Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1042/2025 27.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X9 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “iddiaçıdan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş doğum haqqında tibbi şəhadətnamənin dublikatı əsasında iddiaçının Qazaxıstan Respublikasının Aktöbe/Aktobe şəhərində doğulmağı faktının qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2- 1(118)-1623/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ondan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş doğum haqqında tibbi şəhadətnamənin 13 iyul 2022-ci il tarixli, 80 nömrəli dublikatı əsasında iddiaçının 4 noyabr 1969-cu il təvəllüdlü, Rusiya Federasiyasının Çuvaşiya Respublikasının Yadrin rayonunun Streletskaya kəndində anadan olmuş, milliyyətcə çuvaş olan və 9 noyabr 2016-cı il tarixdə Bakı şəhərində vəfat etmiş X3 31 may 1996-cı il tarixdə Qazaxıstan Respublikasının Aktöbe/Aktobe şəhərində doğulmağı faktının qeydə alınması və ondan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçıya verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında doğum haqqında şəhadətnamə ilə təmin edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2-1(118)-4959/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2-1(105)- 933/2025cü il nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2- 1(118)-4959/2024 nömrəli qərardadı ləğv edilmş, inzibati iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 31 may 1996-cı il tarixdə Qazaxıstan Respublikasının Aktöbe/Aktobe şəhərində anadan olmuşdur. Anası - X13 04 noyabr 1969-cu il tarixdə Rusiya Federasiyasının Çuvaşiya Respublikasının Yadrin rayonunun Streletskaya kəndində anadan olmuşdur. O, sonuncu dəfə 21 iyun 1996-cı il tarixdə Rusiya Federasiyası Qay şəhər X31 tərəfindən Xİ-RJ (РЖ) seriyalı, 650121 nömrəli pasportla təmin edilmişdir. Lakin sonradan yeni pasportla təmin edilmək üçün Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinə müraciət etdikdə, ona 06 fevral 1992-ci il tarixdə Rusiya Federasiyasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmaması səbəbindən Rusiya Federasiyası vətəndaşı hesab olunmadığı bildirilib və buna görə də ona Rusiya Federasiyası vətəndaşının yeni nəsil pasportunun verilməsindən imtina edilmişdir. İddiaçının anası 9 noyabr 2016-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Vəfat edən zaman anasının şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün onun ölümü dövlət qeydiyyatına alınmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6384/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə anası - 4 noyabr 1969-cu il tarixdə Rusiya Federasiyasının Çuvaşiya Respublikasının (keçmiş Çuvaş MSSR) Yadrin rayonunun Streletskaya kəndində doğulmuş X4 9 noyabr 2016-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonunun ərazisində qaraciyər çatışmamazlığı xəstəliyi səbəbindən ölməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə əsasında X4 ölümü cavabdeh orqan tərəfindən 20 dekabr 2023-cü il tarixdə qeydə alınmış və onun adına ölüm haqqında şəhadətnamə verilmişdir. İddiaçının atası İen adlı şəxsdir. Valideynləri Bakı şəhərində tanış olub evlənmiş, lakin nikaha daxil olmamışdırlar. Anası iddiaçıya hamilə olan zaman 1996-cı ilin may ayında Qazaxıstan Respublikasına getmiş, iddiaçı da orada doğulmuşdur. İddiaçı doğulduqdan sonra anası onu götürüb Rusiya Federasiyasının Drenburq vilayətinin Qay şəhərində yaşayan xalası X10 yanına getmişdir. Bir müddət orada qalmış və orada olduğu zaman anası 21 iyun 1996-cı il tarixdə qeydiyyatda olduğu yer üzrə Qay şəhər X31 tərəfindən Xl- RJ (РЖ) seriyalı, 650l2l nömrəli pasportla təmin edilmişdir. Daha sonra Azərbaycana gəlmiş, həmin vaxtdan etibarən daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşayır. Azərbaycana gəldikdən sonra təxminən 2004-cü ilin əvvəllərinə qədər anası, atası və qardaşı ilə birlikdə Bakı şəhərində yaşamışdır. 2004-cü ildə atası onları tərk etmiş, anası isə uşaqlarla maraqlanmamışdır. Buna görə də onlar Bakı şəhərində valideyn himayəsindən kənar böyümüşdür. X28 İen 15 aprel 1998-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır. Qardaşının doğumu dövlət qeydiyyatına alınıb doğum haqqında şəhadətnamə ilə təmin olunsa da, valideyn himayəsindən kənar böyüdükləri üçün uzun müddət onun şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi mümkün olmamışdır. Yetkinlik yaşına çatdıqdan sonra o, sənədləşmə işi ilə özü məşğul olmağa başlamış və 2024-cü ilin may ayında Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. 2020-ci ildə Azərbaycan Respublikasının vətəndaşı 7 noyabr 1983-cü il təvəllüdlü X12 ilə iddiaçı ailə qurmuşdur. Ailə münasibətlərindən 8 may 2021-ci il və 9 noyabr 2023-cü il tarixdə iki oğlu doğulmuşdur. Lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün X12 ilə nikaha daxil ola bilməmiş, xəstəxana tərəfindən 8 may 2021-ci il təvəllüdlü oğlunun doğulması barədə tibbi şəhadətnamə verilməmişdir. Xəstəxana tərəfindən böyük oğlunun doğulması barədə tibbi şəhadətnamə verilmədiyi üçün onun doğumu dövlət qeydiyyatına alınmamışdır. 9 noyabr 2023-cü il təvəllüdlü oğlunun doğulması barədə onun doğulduğu tibb müəssisəsi tərəfindən doğum haqqında tibbi şəhadətnamə verilsə də, şəxsiyyət vəsiqəsi olmadığı üçün, onun da doğumunun dövlət qeydiyyatına alınıb doğum haqqında şəhadətnamə ilə təmin olunması mümkün deyildir. Artıq iddiaçının 28 yaşı var, lakin şəxsiyyətini və hər hansı bir ölkəyə mənsubiyyətini təsdiq edən sənədi yoxdur. Heç bir dövlət tərəfindən himayə olunmur, vətəndaşlığı naməlum olan sənədsiz şəxs kimi qeyrimüəyyən vəziyyətdə Azərbaycanda yaşayır və Azərbaycan Respublikasının hüdudlarını da tərk edə bilmir. Doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədi olmadığı üçün hazırda iddiaçı vətəndaşsızlıq vəziyyətinə düşmüş şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən himayəyə götürülmüşdür. Hazırda vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmağı üçün iddiaçı ilk öncə doğum haqqında şəhadətnaməyə sahib olmalıdır. Doğum haqqında şəhadətnamənin olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmağını mümkün olmur. İddiaçı uşaqlıqdan doğum haqqında şəhadətnamənin olduğunu xatırlamır. İddiaçı Qazaxıstan Respublikasının ərazisində doğulsa da, doğulan zaman anası Rusiya Federasiyasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsa da, iddiaçının nə Qazaxıstan Respublikasının ərazisində, nə də Rusiya Federasiyasının ərazisində doğumu qeydə alınmamışdır. İddiaçının Azərbaycan Respublikasının ərazisində də doğumu qeydə alınmamışdır. Bu səbəbdən də iddiaçının doğumunun qeydiyyata alınması zərurəti yaranmışdır. Buna görə də iddiaçı 26 aprel 2024-cü il tarixdə Cavabdehnə müraciət edərək ondan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçıya verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş doğum haqqında tibbi şəhadətnamənin 13 iyul 2022-ci il tarixli, 80 nömrəli dublikatı əsasında iddiaçının 4 noyabr 1969-cu il təvəllüdlü, Rusiya Federasiyasının Çuvaşiya Respublikasının Yadrin rayonunun Streletskaya kəndində anadan olmuş, milliyyətcə çuvaş olan və 9 noyabr 2016-cı il tarixdə Bakı şəhərində vəfat etmiş X3 31 may 1996-cı il tarixdə Qazaxıstan Respublikasının Aktöbe/Aktobe səhərində doğulmağı faktının qeydə alınmasını və doğum haqqında şəhadətnamə ilə təmin etmələrini xahiş etmişdir. Lakin iddiaçıya həmin müraciətin icrasından imtina edilmişdir. Hesab edilir ki, imtinada istinad olunan müddəa iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, həmin müddəa yaşayış yeri üzrə qeydiyyata alınıb artıq şəxsiyyət vəsiqəsi ilə təmin olunmuş şəxslərə aiddir. İddiaçının işinin hallarından görünür ki, onun doğumu qeydiyyata alınmamış və doğum haqqında şəhadətnamə ilə təmin edilməmişdir. Doğumu qeydə alınmadığı üçün də iddiaçı heç vaxt şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Bu, müstəsna haldır, lakin bu vəziyyət iddiaçının hüquqlarının pozulmasına səbəb olmamalıdır. Bu halda iddiaçının doğumunun qeydiyyata alınmasından və doğum haqqında şəhadətnamə ilə təmin edilməyindən imtina edilməsinin dövlət mənafeyinə necə fayda verməsi aydın deyil və bu iddiaçının şəxsi və əmlak hüquqlarının pozuntusu ilə nəticələnir. Bu səbəbdən də şəxsiyyət vəsiqəsinin olmaması doğumunun qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin edilməyindən imtina üçün legitim səbəb təşkil edə bilməz. Qeyd edilir ki, şəxsiyyəti təsdiq edən sənədi olmadığı üçün iddiaçı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüş və himayə sənədi ilə təmin edilmişdir. Həmin himayə sənədi əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən də cavabdehə müraciət edərkən ərizəsinə şəxsiyyətini təsdiq etmək üçün himayə sənədini və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayışı əlavə etmişdir. İddiaçının şəxsiyyəti, yəni onun kim olmağı artıq dövlət qurumları tərəfindən tanınmışdır. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının verdiyi himayə sənədi əsasında iddiaçı Dövlət Miqrasiya Xidməti tərəfindən ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçının şəxsiyyəti Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının verdiyi himayə sənədindən müəyyən edilir. Qeyd edilir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının verdiyi məlumatlar əsasında olduğu yer üzrə qeydiyyatın aparılması şəxsiyyətin müəyyən edilməsinin dolayı üsullarından biridir. Müvafiq səlahiyyətli dövlət qurumu olmaqla Dövlət Miqrasiya Xidməti həmin məlumatlar əsasında şəxsin olduğu yer üzrə qeydiyyatını aparmaqla onun şəxsiyyətini müəyyən etmiş olur. Belə ki, yalnız şəxsiyyəti, yəni kim olması müəyyən edilmiş şəxsin olduğu yer üzrə qeydiyyatı aparıla bilər. Bununla da, Dövlət Miqrasiya Xidməti iddiaçını olduğu yer üzrə qeydiyyata almaqla şəxsiyyətini müəyyən etmişdir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.1ci maddəsinə əsasən, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş vətəndaşlığı olmayan şəxslər də sığortaolunan hesab edilirlər. Onlar BMT QAK tərəfindən verilmiş himayə sənədi əsasında (İndividual İD nömrəsi əsasında) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən sığortaolunan kimi qeydə alınırlar. Göründüyü kimi, heç bir dövlət tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyən və BMT QAK tərəfindən himayə sənədi ilə təmin edilmiş vətəndaşsızlıq vəziyyətində olan şəxslərin şəxsiyyəti İTSDA tərəfindən tanınmışdır, əks halda şəxsiyyətini müəyyən etmək mümkün olmayan şəxslərin sığortaolunan kimi qeydiyyata alınması da mümkün olmazdı. Həmçinin, X19 imtahan vermək üçün müraciət edən şəxslər şəxsiyyəti təsdiq edən başqa sənədləri olmadığı halda himayə sənədini təqdim etmişlər və həmin sənəd DİM tərəfindən qəbul edilmiş, həmin şəxslər imtahanlarda iştirak etmişlər. Eyni zamanda, şəxsiyyəti təsdiq edən sənədi olmayan və yaxud şəxsiyyəti təsdiq edən etibarlı sənədi olmayan və BMT QAK-ın himayəsində olan şəxslər Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunduqları təqdirdə, həmin təhsil müəssisələrində himayə sənədi əsasında təhsil alırlar. Həmçinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi şəxsiyyəti təsdiq edən sənədi olmayan və yaxud şəxsiyyəti təsdiq edən etibarlı sənədi olmayan və BMT QAK-ın himayəsində olan şəxsləri orta məktəblərə həmin sənəd əsasında qəbul edir. İddiaçı hesab edir ki, cavabdehin şəxsiyyətini təsdiq edən sənədinin olmaması səbəbi ilə iddiaçının doğum faktını qeydə almaqdan və doğum haqqında şəhadətnamə ilə təmin etməkdən imtina etməsi heç bir legitim məqsəd daşımır - milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqlarını qorumaqdan ibarət, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar naminə qanuni məqsədə nail olmaq üçün demokratik cəmiyyətdə zəruri deyil. Əksinə, iddiaçının doğum faktının qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin edilməyi onun yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmağına səbəb olacaq ki, bu da dövlət təhlükəsizliyi və ictimai asayişin qorunması, iddiaçının hüquq və azadlıqlarının müdafiəsi baxımından əhəmiyyətlidir. Şəxsiyyətini təsdiq edən sənədinin olmaması iddiaçının (xüsusən “FİN kod” tələb edilən) bir çox dövlət və qeyri-dövlət xidmətlərinə çıxışının məhdudlaşdırılmasına səbəb olur, nəticədə iddiaçı hüquqlara çatımlılığı itirir - hüquq subyekti kimi qəbul edilmir. Şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmağı üçün doğum haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə ilə təmin edilməyi üçün isə doğum faktının qeydə alınması lazımdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.1 və 9.8-ci bəndlərinə əsasən, qeydiyyat şöbəsinə şəxsən müraciət etmiş şəxslərə müvafiq şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə verilir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanununun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, doğum haqqında şəhadətnaməsi və sair sənədlər əsasında verilir. Şəxsiyyət vəsiqəsi əldə olunması üçün doğum haqqında şəhadətnaməni təqdim edə bilmədiyi, eləcə də şəxsiyyəti təsdiq edən sənədin olmadan müvafiq şəhadətnamənin bərpa edilməsinin mümkün olmadığını nəzərə alaraq hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı yaşadığı yerin məhkəməsinə müraciət edə biləcəyi iddiaçıya izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: 25 dekabr 2014-cü il tarixli, AZ-İİİ seriyalı, 459408 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, Bakı şəhərində doğulmuş 15 aprel 1998-ci il təvəllüdlü X16 atası X36, anası X5. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin 5 may 2022-ci il tarixli, 12/Ş-902 nömrəli İddiaçı Yan qızına göndərilmiş məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli, 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.5-ci yarımbəndinə əsasən şəxsin doğum haqqında şəhadətnaməsinin (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd) surətinin sorğuya əlavə olunması nəzərdə tutulur. Lakin qeyd olunan sənəd Dövlət Miqrasiya Xidmətinə təqdim olunmadığı üçün, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar araşdırma aparmaq mümkün olmamışdır. Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi X15nin 13 iyul 2022-ci il tarixli, 80 nömrəli “Doğum haqqında tibbi şəhadətnamə”dən görünür ki, X6 31 may 1996-cı il tarixdə cinsi qadın olan uşaq doğulmuşdur. Qazaxıstan Respublikası Aqtöbe Vilayətinin Ədliyyə Departamentinin 21 iyul 2022- ci il tarixli, 04/9104 nömrəli arayışından görünür ki, Aqtöbe şəhəri VVAQ şöbəsində və Aqtöbe vilayətinin Ədliyyə Departamentinin arxivində vətəndaş İddiaçı (Şotayeva) barəsində 1996-cı il üzrə doğum haqqında akt qeydi mövcud deyildir. Yoxlama 1 yanvar 1994-cü il tarixdən 31 dekabr 1998-ci il tarixədək, habelə vaxtı keçmiş qeydlər üzrə 1 yanvar 1997-ci il tarixdən 20 iyul 2022-ci il tarixədək əhatə edən dövrlər üzrə aparılmışdır. 1996-cı il üzrə doğum haqqında akt qeydləri kitabları tam şəkildə saxlanılmışdır. “X14 İdarəsi”nin X7 Hüququ üzrə “X15” Dövlət Kommunal Müəssisəsinin 22 avqust 2022-ci il tarixli, 1-8/731-1 nömrəli məktubundan görünür ki, “X15” DKM-nin arxiv məlumatlarına əsasən “2-ci doğuş şöbəsinin hamilə və doğuş edənlərin qeydiyyatı və qəbulu jurnalı”na əsasən vətəndaş X4 31 may 1996-cı il tarixdə doğuş həyata keçirdiyi təsdiq edilir. Qeydə əsasən: 31 may 1996-cı il, saat 01:20- də X13, yaşı: 27, ev ünvanı: RF, Orenburq vilayəti, Qay şəhəri, Mərkəzi Zolaq 96; İş yeri: evdar qadın; Daxil olarkən diaqnoz: Yolda doğuş, Yeni doğulmuş: cinsi qadın; çəkisi 3200 qr; boyu 50 sm, 7 iyun 1996-cı il tarixdə evə yazılıb. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 05 sentyabr 2022-ci il tarixli, 33/3536 nömrəli məktubundan görünür ki, 04 noyabr 1969-cu il təvəllüdlü X4 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasındakı mövcud olan məlumatlara əsasən 05 may 2001-ci il tarixdə Х1-РЖ650121 nömrəli pasport ilə Rusiyaya çıxışı qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 08 oktyabr 2022-ci il tarixli, 17/6-16691 nömrəli məktubundan görünür ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətində 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda 04 noyabr 1969cu il təvəllüdlü X4 penitensiar müəssisəsində cəza çəkməsi barədə məlumatlara əsasən o, 4 saylı cəzaçəkmə müəssisəsindən (Xaçmaz Rayon Məhkəməsinin 26 dekabr 2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 2 il müddətinə sınaq müddəti təyin edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 29 mart 2002-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək, azadlıqdan məhrum etmə cəzası 4 ilə artırılmış və 3 il sınaq müddəti təyin edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2003-cü il tarixli qərarına əsasən təyin edilmiş sınaq müddəti ləğv edilərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdir, cəzasının əvvəli 27 fevral 2004-cü il, cəzasının sonu 27 fevral 2008-ci il) 27 fevral 2008-ci il tarixdə cəza müddətinin qurtarmasına görə azad edilmişdir. X32 Nazirliyinin Qay şəhər dairəsi üzrə şöbəsinin 31 oktyabr 2022-ci il tarixli, 3/**********25 nömrəli məktubundan görünür ki, X32 Nazirliyinin Qay şəhər dairəsi üzrə Şöbəsinin Miqrasiya məsələləri üzrə bölməsinin qeydiyyat məlumatlarına əsasən 4 noyabr 1969-cu il təvəllüdlü X13 30 dekabr 1992-ci il tarixdən 18 fevral 2014-cü il tarixə qədər Rusiya Federasiyası, Orenburq vilayəti, Qay şəhəri, Mərkəzi Zolaq, ev 9, mənzil 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olub və Orenburq vilayətinin Qay şəhər Məhkəməsinin 2-46/2014 nömrəli qərarı ilə həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır. Federal Qanun və təlimat sənədlərin surətlərinin göndərilməsini nəzərdə tutmur, çünki fərdi məlumatların qeyri-müəyyən şəxslər dairəsinə açıqlanması “Fərdi məlumatlar haqqında” 27 iyul 2006-cı il tarixli, 152-FZ nömrəli Federal Qanunun pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinin 29 dekabr 2022-ci il tarixli, 05/Q-1642 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçıə aid 1996-cı ildən 2002-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Səbail rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 17 yanvar 2023-cü il tarixli, 3-165/4-15-Ş-17-6 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, hazıradək doğum haqqında şəhadətnaməsinin olmadığından nikahının və övladının doğumunun qeydə alınmasında çətinlik çəkdiyini bildirərək, məhkəməyə müraciət etmək üçün doğumunun qeydə alınmaması barədə müvafiq arayışın verilməsini xahiş etmişdir. Araşdırma zamanı “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Eyni zamanda bildirilmişdir ki, Səbail rayon qeydiyyat şöbəsinə tərəfindən ünvanlanmış analoji müraciəti əsasında sonuncu qurum yoxlama aparmış və doğumu haqqında akt qeydinin aşkar olunmaması haqqında arayış 29 dekabr 2022-ci il tarixdə təqdim olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(060)-6384/2023 nömrəli qətnaməsi ilə 4 noyabr 1969-cu il tarixdə Rusiya Federasiyasında (Çuvaş MSSRnin Yadrin rayonunun Streletskaya kəndində) doğulmuş X4 - 9 noyabr 2016-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonunun ərazisində qaraciyər çatışmamazlığı xəstəliyi səbəbindən ölməsi faktı müəyyən edilmişdir. Çuvaşiya Respublikası Ədliyyə Məsələləri üzrə Dövlət Xidmətinin (Çuvaşiyanın Ədliyyə Məsələləri üzrə Dövlət Xidmətinin) 15 dekabr 2023-cü il tarixli, xx/xx-12464 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının vahid Dövlət Reyestri” X25 sistemində 31 may 1996-cı il tarixdən hal- hazıradək əhatə edən dövr üzrə 1 noyabr 1969-cu il təvəllüdlü vətəndaş X8 münasibətdə İddiaçı adlı uşağın doğulması barəsində məlumat aşkar olunmamışdır. “Vətəndaşlıq vəziyyəti aktları haqqında” 15 noyabr 1997-ci il tarixli, 143-FZ nömrəli Federal Qanunun 74-cü maddəsinə müvafiq olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında VVAQ orqanı tərəfindən aparılır. 20 dekabr 2023-cü il tarixli, AZ-İİ seriyalı, 318438 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X13 9 noyabr 2016-cı il tarixdə ölmüşdür. Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsinin 17 yanvar 2024-cü il tarixli, 05/09/S/202063-24 nömrəli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 17 yanvar 2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktlarına əsasən Azərbaycan Respublikasının Bakı şəhərində doğulan 15 aprel 1998-ci il təvəllüdlü X16 ailə üzvləri 4 noyabr 1969-cu il təvəllüdlü 9 noyabr 2016-cı il tarixdə vəfat etmiş anası X13, 28 may 1989-cu il təvəllüdlü qardaşı X1 və 1 oktyabr 1991-ci il təvəllüdlü qardaşı X2r. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının 14 may 2024-cü il tarixli “Himayə sənədi”ndən görünür ki, ***-*******2 fərdi identifikasiya nömrəli Shatayeva Aleks, ***-*******3 fərdi identifikasiya nömrəli Shatayev Amir (oğlu) və **********6 fərdi identifikasiya nömrəli X23 Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının mandatı altında olan şəxslərdir. Həmin sənəd 31 may 2025-ci il tarixədək etibarlıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh 29 may 2024-cü il tarixli, 3- 16-5/7-1389-S/15 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.7-ci bəndinə əsasən, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Araşdırma zamanı məlum olmuşdur ki, şəxsiyyətini təsdiq edən sənədi yoxdur. Şəxsiyyəti təsdiq edən sənədi olmadığından doğumunun qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin 6 iyun 2024-cü il tarixli, 3-37/2-S-4086-xx-xx-5845/2024 nömrəli məktubundan görünür ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, 31 may 1996-cı il təvəllüdlü X26 Miqrasiya Xidməti tərəfindən 14 may 2024-cü il tarixdən 31 may 2025-ci il tarixədək ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 8 yanvar 2024-cü il tarixli, ******* nömrəli qərarından görünür ki, 15 aprel 1998-ci il təvəllüdlü X34 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının 27 noyabr 2023-cü il tarixli “Himayə sənədi”ndən görünür ki, ***-*******1 fərdi identifikasiya nömrəli X20 Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının mandatı altında olan şəxsdir. Həmin sənəd 30 noyabr 2024-cü il tarixədək etibarlıdır. 10 may 2024-cü il tarixli, 8İ-9109 reyestr nömrəli ərizədən görünür ki, X17 15 aprel 1998-ci il təvəllüdlü X16 ona məxsus ünvan 4 ünvanında yerləşən 24 nömrəli mənzilə qeydiyyata alınmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Səbail Rayon Qeydiyyat Şöbəsinin 22 sentyabr 2023-cü il tarixli, 3-16-8-15-596/23 nömrəli arayışından görünür ki, X27 15 aprel 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə 11 mart 2006-cı il tarixdə Səbail rayonunun qeydiyyat şöbəsində 222 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X37 Andrev, anası X5. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin 9 iyul 2025-ci il tarixli, 07/1265/di nömrəli məktubundan görünür ki, Dövlət Miqrasiya Xidmətinin 8 yanvar 2024-cü il tarixli, ******* nömrəli qərarı ilə 15 aprel 1998-ci il təvəllüdlü X16 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Həmçinin, İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciətinə baxılan zaman şəxsə məxsus doğum haqqında şəhadətnamə olmadığından inzibati icraat aparıla bilinməmiş və bu barədə onun ünvanına müvafiq məktub göndərilmişdir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən əcnəbilərə verilən himayə sənədi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, birbaşa şəxsiyyəti təsdiq edən sənəd və ya ona bərabər tutulan sənəd hesab edilmir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilən himayə sənədi, adətən yalnız humanitar statusun və beynəlxalq müdafiənin tanınmasını göstərən sənəddir və bu sənəd əsasında şəxsə ev sahibi dövlətdə hüquqi status verilib- verilmədiyindən asılı olaraq onun hüquqi qüvvəsi dəyişir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 28 iyul 2025-ci il tarixli, 3-16- 5/257898/2025 nömrəli məktubundan görünür ki, 15 aprel 1998-ci il təvəllüdlü T.Şatayev nikahı olmayan anadan doğulduğundan və ana 4 saylı Cəzaçəkmə müəssisəsində məhkum olduğundan uşağın doğumu 11 mart 2006-cı il tarixdə “Ümid yeri” uşaq sığınacağının əməkdaşının müraciəti əsasında Səbail rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Bu səbəbdən doğum haqqında akt qeydinə uşağın atası barədə məlumatların daxil edilməsi barədə nikahda olmayan ananın ərizəsi sözügedən qeydiyyat şöbəsinin arxivində aşkar olunmamışdır. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının 16 may 2025-ci il tarixli “Himayə sənədi”ndən görünür ki, ***-*******2 fərdi identifikasiya nömrəli Shatayeva Aleks, ***-*******3 fərdi identifikasiya nömrəli Shatayev Amir (oğlu) və **********6 fərdi identifikasiya nömrəli X23 Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının mandatı altında olan şəxslərdir. Həmin sənəd 31 may 2026-cı il tarixədək etibarlıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2-1(118)-1623/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq Sumqayıt İnzibati Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2-1(118)-1623/2025 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı daha sonra apellyasiya şikayətinə əlavə ünvanlayaraq onunla əsaslandırmışdır ki, şəxs doğum faktının müəyyən olunması məqsədilə məhkəməyə o halda müraciət edə bilər ki, o, doğum faktını təsdiq edən sənədi başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın - həmin sənədin verilməsinə əsas olan arxiv itmiş olsun/saxlanılmasın və arxivi bərpa etmək mümkün olmasın. Qeyd etmək istəyirəm ki, doğum haqqında tibbi şəhadətnamə doğumun qeydiyyatı üçün lazımdır. Mən xəstəxanada anadan olduğumdan mənim doğumumun qeydiyyatı üçün müvafiq Qeydiyyat Şöbəsinə təqdim edilməli olan sənəd uşağın doğulduğu tibb müəssisəsi tərəfindən anaya verilmiş uşağın doğum faktını, vaxtını və yerini təsdiq edən sənəddir (buna həmçinin 103 saylı şəhadətnamə də deyilir). Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.6-cı bəndindən də aydın görünür ki, doğum faktının məhkəmə qaydasında müəyyən edilməsi doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsi tərəfindən verilmiş sənəd və ya uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd olmad qda mümkündür. Bu zaman şəxs hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi üçün yaşadığı yer üzrə rayon/şəhər məhkəmələrinə müraciət edir. Lakin bunun üçün də qanunvericilik şərtlər müəyyən edib: Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün aşağıdak iki haldan birinin olması lazımdır: Ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin; İtirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci halda doğum faktının məhkəmə qaydasında müəyyən edilməsi o zaman mümkün olur ki, uşaq tibb müəssisəsindən kənarda doğulmuş olsun, doğuşa həkim kömək etməsin, doğuşdan sonra uşağın doğulmağı barədə sənəd almaq üçün həkimə müraciət edilməsin. İkinci halda doğum faktının məhkəmə qaydasında müəyyən edilməsi o zaman mümkün olur ki, uşaq tibb müəssisəsində doğulur və hətta uşağın doğulması barədə tibb müəssisəsi tərəfindən tibbi şəhadətnamə də verilir. Ola bilər ki, uşağın doğulması faktı dövlət qeydiyyatına alınmadan tibb müəssisəsi tərəfindən verilmiş tibbi şəhadətnamə itsin və həmin tibbi şəhadətnamənin verilməsinə əsas olan sistemdə/arxivdə məlumat silindiyi/itdiyi üçün tibbi şəhadətnamənin dublikatının verilməsi mümkün o masın. Mənim isə doğumum barədə faktı təsdiq edən sənəd mövcuddur. Belə ki, mən Qazaxıstanda tibb müəssisəsində doğulmuşam. Bu barədə mənə tibbi şəhadətnamə də verilib. Bu barədə iş materiallarında tibbi sənəd mövcuddur. Bununla da, bəlli olur ki, mənim doğulmağıma dair fakt tibbi sənədlə təsdiq olunduğundan, həmin faktın məhkəmə qaydasında müəyyən edilməsi mümkün deyil. Çünki MPM-in 308-ci maddəsində nəzərdə «həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməsin» şərti ödənilmir. Belə olan halda, mənim doğum faktının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət edilməsi üçün əsas yoxdur. Çünki, həmin faktı təsdiq edən sənəd mövcuddur. Bu səbəbdən də cavabdehin üzərinə Qazaxıstandan alınmış tibbi sənəd əsasında lakin ondan şəxsiyyət vəsiqəsi tələb edilmədən doğumumun qeydiyyata alınması öhdəliyi qoyulmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası" 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər/ 1.6. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, bir qayda olaraq, Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyinin yerləşdiyi binada (otaqda) həyata keçirilir. 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlərin X11 Sistemi (bundan sonra – EHİS) vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Bu sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. 1.12. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. İnzibati icraat haqqında” Qanun: 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İddiaçının hüquqi marağı ondan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş doğum haqqında tibbi şəhadətnamənin dublikatı əsasında onun Qazaxıstan Respublikasının Aktöbe/Aktobe şəhərində doğulmağı faktının qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini oxşar vəziyyətlərə dair birbaşa doğum haqqında şəhadətnamənin verilməsinin qanunverici tərəfindən nəzərdə tutulmaması, iddiaçı barəsində ilk öncə doğum haqqında akt qeydinin aparılmalı olması, bu aktın tərtib edilməsi üçün müvafiq sənədlər (“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndi) mövcud olmadıqda isə məhkəmə qətnaməsi ilə uşağın doğumu faktının məhkəmə qaydasında müəyyən edilməli olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası bu kateqoriya işlərlə bağlı formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq aşağıdakıları qeyd edir. İşdən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü iddiaçının doğum faktı heç bir ölkənin müvafiq dövlət orqanında qeydə alınmamış və ona doğum haqqında şəhadətnamə verilməmişdir. O, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının mandatı altında olan şəxsdir və bu barədə ona BMT QAK-nın Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən müvafiq himayə sənədi verilmişdir. Hazırda iddiaçının tələbi onun doğum faktının Cavabdeh tərəfindən qeydə alınması və ona bu barədə doğum haqqında şəhadətnamənin verilməsi barədədir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası" Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin qaydanın: - 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 1.6. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, bir qayda olaraq, Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyinin yerləşdiyi binada (otaqda) həyata keçirilir. -1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. -1.12. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. Sadalanan normaların tələbindən göründüyü kimi doğumun dövlət qeydiyyatı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbələri tərəfindən aparılır və bununla bağlı müraciət edən şəxslərə doğum haqqında şəhadətnamə verilir. Hazırki iş üzrə iddiaçı müvafiq sənədlərin əldə olunması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, müraciəti imtina məktubu ilə cavablandırıldığından məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edərək aşağıdakıları qeyd edir. Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi X15nin 13 iyul 2022-ci il tarixli, 80 nömrəli “Doğum haqqında tibbi şəhadətnamə”dən görünür ki, X6 31 may 1996-cı il tarixdə cinsi qadın olan uşaq doğulmuşdur. “X14 İdarəsi”nin X7 Hüququ üzrə “X15” Dövlət Kommunal Müəssisəsinin 22 avqust 2022-ci il tarixli, 1-8/731-1 nömrəli məktubundan görünür ki, “X15” DKM-nin arxiv məlumatlarına əsasən “2-ci doğuş şöbəsinin hamilə və doğuş edənlərin qeydiyyatı və qəbulu jurnalı”na əsasən vətəndaş X4 31 may 1996-cı il tarixdə doğuş həyata keçirdiyi təsdiq edilir. Qeydə əsasən: 31 may 1996-cı il, saat 01:20- də X13, yaşı: 27, ev ünvanı: RF, Orenburq vilayəti, Qay şəhəri, Mərkəzi Zolaq 96; İş yeri: evdar qadın; Daxil olarkən diaqnoz: Yolda doğuş, Yeni doğulmuş: cinsi qadın; çəkisi 3200 qr; boyu 50 sm, 7 iyun 1996-cı il tarixdə evə yazılıb. Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(060)-6384/2023 nömrəli qətnaməsi ilə 4 noyabr 1969-cu il tarixdə Rusiya Federasiyasında (Çuvaş MSSRnin Yadrin rayonunun Streletskaya kəndində) doğulmuş X4 - 09 noyabr 2016-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonunun ərazisində qaraciyər çatışmamazlığı xəstəliyi səbəbindən ölməsi faktı müəyyən edilmişdir. Həmin iş üzrə iddiaçının anasının ölüm faktının müəyyən edilməsində onun şahid ifadəsi digər sübutlarla bərabər nəzərə alınmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin 06 iyun 2024-cü il tarixli, 3-37/2-S-4086-xx-xx-5845/2024 nömrəli məktubundan görünür ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, 31 may 1996-cı il təvəllüdlü X26 Miqrasiya Xidməti tərəfindən 14 may 2024-cü il tarixdən 31 may 2025-ci il tarixədək ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının 16 may 2025-ci il tarixli “Himayə sənədi”ndən görünür ki, ***-*******2 fərdi identifikasiya nömrəli Shatayeva Aleks, ***-*******3 fərdi identifikasiya nömrəli Shatayev Amir (oğlu) və **********6 fərdi identifikasiya nömrəli X23 Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının mandatı altında olan şəxslərdir. Həmin sənəd 31 may 2026-cı il tarixədək etibarlıdır. Cavabdeh inzibati orqan imtina məktubunu və iddia tələbinə etirazını iddiaçının şəxsiyyətini təsdiq edən sənədə malik olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası inzibati orqanın mövqeyini əsassız hesab etməklə aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi- Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını həyata keçirir. Beləliklə, kollegiya qeyd edir ki, istinad edilmiş Qaydaların 2.5-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər, rəsmi sənədi ehtiva edir. Bu mənada, hazırkı mübahisə üzrə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçı barəsində verilmiş himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Xüsusən nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi tanınmış və himayə sənədi əsasında iddiaçı olduğu yer üzrə qeydiyyata alınmışdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilərək, İddiaçı şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş doğum haqqında tibbi şəhadətnamənin dublikatı əsasında Qazaxıstan Respublikasının Aktöbe/Aktobe şəhərində doğulması nəzərə alınaraq, onun doğum haqqında şəhadətnamə ilə təmin edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2-1(118)-1623/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş doğum haqqında tibbi şəhadətnamənin dublikatı əsasında Qazaxıstan Respublikasının Aktöbe/Aktobe şəhərində doğulması nəzərə alınaraq, onun doğum haqqında şəhadətnamə ilə təmin edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.