Məhkəmə qərarları › İş №2-1(105)-1032/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1032/2024

20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1032/2024 20.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi) Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Şamaxı rayon Mərzəndiyə bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı "bələdiyyə sərəncamının və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2-1(118)-5577/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Mərzəndiyə bələdiyyə başçısının 25 aprel 2007-ci il tarixli, 04 nömrəli qərarı ilə bələdiyyənin perspektiv inkişaf fondundan 3,00 ha torpaq sahəsinin tikinti məqsədilə X5 ayrılması qərara alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********07, **********08 və **********06 reyestr nömrəli çıxarışlara əsasən Şabran rayonu, Mərzəndiyə kəndində yerləşən müvafiq olaraq 0,04, 0,21 və 0,21 ha torpaq sahələri xüsusi mülkiyyət hüququ üzrə E.R.Babayevin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Mərzəndiyə bələdiyyəsinin 25 aprel 2007-ci il tarixli, 04 nömrəli qərarı ilə sonuncuya ayrılmış 5000.55 kv.m. torpaq sahəsinə dair onun adına DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən 19 iyun 2008-ci il tarixli, A 051813 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. 09 avqust 2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” nə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti mülkiyyətində olan Şabran rayonu, Mərzəndiyə kəndində yerləşən ümumi sahəsi 1687,5 kv.m. olan əmlak kompleksi kimi müəssisəni İddiaçınə satmışdır. Daha sonra həmin əmlak kompleksi kimi müəssisə "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 30 avqust 2023-cü il tarixdə qeydiyyata alınmışdır. 02 may 2024-cü il tarixli, 7865 nömrəli icarə müqaviləsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti sözügedən əmlak kompleksinin yerləşdiyi 13516,1 kv.m. torpaq sahəsini "xxxx" MMC-nin icarəsinə vermişdir. İddiaçı "xxxx" MMC 05 mart 2024-cü il tarixdə ərizə ilə ƏMDX-nin Şamaxı ərazi şöbəsinə müraciət edərək, MMC-nin mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin qarşısında giriş-çıxış yollarının təmiri və boş qalan sahələrin abadlaşdırılıb yaşıllıqların salınması üçün həmin torpaq sahəsinin icarəyə verilməsini xahiş etmiş, inzibati orqan 01 aprel 2024-cü il tarixli, 3-21-3-2-26/3-473/2024 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, müraciətə uyğun olaraq elektron kadastr baza məlumatlarında qeyd olunan torpaq sahəsi barədə məlumatların təqdim edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət ünvanlanmış, həmin orqandan daxil olmuş məktuba əsasən müəyyən olunmuşdur ki, sözügedən ərazidən 0,50 ha torpaq sahəsi Şamaxı Mərzəndiyə bələdiyyəsinin 25 aprel 2007-ci il tarixli, 04 nömrəli qərarı ilə kommersiya məqsədilə X1. Əlavə araşdırma zamanı həmin torpaq sahəsinə dair A 051813 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (kadastrı) sənədinin mövcud olduğu müəyyənləşdirilmişdir. Bundan sonra iddiaçı 08 avqust 2024-cü il tarixdə ərizə ilə Şabran rayonu Mərzəndiyə bələdiyyəsinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək, müvafiq olaraq Mərzəndiyə bələdiyyəsinin 25 aprel 2007-ci il tarixli, 04 nömrəli qərarının və həmin qərar əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş X4 adına verilmiş xx.xx.2024-cü il tarixli, **********07, **********08 və **********06 reyestr nömrəli çıxarışların ləğv edilməsini xahiş etmişdir. İnzibati orqanlar tərəfindən iddiaçının müraciətlərinə yazılı cavab verilməmişdir. İddiaçı “Duahan İnşaat" MMC cavabdehlər Şamaxı rayon Mərzəndiyə bələdiyyəsinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0.50 ha torpaq sahəsinin kommersiya məqsədi ilə X3 haqqında Şamaxı rayonu Mərzəndiyyə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı qərarının və həmin bələdiyyə qərarı əsasında verilmiş müvafiq çıxarışların (reyestr nömrəsi **********06, qeydiyyat nömrəsi **********; reyestr nömrəsi **********08, qeydiyyat nömrəsi **********; reyestr nömrəsi **********07, qeydiyyat nömrəsi **********) ləğv edilməsi öhdəliyinin cavabdehlərinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti ilə iddiaçı arasında xx.xx.2024-cü il tarixində bağlanmış 7865 nömrəli müqaviləyə əsasən ünvan 2i ünvanındaki əmlak kompleksinin yerləşdiyi 13516.1 kv.m torpaq sahəsi istifadələrinə verilmişdir. xx.xx.2024-cü il tarixində əmlak kompleksinə zəruri giriş-çıxış yolunu təşkil edən torpaq sahəsinin abadlaşdırılması və əsaslı təmiri məqsədi ilə həmin ərazinin icarəyə götürülməsi və ya özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsinə müraciət etmişdirlər, lakin həmin orqan Mərzəndiyyə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə kommersiya məqsədi ilə X2 və sözügedən 0.50 ha torpaq sahəsinə DTXK tərəfindən hazırlanmış A 051813 nömrəli torpaq sahəsinin planı və ölçüsü (kadastr) sənədinin mövcud olduğunu bildirərək müraciətin mümkünsüz olmasını göstərmişdir. Daha sonra X6 filialına müraciətləri nəticəsində onlara məlum olmuşdur ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi torpağın kommersiya təyinatlı olmasını dəyişmiş və E.R.Babayevin adına 0,04 ha, 0,21 və 0,21 ha torpaq sahələrinə dair (yaşayış məntəqələrinin torpaqları, kənd təsərrüfatlı təyinatlı torpaqları) üç çıxarış vermişdir. Hal-hazırda həmin ərazilərdə tikinti işlərinə başlanılmışdır. Göründüyü kimi bir sıra inzibati orqanların qanunsuz hərəkətləri nəticəsində iddiaçı tərəfindən külli miqdarda yatırım edilən investisiya artıq öz mənasını itirmiş olur. Həmin torpaq sahəsi özəlləşdirildikdə tikinti kompleksinə giriş-çıxış etmək və ümumiyyətlə, istifadə etmək mümkünsüz olur. Həmçinin, həmin ərazinin yaxınlığında Azərsu ASC-yə məxsus mürəkkəb hidrotexniki qurğular da mövcuddur, daha sonra həmin ərazi Pirsaat məscidinin yaxınlığındadır və istənilən nizamsız tikinti həmin ərazilərin arxitektur görkəminə bərpa edilməz ziyan vuracaqdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2-1(118)-5577/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı tərəf mübahisələndirilən bələdiyyə qərarından 2023-cü ildə məlumatı olduğunu bildirir. Lakin, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürməklə 09 avqust 2024-cü il tarixdə məhkəmədə iddia qaldırmış, həmçinin, müddətin bərpasına dair ərizə verilməsi üçün nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. İddiaçı iddia ərizəsində Mərzəndiyə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarının mübahisələndirməsinin səbəbi kimi əmlak kompleksinə giriş-çıxış etməyin, ümumiyyətlə istifadə etməyin mümkünsüz olması, ərazinin yaxınlığında Azərsu ASC-yə məxsus mürəkkəb hidrotexniki qurğular olduğunu, daha sonra ərazinin