Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-104/2021 14.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 1100/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 25 may 1992-ci ildən xx xxxx 199N-cü ilə qədər 706, 810, N və N saylı hərbi hissələrin tərkibində leytenant rütbəsində bölük komandirinin müavini vəzifəsində hərbi xidmət kecmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda bir çox hərbi əməliyyatlarda iştirak etmişdir. Buna baxmayaraq müharibə veteranı adı və vəsiqəsini ala bilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli cavab məktubu ilə ona imtina edilmiş və N (, 850) saylı hərbi hissə komandirlərinin may, avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumatın aşkar olunmaması və N saylı hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərinin Müdafiə Nazirliyi Mərkəzi Arxivinə daxil olmaması bildirilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1100/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim V.Əzizova.) Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində — Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaq(a), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində İştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, trävma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Müdafiə Nazirliyinin döyüşlərdə iştirak etmiş və hərbi xidmətdən qanuni əsaslarla buraxılan şəxslərə münasibətdə müharibə veteranı adı vermək öhdəliyi var. İddiaçı iddia ərizəsində xx.xx.1992-ci il tarixdən xx.xx.199Ncü il tarixədək 706,810, N və N saylı hərbi hissələrin tərkibində leytenant rütbəsində bölük komandirinin müavini vəzifəsində xidmət keçdiyini, döyüşlərdə iştirak etdiyini göstərmişdir. İddiaçı zabit olmuşdur, zabitlərin hərbi xidmətdən ehtiyata buraxılması fərdi qaydada, müvafiq səlahiyyətli şəxsin əmri İlə həyata keçirilir. N saylı hərbi hissə komandirinin N №-li 04.01.9N-cü il tarixli əmrində göstərilir ki, aşağıda adları çəkilən könüllü olaraq N-cü taburda hərbi xidmətdə olan hərbiçilər Müdafiə nazirinin könüllülər haqda əmrinə müvafiq olaraq 01.01.9N-cü ildən tutduqları vəzifələrdən azad edilsindlər. Şəxsi heyətin siyahısından çıxarılıb qeydiyyat üçün hərbi komissarlıqlara göndərilsin. N9. İddiaçı. Məhkəmə Müdafiə nazirinin istinad olunan əmrini tələb edib işin materiallarına əlavə etməmiş, onun mahiyyətini araşdırmamışdır. Halbuki, belə əmrlər hərbi hissədən, xidmət yerlərindən özbaşına getmiş hərbi qulluqçuların şəxsi heyətin siyahısından çıxarılması məqsədi ilə verilirdi. Məhkəmənin qərarında istinad etdiyi sübutlarda da ziddiyyətlər vardır. Məhkəmə həmin ziddiyyətlərin səbəbini araşdırmamış, onlara hüquqi qiymət verməmişdir. Belə ki, qərarda qeyd olunur ki, QR 048409 N°-li hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.199N-cü il tarixədək hərbi xidmət keçərkən Laçın və Qubadlı rayonlarının bir sıra kəndləri uğrunda gedən döyüşlərdə bölük komandirinin müavini kimi fəal iştirak etmişdir. Məhkəmə qərarında göstərir ki, İş materiallarında olan N saylı hərbi hissə komandirinin 1N1 saylı xx.xx.1992-çi il tarixli əmrindən çıxarışdan görünür ki, İddiaçı xx xxxxxx 1992-ci ildən N nömrəli hərbi hissədə müqavilə şərti ilə xidmət etmişdir. N və N nömrəli hərbi hissə komandirlərinin əmrləri ilə iddiaçının xx xxxxxx 1992-ci ildən xx xxxxxx 199N-cü ilə kimi xidmətdə olması müəyyən olunur. Belə bir məqama da diqqət yetirilməlidir ki, iddiaçının şəxsi heyətin siyahısından çıxarılması barədə əmr xx xxxxxx 199N-cü ildə verilsə də, onun şəxsi heyətin siyahısından çıxarılmasının əvvəli xx xxxxxx 199N-cü il göstərilmişdir. İddiaçının uzun müddət müharibə veteranı adı alması üçün müraciət etməməsinin səbəbi də araşdırılmamışdır. Azərbaycan Respublikası MPM-nin N85.1.1-N85.1.N-cü maddələrinə əsasən maddi hüquq normalarının, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçını və cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1100/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilən N saylı hərbi hissə komandirinin 1N1 saylı xx.xx.1992-ci il tarixli əmrindən çıxarışdan görünür ki, İddiaçı xx xxxxxx 1992-ci ildən N nömrəli hərbi hissədə müqavilə şərti ilə xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxiv İdarəsi tərəfindən verilən xx.xx.2019-cu il tarixli 9/2-19249 saylı arxiv arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.199N-cü il tarixli 54 saylı əmri ilə (əmrdə rütbə qeyd olunmamışdır) xx.xx.199N-cü il tarixdən tutduğu vəzifədən azad olunaraq və şəxsi heyətin siyahısından çıxarılaraq qeydiyyat üçün hərbi komissarlığa göndərilmişdir. N (, 850) nömrəli hərbi hissə komandirlərinin may, avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. QR 048409 №-li hərbi biletdən görunür ki, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.199N-cü il tarixədək hərbi xidmət keçərək, Laçın və Qubadlı rayonlarının bir sıra kəndləri uğrunda gedən döyüşlərdə bölük komandirinin müavini kimi fəal iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 1/M-17N2 saylı məktubundan görünür ki, Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli 9/2-19249 saylı arayışı ilə hərbi biletin 11-ci qrafasındakı qeydlər təsdiq olunmadığına, hərbi xidmətə daxil olması arayış ilə təsdiq olunmadığına və hərbi xidmətdən buraxılma tarixlərində fərq olduğuna görə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və iddiaçının təqdim etdiyi sübutlarla onun döyüş əməliyyatlarında iştirak etməsinin təsdiqini tapmasına əsaslanmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hərbi biletində apardığı qeydlər, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arxiv arayışı ilə onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi və qanunauyğun şəkildə təxris edilməsi təsdiq edilir. Göstərilən sübutlar mövcud olduğundan onun hərbi xidmətə qəbul edilməsi barədə sübutun təqdim edilməsi formal xarakter daşıyır. . Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Veteranlar haqqında” Qanunun N-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1 -ci bəndinə əsasən "Müharibə veteranı” adı aşağıdakı qaydada verilir:...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə vəya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq sənədlərdə əks edilməsidir. Cavabdeh inzibati orqanın apelyasiya şikayətinin bir dəlili ondan ibarətdir ki, iddiaçı zabit olmuşdur, zabitlərin hərbi xidmətdən ehtiyata buraxılması fərdi qaydada, müvafiq səlahiyyətli şəxsin əmri ilə həyata keçirilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxiv İdarəsi tərəfindən verilən xx.xx.2019-cu il tarixli 9/2-19249 saylı arxiv arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.199N-cü il tarixli 54 saylı əmri ilə (əmrdə rütbə qeyd olunmamışdır) xx.xx.199N-cü il tarixdən tutduğu vəzifədən azad olunaraq və şəxsi heyətin siyahısından çıxarılaraq qeydiyyat üçün hərbi komissarlığa göndərilmişdir. Cavabdeh inzibati orqan həmin arxiv arayışının mötəbərliyini mübahisələndirmir. Lakin digər tərəfdən müvafiq dəlilə istinad etməklə iddianın əsaslılığını şübhə altına alır. Cavabdehin apelyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, məhkəmə Müdafiə nazirinin istinad olunan əmrini tələb edib işin materiallarına əlavə etməmiş, onun mahiyyətini araşdırmamışdır. Halbuki, belə əmrlər hərbi hissədən, xidmət yerlərindən özbaşına getmiş hərbi qulluqçuların şəxsi heyətin siyahısından çıxarılması məqsədi ilə verilirdi. Məhkəmənin qərarında istinad etdiyi sübutlarda da ziddiyyətlər vardır. Məhkəmə həmin ziddiyyətlərin səbəbini araşdırmamış, onlara hüquqi qiymət verməmişdir. Cavabdehin bu dəlilinin məhkəmə kollegiyası tərəfindən araşdırılması məqsədilə cavabdeh inzibati orqana və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə sorğular göndərilmişdir. SHXÇDX-nin Sumqayıt şəhər İdarəsindən daxil olmuş arayışla iddiaçının SHXÇDX-nin Sumqayıt şəhər İdarəsində hərbi qeydiyyata alındığı qeyd olunmuşdur. Müdafiə Nazirliyinə iş hallarının araşdırılması üçün geniş məzmunlu və araşdırma tələb edən sorğuların göndərilməsinə baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən yalnız bir sual cavablandırılmışdır. Belə ki, cavabdehə xx.xx.2019-cu il tarixli, 912-19249 saylı arxiv arayışı və həmin arayışın verilməsinə əsas olmuş sənədlər; N nömrəli hərbi hissə komandirinin xx.xx.199N-cü il tarixli 54 saylı əmri və həmin əmrin verilməsinə əsas olmuş sənədlər; N nömrəli hərbi hissə komandirinin xx.xx.199N-cü il tarixli 54 saylı əmrində qeyd olunmuş Müdafiə Nazirinin könüllülər haqqında əmri; İddiaçı əvvəllər müharibə veteranı kimi qeydiyyatda olub-olmaması, olduğu təqdirdə onun qeydiyyata alınmasına əsas olmuş sənədlər; N nömrəli hərbi hissə komandirinin xx.xx.199N-cü il tarixli 54 saylı əmri ilə sıra nömrəsi N9 kimi göstərilən iddiaçıdan başqa həmin siyahı üzrə kimlərə müharibə veteranı adı və vəsiqəsi verilməsi barədə məlumatların məhkəməyə təqdim olunması barədə sorğu göndərilmişdir. Müdafiə Nazirliyi Şəxsi Baş Heyət idarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.199N-cü il tarixli 54 saylı əmrinə əsasən vətəndaş X2 xx.xx.2019-cu il tarixdə 6N7 nömrəli protokol ilə komissiya tərəfindən “Müharibə veteranı vəsiqəsi” verilmişdir. Beləliklə, cavabdeh inzibati orqan belə əmrlərin hərbi hissədən, xidmət yerlərindən özbaşına getmiş hərbi qulluqçuların şəxsi heyətin siyahısından çıxarılması məqsədi ilə verildiyini qeyd etsə də, Şəxsi Baş Heyət İdarəsinin müvafiq məktubundan məlum olur ki, məhz həmin əmr əsasında digər bir vətəndaşa “Müharibə veteranı vəsiqəsi” verilmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın məhkəmənin Müdafiə nazirinin istinad olunan əmrini tələb edib işin materiallarına əlavə etməməsi, onun mahiyyətini araşdırmaması ilə bağlı qeyd edir ki, həmin sorğu ilə müvafiq əmr də inzibati orqandan tələb edilmiş, lakin məhkəməyə yuxarıda qeyd olunan məktubdan başqa heç bir sənəd və ya məlumat təqdim olunmamışdır. Bundan başqa, apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iddiaçının döyüş əməliyyatlarında iştirakını mübahisələndirmədiyini bildirmiş, sadəcə hərbi biletdəki qeydlərlə Müdafiə Nazirliyində olan məlumatların üst-üstə düşməməsini, iddiaçının hərbi biletdə tərxis barədə məlumatlar olmasa da, arxiv arayışlarının iddiaçının xidməti barədə məlumat verdiyini bildirmişdir. Cavabdehin apelyasiya şikayətinin son dəlili ondan ibarətdir ki, iddiaçının şəxsi heyətin siyahısından çıxarılması barədə əmr xx xxxxxx 199N-cü ildə verilsə də, onun şəxsi heyətin siyahısından çıxarılmasının əvvəli xx xxxxxx 199N-cü il göstərilmişdir. Cavabdeh həmin əmrin mötəbərliyini mübahisələndirməmiş, sadəcə onda olan tarixlərdəki nöqsanları məhkəmə kollegiyasının diqqətinə çatdırmışdır. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı həmin əmrin tərtibi, onda olan nöqsanlarla bağlı heç bir məsuliyyət daşımır. Cavabdeh inzibati orqan qeyd edir ki, iddiaçının uzun müddət müharibə veteranı adı alması üçün müraciət etməməsinin səbəbi də araşdırılmamışdır. Kollegiya qeyd edir ki, həmin səbəbin araşdırılıb-araşdırılmaması hər bir halda iddianın rədd olunması üçün əsas ola bilməz. Belə ki, məhkəmə təcrübəsində bu qəbildən olan çoxsaylı işlərə məhkəmələr və məhkəmə kollegiyaları tərəfindən baxılaraq qərarlar qəbul olunur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddia əsaslı iddia olmaqla təkzibolunmaz sübutlara əsaslanır, cavabdehin istinad etdiyi dəlillər isə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina üçün əsas ola bilməz. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.(24.1) İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (24.2.) İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (24.N.) Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. (24.4.) İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. (24.5.) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 7N.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1100/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1100/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 119N-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-104/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-104/2021
14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver