəsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsini X14nin predmetlərindən biri kimi müəyyən edir. Eyni Məcəllənin 50.1.10-cu maddəsi isə Vergi Məcəlləsinin 221.8-ci maddəsinə əsasən qəbz almalı olan, lakin belə qəbz almadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkar edilməsini X14 ilə əhatə olunan məsələ kimi nəzərdə tutur. Bu baxımdan, X14 zamanı yalnız əmək müqaviləsinin olub-olmaması deyil, həm də müvafiq fəaliyyət növü üzrə fərdi qaydada çalışan şəxslərin VÖEN və qəbz əsasında fəaliyyət göstərib-göstərmədikləri araşdırılmalıdır.
25. Dövlət vergi orqanları tərəfindən X14 tədbirlərinin həyata keçirilməsi Qaydalarının 10.2-10.6-cı bəndlərinin məzmunundan da görünür ki, yoxlama zamanı vergi orqanı əvvəlcə əmək müqaviləsi bildirişləri barədə məlumatları, daha sonra obyektdə işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayını, onların əmək müqaviləsi, mülkihüquqi müqavilə, VÖEN və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri üzrə qəbz əsasında fəaliyyət göstərib-göstərmədiklərini müəyyən etməlidir. Həmin Qaydalar həmçinin yoxlama zamanı həmin şəxslərin izahatlarının alınmasını, onların hansı tarixdən və kim tərəfindən işə və ya xidmətə cəlb edildiklərinin, əmək haqqı və ya gəlir əldə etmə qaydasının aydınlaşdırılmasını tələb edir.
26. Vergi Məcəlləsinin 58.10-cu maddəsi məzmun etibarilə iki fərqli hüquqi vəziyyəti əhatə edir. Birinci halda məsuliyyət əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə yaranır. Ikinci halda isə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri üzrə çalışan fiziki şəxslərin fəaliyyətə başlamazdan əvvəl qəbz əldə etmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçi məsuliyyət daşıyır. Hər iki halda məsuliyyətin yaranması üçün əsas şərt şəxsin sahibkarlıq fəaliyyəti ilə bağlı işə və ya xidmətə faktiki cəlb edilməsidir; şəxsin obyektdə sadəcə fiziki olaraq mövcud olması, özlüyündə, maliyyə sanksiyasının tətbiqi üçün kifayət deyildir.
27. Bununla yanaşı, Vergi Məcəlləsinin 16.1.7-1-ci maddəsi 220.10-cu maddədə nəzərdə tutulan fəaliyyət növlərini qəbz almaqla həyata keçirməyi vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edir. Vergi Məcəlləsinin 16.1.7-2-ci maddəsinə görə isə vergi orqanında uçotda olan sifarişçi həmin şəxslərin işlərə qəbz təqdim etməklə cəlb edilməsini təmin etməlidir. Vergi Məcəlləsinin 218.4.4, 220.10 və 221.8-ci maddələri birlikdə təhlil edildikdə, fərdi qaydada bərbər fəaliyyəti və oxşar xidmət növləri üzrə çalışan şəxslərin işçi cəlb etmədən fəaliyyət göstərdikləri halda sadələşdirilmiş verginin sabit məbləğ üzrə ödənilməsi və müvafiq qəbzin alınması rejiminə tabe olduqları görünür.
28. Deməli, gözəllik salonu kimi fəaliyyət göstərən obyektdə bərbər, lazeroloq, masajçı, dırnaq ustası, qeydiyyatçı və bu qəbildən olan şəxslər ya əmək müqaviləsi əsasında işçi kimi, ya da qanunla tələb olunan hallarda müstəqil vergi ödəyicisi kimi VÖEN və qəbz əsasında fəaliyyət göstərməlidirlər. Əgər həmin şəxslər bu formalardan heç biri ilə rəsmiləşdirilmədən obyektin fəaliyyəti çərçivəsində xidmətlərin yerinə yetirilməsinə cəlb edilirlərsə, Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi üçün hüquqi əsas yaranır.
29. Bununla belə, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə və IPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyil. Lakin bu, məhkəmənin yalnız vergi ödəyicisinin və ya sonradan izahat vermiş şəxslərin subyektiv bəyanatları ilə kifayətlənməsi anlamına gəlmir. IPM-in 12-ci və 58.7-ci maddələrinə uyğun olaraq iş üzrə bütün sübutlar məcmu halda, tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir.
30. Birinci instansiya məhkəməsi 8 nəfər fiziki şəxs üzrə təqdim edilmiş sonrakı izahatları əsas götürərək onların əksəriyyətinin işçi olmaması qənaətinə gəlmiş və cavabdehin 16.000 manat maliyyə sanksiyası barədə qərarını tam ləğv etmişdir. Kollegiya həmin yanaşmanı tam düzgün hesab etmir. Çünki, iş materiallarında olan izahatlar və digər sübutlar bütün şəxslərə münasibətdə eyni nəticəyə gəlməyə imkan vermir. Hər bir şəxs üzrə onun yoxlama zamanı obyektdə olub-olmaması, hansı məqsədlə orada olması, xidmət göstərib-göstərməməsi, vergi ödəyicisi kimi qeydiyyatı və qəbzinin mövcudluğu ayrıca qiymətləndirilməlidir.
31. Iş materiallarından görünür ki, iddiaçı İddiaçı X14ndən sonrakı gün - ##.##.2023-cü il tarixdə vergi orqanına təqdim etdiyi izahatda “Light Beauty” adlı gözəllik salonunda lazer epilyasiyası, saç kəsimi, saç düzümü, saç boyanması və masaj xidmətləri üzrə sahibkarlıq fəaliyyəti göstərdiyini bildirmişdir. Həmin izahatda yoxlama zamanı obyektlə bağlı olan şəxslər barədə də məlumat verilmiş, onların bir qisminin salonda xidmət göstərməsi, bir qisminin isə bu məqsədlə salona müraciət etməsi qeyd olunmuşdur.
32. Iddiaçının həmin izahatından görünür ki, X15 bərbər, X12 lazeroloq, X13 bərbər, Şahid qeydiyyatçı, X16 bərbər köməkçisi kimi göstərilmiş, X9 lazeroloqu işi üçün, X10 masajçı kimi xidmət göstərmək üçün, X1 isə bərbər kimi müraciət etdiyi bildirilmişdir. Izahatda, həmçinin, X15 ilə əmək müqaviləsinin bağlanmasının nəzərdə tutulduğu, obyekt üzrə əldə edilən gəlirin işçilərlə 50-50 faiz nisbətində bölüşdürülməsi barədə şifahi razılaşmanın olduğu qeyd edilmişdir. Bu izahatın ümumi məzmunu həmin şəxslərin salonda təsadüfi şəxslər kimi deyil, obyektin fəaliyyəti ilə bağlı şəxslər kimi təqdim edildiyini göstərir.
33. Sonradan həmin şəxslərin özləri tərəfindən vergi orqanına və məhkəməyə təqdim edilmiş izahatlarda isə fərqli məzmunlu məlumatlar verilmişdir. Onlardan bəziləri özlərini müştəri, bəziləri tanışının yanına gəlmiş şəxs, bəziləri isə iş yeri icarəyə götürmək istəyən şəxs kimi təqdim etmiş, iddiaçının işçisi olmadıqlarını bildirmişlər. Kollegiya qeyd edir ki, həmin şəxslərin özlərini işçi kimi təqdim etməmələri onların izahatlarının avtomatik olaraq mötəbər sübut kimi qəbul edilməsinə əsas vermir. Bu izahatlar iddiaçının ilkin izahatı, X14 zamanı tərtib edilmiş sənədlər, götürülmüş sənədlər, məhkəmə iclasında verilmiş şahid ifadələri və video-görüntülərlə birlikdə qiymətləndirilməlidir.
34. Kollegiya qeyd edir ki, Şahid münasibətdə izahatlar arasında ziddiyyət mövcuddur. Iddiaçı vergi orqanına təqdim etdiyi izahatında onu salonda qeydiyyatçı kimi xidmət göstərən şəxs kimi göstərmişdir.
35. Şahid isə sonradan vergi orqanına izahat təqdim edərək qadın gözəllik salonlarında dırnaq ustası kimi fəaliyyət göstərdiyini, yoxlama zamanı iddiaçının işçisi olmadığını bildirmişdir.
36. Məhkəmə iclasında isə şahid qismində iştirak edən Şahid ziddiyyətli ifadə verərək əvvəlcə başqa salonda dırnaq ustası kimi işlədiyi dövrdə “Light Beauty” adlı salonda dırnaq ustası olaraq yer icarəyə verildiyi eşitdiyini, bu səbəbdən, yoxlama keçirilən gün həmin salona dırnaq masası icarəyə götürmək üçün danışmağa gəldiyini bildirmiş, daha sonra isə əvvəllər, ümumiyyətlə, dırnaq ustası kimi heç yerdə işləmədiyini bildirmiş, sonuncu dəfə xadimə vəzifəsində işlədiyini, o işindən isə təxminən 5-6 ay əvvəl ayrıldığını bildirmişdir.
37. X10 münasibətdə də izahatlar eyni məzmunda sabit olmamışdır. Iddiaçı onu masajçı kimi xidmət göstərmək üçün salona müraciət etmiş şəxs kimi göstərmişdir. E.Babayeva sonradan vergi orqanına verdiyi izahatında rəfiqəsi Vəfa Sövzəliyevanın yanına sadəcə görüşmək üçün gəldiyini, iddiaçını tanımadığını və salonda işləmədiyini bildirmişdir. Məhkəmə iclasında isə əvvəlcə rəfiqəsinin salonda müştəri olduğunu qeyd etmiş, daha sonra V.Sövzəliyevanın lazer aparatı ilə işlədiyini, ona da həmin aparatla işləməyi öyrədə biləcəyini dediyini, vergi əməkdaşları içəri daxil olarkən onun V.Sövzəliyevanın yanında olduğunu, buna görə də ilkin izahatında lazer aparatında işləməyi öyrənmək üçün gəldiyi barədə yazdığını bildirmişdir.
38. X16 iddiaçının izahatında bərbər köməkçisi kimi dəvət olunmuş şəxs kimi göstərilmişdir. Sonradan vergi orqanına verdiyi izahatında isə gözəllik salonlarında saç ustası kimi icarəyə yer axtardığını, “Light Beauty” salonuna baxdığını, icarə ilə bağlı ilkin razılaşma olduğunu, lakin iddiaçının işçisi olmadığını bildirmişdir.
39. X9 vergi orqanına verdiyi izahatında salona lazer xidməti almaq üçün müştəri kimi gəldiyini və öz növbəsini gözlədiyini bildirmişdir. Lakin, iddiaçının ilkin izahatında həmin şəxsin kişi lazeroloqu işi üçün müraciət etmək məqsədilə salona gəldiyi göstərilmişdir. Bundan başqa, operativ vergi yoxlaması zamanı tərtib edilmiş “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokola əlavə edilmiş sənədlər sırasında onun şəxsiyyət vəsiqəsinin surətinin də olması müəyyən edilir.
40. Iddiaçı X12 obyektdə işləmədiyini, sadəcə olaraq lazeroloq işi üçün müraciət edən şəxs kimi göstərsə də, G.Murat vergi orqanına verdiyi izahatında salona çağırış əsasında müştərilərə xidmət göstərmək üçün gəldiyini, obyektin daimi işçisi olmadığını və iddiaçı ilə əmək münasibətlərinin mövcud olmadığını bildirmişdir.
41. Qeyd olunan izahatlar birlikdə qiymətləndirildikdə görünür ki, həmin şəxslər özlərini iddiaçının işçisi kimi təqdim etməsələr də, onların salonda olma səbəbləri təsadüfi müştəri münasibəti ilə izah olunmur. Şahid dırnaq ustası kimi dırnaq masası icarəyə götürmək üçün, Ş.Quliyeva saç ustası kimi icarə yeri ilə bağlı, G.Murat lazer xidməti göstərmək üçün, E.Babayeva isə lazer aparatı ilə işləməyi öyrənmək ehtimalı ilə bağlı salonda olmuşdur. M.Əliyevin müştəri olması barədə izahatı isə iddiaçının ilkin izahatı və yoxlama zamanı təqdim edilmiş sənədlərlə tam uzlaşmır.
42. Kollegiya hesab edir ki, şəxslərin sonradan özlərini işçi kimi inkar etmələri onların iddiaçıya məxsus obyektlə və orada göstərilən xidmətlərlə faktiki bağlılığını aradan qaldırmır. Əksinə, iş materiallarında olan izahatların məcmusu göstərir ki, bu şəxslərin hər biri gözəllik salonunda həyata keçirilən xidmət sahələri ilə bağlı peşə və ya fəaliyyət əlaqəsinə malik olmuşdur. Iş materialları onların salonda adi və təsadüfi müştəri kimi deyil, məhz həmin obyektin fəaliyyəti ilə bağlı olduqları qənaətinə gəlməyə əsas verir.
43. Bu baxımdan, birinci instansiya məhkəməsinin yalnız həmin şəxslərin sonrakı izahatlarına əsaslanaraq onların işçi və ya xidmətə cəlb edilmiş şəxs olmadıqları qənaətinə gəlməsi əsaslı hesab edilə bilməz. Həmin izahatlar iddiaçının ilkin izahatı, X14 zamanı tərtib edilmiş sənədlər, götürülmüş sənədlər, məhkəmə iclasında verilmiş şahid ifadələri və videogörüntülərlə birlikdə qiymətləndirilməlidir. Bu sübutların məcmusu isə adıçəkilən şəxslərin iddiaçıya məxsus salonda göstərilən xidmətlərlə bağlı olduğunu və onların obyektin sahibkarlıq fəaliyyəti çərçivəsində işlərin, yaxud xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyi qənaətinə gəlməyə əsas verir.
44. Bununla yanaşı, kollegiya vergi orqanının mövqeyini də bütün şəxslər üzrə tam əsaslı hesab etmir. Vergi orqanı 8 nəfərin hamısına münasibətdə eyni yanaşma tətbiq etmiş, onların hər birinin konkret olaraq yoxlama zamanı obyektdə olub-olmamasını, hansı işi və ya xidməti yerinə yetirməsini, daimi işçi, müstəqil vergi ödəyicisi və ya xidmətə cəlb edilmiş şəxs kimi hüquqi vəziyyətini ayrıca qiymətləndirməmişdir. Buna görə də apellyasiya baxışı zamanı hər bir şəxs üzrə sübutların ayrıca qiymətləndirilməsi zəruridir.
45. Məhkəmə kollegiyası ilk növbədə X1 münasibətdə qeyd edir ki, həmin şəxs üzrə maliyyə sanksiyasının tətbiqi üçün zəruri faktiki əsaslar iş materialları ilə təsdiq olunmur. Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi üçün şəxsin yoxlama zamanı iddiaçıya məxsus obyektdə olması və ya iddiaçının sahibkarlıq fəaliyyəti çərçivəsində işlərin, yaxud xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetirilməlidir. Hazırkı işdə isə X1 məhz X14nin keçirildiyi vaxt — ##.##.2023-cü il tarixdə salonda olması və ya həmin tarixdə iddiaçının maraqları naminə hər hansı xidmətin yerinə yetirilməsinə cəlb edilməsi təsdiq olunmur.
46. Bu hal həm X1 öz izahatı, həm iddiaçının izahatı, həm də məhkəmədə şahid qismində dindirilmiş vergi müfəttişi Fərid Ismayılovun izahatı ilə uyğunluq təşkil edir.
47. Belə ki, vergi müfəttişi həmin şəxsin yoxlama zamanı iş başında olduğunu və ya salonda xidmət göstərdiyini göstərməmiş, yalnız onunla sonradan telefon danışığı aparıldığını və internet resurslarında onun fəaliyyəti barədə məlumatların olduğunu bildirmişdir. Sonradan aparılmış telefon danışığı və ya internet resurslarında olan ümumi məlumatlar isə şəxsin məhz ##.##.2023-cü il tarixdə iddiaçıya məxsus obyektdə işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyini təsdiq edən yetərli sübut sayıla bilməz.
48. Apellyasiya icraatında aparılmış araşdırma zamanı X1 vergi ödəyicisi kimi uçota alınması və onun adına müvafiq VÖEN verilməsi barədə məlumatlar da əldə edilmişdir.
49. Belə ki, Dövlət Vergi Xidmətinin ##.##.2026-cı il tarixli, *-**-*-*/*-******/**** nömrəli cavab məktubundan görünür ki, X1 ##.##.2024-cü il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, onun fəaliyyət növü “9602901 — fərdi qaydada bərbər fəaliyyəti” kimi müəyyən edilmiş və sonrakı dövrlərdə, yəni 2024-cü ilin oktyabr və dekabr aylarında etdiyi müraciətlər əsasında ona aylıq “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” verilmişdir. Lakin həmin hallar yoxlamadan sonrakı dövrə aid olduğundan, onun ##.##.2023-cü il tarixdə iddiaçıya məxsus obyektdə xidmətə cəlb edildiyini təsdiq etmir. Əksinə, iş materiallarında bu şəxs üzrə məhz yoxlama tarixinə aid faktiki cəlbetmə halı sübuta yetirilmədiyindən, X1 münasibətdə iddiaçıya 2.000 manat maliyyə sanksiyası tətbiq edilməsi qanuni və əsaslı hesab edilə bilməz.
50. X13 münasibətdə də vergi orqanının qərarı qanuni və əsaslı hesab edilmir.
51. Belə ki, iş materiallarından görünür ki, həmin şəxs X14 keçirilənədək, ##.##.2023-cü il tarixdə vergi ödəyicisi kimi uçota alınmış və onun fəaliyyət növü “9602901 — fərdi qaydada bərbər fəaliyyəti” kimi müəyyən edilmişdir. Apellyasiya icraatında aparılmış araşdırma zamanı həmin şəxsin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edib-etməməsi ilə bağlı Dövlət Vergi Xidmətinə sorğu verilmişdir.
52. Dövlət Vergi Xidməti Bakı şəhəri X14 və Uçotun Təşkili Baş Idarəsinin ##.##.2026cı il tarixli, *-**-*-*/*-******/**** nömrəli cavab məktubundan görünür ki, fiziki şəxs X13 fəaliyyət növü “9602901 — fərdi qaydada bərbər fəaliyyəti” olmuş, onun tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in alınması üçün ##.##.2023-cü il və ##.##.2024-cü il tarixlərdə dövlət büdcəsinə ödənişlər edilmişdir. Bununla belə, həmin məktubda qəbzin alınması üçün ayrıca müraciətin daxil olmadığı və buna görə də qəbzin rəsmiləşdirilmədiyi qeyd edilmişdir.
53. Kollegiya hesab edir ki, V.Sövzəliyevaya münasibətdə hüquqi qiymətləndirmə aparılarkən yalnız qəbzin formal olaraq rəsmiləşdirilib-rəsmiləşdirilməməsi deyil, həmin şəxsin yoxlama tarixinədək vergi ödəyicisi kimi uçota alınması, fəaliyyət növünün fərdi qaydada bərbər fəaliyyəti kimi müəyyən edilməsi və qəbzin əldə olunması üçün dövlət büdcəsinə ödəniş etməsi də nəzərə alınmalıdır. Xüsusilə ##.##.2023-cü il tarixli ödəniş X14ndən əvvəl edilmişdir və öz hüquqi təbiətinə görə məhz sabit qəbzin əldə olunmasına yönəlmiş ödənişdir. Bu hal V.Sövzəliyevanın fəaliyyətini tam gizli, uçotdan kənar və ya vergidən yayınma məqsədilə həyata keçirmədiyini, əksinə, fərdi qaydada fəaliyyət göstərmək üçün zəruri vergi öhdəliklərini yerinə yetirmək istiqamətində real addım atdığını göstərir.
54. Doğrudur, V.Sövzəliyeva tərəfindən qəbzin alınması üçün ayrıca müraciət edilmədiyindən qəbz rəsmiləşdirilməmişdir. Lakin, hazırkı işin konkret halları baxımından bu çatışmazlıq, özlüyündə, iddiaçının həmin şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçi kimi cəlb etməsi barədə nəticə çıxarmaq üçün kifayət etmir. Vergi orqanı bu şəxsə münasibətdə onun iddiaçı ilə faktiki əmək münasibətində olduğunu, iddiaçının göstərişi ilə və onun tabeliyində fəaliyyət göstərdiyini, yaxud iddiaçının onu əmək müqaviləsiz işçi kimi cəlb etdiyini inandırıcı sübutlarla təsdiq etməmişdir. Əksinə, iş materialları onun fərdi qaydada bərbər fəaliyyəti göstərmək niyyətində olan vergi ödəyicisi kimi çıxış etdiyini göstərir.
55. Bu baxımdan, V.Sövzəliyeva tərəfindən qəbzin rəsmiləşdirilməsi prosedurunun tam başa çatdırılmaması daha çox texniki-prosedur xarakterli çatışmazlıq kimi qiymətləndirilməli və həmin hal iddiaçıya münasibətdə Vergi Məcəlləsinin 58.10-cu maddəsi əsasında maliyyə sanksiyasının tətbiq edilməsi üçün yetərli əsas sayılmamalıdır. Vergi qanunvericiliyinin pozulması ilə bağlı aradan qaldırılmayan şübhələr vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.
56. Buna görə də X13 və X1 münasibətdə iddiaçıya maliyyə sanksiyası tətbiq edilməsi hissəsində cavabdehin qərarı qanunsuz və əsassız olmuş, birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.
57. Digər şəxslərə münasibətdə isə iş materialları fərqli nəticəyə gəlməyə əsas verir. X15 X14ndən əvvəl vergi ödəyicisi kimi uçota alınsa da, onun tərəfindən yoxlama dövrü üzrə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in əldə edilməsi təsdiq olunmur. Iddiaçının ilkin izahatında onun bərbər kimi göstərilməsi, onunla əmək müqaviləsi bağlanmasının nəzərdə tutulduğunun qeyd edilməsi və fəaliyyətinin qəbz əsasında rəsmiləşdirilməməsi birlikdə qiymətləndirildikdə, həmin şəxs üzrə vergi orqanının gəldiyi nəticə əsassız hesab edilə bilməz.
58. X16, X12, X9, Şahid və X10 münasibətdə isə onların əmək müqaviləsi, VÖEN və ya qəbz əsasında fəaliyyət göstərmələri iş materialları ilə təsdiq olunmur. Yuxarıda qiymətləndirilmiş sübutların məcmusu həmin şəxslərin iddiaçıya məxsus obyektin fəaliyyəti ilə bağlı olduqlarını göstərdiyindən, onların sonradan özlərini işçi kimi inkar etmələri vergi orqanının bu şəxslər üzrə gəldiyi nəticəni təkzib etmir.
59. Kollegiya nəzərə alır ki, gözəllik salonu kimi fəaliyyət göstərən təsərrüfat subyektində bərbər, lazeroloq, masajçı, dırnaq ustası, qeydiyyatçı və bu qəbildən olan şəxslərin fəaliyyəti obyektin sahibkarlıq fəaliyyəti ilə bilavasitə bağlıdır. Adıçəkilən şəxslərin hamısı salon xidmətləri üzrə peşə və ya fəaliyyət əlaqəsi olan şəxslərdir; onların heç biri barədə iş materiallarında adi, təsadüfi müştəri olması inandırıcı şəkildə təsdiq olunmur. Onların iddiaçıya məxsus obyektdə olması, iddiaçının ilkin izahatında obyektin fəaliyyəti ilə əlaqələndirilməsi, gəlirin bölüşdürülməsi barədə 50-50 nisbətində şifahi razılaşmanın göstərilməsi, sonradan verilmiş izahatların isə ziddiyyətli və qeyri-sabit olması nəzərə alındıqda, həmin şəxslərin iddiaçının sahibkarlıq fəaliyyəti çərçivəsində xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyi qənaətinə gəlmək üçün kifayət qədər əsas vardır.
60. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 41.1-ci maddəsinə görə vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və ya video çəkilişdən istifadə olunur. Kollegiyanın bununla bağlı sorğusuna cavab olaraq X14 və Uçotun Təşkili Baş Idarəsinin ## ###### 2026-cı il tarixli, *-**-*-*/*-*****/**** nömrəli məktubundan görünür ki, iddiaçıya məxsus obyektdə keçirilmiş operativ vergi yoxlaması zamanı video-görüntü qeydə alınmamışdır.
61. Operativ vergi yoxlaması aparılarkən qanunvericiliyin qeyd olunan tələbinə vergi orqanı tərəfindən əməl edilmədiyi görünsə də, kollegiya hesab edir ki, bu hal, hazırkı işin konkret halları baxımından, qəbul edilmiş qərarın bütövlükdə qanunsuz və əsassız inzibati akt hesab edilməsi üçün yetərli əsas yaratmır.
62. Belə ki, inzibati icraatın forma və prosedur qaydaları özlüyündə müstəqil məqsəd daşımır; həmin qaydalar işin faktiki hallarının düzgün müəyyən edilməsinə, şəxslərin hüquqlarının təmin olunmasına və maddi-hüquqi baxımdan əsaslı inzibati qərarın qəbul edilməsinə xidmət edir. Buna görə də inzibati icraat qaydalarının hər bir pozuntusu avtomatik olaraq inzibati aktın ləğvinə səbəb olmur. IPM-in 70-ci maddəsinin sonuncu cümləsində də inzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda bu qaydanın tətbiq olunduğu nəzərdə tutulmuşdur. Bu normanın məzmunundan çıxış etdikdə, prosessual pozuntu yalnız o halda inzibati aktın ləğvinə əsas ola bilər ki, həmin pozuntu işin hallarının müəyyən edilməsinə, sübutların toplanmasına və qiymətləndirilməsinə, yaxud qərarın məzmununa əhəmiyyətli təsir göstərmiş olsun.
63. Başqa sözlə, prosessual pozuntu ilə qəbul edilmiş inzibati aktın məzmunu arasında səbəbli əlaqə mövcud olmalı, həmin pozuntu baş verməsəydi iş üzrə fərqli nəticənin yarana biləcəyi müəyyən edilməlidir. Hazırkı işdə isə video-çəkilişin aparılmaması ilə qəbul edilmiş qərarın məzmunu arasında bu cür səbəbli əlaqə müəyyən olunmur. Çünki, vergi orqanı tərəfindən yoxlama prosesinin video-çəkilişinin aparılmaması işin faktiki hallarının sonradan məhkəmə icraatında araşdırılmasını mümkünsüz etməmişdir.
64. Əksinə, iddiaçının vəkili tərəfindən məhkəməyə yoxlama günü obyektin daxili müşahidə kameraları vasitəsilə qeydə alınmış video-görüntülər təqdim edilmiş və həmin görüntülərə kollegiya tərəfindən baxış keçirilmişdir. Təqdim olunmuş video-görüntülərə kollegiya tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, yoxlayıcı şəxslər obyektə daxil olaraq özlərini təqdim edirlər, həmin vaxtda salonda bir neçə qadın və bir nəfər kişi olduğu, yoxlama aparıldığı müddətdə obyektin fəaliyyətinin davam etdiyi və salona mütəmadi olaraq müştərilərin daxil olub-çıxdığı görünür. Bununla belə, video-görüntülərdə səs yazılmaması, keyfiyyəti və kameranın görüntü bucağı səbəbindən həmin şəxslərin dəqiq sayı, habelə onların hər birinin konkret olaraq hansı fəaliyyəti həyata keçirdiyi müəyyən edilmir.
65. Bu səbəbdən video-görüntülər ayrıca və həlledici sübut kimi deyil, iş materiallarında olan digər sübutlarla birlikdə qiymətləndirilmişdir. Həmin sübutların məcmusu X15, X12, X9, Şahid, X10 və X16 münasibətdə vergi orqanının gəldiyi nəticəni təsdiq edir, lakin X13 və X1 münasibətdə maliyyə sanksiyasının tətbiqi üçün kifayət etmir.
66. Beləliklə, kollegiya hesab edir ki, X15, X12, X9, Şahid, X10 və X16 münasibətdə iddiaçıya 12.000 manat maliyyə sanksiyası tətbiq edilməsi barədə cavabdehin qərarı qanuni və əsaslıdır. Bu hissədə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd olunmalıdır.
67. X13 və X1 münasibətdə isə maliyyə sanksiyasının tətbiqi üçün zəruri faktiki və hüquqi əsaslar təsdiq olunmadığından, cavabdehin qərarı həmin hissədə qanunsuz hesab edilməlidir. Bu hissədə birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.
68. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilən hissədə iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı qismən – X15, X12, X9, Şahid, X10 və X16 münasibətdə iddiaçıya 12.000 manat maliyyə sanksiyasının tətbiq edilməsinə dair cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023-cü il tarixli, ************** nömrəli qərarının ləğv edilməsinə dair iddianın təmin edilməsi hissəsində ləğv edilsin. Bu hissədə iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilsin. Qərar qalan hissədə - X13 və X1 münasibətdə iddiaçıya 4.000 manat maliyyə sanksiyasının tətbiq edilməsinə dair vergi orqanının qərarının ləğv edilməsinə dair iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.