Pirsaat məscidinin yaxınlığında olmasını və istənilən nizamsız tikintinin həmin ərazilərin arxitektor görkəminə bərpa edilməz ziyan vuracağını göstərmişdir. Lakin qeyd edilən halların əsası kimi heç bir dəlil və sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı əmlak kompleksinin yerləşdiyi torpaq sahəsindən icarə hüququ əsasında istifadə edir. Həmin torpaq sahəsi dövlət mülkiyyətindədir. X4 adına DTXK tərəfindən hazırlanmış A 051813 saylı torpaq sahəsinin planı və ölçü sənədindən görünür ki, torpaq sahəsindən keçən hər hansı yol nəzərdə tutulmamışdır, iddiaçıya məxsus əmlak kompleksinə aparan yol E.R.Babayevə oğluna məxsus torpaq sahəsinin yan sərhəddində yerləşməklə, yolun qarşısını kəsmir. Beləliklə, iddiaçının hazırki iddia tələbini qaldırmaq üçün subyektiv hüquqa malik olması halı da məhkəmə tərəfindən müəyyən edilmir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın mümkün sayılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadında göstərilmişdir “... İddiaçının nümayəndəsi bildirir ki, onun mübahisələndirilən qərardan 2023-cü ildə məlumatı olmuşdur. Lakin iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürməklə 09 avqust 2024-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır...”. Bununla bağlı bildirir ki, iddiaçı 2023-cü ildə ərizə ilə müraciət edərək səlahiyyətli orqanlardan məlumat almamış, sadəcə ətrafda yaşayan insanların söz-söhbətindən eşitmişdir ki, ola bilsin ki, həmin ərazinin kadastr sənədi var. Yalnız 2024-cü ilin avqust ayında rəsmi ərizə ilə cavabdeh orqanlara müraciət etmiş və müvafiq cavabları aldıqdan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, müddətin keçməsinə görə iddianın mümkünsüz sayılması əsassızdır. Qərardadda iddiaçının hüquqlarına və maraqlarına toxunulmadığı və bu səbəbdən də subyektiv hüquqlarının olmadığı göstərilsə də, qeyd olunan hal birbaşa onların hüquqlarına toxunmuşdur və bununla bağlı sübutlar da məhkəməyə təqdim edilmişdir. Belə ki, zavoda giriş-çıxış məhdudlaşdırılmışdır, yük maşınları müəssisəyə daxil ola bilmirlər, yüksək tonajlı yük avtomobillərin giriş-çıxışı, ümumiyyətlə onların manevrləri mümkünsüz hala gəlmişdir. Müəssisənin fəaliyyəti demək olar ki, mənasını itirmiş olur. Bununla bağlı fotoşəkillər də məhkəməyə təqdim edilmişdir. Müxtəlif profilli malların istehsalını həyata keçirən, gün ərzində durmadan yüksək tonajlı yük avtomobillərinin manevr etdiyi zavod ərazisinə bilavasitə yaxınlığında yaşayış evlərinin tikilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsininin 57-ci maddəsində göstərilən səbəbdən təhlükəlidir. Daha sonra iddiaçı apellyasiya şikayətinə əlavə təqdim edərək qeyd etmişdir ki, iddiaıya məxsus zavodun (istehsal sahəsinin) sanitariya-mühafizə zonasının sərhədlərinin müəyyən olunması barədə “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nə müraciətlərinə əsasən aparılmış çoxsaylı hesablamalar və ölçmələr nəticəsində istehsalat sahəsinin özündə səs-küyün səviyyəsi 84,3 dba olaraq, ətrafında səs-küyün 49 dba səviyyəsi 60 metr məsafədə müşahidə olunmuşdur. Qeyd olunanları nəzərə alıb, zavodun sanitariya-mühafizə zonasının 60 metr olması qəbul edilmişdir. Sözügedən ərazi 1952-ci ildən istehsalat zonası kimi yaradılıb və bu səbəbdən də sanitar-mühafizə ərazisi mövcud olmuşdur. Qanunvericiliyə uyğun olaraq sanitariya-mühafizə zonasında hər hansı tikinti istər yaşayış istərsə də, qeyri-yaşayış və istehsalat müəssisəsinin olması yolverilməzdir. Həmin ərazidə sanitar-mühafizə zonasının zəruri olması sözügedən torpaqlarla bağlı iddiaçının subyektiv hüququnun olmasına səbəb olur və həmin subyektiv hüquq əsasında ərazidəki torpaq sahələrinə dair çıxarışların ləğv edilməsini tələb etmək hüququ vermiş olur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, onlara məxsus əmlak kompleksinin (zavod) yerləşdiyi torpaq sahəsi ilə bələdiyyə tərəfindən X5 ayrılmış 0,50 ha torpaq sahəsi üst-üstə düşmür. Sadəcə olaraq həmin torpaq sahəsində yaşayış evlərinin tikintisi zavoda gələn nəqliyyat vasitələrinin giriş-çıxışına maneə yaradır, eləcə də, yaşayış evlərinin tikintisindən sonra zavodun fəaliyyətinin həmin ərazidə yaşayışa maneə olduğu səbəbindən zavod bağlana bilər. İddiaçının nümayəndəsi (vəkili) şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmaması, eləcə də, mübahisələndirmə haqqında iddia üzrə iddia müddətinin ötürülməsi əsası ilə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin hüquqi mövqeyi qismən əsaslı olsa da, iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. İddia ərizəsindən görünür ki, hazırkı iddia tələbi iki hissədən ibarətdir: 1) Şamaxı rayonu Mərzəndiyyə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarının 0,50 ha torpaq sahəsi hissəsində ləğv edilməsi; 2) Həmin bələdiyyə qərarı əsasında 0,04, 0,21 və 0,21 ha torpaq sahələrinə dair X4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixində **********06, **********08 və **********07 reyestr nömrələri ilə aparılan qeydiyyatların ləğv edilməsi. Birinci tələbə münasibətdə kollegiya aşağıdakıları qeyd edir: İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. Belə ki, iş materiallarında olan torpaq sahələrinin yerləşdiyi ərazinin orto-foto xəritəsindən çıxarışdan müəyyən edilir ki, mübahisələndirilən 0,50 torpaq sahəsi iddiaçıya məxsus əmlak kompleksinin yerləşdiyi 1,3 ha torpaq sahəsi ilə yanaşı yerləşməklə, bu sahələrin döngə nöqtələrinin koordinatları üst-üstə düşmür. İşin qeyd olunan halı iddiaçı tərəfindən də mübahisələndirilmir. Belə ki, iddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasında izahatında onlara məxsus əmlak kompleksinin (metal dam örtüyü istehsalı sahəsi) yerləşdiyi torpaq sahəsi ilə bələdiyyə tərəfindən X5 ayrılmış 0,50 ha torpaq sahəsinin üst-üstə düşmədiyini bildirmişdir. Ümumilikdə, iddiaçı tərəf hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun mövcudluğunu ilk növbədə mübahisəli torpaq sahəsində yaşayış evlərinin tikintisinin onlara məxsus əmlak kompleksinə nəqliyyat vasitələrinin giriş-çıxışına maneə yaratdığı və bu baxımdan, əmlak kompleksindən istifadə etməyin mümkünsüz olduğu ilə əsaslandırmışdır. Kollegiya iddiaçının həmin dəlillərini əsassız hesab edərək qeyd edir ki, əvvəla, işdən göründüyü kimi torpaq sahəsinin üçüncü şəxsə ayrılması barədə bələdiyyə qərarının qəbul edildiyi dövrdə sözügedən əmlak kompleksi kimi müəssisənin özü iddiaçının mülkiyyətində olmamış, sonuncu həmin qeyri-yaşayış sahəsini 2023-cü ildə alqı-satqı qaydasında əldə etmişdir. Digər tərəfdən, subyektiv hüququn əsası kimi qeyd edilənlərlə bağlı iş materiallarında hər hansı sübut mövcud deyildir, iddiaçı tərəfindən də məhkəməyə təqdim edilməmişdir. Əksinə, həmin ərazinin orto-foto xəritəsindən çıxarışdan görünür ki, əmlak kompleksinin iki girişi vardır ki, əsas girişin mübahisələndirilən 0,50 torpaq sahəsinə aidiyyəti olmamaqla, həmin sahədən aralıda yerləşir. Digər giriş isə həmin torpaq sahəsindən keçir. Bununla belə, kollegiya qeyd edir ki, hətta mübahisəli torpaq sahəsinin əmlak kompleksinin giriş-çıxışına maneə yaratdığı qəbul edilsə belə, bu hal iddiaçıya torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarını mübahisələndirmək imkanı vermir. Belə ki, qeyd olunan mübahisə Mülki Məcəllənin tələblərinə uyğun olaraq özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququ olan servitutla aradan qaldırıla bilər. İddiaçı apellyasiya şikayətinə əlavə təqdim edərək hazırkı iddia üzrə subyektiv hüquqlarının əsası kimi onlara məxsus əmlak kompleksinin (metal dam örtüyü istehsalı sahəsinin) fəaliyyəti ilə əlaqədar ərazidə səs-küyün həddi nəzərə alınaraq istehsal sahəsinin sanitariya-mühafizə zonasının 60 metr olduğunu və qanunvericiliyin tələbinə görə sanitariya-mühafizə zonasında hər hansı tikinti müəssisəsinin olmasının yolverilməzliyini qeyd etmişdir. İddiaçının bu dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Kollegiya İclasının xx.xx.2001-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma norma və qaydaları şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” nın (AzDTN 2.6-1) 5-ci bəndində “İstehsalat ərazisi Sənaye zonası (rayonu)” ilə bağlı məsələlər tənzimlənmişdir. Bu Qaydaların 5.1-ci bəndinə əsasən sənaye müəssisələrini, bir qayda olaraq, şəhərlərin sənaye zonalarının (rayonlarının) ərazilərində ümumi köməkçi istehsalat və ya infrastruktur obyektləri olan müəssisələr qrupu (sənaye qovşaqları) tərkibində, qəsəbə və kənd yaşayış məskənlərində isə istehsalat zonalarının tərkibində yerləşdirmək lazımdır. 5.5-ci bəndində göstərilir ki, şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin məskunlaşma ərazisində istehsalat prosesində havaya zərərli tullantılar buraxmayan, yanğın və partlayış təhlükəsi olmayan, qəbul olunmuş normadan artıq səs yaratmayan və dəmir yolu tələb olunmayan sənaye müəssisələrini yerləşdirmək olar. Bununla yanaşı, sənaye müəssisələri sahəsinin sərhədlərindən yaşayış binalarına, məktəbəqədər və ümumi təhsil, tibb və istirahət müəssisələrinədək olan məsafə 50 m-dən az olmamalıdır. Normaların tələblərindən müəyyən edildiyi kimi kənd yaşayış məskənlərində sənaye müəssisələri istehsalat zonalarının tərkibində yerləşdirilməli və bu müəssisələrdən yaşayış binalarına qədər məsafə ən az 50 m olmalıdır. Göründüyü kimi sənaye müəssisəsinin qanunvericiliklə yol verilən ərazilərdə inşa edilməsi və sanitariya-mühafizə zonasının qorunması ilə bağlı normaların tələblərinə riayət etmək öhdəliyini bu müəssisələrin mülkiyyətçiləri daşıyır. Həmçinin, hazırkı halda yuxarıda qeyd edildiyi kimi əmlak kompleksinin (sənaye müəssisəsinin) iddiaçı tərəfindən torpaq sahəsinin üçüncü şəxsə ayrıldığı 2007-ci ildən daha sonra (2023-cü ildə) satın alındığı nəzərə alınarsa, qeyd olunan məsələlərə görə üçüncü şəxsin məsuliyyət daşımadığı müəyyən edilir. Kollegiya iddiaçının həmin ərazinin yaxınlığında "xxxx" ASC-yə məxsus mürəkkəb hidrotexniki qurğuların mövcudluğu, o cümlədən, həmin ərazinin Pirsaat məscidinin yaxınlığında yerləşdiyi və istənilən nizamsız tikinti işlərinin həmin ərazilərin arxitektur görkəminə bərpa edilməz ziyan vuracağı ilə dəlillərini də əsassız sayaraq bildirir ki, qeyd olunan hallar iddiaçının əmlak kompleksinə olan mülkiyyət hüququnun pozulmasına əsas vermir, iddiaçı bu əsaslarla çıxış edərək hazırkı iddianı qaldıra bilməz. Belə ki, şəxsin özünün deyil, başqasının hüquqi mənafeyinə təsir edən hallarla bağlı onun və ya cəmiyyətin maraqları naminə iddia qaldırması yolverilməzdir, şəxs yalnız öz hüquqlarının və maraqlarının pozulması halında məhkəməyə iddia ilə müraciət edə bilər. İddiaçı tərəfindən qeyd olunan hallar isə bilavasitə onun subyektiv hüququndan irəli gələn məsələlər deyildir. İddia olunanlarla bağlı aidiyyəti orqanlar müvafiq hüquqlarının pozulması halında məhkəmədə iddia qaldıra bilərlər. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh bələdiyyə tərəfindən onun hüquqlarına müdaxilə edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Hazırkı iş üzrə belə sübutlar verilmədiyindən, iddianın mümkünlüyü baxımından hüququn pozulması halı müəyyən olunmur. Belə ki, torpaq sahəsinə dair cavabdeh bələdiyyə tərəfindən 25 aprel 2007-ci il tarixli, 04 nömrəli qərarın qəbul edilməsi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halına yol verilməmişdir. Bu isə o deməkdir ki, “Duahan İnşaat" MMC hazırki 1-ci tələb üzrə subyektiv hüquqa malik olmamışdır. Birinci instansiya məhkəməsi hazırkı iddianın mümkün sayılmama əsası olaraq subyektiv hüquqla yanaşı, mübahisələndirmə haqqında iddia üzrə iddia müddətinin ötürüldüyünü də qeyd etmişdir. Kollegiya bu hissədə işə baxan məhkəmənin mövqeyi ilə razılaşmayaraq bildirir ki, hazırkı iddia üzrə iddiaçının subyektiv hüququnun olmadığı müəyyən edilir. İddia müddəti isə müvafiq iddianın xüsusi mümkünlük şərtidir ki, bu şərtin yoxlanılması yalnız iddianın ümumi mümkünlük şərtlərinin, ən əsası da iddiaçının subyektiv hüququnun mövcudluğu müəyyən edildikdən sonra yoxlanıla bilər. Bununla bağlı L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il Qərarında göstərilmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Nəzərə almaq lazımdır ki, iddia müddəti yalnız buna hüququ olan şəxsin iddia irəli sürə biləcəyini nəzərə alaraq tətbiq edilə bilər. Əgər şəxsə hüquq verilmişdirsə, bu zaman həmin hüququn qorunması və ya reallaşdırılması üçün müəyyən bir müddət müəyyənləşdirilə bilər. Lakin subyektiv hüquq mövcud deyilsə, iddia müddəti ilə bağlı məsələlərin araşdırılmasının hüquqi əsası yoxdur. Mübahisələndirilən bələdiyyə qərarı əsasında 0,04, 0,21 və 0,21 ha torpaq sahələrinə dair X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsinə dair 2-ci tələbə münasibətdə kollegiya qeyd edir ki, bu tələb də özlüyündə mümkünsüzdür. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Kollegiya qeyd edir ki, dövlət reyestrində mübahisələndirilən qeydiyyatlar cavabdeh bələdiyyənin 25 aprel 2007-ci il tarixli, 04 nömrəli qərarı əsasında aparıldığından, qeydiyyatların ləğvi tələbinə dair iddia o halda mümkün olardı ki, bələdiyyə qərarı məhkəmə qaydasında mübahisələndirilmiş olsun. Hazırkı iş üzrə isə bu hal müşahidə edilmir. Belə ki, iddiaçı bələdiyyə qərarının ləğvi tələbinə dair iddia ilə məhkəməyə müraciət etsə də, işin yuxarıda təhlil edilən hallarından göründüyü kimi bu iddia mümkünsüzdür. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2-1(118)-5577/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar