Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1034/2024 17.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu Qobu bələdiyyəsinə qarşı “Abşeron rayonu Qobu bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli 01 saylı qərarı ilə ayrılmış 0.08 ha torpaq sahəsinin əvəzinə ayrılması nəzərdə tutulmuş eyni ölçüdə torpaq sahəsinin naturadan ayrılaraq təhvil verilməsi və sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(118)- 1667/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Müəyyən etdi: İddiaçı cavabdeh Abşeron rayonu Qobu bələdiyyəsinə qarşı “Abşeron rayonu Qobu bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli 01 saylı qərarı ilə ayrılmış 0.08 ha torpaq sahəsinin əvəzinə ayrılması nəzərdə tutulmuş eyni ölçüdə torpaq sahəsinin naturadan ayrılaraq təhvil verilməsi və sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin qərarında qeyd olunur ki, müvafiq iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsinə daxil olduqdan sonra məhkəmə iddia ərizəsinin surətini cavabdeh Abşeron rayonu Qobu bələdiyyəsinə göndərərək iddia ərizəsinə münasibətini (etirazı) göndərməsini xahiş etmişdir. Bundan başqa məhkəmə dəfələrlə (04 dekabr 2023cü il, 24 yanvar 2024-cü il və 28 mart 2024-cü il tarixlərdə) sorğu ilə cavabdehə müraciət edərək Abşeron rayonu Qobu bələdiyyəsinin 10 avqust 2018-ci il tarixli, 08 saylı qərarının və həmin qərarın qəbul edilməsi üçün əsas olmuş sənədlərin, o cümlədən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsinin tələb etdiyi sənədlər təqdim edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(118)-1667/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Abşeron rayonu Qobu bələdiyyəsinə qarşı “Abşeron rayonu Qobu bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli 01 saylı qərarı ilə ayrılmış 0.08 ha torpaq sahəsinin əvəzinə ayrılması nəzərdə tutulmuş eyni ölçüdə torpaq sahəsinin naturadan ayrılaraq təhvil verilməsi və sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə cavabdeh Abşeron rayonu Qobu bələdiyyəsinin məhkəmə tərəfindən tələb olunan sübutları təqdim etməməsi və ya təqdim edə bilməməsinin səbəbləri barədə məlumat verməməsinə görə 200 (iki yüz) manat məbləğində cərimə olunması qərara alınmışdır (hakim Vəfa Əzizova). Qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü əsasları yoxlanılarkən verilmiş şikayətin prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyi məlum olmuşdur. Belə ki, apellyasiya şikayəti, qanunvericiliklə müəyyən olunmuş 10 gün müddət ərzində verilməmişdir. Məhkəmə qərardadı 12 iyul 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində cavabdehə məxsus elektron kabinetə yerləşdirilsə də, cavabdeh həmin qərardaddan 31 iyul 2024-cü il tarixli apellyasiya şikayəti vermiş və sözügedən apellyasiya şikayəti 08 avqust 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bu baxımdan, apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması qərara alınmış və 17 oktyabr 2024-cü il tarixə, saat 14:00-a məhkəmə iclası təyin edilmişdir. Bununla əlaqədar, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində təsbit edilmiş yardım etmək vəzifəsinə əsasən, məhkəmə tərəfindən cavabdehə 07 oktyabr 2024-cü il tarixli məktub göndərilərək, buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin və həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi hüququnun olması ona izah olunmuşdur. Cavabdeh lazımı qaydada məlumatlandırılsada, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin qeyd olunan halın aradan qaldırılması istiqamətində heç bir addım atılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilə bilməsi müəyyən olunur. İPM-in 9-1.3-cü maddəsi imperativ olaraq müəyyən edir ki, inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda, həmin icraat, o cümlədən, ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İşdən görünür ki, cavabdeh 09 aprel 2022-ci il tarixdən “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş, həmin sistemdə “elektron kabinet” yaratmışdır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu Sumqayıt İnzibati Məhkəməsi də mübahisələndirilən məhkəmə qərardadını cavabdehin elektron kabinetində 12 iyul 2024-cü il tarixdə yerləşdirmişdir. Lakin, cavabdeh tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 10 günlük müddət ötürüldükdən sonra verilmişdir. İPM-nin 85.1ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərardadından şikayət verilmənin son müddəti 22 iyul 2024-cü il tarixdə başa çatmışdır, bununla da şikayətin verilməsi müddəti ötürülmüşdür. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbayan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq, onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmayaraq şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80, 85, 86 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(118)-1667/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-1034/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1034/2024
17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver