Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1035/2025 30.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr N25-ci il tarixli, 2-1(118)-2876/N25 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 15 oktyabr NN-ci il tarixli, 5584 nömrəli arayışından görünür ki, İddiaçı 15 oktyabr NN-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 29 dekabr NN-ci il tarixli, 13467 nömrəli arayışından görünür ki, İddiaçı 15 dekabr NN-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 5 fevral N21-ci il tarixli, 3665 nömrəli arayışından görünür ki, İddiaçı 27 yanvar N21-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. N nömrəli hərbi hissə komandirinin N aprel N22-ci il tarixli, 105 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı N nömrəli hərbi hissənin 4-cü mexanikləşdirilmiş tabor 12-ci mexanikləşdirilmiş bölük 1-ci mexanikləşdirilmiş taqım 2-ci döyüş maşınlar heyətinin mexanik-sürücü, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin N aprel N22-ci il tarixli, 026əç nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, N22-ci il üçün nəzərdə tutulmuş 60 gün növbəti məzuniyyətini verilməklə, 7 iyun N22-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin 1 avqust N22-ci il tarixli, 7439 nömrəli məktubundan görünür ki, İddiaçı müayinə olunmuş, “posttravmatik stress pozuntusu, dissosiativ daxilolmalarla F43.1” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin 18 noyabr N22-ci il tarixli, 109N nömrəli məktubundan görünür ki, İddiaçı müayinə olunmuş, “üzvi (müharibə zamanı alınmış barotravma nəticəsində) dissosiativ pozuntu, tez-tez təkrarlanan cəngolma tutmaları ilə F06.5, posttravmatik stress pozuntu, intihar cəhdləri ilə F43.1 diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 19 aprel N23-cü il tarixli, 5023 nömrəli məktubu ilə göndərilmiş Həkim Psixiatr Komissiyasının 17 aprel N23-cü il tarixli, 334 nömrəli rəyindən görünür ki, İddiaçı müayinə olunmuş, “üzvi (müharibə zamanı alınmış barotravma) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar və tez-tez təkrarlanan qıcolma tutmaları ilə F07.0” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 30 oktyabr N23-cü il tarixli, 1948 nömrəli məktubu ilə göndərilmiş Həkim Psixiatr Komissiyasının 30 oktyabr N23-cü il tarixli, 2337 nömrəli rəyindən görünür ki, İddiaçı müayinə olunmuş, “üzvi (müharibə zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan qıcolma tutmaları və dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, kəkələmə və özünü kəsmələrlə F07.0” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 1 aprel N24-cü il tarixli, 4154 nömrəli məktubu ilə göndərilmiş Həkim Psixiatr Komissiyasının 1 aprel N24-cü il tarixli, 4211 nömrəli rəyindən görünür ki, İddiaçı müayinə olunmuş, “üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan qıcolma tutmaları və dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, kəkələmə və özünü kəsmələrlə F07.0” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 4 iyul N24-cü il tarixli, 6677 nömrəli İddiaçı dair “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən diaqnoz “T70.0, H 93.3 Barotravma (NN-ci il 27 sentyabr), sağtərəfli xroniki koxlear nevrit. Sağtərəfli neyrosensorun ağıreşitmə. Pıçıltı nitqinin sağ qulaqda 4 (dörd) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə T90.5. Partlayış travması (NN-ci il 27 sentyabr) keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonra vegetativ damar davamsızlığı. F 07.0 Ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxılolmalar, tez-tez təkrarlanan tutmalar və dekompensasiyalar,koqnitiv funksiyaların enməsi ilə, özünü kəsmələr, kəkələmə S87, S57.0, Y36.2 Sol əlin ovuc səthinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Sol baldırın ön yan səthinin bərkimiş dəri çapığı. Sol saidin ön səthinin kəsilmiş yaralanmasından sonrakı bərkimiş çapığı”, “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır, diaqnoz D86.0 Sarkoidoz İİ (ikinci) mərhələ. H 52.2 Hər iki gözün sadə hipermetropik astiqmatizm 1,0D nəticəsində görmə itiliyinin solda 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. K 00.00 əng və çənə ikincili hissəvi adentiya”, “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 27 yanvar N23-cü il tarixli, xxxxxxx0001 nömrəli qərarından görünür ki, İddiaçı əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 28 avqust N23-cü il tarixli, xxxxxxx0002 nömrəli qərarından görünür ki, İddiaçı diaqnozun əlillik əlamətinin təyin etməməsi səbəbi ilə əlilliyin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 6 sentyabr N24-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarından görünür ki, İddiaçı diaqnozun əlillik əlamətinin təyin etməməsi səbəbi ilə əlilliyin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 8 oktyabr N24-cü il tarixli, 3- 17-4/3-3-7164/N24 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may N22-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlamətinin təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin 6 sentyabr N24-cü il və 8 oktyabr N24-cü il tarixli qərarlarının ləğv edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 65-80% əlillik dərəcəsinin 2 il müddətinə təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 1991-ci il təvəllüdlü iddiaçı 27 sentyabr NN-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Füzuli istiqamətində artilleriya atəşi və odlu silah nəticəsində “partlayış travması” qapalı kəllə beyin travması, baş beyin silkələnməsi xəsarətini almışdır. 25 aprel N03-cü il tarixdə həkim məsləhət komissiyasına təqdim olunmuşdur. “Üzvi (müharibə zamanı alınmış barotravma) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan qıcolma tutmaları və özünü kəsmələrlə” diaqnozu təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin psixiatr komissiyasının 4211 saylı, 1 aprel N24-cü il tarixli rəyi ilə “Üzvi (müharibə zamanı alınmış barotravma) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, teztez təkrarlan qıcolma tutmaları və özünü kəsmələrlə” kəkələmə ilə F07.0 verilmişdir. Ambulator kitabçadan çıxarışla xəstəliyi təsdiq olunmuşdur. 28 fevral N22-ci il tarixli, 2643 saylı xəstəlik haqqında şəhadətnamə ilə 5 noyabr N22-ci il tarixdə 13159 saylı xəstəlik haqqında şəhadətnamə verilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə diaqnoz: mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posstravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posstravmatik sindrom, dissosiativ daxilolmalarla. Barotravma (27 sentyabr NN-ci il), sağtərəfli xroniki koxlear nevrit. Sağtərfli davamlı neyrosensor ağıreşitmə. Pıçıltı nitqini sağ qulaqda 4 metr, sol qulaqda 6 metr məsafədən eşitməsi ilə. Partlayış travması (27 oktyabr NN-ci il). Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı veqetativ dinar damar davamsızlığı. Sol əlin ovuc səthinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” “hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” diaqnoz Sorkoidoz İİ (ikinci) mərhələ. Hər iki gözün sadə hipermetropik astiqmatizmi, 1, 0D, nəticəsində, görmə itiliyinin solda 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. 36, 37-ci dişlərin olmaması” müəyyən olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1358 nömrəli arayışı ilə xəstəliyin hərbi xidmət dövrü alınması və xəstəliklər cədvəlinin 48 maddəsinin 3 qrafasında hərbi xidmətə müvəqqəti yararsız hesab olunmuşdur. Xəstəliyi barədə bütün sənədləri və şəhadətnamələri vardır. Bu xəstəlik və diaqnozuna baxmayaraq, cavabdeh orqan 27 avqust N24-cü il tarixli göndəriş əsasında diaqnozun əlillik əlamətinin təyin etməməsi səbəbindən əlillik təyinatından imtina cavabı verilmişdir. Belə bir imtina qərarı telefonuna göndərilmişdir. Hesab edir ki, bu imtina qanuni hesab edilə bilməz. Ona görə ki, cavabdehin dəlilləri əsaslı deyildir. İddiaçı barəsində cavabdeh orqan tərəfindən düzgün müayinələr üzrə əsassız qərarlar qəbul edilmişdir. Konstitusiyada nəzərdə tutulmuş sosial müdafiə və pensiya almaq hüquqları pozulur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, Sumqayıt şəhər sakini xx xxxxxxxx 1991-ci il təvəllüdlü iddiaçının orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində 28 avqust N23cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçıya orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 4 iyul N24-cü il tarixli, 6677 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Barotravma (27 sentyabr NN-ci il), sağtərəfli xroniki koxlearnevrit. Sağtərəfli nevrosensor ağıresitmə. Pıçıltı nitqinin sağ qulaqda 4 metr, sol qulaqda 6 metr məsafədən eşitməsi ilə. Partlayış travması (27 sentyabr NN-ci il) keçirilmiş qapalı kəlləbeyin travması. Baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi (İİ Qarabaq müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan tutmalar və dekompensasiyalar, koqnitiv funksiyaların enməsi ilə, özünü kəsmələr, kəkələmə ilə. Sol əlin ovuc səthinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Sol baldırın ön yan səthinin bərkimiş dəri çapığı. Sol saidin ön səthinin kəsilmiş yaralanmasından sonrakı bərkimiş dəri çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. “Sarkoidoz İİ (ikinci) mərhələ. Hər iki gözün sadə hipermetropik astiqmatizmi 1,0D nəticəsində görmə itiliyinin solda 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Əngdə və çənədə ikincili hissəvi adentiya” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin 23 yanvar N24-cü il - 31 yanvar N24-cü il tarixli, 11860496 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin 16 fevral N24-cü il - 9 mart N24-cü il tarixli, 1746/24 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Baş-beynin üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması) xəstəliyi nəticəsində yaranan kəskin ifadə olunan şəxsiyyət pozuntuları ilə tez-tez təkrarlanan qıcolma tutmaları. Təkrarlanan davamlı dekompensasiyalarla və özünü kəsmələrlə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının 1 aprel N24-cü il tarixli, 4211 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan qıcolma tutmaları və dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, özünü kəsmələr, kəkələmə ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin 1 aprel N24-cü il - 7 may N24-cü il tarixli, 4961/24 nömrəli xəstəlik tarixdən çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan qıcolma tutmaları və dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, özünü kəsmələr, kəkələmə ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin 23 iyun N24-cü il - 1 iyul N24-cü il tarixli, 12721669 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrısı, əsəbilik, yuxusuzluqdan şikayətlənmişdir. Qəbul etdiyi dərmanların adlarını bilməmiş, ağrıya, “epilepsiyaya” qarşı dərman içdiyini söyləmişdir. Zahirən görünüşü səliqəli izlənilmişdir. Müayinə zamanı nümayişkar davranışlar sərgiləmiş, yaşamaq istəmədiyini, ona görə də özünü kəsdiyini söyləmiş, qollarındakı səthi kəsikləri nümayiş etdirmişdir. Kəsikləri həyati əhəmiyyətli deyil, səthi olmuşdur. Spesifik suallara cavab verməkdən yayınmış, təhdidkar davranmış, intiharlardan danışmışdır. Müayinənin gedişatında dəhlizdə olarkən kənar müşahidə zamanı izlənməyən üz, əl-qol tikləri nümayiş etdirmişdir. Ailəli, 3 övladının olduğunu söyləmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu, qeyri-sabit kompensasiya” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may N22-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr N25-ci il tarixli, 2-1(118)-2876/N25 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 6 sentyabr N24-cü il və 8 oktyabr N24-cü il tarixli qərarlarının ləğv edilməsi, İddiaçı 6 sentyabr N24-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 65-80% əlillik dərəcəsinin 2 il müddətinə təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Könül Həbibova). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə ehtiyac qalmazdı. Bu isə işin nəticələrinin “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 16 mart N15-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İddiaçının hüquqi marağı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materialında olan sənədlərlə müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, nəticədə “T70.0, H 93.3 Barotravma (NN-ci il 27 sentyabr), sağtərəfli xroniki koxlear nevrit. Sağtərəfli neyrosensorun ağıreşitmə. Pıçıltı nitqinin sağ qulaqda 4 (dörd) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə T90.5. Partlayış travması (NN-ci il 27 sentyabr) keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonra vegetativ damar davamsızlığı. F 07.0 Ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxılolmalar, tez-tez təkrarlanan tutmalar və dekompensasiyalar, koqnitiv funksiyaların enməsi ilə, özünü kəsmələr, kəkələmə S87, S57.0, Y36.2 Sol əlin ovuc səthinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Sol baldırın ön yan səthinin bərkimiş dəri çapığı. Sol saidin ön səthinin kəsilmiş yaralanmasından sonrakı bərkimiş çapığı”, “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır, diaqnoz D86.0 Sarkoidoz İİ (ikinci) mərhələ. H 52.2 Hər iki gözün sadə hipermetropik astiqmatizm 1,0D nəticəsində görmə itiliyinin solda 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. K 00.00 əng və çənə ikincili hissəvi adentiya”, “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə diaqnoz qoyulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş Həkim Psixiatr Komissiyasının rəylərindən iddiaçıda “üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan qıcolma tutmaları və dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, kəkələmə və özünü kəsmələrlə F07.0” diaqnozu qoyulmuşdur. İddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən xx.xx.N24-cü il tarixli, H00215581VRP nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – T90.5 “Kəllədaxili travmaların nəticələri, Partlayış travması (xx.xx.NN), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı”, ağırlaşmaları: F06.5 “Üzvi dissosiativ pozuntu, Üzvi (müharibə zamanı alınmış barotravma nəticəsində) dissosiativ pozuntu, tez-tez təkrarlanan cəngolma tutmaları ilə”, F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan qıcolma tutmaları və dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, özünü kəsmələr, kəkələmə ilə”, F43.1 “Posttravmatik stress pozuntusu, intihar cəhdləri ilə”, yanaşı xəstəlikləri: D86.0 “Ağciyər sarkoidozu, sarkoidoz İİ mərhələ”, S57.0 “Dirsək oynağının bərk əzilməsi, sol saidin ön səthinin kəsilmiş yaralanmasından sonrakı bərkimiş dəri çapığı”, H93.3 “Eşitmə sinirinin xəstəlikləri, Barotravma (xx.xx.NN), sağtərəfli xroniki mkoxlear nevrit. Sağtərəfli neyrosensor ağıreşitmə. Pıçıltı nitqinin sağ qulaqda 4 (dörd) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə”, T70.0 “Qulağın barotravması Barotravma (xx.xx.NN), sağtərəfli xroniki mkoxlear nevrit. Sağtərəfli neyrosensor ağıreşitmə. Pıçıltı nitqinin sağ qulaqda 4 (dörd) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə”, Y36.2 “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması, hər iki əlin, sol saidin aşağı 1/3-nin ön səthinin, sol baldırda kor qəlpə yaralanması”, K00.0 “Adentiya, Əng və çənədə ikincili hissəvi adentiya”, S87 “Baldırın bərk əzilməsi, Sol baldırın ön yan səthinin bərkimiş dəri çapığı”, H52.2 “Astiqmatizm, Hər iki gözün sadə hipermetropik astiqmatizm 1,0D nəticəsində görmə itiliyinin solda 0,8 qədər azalması korreksiya ilə 1,0 olmaqda” olaraq qeyd edilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-2876/N25 nömrəli, 07 mart N25-ci il tarixli qərardadı ilə iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə (cavabdeh inzibati orqanın mütəxəssisləri ekspert qismində cəlb olunmadan) tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 1962 nömrəli, 19 iyun N25-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, iddiaçıda hal-hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və koqnitiv funksiyaların enməsi ilə, anamnezində qicolma tutmaları ilə” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X4 “Üzvi (mühahbə zamanı alınmış barotravma) şəxsiyyət pozuntusu, dissosiativ daxil olmalar, tez-tez təkrarlan qıcolma tutmalan və özünü kəsmələrlə” kəkələmə ilə F07.0” diaqnozu təyin olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X4 “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxil olmalar, tez-tez təkrarlanan qıcolma tutmaları və dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, özünü kəsmələrlə kəkələmə ilə F07.0” diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhvalruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Göründüyü kimi iddiaçıya əlillik təyin olunmasına əsas verən xəstəliklərin hazırda mövcud olması ekspert rəyi və müvafiq sənədlər ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh inzibati orqan hər hansı hüquqi əsaslandırma olmadan iddiaçıya əlillik təyin edilməsindən imtina olunması qərarına gəlmişdir. Eləcə də cavabdeh inzibati orqan tərəfindən sonuncu dəfə əlilliyin qiymətləndirilməsi məhz müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.N24-cü il tarixli Forma 88 haqqında tibbi göndəriş əsasında aparılmışdır. Kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı məhz həmin tibbi göndəriş əsasında aparılmış əlilliyin qiymətləndirilməsi nəticəsi ilə bağlı olduğundan, iddiaçıya münasibətdə iddianının əsaslılığı (hansı diaqnoz xəstəliyin qoyulması və həmin xəstəliklərin hansı səbəbdən yaranması) məhz həmin tibbi göndərişdə əks olunmuş məlumatlar əsasında yoxlanılmalıdır. Sözügedən göndəriş zamanı iddiaçının iddiaçının əsas diaqnozu – T90.5 “Kəllədaxili travmaların nəticələri, Partlayış travması (xx.xx.NN), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı”, ağırlaşmaları: F06.5 “Üzvi dissosiativ pozuntu, Üzvi (müharibə zamanı alınmış barotravma nəticəsində) dissosiativ pozuntu, tez-tez təkrarlanan cəngolma tutmaları ilə”, F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan qıcolma tutmaları və dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, özünü kəsmələr, kəkələmə ilə”, F43.1 “Posttravmatik stress pozuntusu, intihar cəhdləri ilə”, yanaşı xəstəlikləri: D86.0 “Ağciyər sarkoidozu, sarkoidoz İİ mərhələ”, S57.0 “Dirsək oynağının bərk əzilməsi, sol saidin ön səthinin kəsilmiş yaralanmasından sonrakı bərkimiş dəri çapığı”, H93.3 “Eşitmə sinirinin xəstəlikləri, Barotravma (xx.xx.NN), sağtərəfli xroniki mkoxlear nevrit. Sağtərəfli neyrosensor ağıreşitmə. Pıçıltı nitqinin sağ qulaqda 4 (dörd) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə”, T70.0 “Qulağın barotravması Barotravma (xx.xx.NN), sağtərəfli xroniki mkoxlear nevrit. Sağtərəfli neyrosensor ağıreşitmə. Pıçıltı nitqinin sağ qulaqda 4 (dörd) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə”, Y36.2 “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması, hər iki əlin, sol saidin aşağı 1/3-nin ön səthinin, sol baldırda kor qəlpə yaralanması”, K00.0 “Adentiya, Əng və çənədə ikincili hissəvi adentiya”, S87 “Baldırın bərk əzilməsi, Sol baldırın ön yan səthinin bərkimiş dəri çapığı”, H52.2 “Astiqmatizm, Hər iki gözün sadə hipermetropik astiqmatizm 1,0D nəticəsində görmə itiliyinin solda 0,8 qədər azalması korreksiya ilə 1,0 olmaqda” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 1962 nömrəli, 19 iyun N25-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, iddiaçıda hal-hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və koqnitiv funksiyaların enməsi ilə, anamnezində qicolma tutmaları ilə” (F07.0) aşkar edilir. Beləliklə də, müvafiq göndəriş zamanı iddiaçıya qoyulmuş F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan qıcolma tutmaları və dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, özünü kəsmələr, kəkələmə ilə” diaqnozlu xəstəliyin hazırda da davam etməsi ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçının əlilliyinə əsas olmuş xəstəliklər ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan həmin diaqnoz xəstəliyin əlamətlərinin əlilliyin təyin edilməsinə əsas olmadığını qeyd etsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlər və ekspert rəyi ilə iddiaçıda yuxarıda qeyd edilən xəstəliklərin mövcudluğu və onun tələbində haqlı olduğu müəyyən edilir. Beləliklə də, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal xarakter daşıyır. Məhkəmə kollegiyası əlilliyin təyinat tarixinə də münasibət bildirməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.N24-cü il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.N24-cü il tarixli, 2-1(102)- 185/N24 nömrəli, xx.xx.N24-cü il tarixli, 2-1(102)-1164/N24 nömrəli, xx.xx.N24-cü il tarixli, 2-1(102)-3050/N24 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi sonuncu imtina tarixindən, yəni xx.xx.N24-cü il tarixdən təyin edilməlidir. Beləliklə də, birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbinə düzgün münasibət bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qurumun 08 oktyabr N24-cü il tarixli qərarı mahiyyət etibarilə 06 sentyabr N24-cü il tarixli “Diaqnoz əlillik əlaməti təyin etmir” məzmunlu qərarın təkrarı olub, həmin qərarda göstərilən hüquqi nəticələri dəyişdirmir və yeni hüquqi vəziyyət yaratmır. 06 sentyabr N24-cü il tarixli qərar iddiaçının həmin göndəriş üzrə əlillik təyin edilməsindən imtina barədə ilkin və əsas inzibati akt olduğundan, bu qərarın ləğvi ilə iddiaçının hüquqlarının bərpası artıq təmin edilmiş sayılır. İddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 06 sentyabr N24-cü il tarixli qərarının ləğv edilməsini və İddiaçı 06 sentyabr N24-cü il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 65-80% əlillik dərəcəsinin 2 il müddətinə təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr N14-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 06 sentyabr N24-cü il tarixli qərarı ləğv edilməli və İddiaçı 06 sentyabr N24-cü il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 65-80% əlillik dərəcəsinin 2 il müddətinə təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası qeyd olunan hallara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr N25-ci il tarixli, 2-1(118)-2876/N25 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 06 sentyabr N24-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı 06 sentyabr N24-cü il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 65-80% əlillik dərəcəsinin 2 il müddətinə təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.